Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix06.09.2017
ölçüsü3,02 Mb.
#29140
1   ...   17   18   19   20   21   22   23   24   25

197
rast  gəlirik  [10,  s.61].  Əsərdə  türklərin  farslar  üzərində  zülmündən  və  Babil 
hökmdarının elçisinin Haris ər-Rəişin sarayına gəlməsindən ətraflı şəkildə bəhs 
olunur.  Həmin  epizodda  Babil  hökmdarının  Yəmən  hökmdarına  göndərdiyi 
qiymətli hədiyyələr haqqında məlumat verilir [10, s.65-66]. Yəmən hökmdarının 
“Bu hədiyyələrin hamısı sizin ölkənizdəndirmi?” sualına elçi tərəfindən “Bəziləri 
bizim, bəziləri türk ölkəsindəndir” şəklində cavab verilir. Elçi onların farslardan 
arxa tərəfdə yaşadığını və heç kimə tabe olmadıqlarını bildirir. Burada verilən 
məlumatlardan belə nəticəyə gəlmək olar ki, bu hədiyyələr həm farsların, həm 
də Babil əhalisinin sıx təmasda olduğu bir türk ölkəsindəndir. O, həmin türk 
ölkəsinin  məhz  Azərbaycan  olduğuna  işarə  edir.  Belə  ki,  elçi  Haris  ər-Rəişin 
suallarına cavab verərkən deyir ki, onlar əsasən “Azərbaycanda yerləşirlər, Babil 
də onlardan asılıdır və Şam əhalisi də onlardan qorxu içərisində yaşayırlar” [10, 
s.65]. Oxşar epizoda bir qədər fərqli şəkildə, “Kitab ət-Tican” əsərində də rast 
gəlirik [3, s.416]. Hər iki əsərdə fars hökmdarının Haris ər-Rəişə məktubundan 
bəhs olunur. Həmin məktubda fars hökmdarının Azərbaycandakı türklərə qarşı 
Yəmən hökmdarından yardım istədiyi bildirilir [10, s.65].
Nəşvan  əl-Himyərinin  əsərində  daha  sonra  Haris  ər-Rəişin  türklərə  qarşı 
farslara yardımından bəhs edilir və bu zaman “türklər ölkəsi” dedikdə məhz 
Azərbaycan başa düşülür. Burada Yəmən ordusunun “Türk Azərbaycana daxil 
olduğu”  göstərilir  [10,  s.65].  Sözlərinə  davam  edən  müəllif  deyir  ki,  Himyər 
ordusu orada türklərlə vuruşaraq, onların qalalarını fəth etdi, çoxlu əsir alaraq 
“türk ölkəsinin içərilərinə doğru irəlilədi” كرتلأ دلب يف لغوا) və Yəmən ordusunun 
sərkərdəsi bu qələbə haqqında Yəmən hökmdarına xəbər verdi  [10, s.65]. Haris 
ər-Rəiş ona “Türk şəhəri Bab”da (كرتلا ةنﻳدم باب) qarşı-qarşıya olan əzəmətli qaya 
üzərində bu yürüş haqqında kitabə yazdırmağı əmr etdi [10, s.66]. Zənnimizcə, 
burada Dərbəndin iki dağ arasında yerləşdiyinə, Dərbənd keçidinə işarə edilir. 
Digər bir Yəmən hökmdarı Tübbə bin Tübbə əl-Əqrənin fəaliyyətindən bəhs 
edən Nəşvan əl-Himyəri onun Azərbaycan sərhədlərində türklərlə qarşılaşdı-
ğını yazır [10, s.114]. O qeyd edir ki, Müaviyə Übeyd bin Şəriyədən Tübbənin 
Azərbaycanda türklərlə qarşılaşmasının doğru olub-olmadığını soruşduqda o, 
bu faktı təsdiq etmişdir (10, s.115). Biz bu mənbədə Azərbaycanla bağlı “türk 
ölkəsi” ifadələri ilə yanaşı, farslarla bağlı “fars ölkəsi”, xəzərlərlə bağlı “Xəzər 
ölkəsi” ifadələrinə də rast gəlirik [10, s.117]. 
Qeyd  etmək  lazımdır  ki,  digər  ərəbdilli  mənbələrdə  olduğu  kimi,  Yəmən 
hökmdarlarına  həsr  olunmuş  əsərlərdə  də  “türklər”  və  “xəzərlər”  şəklində 
təqdim  olunan  xalqlar  arasında  fərq  qoyulur.  Belə  ki,  onlar  eyni  kökdən 
törənmiş müxtəlif xalqlar şəklində təqdim olunur.  
Yəmən  hökmdarlarına  həsr  olunmuş  əsərlərdə  rast  gəlinən  “türklər”  və 
“Azərbaycan türkləri” məsələsini araşdırmazdan əvvəl etnogenezlə bağlı bəzi 
məsələlərə aydınlıq gətirmək lazımdır. Bu zaman ilk növbədə ilkin mənbələrdə 
rast  gəlinən  “türklər”,  “türk  mənşəli  xalqlar”  və  “türkdilli  xalqlar”  kimi  anla-
yışları dəqiqləşdirməyə ehtiyac duyulur. Məsələ burasındadır ki, bu anlayışlar 
bir-birinə çox yaxın olsa da, bir-birini tam şəkildə əvəz etmir. Digər tərəfdən 
mənbələrdə  tez-tez  qarşılaşdığımız  “türklər”  etnoniminin  özündə  müəyyən 
çalarları fərqləndirmək lazımdır. Belə ki, bu anlayış ilkin yazılı qaynaqlarda iki 
şəkildə təqdim olunur: 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
198 
1.  Əvvəlcədən  “türklər”  adı  altında  təqdim  edilən  toplumlara  münasibətdə 
işlədilir. 
2.  İlk dövrlərdə “türk” adlanmayan və özünün xüsusi adı olan, lakin türk xalq-
ları sırasına aid edilən  toplumlara münasibətdə ümumi şəkldə işlədilir. 
Bu iki anlamın qarışdırılması Azərbaycan türklərinin etnogenezi məsələsində 
dolaşıqlığa rəvac verən əsas səbəblərdən biridir. Aydın məsələdir ki, Azərbaycan 
türklərinin etnogenezi ilə bağlı dolaşıqlığın digər səbəbi sırf subyektiv xarakter 
daşıyır, tarixi faktların təhrif olunmasına və türklərin Azərbaycanda məskunlaşması 
tarixini saxtalaşdırmağa, necə deyərlər, “cavanlaşdırmağa” xidmət edir. 
Ərəbdilli  mənbələrin,  o  cümlədən  Yəmən  hökmdarlarına  həsr  olunmuş 
əsərlərin araşdırılması göstərir ki, xəzərlər “türklər” adı altında deyil, “türkdilli” 
və “türk xalqları” adı altında təqdim edilən türk toplumları sırasına aiddir. Elə 
buradaca  onu  da  qeyd  etmək  lazımdır  ki,  ərəbdilli  mənbələrdə  Azərbaycan 
ərazisində  gedən  döyüşlər  zamanı  dəfələrlə  ərəblərlə  qaşılaşdığı  göstərilən 
“türklər” elmi ədəbiyyatda məhz bu ad altında təqdim edilmək yerinə, əksər 
hallarda onlar “xəzərlər” şəklində təqdim edilmişdir. 
Azərbaycan  ərəblər  tərəfindən  ələ  keçirildikdən  sonra  buradakı  türklərin 
böyük  bir  qismi  Azərbaycanda  qalıb  ərəblərin  hakimiyyətini  və  islam  dinini 
qəbul etdilər. Ərəblərlə döyüşü davam etdirənlər isə əsasən dörd istiqamətdə 
geri  çəkilməklə  müqavimət  göstərdilər.  Onların  geri  çəkildiyi  həmin  dörd 
istiqamət aşağıdakı kimi idi: 1. Dərbənd istiqamətindən Şimali Qafqaza çəkilib 
xəzərlərə qoşulanlar. 2. İndiki Gürcüstan istiqamətində geri çəkilib orada topla-
nan, bəzən də Dəryal keçidindən geri çəkilənlər. 3. Xorasan istiqamətində geri 
çəkilərək Mərkəzi Asiya türklərinə qoşulanlar. 4. Van gölü istiqamətində, Bizans 
sərhədlərinə doğru geri çəkilənlər
Tarixi  mənbələrdəki  faktların  araşdırılması  göstərir  ki,  Sasanilər  dövləti 
ərəblər tərəfindən darmadağın edildikdən sonra öz müstəqil dövlətləri olma-
yan, lakin tayfa konfederasiyaları halında yaşayan və müəyyən dərəcədə Sasani 
tabeçiliyində olan Azərbaycan türklərinin bir hissəsinin öz dövlətləri və hökm-
darları olan xəzərlərə qoşulmaqdan başqa çarələri qalmadı. Xüsusi olaraq qeyd 
etmək lazımdır ki, ərəblərin təzyiqi ilə geri çəkilən Azərbaycan türkləri xəzərlərə 
qoşulduqdan sonra Xəzər xaqanlığı tərkibində türklərin sayı daha da çoxal-
dı.  Məhz  bundan  sonra  ərəblər  bir  sıra  hallarda  “xəzərlər”  əvəzinə  “türklər” 
ifadəsinə üstünlük verməyə başladılar. 
  Beləliklə,  Azərbaycan  ərazisinə  münasibətdə  adı  çəkilən  türkmənşəli  və 
türkdilli xəzərlərlə mənbələrdə sırf şəkildə “türklər” kimi təqdim edilən xalqlar 
heç də eyni deyildir və bir-biri ilə qarışdırılmamalıdır. Bir qədər də irəli gedərək 
onu da qeyd edək ki, xəzərlərin də aqibəti əvvəllər Azərbaycan ərazisinə gələn 
və  bir  hissəsi  burada  məskən  salaraq  yerli  “türk”  adlanan  xalq  arasında  öz 
məxsusi adını itirən və onlar kimi “türklər” adlanan və öz keçmişlərini yalnız 
coğrafi adlarda saxlayan xalqlar kimi oldu. Onlar tədricən özlərinin “xəzər” adı-
nı unutdular və Azərbaycan türklərinin bir parçasına çevrildilər. 
“Kitab  ət-Tican”da  Yəmən  ordusunun  İraq  ərazisindən  hərəkət  edərək 
Azərbaycan  torpaqlarına  yürüşü  təsvir  edilmişdir.  Burada  deyilir  ki,  ərəb 
sərkərdəsi Şəmr bin əl-Qəttaf bin əl-Müntəb bin Ömər bin Zeyd Azərbaycanda 
türklər üzərində qələbə qazandı və bu qələbə münasibətilə orada iki daş (qaya) 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
199
üzərində kitabə yazdırdı. O, sözlərinə davam edərək yazır ki, “bu iki kitabə bu 
gün də Azərbaycan divarları üzərində” qalmaqdadır 
(ناجيبرذآ رادج ىلع ميلا امهف). Burada həmin kitabə üzərində yazıldığı ehtimal 
olunan  beyt  də  verilmişdir  [3,  s.416-417].  Qeyd  etmək  lazımdır  ki,  Yəmən 
sərkərdəsi tərəfindən Azərbaycanda iki daş üzərində kitabə həkk etdirilməsi 
haqqında məlumata digər ərəb mənbələrində də rast gəlinir. 
Bizim istifadə etdiyimiz “Kitab ət-tican” əsərinin nəşrlərində I Müaviyənin 
Übeyd bin Şəriyə ilə dialoqlarından biri aşağıdakı kimidir:       
       .هل اوعمتجا و كرتلا ضرأ نم تناك اهنا هل :لاق .؟تنأ لله ناجيبرذآ لاب ام و :ةﻳواعم لاق
Tərcüməsi: Müaviyə dedi: “Sən Allah, Azərbaycan nə deməkdir”. (Übeyd) 
dedi: “O türk torpaqlarındandır. Onlar orada məskunlaşmışlar” [3, s.416].
“Kitab ət-Tican”da deyilir ki, “Böyük Tübbə” adlandırılan Tübbə əl-Raid bin 
Tübbə əl-Ərqənin hakimiyyətinin iyirminci ilində türklər xərac verməkdən imti-
na etdilər və Yəmən hökmdarının elçisini öldürdülər. Bu hadisədən qəzəblənən 
Tübbə Haris ər-Rəişin sərkərdəsinin getdiyi yolla hərəkət edərək onların üzərinə 
hücuma keçdi [3, s.449]. Burada deyilir ki, Tübbə onlarla Azərbaycan və Mosul 
sərhədində qarşılaşdı. Tübbə onlar üzərində qələbə qazandı [3, s.449]. Bu za-
man I Müaviyyənin Übeyd bin Şəriyə ilə başqa bir dialoquna rast gəlirik:    
            . نينمؤملاريمأ اﻳ مهدالب امه :ديبع لاق ؟ناجيبرذآ و كرتلا امو :ةﻳواعم لاق
Tərcüməsi: Müaviyə dedi: “Azərbaycan və türk nə deməkdir?”. Übeyd dedi: 
“Ya əmirəlmöminin, hər ikisi onların ölkəsidir” [3, s.449]. 
Müəllif daha sonra türklərin müharibə aparmaq qaydalarından bəhs edir. O, 
türklərin öz düşmənləri üzərinə Azərbaycan ərazisindən hücuma keçdiklərini yazır. 
“Kitab  ət-Tican”  əsərində  Azərbaycan  ölkəsinin  şimal  hüdudlarına  diqqət 
yönəldilir. Belə ki, əsərdə Azərbaycan ərazisindəki iki yüksək dağ arsındakı keçiddən 
bəhs edilir və göstərilir ki, Azərbaycana şimal tərəfdən yalnız bu keçid vasitəsilə 
daxil olmaq mümkündür [3, s.90]. Şübhəsiz, burada Dərbənd keçidi nəzərdə tu-
tulur. Haqqında bəhs olunan müəlliflərin hamısı öz əsərlərində Dərbəndi “Bab” 
(“Qapı”) adlandırır və onu Azərbaycan şəhərləri sırasına aid edirlər.  
“Kitab  ət-Tican”  əsərinin  müəllifi  Şəmr  Yərəiş  adlı  Himyər  hökmdarının 
Ərminiyyəyə gəlib çıxdığını və bu zaman Fars hökmdarı I Qubadın Azərbaycanda 
olan türklərə Ərminiyyəyə yürüş etmək əmri verdiyini yazır [3, s.235].
Əl-Həmədaninin  “əl-İklil”  əsərində  də  Azərbaycan  türkləri  ilə  bağlı  fakt-
lara  rast  gəlmək  mümkündür.  Məsələn,  müəllif  yazır  ki,  Yəmən  hökmdarı 
Azərbaycanda  türklərlə  müharibədən  qayıtdı.  Bu  zaman  türklərə  qarşı  Fars 
hökmdarı da ona kömək etmişdir [5, s.219].
İbn Quteybə də Haris ər-Rəişin Azərbaycanda türklərlə vuruşduğunu yazır 
[4,  s.627]. O, başqa bir epizodda digər Himyər hökmdarı Tübbə bin əl-Əqrənin 
Azərbaycan hüdudlarında türklərlə qarşılaşdığını təsdiq edir [4, s.630]. 
Nəticə
Beləliklə, Yəmən (Himyər) hökmdarlarına həsr olunmuş bir sıra əsərlərdə 
Azərbaycan ölkəsi və onun yerli sakinləri olan türklər haqqında bir sıra maraqlı 
faktlara rast gəlinir. 
Yəmən hökmdarlarına həsr olunmuş əsərlərdən və digər yazılı mənbələrdən 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
200 
əldə olunan məlumatlara əsasən, Azərbaycan türklərinin köklərini Azərbaycanın 
özündə axtarmaq lazımdır. Azərbaycan türklərinin əcdadları bu bölgənin qədim 
sakinləri olmuş və digər türkdilli tayfaların gəlişi ilə tarix boyu onların dil və 
mədəniyyəti  bir-birinə  qarışmış,  inkişaf  etmiş  və  nəhayət,  bugünkü  formaya 
gəlib çıxmışdır. Azərbaycan türk dilinin formalaşması və qələbəsi ölkə əhalisinin 
böyük əksəriyyətinin əsrlər boyu türk dilində danışması və türk dillərində danı-
şan ətraf aləmlə sıx əlaqələri ilə izah edilməlidir. Başqa sözlə, Azərbaycan-türk 
dili birdən-birə yaranmamış və böyük bir regionda hakim dilə çevrilməmişdir. 
Bu, tarixi proseslərin qanunauyğun nəticəsi idi və yalnız Azərbaycan torpaqları-
nın qədim dövrlərdən türklər və türkmənşəli xalqlar tərəfindən məskunlaşması 
ilə izah edilməlidir.
Şübhəsiz, Yəmən hökmdarlarına həsr olunmuş əsərlər üzərində aparılan bu 
tədqiqatın nəticələri tamamilə bitkin və mübahisəsiz hesab edilə bilməz. Bu 
əsərlər üzərində gələcəkdə aparılacaq daha ətraflı araşdırmalar Azərbaycan və 
burada yaşayan türklər haqqında yeni-yeni faktların ortaya çıxarılmasına im-
kan verə bilər. 
İstifadə edilmiş ədəbiyyat:
1.   Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: “Elm”, 1989, -334 s. 
2.   Masse A. İslam. Bakı: Azərnəşr, 1964, -256 s.
3.  .ص 506 .1979 اعنص .يناثلا ةعبطلا .ريمح كولم يف ناجيتلا باتك .هبنم نب بهو                              
4.  .ص 973 .1981 ةرهاقلا .ةعبارلا ةعطتلا .فراعملا .ةبيتق نبا                                                         
5.  .ص 268 .اعنص -توريب .نماثلا ءزجلا .ليلكالا .ينادمهلا نسحلا دمحم وبا                                         
6.  ص 3541 .1993 توريب .لوالا ةعبطلا .سداسلا ءزجلا .ءابدالا مجعم .يمورلا يومحلا توقاﻳ.               
7.   Şeşen R. Müslümanlarda tarih-coğrafiya yazıçılığı. İstanbul, 1998, -451 s.  
8.  .نامزلا ءابنا و نايعالا تايفو .ناكيلخ نب ركب يبا نب دمحم نب دمحا نﻳدلا سمش سابعلا وبا 
ص 439  .1397 توريب .سداسلا دلجملا.                                                                                          
9.  .ص 506 .1347 دابارديح .لوالا ةعبطلا .ريمح كولم يف ناجيتلا باتك .هبنم نب بهو                            
10.  .ص 238 .1978 توريب نميلا لايقا و ريمح كولم .يريمحلا ديعس نب ناوشن                                   
11. .خﻳرات .يبوقعيلاب فورعملا يسابعلا بتاكلا حضاو نبا بهو نب رفعج نب بوقعﻳ وبأ نب دمحأ
ص 365 .1379 توريب ،لوالا دلجملا.                                                                                       
12.  Əliyarlı S.S. Tariximiz açıqlanmamış mövzuları ilə. Bakı: “Mütərcim”, 2012, -560 s. 
13.  Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan. Bakı: Azərnəşr, 1993, -157 s.
14.  Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin birinci rübü). Bakı:  “Elm”,  2007, 
-608 s+ 24 səh. illüstrasiya. 
15.  Асадов  Ф.М.  Арабские  источники  о  тюрках  в  раннее  средневековье.  Баку: 
“Элм”, 1993, -202 с.
16.  Aхундова  Н.Ч.  Тюрки  в  системе  государственного  управления  арабского     
халифата (VIII-сер. X вв.). Баку: “Элм”, 2004, -374 с.
17.  Orta  əsr  ərəb  mənbələrində  Azərbaycan  tarixinə  dair  materiallar.  Bakı:  “Nurlan”, 
2005,  -336s.

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
201
Ramil Aghayev
İnformations about Azerbaijani Turks in written sources dedicated  
     to the rulers of Yemen
The  author  believes  that  the  most  significant  and  reliable  information 
about the medieval history of Azerbaijan can be found in Arabic sources. The 
purpose of the article is to examine valuable information about Azerbaijan’s 
population in the sources on the rulers of Yemen (Himyara).
In these sources, Azerbaijan is mentioned as the land of Turks. According 
to  them,  the  overwhelming  majority  of  the  population  of  Azerbaijan  was 
composed of Turks.
Based on numerous historical facts taken from these primary sources, one 
can come to the conclusion that in the early Middle Ages the city of Derbend 
had been the most populated northern point of Azerbaijan. Here, Derbend is 
called a Turkic city.
As a result of continuous research of the Yemeni sources, one can discover 
new facts related to the early medieval history of Azerbaijan.
Рамин Агаев
Информация об азербайджанских тюрках, в письменных  
     источниках посвященные правителям Йемена 
Автор  считает,  что  самые  значительные  и  достоверные  сведения  о 
средневековой истории Азербайджана имеются в арабо-язычных источ-
никах. В статье повествуется об арабо-язычных источниках, посвященных 
правителям Йемена (Химяра), в которых имеются ценные сведения о на-
селении Азербайджана.
В трудах посвященных правителям Йемена, Азербайджан называется 
“страной тюрков”. Основную и подавляющую часть населения Азербай-
джана составляли тюрки. 
Проанализировав  сведения  йеменских  источников  можно  прийти  к 
выводу, что в раннее средневековье самым населенным северным пун-
ктом Азербайджана был город Дербент. В трудах посвященных правите-
лям Йемена, Дербент называется “тюркским городом”.
Автор считает, что в результате последующего исследования йемен-
ских источников можно обнаружить новые факты, относящиеся к раннес-
редневековой истории Азербайджана.      

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
202 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
203
AZƏRBAYCAN 
RESPUBLIKASININ HÜQUQ VƏ 
QANUNVERİCİLİK SİSTEMİ

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
204 
Hərbi xidmət 
əleyhinə olan 
cinayətlərin 
sistemi

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
205
Açar  sözlər:  xidməti  cinayətlər,  hərbi  xidmət  əleyhinə  olan  cinayət, 
cinayətkarlıq sistemi, cinayətin bilavasitə obyekti 
Key words:  service crimes, crimes against military service, system crimes, 
the direct object of the crime
Ключевые  слова:  служебние  преступления,  преступления  против 
военной  службы,  система  преступлений,  непосредственный  объект 
преступлений
Hərbi xidmət 
əleyhinə olan 
cinayətlərin 
sistemi
Nəsir 
HÜSEYNOV
hüquq üzrə fəlsəfə doktoru
nasir.huseynov@yahoo.com

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
206 
Hərbi xidmət əleyhinə olan cinayətlərin sisteminin müəyyən edilməsində 
həmin cinayətlərin obyektinin düzgün müəyyən edilməsi həlledici əhəmiyyət 
kəsb edir. Bu səbəbdən ilk növbədə göstərilən cinayətlərin obyekti ilə bağlı 
məsələlərə aydınlıq gətirməyi zəruri hesab edirik.
“Hərbi xidmət əleyhinə olan cinayətin obyekti” anlayışı məzmununa görə 
cinayətkar qəsdin obyektinin ümumi anlayışının törəməsidir. Həmin obyektə 
verilən  anlayış  dövlətin  hərbi  təşkilatının  vəzifə  və  funksiyalarını  əks  etdirən 
səciyyəvi əlamətlərdən başqa cinayət-hüquqi mühafizə obyektlərinə xas olan 
bütün digər əlamətləri də hökmən əhatə etməlidir [9, s.16].
Hərbi  xidmət  əleyhinə  olan  bütün  cinayətlərin  cinsi  (xüsusi)  obyek-
ti  Azərbaycan  Respublikasının  qüvvədə  olan  Cinayət  Məcəlləsinin  327-ci 
maddəsində göstərildiyi kimi, hərbi qulluğun müəyyən edilmiş qaydaları, baş-
qa sözlə desək, hərbi xidmətkeçmə qaydasıdır. O, döyüşə hazırlıq vəziyyətinin 
tərkib elementləri (hərbi birləşmələrin, hissələrin, gəmilərin və s. şəxsi heyətlə, 
silahlarla, döyüş texnikası ilə komplektləşdirilmiş olması; zəruri maddi vəsait 
ehtiyatlarının mövcudluğu; silahların və hərbi texnikanın saz vəziyyətdə saxla-
nılması; qoşunların yüksək döyüş hazırlığı vəziyyətində olması; yüksək hərbi in-
tizam və s.) ilə bilavasitə bağlı olan növlərə bölünür. Döyüşə hazırlıq vəziyyətinin 
bu elementlərindən hər biri hərbi xidmətkeçmə qaydasının müəyyən tələbləri 
ilə qorunur [8, s.35].
Hərbi  xidmət  əleyhinə  olan  cinayətləri  müəyyən  edən  qanun  norma-
larının  təhlili  göstərir  ki,  hərbi  xidmət  əleyhinə  olan  hər  bir  cinayət  əməli 
bütünlüklə hərbi-ictimai münasibətlərin məcmusuna yox, hərbi xidmətkeçmə 
qaydalarının müəyyən hissəsini təşkil edən (onun tərkib hissəsi olan) konkret 
münasibətə – cinayətin bilavasitə obyektinə qəsd edir. Hərbi xidmət əleyhinə 
olan  cinayətlərin  obyektlərinin  növlərinin  təhlili  göstərir  ki,  bəzi  hallarda  bir 
neçə cinayət eyni bilavasitə obyektə malik olur. Məsələn, Cinayət Məcəlləsinin 
328–332-ci  maddələrində  nəzərdə  tutulmuş  cinayətlərin  bilavasitə  obyek-
ti tabeçilik qaydaları və qarşılıqlı münasibətlərin nizamnamə qaydaları, 336–
340-cı maddələrində nəzərdə tutulmuş cinayətlərin bilavasitə obyekti xüsusi 
xidmətkeçmə qaydalarıdır [4, s.13]. 
İstər Azərbaycan Respublikasının, istərsə də digər MDB dövlətlərinin hüquq 
nəzəriyyəçiləri  hərbi  xidmət  əleyhinə  olan  cinayətlərin  sisteminin  müəyyən 
edilməsinin əsası kimi həmin cinayətlərin bilavasitə obyektə görə qruplaşdırıl-
ması prinsipini qəbul edirlər.
Azərbaycan alimləri R.İ.Quliyev və M.N.İmanov cinayətlərin bilavasitə obyektə 
görə  qruplaşdırılması  prinsipinə  əsaslandıqlarını  qeyd  etməklə,  Azərbaycan 
Respublikası Cinayət Məcəlləsinin hərbi xidmət əleyhinə olan cinayətlər fəslinin 
normalarını beş qrupa bölərək aşağıdakı kimi sistemləşdirmişlər:
1)  tabeçilik  əlamətləri  olduqda  hərbi  qulluqçular  arasında  qarşılıqlı 
münasibətlərə aid müəyyən edilmiş qaydaların pozulması (rəisə tabe olma-
ma, rəisə müqavimət göstərmə və ya onu hərbi xidmət vəzifələrini pozma-
ğa məcbur etmə, rəisə qarşı zorakı hərəkətlər etmə), tabeçilik əlamətləri ol-
madıqda və ya bu əlamətlərlə əlaqədar olmadan hərbi qulluqçular arasında 
qarşılıqlı əlaqələrin müəyyən edilmiş qaydalarını pozma (hərbi qulluqçunu 
təhqir etmə, döymə və ya işgəncə vermə);

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
207
2) müəyyən edilmiş qaydaları hərbi xidmət vəzifələrinin icra edilməsindən bo-
yun qaçırma ilə əlaqədar pozma: hərbi hissəni və ya xidmət yerini özbaşına 
tərk etmə, fərarilik, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi 
xidmətdən boyun qaçırma;
3)  hərbi  xidmətin  aşağıdakı  xüsusi  növlərinin  çəkilməsi  qaydalarının  pozul-
ması: qarovul xidmətinin, daxili xidmətin, patrul xidmətinin, döyüş növbəsi 
çəkmənin,  sərhəd  xidmətinin,  ictimai  qaydanın  mühafizəsi  və  ictimai 
təhlükəsizliyin təmin edilməsi üzrə xidmətin;
4)  hərbi əmlakla davranma qaydalarının pozulması: hərbi əmlakı itirmə, onu 
qəsdən və ya ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə;
5)  aşağıdakı yüksək təhlükə mənbələri ilə davranma qaydalarının pozulması: 
silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla; döyüş, xüsusi 
və ya nəqliyyat maşınları ilə; hərbi uçuş aparatları ilə; hərbi gəmilərlə [7, s. 
784-785].
Azərbaycan  Respublikasının  qüvvədə  olan  Cinayət  Məcəlləsinin  hərbi 
xidmət əleyhinə olan cinayətlər fəslinin normalarının qruplaşdırılmasının elmi 
cəhətdən  əsaslandırılmasına  ilk  dəfə  cəhd  edilməsi,  əlbəttə  ki,  təqdirəlayiq 
haldır.  Lakin  təəssüflə  qeyd  etməliyik  ki,  həmin  normaların  bu  şəkildə 
sistemləşdirilməsi son dərəcə ziddiyyətli və qüsurludur. Belə ki, həmin sistem 
tərtib edilərkən hərbi xidmət əleyhinə olan cinayətlər fəslində əmri icra etməmə 
(CM-in 328-ci maddəsi), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini 
aşma və ya hakimiyyətdən istifadə etməmə (CM-in 341-ci maddəsi), qulluğa 
səhlənkar yanaşma (CM-in 342-ci maddəsi), 
müharibə aparma vasitələrini düşmən üçün 
qoyub getmə (CM-in 343-cü maddəsi), bat-
maqda  olan  hərbi  gəmini  tərk  etmə  (CM-
in  344-cü  maddəsi),  döyüş  meydanını  öz-
başına  tərk  etmə  və  ya  silah  işlətməkdən 
boyun qaçırma (CM-in 345-ci maddəsi) və 
əsirlikdə  olan  hərbi  qulluqçunun  cinayət 
hərəkətləri  (CM-in  346-cı  maddəsi)  kimi 
cinayət  növlərinin  mövcudluğu  nəzərdən 
qaçırılmış, Azərbaycan   SSRİ-nin 1960-cı il 
Cinayət Məcəlləsində mövcud olmuş, lakin 
qüvvədə olan Cinayət Məcəlləsində nəzərdə 
tutulmayan tabe olmama əməli isə məlum 
olmayan  səbəbdən  həmin  sistemə  daxil 
edilmişdir.
Göstərilən sistemin müəlliflərindən biri olan M.N.İmanovun az sonra çap 
olunmuş «Cinayət hüququ» dərsliyində hərbi xidmət əleyhinə olan cinayətlərin 
əvvəlkindən  əhəmiyyətli  dərəcədə  fərqlənən  yeddi  qrupdan  ibarət  aşağıda 
göstərilən yeni sisteminin verilməsi yuxarıda göstərilən tənqidi fikrin əsaslı ol-
duğunu bir daha təsdiq edir:
1)  tabelik və qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (CM-in     
328–332-ci maddələri);
2)  hərbi  qulluq  qaydalarını  (məhdud  mənada  hərbi  xidmətdən  yayınmada 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin