Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   24   25   26   27   28   29   30   31   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920


 

 

428 

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ 



XARİCİ İŞLƏR NAZİRLİYİNİN DİPLOMATİK KORPUSU 

HAQQINDA QISA MƏLUMAT 

 

Ağayev Əhməd bəy Mirzə Həsən oğlu - 1918-ci ilin dekabr ayından Paris 

Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin üzvü. 

Ağayev  Əliyusif  Məhəmməd  oğlu  -  1919-cu  ildən  Azərbaycan 

Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair 

materiallar toplayan xüsusi komissiyanın üzvü. 

Ağayev Məhəmməd  bəу - 1919-cu ildən Azərbaycan Respublikası Xarici 

İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair materiallar toplayan 

xüsusi komissiyanın üzvü. 

Ağayev  Məmməd  bəy  -1920-ci  ilin  dekabr  ayından  Azərbaycan 

Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair 

materiallar toplayan xüsusi komissiyanın üzvü. 

Ağayev  Səfər  ağa  -  1920-ci  ilin  yanvar  ayının  1-dən  Azərbaycan 

Respublikasının Batumdakı baş konsulluğunun katibi. 



Babayev Qulam Rza oğlu - 1919-cu ilin noyabr ayının 21-dən Azərbaycan 

Respublikasının  İran  hökuməti  yanında  diplomatik  nümayəndəliyinin  əməkdaşı. 

Zakaspidə konsul agenti. 

Babayev  Miryusif  bəy  -1919-cu  ilin  mart  ayının  1-dən  Azərbaycan 

Respublikasının  Ermənistan  hökuməti  yanında  diplomatik  nümayəndəliyin 

informasiya şöbəsinin müdiri. 

Behbudov  Səlim  bəy  -  1919-cu  ildən  Azərbaycan  Respublikasının 

İstanbuldakı nümayəndə heyətinin üzvü. 



Camalov  Hüseyn  bəy  Mirzə  oğlu  -1919-cu  ilin  dekabr  ayının  14-dən 

Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyi  nəzdindəki  Cənubi  Qafqazda  rus 

siyasətinə dair materiallar toplayan xüsusi komissiyanın üzvü. 

Cəfərov  Məmməd  Yusif  Hacıbaba  oğlu  -  1885-ci  ildə  Bakıda  anadan 

olmuş,  1912-ci  ildə  Moskva  Dövlət  Universitetinin  hüquq  fakültəsini  fərqlənmə 

diplomu  ilə  bitirmişdir.  O,  çox  gənc  yaşlarında  IV  Dövlət  Dumasına  deputat 

seçilərək, 1912-1917-ci illərdə onun müsəlman fraksiyasının fəal üzvlərindən biri 

olmuşdur. M.Y.Cəfərov öz çıxışlarında müsəlmanların maarifləndirilməsi, onların 

milli  və  vətəndaş  hüquqlarının  qorunması  məsələlərinə  xüsusi  əhəmiyyət  verərək 

kazarmalara  çevrilmiş məscidlərin  geri  qaytarılması,  bağlanmış milli  məktəblərin 

açılması  tələblərini  irəli  sürmüş,  çarizmin  köçürmə  siyasətini  kəskin  tənqid 

etmişdir. M.Y.Cəfərov 1917-ci ilin fevral inqilabından sonra IV Dövlət Dumasının 

Cənubi  Qafqazdan  olan  üzvlərinin  təşəbbüsü  ilə  yaradılmış  xüsusi  Zaqafqaziya 

Komitəsinin  üzvü  olmuş,  həmin  komitədə  sənaye  və  ticarət  işlərinə  rəhbərlik 

etmişdi.  1917-ci  ilin  noyabrında  Zaqafqaziya  Komissarlığı  təsis  edildikdə 

M.Y.Cəfərov komissarlıqda ticarət və sənaye naziri vəzifəsini tutmuş, 1918-ci ilin 


429 

 

fevralında Zaqafqaziya Seymi işə başladıqdan Seymin müsəlman fraksiyasının fəal 



üzvü  olmuş,  bir  sıra hallarda  fraksiyanın iclaslarına  sədrlik  etmişdir.  1918-ci ilin 

may  ayının  28-də  İstiqlaliyyət  bəyannaməsini  imzalayanlardan  biri  olan 

M.Y.Cəfərov  F.X.Xoyskinin  yaratdığı  birinci  hökumət  kabinetində  ticarət  və 

sənaye  naziri  vəzifəsini  tutmuş,  kabinetin  istefasından  sonra  o,  1918-ci  ilin  iyun 

ayından  Azərbaycan  Respublikasının  Gürcüstan  hökuməti  yanında  diplomatik 

nümayəndəsi  işləmiş  və  1919-cu  ilin  aprelində  təşkil  olunmuş  IV  hökumət 

kabinetində xarici işlər naziri vəzifəsini tutmuşdur. 

Cəlilzadə  Osman  bəy  -  1920-ci  ildən  Azərbaycan  Respublikasının 

İstanbuldakı diplomatik nümayəndəliyinin katibi. 



Dadaşov  Qafar  -  1920-ci  ildən  Azərbaycan  Respublikasının  Petrovsk 

şəhərində konsul agenti. 



Əfəndiyev  Mahmud  bəy  -  1918-ci  ilin  noyabr  ayının  7-dən  Azərbaycan 

Respublikasının Batumda baş konsulu. 



Əliyev  Məmməd  -  1919-cu  ildən  Gürcüstan  hökuməti  yanında 

nümayəndəlikdə Azərbaycan Respublikasının hərbi attaşesi. Podpolkovnik. 



Əliyev  Mikayıl  -  1918-ci  ildən  Petrovsk  şəhərində  Azərbaycan 

Respublikasının konsul agentliyinin katibi. 



Əmircanov  Əliyar  bəy  -  14  mart  1920-ci  ilin  mart  ayının  14-dən 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik şöbəsində qulluqçu. 

1920-ci ilin aprel ayının 1-dən Xarici İşlər Nazirliyi katibinin əməkdaşı. 

Əşrəfov  Əliyusif  -  1919-cu  ildən  Azərbaycan  Respublikası  Xarici  İşlər 

Nazirliyi  nəzdindəki  Cənubi  Qafqazda  rus  siyasətinə  dair  materiallar  toplayan 

xüsusi komissiyanın üzvü. 

Gəraybəyov  Ağalar  bəy  -  1920-ci  ilin  fevral  ayının  25-dən  Azərbaycan 

Respublikasının Ənzəlidəki vitse-konsulluğunda katib. 



Hacıbəyov Ceyhun bəy Əbdülhüseyn oğlu  - 1918-ci ilin dekabr ayından 

Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin müşaviri. 



Hacınski Məmməd Həsən Cəfərqulu oğlu  -1875-ci ilin mart ayının 3-də 

Bakıda anadan olmuş, 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirdikdən 

sonra  Bakıya  qayıtmış  və  1902-1917-ci  illərdə  Bakı  Dumasının  üzvü  olmuşdur. 

M.H.Hacınski 1904-cü ildən başlayaraq şəhərin ictimai-siyasi həyatında yaxından 

iştirak  etmiş,  müsəlman  əhalisi  arasında  siyasi  iş  aparan  "Hümmət"  təşkilatının 

yaradıcılarından  olmuşdur.  O,  1911-ci  ildə  Bakıda  əsası  qoyulan  Müsavat 

partiyasının ilk üzvlərindən biri olmuş, 1917-ci ilin rus inqilabına qədər partiyanın 

gizli  tədbirlərində  iştirak  etmişdir.  1917-ci  ilin  martında  Bakıda  yaradılan 

Müsəlman  Milli  Şurasının  İcraiyyə  Komitəsinə  rəhbərlik  edən  M.H.Hacınski 

həmin ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının, habelə 1917-ci ilin 

mayında  keçirilən  Rusiya  müsəlmanlarının  Moskva  qurultayında  fəal  iştirak 

etmişdir.  O,  1917-ci  ilin  oktyabrında  Türk  Ədəmi  Mərkəziyyət  -  Müsavat 

partiyasının  birləşdirici  qurultayında  Mərkəzi  Komitəyə  üzv  seçilmiş,  həmin  ilin 


430 

 

payızında yaradılan Cənubi Qafqaz Komissarlığının və sonrakı dövrdə Zaqafqaziya 



Seyminin  tərkibində  müxtəlif  rəhbər  vəzifələr  tutmuşdur.  M.H.Hacınskinin 

diplomatik  fəaliyyəti  hələ  o,  xarici  işlər  naziri  vəzifəsini  tutmazdan  əvvəl 

başlamışdır.  Cənubi  Qafqaz  Komissarlığının  və  Seyminin  Türkiyə  ilə  apardığı 

Trabzon  və  Batum  danışıqlarında  M.H.Hacınski  Azərbaycanı  təmsil  etmişdir.  O, 

1918-ci  ildə  Fətəli  xan  Xoyskinin  başçılığı  ilə  yaradılmış  1-ci  və  2-ci  hökumət 

kabinələrində  Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  vəzifəsini 

tutmuş,1918-ci ilin dekabr ayından Paris Sülh konfransına göndərilən Azərbaycan 

nümayəndə heyətinin üzvü olmuşdur. 



Hacıyev  Balabəy  -  1919-cu  ilin  may  ayının  15-dən  Azərbaycan 

Respublikası Xarici İşlər Nazirliyi dəftərxanasının xüsusi tapşırıqlar üzrə məmuru. 



Hacıyev  İsmayıl  -  1919-cu  ildən  Azərbaycan  Respublikasının 

Yekaterinburq  şəhərindəki  nümayəndəliyin  iqtisadiyyat  şöbəsinin  əməkdaşı 

işləmişdir. 

Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu - 1919-cu ildən Azərbaycan 

Respublikasının Dağlılar Respublikasında, sonra isə Ermənistan hökuməti yanında 

diplomatik nümayəndəsi işləmişdir. 

Hüseynov  Şeyxəli  -  1919-cu  ildən  Azərbaycan  Respublikasının  Krım 

hökuməti yanında konsul agenti olmuşdur. 



Hüseynzadə Əli bəy Hüseyn bəy oğlu - 1918-ci ilin dekabr ayından Paris 

Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin əməkdaşı. 



Xanbudaqov  R.  -  1920-ci  ilin  mart  ayının  16-dan  Azərbaycan 

Respublikasının İtaliyada diplomatik nümayəndəliyinin başçısı. 



Xasməmmədov  Xəlil  bəy  Hacıbaba  oğlu  -  1918-ci  ildə  İstanbul  sülh 

konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin üzvü. 



Xəlilov  Məmməd  bəy  -  1920-ci  ilin  fevral  ayının  1-dən  Azərbaycan 

Respublikasının Ənzəli şəhərinə vitse-konsulu təyin edilmişdir. 



Xoyski Fətəli xan İsgəndər xan oğlu - 1875-ci ildə Şəki şəhərində anadan 

olmuş,  1897-ci  ildə  Moskva  Universitetinin  hüquq  fakültəsini  bitirmişdir.  1897-

1907-ci  illərdə  o,  Yelizavetpol,  Kutaisi,  Yekaterinador  quberniyalarında  müxtəlif 

vəzifələrdə  çalışmışdır.  1907-ci  ildə  Xan  Xoyski  II  Dövlət  Dumasına  Gəncədən 

deputat  seçilmiş  və  milli  haqların  əldə  edilməsi  istiqamətində  millət  vəkili  kimi 

səmərəli  fəaliyyət  göstərmişdir.  İkinci  Dövlət  Duması  buraxıldıqdan  sonra 

Azərbaycana  gələn  F.X.Xoyski  1907-1912-ci  illərdə  Gəncə,  1913-1917-ci  illərdə 

isə  Bakı  dairə  məhkəmələrində  andlı  iclasçı  kimi  fəaliyyət  göstərmişdir.  1917-ci 

ilin  rus  inqilabından  sonra  fəal  siyasi  mübarizəyə  qoşulan  Fətəli  xan  Bakıda 

yaradılan Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olmuş 

və az sonra Bakı şəhər Dumasının sədri seçilmişdir. O, 1917-ci ilin noyabr ayında 

yaradılmış  Zaqafqaziya  Komissarlığında  Xalq  Maarifi  Komissarı,  1918-ci  ilin 

aprel  ayında  yaradılmış  Zaqafqaziya  federasiyası  hökumətində  isə  ədliyyə  naziri 

vəzifələrini  tutmuşdur.  1918-ci  ildə  may  ayının  28-də  Azərbaycanın istiqlalı  elan 



431 

 

olunduqdan sonra bir-birinin ardınca yaradılan üç hökumət kabinəsinə məhz Fətəli 



xan  Xoyski  rəhbərlik  etmişdir.  O,  cümhuriyyət  hökuməti  dövründə  birinci  dəfə 

1918-ci ilin dekabr ayının 26-dan 1919-cu ilin mart ayının 14-nə kimi, ikinci dəfə 

1919-cu ilin dekabr ayının 24-dən 1920-ci ilin aprel ayının 1-nə kimi Azərbaycanın 

xarici  işlər  naziri  olmuşdur.  1920-ci  ilin  aprelində  Azərbaycan  Cümhuriyyəti 

devrildikdən  sonra  Fətəli  xan  həmin  ilin  iyununda  Tiflisdə  erməni  terrorçuları 

tərəfindən qətlə yetirilən Azərbaycanın ilk dövlət xadimi və diplomatı idi. 



Xuramoviç  İsmayıl  bəy  -  1919-cu  ilin  iyul  ayının  7-dən  Azərbaycan 

Respublikası  Xarici  İşlər  Nazirliyi  dəftərxanasının  direktoru.  1919-cu  ilin  avqust 

ayının 12-dən eyni zamanda informasiya bürosuna başçılıq etmiş, 1920-ci ilin aprel 

ayının 1-dən Gürcüstandakı diplomatik nümayəndəliyin müşaviri vəzifəsinə təyin 

edilmişdir. 

İsmixanov  İbrahim  xan  -  1920-ci  ildən  Azərbaycan  Respublikası  Xarici 

İşlər Nazirliyinin diplomatik şöbəsinin rəisi vəzifəsini icra etmişdir. 



İsrafilov  Müslüm  bəу  -  1920-ci  ilin  aprel  ayının  1-dən  Azərbaycan 

Respublikasının İrandakı diplomatik nümayəndəliyinin birinci katibi. 



Koqnovitski  Pavel  İvanoviç  -  1919-cu  ilin  sentyabr  ayının  1-dən  Paris 

Sülh  konfransına  göndərilmiş  nümayəndə  heyəti  üçün  material  toplayan 

komissiyanın üzvü təyin edilmişdir. 1920-ci ildən Azərbaycan Respublikası Xarici 

İşlər Nazirliyinin topoqrafiya və statistika şöbəsinin müdiri işləmişdir. 



Kriçinski  Aslan  bəy  -  1919-cu  ilin  oktyabr  ayının  13-dən  Azərbaycan 

Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair 

materiallar toplayan xüsusi komissiyanın sədri. 

Qaibov  Cahangir  bəy  -  1919-cu  ilin  iyul  ayının  7-dən  Azərbaycan 

Respublikası  Xarici  İşlər  nazirinin  müşaviri  vəzifəsini  icra  etmişdir.  1919-cu  ilin 

may ayının 10-dan nazirliyin dəftərxanasının direktoru olmuşdur. 1919-cu ilin iyul 

ayının  27-dən  İstanbuldakı  diplomatik  nümayəndəlikdə  müavin  və  maliyyə 

hissəsinin müşaviri təyin edilmişdir. 

Qazıyev  Cavad  bəy  -  1919-cu  ilin  noyabr  ayının  15-dən  Azərbaycan 

Respublikasının  Ermənistan  hökuməti  yanında  diplomatik  nümayəndəliyinin 

qulluqçusu. 

Qazıyev  Həsən  bəy  -  1919-cu  ilin  avqust  ayının  1-dən  Azərbaycan 

Respublikasının  Ermənistan  hökuməti  yanında  diplomatik  nümayəndəliyinin 

katibi. 

Qədimbəyov  A.  -  1919-cu  ildən  Azərbaycan  Respublikasının  Batumdakı 

konsulluğunun katibi. 



Qiyasbəyov  Mustafa  bəy  -  1  yanvar  1920-ci  ilin  yanvar  ayının  1-dən 

Azərbaycan  Respublikasının  Ermənistan  hökuməti  yanında  diplomatik 

nümayəndəliyinin müşaviri və xüsusi tapşırıqlar üzrə məmuru işləmişdir. 


432 

 

Mahmudbəyov  Şamil  bəy  -  1920-ci  ilin  aprel  ayının  8-dən  Azərbaycan 

Respublikası  Xarici  İşlər  Nazirliyinin  ümumi  şöbəsinin  müdiri  vəzifəsini  icra 

etmişdir. 



Məhəmməd  Ağa  oğlu  -  1920-ci  ilin  fevral  ayından  Azərbaycan 

Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair 

materiallar toplayan xüsusi komissiyanın üzvü. 

Məhərrəmov  Məmməd  bəу  -  1918-ci  ilin  dekabr  ayından  Paris  Sülh 

konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin üzvü. 



Məlikov  Səfvət  bəy  Həsən  bəy  oğlu  -  1918-ci  ilin  dekabr  ayından  Paris 

Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyəti katibliyinin əməkdaşı. 



Məmmədov Zeynal - 1919-cu ildən Azərbaycan Respublikasının Petrovsk 

şəhərində konsul agenti təyin edilmişdir. 



Mehdiyev  (Mirmehdiyev)  Miryaqub  -  1918-ci  ilin  dekabr  ayından  Paris 

Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin müşaviri. 



Məmmədov  T.  -  1919-cu  ildə  Zaqafqaziya  konfransında  Azərbaycan 

nümayəndə heyətinin katibi. 



Mirzəbabayev  M.S.  -  1919-cu  ildən  Azərbaycan  Respublikasının 

Ermənistandakı diplomatik nümayəndəliyinin katibi. 



Mirzə  Ələkbər  xan  -  1920-ci  ildən  Azərbaycan  Respublikasının  İrandakı 

diplomatik nümayəndəliyinin ikinci katibi. 



Mirzə  İbrahim  xan  -  1920-ci ildən  Azərbaycan  Respublikasının  İrandakı 

nümayəndəliyinin katibi. 



Musayev Ağa Saleh oğlu - 1920-ci ilin yanvar ayının 15-dən Azərbaycan 

Respublikasının  Ermənistan  hökuməti  yanında  diplomatik  nümayəndəliyinin 

müşaviri vəzifəsini icra etmişdir. 

Nəcəfov  Rzaqulu  -  1920-ci  ilin  mart  ayının  1-dən  Azərbaycan 

Respublikasının  Gürcüstan  hökuməti  yanında  diplomatik  nümayəndəliyində 

konsulluq şöbəsinin rəisi. 

Pepinov  Əhməd  bəy  Ömər  oğlu  -  1919-cu  ildən  Azərbaycan 

Respublikasının İstanbuldakı nümayəndə heyətinin katibi. 



Pərviz  Mirzə  -  1920-ci  ildən  Azərbaycan  Respublikası  Xarici  İşlər 

Nazirliyinin dəftərxanasının müdiri işləmişdir. 



Rəsulzadə  Məhəmməd  Əmin  Hacı  Molla  Ələkbər  oğlu  -  1918-ci  ildə 

İstanbula  sülh  konfransına  göndərilmiş  Azərbaycan  nümayəndə  heyətinin  sədri. 

1918-ci ildə yaradılmış Azərbaycan Milli Şurasının sədri. 

Rudzinski  Vyaçeslav  Stanislavoviç  -  1919-cu  ilin  aprel  ayının  1-dən 

Zakaspi  hökuməti  yanında  konsulluğun  katibi.  1  oktyabr  1919-cu  ilin  oktyabr 

ayının 1-dən Xarici İşlər Nazirliyinin ümumi şöbəsinin rəisi. 1920-ci ilin aprelində 

diplomatik münasibətlər qurmaq üçün Polşaya ezam olunmuşdur. 



Rüstəmbəyov  Əsəd  bəy  -  1919-cu  ildən  İstanbuldakı  Azərbaycan 

nümayəndə heyətinin üzvü. 



433 

 

Rüstəmbəyov  Cəfər  bəy  -  1919-cu  ilin  mart  ayının  19-dan  Kuban 

hökuməti yanındakı diplomatik nümayəndə. 

Sadıqov  Ələkbər  -  1919-cu  ilin  aprel  ayının  2-dən  Aşqabad  şəhərində 

Azərbaycan  Respublikasının  Zakaspi  hökuməti  yanında  konsulu.  1919-cu  ilin 

oktyabr  ayının  7-dən  Azərbaycan  Respublikasının  İrandakı  diplomatik 

nümayəndəliyinin müşaviri, 1920-ci ildən isə diplomatik nümayəndənin müavini. 



Sadıqov  Camal  -  1919-cu  ildən  Azərbaycan  Respublikasının  Ukraynada 

konsulu vəzifəsini icra etmişdir. 



Səfərəlibəyov  Şirin  bəy  - 1919-cu ilin  sentyabr  ayının  1-dən  Azərbaycan 

Respublikasının Ermənistandakı diplomatik nümayəndəliyinin müşaviri vəzifəsini 

müvəqqəti icra etmişdir. 

Səfikürdski  Aslan  bəy  Ağalar  bəy  oğlu  -  1918-ci  ildə  İstanbula  sülh 

konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin üzvü. 



Skotland-Liddel  -  1919-cu  ilin  sentyabr  ayının  6-dan  Azərbaycan  Xarici 

İşlər Nazirliyinin informasiya şöbəsinin əməkdaşı. 



Sulkeviç  Quzman  -  1920-ci  ildən  Azərbaycan  Xarici  İşlər  Nazirliyi 

dəftərxanasının  direktor  müavini,  1920-ci  ilin  aprel  ayının  1-dən  isə  nazirliyin 

departament direktoru. 

Sulkeviç  Konstantin  Davidoviç  -  1919-cu  ilin  may  ayının  10-dan 

Azərbaycan Xarici İşlər Nazirliyi dəftərxanasının direktor müavini. 



Sultanov  Paşa  bəy  -  1919-cu  ilin  sentyabr  ayının  15-dən  Azərbaycan 

Respublikasının Rostov-Don şəhərində konsul agenti. 



Sübhanverdixanov  Abdulla  bəy  -  1918-ci  ilin  iyul  ayının  26-dan 

Azərbaycan Xarici İşlər Nazirliyi katibi olmuşdur. 1 yanvar - 1 fevral 1919-cu ilin 

yanvar  ayının  1-dən  fevral  ayının 1-nə qədər nazirliyin  dəftərxanasının direktoru 

vəzifəsini  icra  etmişdir.  1919-cu  ilin  oktyabr  ayının  22-dən  Azərbaycan 

Respublikası  Xarici  İşlər  Nazirliyinin  diplomatik  şöbəsinin  müdiri  vəzifəsini  icra 

etmişdir. 1920-ci ildə Azərbaycan Respublikasının Batum şəhərində vitse-konsulu 

vəzifəsinə təyin edilmişdir. 

Şepotyev  Aleksandr  Sergeyeviç  -  1919-cu  ilin  aprel  ayının  8-dən 

Azərbaycan Xarici İşlər Nazirliyində kargüzar vəzifəsini müvəqqəti icra etmişdir. 

1920-ci ildən nazirliyin informasiya şöbəsinin rəisi olmuşdur. 

Şeyxülislamov  Əkbər  ağa  İbrahim  oğlu  -  1918-ci  ilin  dekabr  ayından 

Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin üzvü. 



Şıxlinski Abdulla ağa - 1920-ci ilin mart ayının 27-dən Azərbaycan Xarici 

İşlər  Nazirliyinin  diplomatik  şöbəsinin  qulluqçusu,  1920-ci  ilin  aprelindən 

diplomatik şöbədə qeydiyyat bölməsinin müdiri. 

Tahirov  Əziz  bəy  -  1919-cu  ildən  Azərbaycan  Respublikasının  müttəfiq 

komandanlığı yanında nümayəndəsi. 



Talışinski  -  1919-cu  ildən  Azərbaycan  Respublikasının  Gürcüstandakı 

diplomatik nümayəndəliyinin ikinci katibi. 



434 

 

Təkinski  Məmməd  xan  -  1919-cu  ilin  yanvar  ayının  29-dan  Azərbaycan 

Respublikasının  Ermənistandakı  diplomatik  nümayəndəsi.  1919-cu  ilin 

oktyabrından nazir müavini vəzifəsini icra etmişdir. 17 yanvar 1920-ci ilin yanvar 

ayının 17-dən müvəqqəti olaraq Xarici İşlər naziri vəzifəsini icra etmişdir. 

Topçubaşov  Ələkbər  bəy  Əli  Mərdan  bəy  oğlu  -  1918-ci  ilin  dekabr 

ayından  Paris  Sülh  konfransına  göndərilən  Azərbaycan  nümayəndə  heyətinin 

katibi. 

Topçubaşov  Əli  Mərdan  bəy Ələkbər  bəy  oğlu  -  XX  əsrin əvvəllərində 

genişlənən  Azərbaycan  milli  hərəkatının  ən  tanınmış  nümayəndələrindən  idi.  O, 

1863-cü  ildə  Tiflisdə  doğulmuş,  1888-ci  ildə  Peterburq  Universitetinin  hüquq 

fakültəsini  bitirmişdir.  1896-cı  ildən  Bakıya  gələn  Əli  Mərdan  bəy  1897-ci  ildən 

etibarən  Azərbaycanda  milli  ideyanın  inkişafında  mühüm  rol  oynamış,  "Kaspi" 

qəzetinin redaktoru olmuş və 1917-ci ilə qədər davamlı olaraq bu qəzeti nəşr edə 

bilmişdir.  1905-1907-ci  illərin  birinci  rus  inqilabı  dövründə  Ə.M.Topçubaşov 

siyasi mübarizənin önündə olmuş, Rusiya Müsəlmanlar İttifaqına rəhbərlik etmiş, 

birinci Dövlət Dumasına vəkil seçilmiş, Dumanın müsəlman fraksiyasına başçılıq 

etmiş  və  bütövlükdə  XX  əsrin  əvvəllərində  Rusiya  müsəlmanlarının  liderinə 

çevrilmişdir. 1906-cı ilin iyulunda Vıborq bəyannaməsini imzaladığından paytaxtın 

Krestni həbsxanasında bir neçə ay  yatmalı olmuşdu. 1917-ci il inqilabından sonra 

Ə.M.Topçubaşov yenidən siyasi proseslərin mərkəzi simalarından birinə çevrilmiş 

və Bakıda müsəlman Milli Şurasının əsas təşkilatçılarından biri olmuşdur. 1917-ci 

ilin aprelində Qafqaz müsəlmanlarının Bakı qurultayı, həmin ilin mayından Rusiya 

müsəlmanlarının  Moskva  qurultayı  məhz  Ə.M.Topçubaşovun  ideya  və  siyasi 

rəhbərliyi  altında keçirilmişdir.  O,  1918-ci ilin avqustunda fövqəladə  səlahiyyətli 

nümayəndə  kimi  Osmanlı  İmperatorluğunun  paytaxtı  İstanbul  şəhərinə  ezam 

olunmuş, həmin ilin oktyabrında isə Azərbaycan Respublikasının xarici işlər naziri 

təyin  edilmişdir.  1918-ci  ilin  dekabr  ayında  Ə.M.Topçubaşov  Azərbaycan 

parlamentinin  sədri  seçilmiş  və  Paris  Sülh  konfransına  göndərilən  Azərbaycan 

nümayəndə heyətinə başçılıq etmişdir. 



Topçubaşov Rəşid bəy Əli Mərdan bəy oğlu - 1918-ci ilin dekabr ayından 

Paris  Sülh  konfransına  göndərilən  Azərbaycan  nümayəndə  heyəti  sədrinin  şəxsi 

katibi. 

Vəkilov  Faris  bəy  İbrahim  ağa  oğlu  -  1919-cu  ildən  Azərbaycan 

Respublikasının Gürcüstandakı diplomatik nümayəndəsi vəzifəsində işləmişdir. 



Vəkilov  İbrahim  ağa  Paşa  oğlu  -  1920-ci  ildən  Azərbaycan  Xarici  İşlər 

Nazirliyinin hərbi-topoqrafiya şöbəsinin rəisi işləmişdir. General-mayor. 



Vəkilov  Mustafa  bəy  Nadir  ağa  oğlu  -  1918-ci  ildə  Ə.M.Topçubaşovun 

rəhbərliyi ilə İstanbula göndərilən Azərbaycan missiyasının katibi 



Vəzirov  (Çəmənzəminli)  Yusif  Vəzir  Mirbaba  oğlu  -  1918-ci  ildən 

Ukrayna, Polşa və Krımda Azərbaycan Respublikasının diplomatik nümayəndəsi, 



435 

 

1919-cu  ilin  dekabr  ayının  24-dən  isə  İstanbulda  diplomatik  nümayəndəliyin 



başçısı vəzifəsində işləmişdir. 

Yelenin  Əli  bəy  Zahirbəy  oğlu  -  1919-cu  ilin  iyul  ayının  14-dən 

Azərbaycan  Respublikasının  Dağlılar  Respublikası  hökuməti  yanında  diplomatik 

nümayəndəliyinin  katibi  təyin  edilmişdir.  1919-cu  ilin  sentyabr  ayının  1-dən 

Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik şöbəsində kargüzar. 



Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin