Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

 görüşü zamanı Xan Xoyskinin teleqramında göstərilən təkliflər bəyənildi 

və qərara alındı ki, qarşılıqlı münasibətləri qaydaya salmaq üçün Sovet Rusiyası ilə 

danışıqlar  aparmaq  olar,  lakin  Denikinlə  mübarizəyə  gəldikdə  isə  Rusiyanın 

daxilində  gedən  vətəndaş  müharibəsinə  Azərbaycan  və  Gürcüstanın  müdaxilə 

etməsinin yolverilməz olduğu göstərildi. Oliver Uordropla görüş zamanı Britaniya 

Аli  komissarı  tezliklə  Azərbaycan  və  Gürcüstanın  müstəqilliyinin  Antanta 

tərəfindən  tanınacağını,  bu  respublikalara  müdafiə  olunmaq  üçün  yardım 

göstəriləcəyini bildirdi. Eyni zamanda Uordrop Sovet Rusiyasının notası ilə bağlı 

Qafqazda  yaranmış  vəziyyət  barədə  İngiltərə  Xarici  İşlər  Nazirliyinə  geniş 

məlumat  göndərdi.  Yanvar  ayının  12-də  Gürcüstan  Xarici  İşlər  Nazirliyi  Sovet 

Rusiyasına bildirdi ki, gürcü hökuməti mehriban qonşuluq münasibətləri yaratmaq 

üçün  danışıqlara  başlamağa  hazırdır,  lakin  Rusiyanın  daxili  işi  olan  vətəndaş 

müharibəsinə qarışmaq fikrində deyildir.

1203


 İki gün sonra Azərbaycan xarici işlər 

naziri  Xan  Xoyski  də  G.V.Çiçerinə  cavab  notasında  Denikinin  uzun  müddət 

Azərbaycan  üçün  təhlükə  təşkil  etməsinə  və  ona  qarşı  Azərbaycan-Gürcüstan 

müdafiə paktı olmasına baxmayaraq, bu məsələnin Rusiyanın daxili işi olduğunu 

qeyd  edərək,  Azərbaycan  Respublikasının  Sovet  Rusiyası  ilə  mehriban  qonşuluq 

münasibətləri  yaratmaq  məqsədilə  danışıqlara  başlamağa hazır  olduğunu  bildirdi. 

14 yanvar tarixli radioqramada F.Xoyski bildirirdi: "Yanvarın 6-da aldığım sizin 2 

yanvar tarixli radioteleqramınıza cavab olaraq məlumat verirəm: Azərbaycan xalqı 

böyük tarixi hadisələrin gedişində nəhəng itkilər və çətinliklər bahasına azadlıq və 

müstəqilliyə nail oldu, öz dövlət quruluşunu demokratik respublika əsasında qurdu. 

Xalqın öz müqəddəratını təyin etməsi əsasında yaranan Azərbaycan Respublikası 

dönmədən о nöqteyi-nəzər üzərində israr edir ki, hər bir xalq öz taleyi və həyatını 

                                                        

1202


  Xarici  işlər  naziri  F.X.Xoyskinin  Gürcüstandakı  Azərbaycan  nümayəndəsi  F.Vəkilova  təcili 

diplomatik məlumatı. 07.01.1920. //ARDA, f.970, s.1, i.112, v.1a 

1203

 З.Авалов. Независимость Грузии в международной политике, с.240 



355 

 

özünün  istədiyi  kimi  müəyyən  etmək  hüququna  malikdir.  Təyini  müqəddəratdan 



sonra Azərbaycan hökuməti heç vaxt başqalarına özünün daxili işlərinə qarışmaq 

imkanı  vermədi  və  öz  növbəsində  başqa  xalqların  daxili  işlərinə  qarışmamaq 

prinsipini müdafiə edir. Bu sarsılmaz prinsipdən çıxış edən Azərbaycan hökuməti 

öz  həyatını  istədiyi  kimi  qurmaqda  rus  xalqının  daxili  işlərinə  müdaxiləni 

yolverilməz hesab edir. Azərbaycan Respublikası bitərəf dövlət kimi öz azadlığını 

və  müstəqilliyini  hər  cür  xarici  qəsdlərdən  müdafiə  etməyə  qərarlıdır.  Məhz,  elə 

buna görə Azərbaycan hökuməti həmişə Azərbaycan xalqının müstəqilliyinə qəsd 

edən  çar  generalı  Denikinə  qarşı  dönməz  mübarizə  aparırdı  və  bu  mübarizənin 

uğurlu  olması  məqsədi  ilə  qonşu  gürcü  hökuməti  ilə  hərbi  müdafiə  ittifaqı 

bağlamışdı. Azərbaycan hökuməti tərəfindən rəhbər tutulan bu xarici siyasət kursu 

Azərbaycan xalqı ilə  digər  xalqlar arasında mehriban münasibətlərin  qurulmasını 

zəruri edir. Bu nöqteyi-nəzərdən Azərbaycan hökuməti hər iki dövlətin müstəqilliyi 

prinsiplərini  rəhbər  tutaraq  danışıqlar  yolu  ilə  Rusiya  və  Azərbaycan  xalqları 

arasında mehriban qonşuluq münasibətləri yaratmağa hazırdır.

1204

 

Göründüyü  kimi,  Azərbaycan tərəfi  bu  fikirdə  idi  ki,  danışıqlara  başlamaq 



üçün Sovet Rusiyası rəsmi şəkildə Azərbaycan Respublikasını tanımalıdır. Məhz, 

bu  addım  Azərbaycanın  milli  müstəqilliyinin  qorunmasına  təminat  ola  bilərdi. 

G.Çiçerinə  göndərilən  notanın  məzmunu  barədə  ingilis  Ali  Komissarı  Oliver 

Uordropa da məlumat verildi.

1205

 Lakin görünür Azərbaycan Respublikasının belə 



mövqeyi  Sovet  Rusiyasını  təmin  etmirdi  və  RK/b/P  MK-nın  Siyasi  Bürosu 

F.Xoyskidən  alınmış  cavabı  və  ümumiyyətlə,  Azərbaycan  hökumətinə  münasibət 

məsələsini  yanvarın  17-18-də  keçirilən  iclasında  müzakirə  etdi.  G.Çiçerinin 

məruzəsi və V.İ.Leninin təklifi ilə iclas Azərbaycan Respublikasının daxili işlərinə 

müdaxilə  ruhunda  qərar  qəbul  etdi.  Orada  göstərilirdi:  "Xalq  xarici  işlər 

komissarlığına tapşırılsın ki, Azərbaycan hökuməti barəsində çox böyük təmkinlik 

və  etimadsızlıq  siyasəti  yeritsin,  çünki  o,  Denikinə  qarşı  birgə  hərbi  əməliyyat 

aparmaq  təklifimizdən  imtina  etmişdir  və  Xəzər  dənizində  bizə  qarşı  çıxan 

İngiltərə hərbi qüvvələrinə xidmət göstərir. Hər bir millətin zəhmətkeş kütlələrinin 

öz  müqəddəratını  təyin  etməsi  hüququnu  dönmədən  qəbul  etməyimizi  tam 

müəyyən  şəkildə  qeyd  etməklə,  xalq  xarici  işlər  komissarlığı  Azərbaycan 

hökumətinin bu cür davranışına qarşı qəti protest etməlidir."

1206

 

Qafqazda bolşevik təhlükəsi ilə bağlı yaranmış vəziyyət Antanta ölkələrini 



ciddi  şəkildə  düşündürməyə  və  real  əməli  addımlar  atmağa  vadar  edirdi.  Qərbin 

siyasi dairələri yaxşı bilirdi ki, sovet ordusunun Cənubi Qafqaza təcavüzü bolşevik 

                                                        

1204


 Bax: Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 1 Mars, №10, p.2; Xarici işlər naziri Xan 

Xoyskinin Sovet Rusiyasının xarici işlər üzrə xalq komissarına radioqramı. 14.01.1920.//ARDA, f.970, 

s.1, i.112, v.7 

1205


  Gürcüstanda  diplomatik  nümayəndə  F.Vəkilovun  O.Uordropa  məlumatı.  14.01.1919.  //ARDA, 

f.897, s.l, i.69, v.33 

1206

 V.İ.Lenin. Əsərlərinin Tam Külliyatı, 40-cı cild, s.57 



356 

 

ideyasının  İrana  və  Türkiyəyə  yayılmasına  səbəb  olacaq,  bütün  Yaxın  və  Orta 



Şərqi həyəcan bürüyəcəkdir. Ona görə də Avropa siyasətçilərinin çoxu bu fikirdə 

idi  ki,  sovet  hücumuna  qarşı  dura  bilmək  üçün  Azərbaycan  və  Gürcüstanın 

müdafiəsini möhkəmləndirmək, onları müdafiə vasitələri ilə təmin etmək lazımdır. 

Lakin  yeni  formalaşan  beynəlxalq  münasibətlərin  prinsiplərinə  görə, müstəqilliyi 

tanınmayan  dövlətlərə  yardım  göstərmək  məsələsi  hüquqi  baxımdan  ciddi 

çətinliklərlə  qarşılaşırdı.  Digər  tərəfdən,  1920-ci  ilin  ilk  günlərində  yaranmış 

gərgin vəziyyətdə bu respublikaların müstəqilliyinin tanınmasına mane ola biləcək 

"vahid  və  bölünməz  Rusiya"  ideyası  artıq  öz  əhəmiyyətini  itirmiş,  onun 

tərəfdarlarının  ümidləri  doğrulmamışdı.  Ona  görə  də,  hadisələrin  çox  sürətlə 

cərəyan  etdiyi  bir  vaxtda  Azərbaycan  və  Gürcüstanın  müstəqilliyinin  tanınması 

təxirəsalınmaz bir vəzifə kimi meydana çıxmışdı. Bu məqsədlə Böyük Britaniyanın 

təşəbbüsü  ilə  yanvar  ayının  10-da  Paris  Sülh  konfransı  Ali  Şurasının  sessiyası 

çağırıldı. Sessiyada İngiltərə, Fransa və İtaliyanın hökumət başçıları və xarici işlər 

nazirləri,  ABŞ  və  Yaponiyanın  isə  Sülh  konfransındakı  nümayəndələri  və 

Fransadakı  səfirləri  iştirak  edirdi.  Ke  d'Orsedə  keçirilən  sessiyada  Cənubi  Qafqaz 

respublikalarının  məsələsi  çox  geniş  və  ətraflı  müzakirə  edildi.  İngiltərənin  Baş 

naziri  Qafqazdakı  vəziyyət  barədə  sessiyaya  ətraflı məlumat  verdi.  О  bildirdi  ki, 

bolşeviklər  Xəzər  boyunca  hərəkət  edirlər,  əgər  onlar  Denikini  əzsələr  və  Xəzər 

dənizini  ələ  keçirsələr,  ola  bilsin  ki,  türklər  onlarla  birləşsinlər  /burada  Mustafa 

Kamal  paşanın  başçılığı  ilə  Türkiyədə  başlanmış  milli  hərəkat  nəzərdə  tutulur  - 

C.H./. Belə olduqda Qafqaz dövlətləri çıxılmaz vəziyyətdə qalacaqlar. Ona görə də 

Lloyd  Corc  təklif  edirdi  ki,  bu  dövlətlərə  silah  və  hərbi  sursat  göndərmək  üçün 

ağıllı bir yol fikirləşmək lazımdır.

1207


 Onun təklifi ilə Ali Şura qərar qəbul etdi ki, 

hərbi  ekspertlər  Cənubi  Qafqaz  respublikalarına  hərbi  yardım  göstərmək  barədə 

təkliflər versinlər. Jorj Klemanso Lloyd Corcun bəyanatı ilə tam razılaşdı və qeyd 

etdi  ki,  Qafqaz  işləri  üzrə  çox  təcrübəsi  olan  Britaniya  nümayəndələri  "Cənubi 

Qafqaz  respublikalarına  kömək  haqqında"  memorandum  hazırlasınlar.  İclasda 

qərara  alındı  ki,  bolşeviklərlə  mübarizə  məqsədilə  Qafqaza  hərbi  yardım 

göstərilməsi məsələsi ekspertlər tərəfindən öyrənilsin və  Britaniya nümayəndələri 

ilə birlikdə bu haqda Ali Şuraya məruzə edilsin.

1208

 

Günorta Baş Şuranın iclası D.Lloyd Corc, J.Klemanso və F.Nittinin iştirakı 



olmadan xarici işlər nazirləri səviyyəsində davam etdirildi. İngiltərənin xarici işlər 

naziri  Lord  Kerzonun  təşəbbüsü  ilə  xarici  işlər  nazirləri  Cənubi  Qafqaz 

respublikalarına münasibət məsələsinin siyasi tərəflərini müzakirə etdilər. Kerzon 

öz çıxışında dedi ki, Lloyd Corc Ali Şuranın iclasında Azərbaycan və Gürcüstanın 

müstəqilliyinin  tanınmasını  qoymaq  fikrindədir.  O,  əlavə  etdi  ki,  Ermənistan 

məsələsi Türkiyə məsələsi ilə birlikdə həll ediləcəkdir. Xarici işlər nazirləri uzun 

müzakirələrdən sonra belə bir yekdil qərara gəldilər ki, Azərbaycan və Gürcüstan 

                                                        

1207

 Papers Relating to the Foreign Relations of the United States. Paris Peace Conference, vol.IX, p.851 



1208

 İbid, p.837-838 



357 

 

respublikaları üçün üç tərəfdən təhlükə yaranmışdır. Birincisi, bolşevik Rusiyasının 



qoşunları cənub istiqamətində hərəkət edir, ikincisi, geri çəkilən Denikin ordusu bu 

respublikalara  soxula  bilər,  üçüncüsü,  kamalçılar  Rusiya  ilə  razılıq  əsasında  bu 

respublikalara müdaxilə  edə  bilər.

1209


  Vəziyyət  böhranlı  olduğu  üçün  Azərbaycan 

və  Gürcüstan  hökumətləri  Antanta  dövlətlərinə  yardım  üçün  müraciət 

etmişdilər.

1210


  Kerzon  həmin  müraciətlər  barədə  məlumat  verib  təklif  etdi  ki, 

yubanmadan  Azərbaycan  və  Gürcüstanı  de-fakto  tanımaq  lazımdır.  Bu  dövrdə 

yaranmış  vəziyyəti  təhlil  edərək,  sonralar  M.Mehdiyev  yazırdı:  "Versal 

konfransının  mühitindən  aydın  oldu  ki,  real  surətdə  mövcud  olan  dövlətləri 

tanımaq üçün artıq bütün şərait yaranmışdı. Sadəcə olaraq, bir təkan kifayət idi və 

bu  təkanı  Sülh konfransında nümayəndə  olan  İngiltərənin xarici  işlər naziri  Lord 

Kerzon  verdi."

1211


  Kerzona  görə,  Mudros  barışığından  sonra  Britaniya  qoşunları 

Cənubi  Qafqaza  birinci  daxil  olduğu  üçün  Britaniya  hökumətinin  digərlərinə 

nisbətən  bu  respublikalarla  daha  yaxın  münasibətləri  vardır.  Bir  gün  sonra, 

yanvarın  11-də  Müttəfiqlərin  Ali  Şurası  Kerzonun  təklifi  üzrə  bu  məzmunda  bir 

qərar  qəbul  etdi:  "Müttəfiq  və  birlik  ölkələri  Аzərbaycan  və  Gürcüstan 

hökumətlərini  birlikdə  de-fakto  səviyyəsində  tanıyırlar."

1212

  Bununla  da 



Azərbaycanın müstəqilliyi  1920-ci ilin  yanvar  ayının  11-də  de-fakto  olaraq  Paris 

Sülh konfransı tərəfindən tanındı. ABŞ və Yaponiya nümayəndələri öz aralarındakı 

razılığa əsasən, bildirdilər ki, bu ölkələrin nümayəndələri belə mühüm bir məsələni 

öz  hökumətləri  ilə  qabaqcadan  razılaşdırmalıdırlar.  Az  sonra  Yaponiya  fevral 

ayının 7-də Ali Şuranın qəbul etdiyi qərara qoşuldu.

1213


 Birləşmiş Ştatlar isə rəsmi 

surətdə  bundan  imtina  etdi.  ABŞ  hökumətinin  bu  qərarı  müxtəlif  amillərlə  bağlı 

idi.  Bir  tərəfdən  Amerika  hökuməti  Cənubi  Qafqazda  Böyük  Britaniyanın 

nüfuzunun  yüksələcəyindən  ehtiyat  edirdi,  digər  tərəfdən  isə  Sülh  konfransının 

yekun  mərhələsində  ABŞ-la  onun  Avropa  müttəfiqləri  arasında  ciddi  ixtilaflar 

yaranmışdı.  Yanvar  ayının  13-də  ABŞ-ın  Parisdəki  səfiri  Valles  Vaşinqtona 

məlumat verdi ki, İngiltərə və Fransa Azərbaycanın və Gürcüstanın müstəqilliyini 

de-fakto  tanımışdır  və  onlara  yardım  göstərmək  fikrindədirlər.  Eyni  zamanda  Ali 

Şuranın  qərarı  Vaşinqtondakı  Fransa  səfirinə  göndərildi  ki,  bu  barədə  ABŞ 

hökumətini  məlumatlandırsın.  Orada  deyilirdi:  müttəfiqlər  qərara  gəlmişdilər  ki, 

Rusiyanın  sərhədlərinə  toxunmadan  onun  qonşuları  olan  Azərbaycanın  və 

Gürcüstanın  müstəqilliklərini  tanısınlar.  Lakin  son  nəticədə  bolşeviklər  bu 

dövlətlərlə  sülh  bağlamaqdan  imtina  etdilər  və  güc  vasitəsi  ilə  onların 

müstəqilliyinə  mane  olmağa  cəhd  edirlər.  Bu  halda  müttəfiq  dövlətlər  bütün 

                                                        

1209


 İbid, p.953 

1210


 З.Авалов. Независимость Грузии в международной политике, с.240 

1211


  Papers  Relating  to  the  Foreign  Relations  of  the  United  States.  The  Paris  Peace  Conference.  1919, 

vol.IX, p.985-959; Mir Yacoub. Le probleme du Caucase, p.121 

1212

 Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference, Vol.IX, 



p.959; Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 17 Janvier, №7, p.1 

1213


 Азербайджан, 1920, 15 февраля. 

358 

 

vasitələrlə bu dövlətlərə yardım göstərəcəklər. Müttəfiq dövlətlər bilmək istəyir ki, 



Birləşmiş Ştatlar hökuməti bu siyasətlə razıdırmı?

1214


 Yanvar ayının 24-də Dövlət 

katibinin müavini F.Polkun imzası ilə Fransadakı Amerika səfirliyinə cavab gəldi 

ki, Birləşmiş Ştatlar İngiltərə və Fransanın Qafqaz dövlətlərinə yardım göstərməsi 

ilə razılaşır, lakin onların tanınmasına Rusiyanın parçalanmasının başlanğıcı kimi 

baxır.

1215


 

Yanvar  ayının  12-də  müttəfiqlərin  birləşmiş  hərbi  komitəsi  Qafqaz 

məsələsinə  dair  öz  təkliflərini  Versal  Ali  Şurasına  göndərdi.  Sənədi  marşal 

Ferdinand  Foş,  general  Sakvill  Uest  və  Uqo  Kovallero  imzalamışdılar.  Orada 

deyilirdi: Əgər bolşevizmi öz ərazilərində əzmək mümkün olmasa, o, Qafqaz kimi 

təhlükəli  ərazilərə  keçə  bilər.  Ona  görə  bolşeviklərin  Qafqaza  doğru  hərəkətinə 

qarşı  hərbi  maneə  yaradılması  məsələsini  bir  daha  diqqətlə  nəzərdən  keçirmək 

lazımdır. Yerli hökumətlərin qeyri-stabilliyini və hərbi birliklərin zəifliyini nəzərə 

alsaq,  bolşevizmə  qarşı  bu  maneə  ilk  dövrlərdə  Avropa  orduları  tərəfindən 

yaradılmalıdır. Bu vəzifəni iki güclü diviziya yerinə yetirə bilər. Sonrakı mərhələdə 

təlim  keçmiş  yerli  silahlı  qüvvələr  bu  işə  cəlb  edilə  bilər  və  tədricən  Qafqazda 

Avropa  Ordusu  azaldıla  bilər.  Maliyyə  və  maddi  məsələlərdən  əlavə,  Qafqaz 

müdafiə səddini yaratmaq üçün kifayət qədər zaman lazımdır. Buna ən azından üç 

ay  vaxt gedəcək. Ona görə, bütün məsələlərə təcili şəkildə başlamaq lazımdır.

1216

 

Ekspertlər belə hesab edirdilər ki, müdafiə səddi yaradılana qədər müəyyən şərtlər 



daxilində Qafqaza hərbi sursat göndərmək işini davam etdirmək lazımdır və Xəzər 

dənizində  müttəfiqlərin  donanması  vəziyyətə  nəzarət  etməlidir.  Ekspertlərin 

fikrincə, 

müttəfiq  dövlətlər  qeyd  edilənlərlə  razılaşardılarsa,  Qafqaz 

respublikalarına yardım göstərməyin yolunu və formalarını araşdırmaq olardı. 

Həmin gün Britaniya nümayəndələri də buna bənzər bir sənəd hazırladılar. 

Onların  fikrincə  bolşeviklərin  Avropanı  dağıtmaq  arzuları  gerçəkləşmədi,  buna 

görə  onlar  müsəlmanlarla  danışığa  girib  Şərqə  hərəkət  etməyə  qərar  verdilər. 

Denikinin  qaçılmaz  məğlubiyyəti  müttəfiqlərin  hər  iki  cinahdan  qorumaq 

istədikləri  Cənubi  Qafqazı  təhlükəli  bir  koridora  çevirir.  İndi  hər  şey  etmək 

lazımdır  ki,  hər  iki  qüvvənin  (bolşevik  Rusiyası  və  kamalçı  Türkiyənin  -  C.H.) 

birləşməsinə  yol  verilməsin.  Britaniyalılar  belə  hesab  edirdilər  ki,  Gürcüstana 

hücum müttəfiqlər üçün pis nəticələr verə bilərdi və əgər Gürcüstana müttəfiqlərin 

köməyi  göstərilərdisə,  onlar  öz  sərhədlərini  qoruya  bilərdilər.  Sənəddə  təklif 

edilirdi  ki,  Gürcüstana  və  Azərbaycana  siyasi,  hərbi,  maliyyə  və  ərzaq  yardımı 

göstərilməsi zəruridir.

1217

 

                                                        



1214

  Papers  Relating  to  the  Foreign  Relations  of  the  United  States.  The  Paris  Peace  Conference.  1919, 

vol.IX,p.295 

1215


 Foreign Relations of the United States. 1920, vol.III, US Government Printing Office. Washington, 

1947, p.703 

1216

  Papers  Relating  to  the  Foreign  Relations  of  the  United  States.  The  Paris  Peace  Conference.  1919, 



vol.IX, p.902-903 

1217


 Ibid, p.903-904 

359 

 

Versal Аli Şurasının qərarından sonra yanvar ayının 15-də Аzərbaycan və 



Gürcüstan  nümayəndələri  Fransa  Xarici  İşlər  Nazirliyinə  dəvət  edildilər. 

Azərbaycan  nümayəndələrindən  Ə.M.Topçubaşovu  və  M.Məhərrəmovu, 

Gürcüstan  nümayəndələrindən  İ.Sereteli  və  Z.Avalovu  nazirliyin  Baş  katibi  Jül 

Kambon,  ingilis  nümayəndəsi  Filipp  Kerr  və  İtaliya  nümayəndəsi  markiz  de-la 

Torreta qarşıladılar. Jül Kambon Ali Şuranın üzvləri və müttəfiq ölkələr tərəfindən 

Azərbaycanın  de-fakto  tanınması  barədə  Paris  Sülh  konfransının  rəsmi  qərarını 

Ə.M.Topçubaşova təqdim etdi.

1218


 O, nümayəndələri təbrik edib bildirdi ki, bundan 

sonra  Аzərbaycan  və  Gürcüstan  müstəqilliyi  tanınmış  dövlətlər  kimi,  Sülh 

konfransına zəruri məsələlərlə bağlı rəsmən müraciət edə bilərlər.

1219


 M.Mehdiyev 

bu  məsələ  ilə  bağlı  yazır:  "Müsyö  Kambon  bəyan  elədi  ki,  Аzərbaycan  və 

Gürcüstan  respublikaları  rəsmi  və  beynəlxalq  hüquq  normalarına  uyğun  olaraq, 

müstəqil  dövlətlər kimi tanınmışdır.  Bu  məqamdan  başlayaraq,  bu  iki  ölkə rəsmi 

olaraq "Ali Şura" ilə əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata alınmalarını, 

konfransın  iclaslarında  qanuni  hüquqlarını,  bərabər  hüquqlu  üzv  olmalarını  tələb 

edə  bilərlər.  Bundan  başqa  Kambon  bildirdi  ki,  bu  dövlətlərin  hökumətlərinin 

tanınması  aktı,  eyni  zamanda  onların  Rusiyadan  ayrılmasının  tanınması  ilə 

müşayiət  olunmalıdır.  Bundan  çıxış  edərək  demək  olar  ki,  Аzərbaycan  və 

Gürcüstan Respublikaları bu gündən belə suveren dövlətlər hesab ediləcəkdir".

1220

 

Sonra  J.Kambon  nümayəndələrin  "hər  hansı  arzu  və  təklifini  soruşduqda 



Аzərbaycan Respublikası adından Ə.M.Topçubaşov Azərbaycanın siyasi quruluşu 

haqqında qısa məlumat  verib,  onun  tanınması  üçün  təşəkkürünü  bildirdi  və  qeyd 

etdi ki, Azərbaycan Respublikası böyük dövlətlərdən yardım və müstəqilliyinin de 

yure  tanınmasını  gözləyir.  Versal  Ali  Şurasının  qərarı  Azərbaycan 

nümayəndələrinə  təqdim  edildikdən  sonra  Fransa  Xarici  İşlər  Nazirliyi  teleqram 

vuraraq  özünün  bir  sıra  ölkələrdə  olan  diplomatik  nümayəndəliklərini  və  Ali 

Komissarlarını Azərbaycan və Gürcüstanın tanınması haqqında Ali Şuranın qərarı 

barədə məlumatlandırdı

1221



Versal  Аli  Şurasının  tarixi  qərarı  haqqında  məlumat  yayılan  kimi, 



Аzərbaycan təmsilçiləri bir çox xarici dövlətlərin nümayəndələrindən, cəmiyyət və 

birliklərdən  təbrik  teleqramları  aldılar.  Müstəqilliyin  tanınması  münasibəti  ilə 

Gürcüstan,  Estoniya,  İran,  Hindistan  və  digər  ölkələrin  nümayəndələri, 

Lozannadakı  Ukrayna  bürosu,  "Franko-Qafqaz"  komitəsi,  Cenevrədə  yerləşən 

                                                        

1218


 La reconnaissance de l'independance  de  l'Azerbaidjan  et  de la Georgie.//  Bulletin  d'Information  de 

L'Azerbaidjan. Paris, 1920, 1 Fevrier, №8, p.l 

1219

 З.Авалов. Независимость Грузии в международной политике, с.241 



1220

 Mir Yacoub. Le probleme du Caucase, p.122 

1221

  Reconnaissance  des  Gouvernements  de  Georgie  et  d'Azerbaidjan  Le  22  janvier  1920.  //  Ministère 



des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 183 

 


360 

 

Rusiya  imperiyası  tərkibindən  çıxmış müstəqil respublikalar liqasının  sədri  cənab 



Pittard və digərləri təbrik teleqramları göndərmişdilər.

1222


 

Yanvar  ayının  15-də  günün  ikinci  yarısı  Versalda  hərbi  ekspertlər  Şurası 

Azərbaycan  və  Gürcüstana  hərbi  yardım  göstərmək  məsələsini  müzakirə  etdi. 

Şuranın  işində  iştirak  etmək  üçün  təcili  surətdə  Böyük  Britaniyanın  hərbi  naziri 

U.Çerçil,  İmperiya  Baş  qərargahının  rəisi  feld-marşal  H.Vilson,  admirallığın 

birinci lordu U.Lanq, admiral lord Bitti və digərləri Londondan Parisə gəldilər.

1223

 

Hərbi ekspertlərin iclası, yüksək rütbəli ingilis hərbçilərinin Parisə dəvət edilməsi 



müxtəlif şayiələrin yayılmasına səbəb oldu. Fransa radiosu belə bir xəbər yaydı ki, 

on  min  ingilis  əsgəri  Bakıya  yola  düşmək  üzrədir.  Radionun  məlumatına  görə, 

Lloyd  Corc  guya,  Klemansodan  xahiş  etmişdi  ki,  Almaniyada  olan  fransız  işğal 

ordusunun  sayını  artırsın,  oradakı  ingilis  ordusunu  o,  çıxarıb  Bakıya  göndərmək 

istəyir. Lakin bütün bunlar hamısı şayiə idi. Aprel hadisələrinə qədər nə Bakıya, nə 

də, Tiflisə nəinki ingilis ordusu, heç ingilis hərbi müşavirləri də göndərilmədi. 

Fransa,  İngiltərə,  İtaliya,  Amerika  və  digər  Qərb  ölkələrin  mətbuatı 

Аzərbaycan və Gürcüstanın tanınması ilə bağlı çoxlu yazılar vermişdilər. Yanvarın 

ikinci  yarısında  "Le  Temps",

1224


  "Le  France",

1225


  "La  Croix",

1226 


"Bonsoir",

1227


 

"L'Ordre  Public",

1228

  "L'Echo  de  Paris",



1229

  "L'Echo  de  France",

1230

  "L'Eclair",



1231

 

"La  Justice",



1232

  "Daily  Chronicle",

1233

  "La  Patrie",



1234 

"New  York  Herald",

1235

 

"New  York  Times",



1236

  "Chicago  Tribune",

1237

  "La  France  militaire",



1238

  "La 


democratie 

nouwelle",

1239

 

"La 



Bataille",

1240 


"L'Action 

Française",

1241

 

"L'Evenement"



1242

  "La  Petit  Parisien",

1243

  "La  Lanterne",



1244

  "L'Information",

1245

 

                                                        



1222

 Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 1 Fevrier, №8, p.2 

1223

 З.Авалов. Независимость Грузии в международной политике, с.243-244 



1224

 Le Temps, 1920, 22 Janvier 

1225

 Le France, 1920, 20 Janvier 



1226

 La Croix, 1920, 21 Janvier 

1227

 Bonsoir, 1920, 21 Janvier 



1228

 L'Ordre Public, 1920, 21 Janvier 

1229

 L'Echo de Paris, 1920, 21 Janvier 



1230

 L'Echo de France, 1920, 16 Janvier 

1231

 L'Eclair, 1920, 21 Janvier 



1232

 La Justice, 1920, 21 Janvier 

1233

 Daily Chronicle, 1920, 21 Janvier 



1234

 La Patrie, 1920, 21 Janvier 

1235

 New York Herald, 1920, 20 January 



1236

 New York Times, 1920, 21 January 

1237

 Chicago Tribune, 1920, 22 January 



1238

 La France militaire,1920, 15 Janvier 

1239

 La democratie nouwelle,1920, 22 Janvier 



1240

 La Bataille, 1920, 22 Janvier 

1241

 L'Action Française, 1920, 23 Janvier 



1242

 L'Evenement, 1920, 23 Janvier 

1243

 La Petit Parisien, 1920, 23 Janvier 



1244

 La Lanterne, 1920, 23 Janvier 



361 

 

"L'Effort  national",



1246

  "L'Homme  libre",

1247

  "La  Montagne",



1248

  "La  Gazette  de 

Lausanie"

1249


 qəzetlərində, "Le Journal de Geneve",

1250


 "Le Journal de Peuple",

1251


 

"Le  Journal  des  Debats",

1252 

"Le  Journal  d'Orient"



1253

  jurnallarında  gedən 

məqalələrdə  Azərbaycan  və  Gürcüstanın  müstəqilliklərinin  Versal  Ali  Şurası 

tərəfindən tanınması böyük hadisə kimi dəyərləndirilirdi. 

Hərbi ekspertlərin iclası yanvar ayının 16-da öz işini davam etdirdi. İclasa 

J.Klemanso  sədrlik  edirdi.  O,  bir  gün  əvvəl  Azərbaycan  və  Gürcüstan 

nümayəndələri  ilə  görüşmüş  J.Kambodan  xahiş  etdi  ki,  Cənubi  Qafqazdakı 

vəziyyət  haqqında  məlumat  versin.  Kambon  bu  respublikaların  ciddi  maliyyə, 

hərbi  və  digər  yardıma  ehtiyacı  olduğu  və  onların  müdafiə  qabiliyyəti  barədə 

məlumat  verdi.  Jül  Kambon  qeyd  etdi  ki,  hər  iki  respublikanın  nümayəndələri 

siyasi,  hərbi  və  maliyyə  yardımı  göstərilməsini  xahiş  ediblər.  Əvvəllər  onlar 

Denikindən  ehtiyat  edirdilər,  lakin  indi  Könüllü  ordu  artıq  zəifləyib.  Ötən 

müzakirədə  F.Kerr hər iki nümayəndəliyə  hərbi  vəziyyət  haqqında  sual  verdikdə 

aydın  olmuşdu  ki,  Gürcüstan  50  min,  Azərbaycan  isə  təxminən  100  min  adamı 

orduya  səfərbər  edə  bilər.  Bu  məlumatlar  da  öz  növbəsində  Klemansoya  verildi. 

Lakin nə J.Kambonun, nə də F.Kerrin məlumatları Klemansonu qane etmədi. Jorj 

Klemanso bu rəqəmlərə şübhə ilə yanaşırdı. Lloyd Corc isə əksinə qeyd edirdi ki, 

bu ölkələrdə yaxşı intizamlı döyüş qabiliyyətinə malik dəstələr var ki, bunların da 

çoxunu tatarlar (azərbaycanlılar - C.H.) təşkil edir. J.Kambon əlavə etdi ki, hər iki 

respublikanın  ordusu  köhnə  çar  ordusu  və  milli  qvardiyaların  əsasında 

yaradılmışdır. Нər iki respublika cəbhə xəttini saxlamaq üçün kifayət qədər əsgərə 

malikdir. Yeganə çatışmayan silah və sursat tədarüküdür. Bilavasitə bununla bağlı 

respublikalar müttəfiqlərə müraciət ediblər. Sonra J.Kambon dedi ki, Azərbaycan 

və  Gürcüstan  nümayəndələri  Dağlılar  Respublikasının  da  de-fakto  tanınmasını 

istəyirlər, xüsusilə, azərbaycanlılar belə hesab edirlər ki, bolşeviklər Denikini təqib 

etsə,  Könüllü  ordu  Dərbəndə  gələ  bilər  və  bu  Bakını  böyük  təhlükə  qarşısında 

qoyar.  Bakının  işğalı  isə  bütün  Xəzər  hövzəsini  təhlükə  altına  sala  bilər.  Lloyd 

Corc  Dağlılar  Respublikasının  tanınmasını  ağıllı  ideya  kimi  dəyərləndirdi.  Onun 

fikrincə, müsəlmanlar bu addımı yaxşı qarşılaya bilərdilər. Eyni zamanda, o, əlavə 

etdi  ki,  müttəfiqlərin  kifayət  qədər  silah  və  sursatı  vardır,  lakin  iş  bunun 

çatdırılması məsələsindədir. J.Klemanso dedi ki, Denikinə göndərilən silahın çoxu 

bolşeviklərin  əlinə  keçib.  Uzun  müzakirələrdən  sonra  nəhayət,  qərara  alındı  ki, 

                                                                                                                                

1245


 L'Information, 1920, 24 Janvier 

1246


 L'Effort national, 1920, 22 Janvier 

1247


 L'Homme libre, 1920, 24 Janvier 

1248


 La Montagne, 1920, 27 Janvier 

1249


 La Gazette de Lausanie, 1920, 30 Janvier 

1250


 Le Journal de Geneve, 1920, 20 Janvier 

1251


 Le Journal de Peuple, 1920, 21 Janvier 

1252


 Le Journal des Debats, 1920, 21 Janvier 

1253


 Le Journal d'Orient, 1920, 21 Janvier 

362 

 

sabah Azərbaycan və Gürcüstan nümayəndələrinin özlərinin iştirakı ilə feldmarşal 



H.Vilson müzakirələri davam etdirsin.

1254


 

Yanvar  ayının  17-də  Azərbaycan  nümayəndələrinin  yaşadığı  Klaric 

mehmanxanasında  feldmarşal  H.Vilsonun  sədrliyi,  admiral  Bittinin,  İngiltərə 

Xarici  İşlər  Nazirliyinin  nümayəndəsi  Robert  Vansittartın,  Azərbaycan  və 

Gürcüstan  nümayəndələrinin  iştirakı  ilə  müşavirə  keçirildi.  Müşavirənin  əsas 

məqsədi bolşeviklərin hücum edəcəyi təqdirdə Azərbaycan və Gürcüstana nə kimi 

maddi  kömək  göstərməyi  aydınlaşdırmaq  idi.  Qafqaza  müttəfiq  qoşunlarının 

göndərilməsi  məsələsi  iclasda  müzakirə  edilmədi,  yalnız  hərbi  sursat  və  ərzaq 

formasında yardım göstərilməsi məsələsinə toxunuldu. Admiral Bittinin - kənardan 

kömək  olmadan  Azərbaycan  hərbi-dəniz  donanması  Xəzər  dənizi  sahillərinin 

müdafiəsini təşkil edə bilərmi? - sualına Ə.M.Topçubaşov - xeyr, təşkil edə bilməz 

- deyə cavab vermişdi.

1255

 

1920-ci  ilin  yanvarın  19-da  hökumət  başçılarının  iştirakı  ilə  Paris  Sülh 



konfransının  Аli  Şurasının  iclası  Cənubi  Qafqaz  respublikaları  məsələsini  ətraflı 

müzakirə etdi. Artıq həmin gün Azərbaycan nümayəndələri tam heyətdə Paris Sülh 

konfransının iclasında iştirak edirdi. İclasa zəmanənin ən böyük siyasi xadimləri - 

Lloyd Corc, Klemanso, Nitti, Kambon, Matsi, Kerzon, Çerçil, Foş, Bitti, Vilson və 

digərləri  toplanmışdı.

1256


  İclasda  Ali  Şuranın  10  yanvardakı  tapşırığı  üzrə  ingilis 

nümayəndələri  tərəfindən  hazırlanmış  memorandum  oxundu.  Memorandumda 

aşağıdakı  tədbirlər  nəzərdə  tutulurdu:  1.  Azərbaycan  və  Gürcüstan  tanınsın  /bu 

bənd artıq həyata keçirilmişdi - C.H./; 2. Denikinə göndərilən və yolda olan silah 

və sursat Azərbaycana, Gürcüstana və Ermənistana göndərilsin; 3. Azərbaycan və 

Gürcüstana  əlavə  olaraq,  ərzaq,  maliyyə  və  hərbi  /silah  və  sursat/  yardım 

göstərilsin; 4. Bakı və Batumun müdafiəsini möhkəmləndirmək məqsədi ilə əlavə 

tədbirlər görülsün; 5.  Xəzər sahilinin müdafiəsi təmin edilsin, bolşevik ordusu və 

donanması Xəzər dənizinə buraxılmasın. Denikinin dəniz donanması müttəfiqlərin 

ümumi  istifadəsinə  qaytarılsın,  bu  mümkün  olmadıqda  həmin  donanma 

batırılsın.

1257


 

İclasda  marşal  Ferdinand  Foş  müttəfiqlərin  hərbi  ekspertlər  Şurasının 

məruzəsi  ilə  çıxış  etdi.  Ən  böyük  mübahisə,  yardımın  necə  və  hansı  formada 

göstərilməsi barədə idi. Hərbi ekspertlərə başçılıq edən marşal Foş Cənubi Qafqaza 

bir  neçə  diviziya  göndərməyi  zəruri  hesab  edirdi.  Feldmarşal  Vilson  Ferdinand 

Foşu müdafiə edərək əlavə etdi ki, Britaniya donanması Xəzər dənizində təşəbbüsü 

ələ  almasa,  Cənubi  Qafqazı  saxlamaq  mümkün  olmayacaq.  Hərbi  nazir  U.Çerçil 

                                                        

1254

 Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference, vol.IX, 



p.866 

1255


 З.Авалов. Независимость Грузии в международной политике, с.245 

1256


 La reconnaissance de l'independance  de  l'Azerbaidjan  et  de la Georgie.//  Bulletin  d'Information  de 

L'Azerbaidjan. Paris, 1920, 1 Fevrier, №8, p.1-2 

1257

 Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference, vol.IX, 



p.903-904 

363 

 

Henri  Vilsonla  razılaşdı  və  bildirdi  ki,  İngiltərə  Xəzər  dənizinə  nəzarət  etməsə, 



Zaqafqaziyaya  göndərilən  bütün  silah  bolşeviklərin  əlinə  keçəcəkdir.

1258


  Lloyd 

Corc  hərbi  ekspertlərin  təkliflərinə  qəti  şəkildə  etiraz  etdi.  O,  qeyd  edirdi  ki, 

hərbçilər siyasətdən baş çıxara bilmirlər. "Əgər Cənubi Qafqazı ordu göndərmədən 

saxlamaq  mümkün  deyilsə  və  əgər  göndərilən  silah  itiriləcəksə,  məntiqi  şəkildə 

yardımdan  imtina  etmək  lazımdır.  Hərbçilərin  qərarını  beləmi  başa  düşmək 

lazımdır?",

1259

  -  deyə  Lloyd  Corc  marşal  Foşdan  soruşurdu.  Marşal  Foş  haqlı 



olaraq, Qafqazın bolşevik təcavüzündən xilas olunmasını ora ordu göndərilməsində 

görürdü.  Beləliklə,  marşal  Foşun  başçılığı  ilə  hərbi  ekspertlər  bilavasitə  ordu 

göndərilməsi,  Lloyd  Corcun  təsiri  altında  olan  siyasətçilər  isə  silah,  hərbi  sursat 

verilməsi  ilə  yardım  göstərilməsinə  tərəfdar  oldular.  Azərbaycan  və  Gürcüstana 

hərbi  kömək  göstərməyin  zəruriliyini  qeyd  etməklə  yanaşı,  Lloyd  Corc 

aydınlaşdırmaq  istəyirdi  ki,  bu  respublikalar  göndərilən  yardımdan  səmərəli 

istifadə  edə  biləcəklərmi,  yaxud  general  Denikinə  göndərilən  yardım  kimi  bu  da 

bolşevik  ordusunun  əlinə  keçməyəcək?  Konfransın  sədri  J.Klemanso  hərbi 

ekspertlərə müraciət edərək soruşdu: hansı təhlükə bu ölkələri təhdid edir və Lloyd 

Corc  tərəfindən  qaldırılan  məsələlərlə  bağlı  müttəfiqlər  tərəfindən  göstərilən 

yardımdan  səmərəli  istifadə  etmək mümkün  olacaqmı?

1260


  Lord  Kerzon  məlumat 

verdi ki, o, hazırda gözləmə zalında olan Qafqaz respublikalarının nümayəndələri 

ilə geniş müzakirələr aparmışdır. Onlar hazırda bolşeviklərin hücum edəcəyindən 

bərk  narahatdırlar.  Onlar  belə  hesab  edirlər  ki,  silah  və  sursat  vaxtında  çatsa, 

təhlükəni  sovuşdurmaq  olar.  Əks  təqdirdə,  onların  hökumətlərinin  yıxılması 

qaçılmaz olacaq. Lord Kerzon dedi ki, hər ehtimala qarşı onları dinləmədən qərar 

qəbul  etmək  lazım  deyildir.  J.Klemanso  bu  ideyanı  bəyəndi  və  qərara  alındı  ki, 

Azərbaycan  və  Gürcüstan nümayəndələrini  dinləsinlər.

1261

  Qafqaz  nümayəndələri 



iclasa qatıldıqdan sonra Klemanso onlara müraciət edərək dedi: "Cənablar! Hazırda 

konfrans Azərbaycan, Gürcüstan və Dağıstana silah, sursat və ərzaq göndərilməsi 

məsələsini  müzakirə  edir.  Təkliflər  səsləndirildi  ki,  siz  bolşeviklərin  ölkələrinizə 

ehtimal  olunan  hücumunun  mümkünlüyü  və  sərəncamınızda  olan  müdafiə 

vasitələri haqqında ətraflı məlumat verəsiniz. Biz bilmək istəyirik sizə ayırdığımız 

köməyi  necə  istifadə  etmək  niyyətindəsiniz.  Biz  sizə  effektli  yardım  göstərməyə 

hazırıq, lakin bilmək istəyirik sizin ölkələriniz indi hansı vəziyyətdədir. Bu kömək 

bolşeviklərə  qarşı  effektli  istifadə  edilə  biləcəkmi,  yaxud  Denikinlə  olduğu  kimi 

bolşeviklər  bu  silahı  ələ  keçirəcəklər  və  vəziyyət  daha  da  ağırlaşacaq.  Razılıq 

əsasında  hər  iki  nümayəndənin  adından  İ.Sereteli  çıxış  etdi.  O,  qeyd  etdi  ki, 

Gürcüstan  və  Azərbaycanın  müttəfiqlərin  yardımına  böyük  ehtiyacı  vardır. 

İ.Sereteli  dedi:  "Hər  iki  respublika  eyni  halda  bolşeviklərin  hücumunu  gözləyir, 

                                                        

1258


 Ibid, p.903 

1259


 Ibid, p.891 

1260


 Ibid, p.893 

1261


 Ibid, p.891 

364 

 

lakin məlum deyildir biz müdafiə oluna biləcəyik, ya yox. Əgər Antantanın köməyi 



gəlsə,  bolşeviklər  hücumu  təxirə  sala  bilərlər.  Əgər  biz  bolşevik  hücumundan 

müdafiə  olunmaq  istəyiriksə,  bu  halda  yardıma  böyük  ehtiyacımız  vardır."  Jorj 

Klemansonun -"Siz ordu istəyirsinizmi?", - sualına İ.Sereteli - "bu daha yaxşı olar, 

bolşeviklər  gec-tez  Cənubi  Qafqaza  hücum  edəcəklər",  -  deyə  cavab  verdi. 

İ.Sereteli  dedi:  "Bizim  xalqlar  belə  düşünür:  əgər  bolşeviklər  hücum  edəndə 

Antanta kömək etsə, hücumu ötüşdürməyə ümid etmək olar. Lakin bu kömək çox 

mühümdür  və  təcili  göstərilməlidir.  Denikin  bizim  torpaqlarımıza  soxulanda 

adamlar  ona  qarşı  vuruşmaq  istəyirdilər,  lakin ümidsiz  idilər.  İndi  xalq  görür  ki, 

onların müstəqilliyi tanınıb və bizi əmin edirlər ki, dağlılar da daxil olmaqla, bütün 

qüvvələri  bolşeviklərə  qarşı  səfərbər  edəcəklər  və  müstəqilliyi  qoruyacaqlar.  Biz 

müharibə  istəmirik.  Biz,  hətta  mümkün  olsa,  bolşeviklərlə  sazişə  gəlməyə  belə 

hazırıq."  Jorj  Klemanso  İ.Seretelidən  soruşdu:  "Siz  həqiqətən  bolşeviklərlə  saziş 

imzalaya  bilərsiniz?"  Sereteli  cavab  verdi  ki,  "bəli,  lakin  onlar  bizə  hücum 

etməyəcəklərinə  və  xalq  içərisinə  nifaq  salmayacaqlarına  təminat  verməlidirlər." 

O,  əlavə  etdi  ki,  "əgər  biz  güclü  olsaq  və  Antanta  bizə  kömək  etsə,  bolşeviklər 

bizim istiqlaliyyətimizi  tanımaq  məcburiyyətində  qalacaqlar  və  öz niyyətlərindən 

əl çəkəcəklər." Sonra  Lloyd Corc Azərbaycanın silahlı qüvvələri haqqında ətraflı 

sorğu-sual  aparmağa  başladı.  Azərbaycan  nümayəndəliyinin  müşaviri 

M.Məhərrəmov məlumat verdi ki, zəruri olan silah və sursat olarsa, qısa müddətdə 

Azərbaycanda 100 min nəfər adamı orduya səfərbərliyə almaq olar. Lloyd Corcun 

"bu gün sizin ordunuz varmı?", - sualına cavab olaraq M.Məhərrəmov dedi: "Bizim 

kiçik  ordumuz  var,  azərbaycanlı  generalların  komandanlığı  altında  yaxşı  təlim 

görmüş 50 minlik ordu var. Lakin 10-12 min əsgərin silahı var." Lloyd Corc eyni 

sualı İ.Sereteliyə verdikdə Sereteli dedi ki, 15 min nəfərdən ibarət olan nizami ordu 

16 batalyondan ibarət olub, yaxşı təlim görmüşdür. Əgər bizim silahımız olsa, iki 

həftə  ərzində  50  min  nəfər  səfərbər  edə  bilərik.  Lord  Kerzon  söz  alaraq, 

Azərbaycan  nümayəndələrinə  belə  bir  sual  verdi:  "Məndə  olan  məlumata  görə, 

Azərbaycan əsgərlərinin bir hissəsi türklərdir. Türk əsgərlərinin olması gələcəkdə 

bolşeviklərə  qarşı  döyüşə  mane  olmazmı?  M.Məhərrəmov  dedi  ki,  Azərbaycan 

Rusiya  tərəfindən  işğal  edildiyindən  əhalinin  böyük  bir  hissəsi  kömək  üçün 

Türkiyəyə  müraciət  etdi.  Onda  türk  ordusu  Qafqazı  azad  etdi,  bu  ordunun 

zabitlərinin müəyyən hissəsi keçmiş Azərbaycan və Dağıstan sakinləri idi. Türklər 

Qafqazı tərk etdikdən sonra Azərbaycanda qalan türk zabitlərinin sayı 50 nəfərdən 

artıq deyillər, onlar qafqazlıdırlar və biz əminik ki, onlar da bütün xalq kimi bizim 

azadlığımız  uğrunda  bolşeviklərə  qarşı  vuruşacaqlar.

1262


  İclasda  çıxış  edən 

Ə.Topçubaşov qeyd etdi ki, Azərbaycan Respublikasının bolşeviklər və Denikinin 

əleyhinə  heç  bir  niyyəti  yoxdur.  O,  Rusiyanın  daxili  işlərinə  qarışmaq  fikrində 

deyildir. Lakin Azərbaycanın müstəqilliyi üçün təhlükə törədən hər iki qüvvədən 

                                                        

1262


 Ibid, p.895-896 

365 

 

özünü  müdafiə  etmək  üçün  bütün  imkanlardan,  ilk  növbədə  isə  müttəfiqlərin 



yardımından səmərəli istifadə etməyi zəruri hesab edir. Əli Mərdan bəyin fikrincə, 

müttəfiqlər  Ənzəlidə  olan  ingilis  donanması  vasitəsi  ilə  Bakının  müdafiəsinə 

əhəmiyyətli  köməklik  göstərə  bilərdilər.  Ə.Topçubaşov  Şimaldan  gələn  ordu  ilə 

Cənubi Qafqaz respublikaları arasında bufer rolu oynayan Dağlılar Respublikasının 

da  Müttəfiqlər  tərəfindən  de-fakto  tanınmasını  təklif  etdi.

1263


  Ə.M.Topçubaşovun 

bu  sözlərindən  sonra  Lloyd  Corc  Denikinin  Dağıstana  hücumunun  səbəbləri  ilə 

maraqlandı. Sereteli dedi ki, Denikin Dağıstana və bütün Cənubi Qafqaza Rusiya 

əyaləti  kimi  baxır.  F.Nitti  bilmək  istədi  ki,  Qafqaz  dövlətlərinin  tanınması 

bolşeviklərə  qarşı  müqavimət  mühiti  yaradacaqmı?  İ.Sereteli  bu  sualı  müsbət 

cavablandırdı  və  əlavə  etdi  ki,  bu  tanınma  de-yure  ilə  tamamlansa,  müqaviməti 

xeyli  artıra  bilər.  M.Məhərrəmov  söhbətə  qoşulub  məlumat  verdi  ki,  Azərbaycan 

hökuməti  Denikin  donanmasının  bölüşdürülməsinin  əleyhinədir.  İndi  Denikin 

ordusu məğlub olduqda, matroslar arasında bolşeviklərə rəğbət yaranmışdır. Yəqin 

ki, onlar bolşeviklər tərəfinə keçəcəklər, bu da Bakı üçün və bütün Cənubi Qafqaz 

üçün  təhlükə  yaradacaq.  Lloyd  Corc  maraqlandı  ki,  əgər  silah  gəlsə,  Bakını 

müdafiə  etmək  olarmı?  Bakının  müdafiəsi  üçün  nə  qədər  adam  səfərbər  etmək 

olar?  M.Məhərrəmov  dedi  ki,  Bakıda  artıq  güclü  qarnizon  vardır.  Klemanso  bu 

qarnizonun  sayını  dəqiqləşdirmək  istədikdə  M.Məhərrəmov  7  min  rəqəmini 

səsləndirdi. Sonrakı müzakirələr Qafqaz respublikalarının nümayəndələri olmadan 

davam etdirildi.

1264

 İclasın bu mərhələsində U.Çörçil marşal F.Foşdan soruşdu ki, 



o, Qafqazın müdafiəsi məsələsinə müstəqil məsələ kimi, yoxsa bolşeviklərə qarşı 

mübarizə  məsələsinin  bir  hissəsi  kimi  baxır.  Marşal  Foş  cavab  verdi  ki,  o,  bu 

məsələyə bolşeviklərə qarşı mübarizənin bir hissəsi kimi baxır. U.Çörçil Denikinin, 

yoxsa  bolşeviklərin  Qafqaz  üçün  daha  təhlükəli  olduğunu  soruşduqda  Ferdinand 

Foş  bolşeviklərin  daha  təhlükəli  olduğunu  bildirdi  və  dedi  ki,  ilk  növbədə, 

bolşeviklərin  cənuba  doğru  hərəkətini  dayandırmaq,  yeni  yaranmış  dövlətləri 

gücləndirmək  lazımdır.  O,  Şərqi  Avropa  və  Cənubi  Qafqaz  respublikalarının 

bolşevizmə  qarşı  ittifaqının  yaradılmasını  təklif  edirdi.  Marşal  Foşun  bu 

sözlərindən  sonra  iclas  hərbi  ekspertlərin  iştirakı  olmadan  öz  işini  davam 

etdirdi.


1265

 

İclasın  gedişində  lord  Kerzon  Ermənistanın  Azərbaycan  və  Gürcüstanla 



birlikdə  tanınmamasının  səbəblərini  izah  etdi.  O,  dedi:  mən  Azərbaycan  və 

Gürcüstanın tanınması təklifinə görə şəxsən məsuliyyət daşıyıram. Mən ona görə, 

Ermənistanı  təklif  etmədim  ki,  Türkiyə  ilə  sülh  müqaviləsi  imzalanmadığından 

Ermənistanın  tanınması  məsələsi  məqsədə  uyğun  sayılmırdı.  Amma  buna 

baxmayaraq,  bu  gün  Ermənistanın  tanınması  üçün  əsas  var.  Bugünki  mövcud 

Ermənistan,  Gürcüstan  və  Azərbaycan  kimi  paytaxtı  İrəvan  olmaqla  keçmiş 

                                                        

1263


 Ibid, p.901-902 

1264


 Ibid, p.892-895 

1265


 Ibid, p.897-898 

366 

 

Rusiyanın  ucqarlarında  yerləşir.  Bundan  əlavə,  Ermənistan  dövləti  Cənubi 



Qafqazın  digər  dövlətləri  kimi  bolşevizmə  qarşı  vuruşacağına  vəd  verir.  Ümid 

edirəm  ki,  bu  tanınma Türkiyə  ilə  müqavilədən  sonra  Ermənistanın  sərhədlərinin 

tanınmasına  mane  olmayacaqdır.  J.Klemanso  Ermənistanın  de-fakto  tanınması 

məsələsini  də  səsə  qoydu  və  məsələ  müsbət  həll  olundu.  Sonra  Lloyd  Corc 

məlumat  verdi  ki,  ABŞ  konqresi  Ermənistana  25  milyon  dollar  məbləğində 

köməklik  göstərməyi  müzakirə  edir.  Onun  fikrincə,  bu  məbləğ  Qafqaz  dövlətləri 

arasında  bölünsəydi,  daha  yaxşı  olardı.  Qafqaza  ordu  göndərməklə  bağlı  Lloyd 

Corc dedi: Marşal Foş Qafqaza üç diviziya ordu göndərilməsinin zəruriliyini bəyan 

etdi. Tamamilə aydındır ki, Britaniya hökuməti bu diviziyaları ayıra bilməyəcəkdir. 

Jorj Klemanso həmin anda əlavə etdi ki, biz də bunu edə bilmərik. F.Nitti də qeyd 

etdi  ki,  biz  də  heç  bir  ordu  göndərə  bilmərik.  Bununla  da  fikir  mübadiləsi  başa 

çatdı. İclasa yekun vuran Lloyd Corc Cənubi Qafqaz respublikalarına təcili şəkildə 

silah, hərbi sursat və ərzaq göndərilməsi ilə yardım göstərilməsini vacib hesab etdi. 

Azərbaycan və Gürcüstana ordu göndərmək  məsələsinə gəldikdə isə o, etiraf etdi 

ki, bu mümkün deyildir. Cənubi Qafqaz respublikaları özləri öz hərbi qüvvələrini 

möhkəmləndirmək  üçün  tədbirlər  görməlidirlər  və  Bakının  müdafiəsi  xüsusilə 

möhkəmləndirilməlidir. Lloyd Corc Ə.Topçubaşovun Dağlılar Respublikasının de-

fakto tanınması barəsindəki təklifini müdafiə etdi.

1266

 Eyni zamanda o, açıq şəkildə 



bəyan etdi ki, bolşeviklərə, ancaq Bakı lazımdır. Göndəriləcək silahın bolşeviklərin 

əlinə  keçmə  təhlükəsi  ilə  bağlı  Lloyd  Corc  dedi  ki,  onsuz  da  bolşeviklərin  əlinə 

böyük həcmdə silah keçib, indi 25 min və ya 50 min silahın onların əlinə keçməsi 

heç  nəyi  dəyişmir.  Nəticədə  müzakirə  edilən  məsələlərlə  bağlı  Ali  Şura  Qafqaz 

məsələsinə  dair  dörd  bənddən  ibarət  qərar  qəbul  etdi:  1.  Ermənistan  və  Dağlılar 

İttifaqı  de-fakto  tanınmalıdır.  Bu  qərar  Türkiyə  məsələsi  ilə  bağlı  baxılacaq, 

Ermənistanın  sərhədləri  məsələsinə  toxunmur;  2.  Müttəfiq  hökumətləri  Cənubi 

Qafqaz respublikalarına ordu göndərmək imkanına malik deyildirlər; 3. Müttəfiqlər 

Cənubi Qafqaz respublikalarına silah, hərbi sursat və ərzaq göndərməklə köməklik 

göstərəcəklər; 4. Marşal Foşdan və feldmarşal Vilsondan xahiş edilsin ki, Cənubi 

Qafqaz  respublikalarına  göndəriləcək  hərbi  materialların  nədən  ibarət  olması  və 

hansı  yolla  çatdırılması  məsələsinə  baxsınlar.

1267

  Bu  iclasla  nəinki  Paris  Sülh 



konfransı öz işini, eyni zamanda onun sonuncu iclasına sədrlik edən Fransanın Baş 

Naziri  Jorj  Klemanso  da  öz  siyasi  fəaliyyətini  başa  çatdırdı.  1929-cu  ildə 

J.Klemanso vəfat edən zaman Azərbaycanın istiqlaliyyətinin tanınmasındakı roluna 

və xidmətlərinə görə Ə.M.Topçubaşov Azərbaycan Sülh nümayəndəliyinin rəhbəri 

kimi  Fransa hökumətinə  səmimi  bir  başsağlığı  verdi.  Orada  deyilirdi:  "Fransanın 

böyük  siyasi  xadimlərindən  biri  kimi  Jorj  Klemansonun  vəfatı  bizi  dərindən 

                                                        

1266


 Mir Yacoub. Le probleme du Caucase, p.123 

1267


 Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace  Conference, vol.IX, 

p.902 


 

367 

 

kədərləndirmişdir.  Biz  azərbaycanlılar  həmişə  xatırlayacağıq  ki,  Azərbaycanın 



müstəqilliyi Klemansonun sədrliyi ilə tanınmışdır.

1268


 

Qərar qəbul edildikdən sonra İtaliyanın Baş naziri F.Nitti bildirdi ki, İtaliya 

rəsmi şəkildə Qafqaz respublikalarına hərbi material göndərə bilməz, çünki İtaliya 

parlamenti  Rusiyanın  daxili  işlərinə  müdaxilə  etməmək  haqqında  qərar  qəbul 

etmişdir.  Lakin  Nitti,  Lloyd  Corc  və  Klemansonun  təzyiqi  ilə  Qafqaz 

respublikalarına  qeyri-rəsmi  yolla  silah  və hərbi  sursat  göndərməyə  razılıq  verdi. 

Eyni zamanda F.Nittiyə cavab olaraq, Lloyd Corc iclası yekunlaşdırarkən dedi ki, 

Kolçak və Denikindən fərqli olaraq de-fakto tanınan Azərbaycana və Gürcüstana 

göstərilən hərbi yardıma Rusiyanın daxili işlərinə müdaxilə kimi baxıla bilməz.

1269


 

Beləliklə,  1920-ci  ilin  yanvarında  Paris  Sülh  konfransında  Azərbaycan 

Respublikasının  siyasi  cəhətdən  tanınması  dəyişən  siyasi  şəraitlə  yanaşı, 

Ə.Topçubaşov  başda  olmaqla  Azərbaycan  nümayəndələrinin  uğurlu  diplomatik 

fəaliyyətinin  nəticəsi  hesab  edilməlidir.  Böyük  çətinliklər  və  məhrumiyyətlər 

hesabına  müstəqilliyin  tanıdılması  uğrunda  mübarizəni  Ə.Topçubaşov  Parisdən 

Azərbaycan  hökumətinin  başçısı  N.Usubbəyova  hələ,  1919-cu  ilin  noyabrında 

göndərdiyi  məktubda  belə  dəyərləndirirdi:  "Siyasət  qədər  çox  dəyişən  və  elastik 

heç  nə  yoxdur.  Elə  buna  görə  də,  onun  qabarması  və  çəkilməsi  həmişə 

gözlənilməzdir.  Lakin  elə  bir  dövr  başlanır  ki,  bizim  də  azad, müstəqil  yaşamaq 

ümidlərimiz  möhkəmlənir  və  gerçək  bir  formaya  düşməyə  can atır.  Biz heç  vaxt 

ümidimizi itirmirik, hətta keçmiş Rusiyanın bütün xalqları üçün əlverişsiz anlarda 

belə,  hətta  о  vaxt  bizə  əbəs  yerə  zəhmət  çəkdiyimiz  deyiləndə  belə  ümidimizi 

üzməmişdik.  Ona  görə  belə  hərəkət  edirdik  ki,  xalqımızın  müstəqil  yaşaya 

biləcəyinə  və  ən  nəhayət,  nəyin  bahasına  olursa-olsun  istiqlaliyyət  əldə 

edəcəyimizə inanırıq. Bununla belə biz başqa kiçik xalqların təsirli mübarizələrini 

də yaddan çıxarmamışıq. О xalqlar yarım il, bir il ərzində deyil, on illərlə və daha 

böyük zaman, uzun illər ərzində, özləri üçün azadlıq əldə etmək naminə çalışıblar 

və  çox  böyük  şəxsi  və  maddi  qurbanlar  bahasına  istəklərinə  nail  olublar.  Belə 

dəyərli  xoşbəxtliyin  qarşısından  biz  heç  vaxt  çəkilmirik  və  çəkilməyəcəyik  də, 

çünki özümüz üçün buna bərabər başqa heç nə bilmirik. Biz arzu edirik ki, hamı, 

bizim bütün xalqımız dərk etsin ki, bu aylarda, bu günlərdə biz azad siyasi-ictimai 

və iqtisadi həyata qadir olmağımızın sübutu yolunda imtahan vermək istəyirik."

1270


 

                                                        

1268

 Président de la Délégation de Paix de la République d'Azerbaïdjan A.M.Toptchibacheff - Le Cabinet 



a  envoyé  carte  29  novembre  1929.//  Ministère  des  Affaires  Etrangère  de  France,  (МАЕ)  Archives 

Diplomatique,  Correspondance  politique  et  commerciale,  1914-1940  Série  «Z»  Europe  1918-1940 

Sous-Série  URSS  Russie-Caucase  (Azerbaïdjan)  Direction  des  Affaires  Politiques  et  Commerciales  1 

avril 1920-31 décembre 1929, vol. 639, folio 307 

1269

 Documents on British Foreign Policy, vol.II, p.924 



1270

 Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin başçısı M.Topçubaşovun 

Nazirlər Şurasının sədrinə məktubu. 06-10.11.1919.//ARDA, f.970, s.l, i-146, v.27-28 

 


368 

 

Müttəfiqlərin Ali Şurası tərəfindən Azərbaycanın istiqlaliyyətinin tanınması 



barədə  məlumatı  Qafqazda  olan  İngiltərənin  səlahiyyətli  nümayəndəsi  Oliver 

Uordrop Azərbaycan hökumətinə bildirdi. Yanvar ayının 12-də o, Tiflisdən Bakıya 

göndərdiyi  teleqramda  yazırdı:  "Lord  Kerzon  məni  vəkil  etmişdir  Azərbaycan 

hökumətinə  bildirim  ki,  dünən  o,  Parisdə  təcili  olaraq  Azərbaycanın  və 

Gürcüstanın  de-fakto  tanınması  barədə  təklif  vermişdir.  Müttəfiqlərin  Ali  Şurası 

yekdilliklə  bu  qərarı  qəbul  etmişdir."

1271

  Azərbaycan  nümayəndələrinin 



respublikanın  müstəqilliyinin  de-fakto  tanınması  barədə  Parisdən  göndərdikləri 

məlumat  da  bu  məktubdan  az  sonra  respublika  hökumətinə  yetişdi.

1272

  Yanvar 



ayının  18-də  isə  İtaliyada  olan  Azərbaycan  hərbi  missiyasının  başçısı  general 

İ.Usubov  Romadan  Azərbaycan  hökumətinin  sədrinə  və  müdafiə  nazirinə 

göndərdiyi  teleqramda  Azərbaycan  Respublikasının  tanınması  haqqında  qərarın 

yanvarın 17-də İtaliya Xarici İşlər Nazirliyində ona təqdim edildiyini bildirirdi."

1273

 

Yanvar  ayının  12-də  O.Uordropun  teleqramı  alınan  kimi  hökumətin  təcili 



iclası  çağırıldı.  Paris  Sülh  konfransının  Ali  Şurası  tərəfindən  Azərbaycanın 

istiqlaliyyətinin tanınması kimi böyük hadisəni qeyd etmək üçün xüsusi tədbirlər 

müəyyən  edildi.  Yanvar  ayının  13-də  bu  mühüm  hadisə  ilə  bağlı  hökumət 

məlumatı  elan  edildi  və  hökumət  teleqramı  ilə  yanvar  ayının  14-də  bütün 

Azərbaycanda  bayram  şənliklərinin  keçirilməsi  barədə  məlumat  verildi. 

Respublikanın  paytaxtında  mitinq  və  nümayişlərin,  Azərbaycan  ordusunun  hərbi 

paradının  və  Azərbaycan  Parlamentinin  təntənəli  iclasının  keçirilməsi  haqqında 

qərar qəbul edildi. Yanvar ayının 14-nün bütün Azərbaycanda qeyri-iş günü olduğu 

bildirildi.

1274


  Yanvarın  14-də  respublikanın  baş  naziri  N.Usubbəyovun 

"Azərbaycan vətəndaşlarına" müraciəti elan edildi. Orada deyilirdi: "Vətəndaşlar! 

1918-ci sənənin mayis ayının 28-də Azərbaycan millətinin əzmü qərarı ilə müstəqil 

elan  edildi.  Şiddətli  hadisələr  və  fəlakətlər  içərisində  cümhuriyyət  doğmuşdu. 

Bütün məmləkət qanlı iğtişaş və fəlakətə məruz qalaraq təxrib və təxriş edilməkdə 

idi. Kəndi müqəddəratını təyin etmiş və öz müqəddəs hüququna imal etmiş millət 

az  bir  zamanda  iğtişaşa  xitam  verib,  dövlət  əsasını  müvəffəqiyyətlə  qurdu. 

Gələcəkdə  milli  qayə  və  amalımızın  felən  icrayə  qonulması  üçün  müşkülata 

baxmayaraq,  Azərbaycan  öz  hissəsinə  düşən  ağır  imtahanlardan  şərəflə  çıxmağa 

müvəffəq oldu. Müstəqil həyata və kəndisini idarəyə müqtədir olduğunu göstərən 

millət kəndi iradəsilə hürr və demokratik yeni Azərbaycan Cümhuriyyətinin təsis 

və  davamına  təntənəli  surətdə  müvəffəq  oldu.  Azərbaycan istiqlaliyyəti  haqqında 

böyük  müttəfiqlər  Şurayi  Alisi  tərəfindən  müttəhimən  rəy  qəbul  edilmişdir. 

                                                        

1271

  Tiflisdə  Britaniya  Ali  komissarı  Uordropun  Azərbaycan  Respublikasının  Gürcüstanda  diplomatik 



nümayəndəsi F.Vəkilova məlumatı. 12.01.1920. //ARDA, f.897, s.l, i.69, v.13 

1272


  Ə.M.Topçubaşovun  N.Usubbəyova  təcili  diplomatik  məlumatı.  12.01.1920.  //ARDA,  f-897,  s.l, 

i.69, v.18 

1273

 General İ.Usubovun N.Usubbəyova teleqramı. 18.01.1919. //ARDA, f.970, s.l, i.157, v.48 



1274

  Celebration  de  l'independence  de  la  Republique  d'Azerbaidjan.//  Bulletin  d'Information  de 

L'Azerbaidjan. Paris, 1920, 15 Fevrier, №9, p.4-5 


369 

 

Аzərbaycan  bütün  hüquqa  malik  olaraq,  Qərbin  pişrov  millətləri  ailəsinə  daxil 



olması  onun  tarixində  ən  işıqlı  bir  gündür.  Bu  gündən  etibarən  ruhən  və  mənən 

tərəqqi  edərək,  millətin  qüvveyi-mənəviyyəsi  gün-gündən nəşvü  nüma  edəcəyinə 

şübhə  yoxdur.  Yenidən  nə  növ  maneə  və  xətalar  baş  versə  də,  hürr  və  müstəqil 

məmləkətin  səadətini  təmin  etmək  yolunda  bütün  vətəndaşların  yekvücud  olaraq 

müavintət və müzahirətdə bulunacaqlarına hökumət iman ediyor. Yaşasın müstəqil 

Azərbaycan xalqı".

1275

 

Yanvar ayının 14-də saat 10-da Bakıda bayram şənlikləri başlandı, saat 12-



də  isə  Parlamentin  təntənəli  iclası  açıldı.  Deputatlardan  başqa  bütün  hökumət 

üzvləri,  İngiltərə,  Gürcüstan,  Estoniya  və  Polşa  diplomatik  nümayəndələri  də 

iclasda  iştirak  edirdilər.  Sədrlik  edən  Həsən  bəy  Ağayev  parlamentin  iclasını 

açaraq,  sözü  1919-cu  ilin  dekabr  ayının  24-də  yenidən  xarici  işlər  naziri  təyin 

edilmiş  Xan  Xoyskiyə  verdi.  Аzərbaycan  istiqlaliyyətinin  elan  edilməsi  və  onun 

böyük  dövlətlər  tərəfindən  tanınması  uğrunda  mübarizənin  ağırlığını  öz 

çiyinlərində  çəkənlərdən  biri  Fətəli  Xan  Xoyski  öz  qısa  təbrik  nitqində  dedi: 

"1918-ci il may ayının 28-də Azərbaycan xalqı öz istiqlaliyyətini elan etdi. Lakin 

bunu elan etmək hələ az idi. Bütün dünyaya sübut eləmək lazım idi ki, biz müstəqil 

həyata  layiqik.  Və  ötən  il  yarımda  Azərbaycan  xalqı  Avropaya  sübut  etdi  ki,  o, 

müstəqil  yaşaya  bilər,  müstəqil  idarə  edə  bilər.  Azərbaycan  xalqının  həyat 

qabiliyyətinə  inanan  Avropa  bizim  müstəqilliyimizi  tanımağı  lazım  bildi.  Birinci 

Azərbaycan hökuməti təşkil olunduğu vaxt, onun başında mən dururdum, indi isə 

bizim  respublikamızın  müstəqilliyinin  tanınması  haqqında  xəbəri  sizə  çatdırmağı 

özüm üçün böyük xoşbəxtçilik hesab edirəm."

1276


 Parlamentin iclasına sədrlik edən 

Həsən  bəу  Ağayev  öz  çıxışında  göstərirdi  ki,  Azərbaycan  Respublikasının  on 

doqquz  ay  yarımlıq  mövcudiyyətindən  sonra  Antanta  onun  müstəqilliyini  tanıdı. 

"Bu  bayram  tək  bizim  bayramımız  deyil,  bütün  türk  xalqının  bayramıdır.  Sübut 

etmək lazım  idi  ki,  biz müstəqil həyata layiqik.  Avropa  bizim  dövlətimizdə  olan 

nümayəndələri  vasitəsi  ilə  bizim  xalqın  həyat  qabiliyyətinə  inandı  və  bizim 

müstəqilliyimizi tanıdı. Böyük qurbanlar bahasına biz buna nail olduq."

1277


 Sonra 

o, müstəqilliyin tanınması ilə bağlı Gürcüstan Milli Məclisi, Ermənistan hökuməti, 

Gürcüstan müsəlman Milli Şurası, Qafqazda Alman mərkəzi Şurası, Azərbaycanda 

yaşayan polyakların, Norveç konsulunun, Azərbaycanda yaşayan Krım tatarları və 

digərlərinin göndərdikləri təbrik teleqramlarını oxudu.

1278


  İclasda  M.Ə.Rəsulzadə, 

A.B.Səfikürdski,  S.Ağamalıoğlu,  M.A.Quxman,  S.A.Vonsoviç,  A.D.Malxazyan, 

                                                        

1275


 Aux Citoyens  de l'Azerbaidjan.//  Bulletin  d Information de L'Azerbaidjan. Paris, 1920, 15 Fevrier, 

№9, p.4; İstiqlal, 1920, 18 yanvar. 

1276

  Au  Parlement.  Seance  solennalle  du  14  Janvier.//  Bulletin  d'Information  de  L'Azerbaidjan.  Paris, 



1920, 15 Fevrier, №9, p.5-6; Yanvar ayının 14-də keçirilən Parlamentin təntənəli iclasının stenoqramı. 

14.01.1920. //ARDA, f.895, s.l, i.259, v.3 

1277

 Yenə orada, v.6 



1278

  Au  Parlement.  Seance  solennalle  du  14  Janvier.//  Bulletin  d'Information  de  L'Azerbaidjan.  Paris, 

1920, 15 Fevrier, №9, p.6 


370 

 

V.A.Bakaradze  təbrik  nitqi  söylədilər.  Parisdəki  Azərbaycan  nümayəndələri 



M.Ə.Rəsulzadənin parlamentin tarixi iclasındakı istiqlaliyyətin tanınması ilə bağlı 

parlaq  nitqinin  tam  mətnini  fransız  dilinə  tərcümə  edib,  informasiya  bülletenində 

dərc  etmişdilər.

1279


  İclasın  sonunda  Azərbaycanın  müstəqilliyinin  tanınması 

münasibəti  ilə  amnistiya  elan  etmək  haqqında  hökumətin  qərarını  ədliyyə  naziri 

Хəlil  bəу  Xasməmmədov  oxudu.

1280


  Parlamentin  təntənəli  iclasından  sonra 

müstəqilliyin tanınması ilə bağlı Azərbaycan xarici işlər naziri Xan Xoyski qəbul 

keçirdi.  Baş  nazir  N.Usubbəyov,  parlamentin  sədrinin  müavini  H.Ağayev,  bütün 

nazirlər və millət vəkilləri, Bakıdakı xarici nümayəndəliklər qəbulda iştirak etdilər. 

Fətəli xan Azərbaycanın həyatında baş vermiş bu tarixi hadisə ilə bağlı təbrik nitqi 

söylədi.


1281

 

Bakı  ilə  yanaşı,  Gəncədə  də  təntənəli  istiqlal  bayramı  keçirildi. 



"Azərbaycan"  qəzeti  yazırdı:  "Yanvarın  13-də  Gəncə  şəhərinə  qeyri-rəsmi  bir 

xəbər çatdı ki, Azərbaycan istiqlalı Versal Аli Şurası tərəfindən təsdiq edilmişdir. 

Bu  xəbər  üzərinə  hər  kəs  bir-birini  təbrik  ilə  qarşılayırdı.  Axşama  doğru  rəisi-

vükəla həzrətlərinin rəsmi teleqrafları alınmış olduğundan bütün şəhər sevinirdi... 

14  yanvar  Gəncədə  çox  az  görülmüş  günlərdən  idi.  Saat  1-də  Gəncə  Bələdiyyə 

idarəsinin fövqəladə bir iclası oldu... Gəncə valisi Xudad bəy  Rəfibəyli cənabları 

əvvəlcə rusca, sonra türkcə olaraq, hökumət rəisi tərəfindən gələn rəsmi teleqramı 

oxudu.  Təsdiq  xəbərini  yetirən  bu  sevinc  teleqrafı  sürəkli  alqışlarla  qarşılandı. 

Müqəddiməyi  təşkil  edən  bələdiyyə  rəisi  müavininin nitqindən  sonra  Axundzadə 

Cavad, Səfikürdski Ağalar  bəу, Məşədi Yusif Fərzxanov, Xuluflu Vəli və sevgili 

ədibimiz Köçərli Firudin bəу əfəndi tərəfindən nitqlər söylənib təbriklər edildi."

1282


 

İstiqlaliyyətin tanınması münasibətilə Azərbaycan mətbuatında xeyli yazılar 

getdi. Yanvar ayının 14-də rəsmi hökumət orqanı olan "Azərbaycan" qəzeti yazırdı 

ki,  bu  gündən  etibarən  Azərbaycan  və  Gürcüstan  respublikaları  xalqların 

beynəlxalq  ailəsinə  daxil  olurlar.

1283


  "İstiqlal"  məcmuəsi  yanvar  ayının  18-də 

yazırdı: "Çoxdan gözlənilən bayram gəldi. Böyük hadisə bərpa oldu. Ələski ildən 

bəri  millətin  bütün  əqsamı  tərəfindən  min  müşkülata  təhəmmül  edilən  böyük 

mübarizə müvəffəqiyyət qazandı. Avropanın və yalnız Avropanın deyil, bəlkə də 

bütün  dünyanın  idarəsini  əllərində  bulduran  böyük  dövlətlər  tərəfindən 

cümhuriyyətimizin  istiqlalı  tanındı:  ...Tarixin  içində  olduğumuzdan  keçirdiyimiz 

bayramın əzəmətini, bəlkə də lüzumunca təqdir edəmiyoruz... Fikrən kəndimizi əlli 

sənə  bundan  sonra  bir  zamanda  təsəvvür  edə  bilsək,  о  zaman  nə  kibi  bəxtiyar 

adamlar olduğumuzu, nə şanlı və şərəfli bir zamanda dünyaya gəldiyimizi oxurda 

                                                        

1279

  Au  Parlement.  Seance  solennalle  du  14  Janvier.  Discours  de  M.Rassoul-Zade.//  Bulletin 



d'Information de L'Azerbaidjan. Paris, 1920, 15 Fevrier, №9, p.6-7 

1280


  Yanvar  ayının  14-də  keçirilən  Parlamentin  təntənəli  iclasının  stenoqramı.  14.01.1920.  //ARDA, 

f.895, s.l, i.259, v.16 

1281

 Азербайджан, 1920, 16 января. 



1282

 Azərbaycan, 1920, 22 yanvar. 

1283

 Азербайджан, 1920, 14 января. 



371 

 

qibtə  edəriz.  Əvət,  əslafımızın  heç  şübhəsiz  böyük  həyəcanlar  və  qeyrətlərlə 



oxuyacağı bu dövrü-tarixdə bulunuşumuzla iftixar edə biləriz."

1284


 

İstiqlaliyyətin dünya siyasətini müəyyən edən dövlətlər tərəfindən tanınması 

Azərbaycan  türklərinin  öz  gücünə  inamını,  sabaha  ümidini  artırmışdı. 

Azərbaycanın  istiqlaliyyətinin  Paris  Sülh  konfransının  Ali  Şurası  tərəfindən 

tanınması  münasibəti  ilə  M.Ə.Rəsulzadə  yazırdı:  "Mülki  və  siyasi  hüquqlardan 

məhrum  edilmiş,  dövlətin  idarəsinə  yaxın  belə  buraxılmayan  Şərqin  zülm altında 

inləyən  xalqlarından  biri  ilk  imkan  düşən  kimi  bütün  çətinliklərə  baxmayaraq, 

mədəni  cəmiyyət  yaradılmasında  elə  ləyaqət  nümunəsi  göstərdi  ki,  onun  bu 

qabiliyyəti  sayəsində  Azərbaycan  Cümhuriyyəti  müttəfiqlərin  və  bütün  dünyanın 

diqqətini  cəlb  etdi  və  beynəlxalq  həyata  daxil  oldu.  Müttəfiq  dövlətlərin  Ali 

Şurasının 1920-ci  il  yanvarın  11-də  toplanmış  iclası  Azərbaycan  Cümhuriyyətini 

de-fakto  tanıdı.  Rusiya  imperiyasının  xarabalıqları  üzərində  yaradılmış 

Cümhuriyyətlər  arasında  Azərbaycan  Avropanın  inandığı  yeganə  müsəlman 

qurumu  idi.  Bu  yeni  türk  dövləti  bütün müsəlman  dünyasında  yaradılmış  yeganə 

türk cümhuriyyəti idi. Türk dünyasında və türk tarixində bu böyük və xoş məramlı 

hadisəni  yalnız  onunla  bilavasitə  bağlı  olan  Azərbaycan  bayram  etmirdi."

1285

 

Beləliklə, 1918-ci ilin 28 mayı və 15 sentyabrından sonra Azərbaycanın taleyində 



və tarixində üçüncü mühüm hadisə baş verdi.  Azərbaycanın müstəqilliyinin Paris 

Sülh konfransı tərəfindən tanınması gənc respublikanın dünya birliyinə qovuşması, 

geniş  əməkdaşlıq  sisteminə  daxil  olması  üçün  böyük  imkanlar  açdırdı.  Elə  bu 

məramla  da  1920-ci  ilin  yanvar  ayının  29-da  Azərbaycan  nümayəndə  heyətinin 

başçısı  Ə.M.Topçubaşov  və  Gürcüstan  heyətinin  başçısı  N.Çxeidze  ölkələrinin 

bolşevizmə  qarşı birgə müdafiə olunacağı barədə birgə bəyanatla çıxış etdilər.

1286

 

Fevral ayının 10-da isə hər iki nümayəndəliyin başçıları Birləşmiş Ştatların Parisdə 



olan  səfirinə  xüsusi  məktubla  müraciət  edib,  Vaşinqtonu  Azərbaycan  və 

Gürcüstanın  müstəqilliyinin  tanınması  barədə  Versal  Ali  Şurasının  qərarına 

qoşulmağa çağırdı.

1287


 Lakin bu zaman ABŞ Birinci Dünya müharibəsinin sonunda 

başlanmış  təcridçilikdən  beynəlmiləlçiliyə  keçidin  acı  məğlubiyyətini  yaşayırdı. 

Həmin  keçidin  banisi  sayılan  Vudro  Vilson  təcridçilərin  böyük  müqaviməti  ilə 

qarşılaşmışdı. 

 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin