Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   20   21   22   23   24   25   26   27   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

 

 

                                                        

1174

 Азербайджан, 1919, 12 ноября. 



345 

 

XII FƏSİL 

 

Azərbaycanın müstəqilliyinin Versal Ali Şurası tərəfindən 

tanınması 

 

Keçmiş  Rusiya  imperiyasının  dağılması  nəticəsində  yeni  yaranmış 



respublikaların taleyində hiss ediləcək dönüş Böyük Britaniyanın Baş naziri Lloyd 

Corcun  1919-cu  ilin  noyabr  ayının  17-də  İngiltərə  Parlamentinin  İcma 

palatasındakı  çıxışı  ilə  başlandı.  Bu  çıxış  Rusiyada  baş  verən  hadisələrin,  ilk 

növbədə,  Kolçakın  məğlub  olması,  Denikinin  isə  1919-cu  ilin  oktyabr  ayından 

başlayaraq, öz mövqelərini tərk etməsinin aydın təzahürü idi. İngiltərənin və digər 

müttəfiqlərin  külli  miqdarda  pul  buraxdığı,  hərbi  sursatla  kömək  etdiyi  və 

diplomatik  yolla  müdafiə  etdiyi  Denikin  könüllüləri  oktyabr  ayının  20-də 

Oryoldan, az sonra Voronejdən, noyabrın 12-də Novoxoperskdən çıxmağa başladı. 

1919-cu  ilin  axırlarında  məlum  oldu  ki,  "ağların"  silahlı  qüvvəsi  ilə  Rusiyanı 

kommunistlərin əsarətindən qurtarmaq işi demək olar ki, uduzulmuşdur. Yudeniçin 

Petroqradı  almaq  cəhdi  baş  tutmamış,  Kolçak  Sibirin  dərinliklərinə  qədər  geri 

oturdulmuş, Denikin isə bir-birinin ardınca şəhərləri təslim edərək, Cənuba doğru 

geri çəkilmişdi. Lakin uzun müddət Denikin təhlükəsi altında olan Azərbaycan və 

Gürcüstan  üçün  indi  Denikin  ordusunun  məğlubiyyəti  yeni  daha  qorxulu  bir 

vəziyyət  yaradırdı.  T.Svyatoçevski  haqlı  olaraq  yazır:  "Denikinin  məğlubiyyəti 

Cənubi  Qafqaz  respublikalarında  sevinc  doğurmadı,  çünki  onlar  qələbədən 

ruhlanmış  bolşeviklərin  simasında  daha  güclü  düşmən  qazandılar."

1175


  Lakin 

Azərbaycan və Gürcüstanın belə çətin vəziyyətə düşməsi heç də о demək deyildi 

ki,  onlar  Denikinlə  birlikdə,  guya,  gizli  şəkildə  Sovet  Rusiyasına  qarşı  mübarizə 

aparırdılar.  Bolşevik  lideri  V.İ.Leninin  Azərbaycan  və  Gürcüstanı  Denikinlə 

birlikdə  Sovet  Rusiyasına  qarşı  "hücum"  edən  "on  dörd  müxtəlif  dövlətin" 

siyahısına daxil etməsi əsassız bir iddia idi.

1176

 

Denikinin  məğlubiyyətindən  Qərb  ölkələrinin,  ilk  növbədə,  Böyük 



Britaniyanın  narahatçılığı,  1919-cu  ilin  sonlarında  ingilislərin  Cənubi  Qafqaza 

marağının  artması  qorxulu  bolşevizm  xəstəliyinin  Yaxın  və  Orta  Şərqə  yayıla 

biləcəyi ehtimalından irəli gəlirdi. T.Svyatoçevski haqlı olaraq yazırdı: "Onlar başa 

düşürdülər  ki,  bolşeviklərə  Qafqaz  dağlarını  keçməyə  imkan  verilsə,  İrana, 

Türkiyəyə  və  Orta  Şərqin  qalan  hissələrinə  inqilabın  yayılması  üçün  qapılar 

açılacaq."

1177

  Baş  Nazir  Lloyd  Corcun  İcma  palatasındakı  17  noyabr  tarixli 



çıxışında iki dəfə Azərbaycan və Gürcüstanın adlarını çəkməsi xeyli dərəcədə bu 

amillərlə  bağlı  idi.  Lloyd  Corc  öz  çıxışında  Rusiyadakı  vəziyyəti  təhlil  edərək 

göstərirdi ki, Rusiyanın müxtəlif xalqlarının hərəkətləri о qədər də aydın deyildir, 

                                                        

1175

 Swietochowski. Russian Azerbaijan, p.159 



1176

 Ленинский сборник, XXIV, с. 197 

1177

 T.Swietochowski. Russian Azerbaijan, p.159 



346 

 

ruslar  özləri  isə  о  qədər mürəkkəb  xalqdır  ki, hələ, nə  vaxtsa,  kənardan  kiminsə 



onların  başına  ağıl  qoymaq  cəhdi  heç  vaxt  uğurlu  nəticə  verməyib.  Ona  görə  də 

indi  Rusiyada  "bolşevizm  arabasını  terror  və  soyğunçuluq  sürükləyir."

1178

  Lloyd 


Corc  bolşevik  siyasətinin  gücünü  kəndlilərdə  görürdü.  O,  XVIII  əsr  Fransa 

inqilabına  müraciət  edərək  göstərirdi  ki,  "yakobinçilər  həmişə  xalqı  "İnqilab 

təhlükədədir"  şüarı  ilə  birləşdiriblər.  Bu,  о  demək  idi  ki,  inqilabın  kəndlilərə 

verdiyi  torpaq  təhlükədədir.  Heç  şübhə  yoxdur  ki,  bolşeviklərin  əsas müdafiəçisi 

olan rus kəndlisinin təfəkküründə də inqilaba münasibət belədir." 

Lloyd Corcun fikrincə, Rusiyada bolşevizm əleyhinə olan qüvvələr heç də 

az  deyildilər.  Bu  qüvvələr  sırasına  o,  Baltik  ölkələrini,  Finlandiya  və  Polşanı, 

Qafqazda  Azərbaycan,  Gürcüstan  və  Ermənistanı,  Rusiyada  Kolçak,  Petlyura  və 

Denikini daxil edirdi. Eyni zamanda İngiltərənin Baş naziri  belə bir maraqlı sual 

irəli sürürdü: niyə onlar birləşə bilmirlər? Bu sualın cavabında təcrübəli siyasətçi 

düzgün olaraq bildirirdi: "Ona görə ki, onların mənafeyi əsas  məsələdə bir-birinə 

uyğun  deyildir."

1179

  Onun  fikrincə,  Kolçak  və  Denikin  iki  əsas  məqsəd  uğrunda 



mübarizə aparırdı: birincisi, bolşevikləri devirmək və Rusiyada köhnə rejimi bərpa 

etmək; ikincisi isə, vahid və bölünməz Rusiya uğrunda mübarizə idi. Əgər birinci 

məsələdə antibolşevik qüvvələr bir-birilə həmrəydilərsə, ikinci məsələdə bir-birinə 

münasibətdə  düşmən  mövqelərində  dayanırdılar.  О  deyirdi:  "Estonlar  vahid 

Rusiyanı istəmir, litvalılar üçün bu zəhərdir, ukraynalıları dəqiq deyə bilmərəm... 

Digər ölkələri götürək, Denikin deyir ki, Gürcüstan, Azərbaycan, Rus Ermənistanı 

Rusiyanın  bir  hissəsidir.  Onları  Rusiyaya  birləşdirmək  onun  siyasətinin  başlıca 

məqsədidir,  lakin  yeni  respublikalar  bu  haqda  eşitmək  belə  istəmirlər.  Onlar 

müstəqillik  uğrunda  mübarizə  aparırlar...  Onlar  bolşevizm  hücumuna  qarşı 

birləşmək üçün  belə bir şərt qoyurlar, biz onların müstəqilliyinə təminat verək və 

eyni  zamanda  biz  onların  ordusunu  pulla  və  sursatla  təchiz  edək."

1180 


Lloyd  Corc 

İngiltərə  İcma  Palatasının  üzvlərinə  bildirirdi  ki,  işin  çətinliyi  Rusiyada 

antibolşevik  qüvvələrin  mənafelərinin  bir-birinə  uyğun  gəlməməsindədir,  bir 

tərəfdən Rus ağqvardiyaçı generalları köhnə, qüdrətli, vahid və bölünməz Rusiya 

uğrunda mübarizə aparır, digər antibolşevik qüvvələr isə öz milli müstəqilliklərini 

qoruyurlar. Lloyd Corcun çıxışında açıq deyilməsə də, onun məzmunundan aydın 

olurdu  ki,  o,  öz  müstəqilliyi  uğrunda  mübarizə  aparan  milli  respublikalara  və  bu 

respublikalar  içərisindən  də,  xüsusilə,  Azərbaycan  və  Gürcüstana  yardım 

göstərilməsinə tərəfdar idi. 

Böyük  Britaniya  siyasi  dairələrinin,  ilk  növbədə  isə  Lloyd  Corcun 

Azərbaycan  haqqında  fikrinin  yaxşılığa  doğru  dəyişməsində  ingilis  jurnalisti 

                                                        

1178

 D.Lloyd Corcun İcma palatasında nitqi. Fransız dilindən tərcümə. 17.11.1919. //ARDA,  f.970, s.1. 



i.145, v.29 

1179


 Yenə orada, v.30-31 

1180


 Yenə orada, v.31 

 


347 

 

Skotland  Liddelin  1919-cu  ilin  sentyabr  ayında  "Morninq Post"  və  noyabr  ayının 



11-də "Tariq" qəzetlərində Azərbaycan haqqında çap edilmiş məqalələri də az rol 

oynamamışdı.

1181

  S.Liddel  birinci  məqaləsində  İngilis  ictimaiyyətinə  bildirirdi  ki, 



Azərbaycan haqqında onlarda formalaşdırılan təsəvvürlər heç də düzgün deyildir. 

O, Azərbaycanı Cənubi Qafqazda müstəqil yaşamağa qadir olan birinci respublika 

hesab edirdi.

1182 


Ermənilərin Böyük  Britaniya və digər ölkələrdə yaydığı Qarabağ 

hay-küyü  ilə  bağlı  S.Liddel  yazırdı:  "Öz  coğrafi  vəziyyətinə  görə  Qarabağ 

həqiqətən  Azərbaycana  məxsus  olmalıdır."

1183


  Cənubi  Qafqazdakı  erməni-

azərbaycanlı  münaqişəsi  ilə  bağlı  ingilis  jurnalisti  bildirirdi:  "Nə  Rusiyada,  nə 

Qafqazda elə bir adam tapa bilməzsən ki, ermənilər haqqında hansısa bir yaxşı söz 

desin. Rusların, tatarların /azərbaycanlıların - C.H./ və gürcülərin onlardan zəhləsi 

gedir, onları görməyə gözləri yoxdur. Doğrudur, ya yox, bunu mən demirəm, lakin 

fakt  göz  qabağındadır  ki,  ermənilər  qonşularında  özlərinə  qarşı  nifrət  yaradıblar. 

Bununla  belə,  onların  xaricdə  təbliğatı  elədir  ki,  Avropa,  eləcə  də,  bütün  dünya 

onların  tərəfindədir."  Azərbaycanlılara  gəldikdə  S.Liddel  yazırdı  ki,  bir  sıra 

keyfiyyətlərinə görə "tatarlar /azərbaycanlılar - C.H./ ermənilərdən çox üstündür." 

Onun fikrincə, əgər erməni təbliğatçılarının təxribatı olmasa idi, bu iki xalq bir-biri 

ilə  dinc  şəraitdə  yaşaya  bilərdi.  Hətta  o,  yazırdı  ki,  Qarabağda  Azərbaycanın 

suverenliyi  bərpа  olunduqdan  sonra  ermənilər  özləri  etiraf  edirlər  ki,  heç  vaxt 

burada belə dinclik olmayıb.

1184


 

Böyük  Britaniyanın  Baş  naziri  Lloyd  Corcun  noyabr  ayının  17-də  İngilis 

Parlamentindəki çıxışı və noyabrın axırına qədər yenidən "Rus məsələsinə" iki dəfə 

toxunması,  Fransa  Millətlər liqası  müstəmləkə  və  xarici  siyasət  bölməsinin  sədri 

Pol  Burdarinin  Ə.M.Topçubaşovun  adına  göndərdiyi  məktubun  noyabr  ayının 

ortalarında  elan  olunması  bütün  Avropa  mətbuatında  sensasiyaya  səbəb  oldu.

1185

 

Xüsusilə,  Parisdə  toplanmış  ağ  rus  mühacirlərin  mətbuatı  daha  bərk  hay-küy 



qaldırdı  və  bu  hadisəni  böyük  əsəbiliklə  qarşıladılar.  Ə.M.Topçubaşov  Bakıya  - 

Azərbaycan  Nazirlər  Şurasının  sədrinin  adına  göndərdiyi  məlumatda  yazırdı: 

"Noyabrın  17-də  Nümayəndələr  Palatasında  İngilis  baş  naziri  Lloyd  Corcun 

çıxışını  fakt  hesab  etmək  lazımdır.  Britaniya  hökumətinin  başçısı  yenidən 

Rusiyanın  tərkibinə  daxil  olmaq  istəməyən  Azərbaycan,  Gürcüstan  və  rus 

Ermənistanının iki dəfə adlarını çəkmişdir. Bu çıxış böyük hay-küy doğurmuşdur 

və  hərtərəfli  şərh  olunur.  Əgər  noyabrın  17-də  nəşriyyat  fəhlələrinin  tətili 

olmasaydı /elə ona görə də qəzetlər çıxmır/, artıq bu çıxışa həsr olunmuş tam bir 

                                                        

1181


 Азербайджан, 1919, 14 декабря. 

1182


 Bax: Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 17 Janvier, №7, p.1-2 

1183


 Skodland-Liddel.  Erməni-tatar (azərbaycanlı-C.H.)  sazişi. Qarabağa  sülhün gəlişi. 1919. //  ARDA, 

f.894, s.l, i.103, v.10 

1184

 Yenə orada, v.11-13 



1185

 Uni letter de Bourdarie  // Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 15 Decembre, №5, 

p.3 

 


348 

 

ədəbiyyat  tərtib  olunardı...  Rus  elementləri,  xüsusilə,  onların  sol  cinahı 



narazıdır."

1186


 

Noyabr  ayının  29-da  həmin  sol  cinaha  daxil  olanlardan  biri  E.Stalinski 

fransız dilində həftəlik çıxan rus mühacirlərinin "Pour La Russe" qəzetində Lloyd 

Corcun parlamentdəki çıxışını öz geniş məqaləsində şərh edirdi. E.Stalinski yazırdı 

ki, İngiltərənin Rusiyaya münasibətdə yeritdiyi siyasət ikili siyasətdir. Bir tərəfdən 

o,  bolşevizmi  silah  gücünə  yıxmağa  çalışan  vahid  və  bölünməz  Rusiya  uğrunda 

mübarizə  aparan  rus  generallarını  müdafiə  edir,  digər  tərəfdən  yeni  yaranmış 

dövlətləri  öz  müstəqilliklərini  qorumağa  həvəsləndirir.  Xüsusilə,  Lloyd  Corcun 

vaxtilə Böyük Britaniyanın Baş naziri olmuş qraf Bikonsfild Bencamin Dizraelinin 

"Böyük  və  Qüdrətli  Rusiya  İngiltərə  üçün  təhlükə  təşkil  edir"  sözlərini  misal 

göstərməsi  və  buna  öz  münasibətini  bildirməməsi  Parisdə  olan  rus  siyasi 

dairələrinin  ciddi  narahatçılığına  səbəb  olmuşdu.  E.Stalinski  hiddətlə  yazırdı  ki, 

Lloyd Corc, hətta "xatırlatmaq istəməmişdir ki, Bikonsfildin dövrü ilə müqayisədə 

beynəlxalq  münasibətlər  köklü  surətdə  dəyişilmişdir.  Əksinə  olaraq,  onun  bütün 

dəlilləri  Rusiyanın  bölünmüş hissələrinin  birləşdirilməsinin  qeyri-mümkünlüyünü 

sübut etməyə yönəldilmişdir. Lloyd Corcun sonuncu nitqi düşünməyə əsas verir ki, 

o,  Rusiyanın  parçalanmasına  meyl  göstərir."

1187


  Avropanı  və  Asiyanı  bolşevizm 

təhlükəsindən  xilas  etmək  üçün  ingilis  siyasətçiləri  düşünürdülər  ki,  bolşevik 

Rusiyasını  lokallaşdırsınlar,  onu  İngiltərəyə  tabe  olan  yeni  yaranmış  dövlətlərlə 

əhatəyə  alsınlar.  Belə  olduqda  Avropa  və  Asiya  üçün  bolşevizm  təhlükəsi  xeyli 

zəifləyirdi. "Pour La Russe"  yazırdı: "Bolşevizmi lokallaşdırmaq uşaq xülyasıdır. 

Onu yeni yaranmış kiçik, zəif, pis təşkil olunmuş dövlətlərlə sanitar kordonu kimi 

əhatəyə  almaq  da  uzunmüddətli  ola  bilməz."  Bu  yazı  bir  daha  göstərirdi  ki,  rus 

mühacirləri  Rusiya  xalqları  haqqında  öz  köhnə  düşüncələrindən  əl  çəkmək 

istəmirlər.  Onların  fikrincə,  güclü  Rusiya  onun  Şərq  əyalətlərində  yaşayan 

xalqların azad inkişafı üçün təminat ola bilər. Onlar, hətta iddia edirdilər ki, guya 

"Rus  demokratiyası  bu  xalqların  iradəsinə  zidd  olaraq,  onların  Rusiyaya 

birləşdirilməsini heç vaxt ağlına gətirməz." Əksinə, E.Stalinski qeyd edirdi ki, "bu 

xalqlar  Rusiyasız  yaşaya  bilməzlər."

1188


  Rus  xalqının  imperiyadan  miras  qalma 

həyatı  mənafeyinə  tez-tez  istinad  edən  "rus  demokratları"  öz  müstəqilliyini  elan 

etmiş  xalqların həyatı  mənafeyinə həqarətlə  yanaşırdılar  və  bu  da  öz  növbəsində 

Parisdə  olan  yeni  dövlətlərin  nümayəndələrinin  etirazına  səbəb  olurdu.  Milli 

respublikalara  qarşı  Qərb  dövlətlərinin  meylinin  gücləndiyi  bir  vaxtda  rus  siyasi 

xadimləri  yenidən  Rusiyada  mövcud  siyasi  qüvvələrin  və  yeni  respublikaların 

                                                        

1186


 

Azərbaycan 

Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun  Nazirlər  Şurasının  sədrinə  məktubu.  29.11.-02.12.1919.//ARDA,  f.970,  s.l,  i.145, 

v.8-9 


1187

 Pour la Russia, 1919, 29 Novembre 

1188

 Pour la Russia, 1919, 29 Novembre 



 

349 

 

nümayəndələrinin vaxtilə 1919-cu ilin yanvarında Şahzadə adalarında keçirilməsi 



planlaşdırılmış konfransa bənzər bir yığıncağın keçirilməsini təklif edirdilər. 1919-

cu  ilin  əvvəllərində  vəziyyətlərinin  ağır  olmasına  baxmayaraq,  yeni  dövlətlərin 

nümayəndələri Şahzadə adalarındakı yığıncaqda iştirak etməkdən imtina etdikləri 

kimi,  1919-cu  ilin  axırlarında  da  rus  mühacirlərinin  irəli  sürdüyü  konfrans 

ideyasına da etiraz etdilər. 1919-cu ilin axırlarında bu ideyanın həyata keçirilməsi 

artıq  real  deyildi.  Avropa  mətbuatı  açıq-aydın  yeni  yaranmış  respublikaları, 

xüsusilə də Qafqaz respublikalarını müdafiə edirdi. Mətbuatda və siyasi dairələrin 

çıxışlarında  Azərbaycana  və  Gürcüstana  münasibətdə  yaxşılığa  doğru  dönüşün 

yaranmasını  Ə.M.Topçubaşov  aşağıdakı  amillərlə  şərtləndirirdi:  "Yudeniç  və 

Kolçakın  məğlubiyyəti,  Denikinin  ümidsiz  vəziyyəti,  müttəfiqlərin  bundan  sonra 

onlara pulla, azuqə və sursatla köməkdən imtina etmələri, Almaniyanın Rusiya ilə 

yaxınlaşmaq  planları,  Baltik  dövlətlərinin  bolşeviklərlə  sülh  bağlamaq  cəhdləri, 

Amerika Senatında əksəriyyətin Sülh konfransına, xüsusilə də, Versal sülhünə olan 

mənfi münasibəti  – ümumiyyətlə, bütün bunlar kiçik  xalqlar üçün ruhlandırıcı və 

ümidverici  müsbət  cəhətlərdir.  Belə  şəraitdə  Lloyd  Corc  əbəs  yerə  çıxış  etmədi. 

Heç şübhəsiz ki, mətbuatda və ictimai rəydə yaxşı mənada dönüş yuxarıda dediyim 

hadisələrlə bağlıdır."

1189


 

Noyabr  ayının  axırlarında  Parisdə  olan  ABŞ  dövlət  katibinin  müavini 

F.Polkla  söhbətində  Lloyd  Corcun  keçmiş  Rusiya  ərazisində  yeni  dövlətlərə 

münasibəti  daha  da  aydınlaşdı.  Lloyd  Corc  danışıqlar  zamanı  Amerika  tərəfinə 

açıq  şəkildə  bildirdi  ki,  Kolçak  və  Denikinə  kömək  etməyin  heç  bir  əhəmiyyəti 

yoxdur, onların məğlubiyyəti göz qabağındadır və onlara göndərilən bütün silah və 

hərbi sursat isə Qırmızı Ordu tərəfindən ələ keçirilir. Danışıqlar zamanı Lloyd Corc 

Polka  bildirdi  ki,  vahid  bolşevik  Rusiyası  Avropa  üçün  böyük  təhlükəyə 

çevriləcəkdir. Ona görə də o, bu fikirdədir ki, "Gürcüstan, Azərbaycan, Ukrayna, 

Bessarabiya,  Baltik  əyalətləri  və  Finlandiya,  ola  bilsin  ki,  Sibirin  müstəqilliyi 

tanınmalıdır."

1190


 Noyabr ayının 29-da F.Polk Lloyd Corcla olan bu söhbəti barədə 

ABŞ-ın dövlət katibi Rabert Lansinqə məlumat verdi. 

Böyük  Britaniyanın  Azərbaycana  və  Gürcüstana  münasibəti  aydınlaşdığı 

üçün, dekabr ayının ilk günlərində İngiltərə Xarici İşlər Nazirliyi  özünün Cənubi 

Qafqazda  olan  ali  komissarı  Oliver  Uordrop  vasitəsi  ilə  respublika  Nazirlər 

Şurasının  sədri  N.Usubbəyova  bildirmişdi  ki,  "İngiltərə  hökuməti  Azərbaycanın 

müstəqilliyini  müdafiə  edir  və  Azərbaycana  çox  böyük  rəğbətlə  yanaşır."

1191


 

Uordropdan  alınmış  bu  məlumatı  dekabr  ayının  14-də  Bakıda  açılan  erməni-

                                                        

1189


 

Azərbaycan 

Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun  Nazirlər  Şurasının  sədrinə  məktubu.  29.11.-02.12.1919.//ARDA,  f.970,  s.l,  i.145, 

v.16-17 


1190

 Papers Relating to the Foreign Relations of the USA, Russia, 1919, p.126 

1191

 Zəngəzur  hadisələri zamanı  xarici dövlətlərin  nümayəndələri  ilə görüşlər.  1919.// ARPİİ SPİHDA, 



f-276, s.9, i.12, v.47 

350 

 

azərbaycanlı  konfransına  gəlmiş  Ermənistan  nümayəndələri  T.Bekzadyan, 



Arqutinski-Dolqorukov və M.Arutyunyanı qəbul edən zaman N.Usubbəyov onlara 

bildirdi.

1192

  Еrmənilər  Azərbaycanın  müstəqilliyinin  Böyük  Britaniya  tərəfindən 



tanınacağını  hiss  edib  ciddi  narahatçılıq  keçirməyə  başladılar.  Bu  məlumatdan 

sonra  Ermənistan  siyasi  dairələrində  və  mətbuatında  anti-ingilis  əhvali-ruhiyyəsi 

daha  da  güclənməyə  başladı.  "Hayıstan  Aşxatvor"  qəzeti  yazırdı  ki,  ingilislər 

ermənilərə  irad  tuturlar  ki,  onlar  ictimai-iqtisadi  problemləri  unudub,  həddindən 

çox siyasətə cəlb olunublar. Qəzetin fikrincə, guya bununla ingilislər Avropada və 

bütün  dünyada  ictimai  fikrə  təlqin  etmək  istəyirlər  ki,  ermənilər  özləri  özlərini 

idarə  etmək  qabiliyyətinə  malik  deyillər.  Qəzet  yazırdı:  "Bizi  günahlandıranlar 

unutmamalıdırlar  ki,  Qarabağ,  Zəngəzur,  Şərur,  Naxçıvan  və  Qars  erməniləri, 

yalnız,  öz  vətənlərinə  birləşdikdən  sonra  monolit  qüvvəyə  çevriləcəklər." 

Ermənistan  siyasi  dairələri  Böyük  Britaniyanın  "erməni  məsələsinin  dumanlı  və 

cəfəng  problem"  adlandırmasını  müttəfiqliyə  xəyanət  kimi  qiymətləndirirdilər. 

Xosrov  bəу  Sultanovun  Qarabağda  Azərbaycan  Respublikasının  suveren 

hüquqlarını  bərpa  etməsini  erməni  təbliğatçıları  ingilislərlə  bağlayır  və  guya,  bu 

tədbirləri  həyata  keçirməklə  Böyük  Britaniya  Azərbaycanın  timsalında  "Kiçik 

Türkiyə"  yaratmaq  istəyir.  Guya,  bütün  bunlar  İngiltərə  Parlamentinin  İcma  və 

Lordlar  Palatasında  ermənilərin  müdafiəsinə  həsr  edilmiş  çıxışlarla,  ermənilərə 

verilən vədlərlə bir araya sığmır. Daşnak mətbuatı axırda  belə bir nəticə çıxarırdı 

ki,  "erməni  xalqı  böyük  təəssüf  hissi  ilə  bildirir  ki,  bizim  ümidlərimiz  boşa 

çıxmışdır,  uzun  müddət  ərzində  bizim  yeritdiyimiz  ingilispərəst  siyasət  nəticəsiz 

qurtarmışdır. İndi biz özümüz-özümüzü düşünməliyik və yeganə nicat yolumuz öz 

qüvvəmizə  inamdadır."

1193


  Bu  məlumatları  Avropada  yaymaqla  ermənilər  Böyük 

Britaniyanı Qafqazda müttəfiqlərdən ayrı separat siyasət yeritməkdə təqsirləndirir, 

Qafqazda  xristian mədəniyyətini  "məhv  edəcək"  Azərbaycanın  timsalında  "Kiçik 

Türkiyə"  yaradılacağı  ilə  Avropa  ictimaiyyətini  qorxudur,  ən  başlıcası  isə 

Azərbaycanın  müstəqilliyinin  müttəfiqlər  tərəfindən  tanınmasına  mane  olmaq 

istəyirdilər.  İngiltərənin  Azərbaycanı  tanımaq  meyli  Parisdə  olan  erməni  və  rus 

nümayəndələrini də yaxınlaşdırmışdı. Rus mühacirləri Rusiyanın "ögey övladları" 

olan  yeni  respublikaların  nümayəndələrinə  hər  vəchlə  "vahid  və  bölünməz 

Rusiya"nın  azad  və  demokratik  bir  dövlət  olacağını  inandırmağa  çalışırdılar. 

Ə.M.Topçubaşov keçmiş rus sosialisti Çaykovski ilə görüşünü belə xatırlayır: "Öz 

ideal  demokratizminə  və  sosializminə  istinad  edərək,  cənab  Çaykovski  tezliklə 

Ümumrusiya  Müəssislər  Məclisini  təşkil  etmək  üçün  Kolçak  və  Denikinin 

"qələbəsini"  gözləyir,  onların  timsalında  o,  Rusiyanın  xilas  olmasını  və  onun 

ayrılmış  hissələrinin  Rusiyanın  ağuşuna  qayıtmasını  görür...  O,  məni  səhər 

                                                        

1192


  Conference  Armeno-Azerbaidjanienna.//  Bulletin  d'Information  de  L'Azerbaidjan.  Paris,  1920,  15 

Fevrier, №9, p.1-2 

1193

 Cənubi Qafqazda Britaniya siyasəti daşnakların nöqteyi-nəzərindən. 1919. //ARDA, f.970, s.1, i.62, 



v.19-20 

351 

 

yeməyinə  dəvət  etdi,  orada  kimi  görsəm  yaxşıdır?  Keçmiş  Rostov  Dövlət 



Dumasının  üzvü  Naxçıvan  ermənisi  Əcəmovu.  O,  bütün  cəbhələrə  işləyir  /özü 

boynuna  alır/,  ermənilərə  "məsləhətlərlə"  kömək  edir  və  eyni  zamanda  rus 

dövlətinin  xilaskarları  cəbhəsinə  daxildir..  Ermənilər  indi  Rusiyanı  mənəvi 

cəhətdən müdafiə etdikləri üçün ruslar onlara minnətdardırlar. Və hətta o, buna da 

işarə  etdi  ki,  ermənilər  Rusiyaya  qarşı heç  bir  etiraz hərəkatında iştirak  etmirlər. 

Denikin  və  Kolçaka  düşmən  kimi  baxmırlar,  etibarlı  rus  adamı  olan  Əcəmovun 

"məsləhətlərinin" mənası belədir."

1194


 

Antanta  ölkələri  baş  nazirlərinin  dekabr  ayında  Londonda  keçirilən 

görüşündə  Cənubi  Qafqaz  respublikaları  haqqında  məsələ  ayrılıqda  deyil, 

ümumrus  məsələsi  fonunda  müzakirə  edildi.  Böyük  dövlətlərin  başçıları  rus 

generallarının  uğursuzluqlarına  təəssüflənir,  Böyük  Britaniyanın  mövqeyinə 

keçməkdə  tərəddüd  edir,  lakin  necə  hərəkət  edəcəklərini  də  dəqiq  bilmirdilər. 

Onlar  bu  fikirdə  idilər  ki,  general  Denikinlə  Azərbaycan  və  Gürcüstanı 

barışdırsınlar  və  onların  birgə  müdafiəsini  təşkil  etsinlər.  Bu  məqsədlə  onlar 

antibolşevik  qüvvələrin  birgə  müdafiəsini  təşkil  etmək  istəyirdilər.  Bunu 

reallaşdırmaq  üçün  onlar  iclasın  qərarı  ilə  Britaniya  parlamentinin  üzvü 

Makkinderi  Qafqaza  ezam  etdilər.

1195


  Lakin  Makkinderin  missiyası  uğurlu  nəticə 

vermədi,  çünki  barışdırılması  nəzərdə  tutulan  tərəflər  arasında  ziddiyyətlər  çox 

dərin  idi.  Azərbaycan  və  Gürcüstan  Denikinlə  bir  blokda  iştirak  etməkdən  qəti 

surətdə imtina etdilər. Öz növbəsində Denikin də bu dövlətlərin danışıqlarda xarici 

dövlət kimi iştirak etmələrinin yolverilməz olduğunu göstərdi. 

1919-cu  ilin  noyabr-dekabr  aylarında  beynəlxalq  şəraitin  yeni  yaranmış 

respublikaların  xeyrinə  dəyişdiyini  nəzərə  alaraq,  Versaldakı  Azərbaycan 

nümayəndələri  dekabr ayında  Azərbaycan  Respublikasının Millətlər Cəmiyyətinə 

qəbul edilməsi barədə memorandum hazırlayıb Cəmiyyətin katibliyinə təqdim etdi. 

Gürcü nümayəndələri  də  Cəmiyyətə  belə  bir  memorandum  vermişdilər.  Millətlər 

Cəmiyyətinin  katibliyində  Azərbaycanın  və  Gürcüstanın müraciətlərini  öyrənmək 

üçün  Çili nümayəndəsi  Antonio  Qunetsin  sədrliyi  ilə  xüsusi  komissiya  yaradıldı. 

Komissiya  materialları  və  mövcud  vəziyyəti  öyrəndikdən  sonra  Azərbaycan 

məsələsini Gürcüstan, Ermənistan, Ukrayna və Kosta-Rika məsələləri ilə birlikdə 

Millətlər  Cəmiyyətinin  üçüncü  komissiyasının  müzakirəsinə  verdi.  Üçüncü 

komissiyaya  F.Nansen  /Norveç/  sədrlik  edirdi.  Ora  İonesku  /Rumıniya/,  Millen 

/Avstriya/, Palasios /İspaniya/, Polits /Yunanıstan/, Spaloykoviç /Serbiya/ və Tsan 

Tsay Fu /Çin/ daxil idilər. Komissiya bu məsələlərə xüsusi diqqət yetirdi: 

a)  Millətlər Cəmiyyətinə daxil olmaq istəyən dövlətə zəmanət verən dövlət 

onu de-fakto, de-yure cəhətdən tanıyırmı? 

                                                        

1194


 

Azərbaycan 

Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun Nazirlər Şurasıran sədrinə məktubu. 06-10.11.1919.//ARDA, f.970, s.l, i.146, v.14-

15 


1195

 З.Авалов. Независимость Грузии в международной политике, с.240 



352 

 

b)  Millətlər Cəmiyyətinə daxil olmaq istəyən dövlət müəyyən edilmiş sabit 



sərhədlərə və dayanaqlı hökumətə malikdirmi? 

c)  Bu dövlət azad surətdə idarə olunurmu? 

d)  Bu  dövlətin  beynəlxalq  öhdəliklərə  və  tərksilah  haqqında  Cəmiyyətin 

qərarına münasibəti necədir? Bu şərtlər daxilində Cənubi Qafqaz respublikaları de-

yure  tanınmadığı  və  öz  aralarında  ərazi  məsələləri  sabit  olmadığı  üçün  onların 

Millətlər Cəmiyyətinə qəbul edilməsi məsələsi müvəqqəti dayandırıldı.

1196

 1920-ci 



ilin  yanvar  ayının  8-də  Cenevrədə  keçirilən  Millətlər  Cəmiyyətinin  ilkin 

müzakirələrində 

Azərbaycan 

nümayəndələrindən 

M.Məhərrəmov 

və 


A.Ataməlibəyov iştirak etmişdilər.

1197


 

1920-ci  ildə  yanvar  ayının  ilk  günlərində  Böyük  Britaniyanın  Cənubi 

Qafqazda  Ali  Komissarı  Oliver  Uordrop  demək  olar  ki,  hər  gün  müttəfiqlərə  və 

İngiltərə hökumətinə teleqram göndərib məlumat verirdi ki, Denikin ordusu cənuba 

doğru geri çəkilir, bolşevik qüvvələri onu təqib edir. Uordrop təklif edirdi ki, təcili 

şəkildə  Cənubi  Qafqaz  respublikalarını,  eyni  zamanda  Dağıstan  Respublikasını 

onların  mövqelərini  möhkəmləndirmək  üçün  tanımaq  lazımdır.  О  yazırdı:  "Əgər 

İngiltərə fəal hərəkət etməsə, Qafqaz respublikaları məcburdurlar ki, bolşeviklərlə 

sazişə girsinlər".

1198


 

Yanvar  ayının  2-də  RSFSR  xarici  işlər  naziri  G.Çiçerin  Azərbaycan  və 

Gürcüstan  hökumətlərinə  nota  ilə  müraciət  edərək,  Könüllü  orduya  qarşı  birgə 

mübarizə aparmaq üçün hərbi  saziş bağlamağı təklif etdi. Lakin bu təklif səmimi 

niyyətlərdən  irəli  gəlməyib,  Azərbaycan  və  Gürcüstan  hökumətlərini  zəiflətmək 

üçün  təbliğati  xarakterə  malik  idi.  Könüllülər  ordusu  üzərində  və  ümumilikdə 

vətəndaş  müharibəsinin  gedişində  Sovet  ordusunun  qazandığı  qələbələr  onun 

mövqeyini  getdikcə  möhkəmləndirirdi.  Hərbi  qələbələr  öz  növbəsində  qonşu 

dövlətlərə  diplomatik  təzyiqləri  gücləndirir  və  bolşevik  təbliğatı  üçün  əlverişli 

şəraiti təmin edirdi. Azərbaycanın timsalında bu təzyiqlər 1920-ci ilin yanvarından 

aprelinədək  diplomatik  qarşıdurma  səviyyəsinə  qədər  yüksəlmiş  notalar 

mübadiləsində  öz  əksini  tapmışdı.  Ermənistan  Respublikasının  Azərbaycan 

ərazilərinə qarşı qəsbkarlıq planlarını həyata keçirdiyi bir vaxtda Sovet Rusiyasının 

çağırışı üzrə Azərbaycanın denikinçilərə qarşı müharibəyə  daxil olub iki cəbhədə 

vuruşması onun üçün ağır nəticələr verə bilərdi. RSFSR xalq xarici işlər komissarı 

Q.V.Çiçerin  isə  1920-ci  il  2  yanvar  tarixli  notasında  əslində  Azərbaycan 

hökumətindən  Denikinə  qarşı  tələsik  müharibəyə  girməyi  tələb  edirdi.

1199


  О 

yazırdı: "Rusiya fəhlə və kəndlilərinin qəhrəmancasına səyi nəticəsində Qızıl Ordu 

                                                        

1196


 C.Həsənov. "Ağ ləkə"lərin qara kölgəsi. Bakı, 1991, s.91-92 

1197


 Uni nouvella Ligue en Suisse.// Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 1 Fevrier, №8, 

p.l 


1198

 R.Ullman. Anglo-Soviet Relations 1917-1921, p.322 

1199

 Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 1 Mars, №10, p.l 



 

353 

 

Yudeniçi və Kolçakı əzdi və Rostov-Dona doğru nizamsız surətdə geriyə çəkilən 



çar  generalı  Denikinin  ağqvardiyaçı  bandalarına  sarsıdıcı  zərbələr  endirir. 

Əksinqilabi  monarxiyaya  sonuncu  zərbələr  endirən  RSFSR  hökuməti  Rusiyanın 

cənubunda  ağqvardiyaçı  ordularının  məhv  olunmasını  sürətləndirmək  məqsədilə 

hərbi saziş bağlamaq haqqında Azərbaycana dərhal danışıqlara girməyi təklif edir. 

Sovet  hökuməti  bunu  göstərməyi  zəruri  hesab  edir  ki,  cənub  əksinqilabi,  nəinki 

Sovet  respublikası  üçün,  eyni  zamanda  keçmiş  Rusiya  imperiyasının  tərkibinə 

daxil olan bütün kiçik xalqlar üçün qatı düşmən hesab olunur. Denikin, nəinki rus 

fəhlə  və  kəndlilərinin,  həm  də  gürcü,  habelə  azərbaycanlı  fəhlə  və  kəndlilərinin 

düşmənidir. Biz ümid edirik ki, Gürcüstan və Azərbaycan fəhlə və kəndliləri onu 

öz  düşməni  hiss  edirlər.  Biz,  həm  də  ümid  edirik  ki,  onlar  Sovet  Rusiyası  və 

Qafqaz  arasında  ağqvardiyaçı  sipərinin  nə  vaxt  sındırılacağını  və  əvvəllər  bir 

dövlət  sərhədlərində  yaşayan  xalqlar  arasında  əlaqənin  bərpa  olunması  gününü 

həyəcanla  gözləyirlər.  Bu  məqamda  zərbəni  sürətləndirmək  lazımdır,  şimaldan 

Rusiya  fəhlə  və  kəndlilərin  silahlı  zərbəsi  ilə  birləşmək  lazımdır.  Biz  belə hesab 

edirik  ki,  hələlik  gec  deyildir.  Denikinə  qarşı  mübarizəyə  başlamaq  çağırışı  ilə 

Azərbaycan  hökumətinə  və  Azərbaycan  xalqına  müraciət  edirik.  Azərbaycan 

dövlətinin düzgün dərk edilmiş marağı və onun zəhmətkeş siniflərinin sosial-siyasi 

mənafeyi Azərbaycanı bizim təklifımizlə razı olmağa məcbur edəcək."

1200

 

G.Çiçerinin notası alınan gün, yanvar ayının 6-da N.Usubbəyovun sədrliyi 



ilə Azərbaycan Dövlət Müdafiə Komitəsinin təcili iclası keçirildi. İclasda 1919-cu 

ilin  dekabrında  N.Usubbəyovun  təşkil  etdiyi  ikinci  hökumət  kabinəsində  xarici 

işlər  naziri  vəzifəsini  tutan  Xan  Xoyski  Sovet  Rusiyasının  Azərbaycanla  və 

Gürcüstanla hərbi saziş bağlamaq təklifi barədə məruzə etdi. Məruzəni dinləyərək, 

iclas iki bənddən ibarət qərar qəbul etdi: 1. Xarici işlər nazirinə tapşırılsın: Sovet 

Rusiyasının təklifi barədə Gürcüstanla məsləhətləşdikdən sonra, Sovet Rusiyasına 

cavab  versin  ki,  Azərbaycan  Respublikası  azad  və  müstəqil  dövlət  kimi  Sovet 

Rusiyası ilə qarşılıqlı münasibətlər yaratmaq üçün danışıqlara girməyə hazırdır. 2. 

Antanta  ölkələri  ilə  münasibətlərlə  bağlı  Böyük  Britaniyanın  son  günlərin  siyasi 

şəraitinə  münasibətini  aydınlaşdırmalı  və  İngiltərənin  nüfuzundan  respublikanın 

mənafeyinə uyğun istifadə edilməli.

1201


 

Yanvarın 6-da Xan Xoyski G.Çiçerinin notasını və Azərbaycan Xarici İşlər 

Nazirliyinin Sovet Rusiyasına cavabını Bakıda olan ingilis nümayəndəsi polkovnik 

Stoksla  ətraflı  müzakirə  etdi.  Həmin  axşam  Stoks  Britaniya  Ali  komissarlığının 

yerləşdiyi  Tiflisə  yola  düşdü.  Yanvar  ayının  7-də  Azərbaycan  xarici  işlər  naziri 

Tiflisdə  olan  diplomatik  nümayəndə  Faris  bəy  Vəkilova  göndərdiyi  teleqramda 

                                                        

1200


 Sovet  Rusiyasının  Xalq  Xarici  İşlər  Komissarı G.Çiçerinin  Azərbaycan  Xarici  İşlər Nazirliyinə  və 

Azərbaycan xalqına radioqramı. 06.01.1920. //ARDA, f.897, s.l, i.86, v.l 

1201

  Azərbaycan  Respublikası  Dövlət  Müdafiə  Komitəsinin  qərarları  jurnalından  çıxarış.  06.01.1920. 



//ARDA, f.970, s.l, i.l 12, v.8 

 


354 

 

Gürcüstan  Respublikasının  və  İngiltərə  Ali  komissarlığının  Sovet  Rusiyasının 



notasına  münasibətlərini  öyrənməyi  xahiş  edirdi.  Teleqramda  deyilirdi  ki,  dünən 

mən  Sovet  Rusiyasından  Denikinə  qarşı  mübarizə  aparmaq  üçün  hərbi  saziş 

bağlamaq haqqında danışıqlara başlamaq təklifi barədə teleqram almışam. Eyni ilə 

belə  bir  teleqramı  Gürcüstan  hökuməti  də  almışdır.  Xahiş  edirəm  təcili  surətdə 

Geqeçkori  ilə  görüşün  və  Gürcüstan  hökumətinin  bu  məsələ  ilə  bağlı  fikrini  və 

hansı tədbirlər görmək istədiyini aydınlaşdırın. Bizim hökumətimizin fikri belədir 

ki, bu məsələ ilə bağlı Azərbaycan və Gürcüstan hökumətlərinin sıx surətdə vahid 

fəaliyyət  göstərməsi  zəruridir.  Hələlik  biz  belə  fikirləşirik  ki,  suveren  dövlətlər 

olan  Azərbaycan  və  Gürcüstanla  Sovet  Rusiyası  arasında  qarşılıqlı  münasibətlər 

yaratmaq üçün danışıqlara başlamağa razılıq vermək olar. Təcili şəkildə Uordropla 

görüşün və İngiltərənin nöqteyi-nəzərini aydınlaşdırın, dəqiqləşdirin ki, İngiltərə ən 

yaxın vaxtlarda bizə hansı yollarla və necə yardım göstərə bilər.

1202

 

Tiflisdəki  Azərbaycan  diplomatik  nümayəndəsinin  Gürcüstan  xarici  işlər 



naziri ilə


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin