Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   6   7   8   9   10   11   12   13   ...   54
3. Əməliyyat sisteminin təkamülü. 
Əməliyyat sistemlərinin arxitekturası 
İlk zamanlar bir neçə firma tərəfindən hazırlanmış müxtəlif əməliyyat sistemi 
variantları mövcud olmuşdur. 1970-ci illərin ortalarında bir sıra səbəblər üzündən 
kompüterlərin əksəriyyətində İBM firmasının Disk Əməliyyat Sistemi (DOS) istifadə 
edilməyə başlandı (İBM firması həm də fərdi kompüterin ilk istehsalçısıdır). 
Növbəti mərhələdə Microsoft firması DOS əsasında MS DOS əməliyyat sistemini 
yaratdı. Bir müddət sonra MS DOS üzərində Norton Commander adlı proqram örtüyü 
yaradıldı. 
Bu, istifadəçi interfeysini xeyli əyaniləşdirdi və işin etibarlığını yüksəltdi. Əməliyyat 
sistemlərinin müasir versiyalarında istifadəçi interfeysi əməliyyat sisteminin bilavasitə 
tərkib hissəsidir. Makintosh maşınlarındakı istifadəçi interfeysi daha uğurlu oldu. Sonra bu 
interfeys MS WINDOWS əməliyyat sistemində də istifadə edildi. Əməliyyat sisteminin 
inkişafı yeni xidmətlərin daxil edilməsi istiqamətində getdi. Məsələn, WINDOWS 
əməliyyat sistemində çap dispetçeri yaradıldı ki, bu da mətn və qrafik informasiyanın çapa 
çıxarılması funksiyasını öz üzərinə götürdü, yəni çap avtonomlaşdı. 
Müasir əməliyyat sistemləri virtual maşın konsepsiyasına əsaslanır. 
Virtual maşın dedikdə, xarakteristikaları yaxşılaşdırılmış operativ yaddaşı (virtual 
yaddaşı) və müxtəlif proqramların verilənləri üçün mütləq təhlükəsizlik təmin edən 
hüdudsuz sayda xarici qurğuları olan mücərrəd maşın nəzərdə tutulur. Tətbiqi sistemlər 
məhz belə ideal virtual maşına istinad edir. Bu halda əməliyyat sisteminin vəzifəsi real 
kompüterin işini elə təşkil etməkdən ibarət olur ki, tətbiqi proqram nöqteyi nəzərindən o, 
virtual maşın kimi görünsün. Əməliyyat sistemi vasitələrinin köməyi ilə virtual maşının 
reallaşdırılmasına virtual maşının emulyasiyası deyilir. 
Hesablayıcı şəbəkələrin meydana çıxması yeni tip məsələlərin yaranmasına səbəb 
oldu. Fərdi kompüterlər arasında şəbəkə rabitəsini təmin edən şəbəkə örtükləri (məsələn, 
NOVELL firmasının Net Ware sistemi) istifadəyə verildi. Şəbəkə funksiyalarının daxil 
edilməsi əməliyyat sisteminin inkişafında mühüm rol oynadı. Windows NT UNIX 


11 
əməliyyat sistemləri məhz belə yarandı. Bu əməliyyat sistemləri həm ayrıca kompüterin, 
həm də şəbəkənin fəaliyyətini təmin edir. Şəbəkə əməliyyat sistemləri şəbəkədəki bütün 
kompüterlərin fayl fəzalarını vahid fayl fəzası kimi istifadə edir, yəni, istifadəçi öz 
kompüterində nə edə bilirsə, onu şəbəkədə də edə bilir. Şəbəkə əməliyyat sistemləri 
çoxistifadəçili sistemlər olduğundan, hansı proqramın hansı kompüterdən işə buraxıldığını, 
fayl sistemindən açılmış fayldan kimin istifadə etdiyini izləmək lazım gəlir. Bu zaman 
əməliyyat sistemi həmin istifadəçinin həmin fayla müraciət hüququnun olub - olmadığını 
yoxlayır və istifadəçi prioritetini nəzərə alır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin