Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   2   3   4   5   6   7   8   9   ...   54
Problemyönlü sistemlərdə həll olunan məsələnin alqoritmini qurmağa ehtiyac 
olmur. Bu sistemlər dar çərçivədə eyni tipli məsələlərin həllinə yönəldilir. Problemyönlü 
dillərə misal olaraq mühəndis məsələlərinin həlli üçün yaradılan xüsusi dilləri (ART, 
ADART, SYMAP, CAP, APROKS), ekspert sistemlərinin yaradılması üçün PROLOG 
dilini göstərmək olar. PROLOG dilində məntiqi çıxarış mexanizminin qurulması və idarə 
olunması verilənlərə əsaslanır. Bu sistemlərə həmçinin hesabatlar generatorları (məsələn 
RPQ), çeşidləmələr generatorları, cədvəl generatorlar (məsələn EXCEL) aiddir. 
Köməkçi sistemlər verilənlərin emalı zamanı bir sıra köməkçi funksiyaları yerinə 
yetirmək üçün əvvəlcədən hazırlanmış proqramlar toplusundan ibarət olur. Köməkçi 
sistemlərin komponentləri, məsələn, sazlayıcı proqramlar, proqramlaşdırma sistemləri ilə 
birlikdə istifadə olunur. Sazlayıcı proqram işçi proqramı yoxlayıb, səhvləri aşkar edir. 
Translaytor. Kompüter yalnız maşın dilini başa düşdüyü üçün proqramlaşdırma 
dilində yazılan proqram icra prosesindən qabaq mütləq maşın koduna çevrilməlidir. Bu 
məqsəd ilə proqramlaşdırma sisteminə daxil olan translyator adlanan proqramlar 
kompleksindən istifadə olunur. Translyatorun işi 3 üsulla təşkil olunur: interpretator
kompilyator, assembler. 
Interpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə əməli 
yaddaşa yükləyir. Nəticədə proqramın işləmə vaxtı uzanır. Bu isə fərdi kompüterdən 
istifadə edən istifadəçi üçün əlverişli deyil. 
Kompilyator isə bütün proqramı maşın koduna çevirərək mövcud səhvlər haqqında 
məlumatları vaxtında istifadəçiyə çatdırır. Burada operatorların təhlil edilməsi və maşın 
koduna çevrilməsi bir dəfəlik aparılır. Odur ki,kompüterin işləmə sürəti artır, proqramın 
icra olunması kompilyasiya prosesdən asılı olmur. 
Assembler - Assembler dilindəki proqramı kompüter dilinə çevirən proqramdır. 
Assembler işçi proqramı bir gedişlə və ya çox gedişlə maşın dilinə çevirə bilər. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin