12
1996-cı ildə SunSoft kompaniyası İnternet-dən paylaşdırılan tətbiqi proqramlarla iş
üçün 64-mərtəbəli Solaris-əməliyyat mühiti yaratdı. Santa Crus Operation kompaniyası isə
SCO UNIX Ware 2.1 versiyasının yaradılması haqqında məlumat verdi. Bu UNIX
ailəsindən yüksək sürətli, şəbəkələrlə və müxtəlif protokollarla işləmək imkanı olan 64-
mərtəbəli ƏS-ə keçid idi. İnternet texnologiyasının sürətli inkişafı əməliyyat sistemlərinin
inkişafı tendensiyasını sürətlə dəyişdirir. ƏS-in inkişaf istiqamətlərindən biri fərdi
kompüterlərdən tutmuş super kompüterlərə kimi bütün hesablama sistemlərində işləyə
bilən ƏS-in yaradılmasıdır.
Kompüterdə çoxlu proqram işlədikdə, hansı proqramın operativ yaddaşın harasında
yerləşdiyini izləmək çox vacibdir. Bu, ƏS-in yaddaşın idarə edilməsi funksiyası adlanır.
ƏS yaddaşın boş hissəsini dolu hissəsindən ayırmağı bacarır. Yeni proqram işə
buraxılarkən ƏS yaddaşı idarə edən utilitdən boş sahə olub-olmadığını öyrənir və bu
proqram üçün lazım olan yaddaş sahəsini ayırmağı tələb edir. Utilit yaddaşda boş sahə
axtarır, tapan kimi tələb olunan ölçüdə yer olub-olmadığını araşdırır, varsa, yer ayırır.
Bəzən işləyən proqram ƏS-dən əlavə yaddaş sahəsi tələb edir ki, dinamik verilənlər deyilən
aralıq nəticələri yerləşdirsin. Bu iş də yaddaşı idarə edən utilitin vəzifəsidir. Dinamik
verilənlərə ehtiyac qalmadıqda onlar silinir. Yaddaşı idarə edən utilit həmçinin tutulmuş
sahəni başqa proqramlardan qoruyur. Yaxşı məlum olan əməliyyat sistemlərin hamısında
operativ yaddaşın məntiqi modelindən istifadə edilir ki, buna da virtual yaddaş deyilir.
Virtual yaddaş - ƏS-in istifadəçilər və proqramlar üçün yaratdığı ideal kompüterin
yaddaşıdır. Virtual yaddaş vinçesterdə yaradılır. Yəni, bu və ya digər proqrama operativ
yaddaşda yer çatmadıqda vinçesterin müəyyən hissəsi virtual yaddaş adı ilə müvəqqəti
istifadəyə cəlb edilir. Cəlbetmə işi xüsusi keş yaddaşda həyata keçirilir.
Dostları ilə paylaş: