Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

podpolkovnik Məmməd bəy Əliyev yerinə yetirirdi. Mart ayının 9-da isə hökumət 

qəzeti  olan  "Azərbaycan"  Araz-Türk  Respublikasının  diplomatik  missiyasının 

Bakıya  gəldiyi  barədə  məlumat  verirdi.  Qəzet  yazırdı:  "Missiyanın  tərkibinə 

məşhur  şair  və  dramaturq,  Bakı  əhalisinə  öz  pedaqoji  fəaliyyəti  ilə  yaxşı  məlum 

olan Hüseyn Cavid əfəndi daxildir".

734


 1919-cu ilin mart ayının 22-də xarici işlər 

nazirliyinin  təqdimatı  ilə  Nazirlər  Şurasının  iclasında  Litvanın  Bakıdakı 

konsulluğunun  tanınması  haqqında  qərar  qəbul  edildi  və  B.Mitskeviç  Litvanın 

Azərbaycanda konsulu kimi fəaliyyətə başladı.

735

 Aprel ayının 19-da Cənub-Qərbi 



Qafqaz  Respublikasının  nümayəndəsi  V.Ryumin  Azərbaycan  Respublikasına 

diplomatik  xidmətə  göndərilməsi  barədə  öz  hökumətinin  qərarını  Nazirlər 

Şurasının sədri N.Usubbəyova çatdırdı."

736


 

1919-cu ilin fevral ayının 21-də Gürcüstan xarici işlər naziri qonşu ölkələr 

arasında  dəmir  yol  hərəkətini,  poçt  və  teleqraf  sahəsindəki  problemləri,  gömrük, 

maliyyə və mal mübadiləsi məsələlərini müzakirə etmək üçün Qafqaz konfransının 

keçirilməsi  barədə  Azərbaycan,  Ermənistan  və  Dağlılar  Respublikasına  müraciət 

etdi. Azərbaycan hökuməti bu müraciəti qəbul edərək, mart ayının 5-də daha altı 

təklifi  konfransın  müzakirəsinə  təqdim  etdi.  Orada  göstərilirdi:  1.Konfransda 

iştirak edən dövlətlərin qarşılıqlı olaraq, istiqlaliyyətinin tanınması və bu təntənəli 

aktın  bütün  dünyaya  bəyan  edilməsi;  2.Sülh  konqresində  birgə  iştirak  və  bu 

respublikaların 

müstəqilliyinin 

müdafiəsi 

sahəsində 

fəaliyyətlərinin 

əlaqələndirilməsi;  3.Qafqazdakı  yeni  dövlətlərin  müstəqilliyinə  yönəlmiş 

təcavüzün  qarşısının  alınması  sahəsində  tədbirlər;  4.Bütün  sərhəd-ərazi 

məsələlərinin  və  mübahisələrin  sazişlər  yolu  ilə  həlli,  saziş  əldə  etmək  mümkün 

                                                        

732

 Азербайджанская Демократическая Республика. Внешняя политика, с. 150-151 



733

 Азербайджанская Демократическая Республика. Внешняя политика, с. 151 

734

 Азербайджан, 1919, 9 марта. 



735

 Азербайджанская Демократическая Республика. Внешняя политика, с. 186-187 

736

 Yenə orada, с.206 



214 

 

olmadıqda  arbitraj  vasitəsi  ilə  həlli;  5.Cənub-Qərbi  Qafqaz  Respublikası  adlı 



beşinci  respublikanın  dördlərin  danışıqlarında  iştirakının  arzu  edilməsi  və  zəruri 

sayılması; 6.Respublikaların hamısı üçün həssas məsələ olan qaçqınlar məsələsinin 

müzakirəsinin  aparılması.  Azərbaycan  hökuməti  konfransın  Bakıda  keçirilməsini 

təklif  edirdi,  lakin  bəzi  iştirakçılar  üçün  bu  məqbul  hesab  edilməzdisə,  tədbirin 

Tiflisdə  keçirilməsinə  də  etiraz  etmirdi.

737


  Beşinci  bənd  istisna  edilməklə 

Gürcüstan tərəfi konfransın gündəliyinə təklif edilən əlavə məsələlərə öz razılığını 

bildirdi.  Konfransın  işini  pozmamaq  üçün  Azərbaycan  hökuməti  Cənub-Qərbi 

Qafqaz respublikası məsələsində israr etmədi. Keçmiş baş nazir F.X.Xoyski başda 

olmaqla  Azərbaycan  nümayəndə heyəti  Tiflisə  yola  düşdü  və  aprel  ayının  25-də 

konfrans işə başladı. Konfransın gedişində onun gündəliyində duran məsələləri həll 

etmək  üçün  altı  komissiya  yaradıldı.  Azərbaycan  nümayəndələrindən 

X.Xasməmmədov  və  M.Vəkilov  ərazi  komissiyasına,  A.Samoylov  və  F.Vəkilov 

dəmiryolu  və  poçt  əlaqələri  komissiyasına,  N.Nərimanbəyov  və  F.Vəzirov 

maliyyə-iqtisadi  komissiyaya,  F.X.Xoyski,  M.Y.Cəfərov  və  S.A.Vonsoviç  siyasi 

komissiyaya, 

doktor  M.Vəkilov  və  podpolkovnik  M.Əliyev  qaçqınlar 

komissiyasına daxil edildilər.

738 


Qafqaz konfransının ən mühüm nəticələrindən biri 

ərazi-sərhəd  məsələlərinin  həlli  prinsiplərinin  müəyyən  edilməsi,  birgə  bon 

buraxılması,  köçəri  əhalinin  hərəkət  qaydalarını,  maliyyə  və  iqtisadi  məsələlərdə 

bir sıra razılaşmaların əldə edilməsi idi. 

Tiflisdə olarkən Azərbaycan nümayəndə heyətinin başçısı F.X.Xoyski may 

ayının  5-də  Gürcüstana  gəlmiş  Bakıdakı  müttəfiq  qoşunların  komandanı 

V.Tomsonla  görüşüb  bir  sıra  məsələlər  barədə  müzakirə  apardı.  Birinci  olaraq 

dəmir  yolu  ilə  bağlı  bəzi  mübahisəli  məqamlara  toxunuldu  və  Xan  Xoyski  bu 

məsələdə  Azərbaycan  hökumətinin  siyasətini  izah  etdi.  Daha  sonra  V.Tomson 

rəsmi  hökumət  orqanı  olan  "Azərbaycan"  qəzetində  ingilislərin  müdafiə  etdiyi 

Denikin  ordusunun  əleyhinə  çağırışların  yer  aldığından narahatçılığını  ifadə  etdi. 

V.Tomson dedi ki, Könüllü orduya qarşı hərbi dəstələrin yaradılmasına yönəlmiş 

belə çağırışların hökumət qəzetində dərc edilməsi ingilis komandanlığının gözündə 

xoşagəlməz  təəssürat  yaradır  və  müttəfiq  ordunun  mübarizə  apardığı  bolşevizmi 

gücləndirir.  Fətəli  xan  bununla  razılaşsa  da,  lakin  bildirdi  ki,  Denikinin  planları 

bəlli  deyildir,  indi  dağlıları  müstəqillikdən  məhrum  etməyə  cəhd  göstərirlər,  ola 

bilsin  ki,  dağlıları  məğlub  etdikdən  sonra  onlar  öz  ordularını  daha  irəliyə  doğru 

yeridib bizim dövləti təhlükə altına alacaqdır. General Tomson Denikin ordusunun 

cənuba doğru irəliləməyəcəyini bildirdi. Azərbaycanın müstəqilliyinə gəldikdə isə 

generalın  fikrincə,  İngiltərə  hökumətinin  bu  məsələyə  münasibəti  Azərbaycana 

yaxşı məlum olmalı idı. О dedi ki, bu  münasibət xoşməramlıdır və Azərbaycanın 

müstəqilliyini  Britaniya  hökuməti  müdafiə  edir.  Dağıstana  gəldikdə  isə  general 

                                                        

737


 Fətəli xan Xoyski. Həyat və fəaliyyəti, s.50-51 

738


 Zaqafqaziya konfransındakı Azərbaycan nümayəndəliyinin iclasının protokolu. 03.05.1919. //ARDA, 

f.897, s.1, i.47, v.5-6 



215 

 

belə  hesab  edirdi  ki,  Dağıstan  iqtisadi, topoqrafik  və  digər  şərtlərlə  bağlı  olduğu 



Azərbaycana  birləşdirilməlidir.

739


  Əlbəttə,  bu  ideya  general  Tomsona  məxsus 

deyildi,  belə  fikirlər  daha  çox  Dağıstanın  özündən  gəlirdi.  Aprel  ayının  15-də 

Azərbaycanın Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Ə.Haqverdiyev 

Teymur  xan-Şuradan  Bakıya  yazırdı  ki,  Dağıstanın  Azərbaycana  birləşdirilməsi 

məsələsi  ciddi  şəkildə müzakirə  edilir.  Bir  çox  ictimai  xadimlərin  xahişi  ilə mən 

sizə  (MY.Cəfərova  -  C.H.)  şifrəli  teleqram  göndərdim  və  razılığınızı  bildirməyi 

xahiş  etdim.  Zəmin  hazırdır,  on  dairədən  dördü  artıq  birləşmənin  lehinə  öz 

fikirlərini  bildirib,  qalanları  da  qapalı  şəkildə  bunu  arzulayırlar.  Bu  istiqamətdə 

müstəsna  olaraq,  yerli  adamlar  işləyirlər.  Yaxın  günlərdə  bu  məsələ  ilə  bağlı 

müdafiə  nazirinin  keçmiş  müavini  general  Xəlilov  Bakıya  gələcək.  Bu  məsələdə 

xahiş  edirəm  tələsin.  General  Raulensonun  qeyri-rəsmi  bəyanatı  özünü 

doğrultmadığı və Könüllü ordu cənuba doğru hərəkət etdiyi halda, Dağıstan etibarlı 

müdafiəyə ümid bəsləyə bilməz. Ona görə icazə verin mən Teymur xan Şuraya bir 

Azərbaycan  alayının  göndərilməsi  barədə  hökumətlə  danışım.  Belə  ki, 

Azərbaycanın  taleyi  Dağıstanın  etibarlı  müdafiəsindən  asılıdır.  Buradakı 

vəziyyətdən  aydın  olur  ki,  ordu  sevinclə  qarşılanacaq  və  sonra  hadisələr  öz 

məcrasına düşəcək.

740


 Əslində, 1919-cu ilin iyununda Qafqaz konfransının öz işini 

dayandırması, ilk növbədə, Könüllü ordunun cənuba doğru irəliləməsi və Dağıstan 

üzərinə  hücumu  ilə  bağlı  idi.  Denikinin  Dağıstana  soxulması  Azərbaycan 

Respublikası  və  müəyyən  dərəcədə  Gürcüstan  üçün  təhlükə  törədirdi.  Elə  bu 

zəmində  də  1919-cu  ilin  yayında  iki  respublikanın  yaxınlaşması  başladı  və  bu 

yaxınlaşma strateji əməkdaşlıq səviyyəsinə yüksəldi. 

Qafqazda 

hadisələrin 

kəskinləşdiyi 

bir 


vaxtda 

Azərbaycan 

nümayəndələrinin  Parisə  buraxılması hökumətin  azad  dünyaya  inteqrasiya  olmaq 

arzularını  real  müstəviyə  keçirdi.  Fransaya  gəldikdən  sonra  Azərbaycan 

nümayəndələri,  əvvəlcə  Parisin  "Terminus  -  St.Lazare",  sonra  isə  "Klaric" 

mehmanxanasında  yerləşdilər  və  həmin  andan  etibarən  fəaliyyətə  başladılar. 

Parisdə  yerləşdikdən  sonra  Ə.M.Topçubaşov  nümayəndə  heyətinin  tərkibi  və 

ünvanı  haqqında  Fransa  Xarici  İşlər  Nazirliyinə  məlumat  verdi.

741

  Nümayəndə 



heyətinin  ilk  mühüm  addımı  hələ  İstanbulda  Ə.M.Topçubaşov,  Ə.Ağayev  və 

C.Hacıbəyov  tərəfindən  hazırlanmış  "Qafqaz  Azərbaycanı  Respublikasının  Paris 

Sülh  konfransına  memorandumu"  adlı  sənədi  yenidən  işləyib  Sülh  konfransının 

keçirildiyi  hər  iki  dildə,  fransız  və  ingilis  dillərində  kitabça  halında  nəşrə 

hazırlamaq oldu. Bu sənəd üzərindəki gərgin işlə bağlı Ə.M.Topçubaşov  yazırdı: 

                                                        

739

 Xarici işlər naziri M.Y.Cəfərovun Nazirlər Şurasının  sədri N.Usubbəyova məlumatı. 07.05.1919. // 



ARDA, f.970, s.1, i.60, v.2-3 

740


 Dağlılar Respublikasında Azərbaycanın diplomatik nümayəndəsi Ə.Haqverdiyevin xarici işlər naziri 

M.Y.Cəfərova məlumatı. 15.04.1919.// ARDA, f.970, s.l, i.59, v.15-16. 

741

  Prèsident  de  la  Dèlègation  de  Paix  de  la  Rèpublique  d'Azerbaïdjan  A.M.Toptchibacheff  -Ministère 



des  Affaires  Etrangères  Service  des  Affaires  Russes.//  Ministère  des  Affaires  Etrangère  de  France, 

Archives Diplomatique, vol. 638, folio 27-28 



216 

 

"Sülh  konfransına  təqdim  etmək  üçün  bütünlüklə  memorandum  hazırlamağa 



girişdiyimiz üçün az əhəmiyyətli məsələlərə, müxtəlif dövlətlərin nümayəndələrinə 

və  nümayəndə  heyətlərinə  baş  çəkməyə  müvəqqəti  olaraq  vaxt  ayırmırıq.  İndi 

nümayəndə  heyətinin  bütün  üzvləri  bu  işlə  məşğuldur,  ümid  edirik  ki, 

memorandum tezliklə hazırlanıb kimə və hara lazımsa, təqdim olunar, sonra daha 

geniş  yaymaq  üçün  nəşrinə  başlanılar".

742


  Bu  memoranduma  çox  yüksək 

keyfiyyətlə  işlənmiş  rəngli  xəritə  də  əlavə  edilmişdi.  Həmin  xəritə  Azərbaycan 

Respublikası  nümayəndəliyi  tərəfindən  təqdim  edilmiş  sənədlər  əsasında 

hazırlanmış  və  fransız  coğrafiyaşünası  C.Forerin  rəhbərliyi  altında  nəşr 

edilmişdi.

743


  Memorandumla  yanaşı,  nümayəndə  heyətinin  üzvləri  Azərbaycanı 

tanıtmaq  baxımından  əhəmiyyətli  olan  "Qafqaz  Azərbaycanı  əhalisinin  etnik  və 

antropoloji  tərkibi",

744


  "Qafqaz  Azərbaycanının  iqtisadi  və  maliyyə  vəziyyəti"

745


 

adlı sənədlərin hazırlanmsı üzərində gərgin işləyirdilər. Нər iki sənədin əlyazması 

1919-cu  ilin  iyun  ayının  1-də  artıq  hazır  idi  və  materiallar  Sülh  konfransının 

iştirakçılarına göndərilmişdi. Az sonra bu sənədlər kitabça halında nəşr olundular. 

Parisə  gəldikləri  ilk  günlərdən  Azərbaycan  nümayəndələri  Fransa 

paytaxtındakı  siyasi  iqlimin  dərindən  öyrənilməsinə  xüsusi  əhəmiyyət  verirdilər. 

Məğlub  dövlətlərə  qarşı  irəli  sürülmüş  sülh  şərtləri  həddindən  artıq  ağır  olduğu 

üçün  Antanta  dövlətlərinin  siyasətinə  qarşı  Avropa  ölkələrində  narazılıq  hiss 

edilməkdə  idi.  1919-cu  ilin  yazında  İngiltərə,  Fransa,  İtaliya,  Almaniya  və  digər 

ölkələrdə  güclü  tətillər  dalğası  başlanmışdı.  Müxtəlif  ölkələrdə  sosialist 

partiyasının liderləri Antantanın hədsiz tələblərinə və ümumilikdə, konfransın işinə 

açıq  etirazlarını  bildirirdilər.  Avropada  siyasi  böhranın  dərinləşməsi  fonunda 

Ə.M.Topçubaşov  haqlı  olaraq  yazırdı  ki,  bizim  kimi  yeni  yaranmış  dövlətlərin 

bütün  görüşləri,  danışıqları  bir  sözlə,  marağı  Antanta  nümayəndələrinin  diqqət 

mərkəzində dayana bilməz.

746


 Parisdə aparılan ilkin müşahidələr nəticəsində aydın 

oldu  ki,  böyük  dövlətlər  ilk  növbədə,  rus  məsələsinin  həll  olunmasında 

maraqlıdırlar. Yalnız, bundan sonra gözlənilirdi ki, Rusiya imperiyasının dağılması 

nəticəsində  yeni  yaranmış  respublikaların  saysız-hesabsız  qarşılıqlı  mübahisəli 

məsələlərinə baxılsın. 

                                                        

742

 

Azərbaycan 



Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 08.10.2006.// ARDA, f.970, s.1, i.9, v.9 

743


 Tarix, 1991, 23 fevral. 

744


 Dèlègation Azerbaïdjanienne à la Confèrence de la Paix. Composition Anthropologique et Ethnique 

de la Population  de l'Azerbaïdjan  du Caucase. Classè 1

er

 juin 1919.// Ministère  des  Affaires Etrangère 

de France, Archives Diplomatique, vol. 638, folio 44-52 

745

 Dèlègation de l'Azerbaïdjan à la Confèrence de la Paix à Paris. Situationèconomique et financière de 



la Rèpublique de l'Azerbaïdjan du Caucase. Classè 1

er

 juin 1919.//  Ministère des Affaires Etrangère de 



France, Archives Diplomatique, vol. 638, folio 29-43 

746


 

Azərbaycan 

Rcspublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 08.10.2006. // ARDA, f.970, s.l, i-143, v.3 

 


217 

 

Parisdə  Rusiyanın  müxtəlif,  çoxsaylı  nümayəndələri  toplanmışdı.  Bunların 



bir  qismi  ağqvardiyaçı  hökumətləri,  digər  bir  qismi  ayrı-ayrı  siyasi  partiyaları 

təmsil  edirdi.  Vaxtilə  Rusiya  imperiyasının  müxtəlif  ölkələrdə  olan  səfirlərinin 

demək  olar  ki,  hamısı  Versala  gəlmişdilər.  Bir  çox  məsələlərdə  onlar  arasında 

ziddiyyətlər  olsa  da,  lakin  hamısı  "vahid  və  bölünməz  Rusiya"  fikrində 

həmrəydilər. Azərbaycan nümayəndə heyətinin respublika hökumətinə göndərdiyi 

məlumatda  deyilirdi:  "Siyasi  baxışlarının  köklü  müxtəlifliyinə  baxmayaraq, 

rusların  hamısı  "vahid",  "bölünməz  Rusiya"  fikrinin  tərəfdarıdırlar.  Bu  onların 

şüarıdır.  Demokratik  Respublikalar  Federasiyası  və  Müəssislər  Məclisi  fikri 

arxasında gizlənib, təəssüf ki, dünyanın böyük dövlətləri arasında öz layiqli yerini 

tutacaq,  gələcək  Rusiyanın  ayrı-ayrı  hissələrinin  və  onların  qarşılıqlı 

münasibətlərinin  taleyini  həll  edirlər.  Bura  toplanmış  Rusiyanın  doğma  və  ögey 

oğulları köhnə duz-çörəyi unutmuş bütün "yad xalqların" acığına Rusiyanı yenidən 

yaratmaq  haqqında  bu  sayaq  düşünürlər.  Lakin  bu  yad  xalqlar,  özlərini  müstəqil 

elan  etmiş  dövlətlərin  indiki  nümayəndələri  "vahid"  və  "bölünməz  Rusiya" 

haqqında  eşitmək  belə  istəmirlər.  Elə  buna  görə  də  on  gün  bundan  qabaq  (may 

ayının axırlarında - C.H.) Paris mətbuatı Kolçak hakimiyyətinin keçmiş Rusiyanın 

bütün ərazisində tanınması imkanı haqda danışmağa başlayanda keçmiş Rusiyadan 

ayrılmış  bütün  dövlətlərin  nümayəndə  heyətləri,  о  cümlədən  Azərbaycan 

nümayəndə  heyəti  bir-birinin  ardınca  qəti  etirazlarını  bildirdi.  Antanta  dövlətləri 

arasında  "vahid"  və  "bölünməz  Rusiya"  fikrinə ən  çox  tərəfdar  olan  onun  keçmiş 

müttəfiqi Fransadır. Müttəfiqlərin başqa üzvləri görünür belə Rusiyanı bir о qədər 

arzulamırlar, təkcə İngiltərə özünü elə aparır ki, guya belə Rusiyaya onun heç bir 

etirazı yoxdur.

747


 

Fransanın  rus  məsələsində  belə  mövqeyi  heç  də  təsadüfi  deyildi. 

Fransızların  keçmiş  Rusiya  imperiyasının  bərpа  olunmasındakı  marağı  Rusiyada 

batan borclarla bağlı idi. Əsasən, sələmçiliklə məşğul olan Fransa imperializminin 

Rusiyada  batmış  kapitalının  qaytarılmasında  1  milyon  500  min  fransızın  marağı 

vardı.


748

 Digər tərəfdən isə, "vahid və bölünməz Rusiya" ideyası ilə Fransa siyasi 

dairələri  Avropanın  mərkəzində  "davakar"  Almaniyaya  qarşı  öz  ənənəvi 

müttəfiqlərini bərpa etmək fikrində idilər. 

May  ayı  ərzində  Azərbaycan  nümayəndələri  Polşa,  Gürcüstan,  Dağlılar 

Respublikası,  Ermənistan  və  İran  nümayəndə  heyətləri  ilə  görüşlər  keçirmişdi. 

Danışıqlar  nəticəsində  Qafqaz  respublikalarının  siyasi-iqtisadi  ittifaqının 

yaradılması  qərara  alınmışdı.  Gürcülər  və  Dağlılar  Azərbaycanla  birlikdə  bu 

ittifaqda birləşməyə razı idilər. İttifaqa ermənilər də dəvət edilmişdilər, lakin onlar 

yalnız Türkiyə və Qafqaz Ermənistanını birləşdirib vahid  Ermənistan yaratdıqdan 

sonra Qafqaz konfederasiyasında iştirak edə biləcəklərini bildirmişdilər. 

                                                        

747

 

Azərbaycan 



Respublikasının 

Paris 


Sülh 

Konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 08.10.2006. // ARDA, f.970, s.1, i.143, v.4-5. 

748


 В.П.Смирнов. Новейшая история Франции. М., 1979, с.43. 

218 

 

May  ayının  23-də  Parisdə  olan  Azərbaycan  nümayəndələri  ingilis 



nümayəndə heyətinin üzvü ser Luiz Malletlə görüşdülər. Danışıqlar zamanı Cənubi 

Qafqazda  siyasi,  hərbi  və  iqtisadi  vəziyyətlə  bağlı  fikir  mübadiləsi  edildi, 

Azərbaycandakı  müttəfiq qoşunlarının statusu ilə  bağlı bir sıra mühüm məsələlər 

müzakirə  edildi.  1919-cu  ilin  əvvəllərindən  başlayaraq  Azərbaycan  hökuməti 

Bakıda ingilis general-qubernatorluğunun ləğv edilməsi uğrunda mübarizə aparırdı. 

Bu  məqsədlə  Azərbaycan  nümayəndə  heyətinin  başçısı  Ə.M.Topçubaşova  da 

məlumat  verilmişdi  ki,  əlində  olan  bütün  vasitələrlə  ingilis  general-

qubernatorluğunun  ləğv  edilməsinə  çalışsın.  Azərbaycan  Xarici  İşlər  Nazirliyinin 

Ə.M.Topçubaşova teleqramında göstərilirdi: "Nəyin bahasına olursa-olsun, Bakıda 

ingilis  general-qubernatorluğunun  ləğv  edilməsinə  nail  olmaq  lazımdır.  Əks 

təqdirdə, idarəçilik nöqteyi-nəzərindən  dözülməz hesab  edilən iki hakimiyyətlilik 

yaranır.  Sonra  sizdən  belə  bir  xahişimiz  var  ki,  ingilis  komandanlığının  bizim 

maliyyə  işlərinə  qarışmamasına  nail  olasınız."  Hətta  xarici  işlər  nazirliyi 

Azərbaycan  Respublikasının  suverenliyini  pozan  bu  məsələ  ilə  bağlı  Avropa  və 

Amerika  dövlətlərinə  etiraz  notası  verilməsini,  Avropa  mətbuatında  bunun 

Azərbaycanın  daxili  işlərinə  müdaxilə  olduğu  barədə  yazı  verilməsini  lazım 

bilirdi.

749


  L.Mallet  danışıqlar  zamanı  toxunulmuş  məsələlərdə  Azərbaycan 

nümayəndələrinə köməklik göstərəcəyinə vəd verdi. Azərbaycan nümayəndələri ilə 

danışıqlarda  bildirilməsə  də,  Böyük  Britaniya  bu  zaman  qoşunlarını  Qafqazdan 

çıxartmaq  barəsində  öz  müttəfiqləri  ilə  gizli  məsləhətləşmələr  aparırdı.  ABŞ 

nümayəndələrinin  Azərbaycana  artan  marağının  bir  səbəbini  də  burada axtarmaq 

lazımdır. Lakin hələ ingilislərin fikri qəti deyildi, onlar bir müddət  Azərbaycanda 

və Gürcüstanda qalmağı, Bakı-Batum dəmir yoluna nəzarət etməyi lazım bilirdilər. 

Digər tərəfdən isə Cənubi Qafqazda Amerika mandatı  məsələsi aprel ayında artıq 

Sülh konfransının müxtəlif komissiyalarında müzakirə edilmişdi. May ayının 5-də 

Dördlər  Şurasının  iclasında  ABŞ-a  təklif  edilmişdi  ki,  Ermənistana  öz  ordusunu 

göndərsin.  V.Vilson  buna  etiraz  etməmişdi.

750


  Lloyd  Corc  "Sülh  müqavilələri 

haqqında həqiqətlər" adlı xatirələrində bu məsələ ilə bağlı göstərir ki, Almaniyanın 

Afrika  müstəmləkələrindən  hər  hansı  birinə  Amerika  mandatı  haqqında  söhbət 

getdikdə  prezident  Vilson  sülh  konfransındakı  çıxışında  öz  mövqeyini  belə  izah 

edirdi:  "Filippinlilər  indiyə  qədər  bizim  ovcumuzu  göynədir.  Amerika  bir  daha 

Afrikanın  zənci  tayfalarının  idarəçiliyi  ilə  bağlı  yeni  eksperiment  etmək  istəmir. 

Amerikaya  öz  ölkəsində  heç  də  az  olmayan  zəncilərin  idarəçiliyinin  qayğısı 

kifayətdir.  Lakin  Ermənistan  və  boğazlar  üzərində  mandat  məsələsi  meydana 

çıxanda prezident bu layihəyə çox  yaxşı münasibət bəslədi."

751


  May  ayının  14-də 

Ermənistan və İstanbul üzərində Amerika mandatı haqqında qətnamə qəbul edildi. 

                                                        

749


  Xarici  İşlər  Nazirliyinin  Paris  Sülh  Konfransında  Azərbaycan  nümayəndəliyinin  başçısı 

Ə.M.Topçubaşova məktubu. 14.03.1919. // ARDA, f.970, s.l, i.141, v.9-12 

750

 Г.Никольсон. Как делался мир в 1919 г. Москва, 1945, с.257 



751

 Д.Ллойд Джордж. Правда о мирных договорах. Т.II, М., 1957, с.389 



219 

 

Lakin  mandatlı  ərazinin  sərhədlərinin  müəyyən  edilməsi  məsələsi  açıq 



saxlanıldı.

752


  Bununla  belə  təxmini  də  olsa,  mandatlı  əraziyə  Bosfor  və  Dardanel 

boğazlarının,  "Qara  dənizdən  Aralıq  dənizinə  qədər  birləşmiş  türk,  fars  və  rus 

Ermənistanının"

753


  daxil  olacağı  nəzərdə  tutulmuşdu.  Bu,  həm  ermənilərin 

konfransa təqdim etdiyi tələblərə, həm də respublikaçı senator Henri Kobet Locun 

senatın  müzakirəsinə  verdiyi  qətnamə  layihəsinə  uyğun  idi.  Ermənistan  üzərində 

ABŞ  mandatı  ilə  bağlı  Sülh  konfransının  müzakirəsinə  iki  alternativ  layihə 

verilmişdi.  Birinci  layihə  əsasında  ABŞ  bütün  Türkiyə  və  Ermənistana  mandat 

alırdı, ikinci layihəyə əsasən, Amerikaya, ancaq Ermənistan və Kilikiya üzərində 

mandat  verilirdi.  Bu  halda  həmin  mandat  rus  məsələsi  həll  edilənə  qədər 

Azərbaycana və Gürcüstana da aid edilməli idi. Lakin sonralar ABŞ-ın bu regionda 

güclənəcəyindən  ehtiyat  edən  müttəfiqlər  Amerika  mandatının  yalnız, 

Ermənistanla məhdudlaşmasını lazım bildilər. Lloyd Corc haqlı olaraq qeyd edirdi 

ki,  Türkiyənin  mandatlar  vasitəsilə  müttəfiqlər  arasında  bölüşdürülməsi 

arzuolunmaz  nəticələr  verə  bilər.  Onun  fikrincə,  belə  yanaşma  müttəfiqlərlə 

Türkiyə  arasında  müharibənin  davam  etdirilməsinə  gətirib  çıxara  bilərdi.  Lakin 

dünya müharibəsi yenicə qurtardığı üçün Lloyd Corcun təbirincə desək, nə Böyük 

Britaniyanın, nə Fransa və İtaliyanın, nə də ABŞ-ın yenidən vuruşmağa nə həvəsi, 

nə də imkanı vardı. 

Hələ  may  ayının  2-də  prezident  V.Vilsonun  təşəbbüsü  ilə  ilk  dəfə 

Azərbaycan  da  daxil  olmaqla  Cənubi  Qafqaz  məsələsi  ABŞ,  Böyük  Britaniya, 

Fransa  və  İtaliya  hökumət  başçılarından  ibarət  olan  Dördlər  Şurasının  iclasında 

müzakirə edilmişdi.

754

 Boğazlar və Qafqaz üzərindəki mandatlar məsələsi ilə bağlı 



müzakirələr  ABŞ  rəhbərlərinin  Qafqaz  respublikaları  ilə  görüşlər  keçirilməsinə 

marağını  artırmışdı  və  ümumiyyətlə,  Versalda  olan  Amerika  nümayəndələri  bu 

məsələ ilə bağlı yeni  yaranmış Qafqaz dövlətlərinin fikrini öyrənmək istəyirdilər. 

Elə  bu  məqsədlə  də  Amerika  prezidenti  Vudro  Vilson  may  ayının  axırlarında 

Azərbaycan  nümayəndələrini  qəbul  etdi.  Öz  növbəsində  Azərbaycan  nümayəndə 

heyəti də bu görüşə böyük əhəmiyyət verirdi. Bu görüşün keçirilməsi  Azərbaycan 

nümayəndələri üçün tarixi bir günə - may ayının 28-nə, istiqlalın birinci ildönümü 

gününə  təsadüf  edirdi.  May  ayının  28-də  günün  birinci  yarısında 

Ə.M.Topçubaşovu  ABŞ  nümayəndə  heyətinin  üzvü,  Amerika  diplomatı  Henri 

Morqentau  qəbul  etdi.  H.Morqentau  müharibə  illərində  ABŞ-ın  Türkiyədə  səfiri 

olmuşdu,  1919-cu  ildən  isə  Yaxın  Şərqə  Amerika  yardımı  komitəsinin  sədr 

müavini  idi.

755

  Danışıqlar  zamanı  günün  ikinci  yarısı  keçiriləcək  prezident 



V.Vilsonla  Azərbaycan  nümayəndələrinin  görüşünün  bir  sıra  mühüm  məqamları 

müzakirə  edildi.  Azərbaycanın  zəngin  təbii  ehtiyatlarını  və  güclü  sənaye 

                                                        

752


 Papers Relating of the Foreign Relations of the United States, 1919, vol.V, p.622 

753


 Архив полковника Хауза. Т.4. M., 1944, с.220 

754


 Б.Е.Штейн. "Русский вопрос" на Парижской мирной конференции, с.346. 

755


 Who's who in America? Vol.2. Chicago, 1950, p.383. 

220 

 

potensialını  nəzərə  alaraq,  H.Morqentau  Amerika  kapitalının  Azərbaycana 



istiqamətləndirilməsinin 

və 


Azərbaycan 

hökumətinə 

maliyyə 

yardımı 


göstərilməsinin mümkünlüyünü qeyd etdi.

756


 

May  ayının  28-də  günün  ikinci  yarısı  Azərbaycan  nümayəndə  heyəti 

prezident  V.Vilson  tərəfindən  qəbul  edildi.  Bununla  bağlı  Ə.M.Topçubaşov 

yazırdı: "Bizim nümayəndə heyətinin prezident Vudro Vilson tərəfindən qəbulunu 

çox  böyük  hadisə  hesab  etmək  lazımdır,  çünki  başqa  Antanta  dövlətlərinin 

başçıları  kimi,  о  da  nümayəndə  heyətlərini  qəbul  etmir."

757

  Görüş  zamanı 



Azərbaycan  nümayəndə  heyətinin  başçısı  Ə.M.Topçubaşov  ABŞ  prezidenti 

V.Vilsona  müraciət  edərək  bildirdi  ki,  xalqların  dinc  yanaşı  yaşaması,  bütün 

millətlərin,  о  cümlədən  kiçik  millətlərin  öz  taleyini  həll  etməsi  haqqında  ali 

prinsiplərin  müəllifi  olan  Böyük  Amerikanın  prezidenti  Vilsonu  Azərbaycan 

nümayəndə  heyəti  adından  görməyi  və  salamlamağı  özü  üçün  xoşbəxtlik  hesab 

edir.  Biz  uzaq  Qafqazdan,  buradan  bir  neçə  min  mil  uzaq  olan  Azərbaycandan 

gələrək, xalqımızın azad və müstəqil həyatı üçün Sizə minnətdarlığımızı bildiririk. 

Qüdrətli Amerikanın nümayəndəsi kimi, sizə müraciət edib xahiş edirik ki, cənab 

prezident  bizim  ölkəmiz,  bizim  xalqımız  və  elə  bizim  özümüz  haqqında 

məlumatları bizdən eşidəsiniz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez 

Azərbaycan  haqqında  səhv,  saxtalaşdırılmış  və  həqiqətə  uyğun  olmayan 

məlumatların  verilməsini  eşitməli  oluruq.  Düzdür,  bizi  hələ  yaxşı  tanımırlar,  biz 

indi  birinci  dəfədir  ki,  Avropadayıq,  lakin  sizi  əmin  edirik  ki, müstəqil  yaşamaq 

üçün  bizdə  hər  şey  vardır.  Biz  ümid  edirik  ki,  konfrans  bizi  dinləyəcək  və  biz 

Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi biz də sizin 

böyük  prinsipləriniz  əsasında  yardım  alacağıq.

758

 

Çıxışının  sonunda 



Ə.M.Topçubaşov  deyirdi:  "Biz  bildiririk  ki,  nə  Kolçakın,  nə  Denikinin,  nə  də 

köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpа etmək niyyətində olan 

qeyri birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz 

hökumətimizi  tanıyırıq  və  tanıyacağıq."

759 

Ə.M.Topçubaşov  öz  çıxışında  Qafqaz 



xalqlarının  -  azərbaycanlılar,  ermənilər,  gürcülər  və  dağlıların  konfederasiyasının 

mümkünlüyünü  prezident  Vudro  Vilsona  bildirdi  və  Qafqaz  Azərbaycan 

Respublikası  nümayəndələrinin  memorandumu  Amerika  prezidentinə  təqdim 

                                                        

756

 

Azərbaycan 



Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun  ABŞ  nümayəndə  heyətinin  üzvü  H.Morqentau  ilə  söhbəti.  28.05.1919.//  ARDA, 

f.970, s.1.i.146, v.11 

757

 

Azərbaycan 



Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun  nümayəndəliyin  ABŞ  prezidenti  V.Vilson  tərəfindən  qəbul  edilməsi  haqqında 

Nazirlər Şurasının sədri N.Usubbəyova məlumatı. 28.05.1919.// ARDA, f.970, s.1, i-143, v.7 

758

 

Azərbaycan 



Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun ABŞ prezidenti V.Vilsonla söhbəti. 28.05.1919. // ARDA, f.970, s.l, i.143, v.41 

759


 А.М.Топчибашeв. Письма из Парижа. Баку, 1998, с.38 

221 

 

edildi.



760

  Prezident  Vilsona  təqdim  edilən memorandum  qısa tarixi-siyasi  səpkidə 

hazırlanmışdı.  Orada  Qafqazda  və  Azərbaycanda  cərəyan  edən  hadisələr  təsvir 

edildikdən  sonra  Versal  Sülh  konfransının  rəhbərlərindən  biri  kimi  Amerika 

prezidenti  Vilsona  Azərbaycan  nümayəndələrinin  tələbləri  verilirdi.  V.Vilsona 

təqdim  edilən  memorandumda  1918-ci  ilin may  ayının  28-də,  Mərkəzi  Rusiyada 

bolşevik  inqilabından  sonra  Milli  Şuranın  Azərbaycan  xalqının  iradəsini  ifadə 

edərək,  müstəqil  respublika  yaratdığı  qeyd  edilirdi.  İndi  Azərbaycanda  ali 

hakimiyyətin tərkibində, təkcə azərbaycanlıların deyil, respublikanın hüdudlarında 

yaşayan  erməni,  rus,  polyak  və  yəhudilərin  olduğu  parlamentə  məxsusluğu 

göstərilirdi. Böyük müharibə illərində Azərbaycanın müttəfiqlərə göstərdiyi maddi 

yardımdan  bəhs  edilərək,  sənəddə  qeyd  edilirdi  ki,  Azərbaycan  xalqı  hərbi 

mükəlləfiyyətdən  azad  olsa  da,  onun  nümayəndələri  könüllülər  şəklində  general 

Xan  Naxçıvanskinin  komandanlığı  altında  Rusiya  imperiyası  tərəfindən 

müttəfiqlərin  işi  uğrunda  vuruşmuşlar.  Azərbaycanlılardan  general  Səməd  bəу 

Mehmandarov, Əliağa Şıxlınski, İbrahim ağa Usubov və digər 200-dən artıq zabit 

öz  mərdliyi  və  qəhrəmanlıqları  ilə  fərqlənmişlər.  Eyni  zamanda  Azərbaycanın 

Antanta  Ordusunun  tibbi  ehtiyaclarının  ödənilməsində  də  iştirak  etdiyi,  öz 

xəstəxanalarının  və  müxtəlif  tibbi  müəssisələrinin  müttəfiq  ordularının  ixtiyarına 

verildiyi memorandumda göstərilirdi. Azərbaycan xalqının ruhuna uyğun olmayan 

xarici müdaxiləçi bolşevik bandalarına qarşı bütün vasitələrlə mübarizə aparıldığı 

və  bu  yolda  çoxlu  qurbanlar  verildiyi  memorandumda  xatırladılırdı.  Sənəddə 

Azərbaycanın  coğrafi  və  etnoqrafik  baxımdan  Rusiya  ilə  əlaqəsi  olmadığı 

əsaslandırılaraq  göstərilirdi:  "Bizim  ölkənin  coğrafi  vəziyyətinə  diqqət  yetirilsə, 

onun Rusiyadan ayrı qrupa aid olduğunu asanlıqla görmək olar. Qafqaz sıra dağları 

onu  Rusiyadan  ayırır,  etnoqrafik  baxımdan  da  belədir,  bizim  xalqın  Rusiyanın 

slavyan  xalqları  ilə  heç  bir  ümumi  cəhəti  yoxdur."  Memorandumun  axırında 

göstərilirdi  ki,  Azərbaycan  xalqı  qəti  şəkildə  bu  ümiddədir  ki,  göndərdiyi 

nümayəndələrin  fəaliyyəti  və  bütün  dünyada  sülhün  və  təhlükəsizliyin  carçısı, 

bütün  beynəlxalq  münaqişələrin  vasitəçisi  olan  sizin  himayədarlığınız  sayəsində 

onun  milli  ehtiyacları  ödəniləcəkdir.

761


  Görüş  zamanı  Azərbaycan  nümayəndə 

heyətinin  tələbləri  V.Vilsona  verildi.  Altı  bənddən  ibarət  olan  bu  tələblərdə 

prezidentdən  xahiş  edilirdi:  1.  Azərbaycanın  müstəqilliyi  tanınsın;  2.  Vilsonun 

prinsipləri  Azərbaycana  da  şamil  edilsin;  3.  Azərbaycan  nümayəndələri  Sülh 

konfransına  buraxılsın;  4.  Azərbaycan  Millətlər  Cəmiyyətinin  üzvlüyünə  qəbul 

edilsin;  5.  ABŞ-ın  hərbi  departamentliyi  Azərbaycana  hərbi  yardım  göstərsin;  6. 

                                                        

760


  Memoire  adresse  par  la  Delegation  a  la  Conference  de  la  Paix  de  Republique  de  l'Azerbaidjan  du 

Caucase  A  M.  le  President  Wilson.  Paris,  Le  28  mai  1919.  //Bulletin  D'Information  de 

L'Azcrbaidjan,1919, 1 Septembre, №1, p.6-7 

761


  Paris  Sülh  konfransındakı  Azərbaycan  nümayəndəliyinin  ABŞ  prezidenti  V.Vilsona  təqdim  etdiyi 

Memorandum. 28.05.1919. // ARDA, f.970, s.1, i.143, v.38 



222 

 

ABŞ-la  Azərbaycan  Respublikası  arasında  diplomatik  münasibətlər  yaradılsın.



762

 

Danışıqlar  zamanı  ABŞ  tərəfindən  bu  tələblərin  qəbul  ediləcəyi  təqdirdə 



Ə.M.Topçubaşov  Azərbaycanın  keçmişdə  tərkibində  olduğu  çar  Rusiyasının 

borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verirdi. Söhbət zamanı 

V.Vilson  Azərbaycan  nümayəndələrini  görməyə  və  Azərbaycan  haqqında  xeyli 

material  aldığına  çox  şad  olduğunu  bildirdi.  Lakin  Azərbaycanın  müstəqilliyinin 

tanınması məsələsini açıq saxlayaraq dedi: 1. Amerikanlar dünyanı kiçik hissələrə 

bölmək  istəmirlər;  2.  Əgər  Azərbaycan  Qafqaz  Federasiyası  yaratmaq  fikrinə 

qoşulsa,  bu,  onun  üçün  yaxşı  olar;  3.  Bu  Konfederasiya  Millətlər  Cəmiyyətinin 

təklifi ilə hər hansısa bir dövlətin köməyinə arxalana bilər, 4. Azərbaycan məsələsi 

rus  məsələsindən əvvəl  həll  edilə  bilməz.

763


  Danışıqlar zamanı  yerlərdə  vəziyyəti 

öyrənmək  üçün  Qafqaza  xüsusi  Amerika  missiyası  göndəriləcəyi  barədə 

Azərbaycan nümayəndələrinə məlumat verildi. Lakin bu missiya xeyli gec, yalnız 

1919-cu ilin oktyabrında gəlib Bakıya çıxdı. 

Vilsonun  Azərbaycana  münasibətdə  tərəddüdlü  mövqeyi  bir  sıra  amillərlə 

bağlı  idi.  Birincisi,  bütün  müəlliflər  təsdiq  edirlər  ki,  V.Vilson  ermənipərəst  bir 

siyasi xadim idi və erməni missionerləri Qafqazda cərəyan edən hadisələr haqqında 

ona xeyli saxta məlumatlar vermişdilər. 

İkincisi, görüşün keçirildiyi gün Azərbaycan nümayəndələri üçün əlamətdar 

bir  gün  olsa  da,  ümumilikdə  dövr  yeni  yaranmış  respublikalar  üçün  əlverişli 

deyildi. Belə ki, 1919-cu ilin yazında Rusiyada ağqvardiyaçı generalların - Kolçak, 

Denikin,  Yudeniç  və  digərlərinin  fəallaşması  müttəfiqlərin  rəhbərlərinin,  о 

cümlədən V.Vilsonun Rusiyanın bərpa olunacağına ümidini artırmışdı. Üçüncüsü 

isə,  Azərbaycan  nümayəndələri  ilə  görüşdən  iki  gün  əvvəl,  may  ayının  26-da 

Dördlər  Şurasının  iclasında  Kolçak  hökumətini  tanımaq  barədə  Vilson,  Lloyd 

Corc,  Klemanso,  Orlando  və  Sayondzi  tərəfindən  nota  imzalanıb  gizli  şəkildə 

Kolçaka göndərilmişdi. Lakin bütün bunlara baxmayaraq, V.Vilsonun Azərbaycan 

nümayəndələrini  qəbul  etməsi  mühüm  siyasi  əhəmiyyətə  malik  bir  hadisə  idi. 

Bundan  sonra  Sülh  konfransının  digər  rəhbərlərinin  də  Azərbaycan 

nümayəndələrini  qəbul  edəcəyi  gözlənilirdi.  Ə.M.Topçubaşov  Azərbaycan 

hökumətinə göndərdiyi məlumatda yazırdı: "Bizim atdığımız bir neçə addım  belə 

bir ümid doğurur ki, nümayəndə heyətimizi Sülh konfransının sədri (Jorj Klemanso 

- C.H.), habelə İngiltərənin, İtaliyanın, Yaponiyanın baş nazirləri qəbul edəcəklər. 

İndi məndə belə bir məlumat var ki, bizi Balfur və Orlando qəbul edəcək."

764

 

Azərbaycan nümayəndələrinin Amerika prezidenti Vilson tərəfindən qəbul 



edilməsi,  istər  Azərbaycan  Sovet  və  istərsə  də  xarici  tarixşünaslıqda  birmənalı 

                                                        

762

  Memoire  adresse  par  la  Delegation  a  la  Conference  de  la  Paix  de  Republique  de  l'Azerbaidjan  du 



Caucase  A  M.  le  President  Wilson.  Paris,  Le  28  mai  1919.  //Bulletin  D'Information  de 

L'Azerbaidjan,1919, 1 Septembre, №1, p7 

763

 А.М.Топчибашев. Письма из Парижа. Баку, 1998, с.38 



764

 А.М.Топчибашев. Письма из Парижа. Баку, 1998, с.38-39 



223 

 

qiymətləndirilmir.  Bu  faktın  siyasi  əhəmiyyətini  izah  etmədən,  Amerika 



prezidentinə təqdim edilən tələbləri təhlil etmədən müəlliflər bəzən belə bir səhv 

nəticəyə 

gəlirlər 

ki, 


müsavat 

nümayəndələri 

Azərbaycanı 

ABŞ-ın 


"müstəmləkəsinə"  çevirmək  istəyirdilər.  1919-cu  ilin  mayında  görüş  zamanı 

prezident  Vilsonun  Azərbaycana  hələlik  qeyri-müəyyən  münasibətini  xarici 

tarixçilərdən  T.Svyatoçevski  daha  inandırıcı  formada  izah  edir.  Onun  fikrincə, 

"Versal  dövlətləri  separatist  hökumətləri  tanımaqla  Rusiya  ilə  gələcək 

münasibətlərdə  öz  əl-qollarını  bağlamağa  tələsmirdilər."

765


  Ona  görə  də  qəbul 

zamanı  Amerika  prezidenti  Azərbaycan  nümayəndələrinə  "ümidverici  bir  şey 

demədi."

766


 

Vilson tərəfindən Azərbaycan nümayəndələrinin qəbul edilməsi хəbəri may 

ayının 31-də radio məlumatlarından alınmış və Batuma gələn fransız mətbuatı da 

bu  faktı  təsdiq  etmişdi.

767

  Bu  zaman  Azərbaycanda  istiqlalın  birinci  ildönümü 



təntənəli  şəkildə  keçirilirdi.  Parlamentin  bayram  iclasındakı  çıxışında  Nazirlər 

Şurasının sədri N.Usubbəyov Sülh konfransına böyük  ümid bəslədiyini bildirərək 

deyirdi: "Azərbaycanın müstəqilliyi baş vermiş bir faktdır. Мən Sülh konfransının 

son sözünü tam soyuqqanlıqla gözləyirəm. Ağlım kəsmir ki, dünyanın ən mədəni 

xalqlarının  nümayəndələri  Azərbaycan  türklərinin  arzu  və  istəklərinə  biganə 

qalsınlar.  Əks  təqdirdə,  məndə  bu  xalqların  mədəni  xalqlar  olmasına  şübhə 

oyanardı və Azərbaycan türkləri gələcəkdə öz müqəddəratlarını təyin etmək kimi 

müqəddəs  bir  hüququ  həyata  keçirməyə  çalışarkən,  böyük  mədəni  xalqları 

fanatizmə və dini ədavətə görə məzəmmət etməkdə haqlı olardılar."

768


 

Bütün  qeyri-müəyyən  məqamlarına  baxmayaraq,  üç  ay  İstanbulda  oturub 

viza  gözləyən  Azərbaycan  nümayəndələri  üçün  Amerika  prezidenti  tərəfindən 

qəbul  olunma  faktı  əhəmiyyətli  hadisə  idi.  Lakin  prezident  Vilsonun  qeyri-

müəyyən  cavabları  heç  də  Azərbaycan  nümayəndələrini  ümidsizləşdirmədi. 

Amerika  tarixçisi  F.Kazımzadə  obrazlı  formada  yazır  ki,  Azərbaycan 

nümayəndələri  "Amerika  prezidentinin  ürəyini  fəth  edə  bilmədikdən  sonra  onlar 

konfransa  öz  rəsmi  tələblərini  təqdim  etdilər."

769

  May  ayının  28-də  danışıqlar 



zamanı  prezident  Vilson  da  Azərbaycan  nümayəndələrinə  öz  tələblərini  Sülh 

konfransının katibliyinə verməyi məsləhət görmüşdü. Rəsmi tələblər əvvəllər qeyd 

olunduğu  kimi,  ingilis  və  fransız  dillərində  hazırlanmış  və  iyun  ayında  çap 

olunmuş  50  səhifəlik  kitabçada  toplanmışdı.  Hələ  kitabça  formasında  çap 

edilməzdən  əvvəl  tələblər  əlyazma  halında  Sülh  konfransının  katibliyinə  təqdim 

edildi.  Tələblərdə  Azərbaycan  haqqında  geniş  tarixi-etnoqrafik,  iqtisadi  və  siyasi 

xarakterli  materialların  verilməsi  konfrans  iştirakçılarının  Azərbaycan  haqqında 

                                                        

765

 T.Swietochowski. Russian Azerbaijan, p. 156 



766

 Ibid, p.154 

767

 ARDA, f.970,s.1,i.168, v.2 



768

 Азербайджан, 1919, 30 мая 

769

 F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.268 



224 

 

məlumatlarının  ya  olmaması,  ya  da  həddindən  artıq  bəsit  olması  ilə  bağlı  idi. 



Azərbaycan  nümayəndələrinin  gərgin  əməyi  nəticəsində  hazırlanmış  bu  sənədin 

hər  bir  bəndinin  arxasında  Azərbaycanın  milli  maraqları  dayanırdı.  On  dörd 

bölmədən ibarət olan "Qafqaz Azərbaycanı respublikasının nümayəndəliyinin Paris 

Sülh  konfransına  memorandumu"

770

  adlı  sənədin  birinci  bölməsi  "Azərbaycanın 



mənşəyi-müstəqil xanlıqlar və onların tənəzzülü" adlanır. Bu bölmədə Azərbaycan 

xalqının etnogenez prosesi, onun formalaşması, qədim coğrafi hüdudları, müstəqil 

xanlıqların yaradılması və onların Rusiya imperiyası tərəfindən işğalı barədə Sülh 

konfransının  iştirakçılarına,  Avropa  və  Amerika  ictimaiyyətinə  qısa  məlumat 

verilirdi.  Orada  göstərilirdi:  "Ən  qədim  zamanlardan  başlayaraq,  Xəzər  sahili 

boyunca,  habelə  Qafqazın  cənub-şərq  ərazisində  qismən  türk,  qismən  isə  tatar 

dilində danışan tayfalar məskunlaşmışlar. Bu tayfalar müxtəlif dövrlərdə müəyyən 

dərəcədə iranlılarla, eləcə də sayca daha çox, daha qüdrətli və güclü olan türklərlə 

qaynayıb  qarışmışlar.  Bu  qaynayıb  qarışmanı  əsas  tutaraq  Qafqazın  həmin  yerli 

sakinləri Azərbaycan türklərini, yaşadıqları ölkənin adına müvafiq şəkildə, sadəcə 

azərbaycanlılar  adlandırmışlar."

771


  Sənəddə  göstərilir  ki,  Azərbaycanın  cənubu 

silah  gücünə  İrana  birləşdirilmiş,  qalan  hissəsi  Qafqazın  coğrafi  sərhədləri 

daxilində qalmış və  uzun müddət özünün siyasi müstəqilliyini qoruyub  saxlamış, 

XVII əsrdən başlayaraq, müstəqil xanlıqlardan ibarət olmuşdur. Gürcüstan Rusiya 

ilə  birləşdikdən  sonra  Azərbaycan  xanlıqlarının  təhlükəsizliyi  üçün  ciddi  təhlükə 

yaranmışdı.  Azərbaycan  xanlıqları  öz  azadlıqları  və  müstəqillikləri  uğrunda 

Rusiyaya qarşı uzun müddət mübarizə aparmışlar. Bununla bağlı memorandumda 

qeyd  edilir:  "Azərbaycanın tarixi  qəhrəmanlıq  epizodları ilə  zəngindir.  Bu  tarixin 

səhifələrini çevirdikcə bu kiçik xanlıqların silaha sarılaraq, azadlıq və ləyaqətlərini 

qorumaq  üçün  rus  qoşunları  ilə  necə  cürətlə  və  qorxu  bilmədən  vuruşduqları 

sənəddə  təsvir  edilirdi.  Onlar  azadlıqları  uğrunda  doğma  torpaqlarını  oğullarının 

qanı  ilə  suvarmışdılar.  Onlar  öz  azadlıqlarını  XIX  əsrin  əvvəllərinə, hətta həmin 

əsrin  birinci  rübünün  axırına  qədər  mərdlik  və  müvəffəqiyyətlə  qoruyub  saxlaya 

bilmişdilər.  Bu  dövrdə  xanlıqların  qüvvəsi  tədricən  zəiflədiyindən  onlar  güclü 

Rusiya  ordusunun  hücumlarına  davam  gətirə  bilmirdilər."

772


  Memorandumda 

deyilirdi  ki,  Azərbaycanı  işğal  etdikdən  sonra  bu  ərazilərdə  ruslaşdırma  siyasəti 

yeridən imperiyanın müstəmləkə qaydalarını zorla tətbiq etməklə ölkənin ərazisini 

istədiyi kimi qayçılayan, sərvətlərini qəddarcasına talayan rus hakimiyyət orqanları 

burada  hər  cür  özbaşınalıqdan  çəkinmirdilər.  Tələblərdə  göstərilir:  "Rus  dövləti 

işğal  etdikləri  xanlıqların  sakinlərinin  adlarını  dəyişdirməkdən  də  çəkinmirdi. 

Etnoqrafiyanı, xalqın dilini və ədəbiyyatını nəzərə almadan, Azərbaycan əhalisinə 

                                                        

770

  La  Republique  de  l'Azerbaidjan  du  Caucase.  Paris,  1919;  Claims  of  the  Peace  Delegation  of  the 



Republic of Caucasian Azerbaijan Presented to the Peace Conference in Paris. Paris, 1919 

771


 La Republique de l'Azerbaidjan du Caucase, p.3 

772


 La Republique de l'Azerbaidjan du Caucase, p.5 

225 

 

Qafqaz  tatarları,  Qafqaz  müsəlmanları,  yaxud  sadəcə  olaraq,  müsəlman  adı 



qoymuşdu."

773


 

Memorandumun ikinci bölməsi "Azərbaycanın yerli əhalisi. Onların keçmiş 

rus imperiyasına münasibəti" adlanır. Bu bölmədə azərbaycanlıların Qafqazın digər 

xalqlarına nisbətən daha çox təqiblərə məruz qalması, uzun müddət milli məktəbin, 

ana  dilli  mətbuatın,  milli  xeyriyyə  cəmiyyətlərinin  qadağan  edilməsi,  rus 

məmurlarının  müsəlman  xadimlərinə  nifrət  və  etimadsızlığı  öz  əksini  tapıb.  Rus 

imperiyasının  öz  siyasətini  həyata  keçirmək  üçün  dindən  bir  vasitə  kimi  istifadə 

etdiyi göstərilərək, sənəddə yazılır: "Yüksək rütbəli müsəlman ruhaniləri - müftilər, 

şeyxülislamlar cahil, əksər hallarda savadsız adamlar arasından seçilir, onlara son 

dərəcə  cüzi  maaş  verilirdi.  Məscidlərin  əmlakının  ixtiyarı  rus  məmurlarına 

verilmişdi.  Onların  icazəsi  olmadan  məscid  tikmək,  yaxud  bərpa  etmək  imkan 

xaricində idi. Sözün qısası müsəlmanlara fanatik damğası vuran ruslar bu mənada 

özlərinin fanatik olduğunu göstərirdilər."

774


 

"Cənubi  Qafqaz  Seymi  və  federasiyası,  onların  zəifləməsi və  süqutu"  adlı 

üçüncü  bölmə  Cənubi  Qafqazda  müxtəlif  dövlət  təsisatlarının  yaradılması,  onun 

daxili  və  xarici  siyasəti,  habelə  Seymin  daxilindəki  ziddiyyətlərin  son  nəticədə 

onun  dağılması  ilə  nəticələnməsi  məsələləri  əhatə  edilmişdi.

775 


Dördüncü  bölmə 

"Azərbaycan  Respublikasının  hökuməti  və  onun  paytaxtı  Bakı  şəhəri"  adlanır. 

Burada  göstərilirdi:  "Azərbaycan  Respublikasının  müstəqilliyi  elan  edilən  kimi 

Milli  Şura  12  nazirdən  ibarət  hökumət  yaratdı.  Milliyyətcə  azərbaycanlı  olan 

həmin  dövlət  xadimlərinin  çoxu  Rusiyada  və  xaricdə  universitet  və  texniki 

institutlar  bitirmişdilər.  Azərbaycan  hökumətinin  ilk  addımı  Bakını  və  onun 

kənarını 1918-ci ilin martında zəbt etmiş bolşeviklərdən təmizləmək oldu."

776


  Bu 

bölməyə  Bakı  barəsində,  onun  Azərbaycanın  paytaxtı  olması,  respublikanın 

intellektual  qüvvələrinin  burada  yerləşdirilməsi  haqqında  geniş  söhbət  açılırdı. 

Bakı  ilə  əlaqədar  1918-ci  ilin  avqustunda  Almaniya  ilə  Sovet  Rusiyası  arasında 

imzalanmış  gizli  sazişin  heç  bir  hüquqi  əsası  olmadığı  əsaslandırılaraq,  sənəddə 

göstərilirdi ki, Azərbaycan xalqının "Bakını iqtisadi, zehni, dini və siyasi mərkəz, 

bir  sözlə  paytaxt  seçməsi  heç  də  təsadüfi  deyil.  Yeni  Azərbaycan  dövlətinin 

gələcəyi  Bakı  ilə  о  qədər  bağlıdır  ki,  respublikanın  mövcudluğunu  bu  şəhərsiz 

təsəvvürə  gətirmək  mümkün  deyil."

777


  Memoranduma  görə,  Bakı  rayonundakı 

zəngin  neft  ehtiyatları  Azərbaycan  Respublikasının  əsas  həyat  mənbəyi  idi, 

respublika  hökuməti  onun  istehsalı  və  satışı  üzərində  şəriksiz  hökmranlığa  malik 

idi.  Orada  qeyd  edilirdi  ki,  "neft  istehsalının  yerli  tələbatı  üstələməsinə  və 

Azərbaycan  dövlətinin həmin artıq məhsulu müqavilə əsasında yanacağı olmayan 

                                                        

773

 La Republique de l'Azerbaidjan du Caucase, p.6 



774

 La Republique de l'Azerbaidjan du Caucase, p.8-9 

775

 La Republique de l'Azerbaidjan du Caucase, p. 10-13 



776

 La Republique de l'Azerbaidjan du Caucase, p.14 

777

 La Republique de l'Azerbaidjan du Caucase, p. 15 



226 

 

ölkələrə  müvafiq  müqavilələr  bağlamaq  yolu  ilə  satmağa  üstünlük  verməsinə 



baxmayaraq, respublika Bakı mədənlərindəki neftin açıq müdaxilə yolu ilə istismar 

olunmasına  heç  bir  vəchlə  icazə  verə  bilməzdi.  Xarici  istismar  respublika  üçün 

intihar demək olardı."

778


 

Bakı  şəhərinin  Azərbaycanın  paytaxtı  kimi  kəskinliyi  ilə  qoyulması,  onun 

iqtisadi  və  tarixi  əhəmiyyətindən  əlavə,  erməni  missionerlərinin  Bakı  haqqında 

cızdığı müxtəlif layihələrlə bağlı idi. Avropa və Amerika mətbuatında onlar Bakını 

Azərbaycanla  əlaqəsi  olmayan  rus  şəhəri  kimi  təqdim  edirdilər.  Əlbəttə,  bu 

təbliğatda  daha  uzaq  məqsədlər  güdülürdü.  Parisdəki  proseslərdən  tezliklə  aydın 

oldu  ki,  erməni  nümayəndələri  Avropada  Fransa  siyasi  dairələrinin  köməyi  ilə 

Bakının  və  Batumun  guya  beynəlmiləl  şəhərlər  olduqları  üçün  Millətlər 

Cəmiyyətinin nəzarəti altına verilməsinə nail olmaq istəyirlər. Bu barədə onlar öz 

fikirlərini  Fransa  Xarici  İşlər  Nazirliyinə  bildirmişdilər.

779

  Lakin  erməni 



nümayəndə heyətinin bu avantürist planları Fransa Xarici İşlər Nazirliyi tərəfindən 

rədd  edilmişdi.  Bununla  belə,  Bakıya,  Tiflisə,  İstanbula  və  digər  şəhərlərə  olan 

xəyali arzularını daşnaklar gizlətmirdilər. 1919-cu ildə Ermənistanda "Axşatavor" 

qəzetində  nəşr  edilmiş,  elə  həmin  ilin  iyununda  "Bakinskaya  jizn"  qəzetində 

tərcüməsi  verilmiş  bir  yazı  ermənilərin  arzularını  daha  qabarıq  əks  etdirir.  Qəzet 

yazırdı:  "Orlando  İtaliya  üçün  Fyumu  tələb  edir.  Bu  tələb  çox  ədalətlidir.  Fyum 

İtaliyaya  lazımdır...  İtaliya  qalib  gəlmişdir  və  ona  görə  nə  tələb  edirsə,  onu  da 

almalıdır...  Biz  də  qalib  gəlmişik.  Məlum  deyildir  ki,  nə  üçün  biz  qələbədən  bu 

qədər  az  pay  alırıq...  Bizim  qonşularımız  türklərlə  və  almanlarla  vuruşmayıblar. 

Biz  isə  vuruşmuşuq,  ona  görə  də  biz  bir  Fium  yox,  iki  Fium  almalıyıq...  Qısaca 

desək, Fium rolunu bizim üçün iki şəhər oynayır: Bakı və Tiflis. Bakı  ən azı ona 

görə  bizə  məxsus  olmalıdır  ki,  Azərbaycanın  öz  paytaxtı  var  -  Gəncə.  Bizim 

Bakıya  hüququmuz  şübhəsiz  aydındır.  Hələ  onu  demirik  ki,  bizim  ona  tarixi 

hüququmuz da vardır. Biz Bakını martda (1918-ci ilin martında - C.H.) tutmuşuq, 

ona görə də о bizə qalmalıdır."

780


 Şübhəsiz ki, rəsmi erməni dairələrinin arzularını 

əks etdirən daşnak mətbuatı yalnız bu iki şəhərlə kifayətlənə bilməzdi və əvvəllər 

qeyd  olunduğu  kimi,  onların  Paris  Sülh  konfransından  tələbləri  daha  böyük  idi. 

Ona görə "Axşatavor" bu tələblərlə bağlı göstərirdi: "Açıq deməliyik. Şəhərlərdən 

başqa  qəzalar  da  bizə lazımdır.  Gürcüstandan  Tiflis,  Borçalı,  Axalkələk,  Axalsıx 

qəzaları,  Azərbaycandan  isə  Bakı  quberniyasının  bütün  qəzaları  və  Qarabağ  bizə 

keçməlidir.  Ümumdünya  konfransı  İranı  və  İstanbul  daxil  olmaqla  Türkiyə 

vilayətlərini  bizə  verdiyi  zaman  biz  Fars  (körfəzinə  -  C.H.),  Qara  və  Aralıq 

dənizlərinə  çıxacağıq."

781


  Belə  sərsəm  tələblərlə  dolu  olan  məqalələr  tez-tez 

Avropa və Amerika mətbuatında da nəşr etdirilirdi. 

                                                        

778


 La Republique de l'Azerbaidjan du Caucase, p.15-16 

779


 F. Kazemzadeh. The Struggle for Transcaucasia, p.203 

780


 Бакинская жизнь, 1919, 4 июня. 

781


 Бакинская жизнь, 1919, 4 июня. 

227 

 

Memorandumun  beşinci  bölməsi  "Azərbaycanın  bolşeviklərə  qarşı 



mübarizəsi,  bolşevik  və  erməni  hücumları"  adlanırdı.  Bu  bölmədə  1918-ci  ilin 

martında  Bakıda  və  yazında  Azərbaycanda  törədilmiş  müsəlman  soyqırımının 

mahiyyəti bütün kəskinliyi ilə ortaya qoyulurdu. Sənəddə deyilirdi: "Müsəlmanlar 

üçün məşum nəticələri olan bu qanlı hadisələrdə hər yerdə olduğu kimi, Bakıda da 

öz  millətçi  partiyalarını  -  daşnaksütyunu  yaratmış  ermənilər  fəal  iştirak  etdilər... 

Həqiqət budur ki, ermənilər bolşeviklərin himayəsi altında müsəlmanların üzərinə 

hücum çəkdilər və həmin dəhşətli günlərdə (30-31 mart, 1 aprel - C.H.) 12 000-dən 

çox  azərbaycanlı  öldürdülər.  Öldürülənlərin arasında  qocalar,  qadınlar  və  uşaqlar 

üstünlük  təşkil  edirdilər.  Yəqin  ki,  gələcək  tarixçilər  bu  hadisələrin  üstündən 

sükutla  ötüb  keçməyəcəklər.  Lakin  indi  biz  ümidvar  olduğumuzu  bildiririk  ki, 

digər regionlarda yaşayan ermənilər öz soydaşlarının törətdikləri qanlı cinayətlərə 

haqq  qazandırmayacaqlar."

782

  Bu  hadisələri  törədənlərin  niyyətlərinə  toxunaraq, 



memorandumun  müəllifləri  yazırdılar:  "Tamamilə  aydındır  ki,  yerli  azərbaycanlı 

əhalinin  öz  doğma  şəhərindən  didərgin  salınması  uzaq  məqsədlər  güdən  erməni 

millətçilərinin  siyasi  məqsədlərinə  xidmət  edirdi,  bu  yolla  onlar  Bakını  yerli 

əhalidən  təmizləmək,  onun  sərvətlərinə  sahiblənmək,  ən  sonda  isə  bu  qədim 

Azərbaycan  şəhərini  Ermənistan  torpağı  elan  etmək  istəyirdilər.  Əsil  sərsəmlik 

xarakteri daşımasına baxmayaraq, həqiqətən də belə bir plan mövcud olmuşdur."

783

 

Memorandumun  altıncı  və  yeddinci  bölmələrində  Azərbaycan  xalqının 



bolşevik və erməni hücumlarına qarşı mübarizə apardığından, daşnakların Bakıda, 

Şamaxıda və digər yerlərdə bolşeviklərlə əlbir törətdiyi cinayətlərdən və Bakının 

azad  edilməsindən  bəhs  edilirdi.  Orada  göstərilirdi:  "12  000-dən  çox  müsəlman 

martın 18-21-də (yeni təqvimlə martın 30-31-i və aprelin 1-i - C.H.) üç gün davam 

edən qanlı cinayətlərin qurbanı olmuşdu. Çoxlu insan tələfatı ilə bir sırada xalqın 

mənəvi həyatında  və mədəniyyəti  tarixində mühüm rol  oynayan  bir  sıra  siyasi  və 

mənəvi  mərkəzlər  yerlə  yeksan  edildi,  od  vurulub  yandırıldı.  Bunların  sırasında 

Xalq  evinin,  Müsəlman  Xeyriyyə  Cəmiyyəti  binasının,  siyasi  partiyaların 

iqamətgahlarının,  müsəlman  qəzetləri  redaksiyalarının  (rus  dilində  çıxan 

"Kaspi"nin, azərbaycanca çıxan "Açıq söz"ün) adlarını  çəkmək olar. Ən görkəmli 

müsəlman xadimləri həbs edilir və güllələnirdi. Lakin ən dəhşətli nəticə Bakıda və 

onun ətraf rayonlarında bolşevik hakimiyyətinin güclənməsi idi."

784

 Bolşeviklər və 



ermənilər tərəfindən dağıdılmış Azərbaycanda bərpa işlərinin başlanması, müttəfiq 

qoşunlarının  Bakıya  daxil  olması,  Azərbaycan  Parlamentinin  təsis  edilməsi  və 

fəaliyyəti səkkizinci bölmədə işıqlandırılırdı.

785


 

                                                        

782

 La Republique de l'Azerbaidjan du Caucase, p.18-19 



783

  Claims  of  the  Peace  Delegation  of  the  Republic  of  Caucasian  Azerbaijan  presented  to  the  Peace 

Conference in Paris, p.20; La Republique de l'Azerbaidjan du Caucase, p.21 

784


 La Republique de l'Azerbaidjan du Caucase, p.22 

785


 La Republique de l'Azerbaidjan du Caucase, p.24-26 

228 

 

Memorandumun  ən  əhəmiyyətli  bölmələri  Azərbaycan  Respublikasının 



ərazisi və əhalisi ilə bağlı olan bölmələr idi. Ermənilərin, gürcülərin və iranlıların 

konfransa təqdim etdikləri ərazi iddiaları bilavasitə Azərbaycana aid olduğu üçün 

Azərbaycanın  hüdudları  barədə  konfransın  rəhbərlərində  aydın  təsəvvür 

yaradılması  zərurəti  meydana  çıxmışdı.  Paris  Sülh  konfransına  təqdim  edilmiş 

memorandumda Qafqaz Azərbaycanının ərazisi keçmiş inzibati bölgü sistemi üzrə 

aşağıdakı  qaydada  verilirdi:  1.  Bakı  quberniyası.  Bura  Bakı  şəhəri,  habelə  Bakı, 

Cavad,  Göyçay,  Şamaxı,  Quba  və  Lənkəran  qəzaları  daxildir.  2.  Yelizavetpol 

(Gəncə) quberniyası. Bu quberniyaya Yelizavetpol (Gəncə), Cavanşir, Nuxa, Ərəş, 

Şuşa, Cəbrayıl, Zəngəzur və Qazax qəzaları daxildir. 3.  İrəvan quberniyası. Bura 

Naxçıvan,  Şərur-Dərələyəz,  Sürməli  qəzaları,  habelə  Yeni  Вəyazid,  Eçmiədzin, 

İrəvan  və  Aleksandropol  qəzalarının  bir hissəsi  daxildir.  4.  Tiflis  quberniyasında 

Borçalı, Tiflis və Sığnaq qəzalarının mühüm bir hissəsi də Azərbaycan ərazisidir. 

5.  Zaqatala  qəzası.  6.  Dağıstan  regionunda  Kurinə  və  Samur  nahiyələrini  əhatə 

edən ərazinin  bir hissəsi, habelə  Dərbənd  şəhəri  və  onun  ətrafı  da  daxil  olmaqla 

Kaytaq-Tabasaran qəzasının bir hissəsi. 7. Yuxarıda adları çəkilən İrəvan və Tiflis 

quberniyalarında, 

habelə  Zaqatala  qəzasında  mənsubiyyəti  Azərbaycan, 

Еrmənistan, Gürcüstan və Şimali Qafqaz respublikaları arasında iddialar doğuran 

və sahəcə çox kiçik ərazilər də mövcuddur.

786


 

Ərazi  məsələləri  ilə  bağlı  memorandumda  qeyd  edilirdi  ki,  Azərbaycan 

Respublikası  Tiflis  quberniyasındakı  Axalsıx  qəzasının,  Batum,  xüsusən  də  Qars 

əyalətlərini öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verir. Göstərilən ərazilərlə 

bağlı  sənəddə  yazılırdı:  "Bu  ərazilərin,  xüsusən  də  Qars  ətrafının  sakinləri 

azərbaycanlılarla  eyni  etnik  qrupa  daxildirlər,  onların  dini,  adət-ənənələri, 

vərdişləri, yaşayış tərzləri və məişətləri Azərbaycanın qalan hissələri ilə eyniyyət 

təşkil edir. Bütün bunlardan sonra həmin ərazidə yaşayan müsəlmanların dəfələrlə 

Azərbaycan hökumətinə Qars ətrafının respublikanın tərkibinə qatılması təklifi ilə 

müraciət  etmələrini  başa  düşmək  olar.  Türk  qoşunları  ölkəni  tərk  etdikdən,  yerli 

hökumət  və  parlament  müttəfiq  qoşunları  komandanlığının  nümayəndələri 

tərəfindən buraxıldıqdan sonra, bu ərazilər qonşu respublikalar: Ermənistan (Qars) 

və Gürcüstan (Ərdəhan) arasında bölüşdürüldükdən sonra həmin müraciətlər daha 

da  güclənmişdir.  Bu  bölgünü  özbaşınalıq  sayan  Azərbaycan  hökuməti  yerli 

əhalinin  hisslərini  tapdalayan  həmin  ədalətsizliyə  qarşı  qətiyyətlə  etiraz  edir  və 

bildirir  ki,  adları  çəkilən  ərazilərin  əhalisi  qonşu  respublikaların  hakimiyyətini 

tanımaqdan  birmənalı  şəkildə  imtina  etmişdir.  Yuxarıda  qeyd  olunduğu  kimi, 

Batum  və  Qars  əyalətlərinin  əhalisi  həmin  ərazinin  Azərbaycan  Respublikasının 

tərkibinə  qatılması  təklifi  ilə  dönə-dönə  bizə  müraciət  etmişlər.  Bu  faktlar  bizim 

respublikanı  belə  bir  bəyanatla  çıxış  etməyə  vadar  edir  ki,  Batum  və  Qars 

əyalətlərinin,  habelə  Axaltsıx  qəzasının  əhalisi  talelərini  öz  istədikləri  kimi 

                                                        

786

  La  Republique  de  l'Azerbaidjan  du  Caucase,  p.27-28;  Claims  of  the  Peace  Delegation  of  the 



Republic of Caucasian Azerbaijan presented to the Peace Conference in Paris, p.27-28. 

229 

 

müəyyənləşdirməlidirlər.  Bizim  nöqteyi-nəzərimizə  gəldikdə  isə  həmin  ərazidə 



müstəqil respublikanın yaradılması  məsələnin ən yaxşı həlli olar, regionun maraq 

və mənafeləri ilə bağlı problemlər yoluna qoyulardı."

787

 

Versal  Sülh  konfransına  təqdim  olunan  memorandumdan  məlum  olur  ki, 



Azərbaycan  Respublikası  hökumətin  nəzarəti  altında  olan  mübahisəsiz  ərazi 

83.7866 kv. verstdir və yaxud 94.137,38 kv.km-dir. Bu da bütün Qafqazın 217.408 

kv.verst və yaxud 247.376,15 kv.km olan ərazisinin 39 faizini təşkil edir.

788


 

"Azərbaycanın müstəqil siyasi mövcudluq hüququ Qafqaz respublikaları ilə 

münasibətlər"  adlı  on  ikinci  bölmədə  Versal  sülh  konfransında  çoxlarını 

maraqlandıran  bu  suallara  ətraflı  cavab  verilmişdi:  1.  Son  vaxtlara  qədər  Rusiya 

imperiyasının  bir  hissəsi  olmuş  Azərbaycan  Rusiyanın  keçmiş  və  indiki 

öhdəliklərinə  necə  münasibət  bəsləyir?  2.  Onun  qonşuları  ilə  -  digər  Qafqaz 

respublikaları ilə münasibətləri necə olacaq?

789


 

Birinci  sualla  bağlı  qeyd  edilirdi  ki,  "bir  ölkə  daxilində  ümumi  həyat 

keçirdiyimiz  bir  əsrin  ağrı-acılarının  üzərində  dayanmadan  biz  ruslara  öz 

ərazilərində, öz yeni dövlətlərində səadət arzulayırıq. Azərbaycana gəldikdə isə o, 

daha  Rusiyanın  bir  hissəsi  olmaq  istəmir,  о  yalnız  öz  parlamentini  və  dövlətini 

tanıyır."

790

  Keçmiş  rus  borclarına  münasibət  demək  olar  ki,  Versal  Sülh 



konfransında  siyasi  iqlimi  müəyyən  edən  dövlətlərin  hamısının  mənafeyi  olan 

məsələ  idi.  Bununla  bağlı  memorandumda  göstərilirdi:  "Gənc  Azərbaycan 

Respublikası  keçmiş  Rusiyanın  borclarının  bir  hissəsini  ödəməyi  öz  üzərinə 

götürür.  Həmin  borclar  köhnə  imperiyanın  hissələri  arasında  ədalətli  şəkildə 

bölündükdən  sonra  Sülh  konfransının  maliyyə  komissiyasının  müəyyənləşdirdiyi 

şərtlərə müvafiq qaydada ödəniləcəkdir."

791

 

Qonşu respublikalara münasibətlərlə bağlı ikinci suala gəldikdə Azərbaycan 



Respublikasının  diplomatik  nümayəndəsinin  hələ  1918-ci  ilin  noyabrında 

İstanbulda Antantanın səlahiyyətli komissarına təqdim etdiyi memoranduma sadiq 

qaldığı göstərilirdi. Digər məsələlərlə birlikdə həmin memorandumda Azərbaycan 

Respublikasının  belə  bir  istəyi  öz  əksini  tapmışdı  ki,  Azərbaycan  "öz 

respublikalarını  yaratmış  qədim  qonşuları  ermənilər,  gürcülər  və  Şimali  Qafqaz 

dağlıları  ilə  eyni  nöqteyi-nəzərə  əsaslanan  dostluq  əlaqələrinə  girməyə  hazırdır, 

Azərbaycanın Sülh nümayəndəliyi belə bir fikrə mühüm diqqət yetirir ki, bütün bu 

yerli  Qafqaz  xalqlarını  bir-biri  ilə  müxtəlif  sahələrdə,  xüsusən  də  iqtisadiyyat 

sahəsində ümumi maraq birləşdirir."

792


 

                                                        

787

  La  Republique  de  l'Azerbaidjan  du  Caucase,  p.28-29;  Claims  of  the  Peace  Delegation  of  the 



Republic of Caucasian Azerbaijan presented to the Peace Conference in Paris, p.28-29 

788


 La Republique de l'Azerbaidjan du Caucase, p. 30-31 

789


 La Republique de l'Azerbaidjan du Caucase, p.38-39 

790


 La Republique de l'Azerbaidjan du Caucase, p.39 

791


 La Republique de l'Azerbaidjan du Caucase, p.41 

792


 La Republique de l'Azerbaidjan du Caucase, p.43; ARDA, f.970, s.l, i.108, v.18 

230 

 

On  üçüncü  bölmə  "Millətlər  Cəmiyyəti.  Azərbaycanlıların  mövqeyi. 



Bolşeviklərə qarşı mübarizədə türklərə müraciət" adlanırdı və burada Azərbaycan 

Respublikasının  Millətlər  Cəmiyyətinə  daxil  olmaq,  onun  yüksək  tribunasından 

istifadə etmək arzuları əks etdirilirdi. Memorandumda deyilirdi: "Biz şübhə etmirik 

ki,  azərbaycanlılar  da  başqa  millətlərlə  bir  sırada  onun  işində  (Millətlər 

Cəmiyyətinin  -  C.H.)  yaxından  çalışacaq,  millətlərin  sülhün  bərqərar  olunmasına 

doğru  yönəldilmiş  səylərini  bölüşdürəcək  və  öz  imkanları  daxilində  Millətlər 

Cəmiyyətinin  bəşəriyyətin  rifahına  xidmət  göstərən  nəcib  fəaliyyətində  iştirak 

edəcəkdir. Biz əminik ki, azərbaycanlılar bu beynəlxalq orqanda yüksək ədalət və 

əxlaq  nümunəsi  ilə  qarşılaşacaq,  Millətlər  Cəmiyyətinin  simasında  yuxarıda  da 

qeyd  edildiyi  kimi,  müstəqil  siyasi  mövcudluq  üçün  maddi  və  mənəvi  sərvətlərə 

malik xalqın hüquqlarının müdafiəçisini görəcəyik."

793


 

Memorandumda Azərbaycan xalqının dünya xalqlarına tanıdılmasına, onun 

haqqında  obyektiv  məlumat  verilməsinə  böyük  əhəmiyyət  verilirdi.  Onun 

müəlliflərinin  fikrincə,  Azərbaycan haqqında məlumatın azlığı  ilə  bağlı  yaranmış 

vəziyyətin  səbəbkarı  bir  tərəfdən  rus  müstəmləkəçiliyi  idisə,  digər  tərəfdən 

azərbaycanlıların  özləri  idi.  Bununla  bağlı  sənəddə  qeyd  edilirdi: 

"Azərbaycanlıların səciyyəvi xüsusiyyəti onların hədsiz təvazökarlığıdır ki, bu da 

onların  özlərini  təbliğ  etməyə  doğru  atıla  biləcək  hər  bir  addımdan  saxlayır. 

Azərbaycanlılar  özlərini  gözə  soxmağa,  başqalarına nisbətən  onların payına  daha 

çox  düşən  dərd  və  fəlakətləri  uca  səslə  elan  etməyə,  hamıya  çatdırmağa 

öyrənməmişlər.  Bütün  bu  dərd  və  fəlakətləri  onlar  səslərini  çıxarmadan, mətbuat 

vasitəsilə  dünyaya  car  çəkmədən,  millətlərə  və  dövlətlərə  müraciətlə  ağlayıb-

sıtqamadan  içərilərində  çəkirlər.  Bu  vəziyyət  bir  sıra  nöqteyi-nəzərdən  qüsur 

sayılmalıdır:  məhz  azərbaycanlıların  xarakterindəki  həmin  xüsusiyyət  onların  bir 

sıra fəlakətlərinin mənbəyinə çevrilmiş və  bu xalqa özünün milli fizionomiyasını 

dolğunluğu  ilə  göstərməyə  mane  olmuşdur.  Azərbaycanlılar haqqında  Avropanın 

və Amerikanın mətbuat orqanlarında bir sıra yalan məlumatların yazılmasına belə 

şərait əsas vermişdir. Həmin məlumatların müəllifləri bir sıra hallarda fantaziyaya 

güc  vermiş,  bəzən  ictimaiyyətin  diqqətinə  təqdim  etmək  iddiasında  olduqları 

məsələyə  nabələdliklərini  nümayiş  etdirmiş,  əksər  hallarda  isə  belə  materiallar 

bizim xalqa düşmənçilik məqsədi ilə,  onu  gözdən  salmaq niyyəti  ilə  yazılmışdır. 

Belə  yazıların  müəllifləri  öz  siyasi  korluqları  ucbatından  Azərbaycan  xalqına 

gücləri  çatana  qədər  ziyan  vurmaq  istəmiş  və  bu  yolla  da  öz  millətlərinə  fayda 

gətirmək fikrində olmuşlar."

794

 

Memorandumun  sonuncu,  on  dördüncü  bölməsində  Azərbaycan  sülh 



nümayəndəliyi, onun Sülh konfransına ümidləri və Sülh konfransından tələbləri öz 

                                                        

793

  La  Republique  de  l'Azerbaidjan  du  Caucase,  p.44-45;  Claims  of  the  Peace  Delegation  of  the 



Republic of Caucasian Azerbaijan presented to the Peace Conference in Paris, p.43-44 

794


  La  Republique  de  l'Azerbaidjan  du  Caucase,  p.45-46;  Claims  of  the  Peace  Delegation  of  the 

Republic of Caucasian Azerbaijan Presented to the Peace Conference in Paris, p.44 



231 

 

əksini  tapmışdı.



795

  Sənəd  Azərbaycanın  Sülh  konfransına  tələbləri  ilə 

tamamlanırdı. Orada Azərbaycan nümayəndə heyəti sülh konfransının və Antanta 

dövlətlərinin mənəvi yardımına arxalanaraq bildirirdilər: "1. Qafqazın, xüsusən də 

Azərbaycanın  fiziki,  iqtisadi  və  siyasi  xilas  yolu  Rusiyanın  sosial  və  siyasi 

həyatından tamamilə ayrılmaqdadır. Həmin həyat bizə tamamilə yaddır. Biz ondan 

xilas  yolu  axtarır  və  Müttəfiq  dövlətlərin  yardımına arxalanırıq;  2.  Biz  Qafqazda 

artıq de fakto mövcud olan dövlətlərin tanınması məsələsini qoyuruq. Onlardan biri 

də  müstəqil  Azərbaycan  Respublikasıdır.  Biz  bu  memoranduma  belə  bir  inamla 

yekun vururuq ki, xalqımızın maddi qüdrəti və mənəvi keyfiyyətləri, onun əxlaqi 

dəyərləri, əməyə və təhsilə olan məhəbbəti, qayda-qanuna və  dövlət prinsiplərinə 

hörməti Azərbaycanın müstəqil respublika kimi bundan sonrakı mövcudluğuna ən 

yaxşı zəmanətdir. Buna görə də, Azərbaycan Respublikasının sülh nümayəndəliyi 

sülh konfransının qarşısında aşağıdakı tələblərin qoyulmasını təvəqqe edir: 

Sülh  konfransı  Qafqaz  Azərbaycanının  Rusiya  imperiyasından  ayrılmasını 

bəyənsin.  Azərbaycan,  sərhədləri memoranduma əlavə  olunan  xəritədə  göstərilən 

və Azərbaycan Demokratik Respublikası adı ilə tanınan tam müstəqil dövlət olsun. 

Azərbaycan Respublikasının Sülh nümayəndəliyinin üzvləri Sülh konfransının və 

onun  komissiyalarının  işinə  cəlb  olunsunlar.  Azərbaycan  Respublikası  başqa 

dövlətlər  kimi  yüksək  himayəsi  altında  olmaq  istədiyi  Millətlər  Cəmiyyətinin 

üzvlüyünə qəbul edilsin.

796


 

Azərbaycan  nümayəndələrinin  tələbləri  Parisdə  ciddi  müzakirələrə  səbəb 

oldu.  Ərazi  məsələləri  ilə  bağlı  İran,  Ermənistan  və  Gürcüstanın  tələbləri  kimi 

Azərbaycanın  tələbləri  də  şişirdilmiş  tələblər  hesab  edilirdi.  Xüsusən,  Qars  və 

Batumun  Azərbaycana  verilməsi  məsələsi  о  qədər  də  real  qiymətləndirilmirdi. 

T.Svyatoçevski  yazır:  "Azərbaycan  hökuməti  də  tələblərinin  sadəliyi  ilə 

fərqlənmədi...  Bu  tələblər  coğrafi  yaxınlıq  prinsipinə  məhəl  qoymadan  Cənubi 

Qafqaz  müsəlmanlarının  paytaxtı  Bakı  olan  ümumi  bir  dövlətdə  birləşdirilməsi 

məqsədi güdürdü". Lakin Azərbaycan nümayəndələri çıxış yolunu bu vilayətlərin 

"paytaxtı  Bakı  olan  ümumi  bir  dövlətdə"  birləşdirilməsində  deyil,  həmin 

vilayətlərdə  yerli  əhalinin  iradəsinə  uyğun  olaraq respublika  formasında  müstəqil 

dövlət yaradılmasında görürdülər. 

Beləliklə,  Parisdə  olduğu  ilk  aylarda  gərgin  işləyən  Azərbaycan 

nümayəndələri  Versalda  hadisələrin  siyasi  axarını  dərindən  izləyib,  ona  fəal 

qoşulacaqları  məqamı  gözləyirdilər.  Ə.M.Topçubaşov  Azərbaycan  hökumətinə 

göndərdiyi  məlumatda  yazırdı:  "Doğrudur,  biz  bura  başqalarından  gec  gəlmişik, 

amma  gözlənilməz  nəticələr  doğura  bilən  hadisələrin  maraqlı  vaxtına  düşmüşük. 

Bizim  növbəmiz  tezmi  çatacaq  -  məlum  deyil,  amma  qüvvəmiz  çatıncaya  qədər 

doğma  Azərbaycanın  mənafeyini  qorumaq  mövqeyində  dayanacağıq."

797


  Bu 

                                                        

795

 La Republique de l'Azerbaidjan du Caucase, p.48-49 



796

 La Republique de l'Azerbaidjan du Caucase, p.51 

797

 А.М.Топчибашeв. Письма из Парижа. Баку, 1998, с.40. 



232 

 

sözləri yazandan az sonra Azərbaycan nümayəndələri Parisdə, respublika hökuməti 



isə  Qafqazda  təmsil  etdikləri  dövlətin  müstəqilliyinə  qarşı  yönəlmiş  "bölünməz 

Rusiya"  və  "böyük  Ermənistan"  iddiaları  ilə  qarşılaşmalı  oldular.  1919-cu  ilin 

yayında  bu  əsassız  iddiaların  dəf  edilməsi  Azərbaycan  diplomatiyasının  başlıca 

vəzifəsi idi. 

 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin