Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix06.09.2017
ölçüsü3,02 Mb.
#29140
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

bilər. Söz azadlığı ilə bağlı 
müəyyən mənəvi və hüquqi 
məhdudiyyətlərin vacibliyi 
bununla şərtlənir. 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
155
qanunauyğun  olanla  qanunauyğun  olmayanı  ayıran  xətti  görünməz  edir. 
Buna görə də, xüsusilə KİV-in fəaliyyətində dəqiq kriteriyaların yaradılmasına 
ehtiyac var.
Hüquqdan  sui-istifadə  halları  həmişə  hüquqşünas  alimləri  düşündür-
müşdür. Tədqiqatçılar bu halı yaradan bir neçə səbəbi qeyd edirlər. Məsələn, 
İ.N.Senyakin  belə  hesab  edir  ki,  birincisi,  sui-istifadənin  nəticələri  müasir 
qanunvericilikdə o qədər də aydın təsbit olunmamışdır. İkincisi, bu cür nəticələr 
heç də həmişə tam hüquqi xarakter daşımır. Üçüncüsü, qanunvericiliyin qeyri-
mükəmməlliyi bəzən subyekti belə hərəkətlərə sövq edir [6, s.7].
Hüquqdan sui-istifadə təkcə əxlaqi deyil, ilk növbədə hüquqi təzahürdür. O, 
şəxsdə subyektiv hüquqların sayını, bu hüquqları reallaşdırmaq üzrə fəaliyyəti 
həyata keçirməyi, sui-istifadənin şəxsi və ya ictimai maraqlara zərər vurmasını, 
konkret hüquqi qadağaların pozulmasının olmamasını nəzərdə tutur. Bu say-
dıqlarımızı tamamilə kütləvi informasiya azadlığından sui-istifadəyə aid etmək 
olar. KİV-in azadlığından sui-istifadənin mahiyyəti jurnalistlərə verilən hüquqla-
rın onların təyinatında əks olmasıdır. Jurnalistlər öz hüquqlarını realizə edərkən 
sosial  baxımdan  vacib  funksiyaları  lazımınca  yerinə  yetirmirlər.  Nəticədə  isə 
qeyri-obyektiv informasiyanın verilməsi, böhtan xarakterli şayiələrin yayılması, 
təhqiredici  ifadələrin,  sifarişli  məqalələrin  çap  olunması,  kütləvi  şüura  mənfi 
stereotiplərin yeridilməsi halları baş verir. KİV-in fəaliyyət sferasında hüquqdan 
sui-istifadəni  aid  olduğu  konkret  subyektin  mövqeyində  nəzərdən  keçirmək 
olar. Bu, redaksiya, jurnalist və s. ola bilər.
3. KİV-in fəaliyyətində sivilizasiyanın müxtəlifliyi vacib amildir
Azərbaycan Respublikası beynəlxalq hüququn müstəqil subyektinə çevril-
miş, dövlətçiliyini müntəzəm şəkildə inkişaf etdirməyə və milli maraqları qo-
rumağa istiqamətlənmiş xarici siyasət həyata keçirir. Azərbaycanın müasir sivil 
inkişaf prosesinə qoşularaq onun fəal subyektinə çevrilməsi daha çox aşağıda 
göstərilən iki mühüm amillə şərtlənir:
- Azərbaycanda sivil cəmiyyət quruculuğunun davamlı xarakter daşıması.
- Azərbaycanın qlobal informasiya məkanına sürətli inteqrasiyası.
Birinci amil Azərbaycanın siyasi qloballaşmasını zəruri etmişdirsə, ikinci amil 
informativ qloballaşmanın determinantına çevrilmişdir.
 Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq 
və  regional  təşkilatlara,  o  cümlədən  İslam  Konfransı  Təşkilatı,  Birləşmiş 
Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa Şurası və çoxlu sayda digər 
təşkilatlara üzv olmuş, NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlıq et-
mişdir [7, s.185].
Lakin  ölkənin  qlobal  informativ  məkana  inteqrasiyası  onun  inkişafını  sti-
mullaşdırmaqla yanaşı, bəzi problemlər də yaradır. Onların vaxtında aşkarlan-
ması və önləyici tədbirlərin görülməsi həyati vacib məsələlərdəndir. Ölkənin 
qloballaşma prosesində fəal iştirakı özlüyündə ictimai inkişafın qarantı olaraq 
KİV sahəsində mühüm beynəlxalq dəyərlərin ratifikasiyası ilə yadda qalmışdır. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
156 
Dinamik  dəyişən  dünyada  özünə  layiqli  yer  tutmağa  çalışan  dövlətlər  yeni-
yeni inkişaf konsepsiyaları hazırlayırlar. Son illər Azərbaycanda KİV sahəsində 
bir  çox  yeni  inkişaf  strategiyaları  hazırlanmışdır,  o  cümlədən  cəmiyyətin 
modernləşməsi və demokratikləşməsi, KİV sahəsində qanunvericiliyin inkişaf 
etdirilməsi sahəsində bir sıra konseptual tədqiqatlar aparılmışdır. 
Demokratik dövlətlərdə vətəndaşların informasiya əldə etmək zərurəti KİV-in 
cəmiyyətin həyatında təkcə informasiya siyasətinin obyekti kimi deyil, həm də 
subyekti kimi mühüm rol oynamasına səbəb olur. Bu mənada etiraf etmək lazım-
dır ki, KİV vətəndaş cəmiyyəti strukturunda öz rolunu yerinə yetirməklə vətəndaş 
cəmiyyətinin digər institutlarının formalaşması vəzifəsini həyata keçirir.
Dövlətçilik vətəndaş cəmiyyətinə daxilən xas olsa da, onunla eyni deyil. Mon-
teskyö vətəndaş və dövlət qanunlarını, siyasi qanunları bir-birindən fərqləndirir 
[8,  s.125].  Vətəndaş  qanunları  vətəndaş  cəmiyyətinə  xas  münasibətləri  - 
mülkiyyət, vətəndaşların könüllü birlikləri və s. münasibətləri reqlamentləşdirir. 
Dövlət qanunları isə başlıca olaraq siyasi hüquqları və elə həmin vətəndaşların 
azadlıqlarını nizamlayır. Monteskyö vətəndaş cəmiyyəti və dövlət qanunlarının 
dialektik vəhdətdə və ziddiyyətdə olduğunu göstərir və belə güman edir ki, bu 
vəhdətin bir tərəfinin yoxa çıxması hökmən böyük ictimai sarsıntılara gətirib 
çıxaracaq və bu baxımdan vətəndaş cəmiyyəti cəmiyyətin özbaşınalıqlardan və 
diktaturadan qorunmasının ən mühüm qarantıdır.
Vətəndaş cəmiyyəti özü təşkil olunan və öz-özünə inkişaf edən bir sistemdir. 
Bununla yanaşı, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti 
yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və 
səmərəli şəkildə fəaliyyət göstərir və inkişaf edir. Vətəndaş cəmiyyətinin həyati 
fəaliyyətinin başlıca şərti onun hər bir üzvünün konkret mülkiyyətə və ya belə 
bir mülkiyyətə yiyələnməkdə iştirak imkanına, ondan öz istədiyi kimi istifadə 
edə bilmək və onun barəsində sərəncam vermək hüququna malik olmasıdır. 
Mülkiyyət  sahibi  olmaq  vətəndaş  cəmiyyətində  şəxsiyyət  azadlığının  əsas, 
təməl şərtidir.
Vətəndaş cəmiyyəti geniş və hərtərəfli informasiyanı əldə etmək baxımın-
dan açıq bir cəmiyyətdir. Burada münasibətlər vətəndaşların bilavasitə bir-biri 
ilə əlaqə saxlaması ilə yanaşı, həmçinin qeyri-çap KİV - televeriliş, internet və 
radio vasitəsilə də inkişaf edə bilər. KİV vətəndaşların hüquqi düşüncəsinin for-
malaşmasına da əhəmiyyətli təsir göstərir.
Müasir  dövrdə  KİV-lərin  bu  qədər  inkişaf  etdiyi  dünyada  vətəndaş 
cəmiyyətləri  çox  zaman  dövlətin  müdaxiləsi  olmadan  daha  tez  xaotik 
vəziyyətlərlə üzləşir. Hələ Nikkolo Makiavelli öz dövründən çıxış edərək dövləti 
insan  iradəsinin  ən  ali  təzahürü,  ona  qulluq  etməyi  isə  həyatın  mənası  və 
xoşbəxtliyi hesab edirdi. Eyni zamanda o, belə güman edirdi ki, qorxu və zo-
rakılığın köməyi ilə öz təbəələrini idarə etmək imkanına və hüququna malik 
hökmdar onları qıcıqlandırmamaq üçün bundan sui-istifadə etməyəcək, onla-
rın mülkiyyət və şəxsi hüquqlarını pozmayacaq [9, s.86].
Hegel  vətəndaş  cəmiyyəti  problemini  nəzərdən  keçirərkən  bu  nəticəyə 
gəlib  ki,  vətəndaş  cəmiyyəti  öz-özlüyündə  Orta  əsrlərdən  Yeni  dövrə 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
157
uzunmüddətli  və  mürəkkəb  tarixi  keçid 
prosesində  ailədən  dövlətə  doğru  dialek-
tik irəliləyişin xüsusi bir mərhələsini əks et-
dirir.  Onun  fikrincə,  vətəndaş  cəmiyyəti  öz 
tələbatlarını  əmək  vasitəsilə  başqalarının 
tələbatlarına  uyğunlaşdıran  individumlar 
sistemi kimi çıxış edir [10, s.133]. Vətəndaş 
cəmiyyətinin  təməlini  şəxsi  mülkiyyət,  ma-
raqların  birliyi  və  vətəndaşların  qanunla 
təsbit  olunmuş  formal  ümumi  bərabərliyi, 
insanın təsadüflərdən qorunması təşkil edir. 
Yəni  vətəndaş  cəmiyyəti  insana  vətəndaş 
hüquqlarını  reallaşdırmaq  imkanı  yaradan, 
cəmiyyət  üzvlərinin  müxtəlif  maraqlarını, 
ehtiyaclarını və dəyərlərini ifadə edən qeyri-
dövlət,  ictimai  əlaqələr  və  institutlar  siste-
midir. Vətəndaş cəmiyyəti dövlətdən təcrid 
edilmiş və istənilən formada onunla müxa-
lif olan hansısa sosial məkan deyil. Əksinə, 
vətəndaş cəmiyyəti və dövlət bir-biri ilə sıx 
əlaqədədir.  Çünki  dövlət  ictimai  həyatda 
idarəetmə və vasitəçi funksiyalarını həyata keçirərkən, vətəndaş dəyərləri və 
institutları ilə əlaqədə olmağa məhkumdur.
Dövlətlə vətəndaş cəmiyyəti bir-biri ilə ayrılmaz vəhdət və vahid ictimai or-
qanizmin iki hissəsini təşkil edir. Normal inkişaf etmiş vətəndaş cəmiyyəti azad 
və demokratik fərdlərarası münasibətlər, ictimai fərdlərin müxtəlif maraqlarının 
və  tələbatlarının  ödənilməsi  üçün  şərait  yaradır.  Vətəndaş  cəmiyyətini  təşkil 
edən  institutların  dövlətlə  müqayisədə  müstəqil  olma  dərəcəsi  cəmiyyətdə 
hakimiyyət  bölgüsünə  və  hakimiyyətin  xarakterinə  həlledici  təsir  göstərir. 
Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin 
maraqlarını  cəmləşdirir.  Bu  isə  bəzən  xoşagəlməz  hallara  yol  açır.  Belə 
vəziyyətləri aradan qaldırmaq, müəyyən mənada sosial harmoniyanı yaratmaq 
vəzifəsi isə yalnız vətəndaşların borcu deyil.
Bu  mənada,  KİV  vətəndaş  cəmiyyətinin  mükəmməl  komponenti  kimi  çı-
xış etməklə fərdi şüur ilə cəmiyyət arasında əlaqə yaradır və bu əlaqə vasitəli 
xarakter  daşıyır.  Azərbaycanda  da  çap  və  elektron  KİV-lər  artıq  cəmiyyətin 
mənəvi həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar insanın bütün şüurlu həyatı 
boyunca sınaqdan keçirdiyi amillərə aiddir.
Aydın  olur  ki,  KİV  informasiyanın  məqsədyönlü  şəkildə  ötürülməsi  ilə 
vətəndaş cəmiyyətinin və şəxsiyyətin formalaşmasında ən vacib vasitədir. KİV 
vasitəsilə insan dövlətdən və cəmiyyətdən o informasiyanı mənimsəyir ki, həmin 
informasiya  onun  şəxsiyyət  kimi  formalaşmasında  və  vətəndaş  cəmiyyətinin 
inkişafında  mühüm  rol  oynayır.  Bir  çox  alimlər  KİV-in  vətəndaş  cəmiyyətinə 
daxil olmasının ənənəvi olduğunu hesab edirlər. Məsələn, N.İ.Matuzov qeyd 
Dövlətlə vətəndaş cəmiyyəti 
bir-biri ilə ayrılmaz vəhdət və 
vahid ictimai orqanizmin iki 
hissəsini təşkil edir. Normal 
inkişaf etmiş vətəndaş 
cəmiyyəti azad və demokratik 
fərdlərarası münasibətlər, 
ictimai fərdlərin müxtəlif 
maraqlarının və tələbatlarının 
ödənilməsi üçün şərait 
yaradır. Vətəndaş cəmiyyətini 
təşkil edən institutların 
dövlətlə müqayisədə müstəqil 
olma dərəcəsi cəmiyyətdə 
hakimiyyət bölgüsünə və 
hakimiyyətin xarakterinə 
həlledici təsir göstərir. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
158 
edir ki, onun ən vacib elementi müxtəlif növ deyil, yalnız azad KİV-dir [11, s.66]. 
Lakin V.S.Mokrıv hesab edir ki, onun üçün ən vacibi dövlət KİV-idir [12, s.28].
KİV  cəmiyyətdə  təkcə  informasiyanın  yayılma  aləti  kimi  deyil,  həm  də 
hakimiyyət və vətəndaş cəmiyyəti orqanı rolunda çıxış edir. Buradan da KİV-
in fəaliyyətinin qiymətləndirilməsində iki vəzifə ortaya çıxır. Bir tərəfdən onlar 
hakimiyyət strukturlarının fəaliyyət prosesinə informasiya xidməti göstərirlər, 
digər  tərəfdən  ayrı-ayrı  şəxslərin,  sosial  qrupların  və  bütövlükdə  vətəndaş 
cəmiyyətinin müxtəlif tələbat və maraqlarının reallaşma prosesini informasiya 
ilə təmin edirlər. Sağlam ictimai orqanizmdə göstərilən əksliklər cəmiyyətdə 
qarşılıqlı konstruktiv dialoq əsasında həll edilir.
KİV  sosial  tipindən  asılı  olmayaraq  vətəndaş  cəmiyyətinin  institutudur, 
fəaliyyəti  informasiya  azadlığının  konstitusion-hüquqi  prinsipinə  əsaslanır, 
öz hüquq və vəzifələrinə uyğun kənar təsir olmadan fəaliyyət göstərir. KİV öz 
fəaliyyətində sivilizasiyanın müxtəlifliyini nəzərə almalıdır [13, s.71]. Media qa-
nunvericiliyinin təkmilləşməsi həm də fikir və söz azadlığından sui-istifadə hal-
larının azalmasına müsbət təsir göstərir. Fikir, söz azadlığı və informasiya hüqu-
qu bir-biri ilə sıx bağlıdır. Belə ki, informasiya mənbəyinə giriş imkanı olmayan 
vətəndaş  sosial-siyasi  hüquqlarından  tam  həcmdə  istifadə  edə  bilməz.  Fikir 
azadlığına  Konstitusiya  tərəfindən  zəmanət  verilməsi  o  deməkdir  ki,  dövlət 
insanın şəxsi rəyinin formalaşmasına qarışmır, onu kənar müdaxilələrdən qo-
ruyur, şəxsiyyət üzərində hər hansı güc tətbiqetmə və ya nəzarətə yol vermir. 
 Söz azadlığı dövlətin zəmanət verdiyi öz fikrini sərbəst ifadə etmək imka-
nıdır. Fikrini sərbəst ifadə etmək azadlığı bir çox digər hüquq və azadlıqların 
(seçkilərdə iştirak hüququ, petisiya hüququ, vicdan azadlığı, yaradıcılıq hüqu-
qu, təhsil hüququ və s.) əsasında dayanır.
 Müxtəlif baxışların, rəylərin real zəmanətli sərbəst ifadəsi, tənqid azadlığı 
demokratikliyin konkret göstəricisidir.
  İnformasiyanın  bəzi  növləri  qapalı  xarakter  daşıyır,  yəni  yayılmaq  üçün 
nəzərdə  tutulmur.  Belə  informasiyaya  malik  olan  vətəndaşlar  onu  təkcə 
təşkilati-texniki deyil, həm də hüquqi yollarla qorumaq imkanına malikdirlər. 
Məxfilik haqqında anlayış KİV qanunvericiliyində tam təsvir olunmuşdur. İnfor-
matorun şəxsiyyətinin gizli saxlanılmasını təmin edən hüquqi zəmanət KİV-ə 
bəzən  onlardan  sensasion  məlumatlar  almağa  imkan  verir.  Lakin  bu  zaman 
imkan vermək olmaz ki, anonimlik böhtana, ictimai rəyin manipulyasiyasının 
digər üsullarına xidmət etsin.
Nəticə
Sivilizasiyanın  müasir  inkişaf  dövrü  industrial  cəmiyyətdən  informasiya 
cəmiyyətinə  keçidlə  xarakterizə  olunur.  “İnformasiya”  termini  getdikcə  daha 
böyük  dərəcədə  siyasi,  iqtisadi  və  hüquqi  ölçü  əldə  edir.  Bu,  hər  şeydən 
əvvəl informasiya sferasının cəmiyyətin həyatına təsirinin artması ilə şərtlənir. 
İ.N.Panarinin  sözlərinə  görə,  informasiya  istənilən  sistemin  dözümlülüyünü 
təmin edən idarəetmə və inkişaf proseslərinə bilavasitə aiddir [14, s.9].

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
159
İnformasiya qərarların qəbulu və gələcək situasiyanın qurulması mənbəyidir 
[13, s.18]. Daha tam məlumat qanunvericilər üçün olduğu kimi, vətəndaş üçün 
də  lazımdır.  İnsan  özünə  faydalı  olan  qərarı  qəbul  etmək  üçün  maksimum 
qiymətli informasiya əldə etməyə çalışır. Belə cəhdin reallaşması fərdin azadlı-
ğının sübutudur. Azad olmaq, yəni qərar qəbul etmək, vacib texniki vasitələrə, 
onları reallaşdırmaq üçün sosial resurslara malik olmaq üçün insan siyasi və hü-
quqi mənada azad və informasiyanın bütün növlərinə, forma və səviyyələrinə 
maneəsiz yol tapmaq imkanına malik olmalıdır. A.S.Mordovets informasiyanı 
aşkarlığın nüvəsi hesab edir. Aşkarlıq vətəndaş cəmiyyətinin həyatında və onun 
mənəvi  inkişafında  qanunauyğun  təzahürdür,  insanın  hüquq  və  azadlığının, 
şərəf və ləyaqətinin qorunmasında effektiv vasitədir [15, s.146].
Azad  KİV-in  vətəndaş  cəmiyyətinin  və  hüquqi  dövlətin  formalaşması-
nın mütləq şərti olması haqqında müxtəlif fikirlər irəli sürülür. KİV vasitəsilə 
vətəndaşların informasiya hüququ təmin edilir. İnformasiya hüququ və infor-
masiyanın azad mübadiləsi bir tərəfdən vətəndaşların əsas hüquq və azadlıq-
larına aiddir, digər tərəfdən vətəndaşların ictimai idarəetmədə iştirak hüququ-
nun reallaşmasının əsas mexanizmlərindən biri kimi çıxış edir. 
Bəzən KİV-in fəaliyyəti sahəsində qanunvericiliyin mükəmməlləşdirilməsinə 
ehtiyac yaranır. Belə ki, mövcud hüquq normalarının köməyi ilə tənzimlənməsi 
mümkün olmayan münasibətlər meydana çıxır. KİV haqqında qanunvericiliyin 
mükəmməlləşdirilməsi  beynəlxalq  standartlar  əsasında  aşağıdakı  prinsiplərə 
uyğun reallaşdırılır:
-   ictimai əhəmiyyətli informasiyanın açıqlığı və onun maneəsiz əldə olunması 
prinsipi;
-   KİV təşkilatlarının müstəqilliyinin dövlət orqanları tərəfindən qanunvericiliklə 
təminatı prinsipi;
-   mülkiyyət məsuliyyətinin mütənasibliyi prinsipi;
-   dövlət tərəfindən iqtisadi baxımdan maksimal əlverişli şəraitin yaradılması 
prinsipi;
-   KİV-in fəaliyyəti sahəsində mülkiyyət münasibətlərinin şəffaflığı prinsipi;
-   jurnalist kadrların yüksək peşəkarlığı prinsipi və s.
Vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün onların bir-biri ilə  böyük 
həcmdə informasiya mübadiləsi aparmaları vacibdir. Bu informasiyaya müvafiq 
olaraq onlar öz tərəfdaşlarının hərəkətlərini qabaqcadan görə, öz davranışları-
nı müəyyənləşdirə və gələcək fəaliyyət planlarını formalaşdıra bilərlər. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
160 
İstifadə edilmiş ədəbiyyat:
1.   Qanunlar toplusu. “Azərbaycan” nəşriyyatı, № 6. Bakı, 1998.
2.   Əliyev H. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, 
müsahibələr. Səkkizinci kitab: noyabr, 1996 – mart, 1997 / Buraxılışa məsul R. Meh-
diyev. – Bakı: Azərnəşr, 1998, – 488 s.
3.   Прохоров Е.П. Журналистика и демократия. Учебник пособие. 2-e изд., 
Mосква, 2004,  -96 с.
4.   Sosial-siyasi problemlər. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə 
və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Politologiya və siyasi sosiologiya şöbəsi, IX 
buraxılış. Bakı, 2003, -279 s.
5.   Гулыга А.В. Немецкая классическая философия. Москва, 1986. -334 с.
6.  Сенякин И.Н. Теория и практика ограничения прав человека по российскому 
законадательству и международному праву. В 2-х ч. Н.Новгород, 1998, -165 с.
7.   Azərbaycan və Avropa Şurası. Bakı: “Avrasiya-Press”, 2009, -237 s.
8.   Монтескье Ш. Избранные произведения, М.: 1998.
9.   Machiavelli Niccolo. The Prince. Trans. by Marriott W.K., JC: Political science, Politi-
cal theory, 2006
10.  Гегель Г. Сочинения в 14 т. М.: Соцэкиз, т. 7, 1934. 
11.  Матузов Н.И. Актуальные проблемы теории права. Саратов, 2003.
12.  Мокрый В.С. Местное самоуправление в Российской Федерации как институт 
публичной власти в гражданском обществе. Самара, 2003. .
13.  Ракитов А.И. Философия компьютерной революции. Москва,1991, -281 с.
14.  Панарин И.Н. Информационная война и выборы. Москва, 2003, -235 с.
15.  Мордовец А.С. Социально-юридический механизм обеспечения прав 
человека и гражданина / Под ред. Н.И. Матузова. Саратов: СВШМВДРФ, 1996, 
-288 с.
Vugar Rahimzade 
Theoretical and political look at legal regulations of the media 
Despite the fact that the media is often called the “fourth authority” in 
the political system, it plays an important role in the structure of civil so-
ciety.  Political  decisions  aimed  atregulating  the  “fourthauthority”s  activity 
have always provided the opportunity to precisely evaluate the separation 
of powers. A civil society structure is a broad concept. As the development 
of capitalism has strengthened the economic foundation of these societies, 
so does the institution building accelerate the dynamics of civil society. At 
the same time mass media is accepted as a special field that needs a legal 
regulation within a civil society structure.
Вугар Рагимзаде
Теоретико-политологический взгляд на правовое регулирование
деятельности СМИ
Несмотря  на  то,  что  СМИ  часто  называют  “четвертой  властью” 
в  политической  системе,  они  играют  важную  роль  в  структуре  
гражданского  общества.  Политические  решения  направленные 
на  деятельность  “четвертой  власти”  во  все  времена  обеспечивали 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
161
возможность  точно  оценить  разделение  властей.  Структура 
гражданского  общества  представляет  собой  широкое  понятие.  Как 
развитие  капитализма  укрепило  экономические  основы  этих  обществ, 
так и формирование институтов СМИ ускоряет динамику гражданского 
общества. В то же время СМИ воспринимаются как специальная область, 
которая нуждается в правовом регулировании в структуре гражданского 
общества.

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
162 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
163
XARİCİ  SİYASƏT  VƏ 
DİPLOMATİYA TARİXİ 
MƏNBƏLƏRDƏ

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
164 
XV–XVI əsrlərdə 
Azərbaycanın 
türk dövlətləri ilə 
diplomatik əlaqələri 
tarixindən

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
165
Açar sözlər: Azərbaycan, XV-XVI əsrlər, türk dövlətləri, diplomatiya tarixi, Osmanlı 
imperiyası, Sultan Süleyman Qanuni, I Şah İsmayıl, Teymur, Xoca Səadəddin Əfəndi, 
“Tac üt-təvarix”
Key words: Azerbaijan, XV-XVI centuries, Turkish states, diplomatic history, Ottoman 
Empire,  Sultan  Suleyman  the  Great  (Ganuni),  Shah  Ismail  I,  Tamerlane,  Khodga 
Sadeddin Efendi, “Tajut-tevarikh”
Ключевые  слова:  Азербайджан,  XV-XVI  века,  Тюркские  государства,  история 
дипломатии,  Османская  империя,  Султан  Сулейман  Великолепный  (Кануни), 
Шах Исмаил I, Тимур (Тамерлан), Ходжа Садеддин Эфенди, “Тадж ут теварих” 
XV–XVI əsrlərdə 
Azərbaycanın 
türk dövlətləri ilə 
diplomatik əlaqələri 
tarixindən
Tahir 
CƏFİYEV 
AMEA A.Bakıxanov adına 
Tarix İnstitutunun aparıcı elmi işçisi, 
tarix üzrə fəlsəfə doktoru  
Cafievtahir@gmail.com

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
166 
Giriş
Zəngin  dövlətçilik  tariximizin  öyrənilməsində  Azərbaycan  dövlətlərinin 
diplomatik  münasibətlərinin  tədqiqi  müstəsna  əhəmiyyət  kəsb  edir.  Orta 
əsrlərdə Azərbaycanın mövcud olduğu regionda diplomatik münasibətlərdən 
danışarkən  tədqiqatçıların  əksəriyyəti  türk–müsəlman  dövlətlərində  bu 
əlaqələrin  elçilər  vasitəsilə  tənzimləndiyini  qeyd  etmişlər.    Tədqiqatçıların 
əsərlərində  dövrə  bağlı  diplomatik  etiket  qaydaları,  dövlət  başçıları  və 
şahzadələrin qəbulu məsələlərinə diqqət yetirilmişdir. 
1. Orta əsr qaynaqlarında hökmdarlar və şahzadələrin 
qarşılanma mərasimlərinin təsviri
Orta  əsr  qaynaqlarında  hökmdarlar  və  şahzadələrin  başqa  dövlətlərə 
getmələrinin geniş təsviri yer almaqdadır. Bu materiallara əsasən deyə bilərik 
ki,  hökmdarların  başqa  dövlətlərə  getmələri  onların  taxt-tacları  üçün  ciddi 
təhlükə olduğu təqdirdə mümkün olurdu. XIV əsrin sonu XV əsrin əvvəllərində 
Əmir Teymur təhlükəsi üzündən Sultan Əhməd Cəlairi və Qara Yusifin əvvəlcə 
Osmanlı  dövlətinə,  sonra  isə  Misir  Məmlük  dövlətinə  getmələri  məlum 
hadisədir. Hökmdar və şahzadələrin başqa dövlətlərə getdikləri zaman siyasi 
vəziyyətdən asılı olaraq qəbul edilmələrinin mənbələrdə təsviri bir sıra tarixi 
həqiqətləri ortaya qoymağa imkan verir. Bu baxımdan XVI əsr Osmanlı müəllifi 
Xoca  Sədəddin  Əfəndinin  “Tacüt-təvarix”  əsərində  Qaraqoyunlu  hökmdarı 
İsgəndər Mirzənin Ruma getməsinin təsviri maraq doğurur. Xoca Əfəndi yazır: 
“Bu ildə Teymur xan oğlu Şahrux qorxusundan İsgəndər bəy qaçıb Ruma gəldi 
və Şahrux Mirzə İraq vilayətini qarət və xərab etdi” [1,  s.630/178a; 2, I c.,  s.366; 
3, II c., s.200]. İsgəndər Mirzə qışı bu diyarda keçirmək üçün Osmanlı sultanına 
übudiyyətnamə (itaət məktubu - T.C.) yazır. Burada o, Osmanlı sarayına bağ-
lılığını atasının və Osmanlı sultanının babası arasında olan dostluğun davamı 
kimi xatırladır və qışlamaq üçün bir guşə rica edir. II Sultan Murad isə Amasya 
və Toqat hakimi olan Yerküc paşaya hökm göndərərək “orada İsgəndər Mirzəni 
yerləşdirməkdə ehtiyatlı davranmağı, padşaha uyğun bir şəkildə onu qonaq 
saxlamağı” tövsiyə edir [2, I c., s.348; 3, II c., s.178]. Osmanlı sultanının ehtiyatlı 
davranma tələbi, təbii ki, Ruma doğru çəkilən Qaraqoyunlu hökmdarının güclü 
hərbi  qüvvəyə  malik  olmasından  irəli  gəlirdi.  Belə  ki,  Toqata  çəkilməmişdən 
əvvəl  onun  yolunu  Gürcüstan  sərhədində  “Duşqaya”  adlı  yerdə  Ağqoyunlu 
qüvvələri kəsmişdi, lakin onlar İsgəndər Mirzə tərəfindən məğlubiyyətə uğra-
dılmışdı. Bu zaman arxadan İsgəndər Mirzənin qoşununu Şahruxun oğlu Əmir 
Cöngənin  [ərəb  qrafikasının  türk  sözlərinin  oxunmasında  yaratdığı  yanlışlıq 
üzündən onun adı müasir elmi ədəbiyyatda “Cuki” kimi verilir. Düzgün oxunuş 
üçün bax: 4, s.29; 5, s.146] başçılığı altında Teymuri qüvvəsi təqib edirdi. Ağqo-
yunlular İsgəndər Mirzənin qarşısında tab gətirə bilmədiklərindən Ərzincana 
çəkilmiş və 1435-ci il avqustun sonu - sentyabrın əvvəllərində burada Qara-
qoyunlu  sərkərdəsi  ilə  Qara  Yuluq  arasında  baş  vermiş  döyüşdə  acınacaqlı 
məğlubiyyətə uğramışdılar. Nəticədə İsgəndər Mirzə Ağqoyunlu bəyinin başını 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin