Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   6   7   8   9   10   11   12   13   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

 s.3, i.283, v.40 

487

 M.Ə.Rəsulzadə. Azərbaycan Respublikası, c.42-43 



488

 A.Rowlinson. Adventures in the Near East, p.92 

489

 Azərbaycan, 1918, 9 dekabr. 



133 

 

və  ümumiyyətlə,  sakitliyi,  ictimai  qaydaları  pozan  şəxslər  müharibə  dövrü 



qanunlarının, ölüm hökmü də daxil olmaqla bütün ağırlığı ilə cəzalandırılacaqlar. 

F.X.Xoyski  tərəfindən  imzalanmış  bu  bəyanat  çoxdan  bəri  hərc-mərclik  hökm 

sürən, daxili çəkişmələr və bolşeviklərin, onun ardınca sentrokaspiçilərin avantürist 

siyasəti nəticəsində dağıdılmış şəhərdə qayda-qanunun bərpa edilməsində mühüm 

addım  oldu.  Lakin  erməni  təşkilatları  Azərbaycan  Xarici  İşlər  Nazirliyinin 

təqdimatı ilə yaradılmış Fövqəladə İstintaq Komissiyasının Bakıda mart soyqırımı 

və  qəzalarda  ermənilər  tərəfindən  törədilən  qanlı  hadisələr  haqqında  topladığı 

sənədlərin  təsirini  azaltmaq,  Türkiyə  və  Azərbaycana  qarşı  yeni  təbliğat 

kampaniyasına  start  vermək  məqsədilə  sentyabr  hadisələrində  guya  çoxlu  sayda 

erməni  öldürüldüyü  barədə  hay-küy  qaldırdılar.

490

  Erməni  Milli  Şurasının 



yarımleqal  şəraitdə,  faktlardan  daha  çox  ehtimallar  əsasında  topladığı  saxta 

materiallar 1920-ci ildə Tiflisdə kitab kimi buraxıldı.

491

 

Azərbaycanın  paytaxtı  azad  edildikdən  sonra  Nuru  paşanın  komandanlığı 



altında  şəhər  ətrafında  dayanmış  türk  qoşunları  sentyabrın  18-də  Bakıya  daxil 

oldu.


492

 Şəhərin əsl sahibi olan azərbaycanlı əhali  onları böyük hərarətlə, xilaskar 

kimi  qarşıladı.  Osmanlı  qoşunları  Bakıya  daxil  olduqda  bildirdilər  ki,  onlar 

Azərbaycan hökumətinin arzusuna uyğun olaraq, Bakının azad edilməsində iştirak 

ediblər.  1918-ci  ilin  28  mayından  sonra  Azərbaycanın  həyatında  ikinci  mühüm 

hadisə  baş  verdi.  Bakı  azad  edildi  və  Azərbaycan  hökuməti  tam  heyətdə  öz 

paytaxtına köçürüldü. Bu, təkcə Azərbaycan-Türkiyə uğurlu hərbi əməkdaşlığının 

deyil,  eyni  zamanda  yeni  formalaşan  Azərbaycan  diplomatiyasının  ilk  böyük 

qələbəsi  idi.  Bakının  azad  edilməsi  ilə  Azərbaycan  hökuməti  öz  hakimiyyətini 

respublikanın  ərazisində  bərqərar  etdi.  Bu  münasibətlə  hökumətin  yerləşdiyi  kişi 

gimnaziyasının  qarşısında  şəhər  ictimaiyyətinin  çox  böyük  nümayişi  oldu. 

Hökumət üzvləri nümayişçilər qarşısında təbrik nitqi ilə çıxış etdilər. 

Bakının  ingilislərə  arxalanan  mürtəce  Sentrokaspi  qüvvələrindən 

təmizlənməsi  münasibəti  ilə  Nazirlər  Kabinəsinin  rəisi  F.X.Xoyski  demişdi: 

"Bizim  də  həyatda  azad  yaşamağa  hüququmuz  vardır.  Heç  bir  zirehli  maşın, 

hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir 

ingilis,  heç  bir  qüvvə  və  onların  havadarları  tarixin  təbii  axarına  mane  ola 

bilmədilər.  Bakının  50  minlik  qoşun  və  texnika  ilə  birlikdə  kiçik  bir  qüvvənin 

həmləsi  qarşısında  süqutu  başqasının  fəlakəti  üzərində  öz  xoşbəxtliyini  qurmaq 

istəyənlərə ibrət dərsi olmalıdır.

493

 

                                                        



490

 Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol.832, folio 10, folio 12 

491

  Bax:  Б.Ишханян.  Великие  ужасы  в  гор.Баку.  Анкетное  исследование  сентябрских  событий 



1918 г. Издание анкетной комиссии при Бакинском  Армянском Национальном Совете. Тифлис, 

1920. 


492

  Вах:  Colonel  Chardigny,  à  Ministre  Guerre-Paris.//  Ministère  des  Affaires  Etrangères  de  France, 

Archives Diplomatique, vol.832, folio 6. 

493


 Азербайджан, 1918, 19 сентября. 

134 

 

Bakının  azad  edilməsi  barəsində  məlumatı  Ənvər  paşa  İstanbulda  olan 



Azərbaycan  nümayəndələrinə  çatdırdı.  İstanbuldan  Baş  nazir  Xan  Xoyskiyə  və 

xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda M.Ə.Rəsulzadə göstərirdi ki, 

Bakının  alınması  burada  əhvali-ruhiyyəni  qaldırmışdır.  Qurban  bayramına 

düşdüyündən Türkiyədə Bakının azad edilməsi iki dəfə bayram edildi. Neft Bakısı 

uğrunda böyük dövlətlər arasında başlanmış gərgin mübarizə Türkiyənin yardımı 

ilə Azərbaycanın qələbəsi ilə nəticələndi. Azərbaycan hökumətinin hərbi, siyasi və 

diplomatik  addımları  Bakının  həmişəlik  olaraq  respublikanın  paytaxtı  olmaq 

missiyasını təmin etdi. 



135 

 

V FƏSİL 



 

Birinci dünya müharibəsinin sonunda 

Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik fəaliyyəti 

və müttəfiqlərin Bakıya daxil olması 

 

Bakıya  gələn  kimi,  Azərbaycan hökumətinin ilk  addımı  çoxdan  bəri hərc-



mərclik  yaranmış  şəhərdə  qayda-qanun  yaratmaq  və  Nazirlər  Şurasının  normal 

fəaliyyətini təmin etmək oldu. Hökumət Bakıya köçdükdən sonra nəşrini paytaxtda 

davam etdirən "Azərbaycan" qəzetində oktyabr ayının ilk günlərində nazirliklərin 

və idarələrin müvəqqəti ünvanları dərc edildi.

494

 Bu məlumatlardan aydın olur ki, 



Xarici İşlər Nazirliyinin işini təmin etməkdən ötrü təcili olaraq onun dəftərxanası 

"Metropol"  mehmanxanasının  bir  neçə  nömrəsində  yerləşdirilib.  Az  sonra  isə 

"Azərbaycan"  qəzeti  Xarici  İşlər  Nazirliyinin  Mirbabayevin  Sahil  küçəsindəki 

evinə köçdüyünü xəbər verirdi.

495

 Bu ev XX əsrin əvvəllərində Bakıda inşa edilən 



ən dəbdəbəli binalardan biri idi. 

Nazirlər  Şurasının  16  oktyabr  1918-ci  il  tarixli  iclasında  hökumət 

kabinəsinə  daxil  olan  nazirliklərin  ştat  cədvəlinə  yenidən  baxıldı  və  əhali  ilə 

hakimiyyət orqanları arasında olan bürokratik maneələr aradan qaldırıldı.

496

 Xarici 


İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı qeyd olunurdu ki, bu nazirlik hökumətin xarici 

əlaqələr  üzrə  siyasətini  həyata  keçirmək  və  həmin  siyasəti  rəhbər  tutmaq  üçün 

yaradılmışdır.  Ona  görə  də  Xarici  İşlər  Nazirliyinə  ən  vacib  və  ən  əhəmiyyətli 

nazirliklərdən biri kimi baxılırdı. 1918-ci ilin yayından payızına qədər hökumətin 

bütün  fəaliyyəti  Bakının  azad  edilməsinə  yönəldiyindən  Xarici  İşlər  Nazirliyinin 

strukturu  Nazirlər  Şurası  Bakıya  köçdükdən  sonra  quruldu.  Azərbaycan 

hökumətinin  "Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinin  təsisi  haqqında 

Əsasnamə"sində  xarici  siyasət  idarəsinin  rolu  və

 

fəaliyyət  istiqamətləri  belə 



əsaslandırılırdı: 

1.  Xarici dövlətlərlə siyasi, iqtisadi, sosial və  mədəni sahədə münasibətlər 

qurmaq; 

2.  Xarici dövlətlərdə Azərbaycanın ticarət və digər maraqlarını qorumaq; 

3.  Xarici  dövlətlərlə  sənaye  və  ticarət  əlaqələrinin  güclənməsinə  və 

inkişafına təsir göstərmək; 

5.  Xaricdə  yaşayan  Azərbaycan  vətəndaşlarının  şəxsiyyətini  və  əmlakını 

qorumaq; 

6.  Xarici  vətəndaşların  şəxsi  işləri  ilə  bağlı  qanuni  tələblərinin  təmin 

edilməsinə yardım etmək. 

                                                        

494


 Azərbaycan, 1918, 8 oktyabr. 

495


 Azərbaycan, 1918, 5 noyabr. 

496


 Azərbaycan, 1918, 17 oktyabr. 

136 

 

Bu  funksiyaları  yerinə  yetirmək  üçün  Xarici  İşlər  Nazirliyi  Əsasnaməyə 



görə  mərkəzi  və  xarici  idarələrə  bölünürdü.  Mərkəzi  idarəyə  Nazirliyin  Şurası, 

dəftərxana, daxili və xarici əlaqələri, şəxsi heyətlə iş şöbələrini özündə birləşdirən 

departament  daxil  idilər.  Xarici  idarəyə  isə  səfirlik  və  nümayəndəliklər,  Baş 

konsulluq, konsulluq və konsul agentlikləri daxil idilər. Əsasnaməyə görə, nazirliyi 

müavini  və  müşaviri  olan  nazir  idarə  edir,  o,  olmadıqda  isə  onu  müavin  əvəz 

edirdi. Dəftərxananın direktoru, vitse-direktoru, xüsusi tapşırıqlar üzrə iki məmuru, 

diplomatik işlər, təsərrüfat, qeydiyyat üzrə şöbələri, "draqomanat" və arxivi olmalı 

idi.  Diplomatik  şöbə,  nazirin  göstərişi  üzrə  notalar  hazırlamaq,  cümhuriyyət 

hökumətinin  tanınması,  diplomatik  nümayəndələrin,  konsulların,  agentliklərin 

qarşılıqlı  tanınması,  ərazi  mübahisələri  ilə  bağlı  işlərlə  məşğul  olmalı,  məxfi  və 

şifrələnmiş sənədlər də daxil olmaqla, diplomatik yazışmalarla məşğul olmalı idi. 

Nazirliyin istər ölkə daxilindəki, istər ölkə xaricindəki əmlakına sərəncam vermək, 

nazirliyin  xərclər  smetasını  hazırlamaq,  mühasibat  işlərini  aparmaq  məsuliyyəti 

təsərrüfat  şöbəsinin  üzərinə  düşürdü.

497

  Ümumi-qeydiyyat  şöbəsi  qeydiyyat 



aparmaqla  yanaşı,  həm  də  yazışmaların  qəbulu  və  göndərilməsi,  kuryer 

ekspedisiyalarının  işinin  yoxlanması  ilə  məşğul  olurdu.  Draqoman  tərcümələr 

etməli,  xarici  dildə  tərtib  edilən  sənədlərin  və  hüquqi  aktların  tərcümələrini 

yoxlamalı idi. 

1918-ci  ilin  sentyabrında  Xarici  İşlər  Nazirliyi  Bakıda  fəaliyyətə  başlayan 

kimi, nazirliyin arxivi yaradıldı. Təcili olaraq nazirliyin yazışmaları, Bakının azad 

olunması ilə bağlı diplomatik sənədlər və hüquqi aktlar toplanıb sistemləşdirildi və 

qaydaya  salındı.  Hökumətin  dövlət  dili  haqqında  27  iyun  tarixli  qərarına  uyğun 

olaraq, sənədləşmənin türk dilinə keçirilməsi istiqamətində ilk addımlar atıldı. 

Hələ  Bakı  uğrunda  mübarizə  getdiyi  dövrdə  qonşu  ölkələrə  diplomatik 

nümayəndələrin  göndərilməsinə  ilk  təşəbbüslər  edildi.  Cənubi  Qafqazda  yaxşı 

tanınan  Məmməd  Yusif  Cəfərov  iyunun  sonlarında  Gürcüstana  diplomatik 

nümayəndə  təyin  edilmişdi.  O,  bu  vəzifədə  olduğu  müddətdə  Azərbaycanla 

Gürcüstan  arasında  siyasi,  iqtisadi,  diplomatik  münasibətlərin  inkişafında,  iki 

respublika  arasında  ərazi  mübahisələrinin  həllində,  təmsil  olunduğu  ölkədə 

müsəlman əhalisinin maraqlarının qorunmasında mühüm rol oynadı. 

Bakıya  girmək  ərəfəsində,  sentyabr  ayının  12-də  hökumət  Almaniya, 

Ukrayna,  İran  və  Ermənistana  səlahiyyətli  diplomatik  nümayəndələr  göndərmək 

haqqında  qərar  qəbul  etdi.

498


  Sentyabr  ayının  14-də  isə  erməni  hökumətinin 

Azərbaycana göndərdiyi diplomatik nümayəndə T.Bekzadyanın vəkaləti tanındı.

499

 

                                                        



497

 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təsisi  haqqında Əsasnamə. 1918. //ARDA, f.970, 

s.2, i-35, v.15 

498


 Азербайджанская Демократическая Республика. Внешняя политика. Баку, 1998, с.71 

499


  Ermənistanın  Azərbaycanda  diplomatik  nümayəndəsinin  tanınması  haqqında  qərar.  14.09.1918. 

//ARDA, f.100, s.2, i.7, v.45 



137 

 

1918-ci  ilin  oktyabrında  isə  N.Kartsivadze  başda  olmaqla  Gürcüstan 



Respublikasının Bakıda diplomatik nümayəndəliyi fəaliyyətə başladı. 

1918-ci ilin oktyabr ayının 6-da hökumət Avropa paytaxtlarına göndərilmək 

və  Azərbaycanın  müstəqilliyi  haqqında  məlumat  vermək  üçün  xüsusi  komissiya 

yaradılması  haqqında  qərar  qəbul  etdi.  Bu  missiyaya  yüksək  vəkalət  vermək 

məqsədilə  elə  həmin  gün,  avqust  ayının  sonlarında  İstanbula  ezam  olunmuş 

fövqəladə səlahiyyətli nümayəndə Əli Мərdan bəу Topçubaşov xarici işlər naziri 

təyin edildi. Teleqrafla ona tapşırıldı ki, təcili olaraq Avropa paytaxtlarına gedəcək 

missiyanın tərkibini formalaşdırsın.

500

 

Oktyabr  ayının  22-də  Azərbaycan  Respublikası  Ermənistanda  diplomatik 



nümayəndəsinin təyin edilməsi barədə hökumətin qərarı elan edildi. Ermənistanla 

münasibətlərdə  çoxlu  mübahisəli  məqamlar  olduğu  və  azərbaycanlı  əhalinin 

hüquqları  addımbaşı  tapdalandığı  üçün  ədliyyə  nazirinin  müavini  Teymur  bəy 

Makinski Ermənistana diplomatik nümayəndə təyin edildi.

501

 Nazirlər Şurası 1918-



ci ilin oktyabr ayının 23-də Krım hökumətində diplomatik nümayəndəlik yaratmaq 

haqqında  qərar  qəbul  etdi.  Qərara  əsasən  xarici  işlər  nazirinə  tapşırıldı  ki,  Krım 

hökuməti  yanında  diplomatik  nümayəndəlik  açsın.

502


  Bu  barədə  noyabr  ayının 

əvvəllərində  Krım  diyar  hökumətinin  baş  naziri  Məmməd  bəy  (Süleyman  bəy) 

Sulkeviç  Azərbaycan  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskiyə  məktubla  müraciət 

etmişdi.  Orada  göstərilirdi  ki,  bu  yaxınlarda  Kiyevdə  olarkən  Azərbaycanın 

Ukraynadakı diplomatik nümayəndəsi Krım hökuməti nümayəndələri ilə görüşmüş 

və  Azərbaycanla  Krım  arasında  qarşılıqlı  münasibətlərin  qurulmasının 

mümkünlüyünü  müzakirə  etmişlər.  General  M.Sulkeviç  öz  məktubunda 

Azərbaycanın Xəzər sahili ölkə olduğunu qeyd etsə də, lakin Qara dənizdə böyük 

marağının  olduğunu  bildirirdi.

503 


Bu  müraciəti  nəzərə  alaraq  noyabr  ayının  1-də 

hökumətin  qərarı  ilə  Ukraynaya  diplomatik  nümayəndə  təyin  olunan  Mir  Yusif 

Vəzirov az sonra Krımda da Azərbaycan Respublikasını təmsil etməyə başladı.

504


 

Noyabr  ayının  ortalarında  Tiflisdə  Qafqaz  respublikalarının  konfransının 

keçirilməsi  nəzərdə  tutulduğu  üçün  ayın  11-də  Gürcüstan  hökuməti  yanında 

diplomatik  nümayəndə  M.Y.Cəfərov  və  doktor  Mustafa  Vəkilov  Azərbaycanın 

Zaqafqaziya  konfransında  nümayəndələri  təyin  edildilər.

505 


Batumun  Azərbaycan 

üçün  əhəmiyyətini  nəzərə  alaraq  Nazirlər  Şurası  noyabr  ayının  10-da  doktor 

Mahmud  bəy  Əfəndiyevi  Azərbaycanın  Batumda  nümayəndəsi  təyin  etdi.

506


  Bir 

                                                        

500

  Азербайджанская  Демократическая  Республика.  Законодательные  акты  (1918-1920).  Баку, 



1998, с.240 

501


 Азербайджан, 1918, 2 октября. 

502


 Азербайджанская Демократическая Республика. Внешняя политика, с.89 

503


  Krım  diyar  hökumətinin  baş  naziri  general  M.A.Sulkeviçin  diplomatik  münasibətlər  yaratmaq 

haqqında Nazirlər Şurasının sədri F.X.Xoyskiyə məktubu. Noyabr, 1918. //ARDA, f.970, s.1.i.40, v.l 

504

 Азербайджан, 1918, 3 ноября. 



505

 Азербайджан, 1918, 11 ноября. 

506

 Азербайджан, 1918, 10 ноября. 



138 

 

qədər sonra ətraf ərazilərdə yaranmış dövlət qurumları ilə diplomatik münasibətlər 



qurmaq  üçün  Əbdürrəhim  bəy  Haqverdiyev  Dağlılar  Respublikasında,  doktor 

Cəfər  bəy  Rüstəmbəyov  Kuban  hökumətində,  Əkbər  ağa  Sadıqov  Zakaspi 

hökumətində  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndələri  təsdiq 

olundular.

507

 

Azərbaycan  hökuməti  Gəncədən  Bakıya  köçdükdən  sonra  1918-ci  ilin 



sentyabr  ayından  başlayaraq  xarici  işlər  nazirinin  müavini  təyin  edilmiş  Adilxan 

Ziyadxanov az sonra xarici siyasət idarəsində həlledici şəxslərdən birinə çevrildi. 

1918-ci  ilin  oktyabr  ayının  əvvəllərində  yeni  xarici  işlər  naziri  olmuş 

Ə.M.Topçubaşov  Bakıda  olmadığı  üçün  A.Ziyadxanov  həmin  ilin  dekabr  ayının 

sonlarında  yeni  hökumət  qurulana  qədər  xarici  işlər  nazirini  əvəz  etmişdi. 

Azərbaycan  hökuməti  Bakıya  köçdükdən  sonra  Xarici  İşlər  Nazirliyinin 

qurulmasında və 1918-ci ilin payızında yaranmış böhranlı bir dövrdə Azərbaycanın 

xarici siyasətinin müəyyən edilməsində onun xidmətləri böyük idi. 

Beləliklə,  hökumət  Bakıya  köçdükdən  sonra  qısa  müddət  ərzində 

Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  aparatı  formalaşdırıldı  və  qonşu  ölkələrlə 

diplomatik  nümayəndəliklərin  əsası  quruldu.  Lakin  bu  dövrdə  Azərbaycan 

diplomatiyasının  qarşısında  duran  ən  ciddi  məsələ  dünya  müharibəsinin  sonunda 

gündən-günə  dəyişən  beynəlxalq  aləmdə  böyük  dövlətlərlə  Azərbaycanın 

maraqlarına uyğun münasibətlər qurmaq idi. 

Paytaxt Bakıya köçən kimi, Almaniya özünün hərbi və ticarət nümayəndəsi 

baron  Fon  der  Qoltsı  buraya  göndərdi.  Avstriya-Macarıstan  diplomatik 

nümayəndələri  də  sentyabrın  sonuncu  ongünlüyündə  Bakıya  gəldilər.  Almaniya 

nümayəndələri Azərbaycan hökumətinin ağır iqtisadi vəziyyətindən istifadə edərək 

neft  sənayesində  və  pambıq  ticarətində  güzəştli  imtiyazlar  almaq  fikrində  idilər. 

Lakin  onların  bu  tələblərinə  qarşı  milli  hökumət  "Azərbaycan  azərbaycanlılar 

üçündür"  şüarını  qoydu  və  bütün  istiqamətlərdə  Azərbaycanın  müstəqilliyini 

qorumağa  başladı.

508

  Hətta  Bakının  azad  edilməsində  böyük  xidmətləri  olan  türk 



komandanlığı  belə  Azərbaycan  hökumətinin  daxili  işlərinə  iyun  böhranı  zamanı 

müşahidə  edilən  müdaxilədən  çəkinməyə  başladı.  Bakı  azad  edildikdən  sonra 

Osmanlı-Azərbaycan  münasibətlərinə  toxunaraq  T.Svyatoçevski  yazır:  "Osmanlı 

generalı artıq Azərbaycanın daxili işlərinə qarışmaqda son dərəcə ehtiyatlı hərəkət 

edirdi,  hərbi  məsələlər  istisna  olunmaqla,  qalan  bütün  işlərin  yerli  hakimiyyət 

orqanları  tərəfindən həyata  keçirilməsini  gözləyirdi."

509

  Türkiyə  komandanlığının 



əvvəlki mövqeyinin dəyişməsi xeyli dərəcədə müstəqil dövlət idarəçiliyini bərqərar 

etmək istiqamətində Azərbaycan hökumətinin atdığı prinsipial addımlarla bağlı idi. 

Bununla belə, iki qardaş ölkə arasında münasibətlər Bakının fəthindən sonra daha 

intensiv  xarakter  almağa  başladı.  Türkiyə  hökumətinin  baş  naziri  Tələt  paşanın 

                                                        

507


 Азербайджанская Демократическая Республика. Внешняя политика, с.156, 195-196 

508


 Azərbaycan, 1918, 9 dekabr 

509


 T.Swietochowski. Russian Azerbaijan, р. 140 

139 

 

sentyabrın 6-da Berlinə başlanan səfərinin əsas məqsədlərindən biri Azərbaycanla 



bağlı  məsələ  və  xüsusilə  Almaniyanı  avqustun  27-də  Rusiya  ilə  imzaladığı 

sazişdən  çəkindirmək  idi.  Tələt  paşa  sentyabrın  5-də  Dördlər  İttifaqı  ölkələri 

nümayəndələrinin  Vyanada  keçirilən  konfransından  sonra  Berlinə  yollandı  və 

sentyabrın  24-nə  qədər  həm  Almaniya  rəsmiləri  ilə,  həm  də  Berlindəki  Rusiya 

səfiri ilə çox gərgin danışıqlar apardı. 

Sentyabr  ayının  7-də  Almaniya  nümayəndələrindən  Hintze  və  Lossovla 

görüşən Tələt paşa Almaniyanın Türkiyədən xəbərsiz Rusiya ilə Qafqaz barəsində 

gizli  müqavilə  bağlamasından  ciddi  narahatçılıq  ifadə  etdi.  Almaniya 

nümayəndələri  isə  Türkiyəni  Bakıya  hücum  etməyəcəyi  ilə  bağlı  Berlinə  verdiyi 

vədi pozmaqda ittiham etdilər.

510

 

Sentyabr  ayının  10-da  Tələt  paşanın  Almaniya  Xarici  İşlər  Nazirliyinə 



təqdim  etdiyi  Memorandumda  Brest-Litovsk  sülhündən  sonra  Cənubi  Qafqazda 

yaranmış  vəziyyət  dəyərləndirilir  və  bildirilirdi  ki,  Bakı  əyalətinin  əhalisinin  85 

faizi  müsəlmanlardan  ibarətdir  və  Bakı  coğrafi  cəhətdən  yalnız  Azərbaycana 

aiddir.  Eyni  zamanda  memorandumda  qeyd  olunurdu  ki,  Bakısız  güclü  həyat 

qabiliyyəti  olan  qüvvətli  bir  Azərbaycan  dövlətinin  qurulması  mümkün  deyildir. 

Eyni  zamanda  memorandumda  Rusiyanın  Türkiyəyə  qarşı  daimi  düşmən 

fəaliyyətində  olduğunu  nəzərə  alaraq,  Şimali  və  Cənubi  Qafqazda  yaşayan 

müsəlmanlardan  ibarət  müstəqil  bir  dövlətin  yaradılması  fikri  irəli  sürülürdü. 

Danışıqlar zamanı Tələt paşa Bakı da daxil olmaqla, Azərbaycanın, Gürcüstan və 

Ermənistanın,  habelə  sərhədləri  ayrıca  müəyyənləşdiriləcək  Şimali  Qafqaz 

respublikasının Almaniya tərəfindən tanınmasını istəmişdi.

511


 

Almaniya  Xarici  İşlər  Nazirliyinin  nümayəndəsi  doktor  Kriqe  sentyabr 

ayının  11-də  Türkiyə  memorandumunda  irəli  sürülən  müddəaları  Berlindəki 

Rusiya  səfiri  ilə  müzakirə  etdi.  Sovet  Rusiyasının  nümayəndəsi  Cənubi  Qafqaz 

respublikaları  ilə  Türkiyənin  imzaladığı  müqavilələrin  Moskva  tərəfindən 

tanınmadığını  bildirdi,  lakin  əlavə  etdi  ki,  Sovet  hökuməti  Türkiyə  ilə  Rusiya 

arasında Qafqaz dövlətinin yaranmasını mümkün saysa da, müstəqil gürcü, erməni 

və  Azərbaycan  dövlətlərindən  ibarət  bufer  dövlətin  yaradılmasını  daha  məqbul 

hesab etsə də, Şimali və Cənubi Qafqaz müsəlmanlarının bir araya gələrək vahid 

dövlət yaratması fikrini qəti şəkildə rədd etdi. 

Almaniya tərəfi A.İoffenin fikirlərini öyrəndikdən sonra sentyabr ayının 12-

də  bildirdi  ki,  onlar,  ancaq  Sovet  Rusiyasının  qəbul  etdiyi  müddəaları 

dəstəkləyəcəklər  və  Azərbaycanla  Ermənistanın  tanınmasına  əsas  verəcək  elə  bir 

beynəlxalq  hüquqi  normalar  görmürlər.  Bununla  yanaşı,  Almaniya  hökuməti 

bildirdi  ki,  əgər  müvafiq  şərtlər  yaranarsa,  Almaniya  Bakı  şəhərinin  də  daxil 

olduğu Azərbaycanın müstəqilliyini tanımağa hazır olacaqdır. Bunun müqabilində 

                                                        

510


 A.N.Kurat. Türkiye ve Rusiya, s.517 

511


 Yenə orada, s.519; Əlavə məlumat üçün bax: M.Qasımov. Birinci dünya müharibəsi illərində böyük 

dövlətlərin Azərbaycan siyasəti. II hissə. Bakı, 2001, s.271-281 



140 

 

almanlar türk qoşunlarının 27 avqust sazişində müəyyən edilmiş sərhədlərdən geri 



çəkilməsini tələb edirdilər.

512


 

Danışıqların belə gərgin məqamında Bakının alınması barədə Tələt paşanın 

İstanbuldan  aldığı  teleqram  Türkiyə  nümayəndə  heyətinin  mövqelərini  daha  da 

gücləndirdi. İndi onlar Almaniyaya bir sıra iqtisadi güzəştlər vəd etməklə, Qafqaz 

respublikalarının  müstəqilliklərinin  tanınmasına  nail  olmaq  istəyirdilər.  Bakının 

azad edilməsi Azərbaycana münasibətdə Almaniya rəsmilərinin sərt müqavimətini 

aradan qaldırdı. Bu, açıq-aydın özünü sentyabr ayının 18-də Tələt paşaya təqdim 

olunmuş yeni müqavilə layihəsində göstərirdi. Müzakirələrin gedişində Tələt paşa 

türk  qoşunlarının  Azərbaycanda  çox  qalmayacağını  bildirdi.  Türkiyənin  bu  vədi 

sentyabr  ayında  imzalanmış  7  maddədən  ibarət  Almaniya-Osmanlı  protokolunda 

təsbit  edildi.  Almaniya  27  avqust  müqaviləsindən  rəsmi  şəkildə  imtina  etdi  və 

Azərbaycanı  diplomatik  cəhətdən  tanımaq  arzusunda  olduğunu,  ilk  addım  kimi 

Bakıda tezliklə konsulluq açacağını bildirdi. Bundan əlavə, Osmanlı dövlətinin öz 

hərbi  hissələrini  Azərbaycan  və  Ermənistandan  geri  çəkməsi  müqabilində 

Almaniya Azərbaycanın müstəqilliyinin Sovet Rusiyası tərəfindən tanınacağına da 

vəd  verdi.

513

  Öz  növbəsində  Türkiyə  öz  üzərinə  təhəddüd  götürdü  ki,  neft 



sahəsində  Almaniyaya  bəzi  güzəştlər  verilməsi  istiqamətində  Azərbaycan 

Respublikasına təsir göstərəcək və Azərbaycan ərazisində yaşayan alman əhalisinin 

hüquqlarının qorunması ilə bağlı əlindən gələni edəcəkdir. 

Almaniya-Osmanlı protokolunun imzalanmasından bir gün sonra Tələt paşa 

Berlində  olan  gürcü  nümayəndələrini  qəbul  etdi.  "Adlon"  mehmanxanasında 

danışıqlar 

zamanı 

sədr-əzəm 



Türkiyə-Gürcüstan 

münasibətlərinin 

yaxşılaşdırılmasının  vacibliyini  gürcü  nümayəndələrinə  bildirdi.  O,  qeyd  edirdi: 

"Biz  bütün  mübahisəli  məsələləri  birlikdə  aradan  qaldırmalıyıq...  Biz  gərək 

Qafqazda  möhkəm  dayanaq.  Bu  gün  rus  səfiri  İoffe  mənə  dedi  ki,  baxmayaraq 

onlar  Gürcüstanın  Almaniya  tərəfindən  tanınmasına  razılıq  veriblər,  lakin  özləri 

Gürcüstanı  tanımırlar.  Siz  görürsünüz  ki,  biz  müttəfiq  olmalıyıq".

514


  Osmanlı 

imperiyası bolşevik təcavüzünə qarşı Cənubi Qafqaz həmrəyliyinin yaradılmasını 

Türkiyənin  təhlükəsizliyinin  və  Qafqaz  respublikalarının  mövcudluğunun  başlıca 

şərti  hesab  edirdi.  Berlində  olarkən  Tələt  paşa  gürcü  nümayəndələri  ilə  birlikdə 

Almaniyaya  gəlmiş  erməni  nümayəndələri  A.Zurabyan  və  A.Ohanyanı  da  qəbul 

etdi.  Ümumqafqaz  həmrəyliyinin  yaradılması  barədə  onlarla  fikir  mübadiləsi 

edildi. 

Bakının  azad  edilməsi  xəbərini  alan  kimi  G.Çiçerin  sentyabrın  19-da 

Almaniya hökumətinə nota kimi təqdim edilmək üçün uzun bir teleqram göndərdi. 

Teleqramda "Rusiya respublikasının əsas şəhərlərindən biri" hesab edilən Bakının 

azad edilməsi  Sovet  Rusiyasının ciddi etirazına səbəb olmuşdu. Sentyabrın 20-də 

                                                        

512

 A.N.Kurat. Türkiye ve Rusiya, s.523 



513

 T.Swietochowski. Russian Azerbaijan, p.140 

514

 З.Авалов. Независимость Грузии в международной политике, с. 122-123 



141 

 

RSFSR  xalq  xarici  işlər  komissarlığının  Türkiyəyə  notasında  "tatar  quldur 



dəstələrinin  köməkliyi  ilə"  türk  qoşunları tərəfindən  Bakının azad  edilməsi  Sovet 

Rusiyasının  ərazisinə  təcavüz  kimi  qiymətləndirilirdi.

515

  Buna  görə  də  Sovet 



Rusiyası  Brest  müqaviləsinin  Türkiyəyə  aid  hissəsinin  qüvvədən  düşdüyünü 

bildirdi. Sovet respublikasının bu addımı belə fikir söyləməyə əsas verir ki, Rusiya 

üçün Brest müqaviləsinin Türkiyəyə aid olan hissəsi Bakı üzərində qurulmuşmuş. 

Halbuki, söhbət konkret mənada bu müqaviləyə riayət edilməsindən gedirsə, may 

ayından  etibarən  türk  qoşunları  Cənubi  Qafqazda  ayrı-ayrı  hərbi  əməliyyatlarda 

iştirak  edirdilər  və  Rusiya  da  bunlara  görə  Brest  müqaviləsinin  ləğv  edilməsi 

məsələsini  qaldırmamışdı.  Digər  tərəfdən,  Brest  müqaviləsi  Cənubi  Qafqazda  о 

vaxta qədər qüvvədə idi ki, Zaqafqaziya özünü Rusiyanın bir hissəsi hesab edirdi. 

Cənubi  Qafqaz  Seyminin  öz  müstəqilliyini  elan  etməsi,  Qafqazda  ayrı-ayrı 

xalqların  öz  müqəddəratını  təyin  edib  milli  respublikalarını  yaratması  Brest 

müqaviləsinin  bu  xalqlar  üçün  hüquqi  qüvvəsini  itirməsi  demək  idi.  Üçüncü  bir 

tərəfdən,  Sovet  Rusiyasının  27  avqust  sazişinə  görə  Gürcüstanın  müstəqilliyinin 

Almaniya  tərəfindən  tanınmasına  razılıq  verməsi  öz-özlüyündə  Brest 

müqaviləsinin Qafqaza aid olan hissəsinin ləğv edilməsi demək idi. Eyni zamanda 

sentyabrın 21-də Sovet Rusiyası tərəfindən Almaniyanın Moskvadakı baş konsulu 

Hauşildə  nota  təqdim  edildi.  Notada  türk  qoşunlarının  Bakını  tutmasında 

Almaniyanın  öz  müqavilə  öhdəliklərini  yerinə  yetirmədiyi  bildirilir  və  Almaniya 

27 avqust müqaviləsini pozmaqda ittiham edilirdi.

516

 

Sovet  Rusiyasının Türkiyəyə notası sentyabrın 21-də "İzvestiya" qəzetində 



dərc  edildi.  Türkiyə  səfiri  Moskvada  olmadığı  üçün  onu  Berlində  olan  Osmanlı 

səfirliyi vasitəsi ilə İstanbula çatdırmaq qərara alındı. Lakin bu zaman Tələt paşa 

Berlində  olduğu  üçün  Qafqazda  yaranmış  mübahisə  barəsində  Sovet  səfirliyi  ilə 

danışıqlar başlandı və nota Türkiyə hökumətinə göndərilmədi. Eyni zamanda Sovet 

Rusiyasının Xarici İşlər Komissarlığı Berlində olan A.İoffeyə təlimat vermişdi ki, 

"Bakı məsələsi"ni müzakirə etmək üçün Almaniyada olan Tələt paşa və Türkiyənin 

xarici  işlər  naziri  Əhməd  Nəsim  bəylə  görüşüb  "Bakının  türklər  tərəfindən 

Sovetlərə  təslimini  təmin  etsin".

517

  Bu  görüşün  baş  tutması  üçün  A.İoffe  20 



sentyabr  tarixli  notanın  Türkiyəyə  rəsmi  təqdimatının  yubadılmasına  Moskvadan 

razılıq aldı. Bununla belə, Tələt paşa və Ə.Nəsim bəy notanın məzmunu haqqında 

artıq  məlumatlı  idilər.  Sentyabrın  21-də  Berlində  başlanan  Türkiyə-Rusiya 

danışıqlarında Tələt paşa bildirdi ki, Bakı məsələsi yalnız sülh yolu ilə həll edilə 

bilər və bu məsələdə onun hökumətinin heç bir ilhaqçılıq niyyəti yoxdur. Belə bir 

mövqe  Tələt  paşa  tərəfindən  sentyabrın  22-də  danışıqların  davam  etdirilməsi 

zamanı da nümayiş etdirildi. Hətta sədr-əzəm bildirdi ki, Türkiyənin Rusiyadan heç 

bir  torpaq  ilhaq  etmək  fikri  yoxdur  və  Qafqazda  olan  türk  hərbi  hissələri  dərhal 

                                                        

515


 Документы внешней политики СССР. Т.1, с.491-492 

516


 Документы внешней политики СССР, с.492-493 

517


 A.N.Kurat. Türkiye ve Rusiya, s.525 

142 

 

geri  çəkiləcəkdir.



518

  Lakin  Tələt  paşanın  belə  loyal  mövqeyinə  baxmayaraq, 

A.İoffenin sözlərindən anlaşıldı ki, hətta Azərbaycanın müstəqilliyinin tanınacağı 

halda  belə  Rusiyanın  neft  Bakısını  azərbaycanlılara  vermək  fikri  yoxdur.

519

 

Sentyabrın  24-də  Berlini  tərk  etməzdən  əvvəl  keçirilən  sonuncu  danışıqlarda 



A.İoffe  Bakının  Sovet  hakimiyyəti  orqanlarına  təhvil  verilməsi  tələbini  yenidən 

səsləndirdikdə  Tələt  paşa  bildirdi  ki,  Türkiyə  hər  hansı  ərazinin  Rusiyaya  təhvil 

verilməsi  öhdəliyini  öz  üzərinə  götürə  bilməz,  çünki  onun  Qafqaz  millətlərinin 

daxili işlərinə qarışmaq niyyəti  yoxdur.

520

  Elə  həmin  gün  Tələt  paşa  Berlini  tərk 



edib  İstanbula  gəldi  və  Berlində  rus  səfiri  ilə  danışıqları  davam  etdirmək 

Türkiyənin Almaniyadakı böyük elçisi Rıfat paşaya həvalə edildi. Oktyabr ayının 

2-də Ə.M.Topçubaşovu qəbul edən Tələt paşa Berlində aparılan danışıqlar barədə 

ona məlumat verdi və bildirdi ki, Azərbaycanın mənafeyi naminə nə mümkündürsə 

hamısını  etmişdir.  О  qeyd  edirdi  ki,  hələlik  nə  Avstriya-Macarıstan,  nə  də 

Almaniya  müstəqil  Azərbaycan  dövlətini  tanımaq  istəmirlər.  Rusiya  səfiri  isə 

danışıqlar  zamanı  göstərmişdi  ki,  guya  "Qafqaz  müsəlmanları  yalnız  Türkiyənin 

təzyiqi  ilə  müstəqil  dövlət  yaratmışlar".  Müsəlman  kəndlilərinin,  bəylərin  və 

varlıların zülmündən əzab çəkməyinə proletar Rusiyasının "dözməyəcəyini" qeyd 

edərək  İoffe  Tələt  paşaya  bildirmişdi  ki,  "orada  /Qafqazda-C.H./  müsəlmanlar 

şiədirlər,  siz  türklər  isə  sünnüsünüz".  Tələt  paşa  bu  əsassız  iddianı  rədd  edərək 

bildirmişdi ki, "bax mən türkəm və şiəyəm". Bu söhbəti dinləyən Ə.M.Topçubaşov 

isə əlavə etmişdi ki, "əgər mən sizinlə Berlində olsaydım cənab İoffeyə deyərdim 

ki, bax mən də Qafqaz müsəlmanıyam, lakin sünnüyəm". Bu məsələ ilə bağlı Tələt 

paşaya  məlumat  verən  Ə.M.Topçubaşov  Azərbaycanda  və  ümumilikdə 

müsəlmanlar  arasında  məzhəbçiliyin  qızışdırılmasının  Rusiyanın  ənənəvi  siyasəti 

olduğunu göstərmişdi. О bildirirdi ki, Rusiyadakı indiki hökumət də həmin siyasəti 

yeridir  və  bolşeviklər  müsəlmanlara  düşmən  münasibətlərini  Bakıda  törətdikləri 

hərəkətləri ilə sübut etdilər.

521


 

Almaniyadakı  türk  səfiri  Rıfat  paşa  Qafqazda  hərbi  vəziyyəti  nizama 

salmaq  üçün  Rusiya  ilə  Türkiyə  arasında  imzalanması  nəzərdə  tutulan  protokol 

layihəsini oktyabr ayının əvvəllərində A.İoffeyə təqdim etdi. Həmin layihəyə görə 

Sovet  Rusiyası  Azərbaycanın  istiqlaliyyətini  tanımalı  və  ona  hərbi,  yaxud  digər 

yolla müdaxilə etməyəcəyi barədə təminat verməli idi. Bu təkliflər qəbul olunacağı 

təqdirdə Türkiyə öz qoşunlarını Brest müqaviləsində göstərilən hüdudlara çəkməyi 

öz  üzərinə  götürürdü.  Oktyabr  ayının  əvvəllərində  protokol  layihəsini  müzakirə 

edən  Sovet  tərəfi  ona  konkret  cavab  verməyə  tərəddüd  edirdi.  Sentyabrın  29-da 

Salonikada  Bolqarıstanın  təslim  aktını  imzalaması  Sovet  hökumətinin  Berlindəki 

                                                        

518


 Yenə orada, s.554-555 

519


 Y.H.Bayur. Türk İnkilabı Tarihi. Cilt III, s.246 

520


 A.N.Kurat. Türkiye ve Rusiya, s.555 

521


  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyənin 

sədr-əzəmi Tələt paşa ilə söhbətinin yazılı qeydləri. 02.10.1918. //ARDA, f.894, s.10, i.150, v.1-2 



143 

 

səfirinə  türk  protokolunu  imzalamaq  haqqında  göstəriş  verməsi  ilə  nəticələndi. 



Dördlər  İttifaqının  məğlubiyyətini  hiss  edən  Sovet  Rusiyası  oktyabr  ayının  3-də 

Türkiyənin Almaniyadakı səfiri Rüfət paşaya göndərdiyi notada Türkiyənin  Brest 

müqaviləsində  göstərilən  hüdudlara  çəkilməsini,  Türk  qoşunları  tərəfindən  tərk 

edilən  ərazilərin  Sovet  Rusiyasına  təslim  edilməsini,  Brest  müqaviləsinin 

pozulması  nəticəsində  türk  ordusunun  Rusiyaya  vurduğu  maddi  ziyanı  müəyyən 

etmək  üçün  xüsusi  beynəlxalq  komissiyanın  yaradılmasına,  hər  iki  tərəfin 

Almaniya imperatorluğuna müraciət edərək, bu öhdəliklərin yerinə yetirilməsində 

təminatçı  olmasını  xahiş  etməkdən  ibarət  olan  təkliflərini  irəli  sürdü.

522 

Berlində 



aparılan  danışıqlar  barəsində  Moskvaya  müntəzəm  məlumat  verən  A.İoffe 

oktyabrın  7-də  V.İ.Lenin  və  Y.Sverdlovun  imzası  ilə  belə  bir  teleqram  aldı: 

"Bakını  hakimiyyət  orqanlarımıza  vermək  barəsindəki  təklif  qəbul  edilməyincə, 

Türkiyə  protokolunu  imzalamağa  razı  deyilik,  çünki  bu  maddə  olmadan  güman 

etməyə əsas vardır ki, Bakını Antantaya təslim etmək barəsində Antanta ilə gizli 

saziş  bağlanmışdır".

523

  Lakin  bu  ehtimal  real  həqiqətə  uyğun  deyildi.  Sonralar 



hərbi  qruplaşmalar  arasında  imzalanmış  gizli  müqavilələr  aşkarlananda  məlum 

oldu ki, Mudros barışığına qədər Türkiyə Bakı barəsində Antanta dövlətləri ilə heç 

bir gizli danışıqlar aparmamış və heç bir gizli müqavilə imzalanmamışdır. 

Oktyabrın  10-da  RSFSR  Xalq  xarici  işlər  komissarı  G.Çiçerin  Türkiyə 

Xarici  İşlər  Nazirliyinə  yeni  nota  ilə  müraciət  etdi.  Bu  notada  əvvəlki  sovet 

tələbləri  təkrarlanır,  Türkiyə  Xarici  İşlər  Nazirliyindən  oktyabrda  alınan  cavab 

teleqramında irəli sürülən müddəalar təkzib edilirdi. Notada ilk növbədə Bakının, 

sonra  isə  müstəqilliyi  Almaniya  tərəfindən  tanınan  Gürcüstanı  çıxmaq  şərti  ilə 

Cənubi  Qafqazın  bütün  qalan  hissəsinin  Sovet  hakimiyyət  orqanlarına  verilməsi 

tələb  edilirdi.

524

  Belə  əsassız  iddialara  görə  Berlində  aparılan  Türkiyə-Rusiya 



danışıqları baş tutmadı və hazırlanmış protokol imzalanmadı. 

İstanbulda  olan  Azərbaycan  nümayəndələrinin  Avropa  dövlətlərinin 

paytaxtlarına  nümayəndələr  göndərmək  təşəbbüsü  faydalı  və  zəruri  bir  ideya  idi. 

Hər  an  dəyişən  siyasi  proseslərin  və  beynəlxalq  vəziyyətin  nəbzini  tutmaq  üçün 

buna böyük ehtiyac var idi. M.Ə.Rəsulzadə İstanbuldan nazirlər kabinəsinin başçısı 

F.X.Xoyskiyə  vurduğu  təcili  teleqramda  qeyd  edirdi  ki,  siyasi  konyuktura 

tamamilə  dəyişmişdir.  Vilsonun  prinsipləri  əsasında  sülh  təklif  edilmişdir. 

Konfrans olmayacaq. Ermənilər Qarabağı tələb edirlər. Təcili şəkildə Milli Şuranı 

çağırmaq  və  Avropada  təbliğata  başlamaq zəruridir.

525


  Halbuki,  qonşu  Gürcüstan 

və  Ermənistan  respublikaları  avqust  ayında  artıq  öz  nümayəndələrini  Berlinə 

                                                        

522


 Документы внешней политики СССР. Т.1, с.510 

523


 V.İ.Lenin Azərbaycan haqqında, s.151 

524


 Документы внешней политики СССР. Т.1, с.516; M.Qasımov. Birinci dünya müharibəsi illərində 

böyük dövlətlərin Azərbaycan siyasəti. II hissə, s.279 

525

  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  sədri  M.Ə.Rəsulzadənin  Nazirlər  Şurasının  sədri 



F.X.Xoyskiyə məktubu. Oktyabr, 1918. //ARDA,


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin