Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal


Orta əsr diplomatiyasını praktik olaraq həyata



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix06.09.2017
ölçüsü3,02 Mb.
#29140
1   ...   17   18   19   20   21   22   23   24   25

2. Orta əsr diplomatiyasını praktik olaraq həyata 
keçirən elçilər haqqında
Qaynaqlarda orta əsr diplomatiyasını praktik olaraq həyata keçirən elçilər 
haqqında da maraqlı məlumatlara rast gəlinir. Şahın adından danışan yüksək 
məqamlı elçinin hökmdarı gözləməsi faktı da mənbələrdə öz əksini tapır. Belə ki, 
Xorasan səfərindən geri dönən I Şah Abbas  Osmanlı dövlətinə elçi göndərmək 
istəyir. O, Fərhad xanın xahişinə görə, “bu xidməti Zülfüqar xana tapşırdı və 
xan tam hazırlıqla Ruma yollandı, həqiqətən də öz vəzifəsini ləyaqətlə yerinə 
yetirdi. Zülfüqar xan ləşkərin ən seçilmiş adamlarından olan üç yüz mülazimi-
ni təmtəraqla bəzəyib özü ilə apardı və həmin səfərdə çox məsələni [lazımi 
kimi]  başa  çatdırdı.  Belə  ki,  rumiyyənin  bəzi  alçaq  xislətli  adamları  xanı 
səfehlik və israfda günahlandırsalar da, Rum padşahı, vəzirlər və paşalar 
xana cənnətməkan şahın vaxtında olduğundan da böyük ehtiramla yanaşmış-
dılar. Bu il Avropa [ölkələri] (firəngiyye) hücum edib saysız-hesabsız ləşkərlə 
Rum məmləkətlərinə qoşun çəkdilər, Sultan Murad xanın hakimiyyəti zamanı 
[osmanlıların] avropalılardan aldıqları qala və başqa yerləri geri almaq istədilər. 
Sultan Məhəmməd xan özü şəxsən onlara qarşı yollandı. Zülfüqar xan İstan-
bula çatdıqda xandgar həmin səfərdəydi. [Buna görə də Zülfüqar xan] Sultan 
Muradın gəlişinədək İstanbulda gözlədi. ...Məhəmməd xan zəfərlə İstanbula 
qayıtdı və Zülfüqar xan padşahla görüşdü. Həzrət xandgar o qələbə barədə 
əlahəzrətə  məktub  yazaraq,  onu  hələ  Zülfüqar  xanın  [İstanbula]  gəlişindən 
əvvəl  göndərmiş,  bu  tərəfdən  də  sultana  dostluq  və  məhəbbət  [hissləri  ilə] 
dolu  məktub  yola  salınmışdı.  Zülfüqar  xana  izzət  və  ehtiram  göstərildi  və 
o, layiqli töhfə və hədiyyələrlə geri döndü, gələn il [Qəzvinə] çatdı, xandgar 
tərəfindən əlahəzrətə məhəbbət üslublu və ədəbli müraciətlərlə dolu sözlərlə 
yazılan məktubu, həmçinin töhfə və hədiyyələri təqdim etdi [11, s.949, 999]. 
Qaynaqlarda “elçi” termininin qasid və ya rəsul ekvivalentlərindən də istifadə 
olunur. Məsələn, Şah İsmayılın Çaldıran döyüşü ərəfəsində göndərdiyi məktubu 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
174 
gətirən  adam  birinci  halda  “elçi”,  qətlinə 
fərman verildikdə isə “qasid” adlandırılır [15, 
II c., s.250; 3, IV c., s.183].  Xoca Sədəddin el-
çinin  ozamankı  beynəlxalq  münasibətlərdə 
statusunu  da  müəyyən  edən  ifadəni  öz 
əsərinə  salmışdır.  Belə  ki,  Sultan  Səlim  gü-
nahlarına  görə  sulta  hafizi  Həsəncanı  suç-
layan  I  Sultan  Süleymanın  vəziri  İbrahim 
paşa belə deyir: “Elçinin işi ancaq söz çatdır-
maqdır,  məzmunu  üzrə  elçiyə  zaval  olmaz 
– xatirihəzrətlərinə (Sultan Səlimə) bəlli ikən 
qızılbaşdan  gələn  elçiləri  həbs  etdiklərinə 
səbəb nədir? Xüsusilə, Mir Abdulvahab kimi 
hörmətli seyidi və alimi həbs etmək münasib 
idimi?”. Bununla da Xoca elçinin toxunulmazlıq statusunun olmasını yada salır 
[15, c.II, s.374; 3, c.IV, s.213].
Ş.Fərzəlibəyli  Mahmud  Kaşğarinin  “Divani  lüğət-it-türk”,  Ə.Ə.Dehxudanın 
“Lüğətnamə”  əsərlərinə  istinadən  doğru  olaraq  “elçi”  sözünün  izahını  “el 
nümayəndəsi” kimi göstərmişdir [10, s.168]. O, həmçinin  orta əsrlər boyu da-
imi səfarətxana və ya daimi fəaliyyət göstərən səfirlərin olmadığını da qeyd 
etmişdir [10, s.169]. 
Tez-tez hərbi konflikt və toqquşmalara cəlb olunan feodal dövlətləri ara-
sında  münasibətlərin  tənzimlənməsində  elçi-səfirlərin  müstəsna  xidmətləri 
olmuşdu. Türk dünyasında, o cümlədən də Azərbaycanda göndərilən elçilər 
minik vasitəsi olan atlarla ilk növbədə təmin olunurdular. Çingiz xan Yasa-
sına  görə,  elçilərin  imperiyanın  yam  (poçt)  xidmətindən  pulsuz  istifadə 
etmək hüququ var idi [16, 19, 25].  1487-ci ildə Məkkəyə mahmal aparacaq 
zəvvarlardan nə elçi, nə də yamçılar üçün ulağa (minik heyvanlarının alınma-
sı mükəlləfiyyəti – T.C.) alınmamasının əmr edilməsinin  Ağqoyunlu Sultan 
Yaqubun fərmanında əks olunması yuxarıda dediyimiz fikrini bir daha sübut 
edir [17, s.71].
Elçilik adəti mənşə etibarilə qədim türk dünyasına söykənir. Orta əsrlərin daha 
bir tədqiqatçısı Saleh Zakirov qeyd edir ki, diplomatik idarənin nümayəndələrinə 
mərtəbələrindən - ranqlarından asılı olaraq xüsusi geyim geyməyə icazə ve-
rilirdi [17, s.110]. “Tacüt-təvarix”də Sultan Fateh Məhəmmədin Misirə getmiş 
elçisi Məmlüklər tərəfindən alçaldılmaya məruz qalmışdı. Bu zaman Məmlük 
əmirləri elçini atdan yerə enməyə vadar etmiş, özləri isə at üstündə qalmışdılar. 
Osmanlı elçisi bu vaxt paltarını çıxarmamış öz hökmdarının yanına gəldikdə isə 
onu cırmışdı [2, I c., s.568; 3, III c., s.170]. Eyni hərəkəti təhqir olunaraq Sultan 
Əhməd Cəlairinin yanından qayıdan Toxtamış elçisi tərəfindən öz hökmdarının 
yanında etdiyinin də şahidi  oluruq [4, s.11]. “Aşiqpaşazadə tarixi” elçi geyimi-
nin adını - ﮏﻳدا  - şəklində saxlamışdır (18, s.209). Qədim türk lüğətində isə 
biz “ıd” – göndərmək feilinə, həmçinin “ıduk” müqəddəslik və təmizlik bildirən 
sözlərə rast gəlirik [19, s.217]. Deməli, elçinin əynindəki paltar onun göndərilən 
və toxunulmaz olmasını simvollaşdırırdı. 
Qaynaqlarda “elçi” 
termininin qasid və ya 
rəsul ekvivalentlərindən də 
istifadə olunur. Məsələn, Şah 
İsmayılın Çaldıran döyüşü 
ərəfəsində göndərdiyi 
məktubu gətirən adam 
birinci halda “elçi”, qətlinə 
fərman verildikdə isə “qasid” 
adlandırılır. 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
175
Elçilərə məktublarda yazılmayan, lakin elçiliyin məqsədini daha geniş əhatə 
edib, danışıqlar aparmağa imkan verən tapşırıq və səlahiyyət verilirdi. Bu isə 
elçilərin olduqca etibarlı şəxslər olduğunu göstərir. 
Elçi göndərilməsi həm də mütəmadi xarakter daşıyırdı. Bəzi tədqiqatçıların 
əsərlərində daimi səfirlərin olmas faktları da yer almaqdadır [10, s.168-169].
Şah  İsmayıl  Şeybək  xana  məktubunda  “elçilər  və  məktublar  göndərmək 
işində meydana çıxmış ləngliyin və təxirə salınmaların üzrlü səbəbdən baş ver-
diyini”  nəzərə çatdırır, “belə qəbul olunmuş mərasimlərə və ənənəvi qaydalara 
riayət etməyə macal tapmamasından” şikayətlənirdi [20, s.52]. “XVI əsr boyun-
ca  Osmanlı  imperiyası  və  Azərbaycan  Səfəvilər  dövləti  arasında  müxtəlif  tari-
xi hadisələr münasibətilə (taxta çıxan hökmdarı təbrik etmək, sülh müqaviləsi 
imzalamaq, fəthnamə çatdırmaq və s.) elçi heyətlərinin mübadiləsi baş vermiş-
di. Dövrün diplomatiya qaydalarına görə, elçi ilə birlikdə qiymətli hədiyyələrin 
göndərilməsi  də  nəzərdə  tutulurdu”  [21,  s.79].  Şahin  Fazil  qeyd  edir  ki,  “XVII 
əsrdə Səfəvi və Osmanlı saraylarından Qərb ölkələrinə göndərilən rəsmi dövlət 
məktubları, əsasən, fars, qismən də türk dillərində yazılırdı. Məsələn, 1618-ci 
ildə Rusiya çarı tərəfindən Səfəvi hökmdarının yanına yollanan yüksək dərəcəli 
elçinin göndərdiyi məktub türk dilində yazılmışdı. İsgəndər bəy yazır: “Həmçinin 
bu il o uca sülalənin (romanovların) mötəbər əmir və knyazlarından (kənnas) 
ibarət  böyük  bir  elçi  heyəti  Xəzər  dəryası  və  o  çöllərdən  keçərək  Şirvanın 
Dərbəndinə gəldi və Hümayun şah (I Sah Abbas) məiyyətinin ardınca Ərdəbildən 
[çıxıb] Qəzvin darüssəltənəsinə çatdı. O elçi də Səadət [abad] meydanında şah-
la görüş səadətinə yetişdi və mütərcim [tərcoman] vasitəsilə padşah tərəfindən 
özlərinin ehtiyac (niyazməndi) xahişini və möhkəm birlik (ettehad) istəyini ərz 
edərək, türk dilində yazılmış uzun bir məktubu şaha təqdim etdi” [11, I c., s.XXIII]. 
XVI  əsr  Osmanlı  müəllifi  Xoca  Səadəddin  Əfəndinin  “Tacüt-təvarix”  əsərində 
dövlətlər arasında əlaqələrin mühüm vasitələrindən biri olan diplomatik yazışma 
sənədləri də öz əksini tapmışdır. Müəllifin mühüm dövlət vəzifələrində çalışması 
ona diplomatik sənədlərlə tanış olmaq imkanı vermişdi. Elçilər vasitəsilə çatdırı-
lan bu məktubların müxtəlif cür adlandırılması (übudiyyətnamə, namei-bəşarət, 
namei-təvbix, misaqnamə, niyaznamə, təhniyyətnamə və s.) yalnız məktubların 
xarakterini  nəzərə  çatdırmaq  üçün  orta  əsr  tarixçiləri  tərəfindən  istifadə  olu-
nurdu. Məsələn, Xoca Səadəddinin I Şah İsmayıla yazılan tənbeh məktubu (na-
mei-tevbix) adlandırdığı məktubu Sultan I Səlim “Şanlı məktub” (name-i nam) 
adlandırmışdır  [15,  II  c.,  s.246-247;  3,  IV  c.,  s.177-180].  “Tacüt-təvarix”  Sultan 
Səlimin Şah İsmayıla yazdığı daha üç məktubu özündə qoruyub saxlayır. Dip-
lomatik sənəd olmaqla yanaşı, bu məktublar o dövrün düşüncə tərzini, dünya-
ya baxış sistemini özündə əks etdirir. Birinci məktubda Osmanlı sultanı özünü 
“xan” adlandırır, Şah İsmayıla “bahadur” deyə müraciət edir, məktubunu “yar-
lıq”  adlandırır.  “Tacüt-təvarix”in  başqa  bir  yerində  Xocanın  şahzadə  Qorquda 
münasibətdə onu “Qorqud noyon” [15, II c., s.224; 3, IV c., s.175] adlandırma-
sı monqol epoxasının izlərinin bu əsərdə hələ də qaldığını göstərir. Məktubda 
“xaqanlar  məzhəbinə  görə” ifadəsi də qədim türk izlərinin əsərdə yaşadığını 
əks etdirir. “İranın Kembric tarixi”nin müəllifləri “xaqan”, “noyon”, “bahadur” 
kimi titulların Elxani dövlətinin siyasi forması olaraq əxz olunduğunu qeyd edirlər 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
176 
[22, s.164,165]. Qeyd etmək lazımdır ki, monqol dövrü izlərinin XV-XVI əsrlər 
tariximizdə yaşaması təbiidir. V.V.Bartold yazırdı: “Monqol və türk məişəti eyni 
idi. Bundan əlavə, qərbə - Qızıl Orda və Türküstana gedən monqol köçəriləri 
öz dillərini itirib, türk dilini qəbul edirdilər” [23, s.193]. V.Z. Piriyev qeyd edirdi 
ki, Azərbaycana  gəlmiş 20-yə yaxın monqol–türk tayfası yerli əhaliyə qarışaraq 
assimilyasiyaya uğramışdı [24, s.17].
“Tarixi-aləm  aray-i  Abbasi”nin  səhifələrində  Çingiz  xan  qayda-qanununa 
əsasən  qucaqlaşma  mərasiminin  təsvirlərinin  yer  alması  təsadüfi  deyil.  XV– 
XVI əsrlərdə Azərbaycanın türk-müsəlman dövlətləri ilə diplomatiya tarixindən 
danışarkən diqətimizi cəlb edən “atdandüşmə” və “qucaqlaşma” adətinin də 
yer  aldığı  faktlar  qaynaqlar  əsasında  araşdırmaya  cəlb  edildi.  “Atdandüşmə” 
adətinə  gəlincə,  akademik  Z.Bünyadovun    Sədrəddin  əl-Hüseyninin  “Əxbar 
əd-Dovlə əs-Səlcuqiyyə” əsərinə istinadən verdiyi təsvir böyük maraq doğur-
du. Fars hakimi Zəngi ibn Mədud (1162–1175) Atabəy Şəmsəddin Eldəniz və 
Sultan  Arslanşaha  (1160-1176)  tabeçiliyini  bildirəndən  sonra  Atabəyin  elçi-
si ilə birlikdə onların görüşünə yollanır. “Atabəy Eldəniz Zənginin qərargaha 
yaxınlaşdığını  bilib,  bütün  ordunun  təcili  və  tam  silahlanmasına  əmr  verdi. 
Əmr yerinə yetirildi. Zənginin gələcəyi yerdə sultanla birlikdə qalan  atabəy  
Eldənizdən başqa bütün əmirlər onu qarşılamağa çıxmışdı.
Zəngi  Sultanın  yerləşdiyi  yerə  yaxınlaşıb  təntənənin  möhtəşəmliyini  və 
əzəmətini gördü. Bu onu qorxutdu və ağlını sarsıtdı. Onlar Sultana yaxınlaşanda 
əmirlər və haciblər atdan endilər, ona da tələsməyi əmr etdilər. O tələsdi,onun 
ruhunu dəhşət və itaət bürüdü, ürəyi isə dondu. Atabəy Eldəniz bunu sezən 
kimi öz atını ona sarı tərpətdi və haciblər (Zəngiyə) işarə ilə bildirdilər ki, bu, 
Atabəydir. O istədi ki, (atabəyin) atının dırnağı altındakı torpağı öpsün, ancaq 
atabəy  buna imkan vermədi. O, atını Zənginin yanına sürüb atın üstündə onu 
qucaqladı” [25,  s.48-49].
Nəticə
Beləliklə,  diplomatik  əlaqə,  yazışma  sənədləri  orta  əsr  Azərbaycan 
cəmiyyətinin siyasi durumu, mənəvi dünyası barədə təsəvvür yaratmaqla onun 
çoxəsrlik türk adət-ənənələrindən bəhrələndiyini göstərir.
D.B.Levin qeyd edirdi ki, orta əsrlərdə bir neçə beynəlxalq həyat mərkəzi 
və  onlara  müvafiq  yerli  beynəlxalq  hüquq  sistemi  mövcud  olmuşdur  [26, 
s.23].  Məqalədə  Azərbaycan  və  türk-müsəlman  dövlətləri  arasında  mövcud 
olmuş  əlaqələr  sisteminin  elementləri  barədə  təsəvvür  yaratmağa  cəhd  et-
dik. Burada elmi dövriyyəyə cəlb edilən faktlar XV–XVI əsrlər Azərbaycan dip-
lomatiyasının istinad etdiyi norma və qaydalara  nəzər salmağa imkan verir. 
Tədqiqatçılarımızın  diqqətindən  kənarda  qamış  diplomatik  etiket  və  qayda-
ların araşdırılması bu istiqamətdə aparılacaq elmi tədqiqatlar üçün zəmin ola 
bilər. Məqalənin faktik  materialları həmçinin Azərbaycanın zəngin dövlətçilik 
tarixinin təbliği istiqamətində də istifadə edilə bilər.

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
177
İstifadə edilmiş ədəbiyyat:
1.   Neşri M.   Kitab-i Cahannüma. c.I-II, İstanbul: TTK basım evi, 1949, 843 s.
3.   Hoca Satettin Efendi.   Tac üt-tevarih / yalınlaştıran I.Parmaksızoğlu. c.I, II, III, IV, V, 
İstanbul: Milli Egetim basım evi, 1979, -383 s., -348 s., -399 s., -407 s., 3-23 s.
4.   Metsopski Foma.  Teymurləngin və onun xələflərinin tarixi. Bakı: Azərbaycan SSR EA 
nəşriyyatı, 1957, -102 s.
5.   Мамедов С.А  Азербайджан по источникам XV - первой половины XVIII вв.. 
Баку: “Элм”, 1993,  -237 с.
6.   Əbubəkr Tihrani.  Kitabi-Diyarbəkriyyə Həsən bəy Ağqoyunlunun, onun sələflərinin 
tarixi  və  Qaraqoyunlu  və  Cığatay  tarixlərindən  ona  aid  olanlar  /  Fars  dilindən 
tərcümə edən, ön söz, şərhlər və göstəricilərin müəllifi Rahilə Şükürova. Bakı: “Elm”, 
1999, -314 s.
7.   Savory R. M. Studies on the history of Safavid Iran. London:Variorumreprints,1987, 
-191 p.
8.  SumerF.  KaraKoyunlular. c.I,  Ankara:  TTKbasımevi, 1984, -167 s.
9.  Qızılbaşlar  tarixi  /  Tərcümə  və  şərhlər  M.Ə.Məmmədinindir.  Bakı:    “Azərbaycan”, 
1993, -48 s.
10. Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV - XVl əsrlər). Bakı: “Elm”,1995, 
-198 s.
11. İskəndər bəy Münşi Türkman Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-
Abbasi). Fars dilindən çevirən Şahin Fərzəliyev (Şahin Fazil). Bakı: “Şərq-Qərb”, 2010, 
-1109 s.
12. Эфендиев О.А. Азербайджанское государство Сефевидов XVI векe. Баку: “Элм”, 
1981, с. 307
13. Ağalarlı Mübariz. XVI – XVII yüzilliklərdə Azərbaycan Səfəvi dövlətindən Osmanlı 
sarayına gedən elçilər / “Xəzər xəbər” jurnalı, № 325, yanvar 2014, s.54-58.
14. Ağayev R.Ə. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətləri (XV 
– XVI əsrlər). Bakı: “Kür”, 2004, -151s.
16. Vernadski G.V. Çingiz xanın ulu yasasının quruluşu haqqında. Bakı: “Ağrıdağ”,    
      2001, -39 s.
17. Закиров С.  Дипломатические отношения Золотой Орды с Египтом (ХIV - ХV 
вв.).  Москва: “Наука”, 1966, -160 с.
19.  Древнетюркский словарь. Ленинград: “Наука”,1969, -676 с.
20. Vilayəti  Ə.Ə.    Şah  İsmayıl  Səfəvi  dövründə  İranın  xarici  əlaqələr  tarixi.  Bakı:  “əl-
Hoda”, 1998, -421 s.
21. Hüseynova Fərəh. 1590-cı il İstanbul sülh müqaviləsi münasibətilə I Şah Abbasın 
Osmanlı sarayına göndərdiyi hədiyyələr  /Azərbaycan Tarixi Muzeyi – 2005.  Bakı: 
“Elm”, 2005, s.79-83.
22. The Cambridge history of Iran. v.VI, Jambridge: University Press, 1986, -1087 p.
23. Бартольд В.В.  Монгольское завоевание и его влияние на персидскую культуру. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
178 
XVII əsrin əvvəllərində 
Azərbaycan Səfəvi 
imperiyası ilə 
Şərq ölkələri 
arasında diplomatik 
əlaqələrə dair
Сочинения, т.VI, Москва, Наука, 1971, с.189 - 198  (784 с.)
24. Piriyev V.Z.  Sulduz (Çobani) və Cəlairi tayfalarının Azərbaycanın etnik tarixində rolu 
/ “Şərqin aktual problemləri: Tarix və müasirlik”,  Akademik Z.Bünyadovun anadan 
olmasının 75 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları, Bakı, 2000, 
s.17 – 20.
25. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti (1136 – 1225-ci illər). Bakı: “Elm”,1985, 
-268 s.
26. Левин Д.Б. История международного права. Москва, Изд-во ИМО, 1962, -136 с. 
Tahir Jafiyev
From the history of diplomatic relations between Azerbaijan 
and the Turkish states in the XV-XVI centuries
The  article  deals  with  diplomatic  relations  between  Azerbaijan  and  the 
Turkic states in the XV-XVI centuries. A particular attention was paid to the 
norms of diplomatic etiquette, customs and protocol traditions of the heads 
of states and princes (shahzada). Those practices were based on the Turkic-
Mongol customs andwere taking place at the meetings with the participation 
of Genghis Khan (Yasa). The activities of elchies (ambassadors) that maintained 
and  developed  diplomatic  relations  between  Azerbaijan  and  the  states  of 
Teymurids, Sheybanids and Ottomans were analyzed in the article. The author 
concludes that the ideological basisof diplomatic relationswas formed under 
the influenceof the centuries long Turkic – Mongolian traditions. 
Таир Джафиев
Из истории дипломатических отношений Азербайджана 
с Тюркскими государствами  в  XV-XVI веках
В предлагаемой статье рассматриваются дипломатические отношения 
между  Азербайджаном и Тюркскими государствами в  XV-XVI вв. В статье 
особое внимание уделяется на нормы дипломатического этикета, обычаям 
и традициям  во время встречи глав государств и царевичей. Обнаружено, 
что во время  этих встреч соблюдались правила спешивания и традиция 
обнятия по обряду приветствия. Эти нормы, основанные на тюрко-мон-
гольских обычаях, отражались на правилах встреч Чингиз хана (Яса). 
В статье также проанализирована деятельность «элчи»ев – послов, ко-
торые обеспечивали дипломатические отношения между  Азербайджа-
ном и государствами Тимуридов, Шейбанидов  и Османской империей. 
Изменения,  происходившие  в  статусе  «Элчи»ев    в  начале    XVI  в.  было 
отражены в предлагаемой статье. Было доказано, что основу формиро-
вания  идеологических  основ  дипломатических  отношений    составляли 
многовековые тюрко-монгольские традиции.

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
179
Açar sözlər: Azərbaycan, Səfəvi dövləti, Böyük Moğol dövləti, Osmanlı im-
periyası, diplomatik əlaqələr 
Key words: Azerbaijan, the Safavid Empire, the Great Mughal Empire, Otto-
man Empire, diplomatic relations
Ключевые слова: Азербайджан, Государство Сефевидов, Государство 
Великих Моголов, Османская империя, дипломатические отношения
XVII əsrin əvvəllərində 
Azərbaycan Səfəvi 
imperiyası ilə 
Şərq ölkələri 
arasında diplomatik 
əlaqələrə dair
Mübariz 
Ağalarov
AMEA A.A.Bakıxanov adına 
Tarix İnstitutunun böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
180 
Giriş
XVI-XVII  əsrlərdə  dünyada  baş  verən  siyasi  və  iqtisadi  dəyişikliklər,  Yaxın 
və Orta Şərqdə də ciddi siyasi hadisələrlə müşahidə olunurdu. Bu dövrdə öz 
siyasi  coğrafiyasını  genişləndirməkdə  olan  Osmanlı  imperiyası,  Azərbaycan, 
Şərqi Anadolu, İraqi-Ərəb, İraqi-Əcəm, Fars və Xorasan vilayətlərini öz hüdud-
larında birləşdirən Azərbaycan Səfəvi dövləti, Mavərənnəhr bölgəsində hakim 
olan Şeybanilər, Hindistanda Böyük Мoğol imperiyası bölgədə baş verən siyasi 
hadisələrdə böyük rola malik idilər.    
Bu dövrdə bölgədə baş verən siyasi hadisələrdə fəal şəkildə iştirak edən 
Azərbaycan Səfəvi dövlətinin beynəlxalq münasibətlər sistemində böyük rolu 
olmuşdu.  XVI  əsrin  əvvəllərində  (1501)  Səfəvilər  sülaləsinin  Azərbaycanda 
hakimiyyətə gəlməsi ilə qurulan Səfəvi dövləti qısa bir müddətdə Ön Asiyada 
aparıcı mövqeyə malik olan dövlətlərdən birinə çevrilmişdi. Səfəvilər sülaləsinin 
hakimiyyəti  dövründə  (1501-1736)  Azərbaycanın  xarici  siyasi  əlaqələri  daha 
da  genişlənmiş,  qonşu  dövlətlərlə  diplomatik  münasibətləri  inkişaf  etmişdir. 
Həmin dövrdə Səfəvi dövlətindən xarici ölkələrə onlarla elçi heyəti göndərilmiş, 
bu  elçilər  Səfəvi  dövlətinin  siyasi  və  diplomatik  mənafelərini  yüksək  siyasi 
peşəkarlıqla qorumağı bacarmışlar.  
1. Azərbaycan Səfəvi imperiyası ilə Böyük Moğol imperiyası
arasında diplomatik  münasibətlər
 XVI əsrin sonu - XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi imperiyasının 
Şərq ölkələri ilə siyasi diplomatik münasibətləri davam edirdi. Bu dövrdə Səfəvi 
imperiyasının Şərq ölkələri ilə diplomatik əlaqələrində Böyük Moğol dövləti və 
Osmanlı imperiyası ilə münasibətlərinin əhəmiyyətli dərəcədə rolu var idi. 
XVI  əsrdə  I  Şah  İsmayılın  zamanında  əsası  qoyulan  Səfəvi-Moğol 
münasibətləri XVII əsrdə də davam etməkdə idi. Səfəvilərlə moğollar arasında 
zaman-zaman münaqişə mənbəyinə çevrilən Qəndəhar vilayəti I Şah Abbasın 
hakimiyyəti dövründə (1587-1629) də hər iki dövlət arasında mübahisəli ərazi 
olaraq qalırdı. Bu dövrdə Səfəvi dövlətində baş verən siyasi böhrandan istifadə 
edən  Moğol  hakimiyyəti  1595-ci  ildə  Qəndəharı  Böyük  Moğol  dövlətinin 
tərkibinə qatdı [5, s.222].
Bu dövrdə Səfəvi dövlətinin Moğol dövləti ilə siyasi münasibətlərində üç 
əsas amil mühüm rol oynayırdı. Birincisi, osmanlılara qarşı Moğol dövlətindən 
hərbi yardım almaq; ikincisi, özbəklərə qaşı birgə mübarizə aparmaq, üçüncüsü 
isə Qəndəhar məsələsini sülh yolu ilə həll etmək.
Bu  dövrdə  I  Şah  Abbasın  Moğol  hökmdarı  Əkbər  Şahın  oğlu  vəliəhd 
şahzadə Səlimə (Cahangir) göndərdiyi məktublar da olduqca maraqlıdır. Səfəvi 
hökmdarı  şahzadəyə  göndərdiyi  məktubunda  müttəfiqlikdən,  ənənəvi  dost-
luqdan bəhs edir və bu münasibətlərin Əmir Teymura dayandığını qeyd edir [1, 
s. 217]. Həmçinin şahzadə Səlimə göndərilən bu məktubda bəzi şikayətlər də 
edilmişdir: “... İndi bizim əhvalımızı soruşmursunuz? Nə oldu? Biz sizinlə dostlu-

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
181
ğa hazırıq. Sizdən bir məlumat gözləyirik. Bu 
dostluq, əvvəllər olduğu kimi, hər iki ölkənin 
əmin-amanlığına  səbəb  olacaqdır.  Əvvəllər 
də  bizim  sülalələrimiz  sizinkilərlə  dostluq 
və  əmin-amanlıq  içində  yaşayırdı...  İndi  biz 
Qərb  və  Osmanlı  sultanları  ilə  müqavilələr 
bağlayırıq. Qərblə Səfəvilər arasında ticarət 
və  siyasi  əlaqələr  davam  etməkdədir.  Əsas 
məqsədimiz  Hind  ilə  də  belə  bir  müqavilə 
bağlamaqdır.  Biz  bunu  Hind  ilə  də  həyata 
keçirməyi  arzu  edirik.  İndi  Qərb  ölkələrinin 
tacirləri  rahatlıqla  İrana  (Səfəvi  dövlətinə  
A.M.)  gəlir  və  ticarətlə  məşğul  olurlar.  Biz 
bunu Hindlə də həyata keçirməyi arzu edi-
rik. Mən öncədən bir təmsilçimi göndərdim. 
Amma  istədiyimiz  məqsədə  çata  bilmədik. 
Məqsədimiz  iki  ölkə  arasında  siyasi  və 
ticarət  əlaqələrini  genişlətməkdir.  Yenidən 
bir  təmsilçimi  göndərirəm.  Ümid  edirəm  ki, 
iki  ölkə  arasında  siyasi  və  ticarət  əlaqələri    əvvəlkindən  daha  güclü  olacaq-
dır...  Məqsədim  sizin  ölkə  ilə  İran  (Səfəvi  dövləti  -  A.M.)  arasında  əlaqələrin 
genişlənməsidir. Bu ana qədər sizin ölkədən İrana (Səfəvi dövlətinə - A.M.) heç 
bir təmsilçi gəlmədi. Arzu edirəm ki, sizin də bir təmsilçiniz ölkəmizə gəlsin və 
əlaqələrimiz daha da inkişaf etsin...” [1, s.219; 17, s.274-278].
Şahzadə Səlim I Şah Abbasa cavab məktubunda yazırdı: “Məktubunuzda 
bizim  üçün  sevgi  və  dostluqdan  bəhs  edirsiniz.  Biz  də  qarşılıqlı  olaraq  eyni 
hissləri bölüşürük. Sevgi və hörmətimizi çatdırırıq. Son 4-5 il ərzində bizim də 
məqsədimiz və düşüncəmiz İran (Səfəvi - A.M.) şahı ilə əlaqələrimizin daha da 
möhkəmlənməsi idi. Bunu yaxşı bilirik ki, iki ölkənin əlaqələri lap əvvəllərdən  
başlamışdır və həmişə də davam edəcəkdir. Biz sizinlə ticarət və siyasi baxım-
dan hər cür anlaşmaya hazırıq [1, s.220; 17, s.278-279].
Bu məktublaşmalardan göründüyü kimi tərəflər siyasi və ticarət əlaqələrinin 
qurulmasında maraqlı görünürlər. Lakin bu dövrdə Moğol dövlətinin Hindis-
danın cənub hissələrində həyata keçirdiyi fəthlər səfəvilərə kömək göstərməyə 
imkan vermirdi. Bu baxımdan Əkbər Şah (1556-1605) yazdığı məktublarında 
Şah I Abbasa özbəklərlə mübarizədən yayınmağı və sülh bağlamağı məsləhət 
görürdü [1, s.220].
Qəndəhar vilayəti moğollar tərəfindən ələ keçirildikdən sonra Moğol sa-
rayında dörd il saxlanan Səfəvi elçisi Yadigar Sultan Rumluya geri qayıtmağa 
icazə verildi. O, Mirzə Ziyaəddinin rəhbərlik etdiyi moğol elçi heyəti ilə birlikdə 
geriyə  -  I  Şah  Abbasın  sarayına  məktubla  yola  salındı.  Mirzə  Ziyaəddinin 
rəhbərlik etdiyi elçi heyəti Əkbər şah tərəfindən Səfəvi dövlətinə göndərilən 
ilk böyük elçilik idi. Elçi heyəti 1596-cı ildə Səfəvi sarayına gələrək Əkbər şahın 
məktubunu I Şah Abbasa təqdim etdi [3, s.431; 7, s.82; 9, s.61-62].
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin