1. GİRİŞ 1 ŞİRKƏTİn təLƏBLƏRİ 2



Yüklə 202 Kb.
tarix07.03.2020
ölçüsü202 Kb.
#30616
GB MOB B7 SETEM.docx

Bölmə

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi (SƏTƏM)

MÜNDƏRİCAT


1. GİRİŞ 1

2. ŞİRKƏTİN TƏLƏBLƏRİ 2

2.1 İşlərin yerinə yetirilməsi 2

2.2 ŞİRKƏTİN Prinsipləri 2

2.3 Təhlükəli işləri dayandırmaq üzrə öhdəliklər 2

2.4 ŞİRKƏTİN Standartları və Proseduraları 3

3. İCRAÇININ SƏTƏM ÜZRƏ GÖRMƏLİ OLDUĞU ƏSAS İŞLƏR 3

3.1 İCRAÇININ Layihə üzrə Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsinə (SƏTƏM) dair Planı 3

3.2 İCRAÇININ layihə ilə bağlı Risklərin Qiymətləndirilməsi 3

3.3 Fövqəladə hallara qarşı cavab tədbirləri 4



4. TƏŞKİLAT,VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR 4

4.1 İCRAÇI tərəfindən SƏTƏM üzrə işlərin Təşkili 4

4.2 SƏTƏM üzrə Məsləhətçisi(lər) 4

5. SƏTƏM ÜZRƏ TƏLİMLƏR 4

5.1 SƏTƏM ÜZRƏ TƏLİMLƏR 4

5.2 SƏTƏM Giriş Təlimatı 4

6. ƏLAQƏLƏR 6

6.1 SƏTƏM üzrə İclaslar 6

6.2 Əlavə İclaslar 6

7. İNSİDENTLƏRİN ARAŞDIRILMASI 6

7.1 İnsidentlərin Araşdırılması 6



8. SƏTƏM üzrə Yoxlamalar 7

9. SƏHİYYƏNİN TƏŞKİLİ 8

9.1 İşçinin Tapşırığa uyğunluğu 8

9.2 İlkin Tibbi Yardım üzrə Təlim keçilən İşçilər 8

10. Ətraf mühitin MÜHAFİZƏSİ 8

11. TULLANTILARIN İDARƏOLUNMASI 9

12. İCRAÇININ GÖRMƏLİ OLDUĞU İŞLƏR 9



  1. GİRİŞ


Müqavilənin 4-cü Bölməsi İcraçının işləri yerinə yetirərkən Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə minimal tələblərini əhatə edir.

Layihələndirmə, tikinti və quraşdırma işləri daxil olmaqla - lakin bunlarla məhdudlaşmayaraq BÜTÜN İŞLƏR məsuliyyətlə həyata keçirilməlidir. Qərarlar, müvafiq hüquqi, sağlamlıq, təhlükəsizlik, mühafizə, amilləri tamamilə nəzərə alınmaqla qəbul edilərək, bütün tərəfdaşların fikirlərinə uyğun olmalıdır.

ŞİRKƏTİN Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi (SƏTƏM) üzrə hədəfləri aşağıdakılardan ibarətdir: -


  • Heç bir qəzanın baş verməməsi;

  • İnsanlara heç bir zərər dəyməməsi; və

  • Ətraf mühitə heç bir ziyan vurulmaması.

Prinsip olaraq, insanlara zərər verə biləcək və ya ətraf mühitə ziyan vura biləcək hadisələrin ŞİRKƏT üçün qəbuledilməz olduğunun aydın bir şəkildə təsdiqidir.

ŞİRKƏT, istənilən sənayedə SƏTƏM üzrə proseduraların ən üstün səviyyədə yerinə yetirilməsi üçün çalışır və ŞİRKƏTİN İcraçıları və subpodratçıları bu məqsədlərin yerinə yetirilməsinin ayrılmaz tərəfləridir.

İCRAÇI, işçilərə zərər verməmək və ya ətraf mühitə, əmlaka və ya ŞİRKƏTİN nüfuzuna xələl gətirməmək üçün zəruri olan bütün tədbirləri görməlidir.

  1. ŞİRKƏTİN TƏLƏBLƏRİ

    1. İşlərin yerinə yetirilməsi


2.1.1 MÜQAVİLƏNİN 4-cü Bölməsi ŞİRKƏTİN SƏTƏM üzrə məqsədlərinin dəstəklənməsi üçün İCRAÇININ yerinə yetirməli olduğu minimum tələbləri özündə əks etdirir. İŞLƏRİN yerinə yetirilməsi zamanı bu tələblərə riayət edilməsi icbaridir.

2.1.2 ŞİRKƏT, bütün bu tələblərin və onların yerinə yetirilməsində İCRAÇININ rolunun aydın şəkildə müəyyənləşdirilməsini təmin etmək üçün İCRAÇI ilə işləyəcək.


2.1.3 ŞİRKƏT, İCRAÇININ işləri TƏSDİQ EDİLMİŞ SƏTƏM planlarına və xüsusilə də MÜQAVİLƏNİN 4-cü Bölməsində müəyyən edilmiş tələb və gözləntilərə uyğun olaraq yerinə yetirdiyini yoxlamaq üçün İCRAÇIYA daimi olaraq nəzarət edəcəyini və onu təftiş edəcəyini qeyd edir.

2.1.4 ŞİRKƏT istənilən İŞ SAHƏSİNƏ daxil olmaq hüququna malikdir. ŞİRKƏT qəzaların araşdırılması, fövqəladə hallara dair təlimlərin keçirilməsi, sığorta və tikinti sahəsi üzrə təftişlər, səriştəlilik dərəcəsi üzrə yoxlamalar və təhlükəsizliklə bağlı yığıncaqlarda iştirak etmək və ya onları keçirmək hüququnu özündə saxlayır.


    1. ŞİRKƏTİN Prinsipləri


ŞİRKƏTİN aşağıdakı prinsiplərinə dair tələbləri yerinə yetirmək və ya öhdəsinə götürmək üçün İCRAÇININ qayda, prosedura, standart və planları mövcud olmalıdır.
    1. Təhlükəli işləri dayandırmaq üzrə öhdəliklər

      1. ŞİRKƏT yalnız səriştəli və ixtisaslı işçilərin ŞİRKƏTİN istənilən iş sahəsində təhlükəli hesab olunan İŞLƏRİN dayandırılması üçün öhdəliyə və səlahiyyətə malikdir. İCRAÇI eyni prinsiplərin bütün işlərə tətbiq olunmasını və BÜTÜN İŞ SAHƏLƏRİNDƏ həyata keçirilməsini təmin etməlidir. Təhlükəli işlərin dayandırılması üzrə öhdəliklər barədə İŞ SAHƏLƏRİNDƏ olan bütün İŞÇİLƏRƏ aydın şəkildə məlumat verilməlidir.

      2. ŞİRKƏT İCRAÇININ gördüyü işin bilavasitə təhlükəli olduğundan xəbərdar olarsa, dərhal İŞİ dayandırmaq hüququna malikdir.

      3. Hər hansısa faktiki səhvlər baş verdiyi halda və ya baş vermə ehtimalı olduğu halda, ŞİRKƏT İCRAÇIYA bütün müvafiq işlərin dayandırılması ilə bağlı təlimat vermək hüququnu özündə saxlayır.

      4. Bu cür dayandırma və ya xitam vermə nəticəsində itirilən vaxt İCRAÇINI İŞLƏRİN BAŞA ÇATDIRILMA TARİXİNDƏ İŞLƏRİ təhvil vermək öhdəliyindən azad etmir və işləri dayandırmaq üçün düzəlişlərlə əlaqədar olan bütün xərclər İCRAÇIYA aid edilir.

    2. ŞİRKƏTİN Standartları və Proseduraları


Yeni və ya yenilənmiş standartlar, proseduralar və ya digər normativ/rəhbər sənədlər ŞİRKƏT tərəfindən rəsmi olaraq verildikdə istinad üçün PODRAÇIYA təqdim olunacaq və ŞİRKƏT onların tətbiq olunmasına dair rəsmi qaydada PODRAÇIYA təlimat verəcək. Tələblər müvafiq olduqda, İCRAÇININ SƏTƏM üzrə sənədlərinə daxil ediləcək.
  1. İCRAÇININ SƏTƏM ÜZRƏ GÖRMƏLİ OLDUĞU ƏSAS İŞLƏR


Bu bölmədə İCRAÇININ SƏTƏM üzrə görməli olduğu əsas işlərə dair ümumi məlumat verilmişdir, lakin bu Müqavilənin tələbi üzrə İCRAÇININ GÖRMƏLİ OLDUĞU İŞLƏRİN yekun siyahısını təşkil etmir. İCRAÇI müqavilənin 4-cü Bölməsini bütövlükdə oxumaq, anlamaq və tələb olunduğu qaydada bütün prinsip, qayda, prosedura, proqram və standartları hazırlayaraq TƏSDİQLƏNMƏSİ və ŞİRKƏTƏ təqdim edilməsi üçün məsuliyyət daşıyır.
    1. İCRAÇININ Layihə üzrə Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsinə (SƏTƏM) dair Planı


ŞİRKƏTİN İŞ SAHƏSİNƏ SƏFƏRBƏR OLUNMAZDAN əvvəl, 14 (on dörd) gündən gec olmayaraq, İCRAÇI müvafiq Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi üzrə Plan hazırlayaraq, təsdiq olunması üçün ŞİRKƏTƏ təqdim etməlidir.
    1. İCRAÇININ layihə ilə bağlı Risklərin Qiymətləndirilməsi


ŞİRKƏTİN İŞ SAHƏSİNƏ SƏFƏRBƏR OLUNMAZDAN əvvəl, 14 (on dörd) gündən gec olmayaraq, İCRAÇI Risklərin Qiymətləndirilməsi formasını təsdiq edilməsi üçün ŞİRKƏTƏ təqdim etməlidir. Risklərin qiymətləndirilməsi İCRAÇININ səriştəli şəxsləri tərəfindən həyata keçirilməlidir və tapşırığı icra edəcək, və nəzarət edəcək İŞÇİLƏRİNDƏ cəlb olunması təmin edilməlidir.

Risklərin qiymətləndirilməsi İŞLƏRİN həcminə əsasən, aşağıdakı fəaliyyətlər üçün həyata keçirilir (lakin yalnız bunlarla məhdudlaşmır):



  1. İcazə verilməli olan xüsusi fəaliyyətlər;

  2. Sağlamlıq və gigiyena;

  3. Enerji mənbələrinin təcrid edilməsi;

  4. Sürücülük və Yol Təhlükəsizliyi;

  5. Hündürlükdə işləmək;

  6. Qazıntılar;

  7. Ekstremal hava şəraiti;

  8. Yanğının qarşısının alınması və cavab tədbirləri;

  9. Fərdi mühafizə vasitələri;

  10. Yük qaldırma əməliyyatları;

  11. Qapalı Əraziyə Giriş;

  12. Mühafizə
    1. Fövqəladə hallara qarşı cavab tədbirləri


İCRAÇI, İŞ SAHƏLƏRİNDƏ fövqəladə hallara qarşı tədbirlərin görülməsində cavabdehdir. ŞİRKƏTİN İŞ SAHƏSİNƏ SƏFƏRBƏR OLUNMAZDAN əvvəl, 14 (on dörd) gündən gec olmayaraq, İCRAÇI, İŞ SAHƏSİ üçün Fövqəladə hallara qarşı cavab tədbirlərinin görülməsi üzrə Plan hazırlamalı və təsdiq olunması üçün Şirkətə təqdim etməlidir.

Risklərin qiymətləndirilməsi ilə müəyyənləşdirilərsə və ya ŞİRKƏTİN NÜMAYƏNDƏSİ tərəfindən tələb edilərsə, İCRAÇI tərəfindən İŞLƏRİN yerinə yetirilməsi üçün fövqəladə hallara qarşı əlavə və ya xüsusi tədbirlər hazırlamalıdır.


  1. TƏŞKİLAT,VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

    1. İCRAÇI tərəfindən SƏTƏM üzrə işlərin Təşkili


ŞİRKƏTİN İŞ SAHƏSİNƏ SƏFƏRBƏR OLUNMAZDAN əvvəl, 14 (on dörd) gündən gec olmayaraq, İCRAÇI İŞ üçün SƏTƏM üzrə işlərin təşkilini əks etdirən strukturu təsdiq olunması üçün Şirkətə təqdim etməlidir.
    1. SƏTƏM üzrə Məsləhətçisi(lər)

      1. İCRAÇI və SUBİCRAÇININ İŞƏ nəzarət etmək üçün bütün iş sahələrində SƏTƏM üzrə tam ştatlı məsləhətçiləri olmalıdır. SƏTƏM üzrə məsləhətçilər ŞİRKƏT tərəfindən təsdiqlənməli və aşağıdakı minimal tələblərə cavab verməlidir:

      2. Tikinti sənayesində oxşar vəzifədə ən azı iki (2) illik təcrübə;

      3. Tikinti ilə əlaqədar fəaliyyətlərə dair lazımi səviyyədə biliklər; və

  1. SƏTƏM ÜZRƏ TƏLİMLƏR

    1. SƏTƏM ÜZRƏ TƏLİMLƏR


Azərbaycan Respublikası qanunvericiliyinin tələb etdiyi hallarda, İCRAÇI SƏTƏM təlim kurslarının təmin edilməsində və təlimçilər üçün müvafiq ORQANDAN razılığın olması üçün məsuliyyət daşıyır.
    1. SƏTƏM Giriş Təlimatı

      1. İCRAÇI İŞÇİLƏRƏ vəzifəsindən asılı olmayaraq, İŞÇİ SAHƏYƏ buraxılmazdan əvvəl, SƏTƏM üzrə Giriş Təlimatının keçirilməsini təmin etməlidir. ŞİRKƏTİN İŞ SAHƏSİNƏ SƏFƏRBƏR OLUNMAZDAN əvvəl, 14 (on dörd) gündən gec olmayaraq Giriş Təlimatı Proqramı təsdiq olunmaq üçün ŞİRKƏTƏ təqdim edilməlidir.

      2. İCRAÇI ŞİRKƏTİN bütün işçilərinin SƏTƏM üzrə Giriş Təlimatına qatılmasını təmin etməlidir.

      3. SƏTƏM üzrə Giriş Təlimatı əhatə edəcək mövzulara aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):


  1. İCRAÇININ sahə üzrə idarəetmə komandasının üzvləri ilə tanışlıq;

  2. İŞ SAHƏNİN və İŞLƏRİN xarakteri və xülasəsi;

  3. ŞİRKƏTİN SƏTƏM üzrə Siyasəti;

  4. İCRAÇININ Sahə üzrə SƏTƏM Qaydaları;

  5. Narkotik vasitələr və spirtli içkilərlə bağlı tələblər (təsadüfi yoxlamalar da daxil olmaqla)

  6. Qadağan olunmuş əşyalar;

  7. İŞLƏRƏ və İŞ SAHƏSİNƏ xas təhlükələrin və risklərin ümumi təhlili;

  8. İşçilərlə keçirilən Gündəlik Təlimatların əhəmiyyəti;

  9. Risklərin Qiymətləndirilməsinin ümumi təhlili;

  10. FMV, işçi sahə üzrə minimum tələblər və düzgün istifadə;

  11. Fövqəladə hallara qarşı cavab tədbirləri üzrə plan (sirena/siqnalizasiya planı, təxliyyə yolları və çıxışlar, iclas yerləri, təcili tibbi yardım göstərilməsi);

  12. Dərman qutusunun, tibbi vasitələrin, yanğınsöndürmə avadanlıqları və fövqəladə hallarda istifadə olunan digər avadanlıqların yeri;

  13. Mühafizə və giriş qaydaları;

  14. Siqaret çəkmə ilə bağlı qaydalar;

  15. İnsidentlərin məruzə edilməsi(potensial təhlükəli hallar da daxil olmaqla);

  16. Nəqliyyat və sürücülük qaydaları;

  17. Yanğından mühafizə və yanğınsöndürmə

  18. Təmizlik işləri;

  19. Əllə Yük Qaldırma;

  20. Əl alətlərinin istifadə edilməsi;

  21. Ətraf mühitin mühafizəsinə dair tələblər

  22. Müvafiq olduqda yerli icma məsələləri



  1. ƏLAQƏLƏR

    1. SƏTƏM üzrə İclaslar

      1. İŞLƏRİN yerinə yetirilməsi zamanı, layihənin SƏTƏM üzrə İclasları aylıq olaraq keçirilməlidir.

      2. İclaslarda həm İCRAÇI həm də ŞİRKƏTİN layihənin idarə olunması üzrə üzvləri iştirak etməlidir.

      3. SƏTƏM üzrə keçirilən İclasların məqsədi aşağıdakılardan ibarətdir (lakin bunlarla məhdudlaşmır):-


  1. SƏTƏM üzrə Planı ümumi baxışdan keçirməklə inkişafa və Plana riayət olunmasına nəzarət etmək;

  2. SƏTƏM üzrə həll olunmamış mühüm məsələlərin və problemlərin ümumi təhlili və həll olunması tələb olunan məsələlərə üstünlük verilməsi;

  3. Əsas fəaliyyət göstəricilərinin, insidentlərə dair məlumatların, təhlükəli halların və insidentlərin təkrar baş verməsinin qarşısını almaq üçün görülən tədbirlərin ümumi təhlili;

  4. İnsidentlərin və potensial təhlükəli vəziyyətlərin araşdırılması, SƏTƏM üzrə audit yoxlamaları və təhlillər, eləcə də monitorinq fəaliyyətlərinə riayət edilməsindən irəli gələn fəaliyyətlərin bitməsinin təhlili;

  5. Rəhbərliyin SƏTƏMƏ dair yoxlamaları zamanı müşahidə olunan SƏTƏM üzrə məsələlərin müzakirə edilməsi;

  6. Təhlükəsizliklə bağlı hər hansı həvəsləndirici mükafatların verilməsi üçün qruplar və fərdi şəxslərin məsləhət görülməsi və təhlükəsizliyin təkmilləşdirilməsində İŞÇİLƏRİN maraqlarını təmsil etmək;

  7. SƏTƏM üzrə plana cavab vermək üçün resursların razılaşdırılması və ayrılması;
    1. Əlavə İclaslar

      1. ŞİRKƏT SƏTƏM üzrə problemləri, o cümlədən, MÜQAVİLƏNİN maddələrinə riayət edilmədiyindən xəbər verən məsələləri müzakirə etmək üçün əlavə iclaslar çağırmaq hüququnu özündə saxlayır.

  1. İNSİDENTLƏRİN ARAŞDIRILMASI

    1. İnsidentlərin Araşdırılması


İCRAÇI bütün insidentləri ŞİRKƏTƏ məruzə etməlidir. ŞİRKƏT insidentlərin potensial ciddilik dərəcəsinə uyğun səviyyədə araşdırma aparacaq.

İlkin hadisənin məruzə edilməsi İCRAÇI, bu MÜQAVİLƏYƏ əsasən baş verə biləcək aşağıdakılar daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan halların hər hansı birinə rast gəldikdən və ya bununla bağlı hər hansı bir məlumat əldə etdikdən dərhal sonra ŞİRKƏTİ yazılı və şifahi şəkildə xəbərdar edir:



  1. Hər hansı bir İŞÇİNİN - İCRAÇI QRUPUNUN və ya , SUBİCRAÇININ əməkdaşının, müvəqqəti işçilərin və ya üçüncü şəxslərin, qonaqların və ya digərlərinin İŞ SAHƏSİNDƏ, İŞLƏRİN icrası zamanı ölümü;

  2. Bütün Böyük Qəza Hadisələri və digər Ciddi Hadisələr;

  3. Qeyri-iş günlərində baş verən hadisələr;

  4. Bütün zədələnmələr və/və ya xəstəliklər (Əmək fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan travmalar, Tibbi yardım göstərildiyi hallar və Təcili tibbi yardım göstərildiyi hallar);

  5. Zədələnmə və ya xəstəliyə, əmlaka və ya ətraf mühitə ziyan vurulmasına səbəb olma ehtimalı olan bütün potensial təhlükəli vəziyyətlər;

  6. Əmlaka zərər vurulan bütün hadisələr;

  7. Bütün nəqliyyat vasitələri ilə əlaqəli hadisələr (yüngül və ağır nəqliyyat vasitələri və portativ qurğular);

  8. Təhlükəli maddələrin ətraf mühitə axıdılması/tökülməsi və ya buraxılması;

  9. Hökumətin SƏTƏM üzrə istənilən Qaydalarının hər hansı bir iddia edilən pozuntusuna dair verilən bütün bildirişlərin İCRAÇI tərəfindən qəbulu; və

  10. İŞLƏRİN yerinə yetirilməsi zamanı hər hansı bir insanın təhlükəsizliyinə, ŞİRKƏTİN aktivlərinə və ya potensial təhlükə yaradan hər hansı təhlükəsizlik hadisəsi


  1. SƏTƏM üzrə Yoxlamalar


İCRAÇI SƏTƏM üzrə rəsmi yoxlama Proqramı həyata keçirir. SƏTƏM üzrə yoxlamaların nümunələri aşağıdakılardır (lakin bunlarla məhdudlaşmır):-

  1. Təmizlik işləri;

  2. Nəqliyyat vasitəsinin təhlükəsizliyi üzrə yoxlamalar;

  3. Elektrik avadanlıqlarının təhlükəsizliyi üzrə yoxlamalar;

  4. FMV üzrə yoxlamalar;

  5. İşləmək üçün nəzərdə tutulmuş müvəqqəti qurğuların yoxlanması;

  6. Yıxılmaya qarşı qoruyucu avadanlıqlar və xilasetmə avadanlıqları;

  7. Portativ avadanlıqların vəziyyəti;

  8. Nərdivanların yoxlanması;

  9. Alətlərin və avadanlıqların yoxlanması;

  10. Yanğınsündürmə avadanlıqlarının yoxlanması (misal üçün: yanğınsöndürücü qurğular);

  11. Təcili tibbi yardım göstərilməsinə dair yoxlamalar:

  12. Tullantıların yığılması, saxlanması və daşınması;

  13. Materialların yığılması/saxlanması üçün istifadə olunan anbarlar və digər ərazilər;

  14. Əl alətləri;

İCRAÇI yuxarıdakı predmetləin yoxlanılmasını əhatə edən bir sıra hərtərəfli yoxlama siyahıları hazırlamalı və bu siyahılar TƏSDİQLƏNMƏLİDİR.

Sahədə həyata keçirilən SƏTƏM üzrə yoxlamalar zamanı görülən növbəti tədbirlər İCRAÇININ tədbirlərin izlənilməsi sistemində nəzarət edilən tədbirlərlə birlikdə İCRAÇI tərəfindən izlənilməlidir. Yoxlamalara dair qeydlər yoxlamalar həyata keçirildikdən sonra yeddi gün ərzində ŞİRKƏTİN NÜMAYƏNDƏSİNƏ verilməlidir.



  1. SƏHİYYƏNİN TƏŞKİLİ

    1. İşçinin Tapşırığa uyğunluğu

      1. ŞİRKƏTİN İŞ SAHƏSİNƏ SƏFƏRBƏR OLUNMAZDAN əvvəl, 14 (on dörd) gündən gec olmayaraq, İCRAÇI işçilərin fiziki və əqli cəhətdən uyğun olduqlarını bildirməlidirlər.

      2. İCRAÇIDAN ŞİRKƏT tərəfindən nəzarət edilən sahələrə daxil olması tələb olunduqda , İCRAÇI İŞÇİLƏRİN tapşırığa uyğunluğunu təsdiq edən etibarlı bir tibbi şəhadətnaməyə malik olmasını təmin etməlidir.

    2. İlkin Tibbi Yardım üzrə Təlim keçilən İşçilər

      1. İCRAÇI iş apardığı sahədə kifayət qədər ilkin tibbi yardım üzrə təlim keçən İŞÇİLƏRİN olmasını təmin etməlidir.

      2. İCRAÇI ilkin tibbi yardım işçilərinin öz əmək fəaliyyətlərini və ya təhlükəsizliyini təhlükə altına atmadan dərhal işlərini tərk etməsini və onların ilkin tibbi yardımla bağlı öhdəliklərinin fövqəladə hallara dair digər vəzifələrə zidd olmamasını təmin etməlidir.

      3. İlkin tibbi yardım işçiləri ilkin tibbi yardıma dair təlim keçdiklərinə dair sertifikata malik olmalıdırlar.



  1. Ətraf mühitin MÜHAFİZƏSİ

      1. İCRAÇI, hava, su və torpağın keyfiyyətinin, həmçinin heyvan və bitkilərin həyatının qorunmasına lazımi tədbirləri təmin etməklə bütün fəaliyyəti və İŞLƏRİNİ yerinə yetirməlidir.

      2. İŞLƏRİN yerinə yetirilməsi zamanı, İCRAÇI hər zaman:


  1. ətraf mühitin mühafizəsi üzrə tədbirlər və mühitin idarə olunması ilə əlaqədar bütün qanun və qaydalara, və ekoloji və sosial fəaliyyətə aid olan bütün qanun və qaydalara riayət etməlidir;

  2. enerji daxil olmaqla bütün resursların istifadəsini optimallaşdırmalıdır;

  3. tullantıların miqdarını azaltmalı və çirklənmənin qarşısını almalıdır;

  4. maddələrin tökülməsi/axmasını məruzə etməli, bu cür hal aşkar olunduqda təmizlik işlərini öz üzərinə götürürərək, profilaktik tədbirlər görməlidir.


  1. TULLANTILARIN İDARƏOLUNMASI


11.1 İcraçı iş sahəsində xüsusi bir sahə yaradır və ayrılmış tullantıların iş sahəsindən çıxarılmazdan əvvəl saxlanılması üçün müvafiq qablarla təmin etməlidir.

11.2 İcraçı yerli qanunvericiliyə uyğun olaraq iş fəaliyyəti zamanı yaranan bütün tullantıların xaric edilməsi üçün məsuliyyət daşıyır və şirkətin göstərişinə əsasən təsdiqlənmiş ərazi və sahələrdən istifadə etməlidir.




  1. İCRAÇININ GÖRMƏLİ OLDUĞU İŞLƏR


Aşağıda, SƏTƏM 4-cü Bölmə üzrə İCRAÇIDAN tələb olunan sənədlərin siyahısı verilmişdir.

Qeyd etmək lazımdır ki, bu siyahı İCRAÇININ görməli olduğu işlərin tam siyahısı deyildir.



Spes.

Bölmə

Ətraflı məlumat

Göndərmə tarixi

'.......tarixdən gec olmayaraq'



SƏTƏM

3.1

İCRAÇI, 4-cü Bölmənin və onun tələblərinə cavab vermək üçün İCRAÇININ SƏTƏM üzrə planı.

MÜQAVİLƏNİN BAŞLAMA TARİXİNDƏN etibarən14 (on dörd) gün ərzində

SƏTƏM

3.2

İCRAÇI, ŞİRKƏTƏ TƏSDİQ etməsi üçün Risklərin qiymətləndirilməsi formasını təqdim edir

ŞİRKƏTİN İŞÇİSAHƏLƏRİNƏ SƏFƏRBƏR OLUNMAZDAN əvvəl 14 (on dörd)gündən gec olmayaraq

SƏTƏM

3.3

İCRAÇI SAHƏ üçün Fövqəladə hallara qarşı cavab tədbirləri üzrə Plan (ERP) hazırlayır və TƏSDİQ edilməsiüçün ŞİRKƏTƏ təqdim edir.

ŞİRKƏTİN İŞÇİ SAHƏLƏRİNƏ SƏFƏRBƏR OLUNMAZDAN əvvəl 14 (on dörd)gündən gec olmayaraq

SƏTƏM

4.1

İCRAÇI İŞLƏR üzrə SƏTƏM təşkilini əks etdirən strukturu TƏSDİQ edilməsi üçün Şirkətə təqdim edir.

ŞİRKƏTİN İŞÇİ SAHƏLƏRİNƏ SƏFƏRBƏR OLUNMAZDAN əvvəl 14 (on dörd)gündən gec olmayaraq




Yüklə 202 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin