Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   2   3   4   5   6   7   8   9   ...   54
Kompüter virusları. Virus digər proqramlara özbaşına qoşula bilən, öz surətini fayllara, 
sistem sahəsinə, şəbəkələrə və s. yayan və kompüterin normal işini pozan xüsusi 
proqramdır. Virus proqramlarının surəti də sonradan yayılır. Viruslar aşağıdakı əlamətlərə 
görə təsnif olunur: 
- yerləşdiyi mühitə görə
- yerləşdiyi mühitdə yoluxma üsuluna görə; 
- aktivləşmə üsuluna görə; 



- destruktiv imkanlarına görə; 
- alqoritmin xüsusiyyətlərinə görə. 
Viruslar yerləşdiyi mühitə görə fayllı, yükləyici və şəbəkəli olur. Fayllı viruslar 
əsasən icra olunan fayllar, mətn və cədvəl prosessorunun fayllarına yayılır. Yükləyici 
viruslar diskin yükləyici sektoruna və ya sərt diskin sistem yükləyici sektoruna yayılır. 
Şəbəkəli viruslar kompüter şəbəkələri üzrə yayılır. Həmçinin fayl və yükləyici sektorlara 
yoluxan fayllı yükləyici viruslar mövcuddur. Yerləşdiyi mühitdə yoluxma üsulu mühitin 
özündən asılıdır. 
Proqramlaşdırma sistemləri.Proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində 
işləməyi təmin edirlər. Buraya proqramlaşdırma dilləri, həmin dillərdə proqramları 
kompüter dilinə çevirən translyatorlar (çevirici proqramlar), sazlayıcı proqramlar və s. 
daxildir. Kompüter dili bilavasitə kompüterin “başa düşdüyü” kodlarda ifadə olunmuş 
əmrlərdən təşkil olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət olur. Bu 
əmrlər kifayət qədər sadə olub, verilənlər üzərində müəyyən əməliyyatları yerinə yetirirlər. 
Hər bir əmr yerinə yetirilən əməliyyat (əməliyyatın kodu), əməliyyatda iştirak edən 
operandlar (verilənlərin yaddaşdakı ünvanları və ya özləri) və nəticənin haraya (hansı 
ünvana) yazılması haqqında məlumatdan ibarət olur. Hər bir kompüter üçün müxtəlif 
əmrlərin sayı 100-dən artıq olur. Kompüter dilləri kompüterin tipindən asılı olaraq müxtəlif 
olduqlarına görə, istifadəçilər üçün öyrənilməsi çətin və işlədilməsi çox zəhmət tələb 
etdiyindən, əlverişli deyillər. Ona görə də təbii dilə yaxın formallaşdırılmış dillərdən 
istifadə olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dillərində 
yazılmış proqram (ona ilkin proqram deyilir) sonradan kompüter dilinə çevrilir, sazlanır və 
icra olunur. Kompüter dilindəki proqrama işçi və ya mütləq proqram deyilir. Ilkin proqramı 
işçi proqrama çevirmək üçün translyator adlanan xüsusi proqramlardan istifadə olunur. 
İstifadə olunan dilinin strukturuna,formallaşdırma səviyyəsinə və vəzifəsinə uygun 
olaraq proqramlaşdırma sistemlərini aşağıdakı siniflərə bölmək olar: 
❖ 
Maşınyönlü sistemlər; 
❖ 
Proseduryönlü sistemlər; 
❖ 
Problemyönlü sistemlər; 
❖ 
Köməkçi sistemlər 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin