Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   18   19   20   21   22   23   24   25   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

  əldə  edilməyəcəyi 

təqdirdə  amerikanlara  münsiflər məhkəməsi rolu  oynamaq  imkanı  verirdi.  Orada 

göstərilirdi  ki,  əgər  tərəflər  hər  hansı  məsələni  dinc  yolla  həll  edə  bilməsələr, 

neytral şəxsdən ibarət münsiflər məhkəməsi seçilməli və bu məhkəmənin qərarını 

özləri  üçün  məcburi  hesab  etməlidirlər.  Sazişə  görə,  belə  neytral  şəxs  Amerika 

ordusunun  polkovniki  Ceymis  S.Reydir.  Sazişin  dördüncü  bəndinə  əsasən, 

                                                        

1038

  Naxçıvanın  general-qubernatoru  vəzifəsini  icra  edən  S.Cəmillinskinin  polkovnik  Dellinin 



Naxçıvanda  ABŞ  nümayəndəsi  vəkalətini  alması  haqqında  Azərbaycanın  Ermənistanda  diplomatik 

nümayəndəsi Ə.Haqverdiyevə məlumatı. 26.10.1919. // ARDA, f.897, s.l, i.57, v.12. 

1039

  Q.Mədətov  Naxçıvanda  Sovet  hakimiyyətinin  qələbəsi  və  Naxçıvan  MSSR -in  yaradılması.  Bakı, 



1958, s.59-60 

1040


 Tiflisdəki Britaniya ali komissarı O.Uordropun Azərbaycan və Ermənistan hökumətlərinə teleqramı. 

16.11.1919. //ARDA, f.970, s.1, i. 144, v.50 

 


309 

 

mübahisəli  məsələləri  müzakirə  etmək  üçün  tərəflər  bərabər  sayda,  yubanmadan 



Bakı  və  Tiflis  konfransına  nümayəndələr  göndərməli  idilər.  Saziş  imzalandığı 

andan  etibarən  qüvvəyə  minirdi.

1041

  Sazişi  Azərbaycan  Nazirlər  Şurasının  sədri 



N.Usubbəyov  və  Ermənistan  nazirlər  şurasının  sədri  A.Xatisov  imzalamışdılar. 

Bunlardan  əlavə  təminatçı  kimi  sazişə  ABŞ  tərəfindən  Ceymis  Rey,  Gürcüstan 

Respublikası tərəfindən xarici işlər naziri və müvəqqəti prezident E.P.Geqeçkori də 

imza  atmışdılar.

1042

  Amerikalılar  belə  hesab  edirdi  ki,  bu  saziş  Qafqaz 



respublikaları  arasında  həmrəyliyi  gücləndirəcək  və  onların  Denikin  təhlükəsinə 

qarşı müqavimətlərini artıracaqdır. Paris Sülh konfransının rəhbərliyinə göndərdiyi 

teleqramda  Haskel  ABŞ  və  Gürcüstanın  iştirakı  ilə  azərbaycanlılarla  ermənilər 

arasında imzalanmış  sazişi  yüksək  qiymətləndirir  və  Denikin  təhlükəsi  şəraitində 

bunu  əhəmiyyətli  hadisə  hesab  edirdi.  Əks  təqdirdə  Haskel  belə  hesab  edirdi  ki, 

Denikinin  Dağıstandan  Azərbaycana  hücumu  Azərbaycanı  Türkiyədən  kömək 

istəməyə  vadar  edə  bilərdi.

1043


  Sazişin  Cənubi  Qafqazda  sülh  yaradacağı  barədə 

Tiflisdə  olan  Fransa  hərbi  missiyası  da  Parisə  noyabr  ayının  24-də  teleqram 

göndərmişdi.

1044


  Lakin  bu  saziş  müvəqqəti  sakitlik  yaratsa  da,  tərəflər  arasında 

ziddiyyətlər çox güclü olduğundan, az sonra amerikanlar Qafqazdan çıxdığından, 

dekabr  ayında  keçirilən  konfrans  uğurlu  nəticə  vermədiyindən  uzun  ömürlü 

olmadı. 


Sazişin imzalanmasından az sonra erməni hərbi hissələri Zəngəzura hücum 

edib, bir neçə müsəlman kəndini dağıtdı, Dərələyəz bölgəsində 300 nəfərin ölümü 

ilə  nəticələnən  qanlı  hadisələr  baş  verdi.

1045


  Azərbaycanın  xarici  işlər  naziri 

M.Y.Cəfərovun  noyabr  ayının  29-da  göndərdiyi  kəskin  notaya  cavab  olaraq, 

erməni  tərəfi  bildirdi  ki,  bu  əməliyyatlar  Dərələyəzdən  Zəngəzur  istiqamətinə 

hərəkət  edən  türk  zabiti  Xəlil  bəyin  başçılığı  altında  olan  hücumun  qarşısını 

almağa  yönəlmişdir  və  notada  göstərilən  ölüm  hallarından  onların  məlumatı 

yoxdur.  Erməni  tərəfi  vurğulayırdı  ki,  onlar  23  noyabr  tarixli  sazişin  bəndlərinə 

                                                        

1041


  Azərbaycan  Respublikası  ilə  Ermənistan  Respublikası  arasında  saziş.  23.11.1919.  //  AR  Pİİ 

SPİHDA, f.276, s.9, i.29, v.1-2 

1042

  Entente  conclue  entre  le  Président  Khatissov,  Représentant  le  Gouvernement  de  l'Arménie,  et  le 



Président  Oussoubekov,  Représentant  le  Gouvernement  d'Azerbaïdjan.//  Ministère  des  Affaires 

Etrangère de France, Archives Diplomatique, vol.638, folio 140 

1043

  Papers  Relating  to  the  Foreign  Relations  of  the  United  States.  The  Paris  Peace  conference.  1919, 



vol.IX. US Government Printing office. Washington,  1946, p.606-607; Télégramme de Constantinople 

en  date  du  1

o

  décembre  1919,  adressé  par  le  Colonel  Haskell.//  Ministère  des  Affaires  Etrangère  de 



France,  Archives  Diplomatique,vol.638,  folio  148;  Délégation  Américaine  Télégramme  de 

Constantinople  en  date  du  l

er

  décembre  1919, adressé  par  le  Colonel  Haskell.  //Ministère  des  Affaires 



Etrangère  de  France,  Archives  Diplomatique,  vol.832,  folio  127;  Commission  américaine  pour  la 

négociation de la paixParis, le 5 décembre 1919.// Ministère des Affaires Etrangère de France, Archives 

Diplomatique, vol.832, folio 130 

1044


 Le Commandant de Nonancourt, Chef P.I. de la Mission Militaire Française au Caucase, à Monsieur 

le  Ministre  de  la  Guerre,  Etat-Major  de  l'Armée  -  2

éme

  Bureau.  //  Ministère  des  Affaires  Etrangère  de 



France, Archives Diplomatique,vol.638, folio 142 

1045


 Азербайджан, 1919, 3 декабря. 

310 

 

əməl  edirlər.



1046 

Azərbaycan  tərəfi  erməni  hökumətinin  bu  cür  münasibətindən 

sonra  baş  vermiş  qanlı  hadisələri  müttəfiqlərin  Cənubi  Qafqazdakı 

nümayəndələrinin  diqqətinə  çatdırdı.  Dekabr  ayının  8-də  Haskelə  göndərdiyi 

teleqramda  Baş  nazir  N.Usubbəyov  yazırdı:  "Noyabr  ayının  23-də  Tiflisdə 

imzalanmış  sazişə  uyğun  olaraq,  Azərbaycan  hökuməti  Zəngəzurda  olan  öz 

ordusunu  geri  çağırmışdır  və  indi  orada  bir  nəfər  də  olsun,  Azərbaycan  əsgəri 

yoxdur.  Bu  şəraitdə  top  və  pulemyotlarla  silahlanmış  erməni  hərbi  hissələri 

fəallaşaraq,  müsəlman  əhalisini  qırmağa  və  onların  əmlakını  talan  etməyə 

başlamışdır. Təəssüf  ki,  bütün  bunlar  polkovnik  Reyin  iştirakı  ilə keçirilən Tiflis 

müşavirəsində  mənim  ifadə  etdiyim  narahatlığı  doğrultmuşdur.  Yuxarıda 

deyilənlərə  əsasən,  sizdən  xahiş  edirəm  beş  gündən  gec  olmayaraq,  erməni 

dəstələrinin  əlində  olan  top  və  pulemyotları  müsadirə  etmək  üçün  Zəngəzura 

Amerika  zabitlərindən  ibarət  komissiya  göndərəsiniz.  Bu  tədbir  həyata  keçməsə, 

Azərbaycan  hökuməti  günahsız  insanların  qanının  tökülməsinə  və  öz 

vətəndaşlarının  üzləşdiyi  arası  kəsilməyən  vəhşiliklərə  seyrçi  qala  bilməz."

1047

 

Dekabr ayının 11-də V.Haskel xarici işlər naziri M.Y.Cəfərova  yazırdı ki, sizin 8 



dekabr teleqramınızı aldım və aşağıdakı əlavə ilə birlikdə Ermənistan hökumətinə 

verdim.  Amerika  Ali  Komissarı  qeyd  edilən  əlavədə  xatırladırdı  ki,  "əgər 

yoxlamalar zamanı Azərbaycan tərəfinin ittihamları təsdiqlənərsə, bu Ermənistanın 

gələcəyinə vurulmuş çox güclü zərbə olacaqdır."

1048

 

1919-cu  il  noyabr  ayının  əvvəllərində  Versal  Sülh  konfransına  Cənubi 



Qafqazda vəziyyət haqqında məlumat vermək üçün Parisə dəvət edilmiş V.Haskel 

Ə.M.Topçubaşova  məktub  yazıb  Azərbaycan nümayəndələri  ilə  görüşdü.  Parisdə 

verdiyi 

müsahibələrində 

Haskel 

Naxçıvan 



general-qubernatorluğunun 

yaradılmasının əhəmiyyətsiz olduğunu başa düşərək, bu məsələyə toxunmadı. İndi 

artıq  o,  belə  hesab  edirdi  ki,  Cənubi  Qafqazda  yeganə  çıxış  yolu  bu  regionun 

bütövlükdə  mandatının  hər  hansı  bir  ölkə  tərəfindən  götürülməsindədir. 

Ə.M.Topçubaşov  polkovnik  Haskellə  Parisdəki  görüşü  barədə  Azərbaycan 

hökumətinə yazırdı: "Cənab Haskel bizdə gördüyü qayda-qanun haqda tərifli sözlər 

dedi. Bakıdakı qəbuldan çox razıdır, bizim sadə xalq onun çox xoşuna gəlmişdir, 

bu xalq çox sülhsevər xalqdır və ümumiyyətlə, erməni xalqının düşməni deyil, əgər 

siyasətçilər olmasa, ermənilər də sülhlə yaşayarlar... Bizim suallara cavab verərək, 

polkovnik əmin olduğunu bildirdi ki, Cənubi Qafqaz və hətta bütün Qafqaz xalqları 

birlikdə  yaşaya  bilərlər,  çünki  iqtisadi  cəhətdən  onlar  bir-birinə  möhkəm 

bağlıdırlar.  Lakin  başlanğıc  üçün  onlara  hər  hansı  bir  güclü  dövlətin  köməyi 

vacibdir  ki, hər  yerdə  öz  maliyyə  vəziyyətlərini  qaydaya  sala  bilsinlər,  amma  bir 

                                                        

1046

  Ermənistan  xarici  işlər  nazirinin  Azərbaycan  xarici  işlər  nazirinə  cavab  notası.  Dekabr, 



1919.//ARDA, f.897, s.l, i.112, v.20 

1047


 Азербайджанская Демократическая Республика. Внешняя политика, с.452 

1048


  Zaqafqaziyada  müttəfiq  ali  komissar  V.Haskelin  xarici  işlər  naziri  M.Y.Cəfərova  məlumatı. 

11.12.1919. //ARDA, f.970, s.l, i.95, v.22 



311 

 

neçə  ildən  sonra  hər  xalq  mandatlıqdan  azad  olaraq,  sərbəst  yaşaya  bilər.  "Və 



birinci olaraq, himayəçilikdən Sizin Azərbaycan azad olmalıdır" -polkovnik Haskel 

xəritədə Azərbaycanı göstərərək təsdiq etdi."

1049

 

Qeyd etmək lazımdır ki, polkovnik Haskel Qafqaza göndərildikdə prezident 



Vilson  başda  olmaqla,  ABŞ  rəsmi  dairələrindən  göstəriş  almışdı  ki,  ermənilərə 

kömək etsin. Lakin Qafqazdakı üç aya qədər müşahidələr ona çox şeyi başa saldı. 

Ən  başlıcası  isə  Haskel  etiraf  edirdi  ki,  ermənilər  qərb  mətbuatının  təbliğ  etdiyi 

kimi,  heç  də  "əzabkeş  xalq"  deyildirlər.  Ə.M.Topçubaşov  və  M.Məhərrəmovla 

söhbətində  o,  qeyd  edirdi  ki,  "indiyədək  amerikalılar  yalnız  ermənilər  haqqında 

danışırdılar,  çünki  amerikalı  ermənilər  və  ümumiyyətlə,  hamı  onları  Qafqazın 

yeganə  əzabkeş  xalqı  sayırdılar.  Bizim  missiyanın  Türkiyəyə  və  Qafqaza 

göndərilməsi və oraya səyahət bir çox amerikalılar üçün çox faydalı oldu. İndi biz 

inandıq ki, "heç də bütün ermənilər biz düşündüyümüz qədər yaxşı deyillər, eyni 

ilə necə ki, bütün türklər pis deyillər. Amerikada da bütün xalqların pisi və yaxşısı 

var." Sözünün sonunda Cənubi Qafqaz respublikalarının Qərb mandatlığına qəbul 

edilməsi  məsələsinə  toxunaraq,  V.Haskel  bildirdi  ki,  "ümumi  mandat  altında  bu 

ölkələri  birləşdirmək  olardı...  lakin  bu  mandatı  qəbul  edən  Amerika 

olmayacaq."

1050

 Polkovnik Haskel bunu düz hiss etmişdi. Hələ noyabr ayının 5-də 



gürcü  nümayəndələri  ilə  görüşündə  о  bildirdi  ki,  "Amerika  öz  üzərinə  mandat 

götürəcək,  ya  yox,  bunu  mən  deyə  bilmərəm,  bu  diplomatların  işidir.  Mənim 

vəzifəm praktiki məsələləri həll etməkdən, Qafqaz xalqlarına kömək göstərməkdən 

ibarətdir."

1051

 Noyabrın 14-də Versalda diplomatlar Haskelin məruzəsini dinləməli 



oldu.  Ali  Şuranın İclasına  Haskelin  gəlişi  bir  çoxları  üçün gözlənilməz  olmuşdu. 

Müzakirələrin  gedişində  aydın  oldu  ki,  polkovnik  Haskeli  Ali  Şura  deyil, 

amerikanlar özləri çağırmışlar. ABŞ nümayəndəsi F.Polk bildirdi ki, Haskel sabah 

gedəcək, Ali Şura üçün Ermənistan haqqında onun məlumatını dinləmək maraqlı 

olardı. Bu məsələ gündəlikdə olmadığı üçün iclas iştirakçıları Haskelin məlumatını 

dinləməyə könülsüz razılıq verdilər və Haskel Cənubi Qafqazın ABŞ-a verilməsini 

siyasi cəhətdən əsaslandıran geniş bir nitq söylədi. İqtisadi vəziyyətlə bağlı о qeyd 

etdi ki, Cənubi Qafqazda iqtisadiyyat fəlakətli həddədir. Çıxış yolunu Haskel ABŞ 

kimi  güclü  dövlətin  himayədarlığında  görürdü.  Siyasi  vəziyyətin  ağırlığından 

danışaraq, Haskel qeyd  edirdi ki, Ermənistan Gürcüstan və Azərbaycan ittifaqına 

girmək  istəmir  və  onlarla  daimi  müharibə  vəziyyətindədir.  Нər  üç  respublika 

arasında ərazi mübahisələri vardır. О dedi: "Nə qədər ki, Azərbaycan və Gürcüstan 

mənim  səlahiyyətimdən  kənardadır  və  nə  qədər  ki,  hər  üç  respublika  ümumi  bir 

                                                        

1049

 

Azərbaycan 



Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun  Nazirlər  Şurasının  sədrinə  məktubu.  06-10.11.1919.  //  ARDA,  f.970,  s.l,  i.146, 

v.11-12 


1050

 Yenə orada, v.13 

1051

 З.Авалов. Независимость Грузии в международной политике, с.228 



 

312 

 

mandatda  birləşdirilməyib,  mən  Ali  Şuranın  Ermənistanla  bağlı  üzərimə  qoyduğu 



vəzifəni  yerinə  yetirə  bilməyəcəyəm."

1052


  Haskelin  təklifindən  sonra  məlum  oldu 

ki, amerikanların onu Qafqazdan təcili çağırmaqda və Ali Şuranın xəbəri olmadan 

Qafqaz məsələsini gündəliyə salmağa cəhd göstərməkdə xüsusi məqsədləri vardır. 

Yalnız Ermənistan haqqında məlumat vermək üçün söz almış Haskelin Azərbaycan 

və  Gürcüstan  haqqında  da  məlumat  verməsi  iclasın  iştirakçıları  arasında 

anlaşılmazlıq yaratdığından F.Polk izahat verdi ki, Haskel Ermənistanla bağlı Ali 

Şuranın tapşırıqlarını effektli icra etmək üçün Azərbaycan və Gürcüstanda da bir 

sıra vəzifələri yerinə yetirməli olmuşdur. F.Polk xatırlatdı ki, polkovnik sabah yola 

düşür.  Lakin  iclasa  sədrlik  edən  təcrübəli  Klemanso  başa  düşdü  ki,  məsələnin 

müzakirəsinin  uzadılması  yalnız  amerikanlar  üçün  sərfəlidir.  Ona  görə  də  o, 

məlumat  üçün  Haskelə  təşəkkürünü  bildirib,  məsələnin  müzakirəsinin 

dayandırılması barədə ingilislərin təklifi ilə məmnuniyyətlə razılaşdı.

1053

 

Amerikanların bu məsələni yenidən qaldıracaqlarını bilən ingilislər, növbəti 



iclasa ətraflı hazırlaşdılar.  Noyabr  ayının 15-də  F.Polk  Haskel  məruzəsi ilə  bağlı 

Ermənistan  məsələsini  qaldıraraq  və  Haskelin  Ermənistana  Ali  Komissar  təyin 

edilməyi ilə bağlı Ali Şuranın 5 iyul tarixli iclasının qətnaməsinə "kiçicik" düzəliş 

edib  bildirdi ki, "Ermənistan" sözündən sonra "Gürcüstan və Azərbaycan" sözləri 

əlavə edilsin.

1054


 Deməli, təklif edilən dəyişiklikdən sonra 5 iyul qətnaməsinin giriş 

hissəsi  belə  oxunmalı  idi:  "ABŞ  polkovniki  V.H.Haskel  Ali  Şura  tərəfindən, 

Birləşmiş  Ştatlar,  İngiltərə,  Fransa  və  İtaliya  hökumətləri  adından  Ermənistan, 

Gürcüstan  və  Azərbaycana  Аli  Komissar  təyin  edilir".  İclas  iştirakçılarının 

təəccübləndiyini hiss edən F.Polk əlavə etdi ki, "mən, sadəcə olaraq, Şuraya təklif 

verməyi  arzulayıram,  lakin  onun  qəbul  edilməsinə  təkid  göstərmirəm.

1055

  ABŞ 


nümayəndələrinin  bu  təklifinin  arxasında  Azərbaycan  neftinə  maraq  göstərən 

Amerika  sənayeçilərinin  mənafeyi  dayanırdı.  İngilis  tarixçisi  E.Monro  yazır  ki, 

mandatlar bölüşdürülən zaman Birləşmiş Ştatlar neft psixozu dumanında idi.

1056


 

ABŞ  nümayəndəsinin  bu  təklifi  İngiltərə  nümayəndəsi  E.Krou  tərəfindən 

kəskin  etirazla  qarşılandı.  O,  bəyanat  verərək  bildirdi  ki,  F.Polk  tərəfindən 

qaldırılan  məsələlər  öyrənilmək  üçün  Böyük  Britaniya  hökumətinə  verilmişdir. 

Böyük  Britaniya  hökuməti  Haskelin  vəkalətinin  "Yaxın  Şərqə  Amerika  Yardımı 

Komitəsi"nin rəhbəri kimi Gürcüstana və Azərbaycana aid edilməsinə etiraz etmir. 

Lakin  Krou  qeyd  edirdi  ki,  Amerika  nümayəndəsi  F.Polkun  bugünki  təklifi 

Haskelə  iyul  ayının  5-də  verilmiş  vəkalətlə  bir  araya  sığmır.  Krou  açıq  şəkildə 

bildirdi  ki,  Böyük  Britaniya  hökuməti  onun  razılığı  olmadan  Amerika  Yardımı 

                                                        

1052

 Papers Relating to the  Foreign Relations of the United States. The  Paris Peace  conference,  vol.IX, 



p.107 

1053


 Ibid, p.168 

1054


 В.И.Адамия. Из истории Английской интервенции в Грузии, с. 129 

1055


 Г.Гамбашидзе. Из истории политики США в отношении Грузии, с. 129 

1056


 E.Monroe. Britain's Moment in the Middle East 1914-1956. L.,1963, p.102 

313 

 

Komitəsinin  Cənubi  Qafqazda  fəaliyyətinə  dözsə  də,  lakin  Amerika  polkovniki 



Haskeli  Cənubi  Qafqazda  Ali  Komissar  kimi  tanımağa  hazırlaşmır.

1057


  Beləliklə, 

qərara alındı ki, Haskel missiyasına daxil olan ABŞ nümayəndələri Azərbaycan və 

Gürcüstanda  yalnız  "Yaxın  Şərqə  Amerika  Yardımı  Komitəsi"nin  işi  ilə  bağlı 

fəaliyyət  göstərə  bilərlər, hər  iki respublikada  siyasi,  iqtisadi  və  digər məsələlərə 

müdaxilə edə bilməzlər. İngilislərin bu təklifi fransızlar və italyanlar tərəfindən də 

müdafiə  edildi.  Beləliklə,  amerikanların  Haskelin  vəkalətinin  siyasi  cəhətdən 

Azərbaycana  aid  edilməsi  barədə  qaldırdıqları  təşəbbüs  ingilislərin  müqaviməti 

nəticəsində baş tutmadı. Bu məsələyə toxunan rus alimi B.Şteyn səhv olaraq, təsdiq 

edir  ki,  1919-cu  ilin  noyabrın  15-dən  etibarən,  Amerika  polkovniki  Haskel 

müttəfiq dövlətlərin bütün Cənubi Qafqaza rəsmən baş komissarı təyin edildi.

1058

 

Əslində isə yuxarıda qeyd edildiyi kimi, V.Haskelin iyul ayının 5-də təsdiq edilmiş 



səlahiyyəti  saxlanıldı.  Yalnız,  "Yaxın  Şərqə  Amerika  Yardımı  Komitəsi"nin 

Qafqaz  bölməsinin  rəhbəri  kimi,  onun  Azərbaycanda  və  Gürcüstanda  fəaliyyət 

göstərməsinə icazə verildi. Noyabr ayının ortalarında Amerika yardım komitəsinin 

40 nəfərdən ibarət tərkibi təsdiq edildi. Onun rəhbərliyinə polkovnik V.H.Haskel, 

polkovnik C.K.Ri, leytenant-polkovnik Sammer Ueyt, kapitan S.Saunders, kapitan 

Moris Hyuzik daxil idilər.

1059

 

Sonralar  amerikanların  Qafqaz  mandatında  təkid  göstərməmələri  Kiçik 



Asiyaya  və  Qafqaza  göndərilmiş  digər  bir  missiyanın  -  Harbord  missiyasının 

prezidentə  hazırladığı  məlumatla  bağlı  idi.  General  Ceyms  Harbord  prezident 

Vilsona  göndərdiyi  məruzədə  Qafqaza  Amerika  mandatının  əleyhinə  rəy 

söyləmişdi.  1919-cu  ildə  ABŞ-ın  Qafqaza  marağının  artdığı,  Amerika  siyasi 

dairələrində Qafqaz mandatı məsələsi müzakirə edildiyi üçün prezident Vilson belə 

qərara gəldi ki, Ermənistan, Azərbaycan, Gürcüstan və Kiçik Asiyada siyasi, hərbi, 

coğrafi,  iqtisadi,  idarəçilik  və  digər  məsələləri  ətraflı  öyrənmək  üçün  ora  xüsusi 

Amerika missiyası göndərsin.

1060

 1919-cu ilin iyun ayının 12-də Azərbaycan, gürcü 



və  dağlı  nümayəndələrinin  birgə  keçirdiyi  iclasın  protokolu  ilə  tanışlıq  belə  bir 

fikrə gəlməyə əsas verir ki, hələ iyun ayının əvvəllərində amerikalılar Qafqazdakı 

vəziyyəti  öyrənmək  üçün  oraya  xüsusi  missiya  göndərmək  fikrində  olmuşlar. 

Həmin iclasda çıxış edən Dağlılar İttifaqının nümayəndəsi Bammatov bildirmişdi 

ki, Qafqaza xüsusi komissiya göndərmək barədə Sülh konfransından xahiş etməyi 

Parisdə  olan  Amerika  nümayəndələrindən  biri  ona  məsləhət  görmüşdür. 

Amerikalılar  Qafqaza  komissiya  göndərilməsi  üçün  istəyirdilər  ki,  Qafqaz 

                                                        

1057

  Papers  Relating  to  the  Foreign  Relations  of  the  United  States.  The  Paris  Peace  conference, 



vol.IX.p.180 

1058


 Б.Штейн. "Русский вопрос" на Парижской мирной конференции, с.346 

1059


  Şimali  Amerika  Ştatları  idarəsi  altında  birləşdirilən  Yaxın  Şərqə  Yardım  Komitəsinin  Azərbaycan 

Respublikasının  Gürcüstandakı  diplomatik  missiyasının  katibinə  məlumatı.  12.11.1919.  //  ARDA, 

f.897, s.l, i. 111, v.154-155 

1060


 З.Авалов. Независимость Грузии в международной политике, с.228 

 


314 

 

respublikalarının  özləri  Sülh  konfransına  müraciət  edib  bildirsinlər  ki,  Qafqazda 



vəziyyət  çox  təhlükəlidir,  guya  qan  tökülməsinin  qarşısını  almaq  və  qarşılıqlı 

münasibətləri  tənzim  etmək  üçün  təcili  komissiya  göndərmək  lazımdır.  Əgər 

Qafqaz  respublikaları  Sülh  konfransına  belə  bir  ərizə  ilə  müraciət  edərdilərsə, 

Amerika  nümayəndələri  Ali  Şuranın  iclasında  bu  təklifi  müdafiə  edəcəklərini 

bildirmişdilər.  Lakin  nə  Azərbaycan,  nə  də  Gürcüstan  nümayəndələri  bu 

məzmunda  müraciət  edilməsinə  tərəfdar  çıxmadılar.  Əslində  belə  addım  atmaq 

Qafqaz respublikalarının  tanınmasını  çətinləşdirərdi  və  bu  respublikalar haqqında 

belə rəy yaradardı ki, guya onların hökumətləri yerlərdə qan tökülməsinin qarşısını 

ala  bilmir.  Ə.M.Topçubaşov  haqlı  olaraq  qeyd  edirdi  ki,  bu  məzmunda müraciət 

bizi fakt qarşısında qoya bilər. Müzakirələrdə iştirak edən M.H.Hacınski deyirdi: 

"Dövlətlər  arasında  Qafqaz  ətrafında  hansısa  siyasi  mübarizə  gedir,  dünən 

italyanlar bizə meyl edirdi, bu gün amerikanlar, sabah da bir başqası meyl edəcək. 

Dost məsləhətlərinə çox ciddi ehtiyatkarlıqla yanaşmaq lazımdır, əks təqdirdə biz 

bu və ya digər qrupun əlində oyuncağa çevrilə bilərik. Mən belə başa düşürəm ki, 

amerikanlar elan etmək istəyirlər ki, Qafqazda qan axır və daha çox qan axacağı 

gözlənilir, ona görə də ora komissiya göndərmək lazımdır... Bu, о deməkdir ki, biz 

özümüz Qafqazda qan axıdılmadan yaşaya bilmərik, ingilis komandanlığı da bizi 

barışdırmağa qadir deyildir. Bu İngiltərəyə nесə təsir göstərər?.. Əslində bu ingilis 

komandanlığı ilə bizim münasibətlərimizi gərginləşdirər."

1061


 İclasda çıxış edənlər 

yuxarıda qeyd edilən məzmunda konfransa müraciət edilməsinin əleyhinə oldular, 

lakin mülki şəxslərdən ibarət bir komissiyanın Sülh konfransı tərəfindən Qafqaza 

göndərilməsini mümkün hesab etdilər. Bu qərar amerikalıları təmin etmədiyi üçün 

onlar  Sülh  konfransının  adından  deyil,  öz  adlarından  Qafqaza  xüsusi  missiya 

göndərdilər.  Avqust  ayının  ortalarında  Birləşmiş  Ştatların  Versalda  olan 

nümayəndəliyinin  başçısı  F.Polk  Qafqaz  respublikalarının  Parisdə  olan 

nümayəndələrinə xüsusi məktubla müraciət edib, Harbord missiyası barədə onlara 

məlumat  verdi.

1062


  Avqust  ayının  13-də  Azərbaycan  nümayəndəliyinə  göndərilən 

məktubda  qeyd  edilirdi  ki,  Briqada  generalı  Ceymis  Q.Harbord  12  zabitin 

müşayiəti  ilə  yaxın  vaxtlarda  Cənubi  Qafqaza  yola  düşür.  Azərbaycan 

nümayəndələrindən xahiş edilirdi ki, bu barədə öz hökumətinə məlumat versinlər 

və  yerlərdə  general  Harborda  öz  vəzifəsini  yerinə  yetirməkdə  Аzərbaycan 

hökuməti  tərəfindən  yardım  göstərilsin.  Məktubun  axırında  xatırladılırdı  ki,  bu 

missiyanın  göndərilməsi  Azərbaycan  Respublikası  və  qalan  Cənubi  Qafqaz 

respublikalarının tanınması kimi qəbul edilməməlidir.

1063

 

                                                        



1061

 Paris Sülh konfransındakı Azərbaycan, Gürcüstan və Dağlılar Respublikası nümayəndələrinin birgə 

iclasının protokolu. 12.06.1919. // ARDA, f.970, s.l, i. 142, v.176-177 

1062


 Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 13 Octobre, № 3, p.7 

1063


 ABŞ-ın Paris Sülh konfransındakı nümayəndəliyinin başçısı F.Polkun Ə.M.Topçubaşova məktubu. 

13.08.1919. // ARDA, f.970, s.l, i. 142, v.46 

 


315 

 

Bundan sonra Versaldakı Azərbaycan nümayəndələri Harbord missiyasının 



Azərbaycan  üzrə  müvəkkili  polkovnik  Rey  ilə  görüşüb,  onu  lazımi  materiallarla 

təchiz etdilər. Ə.M.Topçubaşov bu barədə yazırdı: "Polkovnik Rey ilə ... bir neçə 

dəfə  görüşdüm...  Azərbaycanda  olan  missiyanın  başçısıdır.  Мən  onu  lazımi 

materiallarla təmin etdim və ətraflı məlumatlandırdım. Aydın oldu ki, konfrans və 

xüsusilə  də  Şimali  Amerika  Birləşmiş  Ştatları  bizə  və  bütün  Qafqaza  olan 

münasibətini missiya öz işini qurtarandan sonra bildirəcək, bunun üçün missiya üç 

ay orada olacaq. O, mən və Hacınski bütün Amerika missiyalarının şefi polkovnik 

Loqenin  yanında  olduq,  Loqe  kömək  edəcəyinə  söz  verərək  dedi  ki,  missiyanın 

tərkibinə bizim bir nümayəndəmizin salınması barədə göstəriş verəcək. Siz bundan 

istifadə etməlisiniz."

1064

 

General  Ceymis  Harbord  ABŞ  siyasi  dairələrində  tanınmış  şəxslərdən  biri 



idi.  O,  general  Perşinqin  ordusunda  qərargah  rəisi  olmuşdu.  Birinci  dünya 

müharibəsinin sonlarında Avropada Almaniyaya qarşı vuruşmuş, dünya müharibəsi 

qurtardıqdan  sonra  Avropada  olan  Amerika  ordusunun  vətənə  qayıtması  işinə 

rəhbərlik  edirdi.

1065

  İndi  isə  üç  aylığa  Harbordu  xüsusi  missiyaya  rəhbər  təyin 



etdilər.  Harbord  missiyası  avqust  ayının  axırlarında  Fransanın  Brest  şəhərindən 

yola  düşmüş  və  sentyabr  ayının  2-də  İstanbula  gəlmişdi.  Qısa  müddət  ərzində 

Harbord  İngiltərə,  Fransa,  İtaliya  komissarları,  habelə  Yaxın  Şərqdə  Amerika 

mənafeyini müdafiə edən İsveç səfiri ilə görüşmüş və İstanbul, Kilikiya, Ərzurum, 

Diyarbəkir, Xarput, Sivas, Ərzincan, Qars, İrəvan, Tiflis, Bakı və Batum marşrutu 

üzrə  yolunu  davam  etdirmişdi.  Missiya  olduğu  yerlərdə  keçirdiyi  görüşlər  və 

müşahidə etdiyi hadisələr barədə İstanbulda olan Amerika missiyasına məlumatlar 

çatdırırdı. 

Sentyabr  ayının  ortalarında  general  Harbord  Sivasda  Mustafa  Kamal  paşa 

ilə  görüşdü. 3-4  saatlıq  danışıqlar  zamanı  Harbordu,  əsasən,  kamalçıların  Qafqaz 

siyasəti  maraqlandırırdı.  Görüş  zamanı  Mustafa  Kamal  paşa  bildirdi:  "Mərkəzi 

İrəvan  olan  Erməni  Cümhuriyyətinə  qarşı  bizim  heç  bir  düşmənçiliyimiz 

yoxdur."

1066


  Lakin  Ermənistan  hökuməti  öz  ərazisində  müsəlmanlara  qarşı 

vəhşiliklər törətməkdən əlavə, digər yerlərdə də erməniləri bu işə təhrik etdiyini və 

hətta  Türkiyənin  hüdudlarına  müdaxilə  etdiyini  Mustafa  Kamal  paşa  Harborda 

bildirdi.  O,  bu  fikirdə  idi  ki,  Ermənistandakı  bədbəxt  müsəlman  əhalisinin  xilas 

edilməsi  xeyli  dərəcədə  Qafqazda  Azərbaycan  hökumətinin  gücləndirilməsindən 

asılıdır.

1067

  Anadoluya  Amerika  mandatı  məsələsinə  gəldikdə  isə  Mustafa  Kamal 



paşa  bu  ideyaya  ehtiyatla  yanaşır  və  Vilsonun  "14  sülh  prinsipinə  ciddi  əməl 

                                                        

1064

 А.М.Топчибашев. Письма из Парижа, с.69 



1065

 Азербайджан, 1918, 19 сентября. 

1066

 H.Baykara. Azerbaycan İstiklal Mücadiləsi Tarihi, s.288 



1067

 Yenə orada. s.290 



316 

 

ediləcəyi  təqdirdə,  yalnız  iqtisadi  kömək  göstərilməsini  məqbul  hesab  edirdi.



1068

 

Görüş  zamanı  general  Harborda  təqdim  edilən  raportda  göstərilirdi  ki,  ermənilər 



Ərzurumda  yalnız  1918-ci  ilin  mart  ayının  11-12-də  üç  min  dinc  türk  əhalisini 

qətlə yetirmişlər.

1069

 Ərzurum valisi Zakir Əfəndi ermənilərin müsəlmanları kütləvi 



şəkildə qırdığı yerləri və toplu məzarlıqları general Harborda göstərmişdi.

1070


 

Harbordun avtomobil karvanı Sivasdan Ərzincana və Ərzuruma yola düşüb, 

köhnə  rus-türk  sərhədləri  boyunca  hərəkət  edərək,  Qarsa  gəldi.  İstanbula 

göndərdiyi  məlumatda  Harbord  köhnə  rus-türk  sərhədi  ilə  gedəndə  türklər 

tərəfindən  böyük  xeyirxahlıq  göstərildiyini  və  bu  yerlərdə  az  miqdarda  erməni 

əhalisi  olduğunu  yazırdı.  О  qeyd  edirdi  ki,  sərhəd  boyunca  tez-tez  ermənilərin 

qovduğu müsəlman köç karvanları ilə qarşılaşır. Minlərlə müsəlman ailəsi olan bu 

qaçqınlar  Harbordu  inandırmağa  çalışırdılar  ki,  "keçmişdə  də,  indi  də  onlar 

ermənilər tərəfindən  öldürülmüşlər." Türkiyənin  erməni  talanlarına  məruz  qalmış 

Şərq  vilayətlərində  gördüyü  dəhşətli  vəziyyət  haqqında  Harbord  sentyabr  ayının 

28-də  Qarsdan  müttəfiqlərin  İstanbulda  olan  nümayəndələrinə  yazırdı  ki, 

Türkiyədən  gedəndə  müşahidə  etdiyimiz  ən  dəhşətli  hadisə  ərazilərin  əhalidən 

təmizlənməsi və bu yerlərin boş qalmasıdır. Missiyanın keçdiyi şəhər və kəndlərin 

böyük  hissəsində  əhali  yox  idi  və  yaşayış  məntəqələri  dağılmışdı.  General 

Harbordun  fikrincə,  Aralıq  və  Qara  dəniz  sahillərində  yerləşən  məlum  şəhərləri 

çıxmaq  şərti  ilə  Türkiyənin  bu  yerlərində  sanki  həyat  yox  idi.  О  yazırdı:  "Sanki 

bütün Osmanlı imperiyası taqətdən düşmüşdür."

1071


 Lakin nə general Harbord, nə 

də  missiyanın  digər  üzvləri  Şərqi  Anadoluda  öz  gözləri ilə  gördükləri  fəlakətləri 

səfərin  yekunları  ilə  bağlı  hazırladıqları  hesabatlarına  daxil  etmədilər.  ABŞ-ın 

Luisvil  universitetinin  professoru  Castin  Makkarti  haqlı  olaraq  yazır  ki,  missiya 

həqiqəti  aşkarlamaqda  maraqlı  deyildi.  О  yazır:  "Missiya  üzvlərinin  sonrakı 

şərhləri göstərir ki, türklərə verilən suallar 1914-cü ildən bəri Şərqi Anadoluda baş 

verənləri aydınlaşdırmağa yönəlməmişdi. Əksinə, bu məqsədlə suallar verilirdi ki, 

Şərqi Anadoluda müstəqil Ermənistan dövlətinin yaradılmasına mane olan amilləri 

müəyyənləşdirsinlər. Missiyanın yekun qərarına münasibətdə J.Makkarti yazırdı ki, 

amerikanlar öz qərarlarını çoxdan vermişdilər, "ekspertlərin rəyi" əvvəlcədən bəlli 

idi,  türklər  birmənalı  olaraq,  günahkar  tərəf  kimi  tanınmalı  idi.  Harbordun  son 

hesabatı ermənilərin ona verdiyi materiallar əsasında hələ missiya yola düşməzdən 

əvvəl  hazır  idi.  Hesabatın  böyük  bir  hissəsi  missiyanın  öyrənmədiyi  məsələlərə 

həsr edilmişdi. Əgər hesabatda təsadüfən ölmüş türkdən söhbət gedirdisə, bu yalnız 

ordu həyatından alınmış faktlara aid idi. Lakin bütün hallarda ermənilərin ölümü 

                                                        

1068

 Justin McCarthy. The Report of Niles and Sutherland an American Investigation of Eastern Anatolia 



after world war I. XI. Türk Tarih konqresi, cilt V, Ankara, 1994, p.1820 

1069


  Enver  Konukçu.  Ermenilerin  Yeşilyayla`dakı  Türk  Soykirimi  (11-12  Mart  1918).  Ankara,  1990, 

s.36 


1070

 Enver Konukçu. Erzurum tarihi. // Erzurum. Ankara, 1986, s.14 

1071

 General C.Harbordun müttəfiqlərin İstanbuldakı Ali Komissarına məktubunun surəti. 28.09.1919. // 



ARPİİSPİHDA, f.276, s. 9, i. 26, v.27 

317 

 

"soyqırım  siyasətinin  nəticəsi"  kimi  qiymətləndirilirdi."



1072

  Bu  niyyət  sensasiya 

özünü kapitan Emori Naylz və Artur Saterlandın məlumatlarının məqsədli şəkildə 

"itirilməsində" və həmin məlumatların Harbordun hesabatına daxil edilməməsində 

daha qabarıq şəkildə göstərirdi. Bu iki Amerika zabitləri ermənilərin əməllərindən 

daha çox ziyan çəkmiş Van və Bitlis vilayətlərinin bütün kəndlərini üç ay ərzində 

at  belində  dolanmışdılar.  Onların  topladığı  materiallar  qətiyyən  Harbordun 

konsepsiyasına  uyğun  gəlmirdi.  Çox  illər  sonra  "itirilmiş"  bu  materialları 

aşkarlayan J.Makkarti yazırdı: "Naylzın nəticələrinin çoxu Harbordun nəticələri ilə 

ziddiyyət  təşkil  edirdi.  Kapitan  Naylzın  məlumatları  amerikan  informatorlarının 

məlumatları içərisindən ən neytralı idi. Birinci dünya müharibəsindən sonra Şərqi 

Anadolunun  bütün  tədqiqatçıları  içərisindən  yalnız  Naylza  və  onun  ortağı  Artur 

Saterlanda  həqiqətə  yaxınlaşmaq  nəsib  olmuşdu.  Onlar  əhali  içərisində  sorğular 

keçirir,  müşahidələr  aparır,  həqiqət  axtarışı  ilə  kəndbəkənd  dolanırdılar.  Tənha 

olaraq,  bu  zabitlər  yerli  adamlardan  soruşurdular  ki,  müharibə  dövründə  onlarla 

bağlı  nə  baş  verib.  Məlumatların  bir  hissəsi  məsələn,  "canlı  tarix"  olan  Qafqaz 

qaçqınlarından  alınmışdı  və  bu  məlumatlar  erməni-türk  müharibələri  ilə  bağlı 

ermənilərin  iddialarını  şübhə  altına  almaq  üçün  yetərli  idi.  Naylz  və  Saterlandın 

topladığı faktlar onunla fərqlənirdi ki, Şərqə ölmüş erməniləri axtarmağa gələnlər, 

hər  yerdə  yalnız  ölmüş  müsəlmanları  tapmışdılar."

1073

  Emori  Naylz  və  Artur 



Saterlandın  sonradan  aşkarlanan  "itirilmiş"  hesabatları  1913-1916-cı  illərdə 

İstanbulda ABŞ-ın səfiri olmuş Henri Morqentaunun uydurma "erməni soyqırımı" 

haqqında  amerikalıları  heyrətə  salan  1918-ci  ildə  Nyu  Yorkda  nəşr  edilmiş 

xatirələrinin yalnız ermənilərin verdiyi məlumatlar əsasında yazıldığından nə qədər 

subyektiv xarakter daşıdığını ortaya qoydu.

1074


 

İrəvan  və  Tiflisdən  sonra  Harbord  başda  olmaqla,  Amerika  missiyası 

oktyabr  ayının  5-də  üç  general  və  15  mütəxəssisin  iştirakı  ilə  Bakıya  gəldi. 

Ermənistan  və  Gürcüstanda  olduğu  kimi,  Azərbaycanda  da  Amerika  missiyası 

onları  maraqlandıran  siyasi,  dövlət  quruluşu,  maliyyə,  ticarət,  sənaye,  səhiyyə, 

əhali,  təbii  sərvətlər,  coğrafiya,  poçt-teleqraf,  hərbi  və  mandatlığa  münasibət 

məsələlərini  öyrənməli  idilər.  H.Z.Tağıyevin  evinə  düşmüş  general  Harbord  baş 

nazir N.Usubbəyov, xarici işlər naziri M.Y.Cəfərov, yollar naziri X.Məlik-Aslanov 

və  digər  rəsmi  şəxslərlə  danışıqlar  aparmışdı.

1075


  Harbord,  onu  maraqlandıran 

                                                        

1072

  Justin  McCarthy.  The  Report  of  Niles  and  Sutherland  on  American  Investigation  of  Eastern 



Anatolia after World War I, p. 1819-1820 

1073


 Ibid, p.1821-1822 

1074


  Henry  Morgenthau.  Ambassador  Morgenthau's  Story.  New  York,  1918.  Bu  əsər  haqqında  əlavə 

məlumat  üçün  bax:  Heath  W.  Lowry.  The  Story  behinde  Ambassador  Morgenthau's  Story.  Istambul, 

1990;  H.Morqentaunun  bu  xatirələri  2009-cu  ildə  rus  dilinə  tərcümə  edilib  "Генри  Моргентау. 

Трагедия  армянского  народа.  История  посла  Моргентау.  М.,  2009,  319  с."  adı  ilə  Moskvada  nəşr 

edilib. 

1075


  L'Azerbaidjan  et  la  mission  americaine.//Bulletin  d'Information  de  L'Azerbaidjan.  Paris,  1920,  1 

Janvier, №6, p.2-3 



318 

 

Azərbaycan  parlamenti  və  hökuməti,  xalq  maarifinin  vəziyyəti,  məhkəmə 



orqanlarının  quruluşu  və  fəaliyyəti,  əyalətlərin  idarəçiliyi  formaları,  seçki  sistemi 

haqqında  ətraflı  məlumat  almışdı.

1076

  Harbord  missiyasına  daxil  olan  polkovnik 



Hill  və  digərləri  Bibi-Heybətdə,  Qara  şəhərdə  və  digər  sənaye  rayonlarında 

olmuşdular.  Rəsmi  hökumət  orqanı  olan  "Azərbaycan"  qəzeti  Amerika  missiyası 

ilə danışıqlar barədə məlumatında qeyd edirdi ki, demokratik respublikanın siyasi 

və iqtisadi vəziyyətindən razı qalan Harbord tezliklə Azərbaycan istiqlaliyyətinin 

Sülh  konfransı  tərəfindən  tanınacağını  söyləmişdi.

1077


  Danışıqlar  zamanı 

C.Harbord  Ermənistanla  Azərbaycan  arasında  olan  ixtilafların  tezliklə  aradan 

qaldırılmasının zəruriliyini bildirmiş, Azərbaycanda mövcud olan qayda-qanundan, 

xüsusilə Azərbaycan əsgərinin intizamından məmnunluğunu ifadə etmiş və bütün 

bunları  Azərbaycanın  müstəqil  həyata  hazır  olmasının  təzahürü  kimi 

qiymətləndirmişdi.  General  ümid  etdiyini  bildirmişdi  ki,  Sülh  konfransı 

Azərbaycan xalqının bütün arzu və istəklərini nəzərə alacaqdır.

1078


 

Harbordun  Bakıya  qısa  müddətli  səfərindən  şəhərin  erməni  əhalisi  və 

onların  milli  təşkilatları  da  öz  mənafelərinə  uyğun  bacarıqla  istifadə  etdilər. 

General Harbordun Tiflisə və Bakıya gedəcəyini nəzərə alaraq, hər iki şəhərdə olan 

erməni  milli  təşkilatlarına  və  erməni  kilsələrinə  Ermənistan  hökuməti  tərəfindən 

tapşırıq  verilmişdi  ki,  ümumerməni  tələbləri  ilə  bağlı  general  Harborda  sənədlər 

təqdim etsinlər. Hələ İstanbulda Harbordla görüşən erməni nümayəndələri sentyabr 

ayının  18-də  Ermənistan  Xarici  İşlər  Nazirliyi  vasitəsi  ilə  Bakıdakı  diplomatik 

nümayəndə T.A.Bekzadyana  çatdırmışdılar  ki,  general  Harbord  müstəqil  və azad 

Ermənistan  yaranacağı  təqdirdə,  digər  yerlərdə  yaşayan  erməni  sənayeçiləri, 

tacirləri,  mühəndis-texniklərinin  öz  kapitalları  ilə  birlikdə  Ermənistana  gedib-

getməyəcəkləri  ilə maraqlanır. T.A.Bekzadyana məsləhət görülürdü  ki,  Harbordu 

inandırsınlar  ki,  "Müstəqil  və  Böyük  Ermənistan"  yaranarsa,  bütün  erməni 

sənayeçiləri,  tacirləri,  bütün  sahədə  çalışan  mütəxəssislər  Ermənistana 

toplanacaqlar.

1079


 Bakıda yaşayan ermənilər bu tövsiyələrə uyğun hərəkət etdilər və 

Bakı erməni əhalisi adından general Harborda müraciət təqdim etdilər. Müraciətdə 

deyilirdi:  "Amerika  xalqının  və  dövlət  xadimlərinin  insanpərvər  siyasəti 

nəticəsində  Ermənistan  dövləti  siyasi  baxımdan  tanınarsa  biz,  Bakı  erməni 

cəmiyyəti  adından  təntənəli  şəkildə  vəd  edirik  ki,  öz  tarixi  vətənimiz  olan 

Ermənistanın tərəqqisi naminə hər şeyi edəcəyik."

1080

 Müraciət elə tərtib edilmişdi 



ki, guya Azərbaycanda hər şey ermənilərə məxsus olmuşdur və ən maraqlısı odur 

                                                        

1076

 Азербайджанская Демократическая Республика. Внешняя политика, с.366-367 



1077

 Азербайджан. 1919, 7 октября. 

1078

 Azərbaycan arxivi, 1988, №1-2, с. 147-148 



1079

  Ermənistan  Xarici  İşlər  Nazirliyinin  Bakıdakı  diplomatik  nümayəndəsi  T.Bekzadyana  məktubu. 

18.09.1919. // ARPİİ SPİHDA, f.276, s.9, i. 26, v.26 

1080


  Bakının  erməni  əhalisinin  nümayəndələrinin  general  Ceyms  Harborda  məktubu.  Oktyabr,  1919.  // 

ARPİİ SPİHDA, f.276, s.9, i. 26, v.29 

 


319 

 

ki,  müraciətdə  bir  dəfə  də  "Azərbaycan"  adı  çəkilmirdi.  Bakı  erməniləri  Orta 



Asiya, Qroznı, Vladiqafqaz və digər yerlərdə yaşayan ermənilərin də öz sərvətləri 

ilə  Ermənistana  yardım  göstərəcəyini  Harborda  bildirirdilər.  Müraciətin  axırında 

deyilirdi: "Siz öz hökumətinizə çatdırın ki, Bakı erməniləri digər xarici dövlətlərdə 

yaşayan ermənilər kimi, vətənlə əlaqəni üzməmişlər, onun dərdləri və sevincləri ilə 

yaşayır, bütün öz gücünü vətənin çiçəklənməsi naminə sərf etməyə hazırdırlar."

1081


 

Bundan  əlavə,  1918-1919-cu  illərdə  cərəyan  edən  hadisələrin  saxtalaşdırılmış 

təsviri  də  Bakı  erməniləri  tərəfindən  Amerika  missiyasına  təqdim  edildi.  Burada 

ermənilərin  Antantanın  "müqəddəs  işi"  uğrunda  vuruşduqlarını  şərh  etməklə 

yanaşı,  guya  Osmanlı  ordusunun  Cənubi  Qafqazdan  çıxarkən,  türk  əsgər  və 

zabitlərinin  yerli  adamlar  kimi  müsəlmanlar  yaşayan  ərazilərdə  qaldığı,  onların 

Türkiyə və Azərbaycan hökumətindən yardım alaraq, Ermənistan hökumətinə qarşı 

mübarizə  apardığı  göstərilirdi.  Qarabağla  bağlı  ermənilər  daha  cəfəng  bir  fikirlə 

amerikalıları  qorxudaraq  yazırdılar  ki,  guya  Azərbaycan  Respublikası  Araz, 

Cənub-Qərbi  Qafqaz  respublikalarını  özünə  birləşdirmək  yolunda  maneə  olan 

Qarabağ və Zəngəzur rayonlarını tutmaqla Türkiyə ilə ittifaqda Aralıq dənizindən - 

Hind  okeanına  qədər  yalnız  müsəlmanlardan  ibarət  dövlət  yaratmaq  istəyir. 

Ermənilərin  fikrincə,  guya  bu,  ona  görə  baş  vermişdir  ki,  müttəfiqlərə  inanaraq, 

Ermənistan hökuməti mübahisəli məsələlərlə bağlı Paris Sülh konfransının qərarını 

gözlədiyi  halda  "Azərbaycan  hökuməti  Sülh  konfransının  göstərişlərinə  məhəl 

qoymayıb,  Türkiyə  ilə  birlikdə  Ermənistan  ərazisində  müsəlmanların  üsyanını 

qaldırmış"  və  tarixi  erməni  "ərazilərini"  tutmuşlar.  Qarabağ  ermənilərinin 

Azərbaycan hökumətinə  tabe  olması  haqqında  qərar  qəbul  etmələrini

1082

  isə  Bakı 



erməniləri  onların  Ermənistan  Respublikası  ilə  əlaqələrinin  kəsilməsi,  hərbi 

sursatdan məhrum olması ilə izah edirdilər.

1083

 Bakıdakı erməni icması Qarabağa, 



Zəngəzura, Naxçıvana və Şərura, Qarsa guya, Ermənistanın tarixi və etnik hüququ 

olduğu barədə Harborda çoxlu sənədlər təqdim etmişdilər.

1084

 

Oktyabr ayının 8-də Ceymis Harbordun missiyası Batumdan Fransaya yola 



düşəcəkdi.  Ona  görə  o,  Bakıdan  birbaşa  Batuma  yola  düşdü.  Azərbaycan  xarici 

işlər  naziri  M.Y.Cəfərov  Batuma  qədər  Harbordu  müşayiət  edərək,  respublika 

xarici  və  daxili  siyasətinin  bir  sıra  zəruri  məsələlərini  ona  aydınlaşdırdı. 

Azərbaycan xarici işlər nazirinin gəlişi şərəfinə amerikalılar Batumda olan "Corc 

Vaşinqton"  gəmisində  ziyafət  verdilər.  Oktyabrın  8-də  isə  Azərbaycan 

konsulluğunda gürcülərlə birlikdə Ceymis Harbordun şərəfinə ziyafət məclisi təşkil 

edildi.  Azərbaycan  və  Gürcüstan  nümayəndələri  ilə  Batum  danışıqlarında 

                                                        

1081

  Bakının  erməni  əhalisinin  nümayəndələrinin  general  Ceyms  Harborda  məktubu.  Oktyabr,  1919.  // 



ARPİİ SPİHDA, f.276, s.9, i. 26, v.38 

1082


 Bax: Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 13 Octobre, №3, p.8  

1083


  1918-1919-cu  illərdə  baş  vermiş  hadisələr  barədə  Bakıdakı  erməni  təşkilatlarının  general 

C.Harborda təqdim etdikləri arayış. Oktyabr, 1919. // ARPİİ SPİHDA, f.276, s.9, i. 26, v.41  

1084

 Yenə orada. c.42-48 



320 

 

amerikalılar  bacarıqlı  və  işgüzar  adamlardan  təşkil  olunmuş  Azərbaycan 



hökumətinin  bir  sıra  maneçiliklərə  baxmayaraq,  çox  iş  görə  bildiklərini  xüsusi 

qeyd etdilər.

1085 

General Harbord xüsusi olaraq göstərdi ki, Azərbaycanın sülhsevər 



xarici siyasəti onda xoş təəssürat yaratmışdır.

1086


 Batumdan yola düşməzdən əvvəl 

general  Harbord  Azərbaycan  hökumətinin  başçısı  N.Usubbəyova  Azərbaycan 

Respublikasına  səfəri  zamanı  aldığı  xoş  təəssürata  görə  təşəkkür  məktubu 

göndərdi. Harbord yazırdı: "Mən və mənim missiyamda olan zabitlər sizin xalq və 

ölkə haqqında  ən  yaxşı  xatirələrimizi  özümüzlə aparırıq  ki,  qonşularınızın  böyük 

dövlətlər arasında sizə qarşı yaratdığı narazılıq sizin tərəqqinizə mane olmasın."

1087

 

Oktyabrın  16-da  Ceymis  Harbordun  başçılıq  etdiyi  Amerika  missiyası 



Parisə gəldi və Birləşmiş Ştatların Versalda olan dövlət katibinin müavini F.Polka, 

az sonra isə ABŞ Dövlət Departamentinə və Senata səfər barəsində məruzə təqdim 

etdi.

1088


  Harbordun  məruzəsinin  qısa  mahiyyəti  ondan  ibarət  idi  ki,  hər  üç 

respublika  Qərb  nöqteyi-nəzərindən  о  qədər  də  yaxşı  vəziyyətdə  deyildir.  Onun 

fikrincə, Qafqazda iqtisadiyyat  və maliyyə  sistemi fəlakətli dərəcədə dağılmışdır. 

О  bildirirdi  ki,  Gürcüstanda  "qırmızı  təhlükə",  bolşevizm  təhlükəsi  güclüdür, 

Azərbaycanda  idarəçilik  üçün  yerli  kadrlar  çatışmır,  Ermənistan  isə  xarabalığı 

xatırladır. Hər üç respublikanın siyasi istiqaməti Harbord tərəfindən belə müəyyən 

edilirdi:  "Gürcüstan  müstəqillik  üzərində  israr  edir,  Ermənistan  yəqin  ki,  Rusiya 

mandatına tərəfdardır,  Azərbaycan  isə  Türkiyəyə  meyl  edir  və  xristianlara  etibar 

etmir,  lakin  onların  təhsil  görmüş  nümayəndələri  xarici  əlaqələrin  inkişaf 

etdirilməsinin  zəruriliyini  başa  düşür.

1089 

Ümumiyyətlə,  mandat  məsələsində 



Harbordun  fikri  belə  idi  ki,  Cənubi  Qafqaz  vahid  bir  mandatlıqda  birləşməlidir. 

Lakin  bu  mandatın  Amerikaya  verilməsi  məsələsində  onun  fikri  müsbət  deyildi. 

Bir hərbi mütəxəssis kimi o, yaxşı başa düşürdü ki, regionda sülhü bərqərar etmək 

üçün iki, yaxud dörd polk deyil, daha böyük, 60 minlik ordu lazımdır.

1090

 1919-cu 



ilin payızında isə Amerika ordusu Avropadan çıxarılmaq üzrə idi. 

General  Harbordun  missiyasının  əsas  vəzifələrindən  biri  olan  Türkiyə 

Ermənistanı  məsələsi  daha  qaranlıq  formada  təqdim  edilirdi.  Hətta  Parisdə  olan 

gürcü  nümayəndəsi  Z.Avalov  yazırdı:  "Hərdən  adama  elə  gəlir  ki,  onu  xüsusi 

məqsədlə  göndəriblər  ki,  Ermənistan  üzərində  Amerika  mandatı  ideyasını 

pozsun."


1091

  General  Harbord  öz  məruzəsində  ABŞ  siyasi  dairələrini 

                                                        

1085


  L'Azerbaidjan  et  la  mission  americaine.//Bulletin  d'Information  de  L'Azerbaidjan.  Paris,  1920,  1 

Janvier, №6, p.2-3 

1086

 ARDA, f.2905, s.l, i. 20, v.4 



1087

 Азербайджан, 1919, 21 октября. 

1088

  Conditions  in  the  Near  East:  Report  of  the  American  military  mission  to  Armenian.  By  the 



U.S.Senate. Senate Documents 266, 66-th Congress, 2-nd session, Washington, 1920. 

1089


 З.Авалов. Независимость Грузии в международной политике, с.230 

1090


 М.И.Найдель, Ю.В.Согомонов. К истории интервенции США в Закавказье. //История СССР, 

1961, №3, с.33 

1091

 З.Авалов. Независимость Грузии в международной политике, с.231. 



321 

 

məlumatlandırırdı  ki,  ermənilər  üçün  nəzərdə  tutulan  ərazilərdə  türklər  hələ 



ermənilər  oradan  çıxarılmazdan  əvvəl  çoxluq  təşkil  edirdilər  və  bütün  erməni 

qaçqınları  ora  yenidən  qayıdacağı  halda  türklər  yenə  çoxluq  təşkil  edəcəklər.

1092

 

Harbord  ermənilərin  yaxşı  keyfiyyətini  sadalamaqla  yanaşı,  əlavə  edirdi  ki, 



"Amerika  missionerləri  türkləri  ermənilərdən  üstün  tuturlar."

1093


  O,  Ermənistana 

Amerika mandatının lehinə 14, əleyhinə isə 13 dəlil gətirirdi. Lakin birinci on dörd 

dəlil  çox  zəif  olduğundan,  ikinci  13  dəlil ilə  çox  asanlıqla Ermənistana  Amerika 

mandatının inkar  edilməsini  sübuta  yetirmək  olurdu.

1094

  General  Harbord  erməni 



məsələsi ilə yaxından tanış olduqdan sonra qəti surətdə bu fikrə gəlmişdi ki, ABŞ 

Ermənistana hər hansı vəkalət verməkdən imtina etməlidir.

1095

 

Parisdə yolüstü dayandığı günlərdə Ə.M.Topçubaşov Harbordla görüşməyə 



cəhd göstərmiş, lakin bu mümkün olmamışdı. Əli Mərdan bəy yazırdı: "Bir həftə 

əvvəl Qafqazdakı Amerika missiyasının başçısı general Harbord Parisdən keçərək, 

Amerikaya gedib. O, burada cəmisi iki gün qaldı. Мən iki dəfə onun yanına kuryer 

göndərdim  ki,  görüşmək  üçün  vaxt  təyin  etsin.  Onun  adyutantı  cavab  verdi  ki, 

general görüşməyə çox şad olacaq və o, özü telefonla görüş vaxtını bizə bildirəcək. 

Təəssüf  ki,  bu  dəfə  də  onu  görmək  bizə  müyəssər  olmadı.  General  Harbordun 

gəlişi  münasibətilə  qəzetlərdə  (le  Temps)  xəbər  verilirdi  ki,  şəxsən  prezident 

Vilsona  Qafqaz  işləri  haqqında  məlumat  aparır.  Həmin  məlumatda  Ermənistan 

üzərində mandata qarşı çıxılır."

1096


 

General  Harbordun  missiyasının  yekunları  barədə  hazırladığı  məruzə  ilə 

tanışlıq belə bir nəticə çıxarmağa əsas verir ki, o, Cənubi Qafqazın və İstanbulun 

bir  mandatlıqda  birləşdirilməsinə  tərəfdar  idi,  lakin  Harbord  bu  mandatın  ABŞ 

tərəfindən  götürülməsinə  etiraz  edirdi.  Harbord  missiyası,  nəinki  ABŞ-ın  Qafqaz 

mandatlığına  olan  marağına  son  qoydu,  eyni  zamanda  Birləşmiş  Ştatların  siyasi 

dairələrində  geniş  yayılmış  ermənipərəstlik  əhvali-ruhiyyəsinə  şübhə  toxumu 

səpdi.  Beləliklə,  sənəd  və  materialların  təhlili  göstərir  ki,  ABŞ-ın  Qafqaz  güclü 

hərbi,  siyasi,  iqtisadi  və  strateji  marağı  olsa  da,  lakin  Birləşmiş  Ştatlar  Cənubi 

Qafqaz  respublikalarını  gözlənilən  Şimal  təhlükəsindən  effektli  müdafiə  etmək 

imkanına  malik  deyildi.  Digər  tərəfdən  Birinci  dünya  müharibəsindən  sonra 

avropalı  müttəfiqləri  Birləşmiş  Ştatları,  nəinki  Qafqaza  buraxmağa  ehtiyat  edir, 

hətta  onun  Yaxın  Şərqə  nüfuz  etməsinə  qısqanclıqla  yanaşırdılar.  Bu  regionda 

möhkəmlənmək üçün Birləşmiş Ştatlar İkinci dünya müharibəsinin başa çatmasını 

gözləməli oldu. 

                                                        

1092

 Mir Yacoub. Le probleme du Caucase, p.126. 



1093

 З.Авалов. Независимость Грузии в международной политике, с.231. 

1094

 Г.Гамбашидзе. Из истории политики США в отношении Грузии, с.44. 



1095

 Mir Yacoub. Le probleme du Caucase, p.126. 

1096

 

Azərbaycan 



Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun  Nazirlər  Şurasının  sədrinə  məktubu.  06-10.11.1919.  //  ARDA,  f.970,  s.1,  i.146, 

v.11. 


 

322 

 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin