Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   24   25   26   27   28   29   30   31   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

  hərbi  İnqilab  Şurasının  üzvü 

Q.K.Orconikidze  ilə  sıx  əlaqələndirirdilər.  A.İ.Mikoyan  başda  olmaqla, 

"Azərbaycan"  bolşevikləri  XI  Qırmızı  Ordunun  Azərbaycanı  işğal  etmək 

planlarının  həyata  keçirilməsində,  işğal  əməliyyatının  vaxtının  müəyyən 

edilməsində fəal iştirak edirdilər. 

XI  Ordu  aprel ayının  26-da  artıq  Azərbaycan  sərhədlərini  keçmiş,  aprelin 

27-də Quba və Qusar işğal edilmişdi.

1418


 Hərbi qüvvələr əsasən, Qərb cəbhəsində 

olduğu üçün XI Qırmızı Orduya qarşı Samur sərhəd qoşunlarının müqaviməti ciddi 

itki  ilə  nəticələndi.  Hərbi  nazir  S.Mehmandarovun  aprel  ayının  27-də  ordunun 

yerləşdiyi qərb cəbhəsinə vurduğu təcili teleqramın da heç bir əhəmiyyəti olmadı. 

O, bildirirdi: "Bolşeviklər Yalama stansiyasına hücum edib, içəriyə doğru hərəkət 

edərək, Xudatı tutmuşlar, vəziyyət böhranlıdır. Əmr edirəm, elə bu gün hər birində 

500 tüfənglidən az olmayaraq, Qazaxdan bir batalyon və Gəncədən bir batalyonu 

Qızılburuna göndərin".

1419

 

                                                        



1415

 Интернациональная помощь XI армии в борьбе за победу Советской власти в Азербайджане. 

Документы и материалы. 1920-1921 г. г.Баку, 1989, с.19 

1416


  Bakıda  vəziyyət 

haqqında  G.Orconikidzenin  V.İ.Leninə  və  G.V.Çiçerinə  teleqramı. 

23.04.1920.//RDSSTA, f.85, s.13, i.6, v.l 

1417


  Azərbaycan  sülh  şərtlərini  diktə  etməyin  zəruriliyi  haqqında  G.Orconikidzenin  V.İ.Leninə  və 

Q.V.Çiçerinə teleqramı. 24.04.1920.// RDSSTA, f.85, s.13, iş.7, v.l 

1418

  Токаржевский  Е.A.  Из  истории  иностранной  интервенции  и  гражданской  войны  в 



Азербайджане. Баку, 1957. 

1419


 Стeклов А. Армия Мусаватского Азербайджана. Баку, 1928. с.43. 

408 

 

Respublikanın  Sovet  Rusiyası  tərəfindən  təcavüzə  məruz  qaldığı, 



sərhədlərinin pozulduğu barədə Azərbaycan hökuməti aprelin 27-də müttəfiqlərin 

Tiflisdəki  nümayəndələri  Qraf  de  Martelə,  polkovnik  Qabbaya  və  H.Luko  təcili 

məlumat  göndərdi.  Azərbaycan  hökuməti  müttəfiqlərin nümayəndələrindən  xahiş 

edirdi  ki,  Ermənistanın  Azərbaycana  yenidən  hücum  etməməsi  üçün  Ermənistan 

hökumətinə təsir göstərsinlər. Çünki, baş vermiş təcavüz aktı ilə əlaqədar hökumət 

öz  qoşunlarını  Qarabağdan  və  Ermənistanla  sərhəd  rayonlarından  çıxarmağı 

planlaşdırırdı.

1420


 Müttəfiqlərin nümayəndələri elə həmin gün Ermənistan hökuməti 

ilə  əlaqəyə  girdilər.  Aprel  ayının  28-də  Ermənistan  hökuməti  bildirdi  ki,  onların 

orduları  dayandıqları  mövqelərdən  irəliləməyəcək  və  Azərbaycana  hücum 

etməyəcəklər.  Bunun müqabilində  onlar  bir  sıra  şərtlər  irəli  sürürdülər.

1421

  Lakin 


gec  idi.  Aprelin  28-də  artıq  Bakı  tutulmuş,  rus  qoşunları  Kürdəmir  və  Yevlaxa 

qədər irəliləmişdilər. 

Sovet Ordusunun Bakıya yaxınlaşdığı məqamda - aprelin 27-si gündüz saat 

4-də  Azərbaycan  bolşevikləri,  RK(b)P  Qafqaz  Diyar  Komitəsinin  Bakı  bürosu  və 

fəhlə  konfransı adından  XI  Ordu  dəstələrinin  Biləcəri  stansiyasında dayanmasına 

arxalanaraq,  respublika  parlamentinə  hakimiyyəti  təhvil  vermək  haqqında 

ultimatum  təqdim  etdilər.  Aprelin  27-də  axşam  belə  bir  ultimatum  hələ 

yaranmamış Azərbaycan Sovet hökuməti Qırmızı donanmasının komandanı Çingiz 

İldırımın  imzası  ilə  parlamentə  verildi.  Orada  deyilirdi:  "Azərbaycan  Sovet 

Sosialist  Respublikasının  Qırmızı  Donanması  Sizə  təklif  edir  ki,  yubanmadan 

hakimiyyəti  yoldaş  Nəriman  Nərimanov  başda  olmaqla,  Azərbaycan  fəhlə-kəndli 

hökumətinə verəsiniz. Bu halda Qırmızı Donanma milliyyətindən asılı olmayaraq, 

Bakının bütün əhalisi üçün sülh və sakitliyin qorunacağına təminat verir. Cavab bu 

sənəd  alınandan  sonra  iki  saat  ərzində  verilməlidir,  əks  təqdirdə  atəş 

açılacaqdır".

1422


 

Qeyd etmək lazımdır ki, hələ bundan xeyli əvvəl böhranlı mart günlərində, 

ümumiyyətlə, 1920-ci ilin baharında Azərbaycan parlamenti və  hökumətində fikir 

ayrılıqları  yaranmışdı.  Şimaldan  təhlükə  reallaşdıqca  Sovet  Rusiyasına  qarşı  sərt 

xəttin  tərəfdarı  olan  xarici  işlər naziri  F.Xoyski  qrupu  ilə, güzəştçilik  siyasətinin 

tərəfdarları  olan  daxili  işlər  naziri  M.Hacınski  qrupu  arasında  ixtilaflar 

dərinləşmişdi.  F.Xoyski  tərəfdarlarının  M.Hacınski  tərəfdarlarını  hökumətdən 

uzaqlaşdırmaq  tələbi  axıra  çatdırılmadı.  M.Hacınski  daxili  işlər  nazirliyindən 

uzaqlaşdırılsa  da,  hökumətdə  yeni  mühüm  bir  vəzifə  -  ticarət  və  sənaye  naziri 

                                                        

1420

 Le 28 avril 1920 Télégramme à chiffrer № 28-29 Haut Commissaire Français Constantinople Pour 



Diplomatie  Communiquer  Amiral.  //  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives 

Diplomatique,  vol.  639,  folio  12;  Azərbaycan  hökumətinin  qraf  de  Martelə,  polkovnik  Qabbaya  və 

K.Lyükə təcili diplomatik məlumatı. 27.04.1920. //ARPİİCPİHDA, f.276, siy.9, iş 15, v.43. 

1421


 Ermənistan Respublikasının Gürcüstanda diplomatik nümayəndəsi Tumanyanın Ermənistan XİN-nə 

teleqramı. 29.04.1920.//ARPİİCPİHDA, f.276, siy.9, iş 15, v.45. 

1422

  Çingiz  İldırımın  Azərbaycan  Parlamentinə  ultimatumu.  28.04.1920.  //  RDSSTA,  f.85,  s.27,  i. 



313,v.20 

409 

 

vəzifəsini  tutdu.  Aprelin  əvvəllərində  hökumət  böhranı  baş  verdikdə  isə  yeni 



hökuməti təşkil etmək M.Hacınskiyə tapşırıldı. Lakin o, müxtəlif bəhanələrlə yeni 

hökumətin  təşkil  edilməsini  yubadır,  bolşeviklərlə  birlikdə  koalisyon  hökuməti 

yaratmaq üçün bolşevikləri hökumətə daxil olmağa çağırırdı. Son anda bolşeviklər 

hökumətə daxil olmaqdan imtina etdilər.

1423 

Bütün qeyd edilən məsələlərlə yanaşı, 



1920-ci ilin aprelində olmuş ciddi hökumət böhranı da öz növbəsində XI  Qırmızı 

Ordunun Bakıya daxil olması üçün əlverişli şərait yaradırdı. Hökumətdə olan fikir 

ayrılıqları parlamentdə siyasi partiyalar arasındakı fikir ayrılıqlarını da gücləndirdi. 

Bu  parlamentin  sonuncu  təcili  iclasında  özünü  qabarıq  şəkildə  nümayiş  etdirdi. 

Həmin  vaxt  Bakıya  səfər  edən  Gürcüstan  Müdafiə  Nazirliyinin  yüksək  rütbəli 

əməkdaşı  general  Q.Kvinitadze  öz  xatirələrində  yazır  ki,  1920-ci  ilin  aprelində 

Azərbaycan ziyalıları  arasında,  əsasən,  üç meyl  var idi.  Ziyalıların  böyük  hissəsi 

Türkiyəyə  meylin  tərəfdarı  idi,  ikinci  hissə  Azərbaycanın  tam  müstəqilliyinə 

üstünlük verirdi, üçüncü az  bir hissə isə, bu və  ya digər bayraq altında Rusiyaya 

birləşməyə  tərəfdar  idilər.  Denikinin  məğlubiyyəti  və  bolşeviklərin  bilavasitə 

Azərbaycan  sərhədlərinə  yaxınlaşmasından  sonra  bu  meylin  tərəfdarları 

güclənmişdi.

1424

 

Aprelin  27-də  Parlamentin  sonuncu  iclasına  M.Ə.Rəsulzadə  sədrlik  edirdi. 



Kəskin  diskussiyaların  gedişində  sosialist  fraksiyası  və  onlara  yaxın  olan 

fraksiyalar hakimiyyəti bolşeviklərə vermək tələbini müdafiə etdilər. Həmin axşam 

Parlamentdəki  tarixi  çıxışında  M.Ə.Rəsulzadə  göstərirdi:  "Qardaşlar!  Qarşımızda 

bir  ultimatum  durur.  Burada  təslimdən  bəhs  edilir.  Fəqət  qardaşlar,  təslim  nə 

deməkdir. Kimə görə mövqeyimizi tərk edirik? Bizə deyirlər ki, hüdudlarımızdan 

keçən ordunun başında Nicati adında bir türk komandanı var. Rusiyadan gələn bu 

təcavüzkar ordu təxminən bilirəm ki, həyat və ölüm mübarizəsi aparan Türkiyəni 

xilas etmək üçün gedir. Qardaşlar! Türkiyə Azərbaycanın xilaskarıdır. Millətimizin 

amalını uca eyləyən müqəddəs bir məmləkətdir. Onun xilasına gedən bir qüvvəni 

biz, məmnuniyyətlə yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvə bizim azadlığımızı, 

müstəqilliyimizi  çeynəməsin.  Halbuki  qardaşlar,  bizdən  soruşmadan  torpağımıza 

keçən  hər  hansı  bir  qüvvə  dostumuz  deyil,  düşmənimizdir.  Duyduğumuz  bu 

təbliğat düşmən təbliğatıdır. Bizi aldadırlar. Yalandır, gələn rus ordusudur. Onun 

istədiyi  1914-cü  il  hüdudlarını almaqdır.  Anadolunun  imdadına  getmək  bəhanəsi 

ilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Rusiya 

ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etməyə, ultimatumu qəbul 

etməyə  ehtiyac  yoxdur.  Bu  ultimatumu  kəmali nifrətlə rədd  edirik...  İstiqlalımızı 

göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisin dinlədiyi bir ultimatumu qəbul 

etməsi, hökuməti öz əliylə dost cildinə girmiş bir düşmənə təslim etməsi deməkdir. 

                                                        

1423

 ARDA, f.970, s.l, i.224, v.5 



1424

 Генерал Г.И.Квинитадзе. Мои воспоминания в годы независимости Грузии, с. 162 



410 

 

Biz buraya millətin iradə və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvət və süngü 



çıxarmalıdır".

1425


 

M.Ə.Rəsulzadə  və  Şəfi  bəy  Rüstəmbəyovun  kəskin  etirazlarına 

baxmayaraq,  iclas  axşam  saat  11-də  hakimiyyəti  dinc  yolla  bolşeviklərə  vermək 

haqqında  qərar  qəbul  etdi.  Hökumət  öz  fəaliyyətini  dayandırdı.  M.Ə.Rəsulzadə 

deyirdi:  "...Yazıqlar  olsun  ki,  biz  "Bir  kərə  yüksələn  bayraq  bir  daha  enməz" 

idealına etdiyimiz afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal 

bayrağını  qırmızı  bir  bezə  dəyişdik".

1426 


Azərbaycan  Parlamentinin  hakimiyyəti 

təhvil  vermək  haqqında  qərarında  deyilirdi:  "Sizin  27  aprel  tarixli  məktubunuzu 

müzakirə  edərək,  onun  məzmununu  indiki  vəziyyətlə  tutuşduraraq,  bizim 

seçdiyimiz komissiya sizin təklifinizi, о cümlədən: 

1.  Sovet  hakimiyyətinin  idarə  etdiyi  Azərbaycanın  tam  müstəqilliyinin 

qoruyub saxlanılmasını; 

2.  Azərbaycan  Kommunist  Partiyasının  yaratdığı  hökumətin  müvəqqəti 

orqan olacağını; 

3.  Нər  hansı  kənar  təzyiqdən  asılı  olmayaraq,  Azərbaycanın  əsl  idarə 

formasını  fəhlə,  kəndli  və  əsgər  deputatlarının  timsalında  Azərbaycanın  ali 

qanunvericilik orqanının yaranacağını; 

4.  Hökumət  idarələrindəki  qulluqçuların  tutduğu  vəzifələrdə  qalmasını 

(yalnız vəzifəli şəxslər əvəz olunur); 

5.  Yeni yaradılmış kommunist hökumətinin hökumət və parlament (keçmiş 

- C.H.) üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığını təmin edəcəyini; 

6.  Qırmızı  Ordunun  döyüşlə  Bakı  şəhərinə  daxil  olmasına  yol  verməmək 

üçün tədbirlər görüləcəyini; 

7.  Yeni hökumətin Azərbaycanın müstəqilliyini tapdalamaq məqsədilə hər 

hansı bir kənar həmləyə (haradan olursa-olsun) qarşı qəti tədbirlərlə və əldə olunan 

bütün  vasitələrlə  mübarizə  aparacağını  nəzərə  alıb  Azərbaycan  parlamenti  bu 

şərtlərə əməl edəcəklərini bildirdikləri üçün səs çoxluğu ilə hakimiyyəti müsəlman 

kommunistlərinə vermək barədə qərar qəbul edir.

1427

 

Lakin cəmisi bir neçə saat sonra bu razılaşmanın əksinə olaraq, Anadoluya 



getmək  bəhanəsi  ilə  Biləcəri  stansiyası  yaxınlığına  gəlib  çatmış  XI  Qırmızı  Ordu 

Bakıya  daxil  oldu.  İşğal  faktı  başa  çatdıqdan  sonra  yeni hakimiyyət  aprel  ayının 

29-da  gündüz  saat  14-də  Sovet  hakimiyyətinə  ordu  göndərilməsi  haqqında  rəsmi 

müraciət etdi. Müraciətdə Qırmızı Ordu dəstələrinin göndərilməsi ilə real köməklik 

göstərilməsi  xahiş  edilirdi.  Müraciətdə  deyilirdi:  "Xarici  və  daxili  əksinqilabın 

                                                        

1425

 "Ağ ləkə"lərin qara kölgəsi. Bakı, 1991, s.95-96 



1426

 M.Ə. Rəsulzadə Əsrimizin Səyavuşu. Bakı, 1991, s.55 

1427

  Azərbaycan  Xalq  Cümhuriyyəti.  Parlament.  II  cild.  Bakı,  1998,  c.978-979;  Le  29  avril  1920 



Télégramme  à  chiffrer  №  30  Haut  Commissaire  Français  Constantinople.  //  Ministère  des  Affaires 

Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 13 

 


411 

 

birləşmiş  quldur  dəstələrinin  təzyiqinə  öz  qüvvəsi  ilə  müqavimət  göstərməyə 



imkanı  olmayan  Azərbaycan  Müvəqqəti  İnqilab  komitəsi  dünya  imperializminə 

qarşı  birgə  mübarizə  aparmaq  üçün  qardaşlıq  ittifaqı  bağlamağı  Rusiya  Sovet 

Respublikası  hökumətinə  təklif  edir  və  Qızıl  Ordu  dəstələri  göndərmək  yolu  ilə 

dərhal  həqiqi  yardım  göstərməyi  xahiş  edir".

1428

  Halbuki  istənilən  ordu  artıq 



Bakıda  idi  və  Anadoluya  getmək  də  yaddan  çıxmışdı.  Az  sonra  imzalanmış 

müqavilənin  heç  bir  bəndinə  bolşeviklər  tərəfindən  əməl  edilmədi.  Bununla  da, 

Azərbaycanın  tarixində  mühüm  hadisə  olan  23  aylıq  istiqlala  son  qoyuldu  və 

Azərbaycan  yenidən  Rusiya  tərəfindən  işğal  olundu.  Bolşevik  emissarlarının 

yazışmalarından  aydın  olur  ki,  Azərbaycanın  müstəqilliyinin  müsəlman 

kommunistləri tərəfindən saxlanacağına verilən vədlər deklarativ xarakter daşıyırdı 

və  onların  səlahiyyətləri  çərçivəsində  olan  bir  məsələ  deyildi.  Bu  İ.Stalinin 

Azərbaycana  müdaxilənin  başlandığı  anda,  aprel  ayının  27-də,  Moskvaya 

G.Çiçerinə göndərdiyi teleqramdan daha aydın görsənir. О yazırdı: "Siz tamamilə 

haqlısınız ki, yoldaş Orconikidze müəyyən qədər özünəməxsus xətt yeridir. Mənim 

fikrimcə,  bu  onunla  izah  olunur  ki,  Azərbaycan  reallıqlarına  tamamilə  uyğun 

olmayan bu təlimat ona (eləcə də bizə) yoldaş Lenin tərəfindən verilib. Belə ki, biz 

Bakıda heç bir şansı olmayan qabaqcadan baş verəcək üsyana ümid bəsləyirik..." 

Azərbaycanın  gələcək  müstəqilliyi  haqqında  söhbətlərə  gəldikdə  İ.Stalin  yazırdı: 

"Mənə  belə  gəlir  gələcək  (güman  edilən)  müstəqillik  ciddi  praktiki  əhəmiyyəti 

olmayan yalnız bəyanat formasında təsəvvür edilə bilər."

1429

 

Aprel ayının  28-də  AK(b)P  MK  Azərbaycanda  Sovet  hakimiyyətinin  elan 



edilməsini xüsusi teleqramla V.İ.Leninə xəbər verdi. Aprelin 29-da V.İ.Lenin şüşə-

çini  istehsalı  fəhlələrinin  ümumrusiya  qurultayında  deyirdi:  "...  dünən  Bakıdan 

aldığımız  bir  xəbər  göstərir  ki,  Sovet  Rusiyasının  vəziyyəti  yaxşılaşmaqdadır: 

sənayemizin  yanacaqsız  qaldığı  bizə  məlumdur,  indi  isə  xəbər  almışıq  ki,  Bakı 

proletariatı hakimiyyəti öz əlinə almış və Azərbaycan hökumətini yıxmışdır. Bu, о 

deməkdir  ki,  indi  bizim  bütün  sənayemizi  canlandıra  biləcək  bir  iqtisadi  bazamız 

vardır... Beləliklə, nəqliyyatımız və sənayemiz Bakı neft mədənlərindən çox böyük 

yardım  alacaqdır".

1430

  Bu  "köməyi"  gözləməyə  çox  vaxt  lazım  gəlmədi.  May 



ayının  4-də  Q.K.Orconikidze  və  S.M.Kirov  V.İ.Leninə  məlumat  verirdilər  ki, 

mədənlər və ticarət donanması tamamilə təhlükəsizdir. Neft məhsullarının ehtiyatı 

300 milyon puddur, gündəlik istehsal 20 milyon puddur. Hələlik, Həştərxana 1,5 

milyon pud göndərilir. Göndərişin həcmi Həştərxandan asılı olacaq.

1431

 

                                                        



1428

 Ordu göndərilməsi haqqında Sovet hökumətinə teleqram. 29.04.1920. // Rusiya Federasiyası Dövlət 

Arxivi, f. 130, s.4, i.496, v.25 

1429


 İ.Stalinin Moskvaya teleqramı. 27.04.1920.// ARPİİ SPİHDA, f.1, s.l, i.2a, v.4 

1430


 V.İ.Lenin. Azərbaycan haqqında. s. 168 

1431


 Ordu göndərilməsi haqqında sovet hökumətinə müraciət. 29.04.1920. // Rusiya Federasiyası Dövlət 

Arxivi. F.139. s.4. i.496, v.25 

 


412 

 

Aprel ayının axırlarında Bakının işğalı başa çatdıqdan sonra may ayının 4-



də  V.Leninə  göndərdikləri  teleqramda  Q.K.Orconikidze  və  S.M.Kirov 

Azərbaycanın  işğalını  belə  təsvir  edirdilər:  "Azərbaycan  Kommunist  komitəsinin 

aprel  ayının  28-nə  keçən  gecə  hakimiyyətin  kommunistlərə  verilməsi  haqqında 

hökumətə  təqdim  edəcəkləri  tələblərindən  məlumatlı  olan bizim  ordumuz  aprelin 

26-da Azərbaycan sərhədlərini keçdi. Bizim zirehli qatarımız bu zaman Xaçmazda 

idi.  Qısa  müşavirədən  sonra  hökumət  hakimiyyətin  müstəsna  olaraq, 

müsəlmanlardan  təşkil  olunmuş  Azərbaycan  və  Bakı  İnqilab  Komitəsinə  verdi. 

Müstəqil Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. İnqilab Komitəsinin 

birinci  addımı  hərbi  kömək  üçün  və  hərbi  ittifaq  bağlamaq  təklifi  ilə  Sovet 

Rusiyasına  müraciət  etməsi  oldu.  Bizim  ordumuz  şəhərə  müqavimətsiz  girdi. 

Hakimiyyət  kommunistlərə  verildikdən  iki  saat  sonra  tərkibində  piyada 

batalyonları  olan  bizim  zirehli  qatar  Bakıya  gəldi".

1432

  Teleqramda  V.Leninə 



bildirilirdi ki, ən yaxın zamanlarda Azərbaycanda baş verənlər eynilə Gürcüstanla 

da olacaq. Ona görə, teleqram müəllifləri tövsiyə edirdilər ki, Gürcüstanla heç bir 

danışıq  aparılmasın.

1433


  Ən  nəhayət,  aprel  ayının  23-də  G.Çiçerinə  teleqramında 

təcili  olaraq,  N.Nərimanovun  göndərilməsini  acizanə  surətdə  xahiş  edən 

Orconikidze indi V.Leninə yazırdı ki, Xalq Komissarlar Soveti N.Nərimanova heç 

bir  vəkalət  verməsin.

1434

  May  ayının  7-də  V.İ.Lenin,  İ.V.Stalin  və  G.V.Çiçerinə 



göndərdikləri  teleqramda  Q.K.Orconikidze  və  S.M.Kirov  yenidən  Gürcüstan 

məsələsinə  toxunaraq  yazırdılar  ki,  gürcü  qüvvələrinin  mübarizə  apardığı  indiki 

vəziyyət bizim müdaxiləmiz üçün çox əlverişlidir. Azərbaycanda baş verənlər kiçik 

dəyişikliklərlə  burada  da  təkrar  olunacaqdır.  Bundan  əlavə,  Gürcüstan  ələ 

keçirilməsə,  Azərbaycanın  işğalı  müsəlmanlarda  çox  qəzəb  doğura  bilər, halbuki 

Azərbaycan  hökuməti  bütün  mümkün  güzəştlərlə  sülh  bağlamağa  hazır  idi.

1435

 

Göründüyü  kimi,  Azərbaycanın  işğalına  bolşeviklər  bütün  Cənubi  Qafqazın  ələ 



keçirilməsi  kimi  baxırdılar.  Bakının  tutulması  onların  fikrincə,  iqtisadi 

əhəmiyyətindən  başqa,  daha  çox  siyasi  əhəmiyyətə  malik  idi.  May  ayının  3-də 

Q.K.Orconikidze  bildirirdi:  "Azərbaycan  paytaxtının  tutulması  Sovet  Rusiyasının 

ucqarlarında  "yeni  yaranmış  dövlətlər"  və  bir  çox  başqa  müstəqil  əksinqilabçılar 

üçün  bir  dərs  olduğundan  siyasi  baxımdan  az  əhəmiyyətli  deyildir.  Bu  dövlətlər 

vasitəsi  ilə  Qərbi  Avropanın  burjua  diplomatları  "bolşevizm  təhlükəsindən" 

mühafizə olunacaqlarını fikirləşirdilər".

1436


 

                                                        

1432

  Q.K.Orconikidze  və  S.M.Kirovun  V.İ.Leninə  teleqramı.  04.05.1920.//  RDSSTA,  f.850,  c.13.  i.12, 



v.100 

1433


 Yenə orada. v.100 

1434


 Yenə orada, v.101 

1435


  Q.K.Orconikidze  və  S.M.Kirovun  V.İ.Leninə,  İ.V.Stalinə  və  G.V.Çiçerinə  teleqramı.  07.05.1920. 

//RDSSTA, f.5, c.l, i.245, v.l 

1436

 Q.K.Orconikidzenin Vladiqafqaza teleqramı. 04.05.1920. // RDSSTA, f.85, с 13, i.10, v.2 



 

413 

 

Hadisələrin  araşdırılması  göstərir  ki,  1920-ci  ilin  aprelində  Azərbaycanda 



nə inqilabi şərait mövcud idi, nə də inqilab baş verdi. Sadəcə olaraq, xarici təcavüz 

nəticəsində  beynəlxalq  münasibətlərə  və  beynəlxalq  hüquqa  zidd  olaraq,  dünya 

ölkələri  tərəfindən  tanınmış  suveren  dövlət  zor  tətbiq  etməklə  işğal  edildi. 

Bolşeviklər hakimiyyəti  qəsb  etdilər.  XI  Qırmızı  Ordu ilə Bakıya  gələn  bolşevik 

Pervuxin öz xatirələrində yazır ki, aprel ayının 28-də səhər adamlar küçələrdə nə 

baş verdiyindən xəbərsiz idilər. Onlar əsgərlərdən soruşurdular: "İvan, heç olmasa 

deyin  görək  nə  baş  verib,  kim  hakimiyyəti  qəsb  edib?  Bizim  yerli  bolşeviklər, 

yoxsa  gəlmələr?"

1437

  Bu  hadisələrin  fəal  iştirakçısı  H.Sultanov  da  sonralar  etiraf 



edirdi ki, Sovet hakimiyyəti Azərbaycana hazır formada, XI ordusunun süngüsü ilə 

gətirildi.  Həmid  Sultanov  1920-ci  ilin  oktyabrında  keçirilmiş  AK(b)P-nın  II 

qurultayındakı  çıxışında  göstərirdi  ki,  hakimiyyətin  devrilməsi  üçün  MK  heç  bir 

fəhlə,  heç  bir  kəndliyə  göstəriş  verməmişdi.  О  deyirdi  ki,  hakimiyyətin 

devrilməsində mən  yaxından  iştirak  etmişəm.  Ona  görə  elə  bilirdik  ki,  arxamızda 

MK-dan  olan  əziz  yoldaşlarımız  deyil,  bizim  Yalamada  olan  qırmızı  süngümüz 

dayanır.  Mən  hökumətə  tələbləri  verməyə  gedəndə  qətiyyən  MK-ya 

arxalanmırdım.  Mən  bilirdim  ki,  indi  də  olmasa,  sabah,  ya  da  birisi  gün  qırmızı 

süngü  burada  olacaq.  Bu  müddət  ərzində  əgər  məni  və  mənim  yoldaşlarımı 

öldürsələr,  Bakı  fəhlələri  qalacaqdır  və  Sovet  hakimiyyətini  hazır  formada 

alacaqdır.  Belə  də  oldu,  biz  Sovet  hakimiyyətini  hazır  formada  aldıq,  onu  bizə 

hazır  formada  gətirdilər".

1438

  Azərbaycanda  hakimiyyəti  ələ  keçirən  bolşeviklərin 



ilk addımlarından  biri  Bakıda  olan xarici  dövlətlərin  diplomatik nümayəndələrini 

həbs  etmək  oldu.

1439

  Bütövlükdə,  Bakıda  həbs  edilən  xaricilərin  sayı  400  nəfər 



idi.

1440


  Cənubi  Qafqazda  Britaniya  Ali  Komissarı  H.Lukun  məlumatı  əsasında 

Ənzəliyə  getmək  üçün  İstanbul  -  Tiflis  yolu  ilə hərəkət  edən admirallığın  birinci 

lordu  B.Frezer  başda  olmaqla  32  Britaniya  donanma  zabitləri  məhz  aprel  ayının 

28-də Bakıya  yetişdilər və elə həmin gün də bolşeviklər tərəfindən həbs edildilər. 

Hələ aprel ayının əvvəllərində Zaqafqaziyada Britaniya Ali Komissarı O.Uordropu 

əvəz  etmiş  H.Luk  İstanbula,  "Qara  dəniz  ordusuna"  teleqram  vuraraq  Ənzəliyə 

ingilis  donanma  zabitlərinin  göndərilməsinin  zəruriliyini  bildirmişdi.  Bu  addım 

Xəzər  dənizində  güclənmiş  bolşeviklərin  ehtimal  edilən  təhlükəsindən  Ənzəli 

                                                        

1437


  1917-1918-ci  illərdə  Bakıda  və  Azərbaycanda  inqilabi  hadisələr  haqqında  xatirələr.  Pervuxinin 

xatirələrindən. // AR Pİİ SPİHDA, f.276, c.2, i.20, v.72 

1438

 Azərbaycan  K(b)P-nın II  qurultayının  stenoqramı. Oktyabr, 1920. //  AR  Pİİ SPİHDA,  f.1,  s.1. i.8, 



v.280 

1439


 Commissariat de la République Française au Caucase. Monsieur de Martel Commissaire français au 

Caucase à  Son Excellence  Monsieur  Millerand Président  du Conseil Ministre  des  Affaires  Etrangères. 

Le 24  mai 1920.// Ministère  des  Affaires  Etrangère  de France,  Archives Diplomatique, vol.  639, folio 

77 


1440

  Information  Renseignements  sur  Bakou.  Le  25  août  1920.  //  Ministère  des  Affaires  Etrangère  de 

France, Archives Diplomatique,vol. 639, folio 158 

 


414 

 

limanının müdafiəsini möhkəmləndirmək məqsədilə atılırdı. H.Lukun teleqramına 



əsasən, təcili şəkildə 32 Britaniya donanma zabiti İstanbul - Tiflis - Bakı yolu ilə 

Ənzəliyə  yola salınmışdı. Aprel işğalı zamanı Bakıda həbs olunan həmin zabitlər 

bir  neçə  ay  sonra  bolşeviklər  tərəfindən  hərbi  əsirlər  kimi  İngiltərə  ilə 

dəyişdirildi.

1441

 

Bir  sıra  Qərb  tarixçiləri haqlı  olaraq  qeyd  edirlər  ki,  Qafqazın  vaxtilə  çar 



Rusiyası  tərəfindən  işğal  edilməsi  ilə  Sovet  Rusiyası  tərəfindən  işğal  edilməsi 

arasında  tarixi  bir  paralellik  mövcuddur.

1442

  F.Kazımzadə  yazır:  "Ölkənin  adı  və 



zahiri müstəqillik forması saxlanılsa da, qısa bir müddət ərzində Azərbaycanı yenə 

də  Rusiya  uddu".

1443

  1979-cu  ilin  may  ayında  ABŞ-ın  beynəlxalq  əlaqələr  üzrə 



agentliyinin  Vilson  Mərkəzi  və  SSRİ-ni  öyrənən  C.Kennan  institutunun  birgə 

keçirdiyi konfransda çıxış edən F.Kazımzadə göstərirdi ki, "Qırmızı Ordu 1920-21-

ci  illərdə  Cənubi  Qafqaz  respublikalarını  işğal  etdi.  Moskva  öz  ağalığını 

pərdələmək  üçün  yeni  yaranmış  bolşevik  hökumətləri  ilə  müqavilələr  bağladı. 

Əslində  isə  Cənubi  Qafqaz  Moskvanın  müstəmləkəsi  kimi  idarə  olunurdu".

1444


 

Amerika alimi R.Payps da Azərbaycanın işğal olunması faktını təsdiq edir. O, yazır 

ki, 1920-ci il aprel ayının 28-də başda Orconikidze və Kirov olmaqla XI Ordunun 

qoşunları Bakıya gəlib Azərbaycanı işğal edərək Sovet hakimiyyətini qurdular.

1445

 

Qərb  tarixçilərindən  U.Allen,  P.Muratov,  X.Seton-Uotson,  A.Spektor,  U.Kolarz, 



S.Uimbiş, A.Beniqsen, R.Syüni, T.Svyatoçevski və digərləri də bu fikirdədirlər.

1446


 

Aprel  ayının  sonunda  San-Remo  konfransından  Parisə  dönən  Azərbaycan 

nümayəndələri  Bakının  işğalı  xəbərini  Fransa  mətbuatından  aldılar.  Bu  məlumatı 

alan kimi Ə.M.Topçubaşov Fransa Nazirlər Kabinetinə və Xarici İşlər Nazirliyinə 

müraciət  edib  Azərbaycan  Nazirlər  Şurasına təcili radioqram  göndərilməsi  işində 

köməklik  göstərilməsini  onlardan  xahiş  etdi.  Ə.M.Topçubaşov  bu  radioqrama 

                                                        

1441


  Bax:  H.Luke.  Cities  and  men.  Oxford,  1953,  p.  101-104;  D.  de  Martel  -  Affaires  Etrangères 

Télégramme à l'arrivée Duplicata, Tiflis  par Constantinople,  le  28 mai 1920. // Ministère des  Affaires 

Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 101 

1442


 W. Allen and Paul Muratof. Caucasian Battlefields, p.500 

1443


 F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.285 

1444


 Бах: Советский Азербайджан: мифы и действительности, с.25 

1445


 R.Pipes. The Formation of the Soviet Union: Communist and Nationalism,  1917-1923. Cambridge, 

1964, p.227 

1446

  Bax:  W.Allen,  P.Muratof.  Caucasian  Battlefields:  A  History  of  the  Wars  and  Turco  -  Caucasian 



Border  (1828-1921).  Cambridge,  1953;  V.Kolarz.  Russia  and  Her  Colonial.  London,  1953;  I.Spector. 

The Soviet Union and thc Moslem World. 1917-1958, Wash. 1958; A.Bennigsen, E.Wimbush. Moslem 

National Communism in the Soviet Union:  А Revolutionary Strategy for the Colonial World. Chicago, 

London, 1979; R.Suny. The Baku Commune, 1917-1918: Class and Nationalist. Princeton (N.Y.), 1972; 

H.Seton-Watson.  The  New  Imperialism.  London,  1961;  T.Swietochowski.  Russian  Azerbaijan,  1905-

1920: The  Shaping  of  National  Identity  in  Moslem  Community.  Cambridge,  1985;  T.Swietochowski. 

Russia and Azerbaijan: A Borderland in Transition. New York,  1995; T.Swietochowski and B.Collins. 

Historical Dictionary of Azerbaijan. Lanham, 1999 



415 

 

cavab alacağına əmin olduğunu Fransa rəsmilərinə bildirirdi.



1447

 Fransa Xarici İşlər 

Nazirliyinin köməkliyi ilə Ə.M.Topçubaşov may ayının 3-də Azərbaycan Nazirlər 

Şurasının  sədrinə  bu  məzmunda  radioqram  göndərdi:  "Artıq  iki  gündür  qəzetlər 

Azərbaycandan  alınmış  mühüm  məlumatlar  dərc  edir.  San-Remodan  qayıdan 

Azərbaycan  nümayəndələri  baş  vermiş  hadisələr  barədə  məlumatsızdır.  Acizanə 

şəkildə 

rica 


edirik 

baş 


vermiş 

hadisələr 

barədə 

nümayəndəliyi 



məlumatlandırın."

1448


  Eyni  zamanda  yubanmadan  Parisdə  olan  Azərbaycan 

nümayəndələri  müttəfiq  dövlətlərin  Ali  Şurasına,  Fransa,  İngiltərə,  Amerika  və 

İtaliya  hökumətlərinə  və  xarici  dövlətlərin  Parisdə  olan  səfirliklərinə  suveren 

Azərbaycan  dövlətinin  Sovet  Rusiyasının  silahlı  qüvvələri  tərəfindən  işğal 

olunduğu  haqqında  nota  təqdim  etdilər.  Sülh  konfransına  verilmiş  notada 

göstərilirdi:  "Azərbaycan  nümayəndələri  ümid  edirlər  ki,  Sülh  konfransı 

müstəqilliyinin  bərpa  olunmasında  Azərbaycana  köməklik  göstərəcəkdir".

1449


  Bu 

məzmunda notalar və müraciətlər dəfələrlə Millətlər Cəmiyyətinə, dünya siyasətini 

müəyyən  edən  ölkələrə  də  verildi.  Azərbaycanın  Millətlər  Cəmiyyətinə 

müraciətində  deyilirdi:  "...  Azərbaycan  milləti  böyük  məclisin  məsaisini 

məmnuniyyətlə  salamlar  və  Millətlər  Cəmiyyətinin  xidmətlərinin  təhəqüqü  ilə 

bütün  bəşəriyyətə  səadət  gəlməsi  ümidini  izhar  edər.  Fəqət,  eyni  zamanda 

Cenevrədə  birləşmiş  olan  millətlər  təmsilçilərinə  müraciət  edərək,  Azərbaycan 

xalqının  məruz  qaldığı  ələm  və  nəqab  ilə  nəzəri  diqqətinizi  cəlb  etmək 

istəyirik".

1450


  Müraciətdə  Azərbaycan  Demokratik  Respublikasının  Azərbaycan 

türk  millətinin  iradəsini  ifadə  etdiyi,  müttəfiqlər  tərəfindən  tanınan  bu  dövlətin 

həyat  qabiliyyətli  olduğu  göstərilərək  yazılırdı:  "Fəqət,  1920-ci  ilin aprelində rus 

bolşevikləri  Azərbaycanı istila  etdilər  və qeyri-bərabər hərbdən  sonra  Qızıl  Ordu 

məmləkəti  əsgəri  işğalı  altına  aldı...  Millətlərin  həyatını  sülhü-ədalət  əsasları 

üzərində  sırf  yaşamaq  və  sərbəstcə  inkişaf  etmək  üçün  mücadilə  aparan  kiçik 

Azərbaycan  millətinin  çəkdiyi  ələmə  qarşı  laqeyd  qalacağınızı  zənn  etmirik. 

Millətlər Cəmiyyətinin nəzəri diqqətinin dünyanın bu güşəsinə yönələcəyinə və ali 

məclisin  Azərbaycan  millətinə  və  onun  haqlı  tələbatına  mənəvi  himayəsini 

                                                        

1447

  Président  du  Parlement,  Président  de  la  Délégation  de  Paix  de  la  République  d'Azerbaïdjan 



A.M.Toptchibacheff - A Son Excellence Monsieur le Président du Conseil des Ministres et Ministre des 

Affaires Etrangères  de la Republique Française. Le  3 mai 1920. // Ministère des Affaires Etrangère de 

France, Archives Diplomatique, vol. 639, folio 20 

1448


  Président  Délégation  Topchibacheff  -  Président  Conseil  des  Ministres  Republique 

Azerbaïdjanienne. Le 3 mai 19207/ Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, 

vol. 639, folio 21 

1449


 F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.286. 

1450


  League  of  Nations  from  the  President  of  the  Peace  Delegation  of  the  Azerbaijan  Republic. 

Bibliotheque  de  documentation  international  contemproraine  (BDIC,  Nanterre),  Paris,  Microfilms  des 

archives du gouvernement Azerbaidjan. 


416 

 

göstərəcəyinə  ümid  edirik..."



1451

  1920-ci  ilin  iyun  ayının  30-da  isə 

Ə.M.Topçubaşov  sovet  ticarət  komissarı  M.Krasinin  Rusiyanın  Qərb  ölkələrinə 

olan  borclarının  Bakı  neftinin  həmin  ölkələrə  konsessiya  verilə  biləcəyi  ilə 

ödənilməsi  barədə  bəyanatına  qarşı  Versal  Ali  Şurasının  sədrinə  etiraz  notası 

vermişdi.

1452

  Sonralar  Spa,  London,  Genuya,  Haaqa,  Lozanna,  Streze 



konfranslarına  da  bu  məzmunda  müraciətlər  verildi.  Məsələn,  1920-ci  ilin  iyul 

ayının 4-də Spa konfransına təqdim edilmiş müraciətdə göstərilirdi: "Azərbaycanın 

Sülh  konfransında  olan  nümayəndə  heyəti  Sülh  konfransının  diqqətini 

Azərbaycanın  Sovet  Rusiyası  tərəfindən  işğalına  yönəltmək  istəyir...  Versal  Ali 

Şurası  tərəfindən  Azərbaycanın  müstəqilliyinin  de-fakto  tanınması  xalqın  böyük 

ruh  yüksəkliyinə  səbəb  olmuşdu.  Bu  tanınma  xalqa  ümid  verirdi  ki,  onların 

yaratdığı  gənc  dövlətin  həyatında  yeni  dövr  başlayır...  Lakin  bu  tanınmadan  az 

sonra ölkəmiz bolşeviklər tərəfindən işğal edildi...Yaranmış bu şəraitdə hadisələrin 

həllinin  açarı  müttəfiq  dövlətlərin,  Sülh  konfransının  və  Millətlər  Cəmiyyətinin 

əlindədir.

1453

  Bu  müraciətin  surətləri  Spa  konfransında  təmsil  olunan  ayrı-ayrı 



nümayəndə  heyətlərinin  başçılarına  təqdim  edildi.  Fransa  nümayəndə  heyətinin 

başçısına  yazdığı  məktubda  Ə.M.Topçubaşov  bildirirdi  ki,  rəhbərlik  etdiyiniz 

Fransa  Respublikasının  konfransdakı  nümayəndə  heyətinin  Azərbaycan  üçün 

böyük həyati əhəmiyyət daşıyan məsələlərə diqqət yetirəcəyinə bəslədiyimiz dərin 

inamın  ifadəsi  kimi  bu  müraciəti  Sizə  ünvanlayırıq.

1454


  Lakin  bunların  elə  bir 

əhəmiyyəti olmadı. Hətta ABŞ kimi bir sıra dövlətlər Azərbaycanın Sovet Rusiyası 

tərəfindən  işğalından  bölünməz  Rusiya  ideyasını  və  Ermənistanın  müstəqilliyini 

müdafiə məqamı kimi istifadə etdikdə Ə.M.Topçubaşov 1920-ci ilin avqust ayının 

16-da  ABŞ-ın  Parisdəki  səfirinə  kəskin  bir  nota  ilə  müraciət  etməli  oldu.  Orada 

deyilirdi:  "Mənim  başçılıq  etdiyim  Azərbaycan  Respublikasının  Parisdə  Sülh 

konfransındakı  nümayəndə  heyəti  adından,  sizin  hökumətə  ünvanlanmış 

bəyannaməni,  cənab  Səfir  sizə  təqdim  etmək  şərəfindəyəm.  Avropa  mətbuatı, 

Birləşmiş Ştatların Xarici İşlər Nazirliyinin İtaliya səfirliyinə göndərdiyi notasının 

tam  mətnini  dərc  etmişdir.  Polşa  -  Rusiya  məsələlərindən  bəhs  edən  bu  notada, 

eyni  zamanda,  Azərbaycan  Respublikasının  həyati  maraqlarına  da  toxunulub.  Bu 

səbəbdən,  Azərbaycan  Respublikasının  Paris  Sülh  konfransındakı  nümayəndə 

                                                        

1451


  League  of  Nations  from  the  President  of  the  Peace  Delegation  of  the  Azerbaijan  Republic. 

Bibliotheque  de  documentation  international  contemproraine  (BDIC,  Nanterre),  Paris,  Microfilms  des 

archives du gouvernement Azerbaidjan. 

1452


 A.Toptchibacheff Président de la Délégation de Paix de la République d'Azerbaïdjan  - Monsieur le 

Président  du  Conseil  Suprême  de  la  Conférence  de  la  Paix.  Le  30  juin  1920.//  Ministère  des  Affaires 

Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 135 

1453


 Monsieur le Président de la Conférence de la Paix à Spa. Le 4 juillet 1920. // Ministère des Affaires 

Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 124-132 

1454

  Président  de  la  Délégation  de  Paix  de  la  République  d'Azerbaïdjan  -  А  М.  le  Président  de  la 



Délégation  de  la  République  française  à  la  Conférence  de  Spa.  Le  7  juillet  19207/  Ministère  des 

Affaires Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 133 

 


417 

 

heyəti  bu  notaya  münasibətdə  etinasız  qala  bilməzdi  və  ona  görə  də,  notanın 



Azərbaycana aid məqamlarına Birləşmiş Ştatlar hökumətinin diqqətini cəlb etmək 

məcburiyyətindədir.  Rus  xalqına  böyük  simpatiya  nümayiş  etdirən  nota  rus 

xalqının  gözəl  gələcəyini,  Rusiyanın  erməni  dövlətinə  verəcəyi  əraziləri  çıxmaq 

şərti ilə vahid və bölünməz Rusiyada görür. Azərbaycan xalqının rus dövlətindən, 

onun gələcəkdə hər hansı forma alacağına baxmayaraq, ayrılmaq və 28 may 1918 

il  tarixində  öz  müstəqil  Azərbaycan  Xalq  Cümhuriyyətini  yaratmaq  qərarına 

əsaslanaraq,  Azərbaycan  nümayəndə  heyəti,  heç  bir  halda,  gələcək  Rusiyaya 

münasibətdə  bu  mövqeylə  razılaşa  bilməz.  Bu  qərar  bir  əsrə  yaxın  müddətində 

rusların Qafqazda və о cümlədən, Azərbaycanda hakimiyyətinin nəticəsidir, çünki 

heç bir hüquqa malik olmayan və sayı dörd milyon yarım olan Azərbaycan əhalisi, 

öz  təbiətinə  tam  yad  olan  rus  əsarəti  altında  boğulurdu.  Sülh  konfransına  və 

həmçinin,  Birləşmiş  Ştatlar  hökumətinə  nümayəndə  heyəti  tərəfindən  təqdim 

olunmuş siyasi hesabatlarda, rusların bir əsrlik hakimiyyətindən sonra Azərbaycan 

əhalisinin acınacaqlı vəziyyəti gerçək şəkildə təsvir edilmişdir. Azərbaycanlılar rus 

İmperiyasının  dağılmasından  sonra,  digər  Qafqaz  xalqları  ilə  birlikdə  öz 

müstəqilliklərini  elan  etmişlər,  bu  yolda  onlar  iki  ildən  artıq  böyük  qurbanlar 

vermişlər və indi də rus bolşeviklərinə qarşı mübarizələrini davam etdirirlər. Bütün 

bu  qurbanlar  Azərbaycanın  gələcəkdə  müstəqil  yaşamaq  arzularından  irəli  gəlir, 

çünki azərbaycanlılar irq, din, dil baxımından slavyanlardan fərqlənirlər və onlarla 

nə  adətlərində,  nə  də  mənəvi  və  intellektual  düşüncələrində  heç  bir  oxşarlıqları 

yoxdur.  Əgər  Birləşmiş  Ştatların  Xarici  İşlər  Nazirliyinin notası,  ermənilərin  zor 

gücünə  işğal  ediləcəyini  səbəb  gətirərək,  onların  müstəqillik  hüququnu  tanıyırsa, 

onda  bizə  bəyan  etməyə  icazə  verin  ki,  Qafqazın ruslar  tərəfindən işğalı  zamanı, 

Azərbaycan  xanlıqlarının  və  azad  Dağıstanın  əhalisinin  simasında  yalnız 

müsəlmanların ruslara qarşı mübarizə apardığını nəzərinizə çatdıraq. Azərbaycanın 

və Dağıstanın rus işğalına qarşı mübarizəsi yarım əsr davam edib. Halbuki Qafqaz 

erməniləri heç vaxt ruslara qarşı mübarizə aparmayıblar. Ancaq biz, kiçik erməni 

millətinə  və  çox  milyonlu  rus  xalqına  ən  xoş  arzular  diləyirik.  Biz,  sadəcə  qeyd 

etmək  istəyirik  ki,  kiçik  Azərbaycan  millətinin  də  böyük  xalqların  köməyi  və 

müdafiəsinə  ehtiyacı  var  və  azərbaycanlılar  daha  çox  diqqətə  və  ədalətli 

münasibətə layiqdirlər. Bundan əlavə, Azərbaycan xalqı iki dəfə  - 1918-ci ildə və 

1920-ci ilin aprel ayından etibarən, rus bolşevikləri tərəfindən dəhşətli müdaxiləyə 

məruz  qalıblar  və  hal-hazırda  heç  bir  yerdən  kömək  almadan  onlara  qarşı  qanlı 

mübarizə  aparmaqdadırlar.  İki  dəfə  rusların  hakimiyyəti  nəticəsində  bizim  kiçik 

ölkədə 200 minə yaxın insan qurban olub, dörd şəhər və yüzlərlə kənd talan edilib, 

saysız  var-dövlət,  pul,  müxtəlif  mallar,  Xəzər  donanması  müsadirə  olunub  və 

ölkənin  əsas  sərvəti  olan  Bakının  neft  sənayesi  itirilib.  Kiçik  ölkə  olmasına 

baxmayaraq,  böyük  qurbanlar  vermiş  Azərbaycan  xalqı,  Sülh  konfransının  Ali 

Şurası tərəfindən Azərbaycan Respublikasının de-fakto tanınması faktından ilham 

alaraq,  gələcək  azad  həyat  arzusu  ilə  yaşayır.  Azərbaycanın  nümayəndə  heyəti 



418 

 

inanmaq  istəyir  ki,  böyük  dövlət  kimi  Amerika  və  onun  məşhur  prezidenti, 



millətlərin  öz  müqəddəratını  təyinetmə  hüququnun  əsas  carçısı  olan  V.  Vilson 

kiçik  Azərbaycan  xalqının  artıq  həyata  keçirmiş  öz  müqəddəratını  təyinetmə 

hüququnu  tanıyacaqdır.  Bunun  yolunda  Azərbaycan  bütün  qurbanlara  hazırdır. 

Azadlığın  tərəfdarı  olan  Amerika  xalqına,  onun  demokratik  ictimaiyyətinə 

müraciət  edərək,  Azərbaycan  nümayəndə  heyəti  Amerikanın  Xarici  İşlər 

Nazirliyinin  notası  ilə  əlaqədar  bu  bəyannaməni  sizə  təqdim  edərək,  bildirir  ki, 

Azərbaycan  xalqı  hökumət  formasından  asılı  olmayaraq  rus  dövlətinə 

birləşdirilməyəcək  və  müstəqil  Azərbaycan  Xalq  Cümhuriyyəti  olaraq  yaşamağa 

davam  edəcək,  bütün  ölkələrlə  və  о  cümlədən,  gələcək  Rusiya  ilə  iqtisadi 

münasibətlər saxlayacaqdır."

1455

 Rusiyanın 1914-cü il sərhədlərində bərpasına belə 



münasibət digər Qərb ölkələri üçün də səciyyəvi idi. Ona görə də, müraciət edilmiş 

Antanta  ölkələri  bir  qayda  olaraq  Azərbaycanın  bolşeviklər  tərəfindən  işğal 

edilməsini  sükutla  qarşıladılar.  Müstəqilliyi  Paris  Sülh  konfransı  tərəfindən 

tanınmış Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində iştirakı 

aprel  işğalı  ilə  sona  çatdı.  Onun  Parisdəki  nümayəndələri  isə  Azərbaycan  siyasi 

mühacirlərinin ilk dəstəsinə çevrildilər. 

 

 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin