Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   ...   9   10   11   12   13   14   15   16   17
STANDARTLAŞDIRMA 1-10

Ekoloji hüququn əsasları 
Hüquqi məsuliyyət hüququn tələblərini icra etməməyə görə dövlət 
məcburiyyətidir. Hüquqi məsuliyyət elə hüquq münasibətidir ki, bu 
münasibətlərin bir tərəfi, digər tərəf qarşısında, dövlət və cəmiyyət qarşısında öz 
hüquqa zidd əməllərinə görə cavab verməlidir.
Hüquqi məsuliyyət sosial nəzarətin həyata keçirilməsinin, ictimai münasibətlərin 
mühafizəsinin və inkişafının demokratik cəhətidir. Qanunvericilikdə və hüquq 
elmində hüquqi məsuliyyətə iki baxımdan yanaşılır: pozitiv hüquq məsuliyyəti 
və neqativ hüquq məsuliyyəti.
Pozitiv hüquq məsuliyyəti cəmiyyət üçün müsbət, faydalı funksiya və sosial rolu 
həyata keçirmək üzrə hüquqi vəzifədən əmələ gəlir (məs.: deputatlar öz 
seçiciləri qarşısında məsuliyyət daşıyır). Neqativ hüquq məsuliyyəti 
(retrospektiv) hüquqpozma ilə əlaqədar əmələ gəlir və dövlət tərəfindən hüququ 
pozan şəxs barəsində müvafiq hüquqi sanksiyalar tətbiq edilməsi ilə bağlıdır. 
Məsuliyyət hər hansı bir hüquq normasının pozulması nəticəsində meydana 
çıxır. Məsuliyyət institutu ictimai həyatımızın bütün sahələrində özünü biruzə 
verir. 
Ekoloji məsuliyyət dedikdə – cəmiyyət, indiki və gələcək nəsillər, konkret 
şəxslər və təbiət istifadəçiləri qarşısında dövlətin, cəmiyyətin və insanların 
məsuliyyəti başa düşülür. 
Ekoloji məsuliyyət – çoxplanlı, sosial-iqtisadi və hüquqi institutdur. Ekoloji 
məsuliyyətin əsasında ekoloji hüquqpozmalar durur. Ekoloji məsuliyyət ictimai 
inkişafın ekoloji və iqtisadi proseslərini təmin edən normalara riayət 
edilməməsinin nəticəsi kimi özünü biruzə verir. İnsanlariqtisadi tələbatını 
ödəmək üçün onu əhatə edən ətraf təbii mühitə təsir edirlər. Bundan irəli gələrək 
onlar digər münasibətlərə təsir etmiş olurlar. Vurulan ziyanla bərabər insanların 
sağlamlığı da zərər çəkir. 
Ekoloji məsuliyyətin mahiyyəti, məqsədi və istiqaməti 3 funksiyada təzahür 
edir. 
1.
Stimullaşdırıcı (həvəsləndirici). Bu funksiya ətraf mühitin mühafizəsinə 
yönəlmiş iqtisai və hüquqi stimullarda özünü göstərir. 
2.
Kompensasiyalaşdırıcı (əvəz vermə, əvəzləyici). Bu funksiya ətraf mühitə 
vurulmuş ziyanın əvəzinin natural və ya pul formasında ödənilməsində ifadə 
olunur. 


3.
Preventiv (qoruyucu). Bu funksiya isə vurulmuş zərərin aradan qaldırılması 
və cəza tədbirlərinin tətbiq olunması ilə ziyan vuranın xəbərdar edilməsini 
özündə əks etdirir. 
Ekoloji pozuntu. İnsanlar öz iqtisadi tələbatını ödəmək məqsədilə ətraf təbii 
mühitə təsir edərkən öz hərəkətlərini ekoloji dəyərlərlə uyğunlaşdırmırlar. 
Bunun nəticəsində cəmiyyətlə təbiət arasındakı balans pozulur və ətraf təbii 
mühitə ziyan vurulur.
Ekoloji pozuntu dedikdə insanların elə hərəkətləri başa düşülür ki, onlar öz 
iqtisadi tələbatını ödəmək üçün təbiətə ziyan vurmaqla təbiətdən istifadə edirlər. 
Təsərrüfat fəaliyyəti nəticəsində ətraf təbii mühitə vurulan ziyan qaçılmazdır. 
Bu ziyan 2 formada vurula bilər: 
1.
Normativ (yəni səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş qaydalara 
uyğun olaraq). Ətraf təbii mühitə vurulan normativ ziyan təsərrüfat 
fəaliyyətinin hüquqauyğun nəticəsidir. 
2.
Normadan artıq (yəni təbiətə vurulmuş ziyan müəyyən edilmiş həddən yuxarı 
olur). Normadan artıq vurulmuş ziyan hüquqazidd davranış nəticəsində 
vurulur və qanunvericiliklə müəyyən edilmiş normativləri pozur. 
Təbiətlə cəmiyyət arasındakı balansı saxlamaq üçün dəymiş ziyan onların 
yaranma mənbəyindən asılı olmayaraq ödənilməlidir. Ekoloji məsuliyyətin iki 
forması var: 
1. İqtisadi. 
2. Hüquqi. 
Bu bölgü ictimai münasibətlərin nizamlanması xarakterinə və metoduna görə 
aparılır. İqtisadi və yaxud ekoloji-iqtisadi məsuliyyət subyektin hüquqa uyğun 
fəaliyyəti nəticəsində baş verir və iqtisadi metodlarla nizamlanır. Bu hər şeydən 
əvvəl tullantıların məhdudlaşdırılması məqsədi ilə çirkləndiricinin maddi 
maraqlarına əsaslanır.
Hüquqi məsuliyyət qeyri-hüquqi əməllərdən doğur və inzibati metodlarla 
nizamlanır. Bu formalar birlikdə ekoloji məsuliyyət institutunu müəyyənləşdirir. 
Ekoloji-iqtisadi məsuliyyət hüquqpozma nəticəsində yaranan hüquqi 
məsuliyyətdən onunla fərqlənir ki, bu məsuliyyət ziyanın yetirilməsi faktına 
görə yaranır. Belə ki, ekoloji iqtisadi məsuliyyət hüquqpozma çərçivəsindən 
kənarda mövcuddur. Yəni ona əməlin hüquqa zidd olması və təqsir kimi hüquqi 
kateqoriyalar aid deyil. O, obyektiv kateqoriya ilə xarakterizə olunur. İqtisadi 


fəaliyyətin xarakteri ilə ətraf mühitə dəymiş ziyan arasında səbəbli əlaqə 
mövcud olmalıdır. 
Ekoloji-iqtisadi məsuliyyətin mexanizmi. Ekoloji-iqtisadi məsuliyyətin 
mexanizmi müxtəlifdir. Bu, konkret növ məsuliyyətdən asılıdır. 
Hal-hazırda qanunvericilik təbiət və cəmiyyət münasibətləri sahəsində bir sıra 
iqtisadi məsuliyyət növünü müəyyən edir. Məsələn: normativ və normadan 
yuxarı tullantılara görə müəssisələrin məcburi ödəmələri, havanın və suyun 
çirkləndirilməsinə görə ödəmələr, sudan və torpaqdan istifadəyə görə ödəmələr. 
Göstərilən hallarda aşağıdakılar qiymətləndirilir: 
-
Təbii resurslardan istifadəyə görə ödəniş ((çirkləndirilmə də (havanın, 
suyun) təbii ehtiyatlardan istifadənin növüdür)); 
-
ətraf mühiti zəiflədən fəaliyyətin azaldılmasının iqtisadi maraqları. 
Burada kompensasiyanın ödənilməsi ekoloji fondun doldurulması vqsitəsi deyil, 
təbiəti mühafizə fəaliyyətinin stimullaşdırılması vasitəsi kimiçıxış edir. Bu cür 
stimulların olmaması təbii mühiti çirklənməsinə və nəticədə ekoloji fəlakətə 
gətirib çıxara bilər. Hüquq normalarının əsas fərqli cəhəti normalarda olan 
sanksiyalardır, daha dəqiq desək, törədilmiş hüquq pozuntusuna görə seçilən 
məsuliyyət növündədir. Hüquqi məsuliyyət anlayışı hüquq ədəbiyyatlarında 
öz əksini tapıb. Ancaq, bütün hallarda hüquqi məsuliyyət öz spesifikliyini 
itirmir, yəni törədilmiş hüquq pozuntusuna görə hər hansı şəxsə maddi xarakter 
daşıyan, hüquq normasının sanksiyasına uyğun 
məsuliyyət tətbiq olunur.
Ekoloji-hüquqi məsuliyyətə 3 müxtəlif, lakin bir-biri ilə qaşılıqlı 
əlaqədə olan prizmadan baxmaq lazımdır: 
1. Ekoloji-hüquqi məsuliyyət – dövlət məcburetmə aktı kimi. 
2. Ekolojik-hüquqi məsuliyyət – hüquq münasibətləri kimi. 
3. Ekoloji-hüquqi məsuliyyət – hüquq institutu kimi. 
Ekoloji-hüquq məsuliyyətinin dövlət məcburetmə aktı kimi çıxış etməsi dövlətin 
təbiətdən istifadə və ətraf təbii mühitin mühafizəsi sahəsində qanunçuluğun və 
hüquq qaydalarının təmin olunması marağından irəli gəlir. Bu məqsədə çatmaq 
üçün inandırma və məcburetmə metodundan istifadə olunur. İnandırma metodu 
böyük əhəmiyyət kəsb edir. Ancaq bu metodun təsiri olmadıqda köməkçi 
xarakter daşıyan məcburetmə metodundan istifadə olunur. Ekoloci-hüquq 
məsuliyyəti hüquq münasibəti kimi hüquq normalarının poozulması nəticəsində 


dövlət və onun orqanları ilə hüquqpozan arasında yaranır. Hüquqpozma faktı 
subyektlə (hüquqpozan) dövlət arasında müəyyən hüquqi əlaqə yaradır. 
Ekoloji-hüquq məsuliyyəti hüquq institutu kimi qanunçuluq və hüquq 
qaydalarının təmin olunması üçün, hüquq pozana qarşı dövlətin və onun 
orqanlarının hansı məcburetmə təsir tədbirlərinin tətbiqetmə vasitəsini və 
qaydasını öyrədir. Hüquqpozmadan o vaxt danışmaq olar ki, o, özündə 
hüquqpozmanın tərkib elementlərini əks etdirsin: obyekti, obyektiv cəhəti, 
subekti və subyektiv cəhəti. 
Ekoloji-hüquqi məsuliyyətin quruluşu. Ekoloci-hüquqi məsuliyyət hüquq 
sistemində mövcud olan hüquqi məsuliyyətin formalarından biridir. 
Ekoloji-hüquqi məsuliyyət məsuliyyət institutunun bütün xüsusiyyətlərini 
özündə əks etdirməklə yanaşı spesifik xüsusiyyətlərə də malikdir. Bu 
xüsusiyyətlər ekoloji-hüquqi məsuliyyətin quruluşunun təhlili nəticəsində 
meydana çıxır. 
Ekoloji hüquqi məsuliyyətin quruluşu aşağıdakı kimidir: 
2)
Ətraf mühitin mühafizəsi tələblərinin pozulması ilə əlaqədar yaranan 
təbiəti mühafizə münasibətləri. 
3)
Törədilmiş hüquqpozma faktına görə cinayət, müvafiq sanksiyaların 
tətbiqi. Məsuliyyətin hissələri bir tam yaradaraq iki prinsip üzərində 
qurulur: 
3.
Sinxronluq – Bu prinsip məsuliyyətin hər iki hissəsinin daxili 
məzmununun uyğunluğunu xarakterizə edir. Başqa cür desək, hər bir 
hüquqpozmaya görə muəyyən olunmuş qaydada müvafiq sanksiya 
uyğunlaşdırılır (tətbiq edilir). 
4.
Adekvatlıq prinsipi törədilmiş hüquq pozuntusunun ağırlıq dərəcəsinə 
uyğun olan cəzanın müəyyən edilməsini nəzərdə tutur. Bu zaman əsasən 
aşağıdakı hallar nəzərə alınır: 
1) törədilən hüquqpozmanın xarakteri; 
2) dəymiş ziyanın miqdarı və onun nəticələri; 
3) ziyan vuranın təqsirinin formaları; 
4) hüquqopzmanın təkrar törədilməsi. 

Document Outline

  • Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin