Əməliyyat sisteminin fəaliyyəti. Müasir kompüterlərdə əməliyyat sisteminin
funksiyalarının bir hissəsi sabit yaddaşda saxlanan proqramlarda reallaşdırılmışdı. Bu
proqramlar giriş - çıxış baza sistemi (BİOS) adlanır. Kompüter şəbəkəyə qoşulan kimi ilkin
yüklənmə proqramı icra edilir və kompüterin qurğularını yoxlayan diaqnostika
proqramlarını işə qoşur. Bunda sonra əməliyyat sistemi operativ yaddaşa yüklənir. Sonra
isə əməliyyat sisteminin nüvəsi - baş idarəedici proqram (və ya kommander, və ya
dispetçer, və ya əməliyyat sisteminin monitoru) işə başlayır. Utilitlər lazım gəldikdə
yüklənir və işləri başa çatan kimi operativ yaddaşdan silinir. Əməliyyat sisteminin nüvəsi
ətraf mühitdən (klaviaturadan, mausdan və s.) daxil olan əmri təhlil edib müvafiq proqramı
yaddaşda axtarır, tapırsa işə qoşur, tapmırsa, bu barədə məlumat verir. Dispetçer MS DOS-
da command.com, Windows-da win.com adlanır.
Proqramların icrasının idarə edilməsi. İlk zamanlar kompüterdə yalnız bir proqram
işləyirdi və o, operativ yaddaşın sıfır nömrəli yuvasından aşlayaraq yerləşdirilirdi. Operativ
yaddaşa bir neçə proqramın yerləşdirilməsi halında proqramın icrasından sonra onun
yaddaşda ünvanı dəyişə bilir.
Bu hal verilənlərin yerləşməsində də özünü göstərir. Buna görə də nisbi ünvan
anlayışından istifadə edilir. Yəni, proqramın ilk ünvanı nə qədər sürüşürsə, həmin rəqəm
qalan ünvanların üzərinə əlavə edilir.
Müasir kompüterlərdə çoxsaylı proqram mərtəbələri mövcuddur ki, bunların da ən
yüksək mərtəbəsində ƏS durur. Müxtəlif proqramlar qarşılıqlı fəaliyyət göstərə bilir. Daha
doğrusu, bir proqram işləyərkən başqa proqramı işə qoşa bilir və özü başqa proqram
vasitəsilə işə qoşula bilir. Başqa proqram vasitəsilə işə qoşularkən həmin proqram özünü
alt proqram kimi aparır. Yəni, bu proqramın aldığı nəticələr hökmən onu işə qoşan proqram
tərəfindən istifadə edilir. Bu o deməkdir ki, hər bir proqramın icrası müəyyən proqramlar
əhatəsində baş tutur. Bütün bunlar isə ƏS tərəfindən idarə olunur.