Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Ekologiya və ətraf mühitin mühafizəsi



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   ...   9   10   11   12   13   14   15   16   17
STANDARTLAŞDIRMA 1-10

Ekologiya və ətraf mühitin mühafizəsi 
İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. İnsanın həyatında və 
fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların 
yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf 
səviyyəsini təyin edir. Hələ XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, 
sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin 
ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə 
münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son 
qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və 
arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar.
Nəhayət, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin 
paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin 
Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib. Dünya Ətraf Mühitin 
Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf 
mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident 
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji 
problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi 
istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi 
inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, 
həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı 
uğurla yerinə yetirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii 


sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və 
ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. 
Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu 
sahəyə diqqəti daha da artırıb. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı 
illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət
başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi 
diqqətin göstəricisi sayıla bilər. Ətraf mühitin mühafizəsi, insanların sağlam 
təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının 
yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi 
islahatların tərkib hissəsindən biridir. Müstəqillik illərində ölkəmizdə ekoloji 
tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, 
təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz 
sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər 
həyata keçirilib. 
Hazırda iqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii 
sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi 
Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam 
etdirən, onun ideyalarını gerçəkləşdirən layiqli davamçısı Prezident İlham 
Əliyevin daim diqqət mərkəzindədir. Ölkənin sosial-iqtisadi həyatının bütün 
sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də 
göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində 
ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Keçmişdən miras 
qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə 
sisteminin yaradılması da Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun 
artmasına təkan verib. Uzun illər ərzində yaranan ekoloji problemlər təhlil 
edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə 
əsaslanan milli və dövlət proqramları təsdiq edilib və onların icrasına başlanılıb. 
Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib milli parklar 
yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər 
həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə 
yönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli 
şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir. Ətraf mühitlə bağlı qəbul 
olunan dövlət proqramlarının uğurla reallaşdırılması, mövcud ekoloji 
problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması 
bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına aydın misaldır. 
Son illərdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində xüsusi mühafizə olunan 
təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 4,5 %-dən 10,3 %-ə qədər çatdırılıb – 
893 min hektar – 9 milli park, 11 qoruq və 24 yasaqlıq. Bu istiqamətdə son 12 il 
ərzində 130 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 


100 milyon ədəd ağac əkilib, 350 milyon ədəd əkin materialı yetişdirilib və 2 
min ton toxum tədarük edilib. Meşə ilə örtülü ərazilərin sahəsi 11,4 %-dən 11,8 
%-dək artıb. Bundan əlavə arid sahələr və aşağı keyfiyyətli torpaqlarla 
səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının 
yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri 
də həyata keçirilib. Belə ki, 3600 hektardan artıq ərazidə 4,5 milyona yaxın ağac 
əkilib, müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Heeydər Əliyev 
Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir 
ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın 
təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə 
yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 
təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA – Ətraf Mühitin 
Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf 
mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə 
verilən dəyərin göstəricisidir. Bu gün ölkəmizdə ekoloji problemlərin həllinə, 
ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir. Milli parkların 
yaradılması işi uğurla davam etdirilir və təbii ehtiyatların qorunması üçün 
uzunmüddətli dövlət planları nəzərdə tutulub. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 İyun – Dünya Ətraf Mühitin 
Mühafizəsi Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, 
mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə 
edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub 
saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi hər il 5 İyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü 
ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal 
ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların 
bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə 
müxtəlif tədbirlər həyata keçirir.Ümumilikdə, 62 iş üzrə 380430 manat 
məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 
332245 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına 
və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 524 iş üzrə 8151475 manat 
məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə 
orqanlarına 12, icra qurumlarına isə 24 iş göndərilib. Bununla yanaşı, tələbələrin 
ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji 
maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb 
olunması məqsədi ilə ali təhsil müəssisələrinin tələbə və müəllim kollektivləri 
ilə görüşlər keçirilib.


Sərbəst iş N°_ 9 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin