Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Ekoloji risk haqqında anlayış



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   2   3   4   5   6   7   8   9   10   ...   17
STANDARTLAŞDIRMA 1-10

Ekoloji risk haqqında anlayış 
Ekoloji risk — ətraf mühitdəki mənfi dəyişikliklərin ehtimalı və ya bu 
dəyişikliklərin ətraf mühitə mənfi təsirindən yaranan uzaq mənfi nəticələr. 
Ekoloji risk təbii, antropogen və texnogen fövqəladə hallara səbəb ola bilər. 
Elmi ədəbiyyatda ekoloji risk haqqında dedikdə hər hansı bir obyektə neqativ 
ziyan vuran obyektlər nəzərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda 
olaraq, obyektin normal işinin pozulması, hətta həmin obyektin dağılması,məhv 
olması və müxtəlif itki ilə nəticələnən bir hadisə kimi baxmaq lazımdır.
Əlavə edək ki,ekoloji riski xarakterizə edən əsas amillər içərisində qorxulu 
halların yaranmasının aniliyini,qeyri-müəyyənliyini və qəflətən təhlükəli 
vəziyyətin meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz.
Qeyd etmək lazımdır ki,insanlar hər gün düşünülmüş və ya düşünülməmiş 
formada kiçik və böyük həcmli risklərlə üzləşirlər. Həyatda insan üçün risk 
ibtidai icma qEkoloji ruruluşunda olan fəaliyyətindən(ovçuluq riski,dənizdə 
üzmək riski və s.)indiki zamana qədər (iqtisadi risk,istehsal riski,ekoloji risk və 
s.) praktiki olaraq obyektiv şəkildə onunla çiyin- çiyinə addımlamışdır. 
Ekoloji riskin göstəriciləri 
Ekoloji riskə aşağıda göstərilən kəmiyyət göstəriciləri daxildir: 
1.
İtkinin(ziyanın) miqdarı (kəmiyyəti) 
2.Təhlükəli amillərin yaranması ehtimalı 
3.İtkinin miqdarının və yaranması ehtimalının qeyri-müəyyənliyi. 
İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial və iqtisadi zərər və ətraf 
mühitin çirklənməsi başa düşülür. 
•Sosial zərər
— əhaliyə dəyən ziyanın qaytarılmayan əvəzi, insanların 
ömrünün qısalması,sağlamlığının pisləşməsi,rifah halı deməkdir. 
•Sosial-iqtisadi
 
— ziyan müalicəyə və sosial əmək şəraitinə sərf olunan 
xərclər, vaxtından əvvəl ölüm və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar milli 
gəlirin itirilməsidir. 

İqtisadi ziyan 
— xalq təsərrüfatı obyektinin dağıdılmasından,istehsalat-
kooperativ əlaqələrinin pozulmasından yaranır. 


•Ekoloji ziyan
— isə ətraf mühitə və ya onun ayrı-ayrı komponetlərinə dəyən 
itkidir. 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin