Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Təbii mühitə çəkilən xərclər



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   2   3   4   5   6   7   8   9   ...   17
STANDARTLAŞDIRMA 1-10

Təbii mühitə çəkilən xərclər 
Milli hesablar sisteminin təkmilləşdirilməsində əsas məqsədlərdən biri aqreqat 
göstərici olan “Təbiəti mühafizə xərcləri”nin (ətraf mühitin mühafizəsinə 
çəkilən xərclər) ekoloji və iqtisadi uçot çərçivəsində formalaşdırılmasından 
ibarətdir. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəni
bütövlükdə təbiətin çirkləndirilməsinin qarşısının alınması, ona nəzarət edilməsi 
və təbiətin insan fəaliyyətinə mənfi təsir göstərən və ya göstərə biləcəyi əsas 
elementlərinin qismən saxlanması və bərpa edilməsinə yönəldilmiş kompleks 
tədbirlər kimi xarakterizə etmək olar. 
Təbiəti mühafizə xərclərinə dair məlumatların digər makroiqtisadi göstəricilərlə 
uzlaşdırılması məqsədilə bu göstəricinin təyin edilməsi üsulları və hesablanması 
metodları ekoloji və iqtisadi uçot sistemi çərçivəsində bir-biri ilə 
uyğunlaşdırılmalıdır. Tövsiyələrdə ölkə səviyyəsində fəaliyyət göstərən statistik 
müşahidə sistemi çərçivəsində ətraf mühitin mühafizəsinə çəkilən xərcləri 
xarakterizə edən göstəricilər sadalanır. 
Ətraf mühitin mühafizəsinə çəkilən bütün xərclərin yekununun təyin edilməsi 
hazırki dövrdə aşağıdakı təbiəti mühafizə tədbirləri üzrə həyata keçirilə bilər: 

su hövzələrinin çirkab sulardan mühafizəsi; 

atmosfer havasının çirkləndirici maddələrdən qorunması; 

torpaq və meşə resurslarının mühafizəsi; 

balıq ehtiyatlarının bərpa edilməsi

xüsusi qorunan təbii ərazilərin mühafizəsi; 

bərk istehsal və istehlak tullantılarının (ilk növbədə onların zəhərlilik 
dərəcələri üzrə) təkrar emalı, zərərsizləşdirilməsi, basdırılması və anbarlara 
yığılması üçün qurğuların (tikili və poliqonların) tikintisi və istismarı. 
Beynəlxalq təcrübəyə görə, “Ətraf mühitin mühafizəsinə çəkilən xərclər” 
göstəricisini aşağıdakı istiqamətlərdə çəkilən xərclərin toplanması yolu ilə 
formalaşdırmaq olar: 
- ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı olan 
müəssisələrin cari xərcləri;

insanın yaşayış mühitinin qorunub saxlanması, qoruqların saxlanması, 
ətraf mühitə nəzarət və monitorinqi, həmçinin idarəetmə sisteminin əlaqədar 
struktur və bölmələrinin saxlanması ilə bağlı dövlət idarəetmə orqanlarının cari 


xərcləri (elmi tədqiqat və işləmələrə və ekoloji təhsilə ayrılan büdcə vəsaiti 
uçota alınmamaqla); 

təbiəti mühafizəyə aid olan sahədə elmi- tədqiqat işlərinə çəkilən xərclər; 

ətraf mühitin mühafizəsinə dair təhsil və maarifləndirmə xərcləri; 

ətraf mühitin mühafizəsi tədbirlərinə və təbii sərvətlərdən səmərəli 
istifadəyə yönəldilən əsas kapitala investisiyalar; 

ətraf mühitin mühafizəsini həyata keçirən əsas fondların əsaslı təmiri. 
Ətraf mühitin mühafizəsinəçəkilən cari xərclər dedikdə, ətraf mühitin 
mühafizəsi ilə əlaqədar istismar xərcləri başa düşülür. Azərbaycanda dövlət 
statistika müşahidəsi kimi fəaliyyət göstərən hesabat formaları ətraf mühitin 
mühafizəsinə çəkilən xərclərin bir hissəsini əks etdirir: müəssisələrin carı ekoloji 
xərcləri; dövlət qoruqlarının və milli parkların saxlanması; heyvanlar aləminin 
qorunması və çoxaldılması; təbiətin mühafizəsi bölməsinə daxil olan elmi-
tədqiqat işlərinə çəkilən xərclər; ətraf mühitin mühafizəsinə dair təhsil və 
maarifləndirmə xərcləri; ətraf mühitin mühafizəsinin dövlət tərəfindən idarə 
edilməsinə çəkilən xərclər (o cümlədən ekoloji nəzarət və monitorinq, 
informasiya təminatı və s.). Bu sahədə əsas dövlət statistik nəzarət 
formalarından biri 4-ətraf mühit “Ətraf mühitin mühafizəsinə çəkilən cari 
xərclərə və ödənişlərə dair hesabat” formasıdır. Bu hesabat formasını təmizləyici 
qurğulara malik olan, müxtəlif təbiəti mühafizə tədbirlərini həyata keçirən, təbii 
sərvətlərdən istifadəyə və ətraf mühitin çirkləndirilməsinə görə ödənişləri həyata 
keçirən hüquqi şəxslər təqdim edirlər.Hesabat formasında ətraf mühitin 
mühafizəsini həyata keçirən əsas fondların saxlanılması və istismarı xərcləri, 
onların əsaslı təmiri xərcləri (fondların təkmilləşdirilməsinə çəkilən xərclər 
nəzərə alınmamaqla), torpağın bərpa edilməsinə çəkilən xərclər əks olunur. 
Digər hesabat formaları qrupu özündə bioloji ehtiyatların, hidrobiontların, 
həmçinin xüsusi olaraq qorunan dövlət əhəmiyyətli təbii ərazilərin, dövlət 
qoruqlarının və milli parkların qorunması xərclərini əks etdirir: 
1) 
2- (ovçuluq) “Ovçuluq təsərrüfatları üzrə hesabat”; 
2) 
5- (balıqartırma) “Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi 
haqqında hesabat”; 
3) 
1-qoruq “ Milli parklar və dövlət qoruqları üzrə hesabat” formaları.
Bu hesabat formalarını uyğun olaraq aşağıdakı təsərrüfatlar təqdim edir: 
a) bütün ovçuluq təsərrüfatları; 


b) təbiisuhövzələrinə buraxmaqməqsədilə qiymətlibalıqnövlərinin çoxaldılması 
ilə məşğulolanmüəssisələr; 
v) fəaliyyət göstərən dövlət qoruqları və milli parklar. 
Ovçuluq təsərrüfatları tərəfindən həyata keçirilən təbiəti mühafizə xərcləri 
özündə vəhşi heyvanların qorunması və çoxaldılmasına (müxtəlif biotexniki 
tədbirlər, brakonyerliklə mübarizəyə və s.) çəkilən xərcləri əks etdirir. Qiymətli 
ov balıqlarının çoxaldılması xərclərinə balıq çoxaldılması ilə məşğul olan 
müəssisələrin saxlanılması xərcləri də daxildir. Meşə resurslarının qorunmasına 
çəkilən xərclər əsasən 5-MT (yanğın) “Meşə fondunda və başqa ərazilərdə baş 
vermiş meşə yanğınları barədə ” hesabat formasında əks olunur. Yaşıllaşdırma 
obyektlərinin tikintisi, onların bərpası və saxlanılması xərcləri 1-yaşıllıq “Şəhər 
torpaqları və yaşıl əkililər haqqında” hesabat formasında göstərilir. 
Elmi-tədqiqat və işləmələrə çəkilən xərclər haqqında məlumat əldə etmək üçün 
1-elm “Müəssisələrin yerinə yetirdiyi elmi-texniki işlər barədə hesabat” 
formasında göstərilən ətraf mühitin qorunmasına yönəldilən tədqiqatlara çəkilən 
xərclərin cəmindən istifadə olunur. Ətraf mühitin mühafizəsi üzrə 
mütəxəssislərin təhsili, maarifləndirilməsi və hazırlığı üzrə xərcləri müəyyən 
etmək üçün “Dərs ilinin əvvəlinə dövlət və qeyri-dövlət texnikum və digər orta 
ixtisas məktəbləri haqqında” 1-orta ixtisas N-li və “Dərs ilinin əvvəlinə dövlət 
və qeyri-dövlət ali məktəbləri haqqında” 1-ali məktəb bakalavr və 1-ali məktəb 
magistratura N-li formalarda ali məktəblərdə “Ekologiya və təbiətdən istifadə”, 
orta təhsil məktəblərində “Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən 
səmərəli istifadə”, “Torpağın qorunması və meliorasiyası” ixtisasları üzrə təhsil 
alan tələbələrin sayı və 1 tələbənin orta illik təhsil haqqı nəzərə alınır. 
 
Xərclərin adı 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin