Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   8   9   10   11   12   13   14   15   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

ayıra  bilməməlidir.  Nə  qədər  bu  ziyan  vurub...  Şükür  olsun  Allaha  ki,  artıq 

Qafqazda  bu  bəlanı  başa  düşürlər".  Ə.M.Topçubaşov  bunun  ənənəvi  rus  siyasəti 

olduğunu  göstərib  Birinci  Pyotrun  vəsiyyətlərini  misal  gətirdi.  Vaxtı  ilə  Birinci 

Pyotr öz varislərinə məsləhət görürdü ki, sünni və şiəlik zəminində daimi farsları 

türklərlə salışdırsınlar, müfti və Şeyxülislamları qızılla ələ alsınlar. O, əlavə etdi ki, 

"indinin özündə də, hətta bolşevik hökuməti  belə bunun vasitəsi ilə müsəlmanlar 

arasında nifaq salmaq istəyir". Danışıqlar zamanı islam dini və milli dil məsələləri 

müzakirə  edildi.  Qafqazda  bəzi  nüfuzlu  din  xadimlərinin  "bütün  müsəlmanlar 

yalnız  ərəb  dilində  danışmalıdırlar"  zərərli  ideyası  tənqid  edildi.  Həmin  din 

xadimləri  bu  fikirdə  idilər  ki,  "Osmanlılar  türk  dilini  dövlət  dili  elan  etməklə 

özlərini  məhv  etmişlər".  Bununla  əlaqədar  olaraq,  Şeyxülislam  qeyd  etdi  ki,  "bu 

mümkün deyildir, hər bir xalq ona əziz olan öz dilini sevir və sevməlidir. Nəinki 

türklər, eləcə də heç kəs öz doğma ana dilindən imtina edə bilməz".

544

 1918-ci ildə 



deyilmiş bu sözlər bir çox cəhətlərinə görə bu gün də öz aktuallığını saxlayır. 

Ə.M.Topçubaşovun  oktyabr  ayı  ərzində  İstanbulda  keçirdiyi  görüşlər, 

apardığı diplomatik danışıqlar Azərbaycan Respublikasının beynəlxalq vəziyyətinə 

müsbət təsir göstərdi. Vəziyyətin günbəgün sürətlə dəyişməsi, Osmanlı dövlətində 

hökumət  kabinetlərinin  tez-tez  istefa  verməsi  Azərbaycan  səlahiyyətli 

nümayəndəsinin  Berlinə  və  Vyanaya  gözlənilən  səfərini  ləngitdi.  Sonra  isə  bu 

səfərə  ehtiyac  olmadı.  Azərbaycan  hökumətinin  sədrinə  yazdığı  məktubda  indi 

artıq  Ə.M.Topçubaşov  təcili  şəkildə  ABŞ,  Böyük  Britaniya,  Fransa,  İtaliya  və 

digər ölkələrin nümayəndələri ilə danışıqlar aparmaq üçün ona mandat verilməsini 

xahiş edirdi. 

Azərbaycan  ətrafında  gərgin  bir  vəziyyət  yarandığı  hiss  edilirdi. 

Müharibənin sonunda regionda yaranmış vəziyyət Forin Ofisin kəşfiyyat idarəsinin 

1918-ci  ilin  oktyabrın  28-də  hazırladığı  "Zaqafqaziyada  siyasi  şərait  haqqında" 

Memorandumda  belə  səciyyələndirilirdi:  "Türkiyənin  gözlənilən  məğlubiyyəti  ilə 

bağlı  Azərbaycan  haqqında məsələ  açıq  qalır.  Gürcüstan  və  Ermənistan müstəqil 

dövlətlərinin  mövcudluğu  Türkiyə  ilə  İran  və  Azərbaycan  əraziləri  arasında 

                                                        

544


  Azərbaycan  Respublikasının  fövqəladə  nümayəndəsi  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun 

Türkiyənin yeni Şeyxülislamı ilə söhbəti. 28.10.1918. //ARDA, f.894, s.10, i.150, v.17-18 



151 

 

əlaqələrin  kəsilməsi  və  onlar  arasında  maneə  yaradılması  üçün  zəruridir. 



Azərbaycanlılarla  türklərin  arasında  sədd  yaradılmasının  başlıca  zərurəti  onunla 

bağlıdır ki, əgər Şərqi Qafqazın azərbaycanlıları və Azərbaycan (İran Azərbaycanı 

nəzərdə  tutulur  -  C.H.)  Türkiyə  ilə  bilavasitə  əlaqədə  olsa,  onda  Türkiyə  Şimali 

İran,  Əfqanıstan  və  Türküstana  birbaşa  təsir  göstərmək  imkanına  malik  olacaq. 

İstanbul  və  Dardanel  boğazlarının  açılması  nəticəsində  bu  üç  müstəqil  dövlətə 

(Azərbaycan, Gürcüstan və Ermənistan) asan nəzarət edilə bilər. Müəyyən müddət 

ərzində bu üç dövlət müharibənin doğurduğu çətinlikləri aradan qaldırdıqdan sonra 

onlar  arasında  federasiya  yaratmaq  haqqında  razılığa  gəlmək  elə  də  çətin 

olmayacaq  və  üç  dövlətin  daxil  olduğu  Zaqafqaziya  federasiyası  yaradılacaqdır. 

Lakin başlıca çətinlik ondan ibarətdir ki, bu federasiya qeyd edilən ölkələr arasında 

etnik  düşmənçiliyi  və  sonu  olmayan  həyəcanları  aradan  qaldırmadan  yaradıla 

bilməz.  Burada  yalnız  siyasi  və  mədəni  proseslərin  uzunmüddətli  təbii  təkamülü 

federasiyanın prinsipi kimi götürülə bilər".

545


 

1918-ci ilin payızında alman-türk bloku dünya müharibəsində məğlub oldu. 

Oktyabrın  30-da  Türkiyə  Mudros  barışığının  ağır  şərtlərinə  imza  atmalı  oldu.  Bu 

məğlubiyyət Azərbaycan Respublikasının taleyində acınacaqlı izlər buraxdı. Hələ 

saziş imzalanmazdan əvvəl oktyabr ayının 27-də Türkiyənin yeni xarici işlər naziri 

Nəbi  bəyin  qəbulunda  olan  Ə.M.Topçubaşov  qarşıdakı  Vyana  və  Berlin  səfərini 

dayandırıb  Antanta  nümayəndələri  ilə  Sülh  danışıqları  aparılan  Lemnos  (Sakkız) 

adasına  getmək  istədiyini  bildirdi.  Lakin  Türkiyə  xarici  işlər  naziri  danışıqların 

tezliklə  başa  çatacağını  qeyd  edib,  gözləmək  lazım  olduğunu  bildirdi.

546


  Və  üç 

gündən  sonra  təkcə  Türkiyə  üçün  deyil,  Azərbaycan  Respublikası  üçün  də  son 

dərəcə  ağır  olan  Mudros  barışığı  imzalandı.  Mudros  barışığının  on  birinci 

maddəsinə  görə,  Türkiyə  ordusu  tezliklə  Cənubi  Azərbaycanı  və  Zaqafqaziyanı 

tərk etməli idi. Azərbaycanda olan Osmanlı dəstələrinə bir həftədən gec olmayaraq 

Bakıdan, bir aydan gec olmayaraq bütün Azərbaycandan çıxmaq barədə ultimatum 

verdilər.  Qafqaz  ordusunun  baş  komandanı  Nuru  Paşa  İstanbuldakı  qarşılıqlı 

razılığa  uyğun  olaraq  son  anda  Azərbaycan  Respublikasının  hərbi  xidmətinə 

keçmək fikrində olduğunu bildirərək Bakıda qalmağa çalışdı.

547


  Lakin  bunun heç 

bir  faydası  olmadı.  Müttəfiqlərin  ultimatumu  qəti  idi.  Mudros  barışığının  on 

beşinci maddəsinə görə, Batum müqaviləsinə görə Türkiyənin nəzarəti altında olan 

Cənubi  Qafqaz  dəmir  yolu  müttəfiqlərin nəzarətinə  verilirdi.  Müttəfiqlər  Batumu 

tutmaq  hüququna  malik  idi  və  nəhayət,  "Türkiyə  müttəfiqlər  tərəfindən  Bakının 

                                                        

545

 "Zaqafqaziyada siyasi şərait haqqında" Forin ofisin kəşfiyyat şöbəsinin memorandumu. 28.10.1918. 



Azərbaycan  Xalq  Cümhuriyyəti.  Böyük  Britaniyanın  arxiv  sənədləri,  s.111-112;  M.Qasımlı.  Birinci 

dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti. III hissə. Bakı, 2004, s.417 

546

  Azərbaycan  Respublikasının  fövqəladə  səlahiyyətli  nümayəndəsi  Ə.M.Topçubaşovun  Türkiyənin 



yeni xarici işlər naziri Nəbi bəylə söhbəti. 27.10.1918. //ARDA, f.894, s.10, i.150, v.11 

547


  Süleyman  İzzet.  Büyük  Harbte  (1918)  15  Piyade  Tümeninin  Azerbaycan  ve  Şimali  Kafkasiyadakı 

Hareket ve Müharibeleri, s.140 



152 

 

işğal  edilməsinə  heç  bir  etiraz  etməməli  idi."



548

  Barışığın  iyirmi  dördüncü 

maddəsinə  görə  isə,  Türkiyənin  altı  erməni  vilayətlərindən  hər  hansı  birində 

qarışıqlıq, iğtişaş baş verərdisə müttəfiqlər oranı tutmaq ixtiyarına malik idilər. Bu 

maddə  erməniləri  Türkiyənin  üzərinə  qaldırmağa  səsləyirdi  və  onları 

şirnikləndirmək  məqsədi  güdürdü.  Noyabrın  əvvəlində  Avstriya-Macarıstan  və 

Almaniya  təslim  aktını  imzalayan  kimi  Sovet  Rusiyası  Brest  müqaviləsinin 

qüvvədən düşdüyünü bildirdi, bu, о demək idi ki, Ermənistan və Gürcüstan Qars, 

Batum  və  Ərdəhana  olan  iddialarını  qaldıra  bilərlər.  Brest  müqaviləsinin  ləğv 

edilməsi  27  avqust  sazişinin  də  qüvvədən  düşməsi  demək idi.  Sadəcə  olaraq,  bu 

saziş  Rusiya  ilə  Almaniya  arasında  gizli  bağlandığı  üçün  Sovet  Rusiyası  Brest 

sülhünün  ləğv  edilməsinə  dair  ÜRMİK-nin  qətnaməsinə həmin  müqavilənin  ləğv 

olunmasını salmamışdı. 

Oktyabr  ayının  axırlarında  İstanbul  konfransında  iştirak  etmək  üçün 

Türkiyədə  olan  Azərbaycan  nümayəndələri,  Mərkəz  ölkələri  tərəfindən 

respublikanın istiqlaliyyətini tanıyacaqlarına ümidini itirərək və yaranmış böhranlı 

vəziyyətlə əlaqədar olaraq konfransın artıq baş tutmayacağına əmin olaraq Bakıya 

qayıtdılar.  Sonuncu  olaraq  noyabr  ayının  1-də  X.Xasməmmədov  İstanbuldan 

Bakıya  yola düşdü. Lakin, ümumiyyətlə, M.Ə.Rəsulzadənin, X.Xasməmmədovun 

və A. Səfikürdskinin İstanbul səfəri əhəmiyyətsiz olmadı. 

Birinci dünya müharibəsinin başa çatması Azərbaycan üçün yeni çətinliklər 

gətirdi.  Mudros  barışığının  şərtlərinə  görə,  müttəfiqlər  Bakını  işğal  etməli  idi. 

Azərbaycan hökuməti  və  onun  Osmanlı  dövlətində  olan  diplomatik nümayəndəsi 

Mudros  barışığının  Azərbaycana  aid  ağır  şərtlərinə  biganə  qalmadı.  Türkiyə 

tərəfindən  barışıq  şərtlərini  vaxtilə  Trabzon  danışıqlarını  aparmış,  İzzət  paşa 

kabinetində  donanma  naziri  Rauf  bəy  imzalamışdı.  Noyabr  ayının  3-də  rəsmi 

şəkildə Mudros barışığının şərtləri elan edildi. Azərbaycanın fövqəladə səlahiyyətli 

nümayəndəsi  yazır:  "Mən  elə  həmin  gün  axşam  Rauf  bəyin  yanında  oldum".

549

 

Rauf  bəylə  danışıqlarda  Ə.M.Topçubaşov  Azərbaycan  nümayəndəsinin  iştirakı 



olmadan Bakı və Azərbaycan dəmir yolu haqqında Mudros barışığına bəndlər daxil 

edilməsinə  öz  etirazını  bildirdi.  Rauf  bəy  qeyd  etdi  ki,  biz  müttəfiqlərlə  Bakı 

barəsində  danışıqlar  aparmamağa  çalışdıq,  lakin  orada  türk  ordusunun  olduğunu 

əsas  tutaraq  onlar  bu  maddəni  bizə  qəbul  etdirdilər.  "Nə  etmək  olar  onlar 

qalibdirlər,  biz  məğlub".  Rauf  bəy  məsləhət  gördü  ki,  Azərbaycanın 

müstəqilliyinin  Antanta  tərəfindən  tanınmasına  nail  olmaq  lazımdır.  O, 

Ə.M.Topçubaşova  bildirdi  ki,  yaxın  vaxtlarda  müttəfiqlərin  nümayəndələri 

                                                        

548

  Ю.В.Ключников  и  A.Сабанин.  Международная  политика  новейшего  времени  в  договорах, 



нотах и декларациях. Часть II. Москва, 1926, с. 188 

549


  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Nazirlər 

Şurasının sədri F.X.Xoyskiyə məktubu. 14.11.1918. //ARDA, f.894, s.10, i.34, v.18 



153 

 

İstanbula  gələcəklər.  Hökmən  onlarla  danışıqlara  girmək  lazımdır.



550

  Noyabr 

ayının 4-də Ə.M.Topçubaşov Mudros barışığının Azərbaycana aid hissəsi ilə bağlı 

Osmanlı  hökumətinin  xarici  işlər  nazirinin  müavini  Rişad  Hikmət  bəyə  etiraz 

notası verdi. Notada deyilirdi ki, Osmanlı hökumətinin Azərbaycan Respublikasını 

tanımasına  baxmayaraq,  Azərbaycan  Respublikasının  paytaxtı  Bakı  şəhəri 

haqqında  maddənin  Mudros  barışığına  daxil  edilməsi  beynəlxalq  hüquqa  və 

qaydalara  zidd  olub,  Azərbaycanın  ingilislər  tərəfindən  işğal  edilməsinin 

asanlaşdırılmasına  xidmət  edir.  О  dedi:  "Bu  maddənin  Osmanlı  hökumətinin 

mənafeyinə cavab verməsi fikrindən uzaq olmaqla yanaşı, mən bu maddəyə etiraz 

etmək  məcburiyyətindəyəm".

551


  Notada  qeyd  edilirdi  ki,  barışığın  Qafqaza  və 

xüsusən  Azərbaycana  aid  olan  bəzi  maddələri  yaxşı  olardı  ki,  Azərbaycan 

hökumətinə  izah  edilsin.  Danışıqlar  zamanı  Hikmət  bəy  qeyd  etdi  ki,  Osmanlı 

hökuməti  özünə  məxsus  olmayan  bir  şəhəri  Antantaya  verə  bilməz,  Mudros 

barışığına  görə  Türkiyə  hökuməti  müttəfiqlərin  Bakını  tutmasına  etiraz 

etməyəcəkdir.  Təcrübəli  hüquqşünas  kimi  Ə.M.Topçubaşov  bu  maddəni  şərh 

edərək  göstərdi  ki,  bu  birbaşa  olmasa  da,  dolayısı  yolla  о  deməkdir  ki,  "gedin 

Bakını  götürün".

552 

Mudros  barışığının  Cənubi  Qafqaza  aid  olan  on  beşinci 



maddəsi ilə bağlı notada göstərilirdi ki, Azərbaycan Respublikasının dəmir yolları 

heç  bir  halda  bu  maddənin  subyekti  ola  bilməz.  "Müstəsna  şəkildə  Azərbaycan 

Respublikasına  məxsus  olan  dəmir  yollarının  xarici  dövlətə  güzəştə  gedilməsi 

beynəlxalq  hüquqla  bir  araya  sığışmır".  Azərbaycan  Respublikası  ilə  Osmanlı 

hökuməti  arasında  dəmir  yollarına  aid  müqaviləyə  əsasən,  Osmanlı  hökuməti 

yalnız  hərbi  məqsədlərlə  dəmir  yollarından  istifadə  hüququna  malikdir.  Qeyd 

edilən  məsələdən  başqa  Osmanlı  hökumətinin  Azərbaycan  dəmir  yoluna  heç  bir 

hüququ  aidiyyəti  yoxdur.  Notanın  axırında  bildirilirdi  ki,  Mudros  barışığında 

Azərbaycanın mənafeyinə toxunan məsələlərlə bağlı Azərbaycan hökuməti birbaşa, 

yaxud  Osmanlı  hökuməti  vasitəçiliyi  ilə  danışıqlar  aparmağı  zəruri  hesab  edir. 

"Bununla  əlaqədar təvəqqe  edirəm  Osmanlı hökuməti  öz  nöqteyi-nəzərini  mənim 

vasitəmlə  Azərbaycan  hökumətinə  çatdırsın.  Əgər  о  /Osmanlı  hökuməti-C.H./ 

Azərbaycanı  siyasi  baxımdan  taleyin  ümidinə  qoymaq  istəmirsə,  biz xahiş  edirik 

ki,  bu  siyasi  danışıqların platformasını hazırlasın  və  öz  dostanə ideyalarını  təklif 

etsin".

553


 Noyabr ayının 5-də isə Ə.M.Topçubaşov Türkiyə xarici işlər naziri Nəbi 

                                                        

550

  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyənin 



dənizçilik naziri Rauf bəylə söhbəti. 03.11.1918. //ARDA, f.894, s.10, i.151, v.1-2 

551


  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Mudros 

barışığının  Azərbaycana  aid  maddələri  ilə  bağlı  Türkiyənin  Xarici  İşlər  Nazirliyinə  etiraz  notası. 

04.11.1918. //ARDA, f.970, s.l, i.68, v.2 

552


  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyə 

xarici işlər nazirinin müavini Rişad Hikmət bəylə söhbəti. 04.11.1918. //ARDA, f.894, s.10, i.151,v.4 

553

  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Mudros 



barışığının  Azərbaycana  aid  maddələri  ilə  bağlı  Türkiyənin  Xarici  İşlər  Nazirliyinə  etiraz  notası. 

04.11.1918. //ARDA, f.970, s.l, i.68, v.2-3 



154 

 

bəylə  görüşdü.  Nəbi  bəу  Mudros  barışığını  imzalamaqdan  ayrı  Türkiyənin  yolu 



qalmadığını  bildirdi.  Onun  fikrincə,  əgər  15  gün  də  Türkiyə  barışığı  gec 

imzalasaydı,  müttəfiqlər  İstanbulu  tuta  bilərdilər.  Eyni  zamanda,  о  bildirirdi  ki, 

Bakıdan başqa ingilislər Batuma və bütün Cənubi Qafqaza daxil olacaqlar.

554


 Baş 

verən  hadisələrə  münasibət  barədə  İstanbuldakı  Azərbaycan  diplomatik 

nümayəndəliyi  Azərbaycan  hökumətinin  başçısına  15  noyabr  tarixli  məktubunda 

yazırdı:  "Qəbul  olunmuş  sazişin  şərtlərinə  görə,  Türkiyə  öhdəlik  götürmüşdür: 

birincisi,  Antanta  qoşunlarının  Bakını  tutmasına  maneçilik  törətməsin,  ikincisi, 

Cənubi  Qafqaz  üzərində  nəzarət  hüququnu  Antantaya  versin,  üçüncüsü  isə 

Antantanın  tələbi  ilə  öz  qoşunlarını  Cənubi  Qafqazdan  çıxarsın.  Birinci  iki 

öhdəliklə bağlı burada xarici işlər nazirliyinə noyabrın 4-də yazılı etiraz vermişəm. 

Нəm də yazılı şəkildə xahiş etmişəm ki, Azərbaycana diplomatik nümayəndə təyin 

edilməsi  işini  sürətləndirsinlər.  Belə  bir  etiraz  notası  bura  gələn  kimi  Antanta 

nümayəndələrinə  də  təqdim  ediləcək".  Məktubun  sonunda  Ə.M.Topçubaşov 

Azərbaycana  aid  bütün  məsələlər  barəsində  İstanbulda  təmsil  edilən  diplomatik 

nümayəndəliklərin  hamısı  ilə  danışıqlar  aparmaq  üçün  təcili  şəkildə  bir  ümumi 

mandat göndərilməsini xahiş edirdi.

555

 

Azərbaycanda  diplomatik nümayəndəliyin  təsis  edilməsinə  gəldikdə,  uzun 



müddət  Türkiyənin  Qafqaz  Ordusunun  siyasi  işlər  üzrə  müşaviri  bu  missiyanı 

yerinə  yetirirdi.  Osmanlı  qoşunlarının  Azərbaycanı  tərk  etmək  məsələsi  meydana 

çıxdıqda  Ə.M.Topçubaşovun  27  oktyabr  tarixli  müraciətinə  cavab  olaraq  noyabr 

ayının  əvvəllərində  Türkiyə  hökuməti  bildirdi  ki,  yaxın  vaxtlarda  Azərbaycanda 

diplomatik nümayəndəlik təsis ediləcəkdir.

556


 Ə.M.Topçubaşov Azərbaycan Xarici 

İşlər  Nazirliyinə  yazdığı  məktubda  xahiş  edirdi  ki,  bu  nümayəndəliyi  yüksək 

səviyyədə qəbul edib onunla əlaqədə olsunlar. Lakin noyabrın axırlarında yenidən 

bu  məsələyə  qayıdıldı.  Bakı  ingilislər  tərəfindən  işğal  edildiyi  üçün  ora  məğlub 

Türkiyənin  diplomatik  nümayəndəliyini  göndərmək  mümkün  olmadı.  Türkiyənin 

xarici işlər naziri Mustafa Reşad qeyd edilən nota ilə bağlı Azərbaycan hökumətinə 

məktubunda  Antanta  dövlətləri  ilə  Osmanlı  imperiyası  arasında  imzalanmış 

Mudros  barışığının  Azərbaycana  aid  hissəsinə  Türkiyənin  mövqeyi  baxımından 

bəzi  izahatlar  verdi.  Bakı  ilə  bağlı  о  bildirirdi  ki,  Bakı  heç  vaxt  Osmanlıların 

ixtiyarında  olmamışdır.  Ona  görə  də  Osmanlı  hökuməti  ixtiyarında  olmayan  bir 

ərazini Antantaya güzəştə gedə bilməz. Münaqişədən qaçmaq məqsədi ilə Osmanlı 

imperiyası  öz  hərbi  hissələrini  şəhərdən  çıxarmalıdır,  "bu  da  Azərbaycan 

Respublikasının  Bakıya  olan  hüququnu  pozmaq  deyildir".  30  oktyabr  Mudros 

                                                        

554

  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyənin 



xarici işlər naziri Nəbi bəylə söhbəti. 05.11.1918. //ARDA, f.894, s.10, i.151, v.8 

555


  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Nazirlər 

Şurasının sədri F.X.Xoyskiyə məktubu. 15.11.1918. //ARDA, f.970, s.l, i.68, v.20 

556

  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyə 



xarici işlər nazirinin müavini Rişad Hikmət bəylə söhbəti. 03.11.1918. //ARDA, f.894, s.10, i.151, v.5 

155 

 

barışığının şərtlərinə əsasən, Türkiyə öz qoşunlarını bütün Cənubi Qafqazdan geri 



çağırmışdır.  Şübhəsiz  ki,  bu  Azərbaycanda  olan  Osmanlı  qoşunlarına  da  aiddir. 

Dəmir yolları məsələsi ilə bağlı о qeyd edirdi ki, Osmanlı hökuməti dəmir yollarını 

deyil,  onun  bəzi  hissələrinə  nəzarət  hüququnu  barışıq  müqaviləsinə  əsasən, 

Antantaya verməli olmuşdur. "İngilis hökuməti ilə sizin hökumətiniz arasında saziş 

yaratmaq xahişinizə gəldikdə isə, Osmanlı hökuməti ilk imkandan sizin arzunuzu 

yerinə yetirmək məqsədi ilə istifadə edəcəkdir".

557

 

Mudros  barışığının  Azərbaycana  aid  maddələrinə  görə  Osmanlı 



imperiyasından  narazı  qalmasına  baxmayaraq,  Azərbaycan  xalqı  vaxtilə  türk 

ordusunu böyük hərarətlə qarşıladığı kimi, dünya müharibəsində məğlub dövlətlər 

arasında olmasından ehtiyat etməyərək onu dərin hörmət və ehtiramla yola saldı. 

Noyabr  ayının  10-da,  bazar  günü  Azərbaycan  hökuməti  Nuru  paşanın  şərəfinə 

ziyafət  verdi.  Ziyafətdə  400  nəfər  tanınmış  ziyalı  və  siyasi  xadim,  sənayeçilərin 

nümayəndələri,  siyasi  partiyaların  və  cəmiyyətlərin  liderləri,  Azərbaycan 

ordusunun rəhbərliyi  iştirak  edirdi.  Ziyafətdə  birinci  çıxış edən  F.X.Xoyski  dedi: 

"Azərbaycanın  döyüş  meydanlarında  bizim  türk  qardaşlarımızın  qanı  bizim 

qanımızla  bir-birinə  qarışdı.  Mənşə  etibarı  ilə  biz  bir-birimizə  qohumuq,  indi 

Azərbaycan  torpaqlarında  bir-birinə  qarışan  qanımız  bu  qohumluğu  daha  da 

möhkəmləndirdi.  Azərbaycanın  azadlığı  uğrunda  tökülmüş  qanlar  Osmanlı  və 

Azərbaycan  türkləri  arasında  dostluğun  və  qırılmaz  əlaqələrin  möhkəm 

təminatıdır".

558


 

Sonra  "Müsavat"  partiyasının  lideri,  İstanbuldan  yenicə  qayıtmış 

M.Ə.Rəsulzadə çıxış edərək bildirdi ki, bir il bundan əvvəl bu zalda müsəlmanlara 

təyini  müqəddərat  vermək  barəsində  gərgin  mübahisələr  gedirdi.  S.Şaumyanın 

başçılıq  etdiyi  Bakı  "sosialistləri"  bunu  azərbaycanlı  müsəlmanlar  üçün 

yolverilməz  hesab  edirdilər  və  müsəlmanların  təyini  müqəddəratına  hər  cür 

maneçilik  törədirdilər.  Bu  elə  bir  dövr  idi  ki,  digər  Qafqaz  xalqları  onların  belə 

müqaviməti  ilə  qarşılaşmışdılar.  Azərbaycan  türkləri  öz  ideyalarını  həyata 

keçirəcəyi  təqdirdə  onlar  Azərbaycanı  xarabalığa  çevirəcəkləri  ilə  hədələyirdilər. 

"İndi  Azərbaycan  türkləri  qan  qardaşlarının  köməyi  ilə  hüququna  nail  oldu".

559

 

Ziyafətdəki  çıxışında  Əhməd  bəy  Ağayev  qeyd  edirdi:  "Vaxt  var  idi  ki, 



Azərbaycan türklərinin öz qardaşları olan Osmanlı türkləri haqqında danışması az 

qala cinayət hesab edilirdi /çar Rusiyasında/. Bolşeviklər Rusiyası xalqların hüquq 

bəyannaməsini elan etdi və

 

bildirdi ki, siz öz müqəddəratınızı təyin edə bilərsiniz, 



lakin  biz  istədiyimiz  kimi".

560


  Ziyafətdə  Osmanlı  imperiyası  və  Türk  Qafqaz 

komandanlığı  adından  çıxış  edən  Nuru  paşa  onun  rəhbərlik  etdiyi  ordunun 

Azərbaycan  üçün nə  edibsə,  bundan  sonra  da  etməyə hazır  olduğunu  bildirdi.  O, 

                                                        

557

 ARDA, f.970, s.1.i.68, v.14 



558

 Азербайджан, 1918, 12 ноября. 

559

 Азербайджан, 1918, 12 ноября. 



560

 Yenə orada. 



156 

 

nitqinin  sonunda  dedi:  "Qardaş  Azərbaycan  türkünün mənafeyi  hər  bir  türk  üçün 



müqəddəsdir...  Əgər  Azərbaycanın  azadlığı  yolunda  yeni  qurbanlar  lazım  olarsa 

ona da hazırıq".

561

 

Elə  həmin  gün  noyabr  ayının  10-da  baş  nazir  F.X.Xoyski  və  xarici  işlər 



naziri  vəzifəsini  icra  edən  Adilxan  Ziyadxanov  dünya  müharibəsinin  son 

mərhələsində həlledici  dövlətə çevrilmiş ABŞ-ın prezidenti, müharibədən sonrakı 

yenidənqurmanın banisi hesab edilən ən nüfuzlu siyasi xadim kimi Vudro Vilsona 

teleqramla  müraciət 

etdilər.  Teleqramda 

Azərbaycan 

Respublikasının 

müstəqilliyinin  dünya  dövlətləri  tərəfindən  tanınmasına  prezident  V.Vilsonun 

kömək  etməsi  xahiş  edilirdi.  Orada  deyilirdi:  "Avropanın  böyük  dövlətlərinə 

müraciət  etməzdən  əvvəl,  Azərbaycan  xalqı  və  hökuməti  əzilən  kiçik  xalqların 

müdafiəçisi  kimi  sizin  humanist  şəxsiyyətinizə  müraciət  edib  yardım  almağa  və 

tanınmağa ümid bəsləyir".

562

 

İstanbulda olan fövqəladə səlahiyyətli nümayəndə Ə.M.Topçubaşov oktyabr 



ayının 31-də Baş nazir F.X.Xoyskiyə yazdığı məktubda məsləhət görürdü ki, təcili 

surətdə Rəştdə və Ənzəlidə olan ingilislərlə danışığa girməyə tələsmək lazımdır.

563

 

Buna  görə  də  1918-ci ilin noyabr  ayının əvvəllərində  təcili  olaraq  N.Usubbəyov, 



Ə.Ağayev  və  M.Rəfiyevdən  ibarət  Azərbaycan  nümayəndələri  Ənzəliyə  yollanıb 

Böyük Britaniyanın Şimali İran Ordusunun komandanlığı ilə danışıqlara başladı.

564

 

Sentyabr ayının 15-də Bakıdan çıxmış Denstervilin ordusu /"Densterfors"/ 3 



gün  sonra  Ənzəlidə  rəsmi  şəkildə  buraxılmışdı.  Yeni  yaradılmış  Şimali  İran 

ordusuna general  V.Tomson  komandan  təyin  edilmişdi.  V.Tomsonla  danışıqlar  о 

qədər  də  asan  keçmədi.  Əvvəlcə  o,  ümumiyyətlə,  Azərbaycan  adlı  dövlətin 

mövcudluğunu  inkar  edirdi.  Lakin  uzun  mübahisədən  sonra  ingilis  generalı 

bildirdi:  "Bizə  məlum  olduğuna  görə,  Azərbaycan  xalqının  ümumi  fikrindən 

meydana  gəlmiş  bir  respublika  mövcud  deyildir,  yalnız  türk  komandanlığının 

intiriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki, siz bunun əksini iddia 

edirsiniz,  о  halda  hər  şeyi  yerində  yoxlayıb  buna  münasib  də  qərar  verərik".

565

 

Həmçinin  general  Tomson  bildirdi  ki,  müttəfiqlər  "dağıtmaq  üçün  deyil,  qurmaq 



üçün gəlirlər".

566


 Danışıqların sonunda V.Tomson bəyan etdi ki, noyabr ayının 17-

si  səhər  saat  10-a  qədər  Bakı  istər  Azərbaycan  və  istərsə  də  türk  ordusundan 

təmizlənməlidir,  Bakı  və  onun  neft  mədənləri  ingilislərin  nəzarəti  altına 

keçəcəkdir,  ölkənin  qalan  hissəsi  Azərbaycan  hökumətinin  və  onun  ordusunun 

nəzarəti  altında  olacaqdır,  Azərbaycan  rəsmi  şəkildə  tanınmır,  lakin  İngiltərə, 

Fransa  və  ABŞ  nümayəndələri  onun  hökuməti  ilə  de-fakto  əlaqə  yaradacaqlar, 

                                                        

561


 Yenə orada. 

562


 28 may 1918. Azərbaycan Cümhuriyyəti istiqlalının birinci sənei dövriyyəsi. Bakı, 1919, s.12 

563


  Osmanlı  hökumətində  Azərbaycan  Respublikasının  fövqəladə  səlahiyyətli  nümayəndəsi 

Ə.M.Topçubaşovun F.X.Xoyskiyə məktubu. 31.10.1918. //ARDA, f.894, s.10, i.34, v.17 

564

 A.Ziyadxanlı. Azərbaycan, s.59 



565

 M.B.Mehmetzade. Milli Azerbaycan hareketi, s.99 

566

 Азербайджан, 1918, 18 ноября. 



157 

 

bütün  idarə  və  təşkilatlar  bəzi  dəyişikliklərlə  fəaliyyət  göstərəcəklər",  o, 



(V.Tomson - C.H.) Bakının general-qubernatoru olacaqdır. İngilislər şəhər polisinə 

rəhbərlik  edəcəklər,  şəhər  Duması  yenidən  azad  şəkildə  fəaliyyətə  başlayacaq, 

Azərbaycan  Paris  sülh  konfransında  milli  müqəddəratını  təyinetmə  prinsipi 

əsasında  iştirak  edəcəkdir,  L.Biçeraxov  və  onun  dəstələri  Britaniya  ordusu  ilə 

birlikdə  Bakıya  daxil  olacaqdır  və  nəhayət,  silahlı  ermənilər  şəhərə 

buraxılmayacaqlar.

567

  Ənzəlidə  olan  Azərbaycan  nümayəndələri  danışıqların 



nəticəsi  barədə  Bakıya,  Nazirlər  Şurasının  sədrinə  teleqrafla  məlumat  verib 

bildirdilər  ki,  "Müttəfiq  orduların  nümayəndəsi  Azərbaycan  hökumətilə  əlaqədə 

bulunmaq  istəyir.  Bütün  siyasi,  ictimai  idarələr  və  təşkilatlar  öz  qaydasında 

qalacaqdır. Тəkcə Bakıda Tomson general-qubernator vəzifəsində olacaq və Bakı 

polis  işlərinin  üstündə  ingilislərdən  bir  nəfər  olacaqdır".

568


  Bütün  çətinliklərə 

baxmayaraq  Azərbaycan  nümayəndələrinin  Ənzəlidəki  danışıqları  əhəmiyyətsiz 

deyildi.  Azərbaycandakı  və  ümumən  Cənubi  Qafqazdakı  vəziyyətin  bəzi  mühüm 

cəhətləri  haqqında  general  Tomsonla  faydalı  fikir  mübadiləsi  edildi,  ən  başlıcası 

isə  Azərbaycanın  Paris  sülh konfransında iştirak  edəcəyi  və  Bakıya  erməni hərbi 

hissələrinin daxil olmayacağı barədə V.Tomson öz üzərinə təhəddüdlər götürdü. 

Noyabrın  14-də  ingilislərlə  məhəlli  xarakterdə  digər  bir  görüş  keçirildi. 

İranda olan Böyük  Britaniya konsulu Qevelek Lənkəran qəzasının nümayəndələri 

Teymur bəу Bayraməlibəyovu, Axund Molla Əli Tağızadəni və Yusif Qəribzadəni 

qəbul  etdi.  Teymur  bəy  kommuna  adı  altında  Avetisovun  silahlı  dəstəsinin 

Muğanda  və  Lənkəranda  dinc  əhaliyə  tutduğu  divan,  törətdiyi  cinayətlər  barədə 

ingilis konsuluna məlumat verdi və bu barədə toplanmış sənədləri ona təqdim etdi. 

Teymur bəу bildirdi ki, ingilislərin Azərbaycana daxil olması bu qüvvələri yenidən 

fəallaşdıra bilər. Konsul qeyd etdi ki, bu və digər məsələlər barəsində Azərbaycan 

nümayəndələri ilə Ənzəlidə danışıqlar aparılır və o, lənkəranlıların arzusunu ingilis 

komandanlığına çatdıracağını vəd etdi.

569

 

İstanbuldan yazdığı məktubda Ə.M.Topçubaşov Milli Şuranın çağırılmasını 



birinci  dərəcəli  vəzifələr  sırasına  aid  edirdi.  Noyabr  ayının  16-da  yaranmış 

vəziyyətlə  əlaqədar  hələ  iyun  böhranı  zamanı  buraxılmış  Milli  Şura  yenidən 

toplandı.  İclasda  Azərbaycanın  müstəqilliyini  tanımaq  barədə  bütün  dünya 

dövlətlərinə müraciət qəbul edildi. İclasın qərarı ilə Nazirlər Şurasının sədri həmin 

gün general V.Tomsona teleqramla müraciət etdi. Orada deyilirdi ki, "Azərbaycan 

hökuməti  noyabr  ayının  17-də  Sizin  komandanız  altında  müttəfiq  ordunun 

dəstələrinin  Bakıya  daxil  olmasına  etiraz  etmir.  Hökumət  əmindir  ki,  müttəfiq 

ordunun  Azərbaycana  gəlməsi  ölkəmizin  istiqlaliyyətinin  və  suverenliyinin 

pozulmasına  xidmət  etməyəcəkdir.  Hökumət  ümid  edir  ki,  Ənzəlidə 

nümayəndələrimizlə  edilən  danışıqdan  sonra  bir  daha  şəxsi  görüşməklə  əlaqəmiz 

                                                        

567


 Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol.832, folio 15 

568


 A.Ziyadxanlı. Azərbaycan, s.41 

569


 Азербайджан, 1918, 17 ноября. 

158 

 

və  münasibətlərimiz  daha  da  aydın  olacaqdır".



570

  Cavab  teleqramında  general 

Tomson  Azərbaycan  hökumətinin  müəyyən  etdiyi  istiqamətdə  əməkdaşlığa  hazır 

olduğunu vəd etdi. 

Noyabrın  17-də  hindli  əsgərlərdən  ibarət  ingilis  qoşunları  Mudros 

razılaşmasının  şərtlərinə  əsasən,  Bakıya  daxil  oldu.

571

  Rəsmi  qəbul  edilmə 



mərasimində  daxili  işlər  naziri  B.Cavanşir,  xarici  işlər  nazirini  əvəz  edən 

A.Ziyadxanov və xarici işlər nazirliyinin bir sıra işçiləri, müxtəlif milli təşkilatların 

nümayəndələri  iştirak  edirdilər.

572


  Xarici  işlər  naziri  vəzifəsini  icra  edən 

A.Ziyadxanov  Tomsonu  qarşılayaraq  bildirdi:  "Azərbaycan  hökuməti  tərəfindən 

mən  xariciyyə  naziri  vəzifəsini  ifa  edən,  sizi  pişvaz  etməyə  vəkil  edildim.  Bu 

surətlə  Müttəfiq  ordunun  baş  komandanı  və  nümayəndəsi  sifətilə  paytaxtımıza 

vürudunuzu  hökumət  namından  təbrik  edirəm.  Cahan  müharibəsi  nəticəsində 

millətlərin  bir-birindən  ayrı  düşmələrindən,  eyni  zamanda  qan  içinə  qərq 

olmalarından  sonra  yeni işıqlı  bir  aləmə gedəcəkləri  aşkardır.  Cavan  Azərbaycan 

türk  xalqı  cahan  müharibəsinin  fəlakətindən  xilas  olub  əbədi  rifah  və  müstəqil 

səltənət həyatına qədəm qoyur. Bizim millətimiz əmindir və ümid edir ki, onların 

Avropa  və  Amerikalı  mədəni  qardaşları  insaniyyət  tərəqqisini  nəzərə  alıb  onu 

mədəni ailələrinə  daxil  etməkdən  boyun  qaçırmayacaqlar".

573


  General  Tomsonun 

Bakı  limanında  qarşılanma  mərasimindəki  cavabı  bir  qədər  ümidverici  idi.  O, 

deyirdi:  "Dünya  müharibəsinin  qurtarması  münasibəti  ilə  sizi  təbrik  edirəm. 

Birləşmiş fransız, ingilis və Amerika qüvvələrinin komandanı kimi, bildirirəm: biz 

bura  Türkiyə  ilə  imzalanmış  müqaviləyə  uyğun  olaraq  gəlmişik  ki,  indiyə  qədər 

sizin  ərazilərinizi  qoruyan  Osmanlı  ordusunu  əvəz  edək.  Biz  nə  indi,  nə  də 

gələcəkdə  sizin  daxili  işlərinizə müdaxilə  etmək  fikrində  deyilik.  Ümidvaram  ki, 

sıx əməkdaşlıq şəraitində hər şey yaxşılığa doğru dəyişəcəkdir".

574

 Elə həmin gün 



L.Biçeraxovun  ordusunun  Bakıya  daxil  olmasını  şəhərin  xristian  əhalisi  xüsusi 

rəğbətlə  qarşıladı.  Onun  ordusunun  böyük  əksəriyyətini  ermənilər  təşkil  edirdi. 

Bakı  limanında  söylədiyi  qısa  çıxışdan  fərqli  olaraq  V.Tomsonun  və 

L.Biçeraxovun  bəyanatlarında  söhbət  Rusiyanın  1914-cü  il  hüdudlarının  bərpa 

edilməsindən gedirdi. Ona görə də L.Biçeraxovun azğınlaşmış dəstəsi Bakıya daxil 

olan  kimi  milli  hökumətlə  bağlı  dövlət  rəmzlərini  təhqir  edir,  tezliklə  onun 

dağıdılacağı barədə şayiələr yayırdılar. L.Biçeraxovun gəlişi ilə Bakıda olan rus və 

erməni  milli  şuraları  belə  bir  qərar  çıxardılar  ki,  "heç  bir  Azərbaycan  yoxdur, 

yalnız  Rusiya  vardır.  Azərbaycan  hakimiyyəti  devrilməlidir  və  L.Biçeraxovun 

başçılıq etdiyi Xəzəryanı hökuməti ilə əvəz edilməlidir".

575

 

                                                        



570

 Азербайджанская Демократическая Республика. Внешняя политика, с. 105 

571

  Les  troupes  anglo-russes  sont  à  Bakou.//  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives 



Diplomatique, vol.832, folio 14 

572


 Азербайджан, 1918, 18 ноября. 

573


 A.Ziyadxanlı. Azərbaycan, s.60-61 

574


 28 may 1918. Azərbaycan Cümhuriyyəti istiqlalının birinci sənei dövriyyəsi, s.13 -14 

575


 Б.Байков. Воспоминания о революции в Закавказье, с. 147 

159 

 

Noyabrın  17-də  axşam  rus  milli  şurasının  üzvləri  M.Podşibyakin, 



Y.Smirnov, B.Baykov və A.Leontoviçin general Tomson tərəfindən qəbul edilməsi 

Azərbaycan  hökumətinin  narahatçılığını  daha  da  artırdı.  Görüş  zamanı  rus  milli 

şurasının  üzvləri  özlərini  Azərbaycanın  sahibi  kimi  aparırdılar.  Onlar  Tomsonun 

yaradılacaq koalisiyon hökumətə daxil olmaq haqqında təklifini həm öz adlarından, 

həm də erməni milli şurasının adından rədd etdilər. Onların fikrincə, xristianların 

Azərbaycan  hökumətinə  daxil  olması  onun  müttəfiqlər  tərəfindən  tanınmasını 

asanlaşdıra  bilərdi.  Rus  kadeti  B.Baykov  öz  xatirələrində  yazır:  "Azərbaycan 

Respublikasının  müstəqilliyinin  Avropa  tərəfindən  tanınmasına  nail  olunması  ilə 

siyasi  avantürizmin  Azərbaycanın  taleyində  ən  yüksək  nöqtəyə  çatmasını  biz 

nəzərə almaya bilməzdik. Rusiya milli təşkilatlarının nümayəndələrinin hökumətə 

və  parlamentə  daxil  olma  faktı  ilə  biz  heç  bir  halda  tanımaq  istəmədiyimiz 

Azərbaycanın müstəqilliyinin təsdiqlənməsinə nail olmaq istəyənlərin əlinə başlıca 

dəlil  vermiş  olardıq.  Qeyd  etmək  vacibdir  ki,  ermənilərin nümayəndələri  bizimlə 

tamamilə  həmrəy  idilər".

576

  Rus  Milli  Şurasının  üzvləri  Paris  konfransının  yeni 



yaranmış  dövlətlərə  münasibəti  aydınlaşana  qədər  bölünməz  Rusiya  ənənələrini 

qorumağa  çalışırdılar.  F.Kazımzadənin  qeyd  etdiyi  kimi,  "ruslar  üçün  Cənubi 

Qafqaz bir Rusiya vilayəti idi və onlar azərbaycanlıların öz milli müqəddəratlarını 

təyin  etməsinin  əleyhinə  idilər".

577

  Nəhayət,  görüş  zamanı  Tomson  rus  milli 



şurasının üzvlərinə xatırlatmağa məcbur oldu ki, hazırkı vəziyyətdə Rusiya, sadəcə 

olaraq mövcud deyildir. 

Antanta  qoşunlarının  Bakıya  daxil  olması  ilə  bağlı  noyabr  ayının  18-də 

Azərbaycan  hökumətinin  rəsmi  məlumatı  elan  edildi.  Burada  xatırladılırdı  ki, 

müvəqqəti  olaraq,  ancaq  Bakıya  daxil  olan  müttəfiq  qoşunları  öz  əlində  yalnız 

hərbi  hakimiyyəti  cəmləşdirir,  qarşılıqlı  razılığa  əsasən,  ölkənin  və  onun 

paytaxtının daxili işlərinə müdaxilə edilməməlidir, bütün hökumət idarələri əvvəlki 

qaydada fəaliyyət göstərməlidir, son nəticədə Rusiya xalqlarının öz müqəddəratını 

müəyyən etməsi məsələsi beynəlxalq sülh konqresində /Paris sülh konfransı - C.H./ 

həll  edilməlidir.  Məlumatda  göstərilirdi  ki,  biz  hələ  bilmirik  Azərbaycan 

Müəssislər  Məclisinin  ölkənin  siyasi  taleyini  müəyyən  etmək  istiqamətində  son 

qərarı  necə  olacaqdır,  bununla  belə  hazırkı  çətin  şərait  Azərbaycanın  siyasi 

rəhbərliyindən ölkədə mövcud qayda-qanunu saxlamağı tələb edir. Biz ümidvarıq 

ki, Bakıya daxil olmuş müttəfiq qoşunları Azərbaycan xalqının suveren hüquqlarını 

tapdalamayacaqdır.

578


 

General  V.Tomson  bir  neçə  gün  Bakıda  olub  vəziyyətlə  yaxından  tanış 

olduqdan  sonra  yəqinlik hasil  etdi  ki, rus  kadetlərinin  "Azərbaycan  bir neçə  yüz 

siyasi  fırıldaqçının  uydurduğu  xəyaldan  başqa  bir  şey  deyildir"  fikri  real 

həqiqətdən  tam  uzaqdır.  О  elan  etdi  ki,  Britaniya  komandanlığı  Azərbaycan 

                                                        

576

 Б.Байков. Воспоминания о революции в Закавказье, с. 151 



577

 F.Kazemzadeh. The Struggle for Transcancasia, р. 167 

578

 Азербайджан, 1918, 19 ноября. 



160 

 

hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir, F.X.Xoyski "Bakıda  ən 



bacarıqlı adamlardan biridir və yeni koalisiyon hökumət təşkil olunana qədər onun 

hökuməti  ölkədə  yeganə  təsirli  hökumət  olaraq  qalır".

579

  1918-ci  ilin  noyabrında 



Londona  göndərdiyi  məlumatda  V.Tomson  Azərbaycan  Nazirlər  Şurasının  sədri 

Fətəli  xan  Xoyski  haqqında  yazırdı:  "O,  ağıllı  adamdır,  hüquqşünasdır  və  öz 

bacarığı ilə  Qafqazda  bizə məlum  olan  bütün əvvəlki  dövlət qurumlarından  daha 

mükəmməl  dövlət  qurumu  yaratmışdır...  Mənimlə  görüş  zamanı  o,  ermənilərin 

xəyanətindən  yana-yana  danışırdı".

580


  Y.V.Tomsonun  belə  mövqeyi  müttəfiqlərin 

gəlişi ilə imperiya ənənələrinin bərpa olunacağına böyük ümid bəsləyən rus milli 

şurasının üzvlərini məyus etdi. 

Noyabr  ayının  23-də  Tomson  erməni  milli  şurasının  üzvlərini  qəbul  etdi. 

Bakı  erməniləri  adından  yepiskop  Baqrat  ona  məlumat  təqdim  etdi.  On  bir 

səhifədən ibarət olan bu məlumatda ingilislər gələnə qədər cərəyan etmiş hadisələr 

əsaslı şəkildə saxtalaşdırılmışdı. Sentyabr ayında Ваkı şəhərinin azad edilməsi ilə 

bağlı  guya  Bakıda  20  min  erməninin  öldürüldüyü  iddia  edilirdi.

581

  Bu  rəqəm  о 



qədər  şişirdilmişdi  ki,  sonralar  Bakı hadisələrinə toxunan  erməni müəllifləri  belə 

həmin  rəqəmə  şübhə  ilə  yanaşırdılar.  Bakıya  daxil  olarkən  Azərbaycan 

hökumətinin  milliyyətindən  asılı  olmayaraq  bütün  vətəndaşları  qoruyacağı 

haqqında  bəyanatını  yepiskop  Baqrat  V.Tomsona  "diplomatik  bir  priyom"  kimi 

təqdim  edirdi.  Sentyabr  hadisələri  barədə  geniş  danışmağı  lazım  bilən  erməni 

yepiskopu  Bakıdakı  mart  hadisələrinin  üstündən  sükutla  keçməli  olmuşdu.  O, 

Bakıda və Azərbaycanda ermənilərin əvvəlki imtiyazını bərpa etmək üçün general 

Tomsona dörd təklif vermişdi: 1. Həbs  edilmiş minlərlə erməni məhbusunu azad 

etmək  /onlar  mart hadisələrinə  görə həbs  edilmişdilər.  Daxili  işlər naziri  Behbud 

ağa Cavanşir bildirmişdi ki, əgər istintaq onların günahsız olduğunu sübuta yetirsə, 

onlar  buraxılacaqlar/;  2.  Soyuqlar  düşənə  qədər  İrana  və  Krasnovodskiyə  getmiş 

erməniləri  Bakıya  qaytarmaq;  3.  Azərbaycan  hökuməti  və  türk  komandanlığı 

tərəfindən  müsadirə  edilmiş  əmlakı  ermənilərə  qaytarmaq;  4.  Bakıdan  kənarda 

yaşayan  ermənilərin  təhlükəsizliyini  təmin  etmək.

582

  Bundan  əlavə,  Bakı  erməni 



milli şurası Yelizavetpol quberniyasının dağlıq hissəsi olan Qarabağa ermənilərin 

iddiasını  general  Tomsona  təqdim  etdi.  Yepiskop  Baqratın  general  Tomsona 

təqdim  etdiyi  məlumatlar  təxminən  bir  ay  əvvəl  onun  Azərbaycan  hökumətinin 

başçısı F.X.Xoyskiyə  və İslam Ordusunun komandanı Nuru paşaya  təqdim etdiyi 

müraciətlərdən kəskin şəkildə fərqlənirdi.

583


 Lakin bu məsələdə Tomson erməniləri 

                                                        

579

 T.Swietochowski. Russian Azerbaijan, p.142 



580

 Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri, s.77; M.Qasımlı. Birinci dünya 

müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti. III hissə, s.437 

581


  Bakı  erməni  milli  şurası  adından  yepiskop  Baqratın  müttəfiq  qoşunların  komandanı  general-mayor 

V.Tomsona müraciəti. 23.10.1918. //ARPİİ SPİHDA, f.276, s.9, i.3, v.7 

582

 Yenə orada, v.73-79 



583

 A Monsieur le  Ministre-President  de la Rèpublique  d'Azerbaïdjan  -  Fataly Han Hoïsky. Le  prèsent 

mèmoire  du  rapport,  traduit  en  allemand,  a  ètè  transmis  au  Commandant  de  l'Armèe  musulmane  de 


161 

 

müdafiə  etmədi.  Noyabr  ayının  17-dən  24-nə  qədər  Bakıda  keçirdiyi  görüşlər 



haqqında  Londona  hesabat  göndərən  V.Tomson  yepiskop  Baqratın  ona  verdiyi 

"məsləhətləri" belə şərh edirdi: "Hər hansı bir xeyirli işi həyata keçirərkən ruslara 

və  tatarlara  (azərbaycanlılara  -  C.H.)  qarşı  qətiyyətli  olmaq  lazımdır.  Təhsil 

görmüş ruslar ağıllarını itirmişlər və о qədər də böyük nüfuza malik deyillər. Lakin 

onlar  ermənilərdənsə  tatarlarla  (azərbaycanlılarla  -  C.H.)  daha  asanlıqla  əlaqəyə 

girirlər.  Hamı  erməniləri  tərəfdar  olduqları  bütün  işlərə  görə,  istər  bolşevizmlə 

bağlı olsun, istərsə də britaniyalılarla, xəyanətkar olduqları üçün rüsvay edirlər".

584


 

Osmanlılar gedəndən  sonra  Andronik  Qarabağda  baş  qaldırdı,  ingilislərin  Bakıya 

daxil olması ilə Ermənistan hökuməti Qarabağa və Zəngəzura olan iddiaları həyata 

keçirmək  üçün  əlverişli  şəraitin  yetişdiyinə  güman  edirdi.  Dekabrın  1-də 

F.X.Xoyskinin  Andronikin  Cəbrayıl  qəzasında  törətdiyi  vəhşiliklərlə  bağlı 

məktubuna istinad edərək Tomson Andronikdən Azərbaycan  əhalisinə qarşı hərbi 

əməliyyatların  dayandırılmasını  tələb  etdi.  Az  sonra  isə  ingilis  general-

qubernatorluğu  tərəfindən  Qarabağ  və  Zəngəzurun  Azərbaycan  hökumətinin 

idarəsi  altında  olduğu  tanındı.  Ermənilərin  etirazlarına  baxmayaraq,  Qarabağ  və 

Zəngəzurda  çox  yaxşı  tanınan  Xosrov  bəy  Sultanov  Tomson  tərəfindən  hər  iki 

ərazinin  qubernatoru  təyin  edildi.  Buna  etiraz  edən  ermənilərə  general  Tomson 

bildirmişdi: "Məsələ bundadır ki, bəzi ermənilər Azərbaycanın Britaniya tərəfindən 

tutulmasından  intiqam  məqamı  kimi  istifadə  edə  bilmədiklərindən  çox  mütəəssir 

olmuşlar. Onlar başa düşməyə borcludurlar ki, məsələni hərbi qüvvələr deyil, Sülh 

konfransı həll  edəcəkdir".

585


  Dekabrın  ilk  günlərində  isə  general  Tomson  Gəncə, 

Qazax və Cavanşir qəzalarında yaşayan ermənilərin liderlərinə vurduğu teleqramda 

tələb  edirdi  ki,  ermənilər  qeyd  edilən  ərazilərdə  törətdiyi  qanunsuzluqlara  və 

soyğunçuluğa son qoysunlar. О bildirirdi: "Bütün ermənilərə xəbər verilsin ki, öz 

evlərində sakit otursunlar. Əgər onlar bu əmri yerinə yetirməsələr, tökülən qanlar 

və baş verən qanunsuzluqlara görə bilavasitə cavab verməli olacaqlar.

586

 

General  Tomsonun  Azərbaycan  hökumətinə  etimadını  bir  sıra  xarici 



tarixçilər  Bakıya  daxil  olan  qoşunların  hindlilərdən  ibarət  olması  ilə 

əlaqələndirirlər.

587

  Lakin  bu  о  qədər  də  inandırıcı  deyildir,  çünki  həmin  hindli 



əsgərlərlə  Bakıya  daxil  olan  V.Tomson  özünün  ilk  bəyanat  və  çıxışlarında 

"Azərbaycan"  ifadəsini  belə  işlətməyi  lazım  bilməmişdi.  Lakin  vəziyyətlə 

bilavasitə  tanış  olduqdan  sonra  azərbaycanlılar  barədə  ona  verilən  məlumatların 

qərəzli olduğunu anlamışdı. Bununla əlaqədar olaraq, Ü.Hacıbəyli sonralar yazırdı: 

                                                                                                                                

Caucase Noury Pacha.  // Ministère  des  Affaires Etrangère (МАЕ)  de  France (Archives Diplomatique) 

Correspondanse  politique  et  commerciale,  1914-1940  Sèrie  «Z»  Europe  1918-1940  Sous-Serie  USSR 

Russia-Caucase  (Azerbaidjan).  Direction  des  Affaires  Politiques  et  Commerciales  11  janvier  1919-31 

mars 1920. Vol.638, folio 1 

584


 Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri, s.23 

585


 T.Swietochowski. Russian Azerbaijan, p.143 

586


 Азербайджан, 1918, 3 декабря. 

587


 R.Ullman. Anglo-Soviet Relations 1917-1921, p.78-79 

162 

 

"Bizi  vəhşi  bilənlər  və  bizdən  yalnız  qan  içməkligi  gözləyənlər  ilə  və  bizim 



vicudimizi aləmi-mədəniyyət üçün təhlükəli ədd edənlər ilə bir balaca təmas lazım 

imiş  ki,  bu  fikrin  və  bu  nəzərin  sırf  yalan  və  yanlış  olduğu  meydana  çıxsın. 

İngilislər  bizim içərimizə  girərkən,  özlərini  vəhşi  bir heyvan  qarşısına  çıxmış  bir 

avçı  vəziyyətində  saxlamaq  ehtiyatına  heç  bir  lüzum  olmadığını  bir-iki  gündən 

sonra kəmali-təəccüblə anladılar..."

588


 

Azərbaycan Respublikası üçün ən ağır vaxtlarda Milli Şura həmişə böhranın 

aradan  qaldırılması  yolunda  faydalı  addımlar  atıb.  Bu  dəfə  də  belə  oldu.  Avropa 

demokratiyası  ilə  əlaqə  yaratmaq  üçün  parlament  üsul  idarəsinin  təsis  edilməsi 

zəruri idi. Hələ ingilislər Bakıya gəlməmişdən bir gün əvvəl, noyabr ayının 16-da 

Milli  Şura  öz  iclasında  bu  məsələyə  baxdı  və  noyabr  ayının  19-da  seçki  qanunu 

qəbul edildi. Azərbaycanın gələcək taleyi üçün Təsis Məclisi və seçkilər haqqında 

qanunların  mühüm  əhəmiyyəti  oldu.  Bu  addım  böhranlı  vəziyyətdən  Azərbaycan 

siyasi  xadimlərinin  bacarıqla  istifadə  etmək  iqtidarında  olduğuna  dəlalət  edirdi. 

Milli Şuranın qəbul etdiyi qərarda Azərbaycanda yaşayan bütün xalqların və siyasi 

partiyaların  parlamentdə  təmsil  edilməsi  nəzərdə  tutulmuşdu.

589


  Seçkilərin  vaxtı 

dəqiq  müəyyənləşdirilməmişdi,  əslində  yaranmış  vəziyyət  buna  imkan  vermədi, 

belə olduqda Milli Şura öz işini geniş əsasda yenidən qurdu. Onun tərkibi hər 24 

min əhalidən 1 deputat olmaqla, inzibati ərazi bölgüsü üzrə yerlərdən göndərilən və 

milli azlıqda qalan xalqların nümayəndələrinin kooptasiya edilməsi hesabına xeyli 

genişləndirildi.  Azərbaycan  Parlamenti  120  deputatdan  ibarət  olmalı  idi,  milli 

tərkibə  uyğun  olaraq  80  yer  azərbaycanlılara,  21  yer  ermənilərə,  10  yer  ruslara 

verilməli idi. Yəhudi, alman, gürcü və polyak nümayəndələrinin hər biri üçün bir 

yer,  həmkarlar  ittifaqı  şurası  və  neft  sənayeçiləri  ittifaqı  üçün  üç  yer  nəzərdə 

tutulmuşdu.

590

  Respublika  ərazisində  yaşayan  bütün  xalqların  və  hər  iki  cinsin 



seçki hüququ təsbit edilirdi. Bununla da, Azərbaycan bütün Şərqdə qadınlara seçki 

hüququ  verən  ilk  ölkə  olurdu.  Parlamentin  açılışından  bir  neçə  gün  əvvəl 

Azərbaycan Milli Şurasının Azərbaycan xalqına müraciətində deyilirdi: "Müharibə 

və İnqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan 

Şurayi  Millisi  Zamanın  hökmü  ilə  təkrar  Azərbaycan  paytaxtı  Bakıda  toplandı. 

Şurayi-Millinin  ən  əvvəl  qəbul  etdiyi  qanun  sırf  Azərbaycan  müsəlmanlarına 

məxsus  olan  Şurayi-Millini milli  bir  şəkildən  çıxarıb  da  dövləti  bir  şəklə  salmaq 

oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə, Şurayi-Milli, dekabrın 3-nə 

qədər 120 əzalıq bir, bir məclisi-məbusan /parlaman/ halına gələcəkdir. Bu məclisə 

azlıqda  qalan  millətlərdən  nümayəndələr  cəlb  olunduğu  kimi,  məmləkətin 

vilayətlərindən  də  vəkillər  çağırılmışdır.  Bu  surətdə  yığılacaq  məclisi-məbusan 

irəlidə  ümumi intixab  üsuli  ilə  Azərbaycan  Məclisi müəssisanı  yığışıncayə  qədər 

                                                        

588


 Azərbaycan, 1919, 28 may. 

589


 Azərbaycan Məclisi-Məbusanı təsisi haqqında qanun. 19.11.1918. //ARDA, f.895, s.10, i.2, v.23 

590


 Yenə orada, v.24 

163 

 

yurdumuzun  sahibi  olacaq,  onun  müqəddəratını  həll,  hökuməti  təşkil  və 



mənafeyini mühafizə edəcəkdir".

591


 

Azərbaycan Parlamenti dekabrın 3-də açılmalı idi. Onun açılışının dekabrın 

7-nə keçirilməsini bəzi texniki səbəblərlə əlaqələndirirlər. Əslində isə Parlamentin 

dekabrın  3-də açılmasına  ingilislər  mane  oldular.  Britaniya  baş  qərargahının rəisi 

polkovnik  S.Stoks  mayor  Rolansona  dekabrın  3-də  göndərdiyi  təcili  məktubda 

koalisiyon  hökumətin  müttəfiqlərin  komandanlığı  tərəfindən  tanınmasına  qədər 

Parlament  iclasının  açılmasını,  qadağan  edilməsini  tələb  edirdi.  Məktubda 

deyilirdi:  "Xahiş  edirəm,  Nazirlər  Şurasının  sədri  cənab  Xan  Xoyskiyə  çatdırın: 

Müttəfiq  qoşunları  komandanlığının  əmrinə  əsasən,  Bakıda  Parlamentin  iclası 

müttəfiqlər  tərəfindən  bəyənilən  koalisiyon  hökumətin  yaradılmasından  tez 

açılmamalıdır".

592


 İngilis komandanlığının bu kobudluğuna biganə qalmayan Milli 

Şura ciddi çətinliklərdən sonra dekabrın 7-də Azərbaycan parlamentinin açılmasına 

nail  oldu.  Bu  ölkənin istər  daxili  və istərsə  də  beynəlxalq həyatında  çox  mühüm 

hadisə  idi.  Parlamentin  açılışında  120  deputatdan  96-sı  iştirak  edirdi.  Erməni 

deputatların bir hissəsi Parlamenti boykot etməyə başladılar. Parlamentin açılışında 

müttəfiq  dövlətlərin  Bakıda  olan  hərbi  qüvvələrinin  nümayəndəsi  polkovnik 

Q.Kokkerel,  İranın  baş  konsulu  Səədülvəzir,  İran  maliyyə  agenti  Vəkilülmülk, 

Şimali  Qafqaz  Dağlıların  nümayəndələrindən  hökumətin  sədri  T.Çermoyev  və 

Azərbaycanda  Dağlılar  İttifaqının  səlahiyyətli  nümayəndəsi  Ə.Qandəmirov, 

Gürcüstan Respublikasının nümayəndəsi Korçevadze və digərləri iştirak edirdilər. 

Parlamentin ilk iclasını Milli Şuranın sədri M.Ə.Rəsulzadə açıb, qısa təbrik nitqi 

söylədi. 1917-ci ilin fevral inqilabından sonra baş vermiş hadisələrin dərin təhlilini 

verərək  M.Ə.Rəsulzadə  dedi:  "Biz  Rusiyanın  səadətini  istəriz,  Rusiya  camaatını 

sevəriz, fəqət, kəndi istiqlalimizi da əziz tutarız. Cəbr ilə qəbul etdirilən bir şeydə 

səadət  olmaz.  Çünki  səadət  və  hürriyyət  istiqlaldır.  İştə  bunun  üçün  əfəndilər, 

müstəqil Azərbaycanı təmsil edən о üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk 

hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı -əhrarınəsini təmsil edən 

bu  üç  boyalı  bayraq  daima  başlarımızın  üstündə  ehtizaz  edəcəkdir.  Bir  dəfə 

qaldırılmış bayraq bir daha enməyəcəkdir". Ədalətli dünya düzəninin qurulacağına 

inamını  ifadə  edərək  M.Ə.Rəsulzadə  beynəlxalq  siyasətin  bir  sıra  mühüm 

cəhətlərinə  toxunub  dünya  siyasətinin  demokratikləşməsinə  böyük  ümid 

bəslədiyini bildirərək demişdi: "Mən bəşəriyyətin vicdanına inanıram. Milyonlarla 

insan  bahasına  qətali-ümumidən  sonra  vicdani-bəşər  qazandığı  həqiqətləri 

asanlıqla əldən  verməz.  "Millətlər  birliyi"  fikri  bu  gün hər  kəsin qəbul  etdiyi  bir 

fikirdir. Bu, mənə ümid verir, qüvvətlə inanıram ki, artıq milləti öldürmək, millətin 

hüququnu  tapdalamaq  qətiyyən  mümkün  deyildir.  Qaliblər  də,  məğlublar  da 

millətlərin  hüququ  etiraf  edilməlidir,  -  deyirlər.  Yaxında  açılacaq  ümumi  sülh 

konqresində  bu  fikir  mütləqi  hakim  olacaq.  Bu  gün  vəziyyətə  hakim  olanlar 

                                                        

591


 Azərbaycanın bütün vətəndaşlarına. 28.11.1918. //ARDA, f.895, s.l, i.25, v.2 

592


 Polkovnik Stoksdan mayor Rolansona. 03.12.1918. //ARDA, f.895, s.1, i.11, v.2 

164 

 

müttəfiqlərdir.  İngilis,  Amerika,  Fransa  dövlətlərinin  bayraqlarında  "millətlərin 



təmini hüququ" və "millətlər cəmiyyəti" şüarı yazılmışdır. Dövlətlərin Bakıda olan 

nümayəndələri  adından  general  Tomson  Qafqaz  məsələlərinin  ümumi  sülh 

konqresində  həll  olunacağını  rəsmən  elan  etmişdir.  Biz  azərbaycanlılar  bütün 

mövcudiyyətimiz  ilə  kəndi  müqəddəratımızı,  kəndi  istiqlalımızı  müdafiə  və 

mühafizədə israr edər, səbat və mətanət göstərər isək, heç şübhəsiz ki, Azərbaycan 

Cümhuriyyəti payidar olar".

593

 

Ümumiyyətlə,  yaranmış  vəziyyətdə  Müsavat  partiyasının  rəhbərliyi  xarici 



təhlükəsizliyin  əsaslı  şəkildə  təmin  olunması  üçün  Qafqaz  federalizmi 

prinsiplərinin  davam  etdirilməsinə  üstünlük  verirdi.  M.Ə.Rəsulzadə  ABŞ 

prezidenti V.Vilsonun on dörd sülh təşəbbüsünün sonuncu maddəsinə əsasən, təsis 

ediləcək  Millətlər  Cəmiyyəti  ilə  hərtərəfli  beynəlxalq  əlaqələr  yaratmağa  ümid 

bəsləyirdi, mövcud şəraitdə isə o, digər Cənubi Qafqaz respublikaları və Dağıstanla 

sıx  regional  əlaqələrin  tərəfdarı  idi.  Parlamentin  açılışındakı  çıxışının  sonunda 

M.Ə.Rəsulzadə  dedi:  "Bu  gün  firqə  ehtirasları,  şəxsi  qərəzləri  və  bütün  bu  kimi 

vətən və millət qayəsi qarşısında səqit qalan qərəzlər atılmalı, vətən qayğısı, millət 

duyğusu hər şeydən yüksək tutulmalıdır".

594


 

Sonda  isə  M.Ə.Rəsulzadə  bildirdi  ki,  Parlamentin  sədrini  seçmək  zəruri 

məsələlərdən  biridir.  Ciddi  müzakirələrdən  sonra  Türkiyədəki  fövqəladə 

səlahiyyətli nümayəndə, 1918-ci ilin oktyabr ayının 6-dan xarici işlər naziri təyin 

edilmiş  Ə.M.Topçubaşov  Parlamentin  sədri,  H.Ağayev  sədrin  birinci  müavini, 

R.Vəkilov isə katib seçildi. Heç bir siyasi partiyanın üzvü olmayan Ə.Topçubaşov 

öz  dövrünün  görkəmli  siyasi  xadimi,  diplomatı,  geniş  əhatəli  dünyagörüşə malik 

demokratik ruhlu  ziyalısı  idi.  Amerika  tarixçisi  F.Kazımzadə  yazır:  "Parlamentin 

prezidenti  seçilən  Ə.M.Topçubaşov  yüksək  təhsilli  hüquqşünas,  öz  görüşlərində 

dözümlü, məhdud millətçilikdən uzaq bir şəxs idi".

595

 

Parlamentin  qarşısında  duran  mühüm  məsələlərdən  biri  də  yeni  hökuməti 



təşkil  etmək  idi.  Ona  görə  də  parlamentin  işinə  sədrlik  edən  Həsən  bəу  Ağayev 

hökumətin hesabatı ilə çıxış etmək üçün sözü Nazirlər Şurasının sədri Fətəli xan 

Xoyskiyə  verdi.  F.Xoyski  hökumətin  daxili  və  xarici  siyasəti  barəsində  hesabat 

xarakterli məruzə ilə çıxış etdi. O, öz məruzəsində hökumətin keçirdiyi ən böhranlı 

anları  dərindən  təhlil  edib  hər  bir  addımı,  hər  bir  hadisəni  obyektivcəsinə 

qiymətləndirdi.  Osmanlı  imperiyasının  dünya  müharibəsində  məğlubiyyətinə, 

ingilis-türk  ziddiyyətlərinə  və  habelə  Müttəfiqlərin  nümayəndəsinin  Parlamentdə 

olmasına  baxmayaraq  Xan  Xoyski  türk  qoşunlarının  Azərbaycanda  olmasına 

obyektiv qiymət vermiş və bunun Azərbaycanın müstəqilliyinə xələl gətirmədiyini 

göstərmişdi.  О  deyirdi:  "Türkiyə  ilə  imzaladığımız  sülhnamədə  bir  fəsil  var  ki, 

                                                        

593


 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). I cild, Bakı, 1998, 

s.33-35 


594

 Yenə orada. s.36 

595

 F.Kazemzadeh. The Struggle for Transcancasia, p.167 



165 

 

Azərbaycan hər  vaxt lazım  görsə, müdafiə hüququ  üçün Türkiyə  bir  qədər  əsgər 



versin.  Hökumət  bu  çarəyə  təvəssül  etdi.  Özünüz  bilirsiniz,  Türkiyə  öz  borcunu 

yerinə yetirdi. Qonşumuzun köməyi ilə mümkün olmayan bir çox şeylər çətinlik ilə 

yavaş-yavaş əldə edilirdi. Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. 

İstəsək də bir fayda  olmaz idi.  Türkiyə həmdinimiz, həmvətənimiz idi. Ona görə 

ondan  kömək  istədik".

596


  X.Xoyski  göstərirdi  ki,  "Türk  komandanlığı  bizim 

ərazimizə bizim sərhədlərimizi qorumaq, daxili hərc-mərcliyə son qoymaq, daxili 

işlərimizə  xaricdən  zor  gücünə  müdaxilənin  qarşısını  almaq  üçün  bizim  öz 

dəvətimizlə  daxil  olmuşdu.  Biz  bir  tərəfdən  suveren  hüquqlarımızı  qoruyub 

saxlamağı  arzulayır,  digər  tərəfdən  isə  türk  komandanlığının  xidmətlərindən 

istifadə  etməyə  möhtac  idik.  Ona  görə  də  biz  elə  etməli  idik  ki,  özümüzü  həm 

xarici  müdaxilədən  qoruyaq,  həm  də  bizim  fiziki  mövcudluğumuzu  böyük 

qurbanlar  vermək  hesabına  xilas  edənləri  özümüzdən  incitməyək".  Azərbaycan 

hökumətinin  xarici  siyasətilə  bağlı  məsələlərə  gəldikdə  Fətəli  xan  dedi:  "Xarici 

işlər bilirsiniz ki, nə halda idi. Zülmət zamanı qayalıq içində nazik taxta bir qayığa 

bənzər idi ki, hər dəqiqə qayalara toxunub dağılmaq təhlükəsi var idi... İştə bizim 

vəzifəmiz bu idi ki, qayığı qayalar arasından keçirə bilək".

597

 Müttəfiqlərin Bakıya 



daxil olması, ingilislərin siyasəti ilə bağlı Xan Xoyski bildirdi: "İngilislər ən qədim 

mədəni və hüquq muxtariyyəti müdafiə edən bir millətdir. İngiltərənin hakimiyyəti 

altında  hamıdan  ziyadə  müsəlman  var.  Onlar  ingilislər  ilə  çiyin-çiyinə  dava 

edirdilər.  Burası  göstərir  ki,  ingilislər  onların  hüququna  təcavüz  etmiyor,  onları 

özlərindən  incitmiyorlar.  Əlbəttə,  bizimlə  də  onlar  arasında  heç  bir  inciklik  ola 

bilməz.  Ona  görədir  ki,  3  dövlət  sülhi-ümumiyyədək  Azərbaycanda  asayiş  və 

müsalimət  müdafiəsi  üçün  buraya  əsgər  göndərmək  istədikdə  hökumət  və  Milli 

Şura  razı  oldular.  Çünki  burası  millətin  hüquq  və  istiqlalına,  Azərbaycanın 

mövcudiyyətinə  bir  zərər  və  qüsur  görülmüyordu.  Bizim  rizamızla  müttəfiqlər 

gəldilər,  şimdi  görüyorsunuz  ki,  heç  bir  zərər  də  olmamış  və  hüququmuzu 

əlimizdən  almamışlardır.  Millətin  haqqı,  hüququ  və  həqqi-idarəsi  olan  daxili 

işlərimizə  əsla  əl  uzatmırlar.  Bunlar  öylə  millətlərdir  ki,  bunlardan  xəta  baş 

verməz".

598


  F.Xoyski  qonşu  Dağlılar  ittifaqı,  Gürcüstan  və  Ermənistan 

Respublikası  ilə  münasibətlərin  bəzi  məsələlərinə  toxunub  rəhbərlik  etdiyi 

hökumət kabinəsinin səlahiyyətinin qurtardığını bildirdi və hakimiyyəti Parlamentə 

təhvil verdi. Çıxışının sonunda о dedi: "Hökumətin fəaliyyətində nə qədər qüsur və 

nöqsan olmuşsa da, yol göstərən işıqlı yıldızı bu şüar olmuşdur. Millətin hüququ, 

istiqlalı və hürriyyəti".

599

 

F.X.Xoyskinin  hesabatından  sonra  parlament  köhnə  hökumətin  istefasını 



qəbul  etdi  və  yeni  hökumətin  qurulmasına  qərar  verildi.  Yeni  hökumətin  təşkil 

                                                        

596

 Azərbaycan Xalq Cümhuriyyəti. Parlament. I cild, s.39 



597

 Yenə orada, s.41 

598

 Yenə orada, s.43 



599

 Yenə orada, s.44 



166 

 

edilməsi yenidən F.X.Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan 



edildi.  İngilislərin  təkid  etdiyi  yeni  koalisyon  tərkibdə  üç  yer  ruslara,  iki  nazir 

vəzifəsi  isə  ermənilərə  verilmişdi.  Lakin  ermənilər  onlara  təklif  edilən  yerlərdən 

imtina  etdilər.  Yeni  kabinetdə  F.X.Xoyski  Nazirlər  Şurasının  sədri  və  xarici  işlər 

naziri,  S.Mehmandarov  hərbi  nazir,  M.Əsədullayev  ticarət  və  sənaye  naziri, 

İ.Protasyev  maliyyə  naziri,  K.Lizqar  /polyak  idi  -  C.H./  ərzaq  naziri,  X.Məlik-

Aslanov  yollar  naziri,  A.Səfikürdski  neft,  teleqraf  və  əmək  naziri,  M.Hacınski 

dövlət  nəzarətçisi,  M.Makinski  ədliyyə  naziri,  X.Sultanov  əkinçilik  naziri, 

R.Xoyski  himayəçilik  naziri,  A.Qindes  xalq  səhiyyə  naziri  vəzifəsini  tutdular. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  üçüncü  hökumət  kabinetini  təşkil  edən  Fətəli 

xan  Xoyski  eyni  zamanda  Məmməd  Həsən  Hacınski  və  Əli  Mərdan  bəy 

Topçubaşovdan sonra respublikanın üçüncü xarici işlər naziri oldu. 

Yeni  yaranmış  hökumətin  ən  birinci  vəzifəsi  müttəfiqlərin  komandanlığı 

tərəfindən tanınmağa nail olmaq idi. F.Kazımzadənin fikrincə, Bakıda olan ruslar 

Azərbaycan  millətçiliyi  və  separatizmini  gözə  soxmaq  üçün  dəridən-qabıqdan 

çıxırdılar. Lakin parlamentə seçkilər, Xoyski kabinetinin konstitusion proseduraları 

ingilisləri  əmin  etdi  ki,  onların  qarşısındakı  nüfuzlu  bir  hökumətdir.

600

  Yeni 


hökumətin yaradılmasından iki gün sonra dekabrın 28-də müttəfiqlərin Bakıda olan 

nümayəndəsi  V.Tomson  Azərbaycan  hökumətini  tanıdığını  bildirdi.  Tomsonun 

bəуаnatında  deyilirdi  ki,  bütün  Azərbaycan  ərazisində  F.Xoyskinin  sədrliyi  ilə 

yaradılmış  Azərbaycan  koalisiyon  hökuməti  yeganə  qanuni  hakimiyyətdir  və 

müttəfiq ölkələrin hərbi qüvvələrinin komandanlığı bu hökumətə hərtərəfli yardım 

göstərəcəkdir.

601

  Az  sonra  Bakıya  gələn  Balkanlarda  və  Qafqazda  olan  ingilis 



qoşunlarının baş komandanı general Corc Miln V.Tomsonun bəyanatını təsdiq etdi 

və bildirdi ki, Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün 

ərazisində  yeganə  qanuni  hakimiyyət  kimi  tanıyır.

602


  Azərbaycan  hökumətində 

qəbul  zamanı  о  dedi:  "Mən  buraya  böyük  müttəfiq  millətlərin  nümayəndəsi 

hesabına  gəldim.  Məqsədimiz  bu  məmləkətdə  sülh  və  ədalət  payidar  etməkdir. 

Müttəfiqlərin  qələbəsi  hüquqi-ədalət  və  millətlərin  təyini  müqəddərat  ixtiyarı 

təminin rəhnidir. Sülh konfransında burası bəyan ediləcəkdir. İbraz etdiyiniz hüsni-

istiqbaldan  yana  təşəkkürümü  bəyan  edirəm.  Qoşunlarımız  məmləkətinizdə 

bulunduqca  hüsni-qəbul  və  hər  dürlü  müzahirət  görəcəklərinə  ümidvaram. 

Məmləkətinizin ticarət və sənaətinin tərəqqisinə var qüvvəmiz ilə çalışacağıq".

603

 

Xan  Xoyski  ilə  danışıqlar  zamanı  C.Miln  bildirdi  ki,  "Azərbaycan 



dairəsində  İngiltərə  hökuməti  Azərbaycan  hökumət  Cümhuriyyəsini  tanıyır  və 

qəbul edir və hökumətə müttəfiqlər komandanlığı hər məsələdə kömək edəcəkdir. 

Ayrı-ayrı  millətlərin  təyini  müqəddərat  hüququ  İngiltərə  hökuməti  nöqteyi-

                                                        

600

 F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.168 



601

 Наше время, 1918, 30 декабря. 

602

 28 may 1918. Azərbaycan Xalq Cümhuriyyəti istiqlalının sənei dövriyyəsi, s.18 



603

 A.Ziyadxanlı. Azərbaycan, s.63 



167 

 

nəzərincə  müdafiə  edilməlidir.  Sülh  konfransında  İngiltərə  nümayəndələri  bunu 



müdafiə  edəcəklərdir.  Bundan  əlavə  general  bəyan  etmişdir  ki,  Müttəfiqlər 

komandanlığı  təzə  təşkil  edilmiş  Zaqafqaziya  hökumətlərinin  daxili  işlərinə 

qarışmayacaqdır.  Və  müttəfiqlərin  yeganə  məqsədi  bu  dövlətlərdə  asayiş  və 

musaimətə  kömək  etməkdir".

604

  Əlbəttə,  bu  tək  general  C.Milnin  fikri  deyildi, 



1918-ci  ilin  dekabr  ayında  Cənubi  Qafqaz  məsələsi  bir  neçə  dəfə  Britaniya 

hökumətinin iclaslarında müzakirə edilmişdi. Lord Kerzon bu fikirdə idi ki, Cənubi 

Qafqazda  sabitlik  lazımdır,  əks  təqdirdə  "anarxiya,  qarmaqarışıqlıq,  yaxud 

bolşevizm" bu regionda ingilis siyasətinə maneçilik törədə bilərdi. Hətta ilk gündən 

ingilislər Cənubi Qafqazda Fransanın marağını duyub, onunla qarşılaşmamaq üçün 

1917-ci ilin  dekabr  sazişinin  əksinə  olaraq,  Ermənistanı  Fransaya  güzəştə  getmək 

qərarına  gəldilər.  1918-ci  il  dekabr  ayının  9-da  Kerzon  hökumət  kabinəsinin 

iclasında  elan  etdi  ki,  "Ermənistan  Fransaya  verilməlidir,  ona  görə  ki,  Fransadan 

başqa heç kim bu qeyri-adi, ürəyə yatmayan adamlarla hər hansı formada əlaqədə 

olmaq  istəmir.

605

  Eımənilərin  Cənubi  Qafqazda,  xüsusilə  Bakıda  dağıdıcı  rolları 



haqqında  Böyük  Britaniyanın  Balkanlardakı  ordusunun  baş  komandanı  general 

C.Miln  Bakıya  səfərindən  sonra  İmperiya  Baş  qərargahının  rəisinə  məlumat 

verirdi.  О  yazırdı:  "Bakı  erməniləri  xüsusilə  xoşagəlməz  vəziyyət  yaradırlar. 

Onların  yoxsul  təbəqələri  bolşeviklərlə  və  gizli  "Daşnaksütyun"  cəmiyyətinə 

qoşulmuşlar.  Onlar  Rusiyanın  Azərbaycana  olan  iddialarını  müdafiə  edirlər. 

Onların  rus  milli  şurası  ilə  əlbir  olaraq  tatarlardan  (azərbaycanlılardan  -  C.H.) 

intiqam almaqdan başqa heç bir məqsədləri yoxdur".

606


 

Dekabr ayında ingilislər Batum və Tiflisi də tutdular və 1919-cu ilin yayına 

qədər Qafqazda qaldılar. İngilislərin Azərbaycanın daxili işlərinə, əsasən, müdaxilə 

etməsinə  baxmayaraq,  Azərbaycan  hökuməti  addımbaaddım  tam  müstəqilliyə 

doğru  can  atır  və  bütün  işləri  öz  əlində  toplayırdı.  U.Çerçil  1932-ci  ildə  nəşr 

olunmuş  xatirələrində  yazır  ki,  Cənubi  Qafqaza  daxil  olmuş  20  minlik  Britaniya 

Ordusunun yardımı ilə Gürcüstan, Ermənistan və Azərbaycan tam müstəqil olmalı 

idilər  və  bu  müstəqil  dövlətlər  İrana  və  Türkiyəyə  bolşeviklərin  gözlənilən 

müdaxiləsinin qarşısında durmalı idilər.

607


 

Yeni yaradılmış hökumətin birinci addımı dekabr ayının 28-də Parlamentin 

ağsaqqallar  şurasının  üzvləri  ilə  birlikdə  Paris  Sülh  konfransına  göndəriləcək 

nümayəndə heyətinin tərkibini  və  statusunu müəyyən  etmək  oldu.  Azərbaycanda 

yeni  nazirlər  kabinəsinin  təşkilini  və  Paris  Sülh  konfransına  gedəcək  nümayəndə 

heyətinin  yaradılması  haqqında  məlumatı  Ə.M.  Topçubaşov  Bakıdan  İstanbula 

                                                        

604


 Yenə orada, s.64 

605


 R.Ullman. Anglo-Soviet Relations 1917-1921, p.73 

606


 General C.Milnin təcili  diplomatik məlumatı. 06.02.1919. //Azərbaycan  Xalq Cümhuriyyəti. Böyük 

Britaniyanın  arxiv  sənədləri,  s.238;  M.Qasımlı.  Birinci  dünya  müharibəsi  illərində  böyük  dövlətlərin 

Azərbaycan siyasəti. III hissə, s.460 

607


 У.Черчиль. Мировой кризис. М., 1932, с. 106 

168 

 

gəlmiş və oradan da Parisə gedəcək İranın xarici işlər naziri Əliqulu xan Ənsaridən 



öyrəndi.  Əliqulu  xan  onunla  söhbətində  bildirdi:  "Siz  Parisə  gedəcək nümayəndə 

heyətinin  sədri  seçilmisiniz.  Sizin  hökumət  istefa  verib.  Baş  nazir  sizi  nəzərdə 

tutublarmış,  amma  sonra  təzədən  Fətəli  Xan  Xoyskini  dilə  tuta  biliblər. 

Eşitdiklərimizdən belə məlum oldu ki, ingilislər özlərini çox nəzakətli aparırlar və 

sizin hökumətin işlərinə qarışmırlar."

608


 

Müttəfiq  qoşunlarının  Bakıya  daxil  olması  ilə  yaranmış  çətinlik 

Azərbaycanın  qabaqcıl  siyasi  xadimlərinin  səyi  nəticəsində  nəinki  aradan 

qaldırıldı,  eyni  zamanda  böyük  diplomatik  təşəbbüslər  sayəsində  hər  tərəfdən 

sıxılan  Azərbaycan  demokratiyası  Müttəfiq  komandanlığı  tərəfindən  de  fakto 

tanınmağa  nail  oldu.  Böyük  Britaniyanın  Balkanlardakı  qoşunlarının  komandanı 

general  C.Miln  1919-cu  ilin  əvvəllərində  Londona  yazırdı  ki,  Azərbaycan 

Respublikasının ərazisi Bakı və Yelizavetpol quberniyalarını, Zaqatala dairəsini və 

İrəvan  quberniyasının  bir  hissəsini  əhatə  edir.  Azərbaycan  adı  İranın  şimal-

şərqində olan bir regionun adı idi və bu ad respublikaya türklərin təklifi, eləcə də 

panislamçı təşkilat olan Müsavatın təklifi ilə verildi. İran Azərbaycanında hələ də 

bu  dildə  danışırlar  və  bu  bölgənin  əhalisinin  çox  hissəsi  islam  dininə  itaət  edir. 

C.Miln  əlavə  edirdi  ki,  1918-ci  ilin  noyabr  ayında  Azərbaycan  britaniyalılar 

tərəfindən  yenidən  tutulduqdan  sonra  Azərbaycan  hökumətinin  öz  fəaliyyətini 

davam  etdirməsinə  icazə  verildi.  Hökumətdə  idarəçilik  işləri  demək  olar  ki, 

Bakının  köhnə  sakinləri  olan  müsəlmanların  əlindədir.  Bizim  azərbaycanlılarla 

əlaqələrimizə  ruslar  qısqanclıqla  yanaşırlar.  Onlar  başa  düşürlər  ki,  Britaniya 

Azərbaycana tam nəzarət etmək və Bakı neftini ələ keçirmək niyyətindədir. Ruslar 

arasında güclü antiingilis meylləri vardır. Ən nəhayət, C.Miln belə bir həqiqəti də 

etiraf edirdi ki, ingilislərin gəlişi Bakının müsəlman cəmiyyəti  tərəfindən müsbət 

qəbul edilmirdi.

609


 

Beləliklə,  çox  çətin  beynəlxalq  şəraitdə  Azərbaycanın  istiqlaliyyətinin 

qorunub  saxlanması  Azərbaycan  diplomatiyasının  tarixində  əlamətdar  bir  hadisə 

idi.  Yeni  yaranmış  respublikanın  bütün  diplomatik  fəaliyyəti  Azərbaycan 

istiqlaliyyətinin  qorunub  saxlanması  vəzifəsinə  tabe  edilmişdi.  Azərbaycan 

Respublikasının ilk diplomatik addımları onun beynəlxalq hüququn subyektinə və 

beynəlxalq münasibətlərin iştirakçısına çevrildiyini təsdiq etdi. 

Göründüyü  kimi,  Azərbaycanın  zəngin  təbii  ehtiyatları,  strateji  coğrafi 

mövqeyi  onu  imperialist  qruplaşmaları  və  Sovet  Rusiyası  mübarizə  obyektinə 

çevirmişdi.  Sovet  Rusiyasının  Azərbaycana münasibəti  inqilabi  ideyalardan  daha 

çox  iqtisadi-siyasi  və  diplomatik  mülahizələrlə  izah  edilməlidir.  Bu  nöqteyi-

                                                        

608

 Azərbaycan Rcspublikasının  fövqəladə səfiri və səlahiyyətli naziri Ə.M.Topçubaşovun İranın xarici 



işlər naziri Müşavirəl Məmalek Əli Qulu xan Ənsari ilə söhbəti. 09.01.1919. //ARDA, f.894, s.1, i. 151, 

v.21 


609

 Bax: M.Qasımlı. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti. III hissə, 

s.455-459 


169 

 

nəzərdən  Bakının  yadellilərdən  azad  edilməsi  beynəlxalq  əhəmiyyətli  hadisə  idi. 



Məhz bu baxımdan Azərbaycan ətrafında gedən siyasi-diplomatik proseslər yerli, 

regional hadisələr olmayıb, ümumdünya tarixi prosesinin bir hissəsi idi. 

Dünya  müharibəsində  Dördlər  İttifaqının  məğlub  olması  Azərbaycan 

Respublikasının beynəlxalq vəziyyətinə ağır təsir göstərdi. İstanbulda və Berlində 

aparılan  danışıqlarda  Azərbaycan  Respublikasının  tezliklə  Mərkəz  Dövlətləri 

tərəfindən tanınacağı gözlənilirdi. Lakin Dördlər İttifaqının dünya müharibəsindəki 

məğlubiyyəti  Azərbaycan  Respublikasının  paytaxtı  Bakı  şəhərinə  beynəlxalq 

sazişlər əsasında Antanta qüvvələrinin daxil olması ilə nəticələndi. 

Antanta qoşunlarının Bakıya daxil olması gənc Azərbaycan Respublikasının 

istiqlaliyyəti,  suverenliyi  və  ərazi  bütövlüyü  üçün  ciddi  təhlükə  törədirdi.  Yerli 

qeyri-müsəlman  pozucu  dairələr  keçmiş  Rusiyanın  müttəfiqlərinə  arxalanaraq 

Azərbaycan  istiqlalına  son  qoyub,  imperiya  ənənələrini  bərpа  etməyə  cəhd 

göstərirdilər. Lakin Azərbaycan siyasi xadimlərinin, milli hökumətin rəhbərlərinin 

diplomatik  bacarığı,  yaranmış  böhranlı  vəziyyətdən  düzgün  çıxış  yolu  müəyyən 

etmək  qabiliyyəti  respublikanın  mövcudluğunu  xilas  etdi.  Milli  hökumət 

Azərbaycanda  yeganə  qanuni  hakimiyyət  orqanı  kimi  müttəfiq  komandanlığı 

tərəfindən  de-fakto  tanındı.  1918-ci  ilin  dekabrında  parlamentli  respublika  üsul-

idarəsinin  yaradılması  Azərbaycanı  siyasi  cəhətdən  qabaqcıl  ölkələr  səviyyəsinə 

qaldırdı  və  onun  az  sonra  dünyanın  taleyini  müəyyən  edən  dövlətlər  tərəfindən 

diplomatik cəhətdən de-fakto tanınması yolunda mühüm mərhələ oldu. 

 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin