Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Təbiəti mühafizə fəaliyyətində beynəlxalq əməkdaşlıq



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   ...   9   10   11   12   13   14   15   16   17
STANDARTLAŞDIRMA 1-10

Təbiəti mühafizə fəaliyyətində beynəlxalq əməkdaşlıq 
Təbii sərvətlərdən səmərəli istifadə ölkənin dayanıqlı iqtisadi inkişafının 
ayrılmaz hissəsidir. Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli 
inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii 
sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Bununla yanaşı, 
demoqrafik artım nəticəsində istehlakın kəskin artması, bərpa olunmayan təbii 
ehtiyatların tükənməyə başlaması kimi narahatlıq doğuran məsələlər ətraf 
mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir. 
Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, 
torpaq və atmosfer mühitinin çirklənmədən mühafizə edilməsi ümumbəşəri 
problemə çevrilmişdir. 
Ölkədə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı 
inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək 
lazımdır ki, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və 
mühafizəsinin təkmilləşdirilməsi üçün beynəlxalq təşkilatlar və inkişaf etmiş 
ölkələrlə əlaqələrin genişləndirilməsi Azərbaycanın ekoloji siyasətinin əsas 
istiqamətləridir. 
Ölkə müstəqillik qazandıqdan sonra bir çox beynəlxalq konvensiyalara 
qoşulmuşdur. Ətraf mühit sahəsi üzrə konvensiyaların tələblərinə uyğun olaraq 
müsbət nəticələr ilə səciyyələnən öhdəliklərin və eləcə də düzgün ekoloji 
siyasətin yürüdülməsi üçün köklü dəyişikliklər edilmişdir. 
Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi 
və həlli yollarının müyyənləşdirilməsi beynəlxalq proqramlar çərçivəsində
eləcə də milli imkanlardan istifadə etməklə həyata keçirilir. 
Ətraf mühitin mühafizə olunması, ekoloji vəziyyətin yaxşılaşdırılması 
məsələləri hazırda aktual olduğundan yerli, regional və qlobal səviyyədə 
əməkdaşlıq edilməklə həyata keçirilir və ölkəmizdə dövlət siyasətinin diqqət 
tələb edən əsas məsələsi kimi dəyərləndirilir. Bu istiqamətdə beynəlxalq 
təşkilatlarla əlaqələr genişləndirilir, müvafiq sazişlər əsasında inkişaf etmiş 
ölkələrlə ikitərəfli əməkdaşlıqlar qurulur, beynəlxalq sahədə mühüm tədbirlər 
həyata keçirilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT sisteminin ətraf mühitin mühafizəsi 
sahəsində fəaliyyət göstərən bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli 
formatlarda əməkdaşlıq edir. Hazırda Azərbaycan 20-dən çox beynəlxalq 
konvensiya və protokollara qoşulmuşdur. Bu istiqamətdə fəaliyyət davam 
etdirilir və qlobal məqsədlərə xidmət edən digər beynəlxalq çoxtərəfli 
müqavilələrə qoşulma istiqamətində müvafiq işlər aparılır. 


Ətraf mühitin mühafizəsi sahəsində xarici ölkə və təşkilatlarla ikitərəfli hüquq 
müqavilə bazası yaradılmışdır. Bu xüsusda müxtəlif ölkələr və təşkilatlarla 30-
dən çox ikitərəfli müqavilə imzalanmışdır. 
Nazirliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq layihələr və proqramlar 
vasitəsilə milli potensialın artırılması və beynəlxalq təcrübənin ölkəmizdə 
tətbiqinə nail olunması əsas məqsədlərdəndir. 
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalı Azərbaycanın qədim 
Qarabağ bölgəsinin nadir ekosistemləri üçün ciddi təhlükədir. Ermənistanın 
yuxarıda göstərilən qanunsuz hərəkətləri ölkəmizin ümumbəşəri davamlı inkişaf 
məqsədləri və iqlim dəyişmələrinə qarşı tədbirlərlə qətiyyətli şəkildə ziddiyyət 
təşkil edir. Ölkəmizin ekoloji potensialının daha da gücləndirilməsi, beynəlxalq 
nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə tərəfdaşlıq 
əlaqələrinin genişləndirilməsi istiqamətində səylər bundan sonra da davam 
etdiriləcəkdir. 
Beynəlxalq ekoloji konvensiyalar 
Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və 
qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək məqsədilə Azərbaycan bir 
çox ekoloji konvensiyalara qoşulmuşdur. 
Bioloji müxtəliflik 
1
993 – YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında 
Konvensiyası; 
1998 - Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin 
beynəlxalq ticarəti haqqında Konvensiya (CITES Konvensiyası); 
1999 – Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında 
Avropa Konvensiyası (Bern Konvensiyası); 
2000 – BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası;
2005 – Bioloji müxtəliflik haqqında Konvensiyaya Biotəhlükəsizliyə dair 
Kartagena Protokolu; 
2000 – YUNESKO-nun Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq 
əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında Konvensiyası (Ramsar 
Konvensiyası);
2011 – Avropa Landşaft Konvensiyası; 


Su ehtiyatları 
2000 – BMT-nin Avropa İqtisadi Komissiyasının Sərhəddən keçən su 
axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyası;
2002 – BMT-nin Avropa İqtisadi Komissiyasının Sərhəddən keçən su 
axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında 
Konvensiyasının “Su və sağlamlıq haqqında” Protokolu; 
Hidrometeorologiya
 
1993 – Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyası;
1995 – BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası;
2000 – BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına Kioto 
protokolu2016 – Paris Sazişi 
1996 – BMT-nin Ozon qatının qorunması haqqında Vyana Konvensiyasının 
Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu;
Kimyəvi maddələr 
2003 - Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm Konvensiyası;
Tullantılar
 
2001 - BMT-nin Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların 
sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel 
Konvensiyası;
Atmosfer havası
 


2002 - Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında 
Konvensiya;
Xəzər dənizi
 
2006 - Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə 
Konvensiyası (Tehran Konvensiyası);
1.
2012 - Tehran Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə 
regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu 
2.
2014 - Tehran Konvensiyasının Xəzər dənizinin quruda yerləşən 
mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən 
mühafizəsi haqqında Protokolu 
Torpaqların deqradasiyası
 
1998 - BMT-nin Ciddi quraqlıq və/və yaxud səhralaşma baş verən ölkələrdə, 
xüsusilə də Afrikada səhralaşma ilə mübarizə üzrə Konvensiyası;
 Ekoloji təhlükəsizlik 
1999 – Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 
Konvensiya (Espo Konvensiyası);
2004 – BMT-nin Avropa İqtisadi Komissiyasının Sənaye qəzalarının transsərhəd 
təsiri haqqında Konvensiya;
Ekoloji təbliğat 
1999 – BMT-nin Avropa İqtisadi Komissiyasının Ətraf mühit ilə bağlı 
məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində 
iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Konvensiyası (Orxus 
Konvensiyası); 


Sərbəst iş N°_ 4 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin