Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Ekoloji risklər və onlardan müdafiənin əsas istiqamətləri



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
STANDARTLAŞDIRMA 1-10

Ekoloji risklər və onlardan müdafiənin əsas istiqamətləri 
Adətən, təhlükəsizlik məfhumu dedikdə müəyyən şəraitdə ətraf mühitdə yarana 
bilən halların, arzu olunmayan şəraitin, proseslərin və s. Nəticəsində insana və 
ətraf mühitə göstərdiyi təsirdən ayrıca və bütövlükdə aşağıdakı vəziyyətin 
meydana gəlməsi səbəbləri başa düşülür: 
1.İnsanın sağlamlığının orta statistika qiymətindən kənarlaşması 
2.Ətraf mühitinin vəziyyətinin kəmiyyətcə pisləşməsi. 
Ekoloji təhlükəli obyekt 
Xalq təsərrüfatı,müdafiə və ya hər hansı bir təbii obyektdir ki,onların fəaliyyət 
göstərməsi insanlara, kənd təsərrüfatı heyvanlarına, bitkilərə,ətraf mühitə və ya 
onun ayrı-ayrı komponetlərinə neqativ təsir göstərsin. 
•Ekoloji amillər
— bu amillərə təbiətin xarakteriüzündən yaranan amilləri 
(buraya insanların,heyvanların, bitkilərin həyatı üçün və s.) və texnogen 
xarakterli(qəza,fəlakət) amilləri göstərmək olar. 
•Ekoloji risk
— bu, qabaqcadan qarşısı alına bilməyən ekoloji hadisələrin 
əmələgəlmə halıdır:buna misal olaraq istilik effektinin inkişafı, ozon qatının 
nazilməsi, deşilməsi, radioaktiv çirklənmələr, turş çöküntülər və s. Göstərmək 
olar. 
•Sosial-iqtisadi amillər
— buraya əsasən sosial, iqtisadi, psixoloji amilləri aid 
edirlər(bunlara qidalanmanın yüksək səviyyədə olmaması,sağlamlıq, təhsil, 
madii cəhətdən təmin olunma və s.) 
•Texnogen (antropogen amillər) 
— insanların təsərrüfat fəaliyyətləri ilə 
əlaqədardır(müəssisələrin normal və qəza şəraitindəki fəaliyyəti zamanı mühitə 
külli miqdarda tullantılar atması, torpaq ərazilərinin təsərrüfat üçün zəbt edlməsi 
və s.) 
•Hərbi amillər 
— bu amillər hərbi sənaye kompleksinin fəaliyyəti ilə 
əlaqədardır(hərbi materialların və avadanlığın daşınması, hərbi silah 
nümunələrin sınaqdan keçirilməsi və onların məhv edilməsi və s.) 
Bu amillər və onların təsirinə kompleks şəkildə baxmaq lazımdır. Planetimizin 
hər bir ölkəsində insanların, ümumilikdə ətraf mühitin və bəşəriyyətin 
təhlükəsizliyini təmin edilməsi ekoloji problemlər içərisində ən vacib problem 
olaraq qalmaqdadır. 



Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin