Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


 Proseslər və onların idarə olunması



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   9   10   11   12   13   14   15   16   ...   54
4. Proseslər və onların idarə olunması 
Əməliyyat sistemində proqram və onun yerinə yetirilməsi tamamilə fərqli 
anlayışlardır. Proqram - göstərişlərin statik yığımıdır, proqramın yerinə yetirilməsi isə - 
zamana görə dəyişən dinamik fəaliyyətdir. Bu fəaliyyət proses (ing. process), fəaliyyətin 
cari vəziyyəti isə prosesin vəziyyəti (ing. process state) adlanır. Prosesin vəziyyəti 
proqramın hal-hazırda yerinə yetirilən hissəsini və həmçinin, prosessor registrlərının və 
əməli yaddaş xanalarının tərkibini özündə saxlayır. Prosesin vəziyyəti - zamanın konkret 
anı üçün kompüter ehtiyatlarının ani surətidir. Proqramın yerinə yetirilməsinin müxtəlif 
anlarında prosesin vəziyyəti fərqli olur. 
Bir proqram bir neçə proseslə bağlı ola bilər. Məsələn, zamanın bölünməsi 
sistemlərində 2 istifadəçi eyni zamanda müxtəlif sənədləri redaktə edə bilərlər. Onlar eyni 
proqramdan, yəni mətn redaktorundan istifadə edirlər, lakin hər bir proses özünə məxsus 
verilənlərlə və axın sürəti ilə bir-birindən fərqlənəcək. Bu vəziyyətdə əməliyyat sistemi 
əməli yaddaşda mətn redaktorunun yalnız bir surətini saxlayır və hər prosesə zamanın 
müəyyən kvantlarında ondan istifadə etməyə icazə verir. 
Adi kompüterlərdə zamanın bölünməsi şəraitində proseslərin çoxu bir-biri ilə 
kvantlara görə rəqabət aparırlar. Bu proseslərə tətbiqi, xidmətçi və əməliyyat sisteminin 
proqramları daxildir. Məhz əməliyyat sistemi bütün bu prosesləri uzlaşdırmalıdır, yəni o, 
əmin olmalıdır ki, hər bir proses lazımı resurslara malikdir (periferik qurğulara, əməli 
yaddaşa, mərkəzi prosessorun müraciətinə), ayrı-ayrı proseslər bir-birinə mane olmurlar və 
heç bir şey informasiya mübadiləsinə maneəçilik törətmir. 
Proseslərin idarə olunması. 


13 
Proseslərin uzlaşdırılması ilə bağlı məsələlər əməliyyat sisteminin nüvəsində 
yerləşən planlaşdırıcıdispetçer proqramları tərəfindən həyata keçirilir. Planlaşdırıcı 
dərhal gedən proseslərin hesabatını aparır, yeni prosesləri qeydə alır və bitmiş prosesləri 
yaddaşdan silir. Proseslərə nəzarət etmək üçün planlaşdırıcı bütün proseslər haqqında olan 
məlumatı proseslər cədvəli (ing. process table) adlanan əməli yaddaşın bir hissəsinə 
yerləşdirir. Kompüterə yeni tapşırıq veriləndə planlaşdırıcı onun üçün proses yaradır və 
cədvələ yeni verilənləri yerləşdirir. Proseslər cədvəlində prosesə ayrılmış yaddaş, onun 
prioriteti, hazır olması (ready) və ya gözləməsi (waiting) haqqında məlumatlar saxlanılır. 
Əgər prosesin işini davam etdirmək olursa, onda bu proses hazırlıq vəziyyətində sayılır. 
Əgər prosesin davamı üçün xaricdən digər proseslərdən müəyyən məlumatlar gəlməlidirsə, 
onda o, gözləmə vəziyyətindədir. 
Dispetçer - əməliyyat sisteminin nüvəsinin bir hissəsidir. O, planlaşdırılmış 
proseslərin yerinə yetirilməsinə nəzarət edir. Zamanın bölünməsi sistemlərində bu nəzarət 
zamanın müəyyən qısa kvantlara bölünməsi ilə həyata keçirilir. Kvantın davamı 50 milli 
saniyyədən çox olmur. Dispetçer həmçinin mərkəzi prosessoru bir prosesdən digər prosesə 
keçirir, çünki bir proses fasiləsiz 1 kvantdan artıq yerinə yetirilə bilməz. Bu prosedura 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin