Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   10   11   12   13   14   15   16   17   ...   54
proseslərin dəyişdirilməsi (ing. process switch) adlanır. 
Prosesə verilmiş kvant başladıqda, dispetçer taymeri buraxır və kvantın 
başlamasından nə qədər vaxt keçməsinə nəzarət edir. Prosesə ayrılmış vaxt qurtardıqda, 
taymer kəsilmə siqnalı (ing. interrupt) adlanan siqnal verir. Bu siqnalı aldıqda, mərkəzi 
prosessor cari prosesi dayandırır, onun vəziyyəti haqqında məlumatları qeyd edir və idarəni 
kəsilmə siqnalını emal edən proqrama verir. Bu proqram dispetçerin bir hissəsidir. 
Dispetçer isə planlaşdırıcıya proseslər cədvəlini yeniləşdirməyə icazə verir və cədvəldən ən 
yüksək prioritetli hazırlıqlı prosesi seçir, taymeri yenidən işə salır və növbəti proses öz 
kvantında işləməyə başlayır. 
Çox vaxt proseslər taymer siqnalını gözləmədən dəyişirlər. Məsələn, əgər proses 
verilənləri diskdən oxumalıdırsa, onda onun kvantı ixtisara salınır, çünki o, gözləmə 
vəziyyətinə keçir (müraciət olunan kontroller sorğunu yerinə yetirməlidir). Bu halda 
planlaşdırıcı cari prosesi gözləmə rejiminə keçirir, proseslər cədvəlini yeniləşdirir və kvantı 
hazır olan prosesə verir. Verilənlər diskdən oxunub qurtarandan sonra kontroller bu haqda 
prosessora məlumat verir, planlaşdırıcı isə bu prosesi yenidən hazır olan proseslərin 
sırasına daxil edir və onu kvant növbəsinə yerləşdirir. 
5. Yaddaşın idarə olunması 
Yaddaş əməliyyat sistemi tərəfindən dəqiq idarə olunması tələb olunan çox vacib 
resursdur. Yaddaşın idarə olunmasına görə əməliyyat sisteminin funksiyaları 
aşağıdakılardır: azad və azad olmayan yaddaş sahələrini izləmək, proseslərə yaddaş 
sahəsini ayırmaq və ya proses yekunlaşdıqdan sonra yaddaş sahəsini azad etmək, operativ 
yaddaş kifayət etmədikdə operativ yaddaşdan diskə proseslərin köçürülməsi, operativ 
yaddaşda boş yer olduqda onların operativ yaddaşa qaytarılması və həmçinin fiziki 
yaddaşın konkret oblastında ünvanların sazlanması. 
Dəyişənlərin və əmrlərin identifikasiyası üçün simvol adlardan (nişanlar), virtual və 
fiziki ünvanlardan istifadə edilir. 
Fiziki ünvan dəyişən və əmrlərin operativ yaddaşa yerləşdiyi oyuğun nömrəsidir. 
Virtual ünvandan fiziki ünvana keçid iki üsulla ola bilər. Birinci üsulda virtual ünvanın 
fiziki ünvana çevrilməsi xüsusi sitem proqramının-yerini dəyişən yükləyicinin köməyi ilə 


14 
alqoritmik dildə olan 
proqramda dəyişənin adı 
translyator 
tərəfindən 
işlənən şərti ünvan 
fiziki 
yaddaşda 
oyuğun nömrəsi 
yerinə yetirilir. Yükləyicidə fiziki yaddaşın başlanğıc ünvanı və ünvandan asılı olan 
sabitlər haqqında informasiya olur. Yükləyici virtual ünvanı fiziki ünvana çevirərək 
proqramı fiziki yaddaşa yükləyir. 
İkinci üsulda proqram yaddaşa dəyişməz olaraq virual ünvanlarla yüklənir. 
Əməliyyat sistemi virtual ünvanlar fəzasına nəzərən proramın kodunun yerləşdiyi yeri qeyd 
edir. Proqramın yerinə yetirilməsi zamanı operativ yaddaşa hər bir müraciətdə virtual 
ünvan fiziki ünvana çevrilir. İkinci üsul daha çevikdir. Bu üsulda yerinə yetirilmə zamanı 
proqramın yerini dəyişməsinə imkan verir. Ancaq birinci üsulda hər hər bir proqram üçün 
ilkin olaraq konkret yaddaş sahəsi ayrılı. Qeyd edək ki, birinci üsulda hər bir virtual 
ünvanın fiziki ünvana çevrilməsi ancaq bir dəfə-yükləmə zamanı baş verir, ikinci üsulda isə 
yaddaşa hər müraciət zamanı virtual ünvan fiziki ünvana çevrilir. Ona görə də yerini 
dəyişən yükləyici çəkilən xərcləri azaldır. 
Bəzi hallarda əvvəlcə proqramın operativ yaddaşın hansı hissəsində yerinə 
yetirilməsi məlum olarsa, onda translyator yerinə yetirilən kodu birbaşa fiziki ünvana verir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin