Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
STANDARTLAŞDIRMA 1-10

Təhlükəsizlik şkalası 
Adətən, ekoloji təhlükəsizlik ayrı-ayrı şəxslərin,cəmiyyətin və ətraf mühitin son 
dərəcə təhlükəli vəziyyətdən qorunmasıdır.Təhlükəsizliyin ölçü vahidi kimi 
insanın və ətraf mühitin vəziyyətini (keyfiyyətcə) xarakterizə edən 
göstəricilərdən istifadə etməyi məsləhət görürlər. İnsan sağlamlığı dedikdə isə, 
onun ömrünün uzadılmasını, fiziki və zehni iş qabiliyyətini,insan orqanizminin 
hərtərəfli fəaliyyətini təmin edən şəraitin yaradılması kimi başa düşülməlidir. 
İnsan sağlamlığının əsas göstəricilərindən biri onun orta yaş həddidir. Bir çox 
alimlər hesab edirlər ki, insanın bioloji vəziyyəti orta hesabla 89+5 il 
yaşamasına imkan verir, lakin bir çox obyektiv səbəblərdən qeyd olunan yaş 
həddi kəskin surətdə tərəddüd edir. 
Ətraf mühitin vəziyyətinin təsnifatı 
Ekosistemin dayanıqlığını nisbətən düzgün qiymətləndirmək üçün təbii-ekoloji 
təsnifatdan istifadə edilir. 
Təbii hal(vəziyyət)
-
Ancaq antropogen təsirin şəraiti (fonu) müşsahidə 
olunur, bioloji kütlə maksimum, bioloji məhsuldarlıq minimumdur. 
Müvazinət vəziyyəti
-
Bərpaolunma prossinin sürəti yuxarıdır və ya pozulma 
tempinə bərabərdir. Bioloji məhsuldarlıq təbii məhsuldarlıqdam çoxdur, biokütlə 
azalmağa başlayır. 
Böhran vəziyyəti-
Antropogen pozuntular sürərə görə təbii bərpaolunma 
prosesini qabaqlayır, lakin ekosistemin təbii xarakteri saxlanılır:biokütlə azalır, 
bioloji məhsuldarlıq kəskin artır. 
Fəlakətli (katastrof) vəziyyət
-
Az məhsuldarlıq ekosistemin 
möhkəmləndirilməsinin öz əvvəlki vəziyyətinə çətin qayıtma prosesi: biokütlə 
və biloji məhsuldarlıq minimumdur. 


Sərbəst iş N°_ 6 
Ekoloji qanun pozuntularına görə hüquqi məsuliyyət 
Bir sıra hüquq ədəbiyyatlarında ekoloji hüquq pozuntusuna təbiətin mühafizəsi 
sahəsində qanunvericiliyi pozan, ətraf təbii mühitə, insanların sağlamlığına zərər 
vuran təqsirli, hüquqa zidd əməl kimi anlayış verilir. Lakin ekoloji 
qanunvericiliyə əsasən qeyd edə bilərik ki, bu anlayış ekoloji hüquq 
pozuntusunun mahiyyətini tam açıqlamır. Bu baxımdan biz iki məsələyə diqqət 
yetirməliyik birincisi, ekoloji baxımdan hüquqa zidd hesab edilən əməl təqsirli 
olmaya da bilər. Belə ki, Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi 
haqqında Qanununun 79-cu maddəsinin 7-ci bəndində qeyd edilir ki, “Ətraf 
mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş 
zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş 
qaydada ödənilir”. AzərbaycanRespublikasının Mülki Məcəlləsində isə təqsirsiz 
olaraq vurulmuş zərərin ödənilməsi mümkünlüyü barədə göstəriş vardır (MM, 
mad. 1097.3, 1116.2). Burada bir şeyi də qeyd etmək yerinə düşərdi ki, Ətraf 
mühitin mühafizəsi haqqında Qanunda zərərin ödənilməsinə dair göstərişlər 
arasında ziddiyyət vardır (mad. 79.4 və 79.7). İkincisi, ekoloji hüquq pozuntusu 
həmişə konkret zərərin vurulması ilə müşayiət olunmur. Bir sıra hallarda ekoloji 
hüquq pozuntusu ekologiya hüququnun subyektlərinin qanuni hüquq və 
maraqlarının pozulmasında özünü biruzə verir. Ətraf mühitə dair informasiya 
almaq haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd 
edilir ki, Ətraf mühitə dair informasiyanın verilməsini qanunazidd 
məhdudlaşdırmaqda təqsirli bilinən dövlət və ya yerli özünüidarəetmə 
orqanlarının rəhbərləri və digər vəzifəli şəxslər qanunvericiliyə uyğun olaraq 
məsuliyyət daşıyırlar (CM Mad.308,309,313,314). Həmin Qanunun 11.2-ci 
maddəsində qeyd edilir ki, Ətraf mühitə dair informasiya ilə bağlı qeyri-dəqiq və 
ya əsassız imtina cavabı alanlar onlara dəyən maddi və mənəvi zərərin 
ödənilməsini tələb etmək hüququna malikdirlər. Bütün yuxarıda göstərilənlərə 
əsasən ekoloji hüquq pozunutusuna aşağıdakı kimi anlayış verə bilərik. Ekoloci 
hüquq pozuntusu dedikdə, Hüquqazidd, əsas etibarı ilə təqsirli olaraq törədilən, 
ekoloji zərər vuran və ya ekoloji zərər vurulması üçün təhlükə yaradan, yaxud da 
ekoloji hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini pozan əməl 
(hərəkət və ya hərəkətsizlik) başa düşülür. İctimai təhlükəlilik dərəcəsinə görə 
ekoloji hüquq pozuntuları ekoloji xətalara və ekoloji cinayətlərə bölünür. 
Ekoloci xətalar ekoloji cinayətlərə münasibətdə az təhlükəli əməllərdir. Ekoloci 
xətaların növləri aşağıdakılardır: intizam, inzibati, mülki-hüquqi. Ekoloji hüquq 
pozuntusu öz strukturuna görə dörd elementdən ibarətdir: obyekt, obyektiv tərəf, 


subyekt və subyektiv tərəf. Ekoloji hüquq pozuntusunun obyekti ətraf mühitlə və 
onun ayrı-ayrı komponentləri ilə əlaqədə olan və hüquq normaları ilə 
tənzimlənən ictimai münasibətlərdir. Bu münasibətlər məzmun etibarı ilə 
müxtəlifdir. Onlar aşağıdakı kimi təsnifləşdirilə bilər: təbii ehtiyatlar üzərində 
mülkiyyət və ondan istifadə hüququ ilə bağlı münasibətlər; ətraf mühitin zərərli 
təsirlərdən mühafizəsi ilə bağlı münasibətlər; insanların ekoloji hüquqları ilə 
bağlı münasibətlər; insanların qanuni mənafelərinin müdafiəsi ilə bağlı 
münasibətlər. Ekoloji hüquq pozuntusunun obyektiv tərəfi hərəkət və 
hərəkətsizlikdə ifadə oluna bilər. Obyektiv cəhətdən ekoloji hüquqpozmanın 
subyektinin hərəkəti hüquqazidd xarakter daşımalıdır. Hüquqazidlik iki formada 
özünü göstərir. Aktiv – ətrf mühit haqqında Qanunvericiliyin pozulması. Passiv 
– qanunun tələblərinə əməl edilməməsi. Pozuntunun predmetini ekoloji hüquq 
qaydaları (hüquq münasibətləri 
Sistemi) təşkil edir. Ekoloci hüquq pozuntusu üç əlamətlə xarakterizə olunur: 
1) əməlin hüquqazidd olması; 
2) ekoloji zərərin vurulması və ya həmin zərərin vurulmasına dair 
Real təhlükə, yaxud ekoloji hüquq subyektlərinin digər qanuni hüquqlarının və 
maraqlarının pozulması; 
1)
Hüquqazidd əməl ilə ekoloji zərərin vurulması və ya həmin zərərin 
vurulmasına dair real təhlükə, yaxud ekoloji hüquq subyektlərinin digər 
qanuni hüquqlarının və maraqlarının pozulması arasında səbəb əlaqəsinin 
mövcudluğu. 
Ekoloji hüquq pozuntusunun subyektləri Azərbaycan Respublikasının ərazisində 
təbiətdən istifadə ilə və ya ətraf mühitin mühafizəsi ilə bağlı hüquq pozuntusu 
törətmiş hüquqi şəxslər, vəzifəli şəxslər və fiziki şəxslər, o cümlədən xarici 
hüquqi və fiziki şəxslər ola bilər. Subyektlərin məsuliyyətə cəlb edilməsi 
müvafiq hüquq sahəsinin müəyyən etdiyi dairədə konkretləşir. Belə ki, cinayət 
məsuliyyətinə yalnız fiziki şəxslər cəlb edilirlər və ekoloji hüquq pozunutusuna 
görə 16 yaşdan məsuliyyət yaranır. İnzibati məsuliyyətə isə fiziki və hüquqi 
şəxslər cəlb edilirlər. İnzibati məsuliyyətə cəlb etmək üçün inzibati xəta törədənə 
qədər şəxsin 16 yaşı tamam olmalıdır. Mülki məsuliyyətdə bir qədər fərqli 
xüsusiyyətlər mövcuddur. Belə ki, 14 yaşdan 18 yaşınadək fiziki şəxslər məhdud 
məsuliyyətli, 18 yaşdan sonra isə tam mülki məsuliyyətli hesab edilirlər. İntizam 
məsuliyyətinə yalnız müəssisənin işçiləri cəlb edilirlər. Əmək 
qanunvericiliyində intizam məsuliyyətinə cəlb edilə bilən şəxslərin yaş həddi ilə 
bağlı konkret göstəriş yoxdur. Lakin qanunvericiliyə görə 15 yaşı tamam olmuş 
şəxslər əmək müqaviləsi bağlaya bilərlər. Bu baxımdan 15 yaşı tamam olmuş 


şəxslərin intizam məsuliyyətinə cəlb edilə bilməsi istisna deyildir. Ekoloji hüquq 
pozuntusunun subyektiv tərəfi ekoloji hüquq pozuntusu törətmiş şəxsin təqsirini 
nəzərdə tutur (burada ziyan vuranın təqsirindən asılı olmayaraq yüksək təhlükə 
mənbəyinin vurduğu ziyanın ödənilməsi ilə bağlı Mülki qanunvericiliyin 
göstərişi istisna edilmir). Təqsir Hüquqpozma törətmiş şəxsin öz əməlinə psixi 
münasibətini əks etdirir. Qanunvericilikdə təqsirin iki forması olduğu qeyd 
edilir. 1). Qəsd; 2). Ehtiyatsızlıq. Hüquq məsuliyyəti təqsirin qarışıq (ikili) 
formasının da mövcudluğunu qeyd edir ki, bu müəlliflərin də fikrinə haqq 
qazandırmaq olar. Belə ki, faktiki olaraq qanunvericilikdə təqsirin qarışıq (ikili) 
forması ilə törədilən hüquqpozmalar öz əksini tapmışdır (məsələn, Cinayət 
Məcəlləsi mad. 248.3, 250.3-252.3və s.) Qəsdən törədilən ekoloji hüquq 
pozuntusunda şəxs öz əməlinin hüquqazidd olduğunu dərk edir, onun neqativ 
nəticələrini əvvəlcədən görür və bunları arzu edir (birbaşa qəsd) və ya bunları 
arzu etməsə də belə nəticələrin baş vermsinə şüurlu surətdə yol verir (dolayı 
qəsd). Ehtiyatsızlığın iki növü fərqləndirilir: 1) özünəgüvənmə; 2) etinasızlıq. 
Özünəgüvənmə nəticəsində törədilən ekoloji hüquq pozuntusunda şəxs öz 
əməlinin zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görür, lakin kifayət 
qədər əsas olmadan onların qarşısını alacağını güman edir, etinasızlıq 
nəticəsində törədilən əməldə isə şəxs öz əməlinin zərərli nəticələr verə biləcəyi 
imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək. Qabaqcadan görməli olduğu və 
görə biləcəyi halda onları görmür. Biz yuxarıda ziyan vuranın təqsirindən asılı 
olmayaraq yüksək təhlükə mənbəyinin vurduğu ziyanın ödənilməsi ilə bağlı 
mülki qanunvericiliyin prinsipindən danışmışdıq. Mülki qanunvericiliyə 
əsaslanaraq qeyd edə bilərik ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı 
fəaliyyət nəticəsində (məsələn: mexanizmlərdən, nəqliyyat vasitələrindən, güclü 
təsirə malik zəhərli maddələrdən istifadə, eləcə də istehsal fəaliyyəti ilə bağlı 
ətrafdakılar üçün yüksək təhlükə yaradan müəssisələrin fəaliyyəti və s.) mülki 
hüquq pozuntusu törətmiş fiziki və ya hüquqi şəxslər, zərərin qarşısıalınmaz 
qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta 
yetirə bilməsələr vurduqları zərərin əvəzini ödəməyə borcludurlar (Mülki 
Məcəllə, mad. 1108). Ekoloji hüquqpozmaların təsnifləşdirilməsi müxtəlif 
əlamətlərə görə aparılır: hüquqpozmanın predmetinə, obyektinə, sanksiyaya, 
ziyanvurmanın üsuluna və s. Görə, predmetinə görə bütün hüquqpozmalar ətraf 
mühitin qorunması və ondan istifadə edilməsi ilə bağlı olur Onlar üç qrupa 
bölünür: 
1. Mülkiyyət hüququnun pozulması; 
2. Sahiblik hüququnun pozulması. 
3. Təbii ehtiyatlardan istifadə hüququnun pozulması. 


Sərbəst iş N°_7 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin