Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   24   25   26   27   28   29   30   31   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

 

 

                                                        

1385

 Mir Yacoub. Le probleme du Caucase, p. 137-138 



397 

 

XIV FƏSİL 



 

1920-ci ilin aprel işğalı və Azərbaycan diplomatiyası 

 

1920-ci  ilin  yanvarında  Azərbaycanın  istiqlaliyyəti  Antanta  dövlətləri 



tərəfindən  tanındıqdan  az  sonra  yanvar  ayının  23-də  RSFSR  Xalq  xarici  işlər 

komissarı  G.V.Çiçerindən  ikinci  nota  alındı.  Birinci  nota  ilə  müqayisədə  ikinci 

nota  daha  təcavüzkar  məzmuna  malik  idi.  Çiçerinin  notasında  F.Xoyskinin  14 

yanvar  tarixli  birinci  cavab  notası  təhlil  edilir  və  orada  Azərbaycanın  Denikin 

təhlükəsinə  qarşı  barışmaz  mübarizə  aparmasına  məhəl  qoyulmurdu.  Azərbaycan 

xarici işlər nazirinin cavabı bolşevik komissarın notasında dolayısı  yolla Könüllü 

orduya  qarşı  mübarizədən  imtina  kimi  dəyərləndirilir,  Azərbaycan  hökumətinin 

Rusiyanın  daxili  işlərinə  qarışmaqdan  imtina  etməsi  Sovet  Rusiyası  tərəfindən 

ağqvardiyaçı  qüvvələrə  kömək  kimi  qiymətləndirilirdi.

1386


  Məsələnin  digər  tərəfi 

ondan ibarət idi ki, Polşa, Finlandiya, Baltik dövlətlərindən fərqli olaraq, Qafqaz 

milli dövlətləri Sovet hökuməti tərəfindən hüquqi cəhətdən tanınmamışdı. Halbuki 

Denikin  kimi  mürtəce  generalın  rəhbərlik  etdiyi  səyyar  hökuməti  artıq 

Azərbaycanın  istiqlaliyyətini  tanımışdı.  Ona  görə  də,  fevralın  1-də  G.V.Çiçerinə 

göndərilən  cavab  notasında  F.Xoyski  Azərbaycanın  istiqlaliyyətinin  tanınması 

məsələsində  Sovet  Rusiyasının  konkret,  açıq  və  aydın  fikir  söyləməsini  zəruri 

hesab etmişdi.

1387

 Əslində bu məsələdən bəhanə kimi istifadə edən Sovet Rusiyası 



ondan Azərbaycana təzyiqi gücləndirmək məqsədilə istifadə edirdi. Qırmızı Ordu 

Cənuba doğru irəlilədikcə bu təzyiq daha təhlükəli xarakter alır və suveren dövlət 

əleyhinə  açıq  təbliğat  kampaniyasına  çevrilirdi.  Fevralın  2-də  Ümumrusiya 

Mərkəzi  İcraiyyə  Komitəsinin  və  Xalq  Komissarları  Sovetinin  işi  haqqında 

məruzəsində  V.İ.Lenin  qeyd  edirdi  ki,  "biz  Denikin  əleyhinə  saziş  bağlamağı 

Gürcüstan  və  Azərbaycana  təklif  etmişik.  Onlar  başqa  dövlətlərin  işlərinə 

qarışmadıqlarını  bəhanə  edərək,  bizim  təklifimizdən  boyun  qaçırtdılar.  Görək 

Gürcüstan və Azərbaycanın fəhlə və kəndliləri buna necə baxacaqlar".

1388

 

1920-ci ilin fevralın axırı, martın əvvəllərində edilmiş notalar mübadiləsi də 



təxminən  əvvəlkilərlə  eyni  məzmunda  idi.  Fərqli  cəhət  bundan  ibarət  idi  ki, 

Qırmızı  Ordu  artıq  Azərbaycanın  sərhədlərinə  yaxınlaşmış,  hökumət  daxilində 

yaranmış təhlükə ilə bağlı müxtəlif fikirlər meydana çıxmışdı. Bundan əlavə, 1920-

ci  ilin  fevralında  bilavasitə  Moskvanın  göstərişi  ilə  yaradılmış  Azərbaycan 

Kommunist  (bolşeviklər)  Partiyası  mövcud  vəziyyətdən  ölkə  daxilində  dövlət 

                                                        

1386

  Trosiemme  note  de  Tchitcherine  au  minister  des  Affaires  Etrangeres  de  l'Azerbaidjan,  Khan 



Khoisky.  //  Bulletin  D'informations  de  L'Azerbaidjan.  Paris,  1  Avril  1920,  p.5 -6;  1920-ci  ilin  yanvar 

ayında  notalar  mübadiləsi  və  1918-1920-ci  illərdə  Rusiya-Azərbaycan  münasibətləri  haqqında  geniş 

məlumat  üçün  bax:  Р.Мустафа-заде.  Две  республики:  Азербайджано-Российские  отношения  в 

1918-1922 гг. Москва, 2006, с. 14-105.  

1387

 Azərbaycan, 1920, 11 fevral. 



1388

 V.İ.Lenin. Azərbaycan haqqında. s.163 



398 

 

çevrilişi  həyata  keçirmək  məqsədilə  istifadə  etməyə  cəhd  göstərirdi.  Sovet 



Rusiyasının  xarici  işlər  komissarlığı  fevral  ayında  Azərbaycanın  istiqlaliyyətini 

tanımaq məsələsini müzakirə etdikdə, məhz Bakıda və Rusiyada fəaliyyət göstərən 

müsəlman  bolşeviklərinin  təklifini nəzərə  alaraq, müsbət  qərar  qəbul  etməmiş  və 

müstəqil  Azərbaycan  Respublikasını  tanımaqdan  qəti  surətdə  imtina  etmişdi.

1389

 

Hələ  1919-cu  ilin  iyul  ayında  PK(b)P  MK-nın  Siyasi  və  Təşkilati  Bürosunda 



"Hümmət  partiyasının  əyalət  komitəsi  hüququnda  müstəqil  Azərbaycan 

Kommunist  Partiyası  kimi  və

 

Azərbaycanın  müstəqil  Sovet  respublikası  kimi 



tanınması  haqqında"  məsələ  müzakirə  ediləndə,  Azərbaycanın  müstəqilliyinin 

tanınmasına meyllər hiss edilsə də, lakin sonralar müsəlman bolşeviklərinin təkidi 

ilə  bundan  imtina  edildi.

1390 


Azərbaycan  Respublikasına  Sovet  Rusiyasının 

münasibəti siyasi mülahizələrdən daha çox iqtisadi amillərlə bağlı idi. 1920-ci ilin 

yazında  vətəndaş  müharibəsi,  əsasən,  başa  çatmış,  fəlakətli  dərəcədə  dağılmış 

təsərrüfatı bərpа etmək kimi çətin bir vəzifə qarşıya çıxmışdı. Təsərrüfat həyatının 

bərpа  edilməsi  isə  ilk növbədə  neft  məsələsi ilə  bağlı  idi. Nə  qədər  ki,  vətəndaş 

müharibəsi  gedirdi,  Bakını  tutmaq  sadəcə  olaraq,  mümkün  deyildi.  Şimali 

Qafqazda  Denikin  könüllüləri  və  oyuncaq  Xəzər  hökuməti  öz  subyektiv 

niyyətlərindən asılı olmayaraq, Sovet Rusiyasının Bakıya doğru yolunda bir səddə 

çevrilmişdi.  Lakin  1920-ci  ilin  yazında  ağqvardiyaçı  generallar  üzərindəki 

qələbələrdən sonra vəziyyət Sovet Rusiyasının xeyrinə dəyişdi. Əslində elə 1920-ci 

ilin  yanvarından  başlanan  diplomatik  qarşıdurmanın  arxasında  da  Bakı  neftinə 

sahib  olmaq  məqsədləri  dayanırdı.  V.İ.Leninin  mart  ayının  17-də  Qafqaz 

cəbhəsinin  hərbi  inqilab  şurasına  göndərdiyi  teleqramda  Bakının  işğal  edilməsi 

məsələsi  açıq-aydın  şəkildə  göstərilmişdi.  Teleqramda  deyilirdi:  "Bakını  almaq 

bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin, həm də bəyanatlarda 

son  dərəcə  diplomatik  olmaq  və  möhkəm  yerli  sovet  hakimiyyəti  hazırlandığını 

tamamilə yəqin etmək lazımdır... Qüvvələr yeridilməsi haqqında Baş komandanla 

şərtləşin".

1391

 Rusiya Dövlət Sosial-Siyasi tarix arxivində bu teleqramın əlyazması 



ilə yanaşı, onun surəti də vardır. Teleqramın surətində Q.K.Orconikidze bu sözləri 

yazmışdır:  "Teleqram  Bakıya  hücum  hazırlanması  dövrünə  aiddir.  Əməliyyat 

hazırlanmışdı..."

1392


  V.Leninin  bu  teleqramından  sonra  Azərbaycanın  işğal 

edilməsi  ilə  bağlı  praktiki  fəaliyyətə  keçildi  və  Azərbaycan  sərhədlərinə  ordu 

toplanmağa başlandı. Mart ayının 21-də L.Trotski Xarkovda olan İ.Stalinə yazırdı: 

"Mən  Tuxaçevskiyə  bu  məzmunda  sorğu  göndərirəm.  Novorossiysk  və  Qroznı 

bizim tərəfimizdən tutulduqdan sonra oradan 3 atıcı və 3 atlı diviziyası götürmək 

                                                        

1389

 Bax: N.Nəsibzadə. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı, 1996, s.230-251 



1390

 PK(b)P MK-nın Siyasi Bürosu və Təşkilat Bürosunun iclasının protokolundan çıxarış. 19.07.1919.// 

AR Pİİ SPİHDA, f.1, s.44, i.118, v.6 

1391


 Bakının tutulması ilə bağlı V.Leninin Q.Orconikidzeyə teleqramı. 17.03.1920// RDSSTA, f.85, s.13, 

i.1,v.1 


1392

 Yenə orada, v. 1 

 


399 

 

ehtimalı var. Əlavə ordular sizə yalnız naviqasiya açılandan sonra veriləcək. Xahiş 



edirəm  deyin:  bu  şəraitdə  siz  Bakını  tutmaq  və  əldə  saxlamaq  üçün  əməliyyat 

keçirilməsini  mümkün  sayırsınızmı?  Azərbaycana  Gürcüstan  tərəfindən  kömək 

göstərilməsinin  mümkünlüyünü  nəzərə  alın.  Bunu  əlavə  edirəm  ki,  Gürcüstanın 

toxunulmazlığına tam təminat verməklə və neft vəd etməklə yaxşı olar ki, onlarla 

razılığa gələsiniz."

1393


 

Azərbaycanın  işğalı  ərəfəsində  Gürcüstanı  neytrallaşdırmaq  məqsədilə 

bolşeviklərin  bu  fikri  gürcü  kommunistlərdən  biri  vasitəsilə  gizli  şəkildə 

N.Jordaniyaya  çatdırılmışdı.  Rusiya  kommunist  partiyası  Mərkəzi  Komitəsinin 

üzvü olan bu kommunist Noj Jordaniyaya təklif etmişdi ki, Gürcüstan hökumətinin 

etibarlı  adamlarından  biri  onunla  Moskvaya  getsin.  O,  vəd  edirdi  ki,  Lenin 

Gürcüstanın müstəqilliyinin tanınmasına öz razılığını verəcək. Versal konfransında 

Qafqaz  dövlətlərinin  de-yure  tanınması  faktı  baş  vermədiyindən,  1920-ci  ilin 

əvvəllərində  Gürcüstan  rəhbərliyi  Moskva  tərəfindən  tanınmağa  cəhd  göstərir  və 

bunun üçün yollar axtarırdı. Rusiyanın bolşevik dairələrində nüfuzu olan bir gürcü 

kommunistindən  təklif  alan  kimi  Gürcüstan  rəhbərliyi  öz  nümayəndəsi 

Q.Uratadzeni  gizli  şəkildə  Moskvaya  göndərdi.  Danışıqlar  zamanı  razılıq  əldə 

olundu ki, Gürcüstan öz ərazisindən xarici qoşunları çıxarmalı, Sovet Rusiyası isə 

öz növbəsində onun müstəqilliyini tanımalı idi. Nəticə etibarı ilə elə bu məzmunda 

Rusiya ilə Gürcüstan arasında əməkdaşlıq haqqında bir müqavilə imzalandı.

1394


 16 

maddədən ibarət olan müqaviləni 1920-ci ilin may ayının 7-də Moskvada Rusiya 

Sovet Respublikası  tərəfindən Xalq Xarici İşlər komissarının  müavini L.Karaxan, 

Gürcüstan tərəfindən isə Q.Uratadze imzaladılar.

1395

 

Azərbaycana  münasibətdə  ilk  dövrlərdə  Rusiya  bolşevik  hökuməti  açıq 



təcavüzə  qərarlı  deyildi  və  belə  hesab  edirdilər  ki,  yerli  kommunistlərin  əli  ilə 

dövlət  çevrilişini  həyata  keçirmək  mümkün  olacaq.  Bu  məqsədlə  1920-ci  ildə 

yaradılmış  Azərbaycan  Kommunist  Partiyasına  böyük  həcmdə  silah,  sursat  və 

maliyyə yardımı göstərilirdi. Kommunistlərin fəallaşdığı bir məqamda, mart ayının 

20-də ermənilər Qarabağın Dağlıq hissəsində Azərbaycan hökumətinə qarşı qiyam 

qaldırdılar. Sonralar məlum oldu ki, bu qiyamın izləri Moskvaya gedib çıxır. Şimal 

təhlükəsinin  reallaşdığı  bir  məqamda  bu  hadisə  Bakının  müdafiəsinin 

zəiflədilməsinə  xidmət  etməli  idi.  Elə  həmin  vaxt  G.Çiçerin  Leninə  yazırdı  ki, 

Azərbaycana  qarşı  güc  tətbiq  edilməsi  beynəlxalq aləmdə dostlarımızı  bizə  qarşı 

qaldırar.  Lansberi  və  onun  kimilər  kiçik  Azərbaycan  xalqından  vəcdə  gəlmişlər. 

Kenvorsi,  bizim  əziz  dostumuz  "kiçik  azad  Аzərbaycan"  haqqında  ilhamlı 

məqalələr  yazır.  Onlara  dəlil  verməməliyik  ki,  bizi  imperialist  hesab  etsinlər.

1396

 

                                                        



1393

 Б.Краснов, В.Дайнес. Неизвестный Троцкий. Красный Бонапарт. М., 2000, с.366-367 

1394

 Н.Жордания. Моя жизнь, с. 105-106 



1395

  Вах:  Traité  entre  la  Géorgie  et  la  Russie.  Le  7  mai  1920.//  Ministère  des  Affaires  Etrangère  de 

France, Archives Diplomatique, vol. 639, folio 172-176 

1396


 B.Rəfiyev. Aysberqin sualtı hissəsi. Bakı, 1995, s.8 

400 

 

Lakin  çox  məhdud  sosial  bazası  olan  Azərbaycan  Kommunist  partiyası  dövlət 



çevrilişi həyata keçirmək üçün ciddi imkanlara malik deyildi. 

Şimal  küləyinin  sərin  mehi  yavaş-yavaş  Azərbaycanın  başı  üzərindən 

əsdikcə  müxtəlif  pozucu  qüvvələr  ölkə  daxilində  bir-birindən  ağır  hadisələr 

törədirdilər.  Sovet  Rusiyasının  hücumu  ərəfəsində  Moskvaya  gəlmiş  erməni 

nümayəndələri  ərazi  güzəştləri  müqabilində  Azərbaycan  hökumətini  devirmək 

işinə  öz  yardımını  təklif  edirdilər.

1397

  Şübhəsiz  ki,  mart  ayının  ortalarında 



Qarabağda  planauyğun  şəkildə  erməni  qiyamının  baş  verməsi  və  Azərbaycan 

ordusunun Qarabağa cəlb edilməsi əvvəlcədən hazırlanmış pozuculuğun bilavasitə 

nəticəsi idi. 

1920-ci  ilin  martında  Qarabağın  Dağlıq  hissəsində  Аzərbaycan 

Respublikasına  qarşı  qaldırılan  qiyamda,  Qazax  və  Naxçıvana  Ermənistan 

tərəfindən  edilən  təcavüzdə məqsəd nizami  Azərbaycan  ordu  hissələrini  Bakıdan 

çıxartmaq  idi.  Daşnak  quldur  dəstələrinin  Xankəndi  qarnizonuna  hücumu  ilə 

başlanan Qarabağ qiyamını yatırtmaq üçün ordu hissələri təcili surətdə Bakıdan və 

Dağıstan sərhədlərindən Qarabağın Dağlıq hissəsinə gətirilməyə başlandı. Erməni 

daşnakları ilə mübarizəyə səfərbər edilən dəstələr 5-ci Bakı piyada polkundan, 1-ci 

Cavanşir,  4-cü  Quba  piyada  polklarından,  Şirvan,  Ağdaş,  Gəncə  piyada 

polklarından  təşkil  edilmişdi.  Qarabağda  və  Qazaxda  hərbi  əməliyyatlar  aprel 

ayının  üçüncü  ongünlüyünə  qədər  davam  etdi.  Əslində  Qarabağ  qiyamında  və 

Qazax  təxribatında  qarşıya  qoyulan  məqsədə  nail  olunmuşdu,  ordu  hissələri  bu 

regionlara  cəlb  edilməklə  şimaldan  XI  Qırmızı  Ordunun  Bakıya  maneəsiz  daxil 

olması  üçün  şərait  təmin  edilmişdi.  Əsgəran  döyüşündə  və  Qazaxdakı  hərbi 

əməliyyatlarda daşnak qoşunlarının tamamilə darmadağın edilməsinə baxmayaraq, 

bolşevik təcavüzü zamanı Azərbaycan ordu hissələri Bakıya gəlib çata bilmədi. Bu 

vaxt  Bakıda  cəmisi  iki  minə  yaxın  əsgər  qalmışdı  ki,  onlar  da  şəhərdə  yerləşən 

dövlət  idarələrini  qoruyurdular.  Bakı  şimaldan  gələn  təhlükə  qarşısında  tam 

müdafiəsiz  idi.  Böhranlı  aprel  günlərində  Bakıya  səfər  edən  Gürcüstan  müdafiə 

nazirliyinin  nümayəndəsi  general  Q.T.Kvinitadze  Bakının  və  Samur  sərhəd 

məntəqəsinin  müdafiəsi  ilə  tanış  olduqdan  sonra  bolşeviklərə  qarşı  mübarizə 

aparmaq  üçün  müəyyən  hazırlıq  işlərinin  görüldüyünü  təsdiq  etsə  də,  lakin 

Azərbaycan  ordusunun  əsas  hissəsinin  ermənilərlə  müharibəyə  cəlb  olunduğunu 

bildirirdi.  О  yazırdı:  "Mənim  üçün  aydın  oldu  ki,  Аzərbaycan  bolşeviklərlə 

müharibəyə elə də intensiv hazırlaşmayıb, Bakının tutulması bu gün-sabahlıq idi. 

15-20 verst olan Samur xəttində cəmisi bir batalyon var idi. Аzərbaycan ordusunun 

qalanı  dövlətin  cənubunda  (cənub-qərbində  -  C.H.)  idi,  onlar  orada  ermənilərə 

qarşı müharibə aparırdılar".

1398

 

                                                        



1397

 N.Nəsibzadə. Azərbaycan Demokratik Respublikası, s.39 

1398

 Генерал Г.И.Квинитадзе. Мои воспоминания в годы независимости Грузии 1917-1921. Парис, 



1985, с.164 

401 

 

Çevriliş  planının  həyata  keçrilməsində  Moskva  müsəlman  kommunistlərə 



böyük  ümid  bəsləyirdi.  PK(b)P  MK-nın  üzvü  Y.E.Rudzutak  Leninə,  Rıkova  və 

Çiçerinə  göndərdiyi  teleqramda  bildirirdi  ki,  "erməni-tatar  münasibətləri 

baxımından Bakıda vəziyyət gərgindir. Hökumət tatar millətinə arxalanır. Çevrilişi 

yalnız müsəlmanlara arxalanaraq etmək olar, ona görə məsul vəzifələrə bir erməni 

də  təyin  etmək  lazım  deyildir".

1399


  Göründüyü  kimi,  aprel  təcavüzünə  gedən  yol 

xeyli əvvəl başlanmışdı. İşğalı şərtləndirən daxili və xarici amillər 1920-ci ilin ilk 

günlərindən hərbi,  siyasi,  diplomatik  planlara  daxil  edilmişdi.  Müəyyən  qüvvələr 

bu  işə  cəlb  edilmişdi.  Ehtimal  ola  biləcək  Britaniya  müdafiə  sistemini  sarsıtmaq 

üçün  İranda,  Qafqazda  və  Orta  Asiyada  antiingilis  təbliğatı  genişləndirilir, 

Anadoludakı milli mübarizənin Antanta əleyhinə yönəlməsindən məharətlə istifadə 

edilirdi.  Təcavüz  aktı  ərəfəsində  görülən  bütün  tədbirlər  britaniyalıların 

Azərbaycan  sərhədlərindən  uzaqlaşdırılmasına  yönəlmişdi. Bu  məqsədlə  PK(b)P-

nin Qafqaz Diyar Komitəsinə xüsusi tapşırıqlar verilmiş, İrana çox sayda bolşevik 

emissarları  göndərilmişdi.  Perspektivdə  İranın  bolşevikləşdirilməsi  də  nəzərdə 

tutulurdu.  Tiflisdə  oturan  Britaniya  Ali  Komissarı  Uordrop  yanvarın  13-də 

Azərbaycanın  Gürcüstandakı  səlahiyyətli  nümayəndəsi  F.Vəkilova  bildirirdi  ki, 

bolşevik emissarlarının Azərbaycan ərazisindən İrana hərəkəti müşahidə edilir. Son 

vaxtlar  bu  hərəkətin  güclənməsi  barədə  Britaniya  hökumətinə  xeyli  məlumatlar 

daxil olmuşdur. Ali komissar bu təhlükəyə qarşı tezliklə tədbir görülməsinin zəruri 

olduğunu bildirdi.

1400

 

İranda  fəaliyyət  göstərən  bolşeviklərin  səyi  nəticəsində  1920-ci  ilin 



yanvarında  İsfahanda  İran  "demokratlarının"  yığıncağı  keçirilmişdi.  Yığıncağın 

qətnaməsində qeyd  edilirdi ki, İranın müstəqilliyi üçün rejimdən asılı olmayaraq, 

güclü Rusiya lazımdır. Eyni zamanda yığıncaq əhalini 9 avqust 1919-cu il İngilis-

İran  sazişinə,  Rusiya  əleyhinə  olan  Vüsuqüddövlə  hökumətinə  qarşı  qaldırmağı 

qərara aldı. 1920-ci ilin əvvəllərindən başlayaraq, Gilan və Cənubi Azərbaycanda 

antiingilis  çıxışları  fəal  xarakter  almağa  başladı.  1918-21-ci  illərdə  Gilandakı 

cəngəlilər  hərəkatından  Sovet  Rusiyası  istənilən  məqsədlər  üçün  istifadə  edə 

bilmişdi. 1920-ci ilin yazında Gilana səpələnmiş bolşeviklər Mirzə Küçek xanı öz 

təsirlərinə  salıb  onun  vasitəsi  ilə  İngiltərə  əleyhinə  mübarizəni  genişləndirməyə, 

İranı  Xəzər  sahillərindən  sovetləşdirməyə  ümid  bəsləyirdilər.  Onların  fikrincə, 

İngiltərə  donanmasının  Xəzər  dənizinin  cənubunda  lövbər  salması  Azərbaycanın 

sovetləşdirilməsinə  ciddi  maneçilik  törədə  bilərdi.  Gilan  hərəkatının  bütün  planı 

Sovet  Rusiyasının  agentləri  tərəfindən  hazırlanmışdı.

1401


  İranda  İngiltərə  təsirini 

qırmaq  üçün  ruslar  tez-tez  Londona  səfərə  çıxan  Əhməd  şahı  devirib,  Rusiyaya 

meylli  yeni  dövlət  yaratmaq  istəyirdilər.  Bu  məqsədlə  Gilandakı  cəngəlilər 

                                                        

1399

 Р.Мустафа-заде. Две республики, с.97 



1400

  Tiflisdəki  Britaniya  Ali  Komissarı  O.Uordropun  Azərbaycan  Respublikasının  Gürcüstandakı 

diplomatik nümayəndəsi F.Vəkilova məlumatı. 13.01.1920. // ARDA, f.897, c.l, i.62, v.15 

1401


 İranın müvəqqəti inqilabi hökumətinin bəyanatı. 07.09.1921.// ARDA, f.28, c.l, i.172, v.133 

402 

 

hərəkatına xüsusi diqqət yetirilirdi. Hərəkatın başçısı Küçek xanın Midivaniyə, az 



sonra  Leninə  məktubları  təşkil  edilmişdi.  Bu  məktublarda  Küçek  xan  yazırdı  ki, 

"mən Rusiya Sovet Ordusuna etibar edirəm, azadlıq uğrunda İran xalqına kömək 

etməsini  arzulayıram.  Aprel  hadisələri  ərəfəsində  cəngəlilər  hərəkatı  və  Gilana 

gizli  şəkildə  göndərilmiş  bolşeviklər  vasitəsi  ilə  Xəzər  sahili  rayonlardan 

ingilislərin  çıxarılmasına  Sovet  Rusiyası  nail  oldu.  Azərbaycanın  İrandakı 

diplomatik  nümayəndəsi  1920-ci  ilin  mart  ayının  əvvəllərində  göndərdiyi 

məlumatda qeyd edirdi ki, bolşevik təbliğatı nəticəsində Küçek xan İran hökuməti 

üçün  ciddi  təhlükəyə  çevrilmişdir.

1402 

Lakin  cəngəlilər  hərəkatını  bütün  İrana 



yaymaq  mümkün  olmadı.  Gilan  hərəkatının  rəhbərləri  Mirzə  Küçek  xan  gilək, 

Ehsanulla xan bəhayi, Xali Qurban kürd olduğundan İranın qalan əhalisi cəngəlilər 

hərəkatına bir qədər ehtiyatla yanaşırdılar. Az sonra Küçek xan aldadıldığını başa 

düşərək kommunistlərdən uzaqlaşmağa başladı. 

Sovet 

Rusiyasının 



İranda  ingilisləri  Azərbaycan  sərhədlərindən 

uzaqlaşdırmaq üçün istifadə etdiyi ikinci böyük qüvvə kazaklar idi. Məlum olduğu 

kimi,  kazak  diviziyası  çar  dövründə rus  nüfuzunu  İranda  yaymağın  mühüm aləti 

idi.  Kazaklar  İran  hökumətinə  deyil,  Qafqaz  canişininə  tabe  idilər.  Yaranmış 

vəziyyətdə onlar İran hərbi nazirliyinə tabe olmaqdan imtina etmişdilər. Əvvəllər 

müəyyən  məsələlərə  münasibətdə  ingilislərlə  kazaklar  arasında  əməkdaşlıq  var 

idisə, 9 avqust 1919-cu il sazişindən sonra komanda heyəti, əsasən, ruslardan ibarət 

olan  kazak  hərbi  hissələri  Rusiyanın  köhnə  rəqibi  olan  Britaniyanın  İranda 

birtərəfli  qaydada  möhkəmlənməsinə  dözə  bilmirdilər.  İngiltərənin  təsiri 

nəticəsində  baş  nazir  Vüsuqüddövlə  kazak  dəstələrini  buraxmaq  və  onları 

hökumətə tabe etmək haqqında əmr versə də, polkovnik Staroselski başda olmaqla, 

rus  zabitləri  İrandakı  "xalis  rus  övladının  ölümünə  və  məhvinə"  qarşı  güclü 

müqavimət  göstərdilər.  Rus  zabitləri  yaxşı  başa  düşürdülər  ki,  bu  hərbi  hissələr 

ləğv  edilsə  və  ya  ingilislərin  əlinə  keçsə,  "rus  ruhu  İrandan  birdəfəlik  yox 

olacaqdır".

1403


  On  min  nəfərlik  şəxsi  heyəti  olan  kazak  alaylarının  tərksilah 

ediləcəkləri təqdirdə onların vuruşacaqlarını bildirməsi ingilisləri və hökuməti geri 

çəkilməyə vadar etdi. 

Aprel  işğalı  ərəfəsində  baş  verən  digər  mühüm  məsələ  1920-ci  ilin  aprel 

ayında  baş  vermiş  Təbriz  üsyanıdır.  Şeyx  Məhəmməd  Xiyabaninin  işıqlı 

ideyalarına  kölgə  salmamaq  şərti  ilə  hər  halda  onun  başçılığı  ilə  Cənubi 

Azərbaycanda  1920-ci  ilin  fevral-mart  aylarında  Britaniya  əleyhinə  geniş  anti-

ingilis hərəkat başlanmışdı. Hətta bir sıra mitinq və yığıncaqlarda qırmızı bayraqlar 

qaldırılmışdı.

1404


  Azərbaycan  Cümhuriyyətinin  işğalından  20  gün  əvvəl,  məhz 

                                                        

1402

  Azərbaycan  Respublikasının  İrandakı  diplomatik  nümayəndəsinin  müavini  Sadıxovun  xarici  işlər 



nazirinə məktubu. 06.03.1920. // ARDA, f.894, s.10, i.141, v.3 

1403


 Azərbaycan Respublikasının İrandakı diplomatik nümayəndəsi A.Ziyadxanovun  XİN-nə məlumatı. 

12.04.1920. // ARDA, f.894, s.10, i.141, v.40-41. 

1404

 Бах: Новый Восток, 1922, №2, c.268. 



403 

 

aprel  ayının  7-də  Təbrizdə,  əsasən,  anti-ingilis  məzmununa  malik  çox  güclü 



üsyanın  başlanmasını  təsadüfi  hadisə  hesab  etmək  olmaz.  İranın  əhalisi  arasında 

İngiltərəyə  qarşı  narazılığın  güclü  olmasından  bolşeviklər  məharətlə  istifadə 

etdilər. Bu Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinin 1920-ci ilin mart 

ayında  göndərdiyi  hesabatda  da  öz  əksini  tapmışdır.  Cənubi  Azərbaycanda 

Britaniya əleyhinə hərəkatın qızışdırılmasında və aprel işğalı ərəfəsində ingilislərin 

Cənubi  Azərbaycandan  çıxarılması  ilə  nəticələnən  güclü  üsyanın  başlanmasında 

Rusiyadan göndərilən bolşevik emissarlarının, "Hümmət" və "ədalətçilərin", habelə 

əvvəllər Rusiya təbəəsi olmuş ermənilərin xüsusi xidmətləri olmuşdu. Bunu İrana 

göndərilmiş  bolşeviklərin  aprel  hadisələrindən  az  sonra  N.Nərimanov, 

M.D.Hüseynov,  Sovet  Rusiyasının  xarici  siyasət  idarəsinə  göndərdiyi  məktublar 

açıq şəkildə təsdiq edir. Qeyd edilən dövrdə isə Rusiyanın İran siyasəti xarici işlər 

nazirinin  müavini  L.M.Karaxan  (L.M.Karaxanyan)  tərəfindən  müəyyənləşdirildi. 

Adı  və  soyadı  saxtalaşdırılmış  ermənilərin  bolşevik  adı  altında  Cənubi 

Azərbaycana göndərilməsinin əsas təşkilatçısı о idi. L.Karaxanyan tərəfindən İran 

hökumətinə  göndərilmiş  1919-cu  il  26  iyun  notasında  Sovet  Rusiyasının  İranla 

bağlı  siyasətində  çox  maraqlı  məqamlar  var  idi.  Bu  nota  və  az  sonra  İran 

zəhmətkeşlərinə  ünvanlanmış  29  avqust  tarixli  müraciət  Cənubi  Azərbaycanda 

cərəyan edən hadisələrin sonrakı gedişinə ciddi təsir göstərmişdi. Ümumilikdə, bu 

dövrdə  Cənubi  Azərbaycanda  gedən  milli  azadlıq  hərəkatına  gizli  şəkildə 

bolşeviklərin  təsir  göstərdiyini  təsdiq  edən  çoxlu  sənədlər  mövcuddur.  Şeyx 

Məhəmməd  Xiyabani  kimi  işıqlı  bir  şəxsiyyətin  Azərbaycan  Respublikasına 

münasibətdə səhv mövqe tutması, şimaldakı müstəqil Azərbaycan cümhuriyyətinə 

qısqanclıqla  yanaşması  Cənubi  Azərbaycanda  yaratdığı  yeni  dövləti  Azərbaycan 

deyil,  "Azadıstan"  adlandırması  xeyli  dərəcədə  bununla  bağlıdır.  Bunu  Şeyx 

Xiyabani  hərəkatı  haqqında  iri  həcmli  monoqrafiyanın  müəllifi  Əli  Azəri  və  bir 

çox  fikirləri ilə razılaşmadığımız tanınmış İran tarixçisi Seyid Əhməd Kəsrəvi də 

təsdiq edir.

1405


  1920-ci  ilin  aprel  işğalı  ərəfəsində  Cənubi  Azərbaycanda  başlanan 

anti-ingilis hərəkat Azərbaycan Cümhuriyyətinin diqqət mərkəzində idi. 

1920-ci  ilin  aprel  işğalı  ilə  bağlı  dəqiqləşdirmələrə  ciddi  ehtiyac  duyulan 

məsələlərdən  biri  türk  amilidir.  Əlbəttə,  bu  məsələlərə  Birinci  dünya 

müharibəsindən  sonra  Antanta  qüvvələrinə  qarşı  ölüm-dirim  savaşına  girmiş, 

sözün  əsl  mənasında  həyatla  ölüm  arasında  mücadilə  edən  Türkiyənin  vəziyyəti 

baxımından  yanaşılmalıdır.  Antanta  və  xüsusilə,  İngiltərə  əleyhinə  mübarizədə 

Türkiyə  və  Rusiyanın  müvəqqəti  mənafe  eyniliyi  ingilispərəst  Azərbaycan  milli 

hökumətinin  siyasətinə  zidd  olsa  da,  Türkiyədəki  milliyyətçi  hərəkatın 

Azərbaycanın  müstəqilliyinə  qarşı  yönəldiyini  söyləmək  əsassızdır.  Türkiyənin 

müəyyən qüvvələrinin Qafqazdakı fəaliyyəti, RK (b)P Qafqaz Diyar Komitəsi ilə 

apardığı  danışıqlar,  əsasən,  1919-cu  ildə  yaranmış  "Qaraqol"  gizli  yarımhərbi 

                                                        

1405


 Ə.Kəsrəvi. Tarix-e hijdahsale-ye Azərbaycan. Tehran, 1353, s.10 

404 

 

təşkilatı ilə  bağlı idi.  Bu  təşkilatın  Rusiya  bolşeviklərinin  təsiri  altına düşdüyünü 



təsdiq  edən  bəzi  sənədlər  mövcuddur.  Belə  ki,  "Qaraqol"  cəmiyyəti  öz 

nümayəndəsi Baha Səidi Qafqaza göndərmiş, ona danışıqlar aparmaq və müxtəlif 

sənədlər  imzalamaq  səlahiyyəti  vermişdi.  1919-cu  ilin  payızında  aparılan 

danışıqlar nəticəsində "Qaraqol" cəmiyyəti ilə RK(b)P-nın Qafqaz Diyar Komitəsi 

Azərbaycanın  istiqlaliyyətinin  Versal  Ali  Şurası  tərəfindən  tanındığı  gün  -  yəni 

yanvarın 11-də Bakıda on altı maddədən ibarət gizli bir müqavilə bağlamışdılar.

1406

 

Müqaviləni Rusiya hökuməti adından Ş.Z.Eliava, "Qaraqol" cəmiyyəti timsalında 



Türkiyə  "müvəqqəti  inqilabi  hökuməti"  adından  Baha  Səid  imzalamışdılar. 

Müqavilə  İngiltərəyə  qarşı  yönəlmiş,  Qafqaz,  Orta  Asiya,  Yaxın  və  Orta  Şərqdə 

Britaniyaya qarşı birgə əməkdaşlıq məsələləri nəzərdə tutulurdu. Orada göstərilirdi 

ki,  Rusiya  Sovet  hökuməti  və  Türkiyə  inqilabi  hökuməti  müdafiə  və  hücum 

ittifaqına  girirlər.  Bu  ittifaqda  məqsəd  müsəlman  dünyasını  -  İran,  Əfqanıstan, 

Ərəbistan, Misir, Hindistan və

 

digər ölkələri İngiltərəyə qarşı qaldırmaqdır. Bütün 



bu  məqsədlər  üçün  RSFSR  Türkiyəyə  pul,  silah,  hərbi  müşavir  və  s.  vasitələrlə 

kömək etməli idi. Müqavilənin Qafqaz, xüsusilə Azərbaycanla bağlı 12-ci maddəsi 

daha  maraqlı  idi.  Orada  göstərilirdi  ki,  Qafqazın  qərbpərəst  siyasət  yeridən  üç 

respublikası  -  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  imperializmə  qarşı 

mübarizədə Sovet Rusiyası və Türkiyə Müvəqqəti İnqilabi hökumətinə mane olur. 

"Qaraqol" cəmiyyəti öz üzərinə götürürdü ki, Qafqazda kommunist partiyalarına və 

təşkilatlarına  yardım  göstərəcəkdir  ki,  mövcud  qərbpərəst  rejimləri  devirsinlər  və 

İngiltərəyə  qarşı  sazişi  imzalayan  hökumətləri  hakimiyyətə  gətirsinlər. 

Azərbaycanda  dövlət  çevrilişi  etmək  üçün  "Qaraqol"  türk  əhalisi  içərisində 

nüfuzundan və ayrı-ayrı tanınmış şəxslərdən istifadə edəcəyini bildirirdi. Tərəflər 

razılığa  gəlirdilər  ki,  Azərbaycan  hökuməti  bu  ölkənin  "zəhmətkeşləri" 

qurultayının  qərarı  ilə  qurulmalıdır  və  bu  qurultaya  kənardan  təzyiq 

göstərilməməlidir.

1407


 

11  yanvar  tarixli  müqavilə  ilə  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  Sovet 

Rusiyası bu müqavilədən Britaniyaya təzyiq vasitəsi kimi istifadə etdi. Hələ yanvar 

ayında  Gürcüstan  hökuməti  Tiflisdə  oturan  Ali  komissar  Uordropu  bu  barədə 

məlumatlandırmışdı. Gürcüstan hökuməti adından Geqeçkori bildirirdi ki, "Qərbdə 

sosialist inqilabı baş tutmadıqdan sonra bolşeviklər üzlərini Şərqə tutublar. Bizdə 

məlumat  var  ki,  müsəlman  dünyasını  Britaniyaya  qarşı  qaldırmaq  üçün 

bolşeviklərlə Türkiyə arasında saziş əldə edilib. Vilhelmə qismət olmasa da, indi 

Lenin müsəlman Şərqinin başçısı rolunda çıxış edir."

1408


 

1920-ci  ilin  əvvəllərində  Rusiya  və  Sibirdə  yaşayan  türk-tatar  xalqlarının 

Türkiyəni  müdafiə  etməsi  ingilisləri  və  rusları  narahat  etmişdi.  Bu  xalqların 

                                                        

1406

 Bax: Selahettin Tansel. Mondrostan Müdanyaya Kadar. Cilt 3, İstanbul 1991, s.248-249 



1407

 Türkiyə üsyançı hərəkatı haqqında. 1920. // ARDA, f.894, s.10, i.145, v.6-8 

1408

  E.Geqeçkorinin  Tiflisdəki  Britaniya  Ali  Komissarı  O.Uordropa  məlumatı.  06.01.1920.  //  ARDA, 



f.894, s.10, i.135, v.48 

405 

 

nümayəndələrinin  yığıncağında  Versal  Аli  Şurasına  qəbul  edilən  müraciətdə 



göstərilirdi: "Biz Volqa və  Uralın türk-tatar xalqlarının nümayəndələri ümidvarıq 

ki, Antanta Ali Şurası Türkiyə məsələsini sözsüz türklərin xeyrinə həll edəcəkdir. 

Turanın  80  milyonluq  əhalisi  Türkiyənin  parçalanmasına  biganə  qala  bilməz. 

Antanta Avropada möhkəm sülh istəyirsə, türk dünyası ilə hesablaşmalıdır. Əgər 

köhnə  əsrlərdə  avropalıların  ədalətsizliyi  hələ  türk  xalqlarının  yaddaşından 

silinməyibsə, ədalət və bərabərlik əsri olan XX yüzillikdəki yeni ağrılar yəqin ki, 

heç  vaxt  unudulmayacaqdır."

1409


  О  qədər  də  əsası  olmayan  Turan  imperiyası 

vahiməsi Böyük Britaniyanı "rus işindən" xeyli kənara çəkilməyə vadar edirdi. 

11  yanvar müqaviləsi ilə Sovet Rusiyası  Britaniyanı şantaj etdikdən sonra 

"rus  işinə"  qarışmayacağı  təqdirdə  Türkiyə  ilə  (yəni  "Qaraqol"  cəmiyyəti  ilə  - 

C.H.)  RK(b)P  Qafqaz  Diyar  komitəsinin  bağladığı  müqavilədən  imtina 

edəcəklərini bildirmişdi. 1920-ci ilin fevral ayının 29-da Mərkəzi Rusiya hökuməti 

"Qaraqol" cəmiyyəti ilə imzalanmış müqavilədən imtina etdi. Xarici işlər komissarı 

G.Çiçerin  RK(b)P  Qafqaz  Diyar  Komitəsinə  -  Ş.Eliavanın  adına  göndərdiyi 

teleqramda  yazırdı  ki,  biz  gənc  türklərlə  nə  müdafiə,  nə  də  hücum  haqda  ittifaq 

bağlamırıq,  aydındır  ki,  bu  İngiltərə  ilə  saziş  məsələsində  bizim  əl-qolumuzu 

bağlayır: biz türk imperializmini şirnikləşdirmək fikrində deyilik: Nuru Paşa kimi 

qatı  imperialist  türk  hərbçilərini  Qafqazın  müsəlman  vilayətlərinə  buraxmaq 

olmaz; Yarımkommunizm kimi təqdim edilən panislamizm əksinqilabi qüvvə kimi 

bizim üçün təhlükəlidir, bu gün olmasa da, sabah biz ona qarşı mübarizə aparmalı 

olacağıq; Gənc türklərlə ittifaqa girmək haqda müqavilə bağlamaq çox böyük səhv 

olardı; bu ittifaq gələcəkdə qeyri-müəyyən razılaşmalarla əvəz edilməlidir."

1410

 Bu 


radioqramdan  sonra  mart  ayında  Kopenhagen  və  Londonda  Sentrosoyuz 

missiyasına başçılıq edən L.Krasinlə ingilislər arasında danışıqlar başlandı. Xarici 

işlər naziri Lord Kerzondan fərqli olaraq, Britaniya siyasətini müəyyən edən Lloyd 

Corc Rusiya ilə qarşı-qarşıya gəlməyin əleyhinə çıxdı. Gürcüstan Respublikası baş 

naziri işləmiş N.N.Jordaniya sonralar Parisdə çıxan kitabında yazırdı: "Dünya üçün 

sirr deyildir ki, Sovet Rusiyasını Cənubi Qafqaz respublikalarının torpaqlarını işğal 

etməyə  İngiltərə  baş  naziri  Lloyd  Corc  sövq  edirdi.  Bu  sirr  Çiçerinin  dilindən 

çıxmış  və  bütün  dünya  bu  sirri  hiss  etmişdi".

1411

  Çox  sonralar  1950-ci  ildə 



M.Ə.Rəsulzadə də Ankara xalq evində oxuduğu məruzədə bu faktı təsdiq edirdi. О 

yazır  ki,  "ingilislərin  Qafqazdan  çıxması  bolşevikləri  Qafqaza  hücuma 

cəsarətləndirdi." 

Eyni  zamanda,  о  zamankı  ingilis  baş  naziri  Lloyd  Corc  Londona  gəlmiş 

sovet  xarici  ticarət  komissarı  Krasinə  Kral  hökumətinin  Qafqaz  işlərinə 

qarışmadığını bildirdi. Beləliklə, Sovet Rusiyası Azərbaycanın işğalına beynəlxalq 

                                                        

1409


  Mərkəzi  Rusiyanın  və  Sibirin  türk-tatar  xalqlarının  Milli  Məclisinin  qərarı.  24.01.1920.  //  ARDA, 

(.894, s.10, i-92, v.30. 

1410

 Çiçerinin Ş.Eliavaya direktivi. 29.02.1920. // ARDA, f.894, s.10, i.145, v.15. 



1411

 Н.Жордания. Наши разногласия. Париж, 1928, с.45. 



406 

 

təminatlar  aldıqdan  sonra  əməli  addımlara  keçdi.  İşğal  ərəfəsində  Azərbaycan 



Cümhuriyyətini  müdafiə  edə  biləcək  bütün  xarici  qüvvələr  demək  olar  ki, 

neytrallaşdırılmışdı. 

Xarici təhlükə ilə yanaşı, mart ayının axırlarında hökumətin istefa verməsi 

də böhranın dərinləşməsində az rol oynamadı. Lakin yeni hökumət yaradılmadığı 

üçün köhnə kabinet hələlik öz fəaliyyətini davam etdirirdi. Aprel ayının ortalarında 

Qırmızı  Ordu  hissələrinin  Azərbaycan  sərhədlərində  toplanması  Azərbaycan 

hökumətinin  ciddi  narahatçılığına  səbəb  olmuşdu.  Aprelin  15-də  Xan  Xoyski 

G.Çiçerinə  göndərdiyi  teleqramda  yazırdı  ki,  "Dağıstan  denikinçilərdən 

təmizləndikdən  sonra  Azərbaycan  xalqı  bu  ümiddə  idi  ki,  şimaldan  təhlükə 

qurtarmışdır.  Azərbaycan  xalqı  qardaş  dağlı  xalqları  və  öz  xalqının  təyini 

müqəddəratını  elan  etmiş  rus  xalqı  ilə  dostcasına  yaşayacaqdır.  Bununla  belə, 

Azərbaycan  Respublikasının  sərhədləri  yaxınlığında,  Dərbənd  rayonu  və 

Dağıstanın  hüdudlarında  Sovet  hökumətinin  silahlı  qüvvələrinin  toplanması 

müşahidə  edilir.  Azərbaycan  hökuməti  sovet  hökumətinin  fikrindən  xəbərsizdir, 

ona  görə  xahiş  edir  ki,  yuxarıda  göstərilən  rayonlarda  sovet  ordusunun 

toplanmasının səbəbləri haqda məlumat verilsin."

1412

 Bu teleqramdan iki gün sonra 



RSFSR  xarici  işlər  komissarının  müavini  L.M.Karaxandan  Sovet  Rusiyasının 

ticarət-iqtisadi münasibətlərə dair danışıqlara hazır olması barədə teleqram alınsa 

da, bu xeyli dərəcədə taktiki mülahizələrlə bağlı idi. 

Qarabağda  və  Ermənistanla  sərhəd  rayonlarda  hərbi  əməliyyatlar  davam 

etdiyi üçün Azərbaycan ordusunu Şimal sərhədlərinə gətirmək qeyri-mümkün idi. 

Aprel  ayının  16-da  Ermənistanın  Bakıdakı  diplomatik  nümayəndəsi  Arutyunyan 

Ermənistan  xarici  işlər  nazirliyinə  göndərdiyi  şifrəli  teleqramda  qeyd  edirdi: 

"Xoyski  bildirir  ki,  şimaldan  təhlükə  və  ölkənin  vəziyyətinin  ağır  olmasına 

baxmayaraq,  onlar  ordunu  Qarabağdan  çıxara  bilməzlər,  ona  görə  ki,  Zəngəzur 

istiqamətindən yeni hücumun olmayacağına əmin deyillər".

1413

 Aprel ayının 18-də 



Quba qəza rəisi Daxili İşlər Nazirliyinə göndərdiyi gizli teleqramda Azərbaycanın 

sərhədlərinə  toplanmış  sovet  hərbi  hissələrinin  hərbi  hazırlıq  planları  barədə 

məlumat verirdi.

1414


 

Aprel ayının 21-də Qafqaz cəbhəsi komandanlığının XI Ordu rəhbərliyi və 

Volqa  Xəzər  donanmasına  göndərdiyi  490  nömrəli  direktivdə  göstərilirdi  ki, 

Azərbaycanın əsas qüvvəsi öz dövlətinin qərb cəbhəsində məşğuldur. Ona görə XI 

Orduya  və  Volqa  Xəzər  donanmasına  Tuxaçevski,  Orconikidze  və  Zaxarovun 

imzası  ilə  göndərilən  direktivdə  əmr  edilirdi  ki,  aprel  ayının  27-də  Azərbaycan 

sərhədini  keçib,  beş  gün  ərzində  Yalama-Bakı  əməliyyatını  yerinə  yetirsinlər. 

                                                        

1412

 Азербайджан, 1920, 20 апреля 



1413

  Ermənistan  Respublikasının  Azərbaycandakı  diplomatik  nümayəndəsi  Arutyunyanın  Ermənistan 

XİN-nə teleqramı. 16.04.1920. // AR Pİİ SPİHDA, f.276, s.9, i. 15, v.29 

1414


  Ermənistan  Respublikasının  Azərbaycandakı  diplomatik  nümayəndəsi  Arutyunyanın  Ermənistan 

XİN-nə teleqramı. 16.04.1920. // AR Pİİ SPİHDA, f.276, s.9, i. 15, v.29 



407 

 

Aprel  ayının  23-də  bu  direktivdə  dəyişiklik  edildi  və  sərəncam  verildi  ki,  XI 



Ordunun  son  vəzifəsi  Bakı  quberniyasını  tutmaq  deyil,  bütün  Azərbaycanı  ələ 

keçirməkdir.

1415

  Elə  həmin  gün  G.Çiçerinə  göndərdiyi  teleqramda  Q.Orconikidze 



Azərbaycan  ətrafında  yaranmış  vəziyyəti  və  Bakıdakı  durumu  belə 

səciyyələndirirdi:  "Sizin  teleqramınızı  mən  yalnız  indi  Petrovska  gəlişim  zaman 

aldım.  Ümumilikdə  biz  artıq  burada  siyasət  yürüdürük,  lakin  bu  siyasət  həlledici 

gücə  arxalanır.  Şəxsən  mənim  fikrimcə,  sizin  Azərbaycana  cavabınız  tamamilə 

müvafiqdir,  yalnız  xahiş  edirəm  bir  az  yubandırın.  Bakıda  vəziyyət  indi  belədir: 

ittihadçılar, sosialistlər və digər partiyalar hökumətdən çıxıblar, belə ki, Usubbəyov 

hökuməti  yalnız  müsavatçılardan  ibarətdir...  Bizim  Bakıya  qan  tökülmədən  daxil 

olmağımız  və  orada  Sovet  hökuməti  elan  etməyimiz  istisnalıq  təşkil  etmir. 

Nərimanov  Bakıda  həddindən  çox  lazımdır.  Acizanə  şəkildə  xahiş  edirəm,  günü 

sabah  onu  bura  göndərin".

1416

  Aprel  ayının  24-də  isə  V.Leninə  və  G.Çiçerinə 



göndərdiyi  teleqramda  G.Orconikidze  Azərbaycana  şərtlərin  diktə  edilməsinin 

zəruri  olduğunu  bildirərək  yazırdı:  "Bizim  fəaliyyətimizin  sizin  siyasətinizlə 

əlaqələndirilməsi istiqamətində hər şey ediləcək".

1417


 

Aprel ayının 26-da Ermənistan hökuməti barışıq imzalamaq xahişi ilə çıxış 

etdi.  Lakin  gec  idi.  Azərbaycanın  taleyi  artıq  Moskvada  həll  edilmişdi.  Ölkə 

daxilində  təxribatçılıq  işləri  ilə  məşğul  olan  bolşeviklər  öz  fəaliyyətlərini  XI 

Qırmızı  Ordunun  komandanlığı  ilə,  xüsusilə


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin