Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

 Bütün Avropada 

məşhur  olan  gürcü  sosialistlərinin  və  Azərbaycan  sosialist  partiyalarının 

nümayəndələrindən  Ə.Şeyxülislamovun,  M.Məhərrəmovun  səyi  ilə  bu  böhtanı 

aradan  qaldırmaq  mümkün  oldu.  M.Vardanyanın  müraciəti  ilə  bağlı  məsələnin 

                                                        

878


 A.Mikoyan. Qafqaz məsələsinə dair tezislər. Dekabr, 1919. // RDSSTA, f.5, s.l, i. 1202, v.8  

879


 З.Лвалов. Независимость Грузии в международной политике, с.210 

880


 F. Kazemzadeh. The Struggle of Transcaucasia, p.258 

881


 Ibid, p.258. 

259 

 

müzakirəsində  A.Henderson,  R.Makdonald,  K.Qyusmans, P.Renodel,  J.Longe  və 



digərləri iştirak etdilər.

882


 

Müttəfiqlərin erməni məsələsini həll etməkdə yubandığını görən daşnaklar 

yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etmək qərarına gəldilər. 1919-cu ilin 

may  ayının  28-də  istiqlaliyyətin  elan  edilməsinin  birinci  ildönümü  günü  onlar 

Türkiyənin  yeddi  vilayətinin  Ermənistana  ilhaq  edilməsi  və  vahid  Ermənistan 

dövlətinin yaradılması barədə akt qəbul etdilər.

883

  Bu  elə  bir  vaxt  idi  ki,  Türkiyə 



məğlub dövlət kimi əl-qolunu aça bilmirdi. Mustafa Kamal paşanın mübarizəsi isə 

hələ  genişlənməmişdi  və  ilk  addımlarını  atırdı.  28  may  aktında  göstərilirdi  ki, 

Ermənistan  bütöv  halda  bərpа  edilir,  erməni  xalqına  əbədi  birləşmiş  müstəqil 

Ermənistan dövləti tərəfindən tam azadlıq verilir, onun tərəqqisi üçün hər cür şərait 

yaradılır. Və guya, erməni xalqı bundan sonra öz birləşmiş ölkəsinin tam sahibidir, 

erməni parlamenti isə qanunverici orqan kimi bütün erməni xalqının iradəsini ifadə 

edir.

884


  Qəbul  olunmuş  akt  barədə  İrəvandan  Parisdəki  erməni  nümayəndələrinə 

təcili məlumat göndərildi. Əvvəllər bir çox məsələlərdə ауrı-ayrılıqda hərəkət edən 

erməni nümayəndəlikləri 28 may aktından sonra birgə hərəkət etməyə başladılar.

885


 

Versalda olan gürcü nümayəndə heyətinin üzvü Zurab Avalov  yazırdı ki, Qafqaz 

və  Türkiyə  Ermənistanın  birləşdirilməsi haqqında  akt  qəbul  etməklə,  Ermənistan 

Respublikası  sırf  Qafqaz  siyasətindən  çıxıb,  Türkiyə  məsələsinə  daxil  olmağa 

başladı.

886 


Bunu  Çxeidze  və  Topçubaşovla  söhbətlərində  Ermənistan 

Respublikasının  Paris  Sülh  konfransında  nümayəndə  heyətinin  başçısı 

A.Aqaronyan  da  qeyd  edirdi.  О  bildirirdi:  "Sizin,  ancaq  məhdud  Qafqaz 

mənafeləriniz  var,  bizim  qayğılarımız  isə  bütün  erməni  xalqının,  birləşmiş 

Ermənistanın marağını müdafiə etməkdən ibarətdir."

887


 

1919-cu ilin yayında Azərbaycan ərazisində qanlı cinayətlər törətmiş, ingilis 

komandanlığının  təkidi  ilə  Azərbaycan  ərazisindən  çıxarılmış  Andronik  də 

Fransaya gəlmişdi və iyun ayının 15-də Poqos Nubar paşanın vasitəçiliyi ilə Fransa 

prezidenti  Paymon  Puankare  tərəfindən  qəbul  edilmişdi.  Bu  zaman  Avropa  və 

Amerikada  erməni  və  ermənilərə  xidmət  göstərən  mətbuat  orqanları  Türkiyə  və 

Azərbaycan  ərazilərində  müsəlman  əhalisinə  qarşı  vəhşiliklər  törətmiş  qaniçən 

Androniki  "Erməni  Haribaldisi"  kimi  ictimaiyyətə  və  siyasi  dairələrə  təqdim 

etməyə  cəhd  göstərirdilər.  Qəbul  zamanı  Andronik  müttəfiqlərin  Qarabağ 

məsələsindəki  mövqeyindən  narazı  olduğunu  bilirsə  də  qeyd  etdi  ki,  "ermənilər 

müttəfiqlərə  arxayındırlar."  O,  R.Puankareyə  bildirdi  ki,  erməni  xalqı  dünya 

                                                        

882

 З.Aвалов. Независимость Грузии в международной политике, с.213 



883

 S.Atamian. The Armenian Community, p.214 

884

 İbid, p.215 



885

  Azərbaycan  Respublikasının  Paris  Sülh  konfransındakı  nümayəndə  heyətinin 

başçısı 

Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.l, i.142, v.23 

886

 З.Авалов. Независимость Грузии в международной политике, с.211 



887

  Azərbaycan  Respublikasının  Paris  Sülh  konfransındakı  nümayəndə  heyətinin 

başçısı 

Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.1, i.142, v.23 



260 

 

müharibəsi dövründə həm Türkiyəyə, həm də Almaniyaya qarşı Antanta ilə çiyin-



çiyinə vuruşmuşdur. Qafqazdakı rus ordusunun tərkibində 180 min, Avropada isə 

15  min  erməni  könüllüləri  guya,  müttəfiqlərin  "müqəddəs işi"  uğrunda  mübarizə 

aparmışdır.  Andronik  deyirdi:  "Biz  bunu  ona  görə  etmişik ki,  Fransanın  və  onun 

müttəfiqlərinin  haqq  işini  bərqərar  etmək  uğrunda  böyük  mübarizəsinə  öz 

töhfəmizi  verək."

888


  ABŞ-a  göndərdiyi  teleqramda  isə  o,  Amerikanın  "Erməni 

məsələsinin"  həllinə  müdaxilə  etməsini  tələb  edirdi  və  yazırdı:  "Biz  çox  qədim 

xalqıq. Azadlıq işi naminə millətin sayı nisbətində ermənilər vuruşan ölkələrin hər 

birindən çox itkilər vermişdir... ümid edirik ki, müttəfiqlərə görə verdiyimiz itkilər 

hədər  getməyəcəkdir."

889


  Belə  klassik  demoqogiyaya  qarşı  mübarizə  aparıb, 

azdırılmış  ictimai  fikri  həqiqət  məcrasına  qaytarmaq  üçün  Azərbaycan 

nümayəndələri  çox  əziyyət  çəkməli  olurdu.  Ə.M.Topçubaşov  Bakıya  göndərdiyi 

hesabatda  göstərirdi:  "Erməni  ziyalılarının  Avropanın  mərkəzində  yarım  əsrdən 

çox apardıqları iş, hər yerdə istifadə etdikləri böyük maddi vəsait, bütün cəbhələrdə 

hərəkətetmə  və  adamları  özləri  tərəfə  çəkəbilmə  bacarıqları,  amerikalı  varlı 

həmvətənləri  və  ermənilərin  həyat  tərzi  ilə  bağlı  bütün  bu  faktlar  (bəzi  şeylərin 

üzərində  dayanmıram)  nəticədə,  xüsusilə  də,  son  vaxtlar  ermənilərə  daha  geniş 

rəğbət  oyatmışdır.  Bu  böyük  üstünlüklər  ermənilərin  bizə  məlum  olan  mənfi 

tərəflərini hələ ki, gizlədir".

890

 Ermənilərin təbliğatının təsiri altına düşən Antanta 



rəhbərləri Azərbaycan və gürcü nümayəndələri ilə görüşlər zamanı onlara məsləhət 

görürdülər ki, ermənilərlə sülh şəraitində yaşasınlar. 

Birləşmiş Ermənistan haqqında akt qəbul edildikdən sonra A.Aqaronyan hər 

iki  erməni nümayəndəliyi  adından  Sülh  konfransının  sədrinə  xüsusi  məktubla  və 

yeni  memorandumla  müraciət  etdi.  Məktubda  qeyd  edilirdi  ki,  Rusiya  Brest 

müqaviləsini imzalayıb, Qars və Ərdəhanı Türkiyəyə verməklə münasibətləri xeyli 

kəskinləşdirmiş, Ermənistanı çətin vəziyyətdə qoymuşdur. A.Aqaronyan bildirirdi 

ki,  bu  problemləri  həll  etmək  üçün  ermənilər  konfransda  Polşa,  yaxud 

Çexoslovakiya kimi yeni yaranmış  dövlətlərlə bərabər əsasda iştirak etməyi tələb 

edirlər.


891

  Ermənilərin  yeni  memorandumu  Sülh  konfransının  sədrinə  təqdim 

edilməzdən əvvəl Fransada çıxan "Jurnal de Deba"da çap edilmişdi və bu sənəd ilk 

növbədə Türkiyə və Azərbaycana qarşı yönəlmişdi. Burada  müttəfiqlərə məsləhət 

görülürdü  ki,  türkləri  və  azərbaycanlıları  bütün  erməni  ərazilərini  boşaltmağa 

məcbur  etsinlər.

892

 

Erməni  nümayəndələri  memorandumda  müttəfiqləri 



qıcıqlandırmaq  məqsədi  ilə  göstərirdilər  ki,  Şərqdə  böyük  qələbə  ilə  bağlı 

qaldırılan  hay-küy  çox  çəkmədi.  Panislamizmin  və  pantürkizmin  tərəfdarlarının 

səyi  ilə  düşmən  ünsürlər  baş  qaldırır,  öz  qanlı  fəaliyyətlərini  bərpа  edirlər. 

                                                        

888

 Голос Армения, 1990, 2 декабря. 



889

 Голос Армения. 1990, 2 декабря. 

890

 А.М.Топчибашев. Письма из Парижа, с.65 



891

 F.Kazemzadeh. The Struggle of Transcaucasia, p.260 

892

 F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.261 



261 

 

Memorandumda  demaqoqcasına  qeyd  edilirdi  ki,  türklər  və  azərbaycanlılar 



müttəfiqlərə  rəğbət  bəslədiyi  üçün  erməni  xalqını  bağışlaya  bilmirlər.  Onlar  hər 

zaman  gözlərinin  odunu  aldıqları  ermənilərə  qarşı  quduzcasına  hücum  edirlər. 

Memorandumun  mətnini  fransız  jurnalında  çap  etdirməklə  bütün  Avropaya 

yayırdılar  ki,  "türklər  və  tatarlar  sevinc  hissi  ilə  qeyd  edirlər  ki,  barışıq  sazişi 

erməni  xalqının  həyatında  heç  bir  dəyişikliyə  səbəb  olmadı  və  "Türkiyə 

Еrmənistanı"  öz  əvvəlki  sahibinin  əlində  qalmaqda  davam  edir."

893

 

Memorandumda  Kilikiyada  da  guya,  ermənilərin  qırılması  barədə  müttəfiqlərə 



məlumat  verilirdi.  Təxribatçılıq  xarakteri  daşıyan  bu  memorandumla  bağlı 

Parisdəki  Azərbaycan  nümayəndələri  xüsusi  bəyanatla  çıxış  etdi.  Azərbaycan 

Respublikasının Xarici İşlər Nazirliyi isə Ermənistan hökumətinə qəti etiraz notası 

göndərdi.  Bununla  bağlı  Azərbaycan  Xarici  İşlər  Nazirliyi  hökumətin  tapşırığına 

müvafiq  olaraq,  müttəfiq  komandanlığının  Bakıda  yerləşən  qərargahına, 

Azərbaycanın  Ermənistanda  və  Gürcüstanda  olan  diplomatik  nümayəndələrinə, 

habelə  Ermənistanın  Azərbaycandakı  diplomatik  nümayəndəliyinə  sorğu  ilə 

müraciət etdi. Çünki, Azərbaycan hökumətinin iyun ayının əvvəllərində keçirilən 

iclasında Ermənistanın Versaldakı nümayəndələrinin saxtakarlıq xarakteri daşıyan 

memorandumu  ilə  bağlı  çıxış  edən  Nazirlər  Şurasının  sədri  N.Usubbəyov  xarici 

işlər nazirliyinə tapşırıq vermişdi ki, bu məsələni ətraflı şəkildə öyrənsinlər. İclasın 

qərarının  ikinci  bəndində  xarici  işlər  nazirinə  tapşırılırdı  ki,  Cənubi  Qafqaz 

müsəlmanlarının  həqiqi  vəziyyətini  Avropada  doğru  və  hərtərəfli  işıqlandırmaq 

üçün on milyon manat vəsait ayırmaq haqda parlament qarşısında məruzə ilə çıxış 

etsin.  Qərarın  üçüncü  bəndində  isə  xarici  işlər  nazirliyinə  göstəriş  verilirdi  ki, 

Ermənistanda  yaşayan  müsəlmanların  vəziyyətini  yerlərdə  öyrənib,  Avropa 

ictimaiyyətinə çatdırmaq üçün azərbaycanlılardan, ermənilərdən və avropalılardan 

ibarət  birgə  komissiya  yaratsınlar.

894

  Bu  barədə  Ermənistan  Respublikasındakı 



diplomatik nümayəndə M.Təkinskiyə şifrəli teleqramla iyun ayının 4-də məlumat 

verilirdi.

895

  Ermənistandakı  diplomatik  nümayəndə  M.X.Təkinskiyə  iyun  ayının 



10-da xarici işlər nazirliyi tərəfindən göndərilən şifrəli teleqramda təlimat verilirdi 

ki, İrəvan quberniyasında və Qars vilayətində məxfi şəkildə, dağıdılan müsəlman 

kəndlərinin nümayəndələrinin köməyi ilə müsəlmanların əhali itkisi, mülkiyyətinə 

dəyən  ziyan,  ad  və  soyadı,  yaşı  və  yaşayış  yeri,  cinsi  göstərilməklə  öldürülən 

şəxslər, əsir götürülmüş adamlar haqqında statistik məlumatlar toplayıb xarici işlər 

nazirliyinə göndərsin."

896

  Verilmiş  təlimata  uyğun  olaraq,  M.Təkinskinin  yardımı 



                                                        

893


 İbid, p.261. 

894


  İrəvan  quberniyasında  müsəlman  əhalisinə  qarşı  törədilən  zorakılıq  hallarını  araşdırmaq  üçün 

beynəlxalq  istintaq  komissiyası  yaradılması  haqqında  Xarici  İşlər  Nazirliyinin  əmri.  07.06.1919. 

//ARDA , f.970, s.2, i.157, v.4-5 

895


  Xarici  İşlər  Nazirliyinin  müavini  A.Ziyadxanovun  Azərbaycanın  Ermənistanda  diplomatik 

nümayəndəsi M.X.Təkinskiyə direktivi. 04.06.1919. //ARDA, f.979, s.l, i.65, v.38 

896

 Xarici İşlər Nazirliyinin Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi M.X.Təkinskiyə təcili 



diplomatik təlimat 04.06.1919. //ARDA , f.970, s.l, i.65, v.49 

262 

 

ilə  İrəvan  müsəlman  Milli  Şurası  təcili  şəkildə  İrəvan  quberniyasında  yaşayan 



azərbaycanlıların  dözülməz  vəziyyəti  haqqında  Avropa  və  Amerikanın  böyük 

dövlətləri üçün məlumat hazırlayıb, Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdi. 

Xarici işlər nazirliyi isə həmin məlumatı Versalda olan Azərbaycan nümayəndələri 

vasitəsilə  Avropa  və  Amerika  dövlətlərinin  Parisdə  olan  nümayəndələrinə 

çatdırdılar.  Məlumatda  qeyd  edilirdi  ki,  mübahisəli  əraziləri  nəzərə  almadan 

azərbaycanlılar  Ermənistan  əhalisinin  yarısını  təşkil  edir.  Lakin  bu  əhalinin  ən 

elementar insani hüquqları yoxdur. Orada deyilirdi: "Erməni silahlı quldur dəstələri 

şəhərlərdə,  qəzalarda  və  kəndlərdə,  hətta  Ermənistan  Respublikasının  paytaxtı 

İrəvan  şəhərində  ac  qurdlar  kimi  müsəlmanlara  hücum  edir,  hər  axşam  üç,  dörd 

müsəlman evi dağıdılır və talan edilir, sakinləri öldürürlər".

897

 Azərbaycan Xarici 



İşlər  Nazirliyi  göstərirdi  ki,  mövcud  olmayan  erməni  qırğını  haqqında  bütün 

Avropa  və  Amerikanın  məlumatı  var,  lakin  onlar  bilmirlər  ki,  İrəvan 

quberniyasının  yalnız  cənub  hissəsində  yüzlərlə  müsəlman  kəndi  dağıdılıb, 

Azərbaycana  qovulmuş  150000  müsəlman  qaçqın  evsiz  və  yeməksiz  qalmışdır. 

Bütün bunları ermənilərin törətdiyini Avropa və Amerika bilməlidir.

898


 Ermənilər 

tərəfindən  boşaldılmış  müsəlman  kəndlərinin  siyahısı  məlumata  əlavə  edilmişdi. 

Məlumatın  axırında  deyilirdi:  "Əgər  bu  vəziyyət  davam  etsə,  Ermənistanda 

yaşayan  müsəlmanların  məhvə  məhkum  olması  gün  kimi  aydındır.  Ona  görə 

Ermənistanda  yaşayan  bütün  müsəlmanlar  həqiqət,  ədalət  və  insaniyyət  naminə 

Sizə,  Böyük  dövlətlərə  müraciət  edib,  Ermənistanda  yaşayan  müsəlmanların 

vəziyyətini  nəzərə  almağı,  onların  hüquqlarının  müdafiəsinə  qalxmağı  və  onlara 

yardım əli uzatmağı xahiş edir."

899

 Bu cinayətlər о qədər еуbəcər xarakter almışdır 



ki, hətta ermənilərin içərisində müəyyən dairələr bu faciəli hadisələrə etiraz etməli 

olmuşdu.  Ermənistan  parlamentinin  eser  fraksiyası  Daxili  İşlər  Nazirliyinə 

ünvanladığı sorğuda soruşurdu: "Cənab nazirə məlumdur ki, son üç həftə ərzində 

İrəvan,  Eçmiədzin  və  Sürməli  qəzalarının  bir  sıra  tatar  (azərbaycanlı  -  C.H.) 

kəndləri...qarət  və  qətllərə məruz  qalaraq,  tatar  (azərbaycanlı  -  C.H.)  əhalisindən 

"təmizlənir".  Yerli hakimiyyət,  nəinki  buna  maneçilik  törətmir,  əksinə, hətta  özü 

baş verən qarət və talanlarda iştirak edir... Əgər bütün bunlar daxili işlər nazirinə 

məlumdursa,  bu  zorakılıq  və  azğınlığın  qarşısını  almaq  üçün  hansı  tədbirləri 

görür".

900


  Parisdəki  erməni  nümayəndələri  Qarabağda  özlərinin  törətdiyi 

cinayətləri  azərbaycanlıların  ayağına  yazır  və  bununla  müttəfiq  ölkələrinin 

nümayəndələri  qarşısında  Azərbaycan  Respublikasını  və  onun  Versaldakı 

                                                        

897

  Avropa  və  Amerikanın  böyük  dövlətlərinin  nəzər  və  diqqətinə  çatdırılan  İrəvan  quberniyasının 



dağıdılmış müsəlman kəndlərinin siyahısı. 1919. //ARDA, f.970, s.1, i.144, v.66 

898


  Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyi  yanında  xüsusi  təşviqat  şöbəsinin  yaradılması 

haqqında 04.06.1919. //ARDA, f.970, s.l, i.216, v.l 

899

  Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyi  yanında  xüsusi  təşviqat  şöbəsinin  yaradılması 



haqqında 04.06.1919. //ARDA, f.970, s.1, i-144, v.66 

900


 İnformasya şöbəsinin Azərbaycan Respublikası xarici işlər nazirinə məlumatı. 22.04.1919. //ARDA, 

f.970, s.1, i.184, v.16-17 



263 

 

nümayəndələrini  nüfuzdan  salmağa  çalışırdılar.



901

  1919-20-ci  illərdə  Qafqazda 

münaqişə  zonasında  olmuş  ingilis  jurnalisti  Skotland  Liddel haqlı  olaraq  yazırdı: 

"Ermənistan  əbədi  olaraq  münaqişə  axtarır,  nə  vaxt  ki,  ona  nail  oldu,  onu  öz 

təbliğatlarında "təzyiq aləti" adlandırır və doğrudan da, bu əməlli-başlı cəza alətinə 

çevrilir. Ermənistanın bədbəxtçiliyi ondadır ki, daşnaklar orda hakimiyyətdədirlər. 

Bu  terrorist  inqilabçı  təşkilat  çox  illərdir  ki,  məqsədli  şəkildə  erməniləri 

müsəlmanlar  üzərinə  hücuma  təhrik  edir.  Müsəlmanlara  əhəmiyyətli  dərəcədə 

ziyan  vuraraq,  onlar  bütün  aləmə  car  çəkib,  "əzabkeş  ermənilərə"  dünyanın 

rəğbətini  qazandırmaq  istəyirlər.  Daşnaklar  üçün  ölmüş  erməni  çox  qiymətlidir. 

Əgər ondan lazım olduğu kimi istifadə etmək mümkün olsa, onda о təbliğat işinə 

çoxlu  fayda  gətirə  bilər."

902

  1919-cu  ilin  iyun  ayında  Qarabağda  törədilmiş 



təxribatdan  Ermənistan  hökuməti  Qarabağın  general-qubernatoru  Xosrov  bəy 

Sultanovu  ləkələmək,  Parisdəki  nümayəndələri  isə  guya,  müttəfiqlər  tərəfindən 

müdafiə  edilməyən  ermənilərin  azərbaycanlılar  tərəfindən  öldürüldüyünü  və 

qovulduğunu  sübut  etmək  məqsədi  ilə  təbliğat  kampaniyasından  geniş  istifadə 

edirdilər. Bu məsələyə qısaca toxunub qeyd etmək lazımdır ki, iyun ayının 4-5-də 

Qarabağda  baş  vermiş  hadisələr  bilavasitə  erməni  milli  şurasının  planı  əsasında 

törədilmişdi. Bu şuranın Qarabağda erməni və müsəlman icmaları arasında sabitliyi 

pozmağa yönəlmiş fəaliyyətini öyrəndikdən sonra ingilis komandanlığı hələ aprel 

ayında  onun  üzvlərinin  Qarabağın  hüdudlarından  uzaqlaşdırılmasına  vəd 

vermişdilər. İyun ayının əvvəllərində məlum oldu ki, Erməni Milli Şurası Şuşanın 

erməni  hissəsinə  gizli  şəkildə  silah  gətirir.  Bu  Zəngəzur  yaylağına  qalxan 

Azərbaycan əhalisinin qarşısını almaq üçün idi. Belə olduqda Xosrov bəy Sultanov 

köç  gedən  yollarda  təhlükəsizliyi  təmin  etmək  məqsədilə  Azərbaycan  ordusunun 

əsgərlərini  təhlükəli  yerlərə  göndərdi  və  eyni  zamanda  erməni  Milli  Şurasının 

üzvlərinin həbs edilib Qarabağdan çıxarılması haqqında göstəriş verdi. Buna cavab 

olaraq silahlanmış ermənilər iyun ayının 4-də Azərbaycan əsgərlərinə atəş açdılar 

və  üç  əsgər  öldürüldü.  Belə  hərəkətlərdən  sonra  o,  Şuşada  və  ətraf  kəndlərdə 

qayda-qanun  yaratmaq  üçün  fəaliyyətə  başladı  və  ilk  addım  kimi  erməni  milli 

şurasının  üzvlərinin  Azərbaycanın  hüdudlarından  çıxarılmasına  nail  oldu.  İngilis 

komandanlığının nümayəndələri Azərbaycan çinovniklərinin müşayiəti ilə erməni 

milli  şurasının  üzvlərini  Şuşadan  çıxardılar.

903 


Atışmalar  zamanı  hər  iki  tərəfdən 

ölənlər oldu. İyunun 6-da Şuşada sülh əldə edildi. Baş vermiş hadisə ilə bağlı Şuşa 

erməniləri  X.Sultanova  üzrxahlıq məktubu  yazaraq  bildirirdilər  ki,  "çox  hörmətli 

Xosrov  bəy,  icazə  verin  Sizin  şəxsinizdə  Şuşa  şəhərinin  müsəlman  camaatından 

                                                        

901


  Ermənilərin  Qarabağda  törətdikləri  pozuculuq  əməlləri  barədə  ətraflı  məlumat  üçün  bax:  Tofiq 

Köçərli.  Qarabağ:  yalan  və  həqiqət.  Bakı,  1998;  Yenə  onun.  Yaddan  çıxmaz  Qarabağ.  Nəqşi-cahan 

Naxçıvan. Bakı, 1998; Yenə onun. Qarabağ. Bakı, 2002; Yenə onun. Məqalələr. Bakı, 2004 

902


  Skotland-Liddel.  Müsəlmanlarla  müharibə.  Ermənilər  yenidən  hücuma  keçirlər.  30.01.1920. 

//ARDA, f.894, s.10, i.81, v.9-10 

903

 Азербайджан, 1919, 18 июня. 



264 

 

dünən törədilmiş hadisə ilə bağlı üzr istəyək. Biz adını erməni qoymuş xuliqanların 



Sizin əsgərlərə qarşı törətdiyi zorakılıq faktından çox həyəcanlanmışıq və bu, haqlı 

olaraq Sizin ordunun və zabitlərin həyəcanına səbəb olmuşdur."

904

 İyun hadisəsini 



yerli  ermənilər  belə  qiymətləndirdiyi  halda,  Ermənistan  hökuməti,  Versaldakı 

erməni nümayəndələri tamamilə ayrı fikirdə idilər. Ermənistan hökuməti, bununla 

bağlı  Аzərbaycan  hökumətinə  göndərdiyi  notada  X.Sultanovun  və  Azərbaycan 

ordusunun  Qarabağdan  çıxarılmasını  tələb  edirdi.  Lakin  bu  tələb  Аzərbaycan 

Xarici  İşlər  Nazirliyinin  Ermənistandakı  diplomatik  nümayəndəsi  M.Təkinski 

vasitəsi  ilə  İrəvan  hökumətinə  verdiyi  cavabda  rədd  edilirdi.  İyun  ayının  18-də 

göndərilmiş  teleqramda  göstərilirdi:  "Ermənistan  hökumətinə  xəbər  verin  ki, 

Azərbaycan  hökumətinin  15  yanvar  1919-cu  il  qərarı  ilə  Sultanov  Azərbaycanın 

ayrılmaz hissəsi olan Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarına Azərbaycan 

Respublikası  tərəfindən  general-qubernator  təyin  edilmişdir. 

Müttəfiq 

komandanlığı aprel ayının 3-də rəsmi şəkildə bu adamı tanımışlar. Bu səbəbə görə 

Ermənistan  hökumətinin  Sultanovun  fəaliyyəti,  yaxud  Qarabağda  Аzərbaycan 

ordusunun  olması  barədə  bütün  etirazları  Azərbaycan  Respublikasının  daxili 

işlərinə qarışmaq cəhdi olduğu üçün müzakirə obyekti ola bilməz. Şuşa rayonunda 

qarmaqarışıqlığa  gəldikdə  isə,  general-qubernator  tərəfindən  qəbul  edilən  ciddi 

qərarlar nəticəsində qayda bərpa edilir və həyat normal məcraya daxil olur.

905


 

Şuşada  törədilmiş  hadisə  ilə  bağlı  Ermənistan  hökumətinin  X.Sultanova 

qarşı qaldırdığı təbliğat kampaniyasının əsassız olduğunu sübut etmək üçün, onun 

fəaliyyətini  yoxlayan  Parlament  komissiyası  yaradıldı  və  məlum  oldu  ki, 

X.Sultanov  baş  vermiş  hadisədə  günahkar  deyildir,  ermənilər  onu  ingilis 

komandanlığının  gözündən  salmaq  üçün  bu  təxribatı  törətmişlər.

906

  Azərbaycan 



hökuməti bu fikirdə idi ki, ümumiyyətlə, erməni-azərbaycanlı münaqişəsini təhqiq 

etmək  üçün  beynəlxalq  istintaq  komissiyası  təsis  edilməlidir.  Bu  məsələ  Parisdə 

olan  Azərbaycan  nümayəndələri  tərəfindən  də  qaldırılmışdı.  Həmin  məqsədlə 

Azərbaycan hökuməti Ermənistan hökumətinə müraciət etdi. Əvvəllər, beynəlxalq 

istintaq  komissiyasının  yaradılmasına  ermənilər  razılıq  versələr  də,  sonralar 

müxtəlif  bəhanələrlə  bu  işi  pozdular.

907

  Lakin  1919-cu  ilin  yayında  Аzərbaycan 



hökumətinin  qəti  mövqeyi  və  məqsədyönlü  siyasəti  nəticəsində  respublikanın 

Qarabağda suveren hüquqları bərpа edildi. Parisdə olan nümayəndələrə göndərilən 

məlumatda qeyd  edilirdi: "Qarabağ  məsələsi adlandırılan məsələ qəti şəkildə həll 

edildi...7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Аzərbaycan 

                                                        

904


 Şuşa hadisələrinə dair. 17.06.1919. //ARDA, f.970, s.l, i.65, v.71 

905


 Xarici İşlər Nazirliyinin Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi M.X.Təkinskiyə təcili 

diplomatik təlimat. 18.06.1919. //ARDA, f.970, s.l, i.65, v.76 

906

  Azərbaycan  Rcspublikası  Nazirlər  Şurasının  sədrinin  Ə.M.Topçubaşova  teleqramı.  Avqust, 



1919.//ARDA, f.2905, s.l, i.13, v.57 

907


  1918-20-ci  illər  Azərbaycan  -  Ermənistan  münasibətləri  və  bu  respublikalar  arasında  olan 

ziddiyyətlər  haqqında  ətraflı  məlumat  üçün  bax:  İ.Musayev.  Azərbaycanın  Naxçıvan  və  Zəngəzur 

bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər) Bakı, 1996 


265 

 

hökumətinin  hakimiyyətini  tanımaq  barədə  general-qubernator  Xosrov  bəy 



Sultanovla  saziş  bağladılar."

908


  Ümumiyyətlə,  Qarabağın  dağlıq  hissəsində, 

Zəngəzurda  və  ermənilərin  planlarına  daxil  olan  digər  yerlərdə  Azərbaycan 

Respublikasının  suveren  hüquqlarının  bərра  edilməsində  Qarabağ  general-

qubernatoru  Xosrov  bəy  Sultanovun  böyük  xidmətləri  olmuşdu.  Məhz,  təsadüfi 

deyildi  ki,  ermənilər  onun  əleyhinə  təkcə  Cənubi  Qafqazda  deyil,  Avropa  və 

Amerikada  güclü  təbliğat  aparırdılar.  Elə  bu  vaxt  Muğanda  və  Lənkəranda  milli 

hökumətə qarşı təşkil edilmiş molokan qiyamı da ləğv edildi. Hər iki hadisə barədə 

Аzərbaycan  xarici  işlər  naziri  Parisə,  Ə.M.Topçubaşova  teleqram  göndərdi. 

Konfransın  sədrinə  Əli  Mərdan  bəyin  təqdim  etdiyi  məlumatda  göstərilirdi  ki, 

"Lənkəran  şəhəri  və  Lənkəran  qəzası  bolşeviklərdən  təmizlənib,  qeyd  edilən 

ərazidə  Azərbaycan  hökumətinin  hakimiyyəti  bərpа  edilmişdir  və  Qarabağın 

erməni əhalisinin nümayəndələri bu əhalinin Azərbaycan hökumətinə tabe olması 

haqqında qətnamə qəbul etmişlər."

909


 

Cənubi  Qafqaza  aid  məsələlərdə  Versaldakı  erməni  nümayəndələrinin 

təkəbbürlü  mövqe  tutmasına  baxmayaraq,  Azərbaycan  və

 

Gürcüstan 



nümayəndələri onlarla münasibətləri kəsmək yolu ilə deyil, birlikdə hərəkət etmək, 

birgə  müdafiə  olunmaq  yolunu  münasib  bilirdilər.  Əslində  hər  üç  Qafqaz 

respublikasının  müstəqilliyinin  tanınması,  onların  gələcək  müstəqil  dövlət  kimi 

yaşaması,  bütövlükdə  bu  respublikaların  əməkdaşlığından  asılı  idi.  Lakin 

erməniləri  Qafqaz  əməkdaşlığına  cəlb  etmək  olduqca  çətin  idi.  Hələ iyun  ayında 

Dağlılar  Respublikasının  süqutundan  sonra  Azərbaycan  nümayəndələri  belə  bir 

təşəbbüs qaldırdı ki, Qafqaza xüsusi komissiya göndərilməsi üçün konfransa ərizə 

ilə  müraciət  edilsin.  Bu  məsələləri  müzakirə  etmək  üçün  Hacınski  və  Mehdiyev 

(Azərbaycan),  Avalov  və  Qvarçaladze  (Gürcüstan),  Bammatov  və  Xazarakovdan 

(Dağlı Respublikası) ibarət müştərək komissiya yaradıldı. Müzakirəyə ermənilər də 

dəvət edilmişdilər, lakin onlar bu komissiyada iştirak etməkdən qəti surətdə imtina 

etdilər. 

İyul ayının axırlarında Ə.M.Topçubaşov gürcü, erməni və dağlı nümayəndə 

heyətlərinin  başçılarına  məktub  göndərərək,  Versal  Sülh  konfransının  tərkibində 

Qafqaz  işləri  üzrə  xüsusi  komissiyanın  yaradılması  üçün  konfransa  müraciət 

etməyin  vaxtı  çatdığını  bildirdi.  Çünki  konfrans  Pribaltika  ilə  bağlı  belə  bir 

komissiyanı  artıq  yaratmışdı.  Ona  görə  də,  Topçubaşov  bu  məsələni  müzakirə 

etmək üçün nümayəndə heyətlərinin başçılarını avqust ayının 4-də öz yanına dəvət 

etdi. Ermənistan Respublikası nümayəndə heyətinin başçısı A.Aqaronyandan başqa 

bütün  sədrlər  müzakirəyə  gəldilər,  о  isə  öz  yerinə  doktor  Ohancanovu 

                                                        

908


  Аzərbaycan  Respublikası  Nazirlər  Şurası  sədrinin  Paris  Sülh  konfransındakı  nümayəndə  heyətinin 

başçısı Ə.M.Topçubaşova teleqramı. Avqust, 1919.//ARDA. f.2905, s.l, i.20, v.3 

909

  Paris  Sülh  konfransında  Azərbaycan  nümayəndə  heyətinin  başçısı  Ə.M.Topçubaşovun  Sülh 



konfransının sədrinə məktubu. 09.09.1919. //ARDA, f.920, s.l, i.142, v.77 

266 

 

göndərmişdi.



910 

Ohancanov müşavirəyə əslində müşahidəçi kimi gəlmişdi, çünki о 

müzakirə  edilən  məsələyə  öz  nümayəndə  heyətinin  fikrini  bildirmək  vəkaləti 

almamışdı.  Müşavirə  nəticəsində  həm  gürcülər,  həm  də  dağlılar  Topçubaşovun 

təklifinə  tərəfdar  çıxdılar,  belə  olduqda  ermənilərə  öz  fikirlərini  bildirmək  üçün 

vaxt  verildi.  Avqustun  13-də  Çxeidze,  Topçubaşov  və  Çermoyev  bu  məsələyə 

ermənilərin  münasibətini  aydınlaşdırmaq  üçün  onların  nümayəndələri  olan 

Aqaronyan,  Papacanov,  Kaçaznuni  ilə  birlikdə  müşavirə  keçirdilər.  Müşavirədə 

Qafqaz  işləri  üzrə  xüsusi  komissiya  yaradılması  barədə  konfransa  birgə müraciət 

etmək  üçün  erməni  nümayəndələri  öz  mənafelərinə  uyğun  olan  üç  məsələnin 

aydınlaşdırılmasının  zəruriliyini  bildirdilər:  "1.Birləşmiş  Ermənistana  -  yəni, 

Qafqaz  və  Türkiyə  Ermənistanına  sizin  (Azərbaycan,  Gürcüstan  və  Dağlılar 

Respublikasının  nümayəndələrinin  -  C.H.)  münasibətiniz  necədir;  2.  Siz  etiraf 

edirsinizmi  ki,  bütün  sərhəd  və  ərazi  xarakterli  məsələlər  qəti  surətdə,  yalnız, 

burada  Parisdə,  Sülh  konfransında  həll  edilməlidir;  3.İngilis  qoşunlarının 

Qafqazdan  çıxarılmaması  barədə  konfransa  təcili  müraciət  etməyi  vacib 

sayırsınızmı?"

911 


Danışıqlar zamanı Kaçaznuni elan etdi ki, "bunlar bizim üçün çox 

vacib  məsələlərdir  və  nə  qədər  ki,  sizinlə  razılığa  gəlməmişik,  komissiya  barədə 

konfransa  birgə  müraciət  qərarını  qəbul  etmək  bizim  üçün  çox  çətindir.  Bir  də 

dəqiq  müəyyənləşdirmək  lazımdır  ki,  bu  komissiya  nə  iş  görəcək,  yəni,  hansı 

məsələləri  müzakirə  edəcək.  Əgər  biz  bu  məsələlər  barəsində  razılığa  gəlməsək, 

nəinki, sizinlə konfransa birgə müraciət imzalaya bilmərik, əksinə, çalışacağıq ki, 

belə komissiya  yaranmasın." Erməni nümayəndə heyətinin digər üzvü Papacanov 

"Böyük Ermənistan" xülyasına uyaraq deyirdi: "Biz tək deyilik, bütün varlığımızla 

türkiyəli  həmvətənlərimizlə  bağlıyıq.  Bizim  üçün  bilmək  vacibdir  ki,  siz  bizim 

birləşməyimizə  necə  baxırsınız?  Biz  müstəqil  Azərbaycanın  və  müstəqil 

Gürcüstanın mövcud  olduğunu etiraf edirik. Siz necə, etiraf  edirsinizmi ki, vahid 

Ermənistan var: bizim üçün və türkiyəli həmvətənlərimiz üçün mənəvi cəhətdən bu 

çox vacibdir."

912


 Azərbaycan nümayəndə heyətinin üzvü M.Mehdiyev ermənilərin 

iddiaları  ilə  bağlı  yazırdı:  "Ermənistan  rəhbərliyi...  erməni  məsələsini  Qafqazdan 

kənarda,  qüdrətli  və  qalib  ölkələrin  köməyilə  həll  edəcəyinə  ümid  bəsləyirdi,... 

arzu  edirdi  ki,  Ermənistan  ərazisini  Gürcüstan  və  Azərbaycanın  ərazisi  hesabına 

xeyli  genişləndirsin.  Ermənistan  ərazisini  bir  dənizdən  о  biri  dənizə  qədər 

genişləndirmək  xəyalına  düşən  erməni  siyasi  xadimləri  öz  vətəninin  taleyini 

Qafqaz respublikalarının taleyi ilə heç cür bağlamaq istəmirdilər... Sadəcə olaraq, 

erməni millətçiləri və dövlət başçıları mövcud Ermənistan ərazisini it ilində onlara 

                                                        

910


 А.М.Топчибашев. Письма из Парижа, с.66. 

911


  Paris  Sülh  konfransındakı  Azərbaycan  və  Gürcüstan  nümayəndələrinin  birgə  iclasının  protokolu. 

14.08.1919. //ARDA, f.970, s.1, i.142, v.221 

912

 А.М.Топчибашев. Письма из Парижа, с.66 



267 

 

məxsus  olmuş  tarixi  ərazi  səviyyəsinə  çatdırmaq  kimi  gülünc  və  xam  bir  xəyala 



düşdülər."

913


 

Ermənilər  tərəfindən  irəli  sürülmüş  sualların  yalnız  üçüncüsü,  yəni  ingilis 

qoşunlarının  Qafqazda  qalması  ilə  Çxeidze  və  Topçubaşov  razı  olduqlarını 

bildirdilər,  qalan  məsələlərlə  bağlı  nümayəndə  heyətlərinin  üzvləri  ilə 

məsləhətləşmələr keçiriləcəyi qeyd edildi. Ermənilərin qaldırdığı məsələləri ətraflı 

müzakirə  etmək  üçün  avqust  ayının  14-də  Ə.M.Topçubaşovun  sədrliyi  ilə 

Azərbaycan  və  Gürcüstan  nümayəndələrinin  birgə  iclası  keçirildi.  İclasda 

Azərbaycan nümayəndə heyətinin bütün üzvləri, gürcülərdən isə Çxeidze, Qobeçia, 

Avalov  və  Qvarçeladze  iştirak  edirdilər.  Ə.M.Topçubaşov  ermənilərin  təkliflərini 

müzakirəyə  verdikdən sonra birinci olaraq, Çxeidze və Qvarçeladze çıxış etdilər. 

Onlar  qeyd  etdilər  ki,  Ermənistanın  nümayəndələri  Qafqaz  komissiyası 

məsələsində  əməkdaşlıq  etməkdən  öz  məqsədləri  üçün  istifadə  etmək  istəyirlər. 

Onlar  Birləşmiş  Ermənistan  ideyasını  uzun  və  geniş  təbliğat  vasitəsi  ilə  Avropa 

ictimaiyyətinin  beyninə  yeridə  biliblər.  Qvarçeladze  deyirdi:  "Əlbəttə,  biz  gürcü 

nümayəndəliyi,  bir  demokrat  kimi  heç  vaxt  razı  ola  bilmərik  ki,  ermənilərin 

tamamilə  azlıqda  olduğu altı  vilayətdə  onlar  çoxluqda  olan  digər  xalqın  üzərində 

ağalıq  etsinlər,  bu  baxımdan  Türkiyə  Ermənistanı  ilə  süni  şəkildə  birləşdirilmiş 

Ermənistanın  müstəqilliyinin  tanınması  qeyri-mümkündür."

914

  Qvarçeladze  təklif 



edirdi  ki,  biz  о  Ermənistan  Respublikasının  müstəqilliyini  tanımalıyıq  ki,  orada 

"millətlərin  öz  müqəddəratını  təyin  etməsi  demokratik  prinsiplərlə,  qonşuların 

mənafeyi ilə ziddiyyət təşkil etmir. İclasda çıxış edənlər göstərirdilər ki, "Türkiyə 

Ermənistanı"  məsələsi  beynəlxalq  məsələdir  və  Sülh  konfransı  bilavasitə  özü  bu 

məsələni  həll  etməlidir.  Çıxış  edənlərin  fikrincə,  Qafqaz  respublikalarının  Sülh 

konfransının  səlahiyyətinə  daxil  olan  məsələyə  müdaxilə  etməsi  zərərli  nəticələr 

verə  bilərdi.  Hətta  Çxeidze  qeyd  edirdi  ki,  "Birləşmiş  Ermənistana"  görə  biz 

kiminləsə münasibətlərimizi qurban verə bilmərik, onda ki, qalıb Türkiyə ilə ola. О 

ki  qaldı,  ermənilərin  təklif  etdiyi  digər  məsələlərə,  biz  də  öz  əks  təkliflərimizi 

qoymalıyıq, "məsələn, Denikinə münasibət  məsələsini." Müzakirələrdə çıxış edən 

C.Hacıbəyov  təklif etdi ki, bütün nöqteyi-nəzərlərdən, istər ədalət baxımından və 

istərsə  də  azad  şəkildə  təyini  müqəddərat  baxımından  "Birləşmiş  Ermənistanı" 

tanımaq  haqqında  ermənilərin  təklifi  rədd  edilməlidir.  Gürcü  nümayəndəsi 

Z.Avalov  da  bu  təklifə  tərəfdar  çıxaraq  deyirdi  ki,  biz  öz  məsələmizi  "Türkiyə 

Ermənistanı" məsələsi ilə qarışdırmamalıyıq, əks təqdirdə "bizim məsələmizi həll 

etməli  olan  komissiya,  Türkiyə  Ermənistanı  məsələsi  ilə  məşğul  olacaqdır.  Ola 

bilsin bir tərəfdən bizim təsirimiz bu məsələnin həllinə səbəb olacaq, digər tərəfdən 

bizim məsələmiz rus  məsələsindən ayrılıb,  Ön  Asiya  məsələsi  ilə  bir  sıraya  daxil 

ediləcəkdir."  M.Məhərrəmovun  fikrincə,  "indi  Birləşmiş  Ermənistan  haqqında 

                                                        

913

 Mir-Yacoub. Le probleme du Caucase, p.132 



914

  Paris  Sülh  konfransındakı  Azərbaycan  və  Gürcüstan  nümayəndələrinin  birgə  iclasının  protokolu. 

14.08.1919. //ARDA, f.970, s.1, i.142, v.219 


268 

 

danışmaq hər halda tez idi. O, qeyd edirdi ki, Türkiyə Ermənistanı məsələsi varsa 



və əgər nə vaxtsa bu məsələ həll edilərsə onda, Qafqaz Ermənistanı özünün indiki 

qərarına  baxa  bilər."

915

 

İclasda  çıxış  edən  gürcü  və  azərbaycanlı 



nümayəndələrindən  heç  biri  "Birləşmiş  Ermənistan"  adlı  mücərrəd  dövlətin 

müstəqilliyinin tanınmasına tərəfdar olmadı. Onlar yalnız Qafqazda mövcud  olan 

status-kvonun  qorunub  saxlanmasının  mümkünlüyünü  qeyd  etdilər  və  bunun 

ermənilərə də aid olduğunu bildirdilər. 

Ərazi məsələləri ilə bağlı mübahisələrin Paris Sülh konfransı tərəfindən həll 

edilməsi ilə bağlı eımənilərin ikinci təklifi də iclasda ciddi müzakirəyə səbəb oldu. 

Bu  məsələdə  Azərbaycan  nümayəndə  heyətinin  üzvü  M.Məhərrəmovun  təklifi 

iclasın qərarı üçün əsas götürüldü. M.Məhərrəmov öz çıxışında göstərirdi ki, ərazi 

mübahisələrinin Parisdə Sülh Konfransı tərəfindən həll edilməsi bizim üçün sərfəli 

deyildir, konfrans iştirakçıları arasında ermənilərin təsiri güclüdür.  Bu məsələ ilə 

bağlı  o,  Azərbaycanla  Gürcüstan  arasında  imzalanmış  16  iyun  müqaviləsinin  bir 

maddəsini  əsas  kimi  götürməyi  təklif  edirdi.  Həmin  maddədə  göstərilirdi  ki, 

tərəflər  öz  aralarındakı  ərazi  mübahisələrini  özləri  həll  edirlər,  yalnız  mübahisə 

yaranacağı təqdirdə bunu arbitraj vasitəsi ilə edə bilərlər. 

Ermənilərin irəli  sürdüyü  üçüncü  təklifə  - ingilislərin  Qafqazda  qalmasına 

həm gürcülər, həm də azərbaycanlılar tərəfdar idilər. Hətta iclasda qeyd edildi ki, 

ingilislərin  Qafqazdan  çıxmaması  Azərbaycan  və  Gürcüstan  üçün  daha  vacibdir, 

nəinki  Ermənistan  üçün.

916

  Lakin  bununla  belə  qeyd  edilməlidir  ki,  erməni 



nümayəndələri  ingilislərin  Qafqazda  qalmasında  çox  maraqlı  idilər.  Çünki 

ingilislər  Qafqazdan  çıxacağı  təqdirdə  onlar  törətdiyi  əməllərin  müqabilində 

qonşularından  ehtiyat  edirdilər,  bir  çox  cəhətlərinə  və  bəzən narazılıq  etmələrinə 

baxmayaraq,  Qafqazda  olan  Böyük  Britaniya  qoşunlarına  müstəqil  Ermənistan 

dövlətinin təhlükəsizliyinin təminatçısı kimi baxılırdı. Yaradılması nəzərdə tutulan 

Qafqaz  komissiyasının  erməniləri  maraqlandıran  statusuna  gəldikdə  isə 

Ə.M.Topçubaşov  qeyd  etdi  ki,  əvvəlcə  birlikdə  komissiya  yaratmaq  barədə  Sülh 

konfransına  müraciət  etmək  lazımdır,  sonra  onun  statusunu  və  səlahiyyətini 

müəyyənləşdirmək olar. 

Ermənilərin irəli sürdüyü tələblər müzakirə edildiyi günün səhərisi, avqust 

ayının 15-də Azərbaycan nümayəndəliyinin binasında, Ə.M.Topçubaşovun sədrliyi 

ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar Respublikası nümayəndəliyinin 

qeyd  edilən  məsələlərlə  əlaqədar  birgə  iclası  keçirildi.  Həmin  iclası 

Ə.M.Topçubaşov  belə  xatırlayır:  "Mən  iclası  açaraq,  iştirakçıları  salamladım  və 

bütün  nümayəndəliklərin  birinci  ümumi  iclasda  iştirakından  məmnun  qaldığımı 

bildirdim. Sonra iclasın proqramı barədə məlumat verdim və əvvəlcədən ayrı-ayrı 

nümayəndəliklərdə  müzakirə  olunmuş,  yuxarıda  qeyd  edilmiş  üç  məsələni  elan 

                                                        

915

 Yenə orada.v.219-221. 



916

 Yenə orada,v.220 

 


269 

 

etdim. Mənim və cənab Çxeidzenin təəccübünə səbəb olaraq (çünki ermənilər bu 



məsələləri bizim yanımızda qaldırmışdılar) cənab Aqaronyan, sonra isə Papacanov 

(Kaçaznuni gəlməmişdi, onu Ohancanyan əvəz edirdi) bildirdilər ki, bu məsələləri 

onlar  müzakirə  təriqi  ilə  irəli  sürməyiblər,  bizimlə  söhbətin  (13  avqust)  nəticəsi 

kimi qaldırıblar və yaxşı olardı ki, təcili məsələ kimi müttəfiq qoşunların Qafqazda 

qalması  barədə  Konfransa  müraciət  məsələsi  müzakirə  edilsin.  Qəribə  vəziyyət 

yarandı, lakin münasibətləri korlamamaq üçün ermənilərin təklifi ilə razılaşdıq və 

bu da dağlıların nümayəndələrindən başqa, hamı tərəfindən qəbul olundu. Qərara 

alındı  ki,  digər  məsələlərlə  bağlı  daha  bir  iclas  çağırılsın,  qoşunlar  barədə  xahiş 

üçün tələsilsin. Bu barədə ermənilər özləri xahiş edirdilər. Təəssüf ki, müraciətin 

redaktə  olunub  hazırlanması  çox  vaxt  apardı.

917

  Müraciəti  redaktə  edib,  razılığa 



gəlmək  üçün  avqust  ayının  28-ə  qədər  nümayəndə  heyətlərinin  sədrləri  üç  dəfə 

toplandılar. Bundan əlavə avqust ayının 23-də toplanmış Azərbaycan  - Gürcüstan 

nümayəndələrinin birgə iclasında da müraciətin mətni müzakirə edildi. Azərbaycan 

və  Gürcüstan  nümayəndələri  müttəfiq  qoşunlarının  Qafqazda  qalmasını  xarici 

təhlükə ilə əlaqələndirir, xüsusən, Denikin təhlükəsini nəzərdə tutur, ermənilər isə 

bura daxili təhlükəni, yəni azərbaycanlılar və gürcülər tərəfindən Ermənistana ola 

biləcək təhlükəni Sülh konfransının rəhbərlərinin nəzərinə çarpdırmaq istəyirdilər. 

Nəhayət, gürcü nümayəndəsi Z.Avalov yeni bir layihə hazırlayıb, avqust ayının 23-

də keçirilən iclasın müzakirəsinə verdi ki, orada da nə xarici, nə də daxili təhlükəyə 

toxunulmur,  sadəcə  olaraq,  Paris  Sülh  konfransının  Qafqazın  siyasi  taleyini  həll 

edəcəyinə  qədər  müttəfiq  ordularının  orada  qalmasının  zəruriliyi  göstərilirdi.

918


 

Müttəfiq  ölkələrin  Аli  Şurasının  sədri  Jorj  Klemansonun  adına  hazırlanmış 

Müraciət  cüzi  dəyişikliklərlə  üç  nümayəndəliyin  sədrlərinin  imzası  ilə  avqust 

ayının 28-də Sülh konfransına təqdim edildi. Orada göstərilirdi: "Biz aşağıda imza 

edən  Ermənistan,  Azərbaycan  və  Gürcüstan  nümayəndəliyinin  sədrləri  Sülh 

konfransına  məlumat  verməyi  özümüzə  şərəf  bilirik  ki,  Qafqazdan  müttəfiq 

qoşunlarının  çıxarılması arzuolunmaz nəticələr  verə  bilər. Buna  görə  də,  aşağıda 

imza  edənlər  sülh  konfransından  xahiş  edirlər  ki,  yuxarıda  adları  çəkilən 

respublikaların müstəqilliyi tanınana qədər qoşunların çıxarılması dayandırılsın".

919


 

Bu  müraciətdən  sonra  Parisdə  olan  Qafqaz  nümayəndələri  tərəfindən  müəyyən 

əməli addımlar da atıldı. Məlum olduğu kimi, bu dövrdə, əsasən, sosialist və sosial 

demokrat  partiyaları  xarici  qoşunların  keçmiş  Rusiya  ərazisindən  çıxarılmasını 

tələb  edirdilər.  Ona  görə,  bütün  Avropada  məşhur  olan  gürcü  menşeviklərinin 

                                                        

917

 A.М.Топчибашeв. Письма из Парижа, с.67 



918

  Paris  Sülh  konfransındakı  Azərbaycan  və  Gürcüstan  nümayəndələrinin  birgə  iclasının  protokolu. 

14.08.1919. //ARDA, f.970, s.l, i.142, v.227 

919


 

Azərbaycan 

Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun  Müttəfiq  və  Birlik  dövlətlərinin  Ali  Şurasının  sədri  Jorj  Klemansoya  məktubu. 

28.08.1919. //ARDA, f.970, s.l. i.142. v.45 



270 

 

liderləri  Çxeidze  və  Sereteli  ingilis  leyboristlərindən  xahiş  etdilər  ki,  Britaniya 



qoşunlarının Qafqazdan çıxmasını tələb etməsinlər.

920


 

Parisdə olan Azərbaycan nümayəndələrinin 1919-cu ilin yazında və yayında 

gürcü  və  dağlı  nümayəndələri  ilə  səmərəli  əməkdaşlığı  müxtəlif  beynəlxalq 

məsələlərə  münasibətdə  Qafqaz  həmrəyliyinin  yaranmasında  mühüm  rol  oynadı. 

Denikin  təhlükəsinə  qarşı  bu  respublikaların  müqavimətini  gücləndirdi. 

Müttəfiqlərin  Kolçak  hökumətini  tanımaq  haqqında  bəyanatı  keçmiş  Rusiya 

imperiyasında  yaranmış  yeni  dövlətlərin  həmrəyliyini  gücləndirdi.  Azərbaycan 

nümayəndələri  Versalda  "vahid  və  bölünməz  Rusiya"  təhlükəsinə  qarşı  gərgin 

mübarizə  aparmalı  oldular.  Müttəfiq  dövlətlərin  etinasızlığına  baxmayaraq, 

Azərbaycan  nümayəndələri  istiqlaliyyətin  tanınması  uğrunda  mübarizədən  bir 

addım  belə  geri  çəkilmədilər,  respublikanın  mənafeyi,  xüsusilə,  onun  ərazi 

bütövlüyünün qorunub saxlanılması ilə bağlı dəfələrlə Sülh konfransına, Versal Ali 

Şurasına və Antanta ölkələrinin dövlət başçılarına öz haqları və hüquqları ilə bağlı 

tələbnamələr verdilər. 1919-cu ilin sentyabrından Parisdə nəşr olunmağa başlayan 

"Azərbaycan informasiya bülleteni"nin səhifələrində mütəmadi olaraq, Ermənistan 

silahlı  dəstələrinin  İrəvanda,  Naxçıvanda,  Zəngəzurda  və  Qarabağda  törətdiyi 

deportasiya  və  qətllər  barəsində  məlumatlar,  habelə  Denikin  təhlükəsi  haqqında 

rəsmi  sənədlər  dərc  etməyə  başlandı.

921

  Azərbaycan  nümayəndə  heyəti  Qərb 



ölkələrinin  dövlət  və  hökumət  başçıları  tərəfindən  müdafiə  edilən  və  bilavasitə 

Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönələn "Böyük Ermənistan" 

iddialarını bütün vasitələrlə dəf etməyə nail oldu. 

 

 



Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin