Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920


 

 

                                                        

715

 ARDA, f.894, s.10, i.70, v.3 



207 

 

VII FƏSİL 



 

Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətinin genişlənməsi və Versalda ilk 

diplomatik addımlar 

 

1919-cu  ilin  əvvəllərində  Azərbaycanın  beynəlxalq  və  daxili  vəziyyəti 

gərgin olaraq qalmaqda idi. Lakin Bakı azad edildikdən sonra hökumətin paytaxta 

köçməsi  və  dövlət  quruculuğuna  başlaması,  istər  ölkə  daxilində  və  istərsə  də 

Azərbaycanda  müvəqqəti  yerləşən  müttəfiq  ordu  komandanlığında  ona  olan 

etimadı  artırmışdı.  Noyabr  böhranı  arxada  qalmış,  ölkədə  parlamentli  üsul-idarə 

yaranmışdı.  Əvvəllər  müxtəlif  bəhanələrlə,  daha  çox  siyasi  mülahizələrlə 

Azərbaycan parlamentində onlar üçün ayrılmış yerlərdən imtina edən rus və erməni 

deputatları tədricən məclisin işində iştirak etməyə üstünlük verdilər. 

Hələ, 1918-ci ilin noyabrında müttəfiqlərin gəlişindən ruhlanıb Azərbaycanı 

Rusiyanın bir hissəsi hesab edən, "Rusiyanın iradəsindən xəbərdar olmadan biz nə 

Azərbaycan  Respublikasının  müstəqilliyini,  nə  də  onun  parlamentini  tanıma 

hüququna malik deyilik"

716


 - deyən rus milli şurasının nümayəndələri 1919-cu ilin 

yanvar ayının 30-da Azərbaycanın mövcudluğu faktı ilə barışıb parlamentin işinə 

qatılmağa  qərar  verdilər.  Rusların  bu addımından  "ruhlanan"  erməni  Milli  Şurası 

da  Azərbaycan  dövlətinin  inkar  edilməsinin  uğursuzluğunu  başa  düşüb  1919-cu 

ilin  fevral  ayının  9-da  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskiyə  göndərdikləri 

məktubda  parlamentdə  iştirak  etmək  istəklərini  bildirdilər.  Azərbaycan  hökuməti 

bu müraciətləri dəyərləndirərkən, Azərbaycan parlamentində oturan hər kəsin onun 

müstəqilliyini  tanımasını  mühüm  şərt  kimi  irəli  sürdü.  Rus  və  erməni  Milli 

Şuralarının  üzvləri  bu  şərtləri  qəbul  edib  Azərbaycan  parlamentində  təmsil 

olundular.  Azərbaycan  Milli  Məclisi  1919-cu  ilin  fevralından  başlayaraq  tam 

heyətdə fəaliyyət göstərməyə başladı. Milli azlıqların parlamentdə təmsil olunması 

müəyyən  çətinliklər  yaratsa  da,  hökumət  bu  məsələni  səbr  və  təmkinlə  yoluna 

qoyurdu.  Lakin  siyasi  xarakterli  çətinliklər  yalnız  bununla  bitmirdi.  Parlamentdə 

təmsil  olunan  sol  və  islamçı  partiyalar  ölkənin  daxilindəki,  xüsusilə  onun 

beynəlxalq aləmə inteqrasiya olmaq yolundakı çətinlikləri nəzərə almayaraq tez-tez 

hakimiyyət  böhranı yaratmağa meylli idilər. Yanvar ayının 28-də parlamentin on 

birinci iclasında İttihad fraksiyasının 3 bənddən ibarət sorğusu belə meyllərin aydın 

təzahürü  idi.  Sorğuda  neft  möhtəkirliyi,  taxıl  məhsullarının  talanması  və 

H.Z.Tağıyev  fabrikində  bezlə  bağlı məsələlərin araşdırılması  tələb  edilirdi.

717


  Bir 

sıra nazirlərin izahatından sonra fevral ayının 5-də baş nazir Fətəli xan parlament 

iclasında çıxış edərək bəzi məsələlərə aydınlıq gətirdi. О dedi: "Siz bunu bilirsiniz 

ki,  Azərbaycanın  istiqlalı  hər  dəqiqə  təhlükədədir.  Bilirsiniz,  indi  elə  vaxtdır  ki, 

nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız 

                                                        

716

 Единая Россия, 1918, 17 декабря. 



717

 Azərbaycan Xalq Cümhuriyyəti. Parlament, I cild, s.213-226 



208 

 

əldən gedər.  Belə mühüm zamanlarda hökumət işlərini Tağıyev  fabrikasının bezi 



ilə  ölçmək  olarmı?  Bilirsiniz  ki,  hökumətin  həftədə  5-6  iclası  olur,  gecə  saat 

ikiyədək  otururuq,  lakin  bu  neçə  vaxtda  iş  о  qədər  olmuşdur  ki,  sorğudakı 

məsələlərə  keçmək  mümkün  olmamışdır.  Xarici  siyasət  о  qədər  gərgin  olmuşdur 

ki,  sıradakı  məsələlərə  keçmək  mümkün  olmamışdır.  Bu  halda  mümkündürmü 

hökumət gedib sənin bezlərini ölçsün, Azərbaycanın başına bir bəla gələrsə, onda 

bez  nəyə  gərək,  çit  və  neft  nəyə  gərək  olar."

718

  F.X.Xoyskinin  bu  sözlərinə  və 



Müsavat  partiyasının  ciddi  cədhlərinə  baxmayaraq  hökumət  böhranının  qarşısını 

almaq  mümkün  olmadı.  Baş  nazir  fevral  ayının  25-də  səhhəti  ilə  bağlı 

səlahiyyətlərinin  təhvil  verilməsi  haqqında  bəyanatla  çıxış  etdi.  Yeni  hökumətin 

təşkili N.Usubbəyova tapşırıldı. 

Uzun  müzakirələrdən  sonra  N.Usubbəyov  aprel  ayının  14-də  dördüncü 

hökumət  kabinetinin  tərkibini  parlamentə  təqdim  etdi.  Yeni  hökumətdə  Nazirlər 

Şurasının sədri və daxili işlər naziri N.Usubbəyov, maliyyə naziri Əliağa Həsənov, 

ticarət  və  sənaye  naziri  Ağa  Əminov,  xarici  işlər naziri  Məmməd  Yusif  Cəfərov, 

poçt  və  teleqraf  naziri  Cəmo  bəy  Hacınski,  ədliyyə  və  əmək  naziri  Aslan  bəy 

Səfikürdski,  hərbi  nazir  Səməd  bəу  Mehmandarov,  təminat  naziri  V.Klenovski, 

səhiyyə  naziri  A.Dostakov,  maarif  və  dini  etiqad  naziri  Rəşid  bəу  Kaplanov, 

əkinçilik  naziri  A.Qardaşov,  portfelsiz  nazir  X.Amaspur,  nazir  müfəttiş 

N.Nərimanbəyov təsdiq edildilər. Yeni baş nazir N.Usubbəyov aprel ayının 14-də 

parlamentdə  hökumət  proqramı  ilə  çıxış  etdi.  Xarici  siyasət  məsələlərinə 

toxunaraq,  о  dedi:  "Azərbaycan  türklərinin  yaxın  bir  zamanda  dünyanın  bilcümlə 

mədəni  millətləri  ailəsinə  daxil  olacağına  ümidimiz  qəvidir...  Çünki  millətin  bu 

əzminə bilavasitə şahid olan böyük və demokratik İngiltərə komandanlığı heyətinin 

aldığı təəssüratı qərəzsiz, mübaliğəsiz Parisdə toplanan ümumdünya məhkəməsinə 

ərz  edəcəyi  şübhəsizdir".  N.Usubbəyov  Muğanda,  Borçalıda,  İrəvanda  baş  verən 

hadisələrə  toxunaraq  bildirdi  ki,  Azərbaycanın  ayrılmaz  bir  hissəsini  təşkil  edən 

Lənkəran  qəzası  hələ  yadellilərin  əlindədir.  100  minə  qədər  vətəndaşımızın 

həyatlarına,  irz  və  namuslarına  təcavüz  edilir.  Azərbaycanın  Tiflis  və  İrəvan 

vilayətlərində  bulunan  hissələrinə  göz  dikənlər  dəxi  vardır.  Şimali  Qafqazda 

cərəyan  edən  hadisələrə  toxunaraq,  N.Usubbəyov  dedi  ki,  Şimali  Qafqaz 

azərbaycanlıların vətəni, Azərbaycan Şimali qafqazlı dindaşlarımızın yurdu, ocağı 

məsabəsindədir.  Məlumi-alilərinizdir  ki,  Denikinin  orduları  Şimali  Qafqazın 

üzərinə hücum  edərək  cəsur  və  şücaətli  dindaşlarımızın qarlı  dağlarını  al  qanlara 

boyayıb,  onları  və  onlarla  bərabər  bizləri  yenidən  təhti-əsarətinə  almaq 

fikrindədirlər."

719


  Baş  nazir  hökumətin  proqramını  elan  edərkən,  Qarabağın  adını 

çəkmədiyindən  müəyyən  qüvvələr  bundan  onu  tənqid  etmək  məqamı  kimi 

istifadəyə  cəhd  göstərdilər.  N.Usubbəyov  onlara  üzünü  tutaraq  dedi:  "Mənim 

bəyannaməmdə  nə  qədər  mübahisəli  yerlər  və  məsələ  varsa  о  xüsusda  sözümü 

                                                        

718


 Yenə orada, s.263-264 

719


 Azərbaycan Xalq Cümlıuriyyəti. Parlament, I cild, s.444-445. 

209 

 

dedim.  Çox  mübahisəsiz  məsələlər  vardır  ki,  hökumət  о  xüsusda  söz  söyləməyi 



artıq  bilir.  İrəvan,  Lənkəran,  Tiflis  sözü  oldusa  о  da  ondan  ötəridir  ki,  onlar 

mübahisəlidir.  Qarabağ  xüsusunda  mübahisə  yoxdur.  Onun  üçün  də  mən 

mübahisəli  olmayan  məsələ  haqqında  bir  söz  söyləməyi  artıq  bildim.  Müsavat 

fraksiyasının  rəhbəri  M.Ə.Rəsulzadə  söz  alaraq,  N.Usubbəyovun  mövqeyini 

müdafiə  etdi.  О  dedi:  "Meydanda  Lənkəran  məsələsi  var.  Çünki  Lənkəran  daha 

əlimizdə  deyil,  çünki  oraya  hələ  Azərbaycan  məmuriyyəti  təyin  edilməmişdir. 

Tiflis  quberniyasında  Borçalı  məsələsi  var.  Çünki  orası  da  bizim  hökumət  və 

qüvvətimizin xaricindədir. İrəvan quberniyasının bəzi yerlərinə aid məsələlər var. 

Çünki hökumət oralara hələ nüfuz etməyib, torpaqlarımız başqa əllərdədir. Halbuki 

Qarabağ  məsələsi  belə  layənhəll  halda  deyildir.  Oraya  general-qubernator  təyin 

edilmişdir. Oradakı hüquqi-mülkiyyəmiz, hətta bir dərəcəyə qədər beynəlmiləl bir 

halı  iktisab  eləmişdir.  Bir  də  İrəvan  quberniyasının  davasını  edən  hökumətdən 

qalxıb  da  Qarabağ  məsələsini  istizah  etmək  yersizdir.  Çünki  İrəvana  gedən 

hökumət  təbiidir  ki,  Qarabağ  dağlarını  aşıb  keçmədən  gedəməzdi.  Bizcə  və 

hökumətcə Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də 

Qarabağ ünvanı ilə vaqə olan hər növ təklifi rədd edirik".

720

 

Azərbaycan  hökumətinin  yeni  baş  naziri  N.Usubbəyov  1881-ci  ildə 



Gəncədə  doğulmuş,  XX  əsrin  əvvəllərində  Odessa  Universitetinin  hüquq 

fakültəsində  oxumuş,  1907-ci  ildə  məşhur  türkçü  mütəfəkkir  İsmayıl  bəу 

Qaspralının  "Tərcüman"  qəzetinin  əməkdaşı  olmuşdu.  Krımda  olarkən, 

İ.Qaspralının  qızı  Şəfiqə  Soltanla  ailə  həyatı  quran  Nəsib  bəу  1908-ci  ildə 

Türkiyəyə  mühacirət  etmiş  və  1909-cu  ildə  Gəncəyə  qayıtmışdı.  Fevral 

inqilabından  sonra  Gəncədə  Türk  Ədəmi-Mərkəziyyət  partiyasını  yaradan 

N.Usubbəyov  1917-ci  ilin  aprelində  Qafqaz  müsəlmanlarının  Bakı,  həmin  ilin 

mayında  Rusiya  müsəlmanlarının  Moskva  qurultayının  fəal  iştirakçısı  olmuşdu. 

M.Ə.Rəsulzadə  sonralar  onun haqqında  yazırdı:  "Azərbaycan  ideyasını  siyasi  bir 

tələb  maddəsi  şəklində  formula  etmək  şərəfi  mərhum  Nəsib  bəyindir".

721

 

Azərbaycana  səfər  edən  və  baş  nazir  kimi  N.Usubbəyovla  görüşən  xaricilər  onu 



çox  yüksək  qiymətləndirirdilər.  1919-cu  ilin  payızında  Qafqaza  Britaniya  Ali 

Komissarı  təyin  edilmiş  Oliver  Uordrop  sentyabrda  Bakıya  ilk  səyahətindən  və 

N.Usubbəyovla  keçirdiyi  görüşlərdən  sonra  oktyabrın  2-də  Londona  göndərdiyi 

hesabatda  yazırdı:  "Baş  nazir  Usubbəyov  geniş  dünyagörüşə  malik,  yüksək  təhsil 

görmüş,  itiağıllı,  liberal  ideyalara  sədaqətli,  səmimi,  vicdanlı,  qarşısına  qoyduğu 

məqsədə  nail  olmağa  çalışan  nəzakətli  bir  insandır...  Baş  nazirin  ideyaları  dini 

ideyalar deyil, milli ideyalardır. O, bolşevizmə nifrət edir. Onun istədiyi bircə şey 

varsa,  о  da  ölkəsinin  müstəqilliyidir.  Onun  komandası  və  kabineti  bəzi  Avropa 

ölkələri  üçün  nümunə  ola  bilər...  Onlar  öz  işlərini  yaxşı  idarə  edirlər  və  bütün 

                                                        

720

  Azərbaycan  parlamentinin  iyirmi  doqquzuncu  iclasının  stenoqramı.  14.04.1919.//  ARDA,  f.895, 



s.1,i-82, v.70-71 

721


 Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. II cild. Bakı, 2005, c.441 

210 

 

ləyaqətli adamlar kimi, hər şeydən daha çox yeni dünyada öz yerlərini tutmağa can 



atırlar."

722


 

Dördüncü hökumət kabinetində xarici işlər naziri vəzifəsini tutan Məmməd 

Yusif  Cəfərov  artıq  xeyli  vaxt  idi  ki,  diplomatik  fəaliyyətlə  məşğul  olurdu.  O, 

1918-ci  ilin  iyunundan  xarici  işlər  naziri  vəzifəsinə  təyin  olunana  qədər 

Azərbaycan  hökumətinin  Tiflisdə  diplomatik  nümayəndəsi  olmuşdu.  Dövrünün 

savadlı,  istedadlı,  geniş  dünyagörüşə  malik  adamlarından  olan  M.Y.Cəfərovun 

Gürcüstandakı fəaliyyəti faydalı olmuş, o, burada Azərbaycanın siyasi və iqtisadi 

maraqlarının  qorunması  istiqamətində  qonşu  dövlətlərin,  Avropa  ölkələri  və 

Türkiyənin  nümayəndələri  ilə  diplomatik  danışıqlar  aparmış,  Tiflisdə  keçirilən 

Zaqafqaziya  konfransında  Azərbaycanı  təmsil  etmişdi.  1919-cu  ilin  payızında 

Bakıya səfər emiş Tiflisdəki Britaniya Ali Komissarı O.Uordrop xarici işlər naziri 

M.Y.Cəfərovla görüşündən aldığı təəssüratı Londona göndərdiyi şifrəli teleqramda 

belə ümumiləşdirirdi: "Keçmiş Rusiya Dövlət Dumasında Kadet partiyasının üzvü 

və eyni zamanda müsəlman fraksiyasının lideri olmuş M.Y.Cəfərov müharibə və 

inqilablar dövründə Rusiyanın və Сənubi Qafqazın tarixində böyük rol oynamışdır. 

O, bacarıqlı və çox tanınmış bir natiqdir".

723

 

M.Y.Cəfərov  1919-cu  ilin  aprel  ayının  14-də  xarici  işlər  naziri  vəzifəsinə 



başladıqdan sonra həm nazirliyin mərkəzi aparatında, həm də xaricdəki diplomatik 

nümayəndəliklərdə  bir  sıra  dəyişikliklər  etdi.  Aprel  ayının  15-də  xarici  işlər 

nazirliyi  üzrə  verilmiş  2  saylı  əmrdə  nazirliyin  şəxsi  heyəti  və  diplomatik 

missiyaların  başçıları  öz  yerlərinə  təsdiq  edildilər.  Yeni  əmrə  əsasən,  Mir  Yusif 

Vəzirov Ukrayna, Polşa və Krımda, Mahmud  bəу Əfəndiyev Batumda, Məmməd 

Xan  Təkinski  Ermənistanda,  Əbdürrəhim  bəу  Haqverdiyev  Dağlılar  İttifaqında, 

Cəfər  bəу  Rüstəmov  Kuban  hökumətində,  Əkbər  ağa  Sadıxov  Aşqabadda  öz 

diplomatik  fəaliyyətlərini  davam  etdirməli  idilər.

724

  M.Y.Cəfərovun  Bakıya 



dönüşündən  sonra  Tiflisdəki  Azərbaycan  diplomatik  nümayəndəliyinə  onun 

müavini  olmuş  Fariz  bəy  Vəkilov  başçılıq  etməyə  başladı.  Elə  fəaliyyətinin  ilk 

günlərində  F.Vəkilov  1919-cu  ilin  martında  ermənilər  tərəfindən  əsir  alınmış 

müsəlman  dinc  əhalisinin  təcili  şəkildə  azad  edilməsi  ilə  bağlı  müttəfiqlərin 

komandanlığı  qarşısında  məsələ  qaldırdığını  xarici  işlər  nazirliyinə  yazırdı. 

General  Biç  ilə  söhbətində  F.Vəkilov  ermənilərin  bu  azğınlığının  qarşısının 

alınmasını  ingilis  komandanlığından  tələb  etmişdi.  Eyni  zamanda  Azərbaycanın 

Paris  Sülh  konfransındakı  nümayəndə  heyətinin  başçısı  Ə.M.Topçubaşovun 

                                                        

722


  Cənab  O.Uordropun  şifrəli  teleqramı.  02.10.1919.//  Azərbaycan  Xalq  Cümhuriyyəti.  Böyük 

Britaniyanın Arxiv sənədləri, s. 188-194 

723

  Cənab  O.Uordropun  şifrəli  teleqramı.  02.10.1919.//  Azərbaycan  Xalq  Cümhuriyyəti.  Böyük 



Britaniyanın Arxiv sənədləri, s.188 

724


  Diplomatik  missiyaların  başçılarının  təyin  olunması  haqqında  xarici  işlər  nazirliyinin  əmrindən 

çıxarış. 15.04.1919.//ARDA, f.970, s.2, i.157, v.1-2 



211 

 

Bakıya  göndərdiyi  diplomatik  yazışmaların  Batumda  Britaniya  komandanlığı 



tərəfindən açılmasına qarşı da o, öz etirazını general Biçə bildirmişdi.

725


 

M.Y.Cəfərov  xarici  işlər nazirliyinin  operativliyini  artırmaq  məqsədilə  bir 

sıra struktur islahatların aparılmasına cəhd göstərirdi. Bu məqsədlə o, 1919-cu ilin 

may  ayının  18-də  gündəlik  informasiyalar  üzrə  məruzələrin  hazırlanması  və 

onların  surətlərinin  diplomatik  nümayəndələrə  göndərilməsi  haqqında  əmr  verdi. 

Əmrdə  göstərilirdi:  "Dəftərxana  direktoruna  təklif  edilir  ki,  nazirlik  üzrə  səliqəli 

şəkildə  gündəlik  məlumatlar  haqqında  məruzələr  hazırlanması  və  onların 

surətlərinin respublikanın diplomatik nümayəndəlikləri, səfirlik və konsulluqlarına 

göndərilməsi  haqqında  sərəncam  versin.  Eyni  zamanda  respublikanın  bütün 

diplomatik  nümayəndəlikləri  və  konsulluqları  akkreditə  olunduqları  ölkələrin 

gündəlik  siyasi  və  dövlət  həyatı  haqqında  eyni  məzmunlu  məruzələr  hazırlayıb 

nazirliyə təqdim etməli idilər."

726

 

M.Y.Cəfərovun  təşəbbüsü  ilə  1919-cu  ilin  iyul  ayının  9-da  xarici  işlər 



nazirliyinin  dəftərxanasının  müvəqqəti  ştat  cədvəli  təsdiq  edildi.  Sənədə  görə 

dəftərxana  diplomatik,  ümumi  işlər  və  təsərrüfat  şöbələrindən  ibarət  olmalı  idi. 

Yeni  əsasnamədə  ilk  dəfə  olaraq,  xarici  işlər  nazirliyi  şöbələrinin  vəzifələri 

dəqiqliklə  göstərilirdi.  Əsasnaməyə  görə,  diplomatik  şöbəyə  nazirliyin  katibi 

rəhbərlik  etməli  idi.  Şöbə  diplomatik  xarakterli  yazışmalar  aparmalı,  nazirin 

göstərişi ilə xarici dövlətlərə təqdim edilmək üçün etiraz notaları, cavab notaları, 

hökumətin adından məktublar hazırlamalı, müxtəlif akt və sənədlərin xarici və türk 

dillərindən  tərcüməsini  təşkil  etməli,  məxfi  xarakterli  yazışmalar  və  şifrələnmə 

işlərini  təmin  etməli  idi.  Ümumi  şöbəyə  gəldikdə  isə,  bu  şöbə  mərkəzi  və  yerli 

idarələrlə  yazışmaları,  respublikaya  gələn  xaricilərin,  xaricə  gedən  Аzərbaycan 

vətəndaşlarının  sənədlərinin  qaydaya  salınmasını, nazirliyin  bütün  strukturlarında 

olan  şəxsi  heyətin  işlərini  yoxlamalı,  respublikanın  müxtəlif  idarələrindən 

parlamentə göndərilən  qanun layihələri ilə  tanış  olmalı, nazirliyin adından  qanun 

layihələri  hazırlamalı  və  rəhbərlik  üçün  müxtəlif  məsələlərə  aid  hesabatlar  tərtib 

etməli  idi.

727


  Aparılan  struktur  islahatlarından  sonra  xarici  işlər  nazirliyinin  ştat 

cədvəli  60  nəfərdən  ibarət  idi.  Bura  nazir,  nazir  müavini,  məsləhətçi,  4  nəfər 

dəftərxana, 11 nəfər diplomatik şöbənin, 10 nəfər informasiya şöbəsinin, 10 nəfər 

ümumi  şöbənin,  5 nəfər təsərrüfat  şöbəsinin,  17 nəfər  arxiv,  draqomanat,  ümumi 

qeydiyyat  işçiləri  daxil  idi.

728


  Əsasnaməyə  görə  Azərbaycan  Respublikası  Xarici 

İşlər  Nazirliyinin  kollegial  orqanı  kimi  Şura  yaradılmışdı,  Şuraya  nazir,  onun 

müavini və məsləhətçiləri daxil idi. Şöbə müdirləri Şuraya dəvət edilir və rəhbərlik 

etdikləri  sahələr  üzrə  hesabatlar  verirdilər.  Şura  nazirliyin  fəaliyyəti  ilə  bağlı  ən 

                                                        

725


 Gürcüstandakı Azərbaycan Respublikasının diplomatik nümayəndəsinin müavini F.Vəkilovun xarici 

işlər naziri M.Y.Cəfərova məlumatı. 31.03.1919.//ARDA, f.970, s.1, i.54, v.2 

726

 Азербайджанская Демократическая Республика. Внешняя политика, с.223 



727

 ARDA, f.970, s.2, i.80, v.33-34 

728

 ARDA, f.970, s.2, i.132, v.7-69 



212 

 

zəruri  məsələləri  müzakirə  edir  və  müvafiq  qərarlar  qəbul  edirdi.  Məsələn, 



diplomatik  sahədə  işləmək  arzusu  ilə  nazirliyə  müraciət  etmiş  bütün  şəxslər 

Şuranın ciddi müzakirəsindən keçirdi. Xarici işlər nazirliyinə işə qəbul edilən şəxs 

mütləq fransız dilini bilməli və beynəlxalq hüququn əsasları ilə tanış olmalı idi. 

Xarici  işlər  naziri  M.Y.Cəfərovun  1919-cu  ilin  avqust  ayının  12-də 

imzaladığı  27  saylı  əmrlə  nazirliyin  yanında  Kartoqrafiya  və  Statistika  şöbələri 

yaradıldı.  1919-cu  ilin  sentyabrında  bu  şöbələr  informasiya  bürosu  ilə  birlikdə 

nazirliyin  dəftərxanasına  birləşdirildi.  Nazirin  əmri  ilə  müəyyən  edildi  ki,  xarici 

işlər  nazirliyindən  bütün  informasiyalar  dəftərxana  müdiri  ilə  razılaşdırıldıqdan 

sonra İnformasiya Bürosu tərəfindən verilə bilərdi. Siyasi xarakterli məlumatların 

isə nazirin  icazəsi  olmadan  verilməsi  qadağan  edilirdi.

729

  İnformasiya  Bürosunun 



tərkibində  yaradılan  kitabxana  8  bölmədən  ibarət  olub  hüquqi,  coğrafi,  tarixi, 

etnoqrafik, mədəniyyət, sənaye, soraqlama və inqilabi ədəbiyyatı əhatə etməli idi. 

Kitabxananın tarix bölməsində Azərbaycan, Türküstan, Türkiyə, Qafqaz və İslam 

tarixi ilə  bağlı ədəbiyyat  toplanmalı,  toplanan ədəbiyyatdan  diplomatik  danışıqlar 

və  yazışmalar  zamanı  istifadə  edilməli  idi.

730


  Toplanan  kitablar  və  məqalələr, 

abunə  olunan  qəzet  və  jurnallar,  müxtəlif  kanallarla  əldə  edilən  məlumatlar 

əsasında  hazırlanan  arayışlar,  kitab  və  broşurlar  Azərbaycanın  xaricdə  yerləşən 

diplomatik  missiyalarına  göndərilirdi.  Eyni  zamanda  bu  məlumatlar  əsasında 

"Azərbaycan Respublikası Xarici  İşlər Nazirliyinin Xəbərləri" adlı dövrü orqanın 

buraxılması  planlaşdırılırdı.  Burada  nazirliyin  əmrlərinin,  hökumətin  xarici 

siyasətlə  bağlı  sərəncamlarının,  siyasi  hadisələrin  xronikasının,  Qafqazda  və 

dünyada  baş  verən  hadisələrin  təhlilini  əks  etdirən  məqalələrin,  mətbuat 

icmallarının  dərc  olunması  nəzərdə  tutulurdu.  Jurnal  ayda  bir  dəfə  dörd  çap 

vərəqindən az olmayaraq nəşr olunmalı idi.

731

 

Azərbaycanın  xarici  əlaqələrini  genişləndirmək  məqsədilə  M.Y.Cəfərov 



İstanbulda  və  Tehranda  yeni  diplomatik  nümayəndəliyin  yaradılması  haqqında 

hökumət  qarşısında məsələ  qaldırmışdı.  Hələ  1919-cu  ilin mart ayında danışıqlar 

aparmaq  üçün  Tehrana  İsmayıl  xan  Ziyadxanov  başda  olmaqla  fövqəladə 

səlahiyyətli  missiya  göndərmək  məsələsinə  хаrici  işlər  nazirliyi  yenidən  qayıtdı. 

Bu missiyaya Azərbaycan hökuməti adından səlahiyyət verilirdi ki, İranın Bakıda 

və  Gəncədə,  Azərbaycanın  isə  Tehranda,  Təbrizdə,  Rəştdə  və  Məşhəddə 

diplomatik nümayəndəliklər açmaq məsələsini, İranla Azərbaycan arasında ticarət, 

poçt-teleqraf,  gömrük,  su,  dəmir  və  avtomobil  yolları  ilə  əlaqələr  yaradılması 

haqqında  müqavilələrin  əsas  prinsiplərini,  sərhəd  xəttinin  qorunması  üçün  birgə 

tədbirlər görülməsini İran tərəfi ilə müzakirə etsin. 

                                                        

729


 ARDA, f.970, s.2, i.120, v.20; i.121, v.31 

730


 ARDA, f.970, s.l, i.209, v.l 

731


 ARDA, f.970, s.l, i.103, v.12-13 

 


213 

 

1919-cu  ilin  birinci  yarısında  bir  sıra  xarici  ölkələrin  Azərbaycanda 



diplomatik  nümayəndəlikləri  açıldı.  Fevral  ayının  5-də  Tiflisdə  yerləşən 

Qafqazdakı İsveçrə  Milli Şurasının rəhbərliyi Bernə göndərdiyi məktubda Bakıda 

İsveçrə respublikasının  diplomatik nümayəndəsinin təyin  edilməsini  təklif  edirdi. 

Onlar  bu  vəzifəyə  artıq  Bakıda  olan  Robert  de  Rianın  namizədliyini  irəli 

sürürdülər.

732


  Fevral  ayının  8-də  Ukrayna  xarici  işlər  naziri  V.Çexovski 

Azərbaycan  Xarici  İşlər  Nazirliyinə  göndərdiyi  məktubda  Bakıda  Ukraynanın 

diplomatik nümayəndəliyini açmaq arzusunu ifadə edirdi. Azərbaycan Xarici İşlər 

Nazirliyi  cavabında  İ.Kraskovskinin  Bakıya  diplomatik  nümayəndə  təyin 

edilməsinə  razılığını  verdi  və  Ukrayna  diplomatik  missiyasının  başçısı  öz 

etimadnaməsini  Azərbaycan  hökumətinin  başçısına  təqdim  etdi.

733

  Fevral  ayının 



19-da  polkovnik  Karqaleteli  Gürcüstan  hökumətinin  Azərbaycanda  hərbi  attaşesi 

təyin  edildi.  Tiflisdəki  Azərbaycan  diplomatik  nümayəndəliyində  isə  bu  vəzifəni 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin