Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   24   25   26   27   28   29   30   31   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920


 

 

                                                        

1455

 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Arxivi, sənəd № 8856 



419 

 

NƏTİCƏ 

 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  ikiillik  diplomatik  fəaliyyətinin 



araşdırılması  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  Azərbaycan  xalqının  milli 

maraqlarına  uyğun  xarici  siyasət  kursunun  müəyyən  edilməsi,  mürəkkəb 

beynəlxalq şəraitdə həmin kursun həyata keçirilməsi, Azərbaycan Respublikasının 

dünya  birliyi  tərəfindən  tanınmasına  nail  olunması  respublika  hökumətinin,  onun 

xarici  siyasət  idarəsinin  başlıca  məqsədi  idi.  1918-1920-ci  illərdə  Azərbaycan 

hökumətinin  xarici  siyasət  kursunun  öyrənilməsi  təsdiq  edir  ki,  bu  illərdə 

Azərbaycan  diplomatiyasının  əsas  qayəsi  Azərbaycanın  istiqlaliyyətini  qorumaq, 

beynəlxalq münasibətlər sisteminə daxil olmaq və tədricən Qərbin bərabər hüquqlu 

tərəfdaşına  və  regionun  aparıcı  dövlətinə  çevrilməkdən  ibarət  olmuşdur.  Bu 

vəzifələri  yerinə  yetirmək  üçün  Azərbaycan  diplomatiyası  istiqlaliyyətin  ilk 

aylarındakı  Türkiyə  oriyentasiyasından  Versal  Ali  Şurası  tərəfindən  de-fakto 

tanınmaya  qədər,  bir  sıra  qonşu  dövlətlərlə  mürəkkəb  münasibətlərdən  normal 

əməkdaşlığa,  hətta  bəzi  məqamlarda  strateji  tərəfdaşlığa  qədər  maraqlı  bir  yol 

keçmişdir. 

Azərbaycanın  yerləşdiyi  coğrafi  vəziyyət  hələ  qədim  zamanlardan  onu 

dövlətlərarası  münasibətlərin  subyektinə,  dünya  ticarət  və  mal  mübadiləsinin 

mərkəzinə,  qərblə  şərq,  şimalla  cənub  arasında  əlaqələrin  kəsişdiyi  ölkəyə 

çevirmişdi.  Uzun  əsrlər  boyu  Azərbaycan  diplomatiyası  regionda  mürəkkəb 

beynəlxalq  vəziyyətin  tənzimlənməsində,  Avropa  ölkələri  ilə  çoxtərəfli 

münasibətlərin yaradılmasında mühüm rol oynamış, beynəlxalq münasibətlər tarixi 

və  təcrübəsi  baxımından  xalqın  mənəvi  sərvətinə  çevrilmiş  zəngin  təcrübə 

toplamışdır. 

Hələ XIX əsrin axırları - XX əsrin əvvəllərində genişlənən milli demokratik 

ideyalar,  müstəmləkə  əsarətindən  azad  olmaq  zərurətini  və  müstəqil  Azərbaycan 

ideyasını  doğurmağa  başladı.  XX  yüzilliyin  əvvəllərində  bütün  Yaxın  və  Orta 

Şərqdə  oyanma  prosesinin  önündə  gedən,  islam  ümmətçiliyindən  türk 

millətçiliyinə tarixi keçidi uğurla başa çatdıran Azərbaycan böyük dünya siyasətinə 

inteqrasiyanın üç mühüm istiqamətini baxışlar sisteminə çevirə bilmişdi. Bu sistem 

milli  kimlikdə  türkçülük,  dini  inancda  islamçılıq,  düşüncə  tərzində  qərbçilik 

üzərində qurulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti öz xarici siyasətini bu üçlü 

düsturun  vəhdəti  üzərində  qurmuş,  onun  hazırlanması  və  gerçəkləşdirilməsində 

tarixi  təcrübə  ilə  yanaşı,  yeniləşmiş  dünyanın  çağdaş  tələbləri  də nəzərə alınmış, 

tarixilik  və  müasirlik  baxımından  toplanmış  zəngin  təcrübədən  səmərəli  istifadə 

edilmişdi.  1918-1920-ci  illərdə  Azərbaycan  diplomatiyasının  keçdiyi  tarixi  yolun 

araşdırılması nəticəsində müəyyən edildi ki, Azərbaycan xarici siyasətində rəhbər 

tutulan  bu  üç  istiqamət  Avropa  mədəniyyətinin  dağıdıcısı  kimi  təqdim  edilən 

pantürkizm və panislamizmlə, yaxud bir sıra məqamlarda süni şəkildə qabardılan 

"Qərb aludəçiliyi" ilə bağlı olmayıb, real və sağlam ideya istiqamətinə söykənmiş, 



420 

 

Şərq  mənəviyyatı  ilə  Qərb  mədəniyyətinin  universal  dəyərlərini  özündə  ehtiva 



etmişdir. 

Xalqların  bərabərliyi  əsasında  sülh  və  əmin-amanlıq,  dövlətlərarası 

münasibətlərdə  qarşılıqlı  faydalı  əməkdaşlıq  mühitinin  bərqərar  edilməsi 

Azərbaycan  diplomatiyasının  çıxış  nöqtəsini  təşkil  edirdi.  1918-1920-ci  illərin 

tarixi  təcrübəsi  göstərdi  ki, regional  çəkişmələr  və  millətlərarası  ziddiyyətlər, zor 

gücünə  əsarət  altına  alma  və  milli  istismarın  qapalı  və  açıq  formaları  deyil, 

qarşılıqlı  hörmət,  bir-birinin  daxili  işlərinə  müdaxilə  etməmək,  mübahisəli 

məsələləri danışıqlar yolu ilə həll etmək, beynəlxalq münasibətlərin subyekti olan 

hər  bir  dövlətin  suverenliyi  və  ərazi  bütövlüyünə  hörmət  edilməsi,  dünya 

xalqlarının  mədəni  bağlantılarının  dərinləşdirilməsi  Azərbaycan  Respublikasının 

xarici  siyasətinin  səciyyəvi  cəhətləri  idi.  Məhz,  ilk  dəfə  Azərbaycan  hökuməti 

tərəfindən  həmin  dövrdə  irəli  sürülən  Qafqaz  xalqlarının  həmrəyliyi  ideyası  bu 

mühüm prinsiplərə sədaqətin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Qafqazdakı 

milli  ədavətin  yerli  deyil,  gətirilmə  bir  fəlakət  olduğunu,  onun  rus  müstəmləkə 

əsarətinin  mirası  olduğunu  göstərən  Azərbaycan  siyasi  xadimləri  Qafqaz 

xalqlarının  müstəqilliyini  onların  dinc  birgə  yaşayışı  ilə  əlaqələndirirdilər. 

Ə.M.Topçubaşov  hələ  Azərbaycan  istiqlaliyyəti  elan  edilməzdən  bir  il  əvvəl 

yazırdı:  "Rusiyada  yaşayan  qeyri-rus  xalqlar  barəsində  köhnə  rus  hökumətinin 

siyasəti  bu  xalqları  bir-birindən  ayırmaq,  onları  bir-birinin  üzərinə  təhrik  etmək 

siyasəti  idi.  Ermənilər  ilə  azərbaycanlılar  arasında  toqquşma,  məhz  bu  zərərli 

siyasətlə, insana nifrət siyasəti ilə izah edilməlidir".

1456


 

1918-1920-ci  illərin  tarixi  təcrübəsi  göstərdi  ki,  aralarında  olan  müxtəlif 

ziddiyyətlərə baxmayaraq, Qafqaz xalqlarının dinc birgəyaşayışı, siyasi və iqtisadi 

maraqları, bütün sahələri əhatə edən regional əməkdaşlığı bölgədə daimi sülhün və 

davamlı  inkişafın,  bütövlükdə  Qafqazın  çiçəklənməsinin  ən  etibarlı  təminatıdır. 

1919-cu  ilin  iyununda  öz  aralarında  olan  kiçik  mübahisələri  bir  kənara  qoyaraq, 

Gürcüstan  və  Azərbaycan  respublikalarının  Denikin  təhlükəsinə  qarşı  birgə  hərbi 

ittifaq  bağlamaları  bunun  ən  yaxşı  nümunəsi  idi.  Cənubi  Qafqazın  bu  iki 

respublikası  arasında  formalaşan  hərbi-siyasi  birlik  ideyasını  dünya  siyasətini 

müəyyən  edən  dövlətlər  də  müdafiə  edirdilər.  Lakin  Ermənistan  tərəfinin 

pozuculuq  mövqeyində  dayanması  "Qafqaz  evi"  ideyasını  о  dövrdə  reallaşmağa 

imkan  vermədi.  Bu  bir  tərəfdən  Cənubi  Qafqaz  respublikalarının  beynəlxalq 

aləmdə  tanınmasını  çətinləşdirirdi,  digər  tərəfdən  isə  bu  respublikaların  Sovet 

Rusiyası  tərəfindən  işğal  edilməsi  üçün  əlverişli  şərait  yaradırdı.  Halbuki  Baltik 

respublikalarının  həmrəyliyi  onların  tarixi  inkişafının  və  milli  müstəqilliklərinin 

mühüm şərti idi. M.Ə.Rəsulzadə sonralar yazırdı: "Təkcə Azərbaycan deyil, onunla 

eyni müqəddərat daşıyan digər Qafqaz cümhuriyyətləri daha əllərinə keçən fürsəti 

                                                        

1456

 Каспи, 1917, 18 апреля 



421 

 

tamamilə  istifadə  etmək  imkanında  olmadılar.  Məlum  olduğu  kimi,  Baltik 



sahilindəki cümhuriyyətlərin qazandıqları zəfər onlara nəsib olmadı".

1457


 

Araşdırılan  tarixi  çərçivədə  Azərbaycan  Respublikasının  beynəlxalq 

münasibətlər  sistemində  iştirakını  şərti  olaraq,  üç  dövrə  bölmək  olar:  Türkiyə 

oriyentasiyası  dövrü  (1918-ci  ilin  may-oktyabr  ayları),  Qərb  oriyentasiyası  dövrü 

(1918-ci  ilin  noyabrı  -  1920-ci  ilin  yanvarı),  geniş  beynəlxalq  əməkdaşlığa  daxil 

olmaq  uğrunda  mübarizənin  başlanması  dövrü  (1920-ci  il  yanvar-aprel  ayları). 

1918-ci  ilin  may  -  oktyabr  aylarını  əhatə  edən  birinci  dövr  Azərbaycan 

Respublikasının  həyatında  ən  ağır  dövr  idi.  Digər  iki  Cənubi  Qafqaz 

respublikalarından  fərqli  olaraq,  Azərbaycan  istiqlaliyyətinin  elan  edilməsi  daha 

çətin  bir  vəziyyətlə  üzləşmişdi.  Bolşevik  Rusiyasının  Azərbaycana  münasibətdə 

Bakı Xalq Komissarları Soveti vasitəsilə yeritdiyi işğalçılıq siyasəti ağır nəticələr 

vermiş,  müxtəlif  yadelli  ünsürlər  bu  vəziyyətdən  öz  maraqlarına  uyğun  istifadə 

etmiş  və  nəticədə  Azərbaycan  ərazisində  bolşevik-erməni  koalisiyası  tərəfindən 

1918-ci  ilin  yazında  azərbaycanlıların  soyqırımı  törədilmişdi.  Bolşeviklər  Bakıda 

azərbaycanlıların  meyitləri  üzərindən  addımlayaraq,  hakimiyyəti  qəsb  etmişdilər. 

Azərbaycanın  bolşeviklərə  qarşı  mübarizədə  böyük  qurbanlar  verdiyinə  toxunan 

Ə.M.Topçubaşov  1920-ci  ilin  iyun  ayının  30-da  Versal  Ali  Şurasının  sədrinə 

yazdığı  məktubda  yalnız  1918-ci  ilin  mart  ayında  12  min  azərbaycanlının  qətlə 

yetirildiyini  bildirirdi.

1458


  Belə  bir  dövrdə  ölkənin  istiqlaliyyətini  elan  etməklə 

Azərbaycan  siyasi  xadimləri  təmsil  etdikləri  millətin  taleyində  böyük  bir  tarixi 

missiyanı  yerinə  yetirmiş  oldular.  XIX  əsrin  əvvəllərində  Azərbaycan  ərazisi 

Rusiya  tərəfindən  ayrı-ayrı  xanlıqlar  formasında  işğal  edilmişdisə,  bir  əsrlik 

müstəmləkə zülmünün bütün ağırlığına baxmayaraq, müxtəlif tarixi amillərin təsiri 

altında imperiyanın tərkibindən vahid millət, vahid dövlət, vahid vətən ideyası ilə 

çıxdı.  Bu  mütərəqqi  tarixi  proses  idi  və  bununla  da  Azərbaycan  məsələsi 

beynəlxalq  bir  məsələyə  çevrildi.  Bu  faktın  əhəmiyyətindən  bəhs  edərək, 

M.Ə.Rəsulzadə  yazırdı:  "28  may  1918-ci  il  Bəyannaməsini  elan  etməklə 

Azərbaycan  Milli  Şurası,  sözün  siyasi  mənası  ilə,  bir  Azərbaycan  millətinin 

varlığını təsbit etmişdir.  Belə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafik və 

linqvistik  bir  kəlmə  olmaqdan  çıxaraq  siyasi  bir  aləm  olmuşdur.  Bu  tarixdən 

etibarən  bu  isimdə  bir  türk  millətinin  öz  varlıq  və  istiqlalı  yolunda  mücadilə 

qurduğunu  bütün  cahan  duymuş,  digər  milli  məsələlər  yanında,  Azərbaycan 

məsələsi daha beynəlmiləl bir qiymət və əhəmiyyət qazanmışdır".

1459


 

Bu  dövrdə  Azərbaycanda  və  dünyada  gedən  siyasi  proseslərin  dərindən 

araşdırılması  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  Azərbaycan  xarici 

                                                        

1457

 İstiklal, 1933, 28 may 



1458

 Président de la Délégation de Paix de la République d'Azerbaïdjan A.Toptchibacheff  - Monsieur le 

Président  du Conseil  Suprême  de la Conférence  de la  Paix. Le  30 juin 1920. // Ministère  des  Affaires 

Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 135 

1459

 İstiklal, 1933, 28 may 



422 

 

siyasətindəki  Türkiyə  oriyentasiyası  Birinci  dünya  müharibəsinin  sonunda 



yaranmış obyektiv reallıqlardan irəli gəlirdi. Yeni qurulmuş milli hökumətin ölkəni 

Sovet  Rusiyasının  təcavüzündən,  erməni  talanlarından  və  yadellilərin 

Azərbaycanın  əleyhinə  olan  müxtəlif  planlarından  qorumaq  üçün  Osmanlı 

imperiyasından  hərbi  yardım  alması  (4  iyun  1918-ci  il  müqaviləsinə  əsasən) 

beynəlxalq hüquqa uyğun yeganə mümkün diplomatik addım idi. Məhz bu mühüm 

diplomatik  addım  nəticəsində  Birinci  dünya  müharibəsinin  sonunda  vuruşan 

güclərin  əsas  hədəfinə  çevrilmiş  Bakı  şəhəri  yadellilərdən  təmizləndi, 

Azərbaycanın  milli,  mədəni,  tarixi,  siyasi  və  iqtisadi  mərkəzi  kimi  əbədilik 

respublikanın paytaxtına çevrildi. Bu ümummilli hadisə çətin beynəlxalq şəraitdə 

fəaliyyət göstərən Azərbaycan diplomatiyasının ən böyük uğuru idi. 

Birinci  dünya  müharibəsində  alman-türk  blokunun  məğlubiyyəti 

Azərbaycan  Respublikasının  beynəlxalq  vəziyyətinə  ağır  təsir  göstərdi,  gənc 

dövləti  böyük  güclərin  imzaladığı  Mudros  barışığının  subyektinə  çevirdi. 

Azərbaycan  hökumətinin,  onun  İstanbuldakı  diplomatik  nümayəndəliyinin 

etirazlarına  baxmayaraq  Xalq  Cümhuriyyəti  Mudros  barışığının ağır  şərtlərini  öz 

çiyinlərində  daşımalı  oldu.  Azərbaycanın  bloklararası  münasibətlərin  və 

beynəlxalq  hüququn  subyektinə  çevrilməsi  onun  strateji  mövqeyinin,  təbii 

imkanlarının  dünya  siyasətinə  təsiri  ilə  bağlı  idi.  Birinci  dünya  müharibəsinin 

qurtarması  ilə  Azərbaycan  diplomatiyasının  türk-alman  oriyentasiyası  da  başa 

çatdı. 


Dünya  müharibəsinin  yekunu  kimi  müttəfiqlərin  Bakıya  daxil  olması  ilə 

Azərbaycan  Cümhuriyyəti  diplomatiyasında  Qərb  oriyentasiyasının  güclənməsi 

kimi  səciyyələnən  ikinci  dövr  başlanır.  1918-ci  ilin  noyabrında  Antanta 

qüvvələrinin  Bakıya  daxil  olması  ilə  antiazərbaycan  qüvvələri  fəallaşsa  da,  lakin 

imperiya  ənənələrini  bərpа  etmək  istəyənlərin  ümidləri  doğrulmadı.  Müttəfiq 

komandanlığı  Azərbaycan  hökumətini  respublikanın  ərazisində  yeganə  qanuni, 

həyat  qabiliyyətinə  malik  hökumət  kimi  tanıdı.

1460


  Mudros  barışığının  şərtlərinə 

uyğun olaraq, Bakıya işğal məqsədilə daxil olan müttəfiq komandanlığı tərəfindən 

Azərbaycan  hökumətinin  respublika  ərazisində  yeganə  qanuni  hakimiyyət  kimi 

tanınması böhranlı şəraitdə Azərbaycan xarici siyasətinin mühüm diplomatik uğuru 

kimi dəyərləndirilməlidir. 

Qalib  dövlətlər  arasında  münasibətləri  tənzimləyəcək  Paris  Sülh 

konfransına  yeni  yaranmış  respublikalar  öz  istiqlaliyyətini  tanıtmaq  baxımından 

böyük  ümidlər  bəsləyirdilər.  1918-ci  ilin  noyabrında  yenidən  fəaliyyətini  bərpa 

edən  Azərbaycan  Milli  Şurası  ABŞ  prezidenti  V.Vilsona,  dünya  xalqları  və 

dövlətlərinə  müraciət  qəbul  etməklə  müharibədən  sonra  qurulan  beynəlxalq 

münasibətlər  sistemində  fəal  iştirak  etmək  arzusunda  olduğunu  nümayiş  etdirdi. 

                                                        

1460

 Le Commandant des troupes alliées à Bakou Général-Major V.N. Thomson Bakou, le 28 decembre 



1918. // Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 832, folio 42 

 


423 

 

Böyük  çətinliklər  hesabına  Azərbaycan  nümayəndələrinin  Parisə  buraxılması, 



onların  ABŞ  prezidenti  V.Vilson  və  digər  nüfuzlu  şəxslər  tərəfindən  qəbul 

edilməsi, Versal konfransının rəhbərləri və müxtəlif komissiyalarına çoxsaylı nota, 

memorandum və müraciətlərin təqdim edilməsi Azərbaycan haqqında təsəvvürləri 

genişləndirdi,  onun  dünya  siyasi  proseslərinə daxil  olmaq uğrunda  əzmini  ortaya 

qoydu.  Rus  siyasi  mühacirləri,  erməni  təbliğatçılarının  Qərb  siyasi  dairələrində 

Azərbaycan  əleyhinə  formalaşdırdıqları  mənfi  əhvali-ruhiyyəni  aradan  qaldırmaq 

üçün  Parisdə  olan  Azərbaycan  nümayəndələri  ciddi  çətinliklərlə  qarşılaşmalı 

oldular. Azərbaycanın əleyhdarlarının ciddi cəhdlərinə baxmayaraq, Qafqaza gələn 

müxtəlif  xarici  missiyalar  Azərbaycan  hökumətinin  elan  etdiyi  demokratik 

prinsiplərə sədaqətini, öz qonşuları ilə sülh və dostluq şəraitində yaşamaq arzusunu 

və  ən  nəhayət,  Azərbaycanın  Qafqazda  yeganə  həyat  qabiliyyətli  respublika 

olduğunu təsdiq etdilər. Bu böyük həqiqətin etirafına nail olunmasında Azərbaycan 

xarici siyasət idarəsi, Azərbaycan diplomatiyasının müstəsna rolu olmuşdu. 

Öyrənilən  dövrdə  Azərbaycan  üçün  ən  ciddi  təhlükə  Şimaldan  -  Rusiya 

tərəfindən  idi.  Rusiyada  qarşı-qarşıya  duran  hər  iki  qüvvə  -  bolşeviklər  və 

denikinçilər  Azərbaycan  üçün  eyni  dərəcədə  təhlükəli  idi.  Onların  hər  ikisi  eyni 

məqsəd  -  dağılmış  Rusiya  imperiyasını  1914-cü  il  hüdudlarında  bərpa  etmək 

uğrunda  mübarizə  aparırdılar.  Mövcud  şəraitdə  isə  Denikin  ordusu  müttəfiqlərlə 

sıx  bağlı  olduğundan  o,  ingilislər  tərəfindən  müdafiə  edilən  Azərbaycan  və 

Gürcüstana  açıq  müdaxilə  etməyə  cəsarət  etmirdi.  Denikinçilərin  subyektiv 

niyyətlərindən asılı  olmayaraq,  uzun müddət  Könüllü  ordunun  bolşevik  Rusiyası 

ilə  yeni  yaranmış  respublikalar  arasında  yerləşməsi  bu  respublikalara  bolşevik 

təcavüzünü  yubandırırdı.  Müttəfiqlər  tərəfindən  müdafiə  edilən  Denikin 

könüllülərinə  münasibətdə  Azərbaycan  Respublikasının  ehtiyatlı  hərəkət  etməsi, 

rus ağqvardiyaçılarına qarşı, əsasən, diplomatik yolla mübarizə aparması mövcud 

vəziyyətin,  yaranmış reallıqların  obyektiv  qiymətləndirilməsi  ilə  bağlı idi.  Ağ  və 

qırmızı  Rusiyaya  münasibətdə  rəng  çalarlarından  asılı  olmayaraq,  Azərbaycan 

hökumətinin  tutduğu  mövqe  ölkənin  müstəqilliyinə,  respublikanın  suverenliyinə 

əsaslanırdı.  Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  ölkənin  istiqlaliyyətini  təhdid 

edən Şimal təhlükəsinə qarşı ortaya qoyduğu sərt movqe ondan ibarət idi ki, "kim 

olursa-olsun  bolşevik  -  menşevik,  denikinçi  və  i.a.  Azərbaycanın  istiqlaliyyətinə 

qəsd edən hər kəs onun düşmənidir."

1461

 Bu prinsipial mövqe 1918-1920-ci illərdə 



xarici  dövlətlər,  xarici  qüvvələrə  münasibətdə  Azərbaycan  diplomatiyasının  çıxış 

nöqtəsini təşkil edirdi. 

1919-cu ilin payızında beynəlxalq vəziyyətin yeni yaranmış respublikaların 

xeyrinə  dəyişməsi  Rusiyada,  Qərb  ölkələrində  və  ümumilikdə  dünyada  cərəyan 

edən  proseslərlə  bağlı  olsa  da,  respublikanın  taleyindəki  dönüş  məqamlarında 

                                                        

1461

  Azərbaycan  Respublikası  xarici  işlər  nazirinin  müavini  A.Ziyadxanovun  Kuban  hökumətindəki 



diplomatik nümayəndə C.Rüstəmbəyova təcili diplomatik məlumatı. 26.06.1919. //APDAf.970, s.l.i-89, 

v.38 


424 

 

Azərbaycan  hökumətinin,  onun  xarici  işlər  nazirliyinin,  bütövlükdə  diplomatik 



korpusun istiqlaliyyətə sədaqəti müəyyənedici meyar idi. Böyük dünya siyasətinin 

əzablı  yollarında  heç  bir  çətinlik  Azərbaycan  hökumətinin,  onun  Paris  Sülh 

konfransındakı  nümayəndələrinin  azadlıq  və  müstəqilliyə  olan  inamını  sarsıda 

bilmədi. Nəhayət, böyük çətinliklərdən sonra dünya siyasətini müəyyən edən Paris 

Sülh konfransının Versal Ali Şurası 1920-ci ilin yanvar ayının 11-də Azərbaycan 

Respublikasının istiqlaliyyətini de-fakto tanıdı. Bu tanınma təkcə Azərbaycan üçün 

deyil,  bütün  Yaxın  və  Orta  Şərq  ölkələri  üçün,  türk  və  İslam  dünyası  üçün 

əhəmiyyətli hadisə idi. Çünki Azərbaycan dövləti qabaqcıl Qərb ölkələri tərəfindən 

rəsmi  şəkildə  tanınan,  Qərb  ictimai  fikrində  qəbul  edilən  ilk  türk  və  müsəlman 

respublikası idi. Versal Ali Şurası tərəfindən tanınma Azərbaycan diplomatiyasının 

Birinci  dünya  müharibəsindən  sonra  yeni  tənzimlənən  beynəlxalq  münasibətlər 

sistemində  qazandığı  ən  böyük  qələbə  idi.  Bu  qələbəni  qazananlar  Azərbaycan 

diplomatiyası tarixində özlərindən sonrakı nəsillərə örnək olacaq vətənə xidmətin, 

müstəqilliyə sədaqətin parlaq bir nümunəsini yaratdılar. 

1920-ci ilin yanvarından başlanan üçüncü dövr Azərbaycan Respublikasının 

geniş  beynəlxalq  əlaqələrə,  dövlətlərarası  münasibətlərə  daxil  olması  uğrunda 

mübarizə ilə səciyyələnir. Bu dövrdə Azərbaycan nümayəndələri müttəfiqlərin Ali 

Şurasının London, San-Remo konfranslarında iştirak etmiş, Millətlər Cəmiyyətinə 

və digər beynəlxalq təşkilatlara üzv olmağa cəhd göstərmiş, Bakıda iyirmidən artıq 

dövlətin diplomatik nümayəndəlikləri təsis edilmişdi. 1919-cu ilin axırlarından İran 

dövləti  ilə  aparılan  diplomatik  danışıqlar  uğurlu  nəticələr  vermiş,  1920-ci  ilin 

martında  İran  Azərbaycanın müstəqilliyini  de-yure  tanımış  və  iki  dövlət  arasında 

münasibətlərin  bütün  kompleksini  tənzimləyən  müqavilələr  və  sazişlər  sistemi 

imzalanmışdı.  1920-ci  ilin  aprelində  isə  Azərbaycan  Parlamenti  Avropa  və 

Amerika  ölkələrində  altı  mühüm  diplomatik  nümayəndəlik  təsis  etmək  haqqında 

hökumətin  təqdim  etdiyi  qanun  layihəsini  qəbul  etmişdi.  Bu  qanuna  və 

dövlətlərarası  razılığa  əsasən,  Azərbaycan  hökuməti  London,  Paris,  Cenevrə, 

Roma,  Varşava  və  Vaşinqtona  diplomatik  missiyalar  göndərməli  idi.  Buna  qədər 

isə İran, Türkiyə, Gürcüstan, Ermənistan, Dağlılar İttifaqı, Ukrayna, Krım, Mərkəzi 

Asiya  və  digər  qonşu  dövlətlərdə  Azərbaycanın  səlahiyyətli  nümayəndələri  işə 

başlamışdılar.  1920-ci  ilin  əvvəllərində  Cənubi  Azərbaycanın  bütün  böyük 

şəhərlərində  Cümhuriyyət  hökumətinin  ya  baş  konsıılluğu,  ya  konsulluğu,  уа  da 

konsul agentliyi fəaliyyət göstərirdi. 

Azərbaycan 

Respublikası 

beynəlxalq 

vəziyyətinin 

sabitləşdiyi, 

istiqlaliyyətinin dünya tərəfindən təsdiqləndiyi, geniş beynəlxalq əməkdaşlığa daxil 

olduğu  bir  dövrdə  Sovet  Rusiyasının  təcavüzünə  məruz  qaldı.  Dünyada  bərqərar 

edilən  beynəlxalq  münasibətlərin  və  beynəlxalq  hüququn  elementar  normalarına 

zidd olaraq, xarici təcavüz nəticəsində müstəqil, suveren Azərbaycan Respublikası 

devrildi.  Bu  hadisə  ilə  bağlı  sənəd  və  materialların  araşdırılması  təkzibedilməz 

şəkildə  sübut  edir  ki,  Azərbaycan  hökumətinin  devrilməsi  yerli  "inqilabi 



425 

 

hadisələrlə" bağlı olmayıb, ümumdünya tarixi prosesinin tərkib hissəsidir. Rusiya 



imperiyası  qalib  Antantanın  məğlub  üzvü  kimi  dağıldığından  dünyanın  taleyini 

müəyyən  edən  dövlətlər  bu  dağılmaya  hazır  deyildilər.  Çar  Rusiyasının 

hüdudlarında  yaranmış  yeni  respublikaların  beynəlxalq  münasibətlər  sisteminə 

çətinliklə daxil olması və son nəticədə onların bolşeviklər tərəfindən işğal edilməsi 

qalib  dövlətlərin  öz  keçmiş  müttəfiqlərinə  ehtiyatlı  münasibətlərinin  məntiqi 

nəticəsi idi. 

İlk Azərbaycan Respublikasının diplomatik addımlarının hazırlanıb həyata 

keçirilməsində  Azərbaycanın  tanınmış  dövlət  və  siyasi  xadimlərindən 

Ə.M.Topçubaşov,  M.Ə.Rəsulzadə,  F.X.Xoyski,  N.Usubbəyov,  M.H.Hacınski, 

M.Y.Cəfərov,  Ə.Şeyxülislamov,  C.Hacıbəyov,  M.Mehdiyev,  M.Məhərrəmov, 

A.Ziyadxanov və digərləri yaxından iştirak etmişlər. Mürəkkəb beynəlxalq şəraitdə 

Azərbaycan  istiqlaliyyətinin  ağır  yükünü  öz  çiyinlərində  daşıyan  bu  şəxslərin 

diplomatik  bacarığı  nəticəsində  Azərbaycan  Respublikası  ümumdünya  tarixi 

prosesinə  daxil  ola  bilmişdi.  Məhz  bu  şəxslərin  sayəsində  Azərbaycan  siyasi 

müstəvidə  dünya  səhnəsinə  çıxmış  və  xalqın taleyinin  dönüş  məqamlarında milli 

maraqların firqə mənafeyindən üstün olduğunu sübut edə bilmişdi. Onların keçdiyi 

həyat yolu, müstəqillik ideallarına siyasi məzmun vermək bacarıqları "milli dirilik" 

tariximizin ən parlaq səhifələrindəndir. 

1920-ci ilin aprel işğalından sonra Parisdə qalan Azərbaycan sülh heyətinin 

üzvləri  Avropada  siyasi  mühacirlərin  ilk  dəstəsinə  çevrildilər  və  siyasi 

fəaliyyətlərini davam etdirdilər. Azərbaycan parlamentinin sədri kimi Əli Mərdan 

bəy  1920-1923-cü  illərdə  Millətlər  Cəmiyyətinin  Cenevrədə  keçirilən 

toplantılarında  iştirak  edib,  Cəmiyyətin  rəhbərliyinə  təqdim  etdiyi  müraciətlərdə 

Azərbaycanın  bolşevik  əsarətindən  azad  edilməsi  üçün  beynəlxalq  birlikdən 

yardım  istədi.

1462


  Azərbaycanın  Paris  Sülh  konfransındakı  nümayəndə  heyətinin 

başçısı  kimi  o,  1920-1921-ci  illərdə  Versal  Ali  Şurasının  rəhbərliyinə  dəfələrlə 

müraciətlər ünvanladı.

1463


  1920-ci  ildə  Fransa  Xarici  İşlər  Nazirliyinə  göndərdiyi 

                                                        

1462

 Président de la Délégation de Paix de la République d'Azerbaïdjan Ali Mardan Toptchibacheff  - A 



Son  Excellence  M.Paul  Hymans,  Président  de  la  Premiére  Assemblée  Générale  de  la  Sociéte  des 

Nations,  Genéve.  Le  7  décembre  1920.//  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives 

Diplomatique,  vol.  639,  folio  185-186;  Président  de  la  Délégation  de  Paix  de  la  République 

d'Azerbaïdjan  Ali  Mardan  Toptchibacheff  -  A  Son  Excellence  Sir  Eric  Drummond,  K.C.M.G.,  C.B., 

Secrétaire  général  de  la  Ligue  des  Nations,  à  Genève.  Le  4  septembre  1921.//  Ministère  des  Affaires 

Etrangère  de  France,  Archives  Diplomatique,  vol.  639,  folio  233-234;  Président  de  la  Délégation  de 

Paix  de  la  Rèpublique  d'Azerbaïdjan  Ali  Mardan  Toptchibacheff  -  A  Son  Excellence  Sir  Eric 

Drummond,  Secrétaire Général de  la Société  des Nations.  Le l

er

  fevrier 1923.//  Ministère des  Affaires 



Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 279 

1463


 Président de la Délégation de Paix de la République d'Azerbaïdjan A.Toptchibacheff  - Monsieur le 

Président  du  Conseil  Suprême  de  la  Conférence  de  la  Paix.  Le  30  juin  1920.//  Ministère  des  Affaires 

Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 135; Président de la Délégation de Paix de 

la République d'Azerbaïdjan A.M.Toptchibacheff – А Son Excellence Monsieur le Président du Conseil 

Suprême  des  Alliés Paris. Le 20 janvier 1921.//  Ministère  des  Affaires Etrangère  de  France,  Archives 


426 

 

məktubda  Ə.M.Topçubaşov  ölkədə  bolşevik  terrorundan  bəhs  edir  və  Sovet 



Rusiyasının  təcavüzünə  qarşı  Fransa  hökumətindən  yardım  istəyirdi.

1464


  1921-ci 

ildə  müttəfiqlərin  Ali  Şurasının  London  konfransına  təqdim  etdiyi  notada  o, 

müstəqilliyi  Versal  Ali  Şurası  tərəfindən  tanınmış  Azərbaycanın  bolşevik 

təcavüzünə  qarşı  müdafiə  edilməsini  xahiş  edirdi.

1465

  1922-ci  ildə  Avropa 



iqtisadiyyatının  bərpasına  dair  Genuya  konfranslarında,  1923-cü  ildə  Türkiyə  və 

boğazlar  məsələsinə  dair  keçirilən  Lozanna  konfransında  iştirak  edərək, 

Ə.M.Topçubaşov  Azərbaycanın  bolşeviklər  tərəfindən  işğal  edilməsi  məsələsini 

gündəliyə gətirdi. Paris Sülh konfransına göndərilmiş nümayəndə heyətinin üzləri 

Fransanın  və  digər  dövlətlərin  nümayəndələri  ilə  görüşərək,  Azərbaycanın 

bolşeviklər  tərəfindən  işğalının  faciəli  nəticələri  barədə  onlara  ətraflı  məlumatlar 

verdilər.

1466


 

Müasir dünyanın reallıqları fonunda 1918-1920-ci illərin tarixi təcrübəsi bir 

sıra  məqamlarda  bu  gün  də  öz  aktuallığını  saxladığından  ilk  Azərbaycan 

Cümhuriyyətinin  diplomatik  fəaliyyətinə  milli-mənəvi  xəzinə  kimi  qayğı  ilə 

yanaşılır,  respublika  xarici  siyasətinin  həyata  keçirilməsində  həmin  illərdə 

toplanmış tarixi təcrübədən səmərəli istifadə edilir. 1998-ci ildə Azərbaycan Xalq 

Cümhuriyyətinin  80  illiyi  ilə  bağlı,  1918  -  1920-ci  illərdə  fəaliyyət  göstərmiş 

parlamentin,  hökumətin  və  xarici  işlər  nazirliyinin  sənədlərinin  ümummilli  lider 

Heydər Əliyevin sərəncamı ilə nəşr edilməsi bunun aydın təzahürü idi.

1467


 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından ötən 90 il ərzində dünya 

siyasətində  ciddi  keyfiyyət  dəyişiklikləri  baş  vermiş,  beynəlxalq  münasibətlər 

                                                                                                                                

Diplomatique,  vol.  639,  folio 194;  Président  de la Délégation  de Paix de  la République  d'Azerbaïdjan 

A.M.Toptchibacheff  -  A Son  Excellence Monsieur le Président  du Conseil Suprême des  Alliés.  Le  26 

mars 19217/ Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 15 bis 

1464


  Président  de  la  Délégation  de  Paix  de  la  République  d'Azerbaïdjan  A.Toptchibacheff  –  А  Son 

Excellence  Monsieur  le  Président  du  Conseil  des  Ministre  et  Ministre  des  Affaires  Etrangères  de  la 

République  Française.  Le  8  octobre  1920.//  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives 

Diplomatique, vol. 639, folio 165 

1465

  Cachet  de  la  Délégation  de  Paix  de  la  République  d'Azerbaïdjan  -  A  Son  Excellence  Monsieur  le 



Président  du  Conseil  Suprême  des  Alliés  à  Londres.  Le  17  février  1921.//  Ministère  des  Affaires 

Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 198  

1466

 Secrétaire Général  de la Délégation  de  Paix de la République  d'Azerbaïdjan A.Atamalibekov  -  Au 



Ministère des Affaires Etrangères de la République Française. Le 7 juillet 1922.// Ministère des Affaires 

Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 257; Visite de M.Djeyhoun bey Hadjibeyli, 

Membre  de  la  Mission  diplomatique  de  la  République  d'Azerbaïdjan,  à  M.  de  Peretti.  Le  20  juillet 

1923.//  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives  Diplomatique,  vol.  639,  folio  285; 

Président  de  la  Délégation  de  Paix  de  la  République  d'Azerbaïdjan  A.M.Toptchibacheff  -  A  Son 

Excellence  Monsieur  Raymond  Poincaré,  Président  du  Conseil  des  Ministres  et  Ministre  des  Affaires 

Etrangères de la République Française. Le 23 août 1923.// Ministère des Affaires Etrangère de France, 

Archives  Diplomatique,  vol.  639,  folio  287;  Président  de  la  Délégation  de  Paix  de  la  République 

d'Azerbaïdjan A.M.Toptchibacheff - A Son Excellence Monsieur Edouard Herriot Président du Conseil 

de la République Française Quai d'Orsay Paris. Le 17 juin  1924.// Ministère des Affaires Etrangère de 

France, Archives Diplomatique, vol. 639, folio 291  

1467


 Азербайджанская Демократическая Республика. Внешняя политика. Баку, 1998 

427 

 

sistemində demokratizm meylləri güclənmişdir. Əgər 90 il əvvəl, 1918-ci ildə elan 



edilmiş Azərbaycan Respublikasının beynəlxalq cəhətdən de-fakto tanınması üçün 

iki ildən bir qədər az vaxt lazım gəlmişdisə, ötən əsrin 90-ci illərində bu proses bir 

neçə  həftə  ərzində  başa  çatdı.  Hazırda  Azərbaycan  Respublikasının  sivilizasiyalı 

beynəlxalq  münasibətlər  sisteminə  daxil  olmuş,  dünya  xalqları  ailəsinin 

bərabərhüquqlu  üzvünə  çevrilmiş,  böyük  transmilli  layihələrin  həyata  keçirildiyi 

ölkə kimi beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Bununla da 1918-1920-ci 

illərdə  Azərbaycan  diplomatiyasının  qarşısında  duran  böyük  dünya  siyasətinin 

iştirakçısına çevrilmək, beynəlxalq birliklərin bərabərhüquqlu üzvü olmaq, dünya 

xalqları  ailəsinə  daxil  olmaq  kimi  qlobal  vəzifələr  artıq  yerinə  yetirilmişdir. 

Azərbaycan  xalqının  tarixi  ənənələri,  milli  dəyərləri  əsas  götürülməklə,  müasir 

beynəlxalq  münasibətlərin  başlıca  meylləri  nəzərə  alınmaqla  Azərbaycan 

prezidenti İlham Əliyevin dediyi kimi, XXI əsrin əvvəllərində Azərbaycan Cənubi 

Qafqazın lider dövlətinə çevrilmişdir. 

 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin