AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl problemləRİ İnstitutu


Paris-Dofin Universiteti (Universite Paris Dauphine)



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix14.01.2017
ölçüsü3,82 Mb.
#5285
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

Paris-Dofin Universiteti (Universite Paris Dauphine). Paris-Dofin Uni-

versiteti Fransanın ən böyük və ən şöhrətli ali məktəblərindən biridir. Universitet 

1968-ci ildə Paris Universitetində aparılan islahatın gedişində yaradılmışdır. Pari-

sin qərb hissəsində, NATO qərargahının keçmiş binasında yerləşir. 

Paris-Dofin iqtisadiyyat və idarəetmə sferasında altmış istiqamət üzrə ali 

təhsil təklif edən  ən yaxşı müəssisələrdən biridir. Burada 7,5 mindən çox tələbə 

oxuyur və 365 müəllim işləyir. 

Paris-Dofin Universitetinin tərkibinə iqtisadiyyat, maliyyə, məlumatların 

təhlili, idarəetmə nəzəriyyəsi sahəsində tədqiqat və tədrislə məşğul olan Maliyyə 

İnstitutu və qərarların qəbulu sahəsində Riyazi Araşdırmalar Mərkəzi daxildir. Ali 

məktəbdə  tətbiqi riyaziyyat, informatika və idarəetmə elmlərində araşdırmaların 

inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. 

Universitetin Fransanın özəl və dövlət sektoru şirkətləri ilə  sıx  əlaqələri, 

müəssisənin maliyyəsini idarəetmə, maliyyə menecmenti, dövlət və  bələdiyyə 

maliyyəsi kimi kursların yüksək səviyyədə tədrisinə imkan verir. Bu fənləri tədris 

edənlər universitetin 23 araşdırma mərkəzində fəal şəkildə tədqiqatlar aparır. 

Maliyyə, bankçılıq və  sığorta üzrə magistr proqramları daha məşhurdur. 

Proqram həm baza iqtisad fənlərini (makro və mikro iqtisadiyyat, analizin 

kəmiyyət metodu), həm də xüsusi fənləri (maliyyə analizi, bank texnologiyası və 

məhsullar, maliyyə idarəetməsi, beynəlxalq maliyyə və s.) ehtiva edir. 

XIX  əsrin sonu, XX əsrin  əvvəllərində  qəbul olunmuş qanunlara görə, 6 

yaşından 13 yaşa qədər uşaqlara pulsuz icbari təhsil nəzərdə tutulurdu. 1930-cu 

ilin  əvvəllərində dövlət orta məktəblərində pulsuz təhsil tətbiq edilmiş, 1936-cı 

ildə icbari təhsilin müddəti 14 yaşa çatdırılmışdır. 1950-ci ilin axırlarında haki-

miyyət təhsil sistemində çoxlu islahatlar aparmışdır. 

Məktəbəqədər tərbiyə orta məktəb və ibtidai məktəblərin yanında körpələr 

üçün ayrılmış siniflərdə həyata keçirilirdi. 

İbtidai təhsil 1967-ci ildən altı yaşından başlayaraq on il davam edir. Birinci 

beş il bütün uşaqlar üçün adi təhsil dövrüdür. Sonra isə dördillik orta təhsilin 

birinci dövrü (6-9 illik təhsil) və orta təhsilin ikinci dövrü gəlir. İkinci dövrün iki 

istiqaməti: qısa (tam olmayan) və uzun (tam orta təhsil) müddətli istiqaməti var. 

Qısa istiqamət ikiillik kolleclərdə (peşə texniki məktəblərdə) orta ixtisaslı  fəhlə 

hazırlayan peşə təhsilini əhatə edir. Uzun istiqamətli ümumi təhsilə liseylərin (10-

12-illik təhsil) yuxarı sinifləri daxildir. 1802-ci ildən yaradılmış lisey əhalinin im-

tiyazlı təbəqələri üçün klassik elit məktəblər idi. Liseyi bitirənlər müvəffəqiyyətlə 

imtahan verdikdən sonra bakalavr dərəcəsi alırdılar. 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

163


Əcnəbi tələbələr Fransa universitetlərinə asanlıqla qəbul olunur. Bu univer-

sitetlərə (birinci dövrəyə) qəbul olunmaq üçün heç bir qəbul imtahanı nəzərdə tu-

tulmu, yalnız dili bilmək səviyyəsi yoxlanılır. Hər universitet sərbəst testlər 

keçirir. 

Fransa universitetlərində  həm ölkə  vətəndaşları, həm də  əcnəbilər üçün 

təhsil ödənişsizdir. Sığorta, dərsliklə  təminolunma və  mənzilə  çəkilən xərclərlə 

birlikdə əcnəbi tələbənin bir ayda yaşayış xərci 380-540 dollara başa gəlir. 

İş tapmaq üçün bu işlə  məşğul olan təşkilata müraciət olunur. Bu təşkilat 

Fransız və  əcnəbi tələbələrin həyat  şəraitini yaxşılaşdırmaq üçün ali məktəbdə 

təhsil alan müddətdə müvəqqəti iş tampaqda onlara köməklik edir. Tədris müddəti 

həftədə 20 saata qədərdir.  İşləyən tələbələrin  əmək haqqı saatda 4-8 dollara 

qədərdir. 

Tələbə  sənədlərinin formalaşması (tərtib edilməsi), vizaların, tibbi sığorta, 

gəlmə-qayıtma və  tələbənin Fransada sənədlərinin formalaşması üzrə müşayiət 

edilməsi işlərinin tam kompleksi Tələbə Komitəsi tərəfindən həll edilir. İşlərin 

tam dəyəri 7840 frank qədər təşkil edir. Qəbulolunma prosedurası altı aydan bir 

ilə  qədər davam edir, zərurət olduqda, fransız dili üzrə yüksək ixtisaslı müəllim 

tövsiyə edilir. 

“Qolfştrim” firması Fransada yeni Ali Təhsil proqramı ilə fəaliyyət göstərir. 

Fransada istənilən universitetdə  təhsil ölkənin istənilən özəl tədris müəssisəsin-

dəki təhsildən ucuz başa gəlir. Təəcüblü deyil ki, ölkədə tələbələrin 12-15%-i əc-

nəbilərdir. Asanlıqla, hətta Sorbonnaya və ya Klerraont-Ferrandeyə qəbul olmaq 

olar. Fransa gözəlliyi sözlə deyilə bilməyən ölkələrdəndir, məsələn, qədim zaman-

lardan Fransanı görmək rusların arzusu olmuşdur, indi isə çox asandır. Parisdə 

satıcı və ofisiantlar rus dilində danışırlar. Turizm idarəsi rus dilində reklam vərə-

qələri buraxır, qırmızı pencək geymiş rus həmvətənlərini fransız həmkarlarından 

seçmək olmur. Bəs qəhvəxanalar, bulvarlar... Tarix təkrar olunur! 

Dövlət ali məktəblərində, demək olar ki, ödənişsiz təhsil, istənilən qəbul 

imtahanının və  əcnəbi tələbələrin qəbuluna məhdudiyyətlərin olmaması, yüksək 

həyat səviyyəsi və çox gözəl məişət şəraiti həmişə alqışlanır və əksinə, yəni xüsu-

silə birinci dövrdə  təhsilin aşağı  səviyyəsi diqqəti çəkir. Xüsusi biznes və kom-

mersiya məktəblərinin vəziyyəti: onlar çox bahadır; universitet yataqxanaya 

zəmanət vermir, ümumiyyətlə, çox zaman yaşayış yeri axtarılmasında yaxından 

kömək etmir. 

Hazırda Fransada 71 dövlət universiteti var (özəl universitetlər də var). On-

ların tərkibinə 800 fakültə, bölmələr daxildir. Onlar öz növbəsində institutlarda, 

laboratoriyalarda (elmi tədqiqatlar aparılması üçün) və s. birləşir. Universitetlər 

bütün ölkədə tanınan milli diplomlar verə bilir və buna görə  də universitetin 

konkret nüfuzundan asılı olmayaraq qəbul eyni cürdür, özlərinin daxili diplom-

larını da verə bilir, hansı ki, onlar Fransadan başqa xarici ölkələrdə istifadə etmək 

niyyətində olanlar üçün kifayət qədər üstün tutulmur. Bəzi daxili diplomlar milli 


  MÜDAFİƏ MAHMUDOV 

 

164 



diplomlara bərabər (ekvivalent) və  hətta üstün qəbul olunur (ancaq Fransanın 

daxilində  həmin diplomlara üstünlük verilir, hətta onları verən ali məktəblərin 

məşhurluğu və nüfuzluluğuna baxmayaraq, dünyanın digər ölkələrində  qəbul 

edilməsinə  zəmanət verilmir). Magistr diplomu magistraturanın üçillik kursunu 

bitirəndə verilir və işə qəbul edənlər tərəfindən çox yüksək qiymətləndirilir. 

Fransa universitetində təhsil “dövrlərə” (“tsikllərə”) bölünür, onların hər biri 

milli diplom almaqla yekunlaşır. Lakin diplom tələbəyə növbəti ildə  təhsilini 

davam etdirməyə zəmanət vermir, hər şey konkret illik göstəricilərdən asılıdır. 

Birinci dövr tələbəyə baza (əsas) təhsil hazırlığı verir. Birinci dövrə orta 

məktəb məzunları, yəni bakalavrlar qəbul oluna bilər. 

Fransa bakalavrını heç vaxt bakalavr dərəcəsi ilə qarışdırmaq olmaz. Məlum 

olduğu kimi, bakalavr dərəcəsi 3-4 tədris ili olan ali təhsil deməkdir. Fransada ba-

kalavr diplomu orta təhsil  haqqında  şəhadətnamədir (baccalaruat). Bakalavrlar 

universitetlərə imtahansız qəbul olunurlar. Orta təhsili olmayan fransızlar üçün 

xüsusi prosedura vardır, onlar qiyabi və ya universitetlərdəki hazırlıq kurslarında 

oxuyurlar. 

Fransa ali məktəblərində təhsilini bitirməmiş şəxslər hüquqşünaslığı öyrən-

mək arzusunda olduqda onlara xüsusi imtahan təyin olunur. 

Birinci dövr iki il davam edir və milli diplom almaqla yekunlaşır. 

İkinci dövr universitetdə ilk iki il təhsil zamanı alınmış biliklərin genişlən-

məsi və  dərinləşməsi ilə bağlıdır. Birinci pillədə lisensiat diplomu, ikincidə ma-

gistr diplomu və üçüncü pillədə mühəndis diplomu verilir. Hər üçü milli səviyyə-

də qəbul edilən diplomlardır. Bəzi ali məktəblərin milli miqyasda qəbul edilmə-

yən magistr diplomunu alanlara ikinci dövrənin üçillik kursunu təklif edirlər. 

Sonrakı  təhsil ikinci və üçüncü universitet dövrləri, başqa ali məktəblərdə 

bu dövrlərə ekvivalent olan təhsil isə doktorantura adlana bilər. Fransızlar Rusiya-

nın ali təhsil diplomlarını özlərinə ekvivalent qəbul edirlər, yəni MDB-də univer-

sitet və ya institut bitirmiş şəxslər Fransa universitetlərinin ikinci pilləsinə qəbul 

oluna bilər. 

Tələbələrin ikinci dövrə qəbul olunması müsabiqə yolu ilə boş yerlərin sa-

yından asılı olaraq imtahan testlərinin nəticələri ilə  həyata keçirilir. İkinci döv-

rənin bütün mərhələlərini, yəni; lisensiat-magistr mühəndis mərhələlərini keçib 

birbaşa ikiillik və üçillik kurslara qəbul olunmaq olar (bu, daha sadədir). Məsələn, 

birinci dövrü qurtardıqdan sonra magistr kursunu seçmək və iki ildən sonra 

diplom almaq olar. 

Birinci dövrdən sonra üçillik mühəndis kursuna da qəbul olunmaq mümkün-

dür. Universitetin ikinci və üçüncü dövrünə  qəbul olunmaq üçün təyin olunmuş 

tədris müəssisəsinə müraciət etmək lazımdır. Bunlar həm də ali mühəndislik 

məktəblərinə, universitetin mühəndislik məktəblərinə  və başqalarına aiddir. 

Qabaqcadan sifariş vermək lazım deyil. 

Tələbələr həm birinci, həm də ikinci dövrdə müəssisələrdə bir və ya bir neçə 

dəfə praktikada (stajirovkada) olur, bu isə Fransa ali təhsil sisteminin böyük 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

165


üstünlüklərindən biridir. Praktikada olmaq hamı üçün məcburidir və onların 

nəticələri bilik müvəffəqiyyətləri qiymətləndiriləndə  nəzərə alınır. Onların  əldə 

etdikləri nailliyyətlər MDB ölkələrindəki kimi formal deyil. Tələbələr özləri 

praktikada olmaq üçün müəssisə və firmalar axtarır, sərbəst surətdə onlarla əlaqə 

yaradılır və  rəhbərliklə razılaşdırılır. Bu məqsədlə praktikada olmaq üçün yeri 

necə tapmaq və xaricdə praktikada olmaq və s. tipli çoxlu sayda informasiya növü 

vardır. 

Xarici ölkələrdə, məsələn, İngiltərə, Almaniya, İspaniyada praktikada olmaq 

universitetlər tərəfindən müəyyənləşdirilir. MDB-dən olan tələbələr üçün də bu 

mümkündür, çoxşaxəli Fransa tələbə vizası Avropanın istənilən ölkəsində prob-

lemsiz yaşamaq və təhsil almaq imkanı verir. Başqa ölkələrlə, məsələn, İngiltərə 

və ya ABŞ-la müqayisədə Fransaya viza almaq son dərəcədə çətindir. 

Fransada orta təhsil müəssisələrini bitirmiş  şəxslərə  təhsilini davam etdir-

mək imkanı verən bakalavr diplomu verilir. 1998-ci ildə ali məktəblərə 95 milyard 

frank (15,8 milyard dollar) ayrılmışdı, son 25 ildə  tələbələrin sayının kəskin 

surətdə artdığına görə  təchizatların məbləği 2,5 dəfə artmışdır. 1946-cı ildə 

tələbələrin sayı 123 min, 1970-ci ildə 850 min, 1980-cı ildə 1,2 milyon, 1998-ci 

ildə isə 2,1 milyon nəfər olmuşdur. Bəzi universitetlərdə 130 minə yaxın müəllim 

və işçi vardır. 

Fransada artıq bəzi liseylərdə də ali təhsil alırlar. Onlara bakalavr diplomu 

verilir və təhsil müddəti iki ildir. Tarixi və texniki xarakterli səbəblərdən liseylərin 

əksəriyyəti orta təhsil sisteminə daxil edilmişdir. Hal-hazırda bu liseylərdə yüksək 

ixtisaslı texnik şəhadətnaməsi almaq üçün hazırlıq görülür. Liseylərdə oxuyan-

ların təxminən 80 min nəfəri ixtisaslaşdırılmış ali məktəblərə qəbul olunmaq üçün 

hazırlaşırlar. Beləliklə, olduqca ciddi müsabiqə seçimi keçəndən sonra onlara yol 

açılması mümkün olan ixtisaslaşdırılmış ali təhsil müəssisələri tərəfindən bakalavr 

diplomu verilir və onların hamısı üçün yolu açıq olan universitetlər vasitəsilə ali 

təhsil almaq imkanı yaradılır. 

Fransada ali məktəblər (ixtisaslaşdırılmış ali təhsil müəssisələri) XVIII 

əsrdə universitetlərin böhranlı döründə dövlət hakimiyyətinin təşəbbüsü ilə 

inzibati sahədə vəzifələrin müsabiqə yolu ilə tutulması üçün kadrlar hazırlanması 

məqsədilə meydana gəlmişdir. Bu cür təhsil müəssisələri sahibkarların təşəbbüsü 

ilə yaradıldı ki, müəssisələrin sərəncamında onların inkişafı üçün mütəxəssislər 

olsun. Hazırda ali məktəblər müxtəlif nazirliklərin sərəncamındadır və bu məktəb-

lərdə 200 mindən artıq tələbə  təhsil alır. Həmin məktəblərdə yüksək səviyyədə 

bilik əldə etmək, dünyagörüşlü həqiqi şəxs yetişdirmək üçün bütün sahələrə aid, 

yəni fundamental elmlərdən incəsənətə qədər, humanitar və mühəndislik fənlərin-

dən ədəbiyyata qədər, hüquqa, idarəetmə ixtisaslarına aid fənlər tədris edilir. Bu 

təhsil müəssisələrinin bir çoxu dövlət strukturları üçün ən yüksək ixtisaslı kadrlar 

hazırlamaqdan ötrü ayrılmış nüfuzlu universitetlərdir. Ali pedaqoji məktəblər 

pedaqoji kadrlar, politexnik məktəb və Sen-Sir məktəbi ordu üçün mütəxəssislər 


  MÜDAFİƏ MAHMUDOV 

 

166 



hazırlayır, milli idarəetmə məktəbi dövlət idarəçiliyinin mərkəzi aparatı üçün ixti-

saslı kadrlar yetişdirir. Bu tədris müəssisələrinin  əksəriyyəti mütəxəssis hazırla-

maq diapazonunu genişləndirmiş  və  məzunlarını  sərbəst  şəkildə  təyinatla təmin 

edir. Ali məktəblərlə yanaşı, “Ali kommersiya məktəbi”, “Ali iqtisad və kommer-

siya məktəbi”, “Ali milli mühəndislik məktəbləri” və “Kommersiya və idarəetmə” 

kimi məktəblər də var. Bunlar günü-gündən daha çox sayda abituriyentləri cəlb 

edir, çünki müəssisələrin belə ixtisaslı kadrlara tələbatı daha kəskin surətdə artır. 

Tələbələrin sayı  təxminən 1,5 milyona yaxındır, onlardan 10%-i əcnəbi-

lərdir, bunların isə bir çoxunu Afrika sakinləri təşkil edir. Nüfuzlu texnoloji insti-

tutlara qəbul olunmaq isə (bunlar 2 il ərzində universitet səviyyəli texniki təhsil 

verən diplomla təmin olunurlar, tələbələrin sayı isə təxminən 110 min nəfər təşkil 

edir) sənədlərin seçimi yolu ilə  həyata keçirilir. Tədris olunan fənlər aşağıdakı 

kimi bölüşdürülür: humanitar elmlər - 35%; hüquq elmləri - 24%; təbiət elmləri - 

20%; tibb, farmakologiya və stomatologiya 14%. Qalanları isə universitet səviy-

yəli texnoloji institutların və ya “Bədən tərbiyəsi və idman institutu”nun tələbələ-

ridir. Məşğələlər üç dövr üzrə  təşkil edilir: birinci ikiillik dövr əsas etibarilə 

ümumi universitet təhsilli diplom almaq üçündür; ikinci iki illik dövr əvvəlcə 

bakalavr, sonra isə magistr diplomu almağı qarşısına məqsəd qoyur; üçüncü dövrə 

yalnız ciddi seçimdən sonra yol açılır və doktorluq dərəcəsi adına nail olmaq üçün 

təhsilini  davam etdirmək imkanı verir. Tələbələrin təxminən 60%-i universitet 

diplomu alaraq müxtəlif müddətlərdə, yəni 28%-i iki il ərzində, 32%-i isə üç və 

daha çox il ərzində ikiillik dövrə daxil olurlar. 

Universitetlərin təşkilat strukturu 1896-ci ildən üçüncü respublika dövrü-

nədək (tamamilə yenidən təşkili), 1968-ci ildə islahatların tələblərinə cavab verən 

“Edqar For” qanunu (bu, tələbə ixtişaşları zamanı aşkar edilmişdir və universitet-

lərə inzibati təhsil və maliyyə muxtariyyəti verən qanun idi), 1984-cü ildə “Sa-

vari” qanunu qəbul edilənə qədər sabit qalmışdı. Fakültələr iki yeni strukturla: bir 

tərəfdən, pedaqoji fəaliyyətin  əlaqələndirilməsini təmin etməli olan direktorun 

başçılıq etdiyi tədris-tədqiqat birlikləri ilə, ikinci tərəfdən isə, tədris-tədqiqat 

birliklərinin ümumi xidmətlərinin (kitabxanaların, informasiya və istiqamətləndir-

mə xidmətlərinin, fasiləsiz təhsil xidmətinin və s.) fəaliyyətini birləşdirən, lazım 

olduqda universitetlərə verilən institut və məktəbləri idarə edən universitetlə əvəz 

edilirdi. 

1980-1990-cı illərdə bir-birinin ardınca keçirilən islahatlar universitetlərin 

maliyyəsinə, ictimaiyyətin dəyişilmiş tələblərinə, həmçinin tələbələrin sayının art-

masına və  onların daha da müxtəlifliyinə uyğunlaşdırmaq məqsədləri daşıyırdı. 

1997-ci ildə aparılan islahatlara görə universitetdə tədris ili semestlərə bölünür, bu 

bölgü  əvvəlkinə nisbətən yenidən istiqamətlənməni tez həyata keçirmək imkanı 

yaradır; ödənişli təhsil genişlənmiş, peşəkarlıq təcrübəsinin ümumiləşdirilməsi 

üzrə bölmə təsis edilmiş və müəllimin hər tələbənin fərdi işinə rəhbərliyi təcrübəsi 

tətbiq olunmuşdur.  İndi təhsilin daha da desentralizasiyası  və müasir tələblərə 

uyğun islahatların davam etdirilməsi məsələsi qarşıda durur. Təhsil müəssisələri 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

167


(universitetlər) struklarına görə heç də eyni deyil və onların coğrafi cəhətdən 

yerləşdirilməsi bir-birindən olduqca fərqlidir. Yalnız Parisdə ölkə  şagirdlərinin 

təxminən altıda biri təhsil alır.  Əgər qonşu Versal və Kretey (akademiyalarının) 

universitetlərini də əlavə etsək, onda Paris məkanına şagirdlərin artıq dörddə biri 

düşür. Kiçik universitetlər üçün, adətən, fənlərin çox müxtəlifliyi və birinci dövr 

təhsili olan tələbələrin çox saylı olması səciyyəvi olaraq özünü əks etdirir. İri əya-

lət şəhərlərinin hər birində isə adətən olduqca ixtisaslaşdırılmış, ikinci və üçüncü 

dövr təhsili alan və böyük sayda tələbələri olan bir neçə universitet vardır, məsə-

lən, Lill, Tuluz, Lion, Eks-an-Provans, Bordo, Qrenobl, Monpelye, Nansi və s.. 

Tələbələrin sayının daim artması və həmin axının öhdəsindən gəlmək üçün tədris 

müəssisələrinin maliyyələşdirilməsində ərazi kollektivlərinin iştirakının artırılma-

sı zəruriliyi bir çox tanınmış şəhərlərdə universitetlərin şöbələrinin yaradılmasını 

müəyyənləşdirdi. 1990-cı ilin yazında başlanmış “Universitet-2000” planı əsasın-

da həmin yeni tələbatların ödənilməsi üçün 32 milyard frank (5,3 milyard dollar) 

ayrılması nəzərdə tutulur, həm də maliyyələşmənin yarısı dövlət tərəfindən təmin 

edilir, digər yarısı isə  ərazi kollektivlərinin üzərinə düşür. 1997-ci ilin noyabr 

ayında baş nazir Lionel Cospen “U-3000” planını elan etdi, onun məqsədi növbəti 

minilliyin tələbələrinin tələblərinin ödənilməsindən ibarət idi. Desentralizasiya 

təcrübəsi regional inkişaf və  əyalətlərdə yeni fəaliyyət növlərinin genişlən-

dirilməsi üçün mühüm vasitə oldu. İslahatlar həm də Fransada ali təhsilin demo-

kratikləşdirilməsinə yardım edir. Bu cəhətdən maddi təminatı olmayan tələbələr 

üçün təqaüdlər  şəklində yardım verilir və  həm də universitet yeməkxanaları, 

mənzil və s. ilə təmin olunur. 

Fransa universitetlərinin beynəlxalq və ilk zamanda Avropa səviyyəli mək-

təb kimi tanınması onların muxtariyyət alınmasında rol oynayır. Universitetlər 

güclü beynəlxalq mübadilə siyasəti aparır və nüfuzlu mərkəzlərə çevrilirlər. Yal-

nız tərəfdaş universitetlərlə yox, həm də müəssisələrdəki universitetlərlə  əmək-

daşlıq edir. Məsələn, Qrenobl, Tuluz, Lill və Renna-Nantanın universitetlərində 

belə  təcrübə var, çünki müəssisələrin yüksək ixtisaslı kadrlara tələbatı getdikcə 

daha da kəskinləşir. 



Paris Ali Normal Məktəbi (Ecole Normale Superieure de Lyon). Bu 

məktəb Fransa Respublikasının paytaxtı Paris şəhərində yerləşir və Fransanın 

dövlət universitetləri çərçivəsində  fəaliyyət göstərən nüfuzlu ali məktəblərdən 

biridir. Ali Normal Məktəb Fransa inqilabı dövründə yaradılıb və həmin vaxtdan 

bugünədək mühüm nüfuzlu institut kimi fəaliyyət göstərir. Məktəbin tələbələri 

hökumət və akademik dairələrdə yüksək səviyyədə vəzifə əldə etmək üçün hazır-

lanır. Fransa elitasının  əksər nümayəndələri bu məktəbin məzunlarıdır. Böyük 

Britaniyanın "Times Higher Education Supplement – QS World Universities 

Rankings" jurnalının dünya universitetlərinin 2009-cu il üzrə apardığı reytinqinə 

görə, Paris Ali Normal Məktəbi 28-ci yerdə qərarlaşıb. Paris Ali Normal Məktəbi 

Parisin 6 ali məktəbindən ibarət olan "Paris universitetləri" qrupunun üzvüdür. Ali 


  MÜDAFİƏ MAHMUDOV 

 

168 



məktəb Avropanın aparıcı universitetlərini birləşdirən "Atom Mədəniyyəti" 

cəmiyyəti ilə əməkdaşlıq edir. 

Paris Ali Normal Məktəbi 30 noyabr 1794-cü ildə Fransa inqilabı dövründə 

Paris  şəhərində Milli Konvent (Fransa inqilabı dövründə  vəkillər  şurası) tərəfin-

dən yaradılıb. Məktəbdə ilk mühazirə 1795-ci ildə yanvarın 20-də Verniquet amfi-

teatrında oxunub. Məktəbin yaradılmasında məqsəd vətəndaşlara hərtərəfli dünya-

görüşə malik alim və professorlar tərəfindən müəllimlik sənəti öyrətmək idi. Bu-

nun üçün Monc, Vandermond, Dyubenton, Bertolle, Bernardin de Sen Pyer, Vol-

ney kimi dahilər məktəbə dəvət olunur. Məktəb tez bir müddətdə mühüm tədqiqat 

mərkəzinə çevrilir. 1808-ci ildə Paris Ali Normal Məktəbinin ilk binası tikilir. 

1903-cü ildə Paris Ali Normal Məktəbi Paris Universitetinin tərkibinə 

qatılır. Məktəb yalnız 1954-cü ildə müstəqillik  əldə edir. 1962-ci ildə Paris Ali 

Normal Məktəbi vaxtilə ali təhsil ocağının məzunu olmuş Baş nazir Corc 

Pompidu tərəfindən yüksək qiymətləndirilir. 

1985-ci ildə Sevrdə yerləşən qızlar üçün Ali Normal Məktəbi Paris Ali 

Normal Məktəbinə birləşdirilir. Buna baxmayaraq həmin məktəblər birləşməzdən 

əvvəl də  qızlar Paris Ali Normal Məktəbində keçirilən müsabiqələrdə  iştirak et-

mək hüququna malik idilər. Məsələn, tanınmış filosof Simona Veyl Paris Ali Nor-

mal Məktəbinə 1928-ci ildə, akademik Caklin de Romilli isə 1933-cü ildə qəbul 

olublar. 

26 avqust 1987-ci ildə Paris Ali Normal Məktəbində dekret qəbul olunur. 

Dekretdə deyilir: "Yüksək səviyyəli mədəniyyət və təhsilə malik olan Ali Normal 

Məktəbi fundamental və tətbiqi elmi-tədqiqat işləri aparan, ali və orta məktəblərdə 

dərs verə bilən, ümumilikdə, dövlət, inzibati, kütləvi müəssisələrdə və şirkətlərdə 

fəaliyyət göstərəcək mütəxəssislər hazırlayır". 2001-ci ildə Paris Ali Normal Mək-

təbinin  İnternet portalı yaradılır. Burada 2000-dən çox mühazirə  və seminarlar 

yerləşdirilir. 

Paris Ali Normal Məktəbinin kampusları haqqında məlumat verərkən onların 

yerləşdiyi əsrarəngiz və kosmopolit şəhəri xatırlatmamaq qeyri-mümkündür. Parisin 

mükəmməl elmi, intellektual və  mədəni irsi şəhəri canlı auditoriyaya çevirir. 

Kölgəli ağaclarla örtülmüş bağlar və parklar, Böyük Tələbə Bağı, Belvilldə hay-

küylü bazar dükanları, Montmartrenin çay daşından salınmış dolanbac yolları, 

ümumiyyətlə, hər bir küçə  şəhərin unikal irsindən xəbər verir. Paris həmçinin 

incəsənət və elmlər  şəhəridir.  Şəhərdə sonsuz sayda muzeylər, eksperimental və 

avanqard teatrlar, klassik və müasir musiqi zalları, kinoteatrlar, kafelər, qəlyanaltı 

yerləri və yeməkxanalar var. Bütün bunların hamısı tələbələrə yeni əsərlər yaratmaq 

və kəşflər etmək üçün geniş imkanlar açır. Paris Ali Normal Məktəbinin mülkiyyəti 

110000 km

2

  ərazidə - Sent-Cenevyev dağında, Curdan parkında, Monruc və 



Fontenbloda yerləşir. Məktəbin kampusu əsl tələbə  şəhərciyidir və  əlverişliliyi ilə 

digər ali məktəblərin kampuslarından daha səmərəlidir. Buranın sakinləri departa-

mentlər və laboratoriyaların yaxınlığında yerləşdiyindən xeyir əldə etmir, həmçinin 

intellektual cəmiyyət yaradır və onlarla dostluq qurur. Məktəbin  əsas kampusu 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

169


Parisin Latın kvartalının mərkəzində yerləşir.  İkinci kampus Montsouris parkının 

yanında Curdan ərazisində, üçüncü kampus isə Monruc ərazisində  və ona yaxın 

şəhərətrafı  qəsəbələrdə yerləşir. Latın kvartalındakı Rue kampusunda əsasən hu-

manitar elmlər departamentlərinin qədim binaları, Grande Salle tarixi kitabxanası 

yerləşir. Kampusun mərkəzindəki böyük dördbucaq meydan tələbə və müəllimlərin 

qeyri-rəsmi görüş, söhbət yeridir. Monruc kampusunda tədqiqat mərkəzləri yerləşir. 

Dünyanın bir çox ölkələrindən gələn tədqiqatçılar bu kampusda məskunlaşır. Hər 

kampusun özünün ayrıca tələbə yataqxanası, bir neçə yeməkxanası, kafeləri, 

kinoteatrları, musiqi və rəqs studiyaları, tennis kortları, idman kompleksləri var. 

Paris Ali Normal Məktəbinin nəzdində 14 humanitar və dəqiq elmlər depar-

tamentləri, 40 tədqiqat mərkəzi və 100-dən çox tədqiqat institutu və laborato-

riyaları  fəaliyyət göstərir. Dəqiq elmlər departamentlərinə riyaziyyat, tətbiqi 

riyaziyyat, fizika, informatika, biologiya, kimya, yer haqqında elmlər, koqnitiv 

tədqiqatlar kafedraları, humanitar elmlər departamentlərinə isə fəlsəfə, ədəbiyyat 

və dillər, tarix və Avropa İnstitutu, antik elmlər, sosial elmlər və Paris İqtisadiyyat 

Məktəbi, coğrafiya, tarix və incəsənət nəzəriyyəsi kafedraları daxildir. Bu depar-

tamentlərə əlavə olaraq məktəbdə dünya ölkələri dilləri və mədəniyyəti, tarix və 

fəlsəfə elmləri bölmələri, ətraf mühit və cəmiyyət arasında qarşılıqlı əlaqə fənləra-

rası  mərkəzi, sağlamlıq imkanları  məhdud tələbələr üçün linqafon kabinetləri 

mövcuddur. Paris Ali Normal Məktəbi Parisin digər universitetləri ilə birgə 60 

magistr və 23 doktorluq proqramı  təklif edir. Məktəbdə yapon, isveç, polyak, 

hind, türk, fars dilləri daxil olmaqla 15 müasir dil öyrədilir. Paris Ali Normal 

Məktəbində Tibb Mərkəzi fəaliyyət göstərir. Mərkəz bir qrup insanlara pro-

filaktika və müalicə məsələlərini tədris edir, tələbələrin rastlaşdığı psixoloji prob-

lemlərin aradan qaldırılması məqsədilə konfranslar təşkil edir. 

Paris Ali Normal Məktəbi çox zəngin kitabxana sisteminə malikdir. Burada 

antik elmlərdən başlayaraq müasir dəqiq, ictimai, humanitar elmlərə aid material-

lar, alman fəlsəfəsi, Kastler, Dorival arxivləri mövcuddur. Məktəbin  əsas kitab-

xanasının açılışı 1847-ci ildə baş tutub və açılış  mərasimində dahi yazıçı Viktor 

Hüqo iştirak edib. XIX əsrin sonlarında universitetin üç şəhərciyində yeni 

kitabxanalar yaradılıb. 12 kitabxanadan ibarət olan sistemə ümumilikdə 800000-

dən çox kitab, milyonlarla sənəd və s., kitabxananın  İnternet  şəbəkəsinə yüz 

minlərlə elektron kitab, lüğətlər, 2800 dövri nəşr, elektron resurs, 25 biblioqrafik 

məlumatlar bazası daxildir. Bütün bu resursların sayı mütəmadi olaraq çoxal-

maqdadır. Təkcə 2006-cı ildə eksperimental elmlər, riyaziyyat və informatika üzrə 

tədqiqatçılar tərəfindən 1000-dən çox nəşr dərc edilib. 2008-ci tədris ilindən Paris 

Ali Normal Məktəbinin kitabxanası Sorbon Universiteti ilə əməkdaşlıq edir. Qeyd 

edək ki, Paris Ali Normal Məktəbinin direktorunu ölkə prezidenti təyin edir. Paris 

Ali Normal Məktəbi bir çox universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. 

Məktəbdə  həmin mərkəzlər tərəfindən yüksək qiymətləndirilən, dünyada böyük 

nüfuza malik alim və tədqiqatçılar fəaliyyət göstərir. Məktəbdə çalışan 800 pro-


  MÜDAFİƏ MAHMUDOV 

 

170 



fessor-müəllim (onların 200-ə yaxını əcnəbilərdir) təhsil müəssisəsinin parlaq el-

mi və akademik həyatına öz töhfəsini verir. Bir çox tədqiqatçı alim və akade-

miklər məktəbdə  dərs deməklə yanaşı, başqa təşkilatlarda da (hakim qüvvələrdə 

və dövlət orqanlarında) çalışırlar. Hər il dünyanın bir çox universitetlərindən yüz-

lərlə alim və tədqiqatçı bu məktəbdə mühazirələr oxuyur və seminarlar təşkil edir. 

Paris Ali Normal Məktəbində çalışan inzibati və texniki işçilərin sayı 350 nəfər-

dir. Onlar, əsasən, məktəbin şöbələrində, laboratoriyalarda, kitabxanalarda və di-

gər xidmət mərkəzlərində çalışırlar. 

Məktəbin fəxri doktorlarından  İtaliyanın 10-cu prezidenti Karlo Adzelio 

Çampini, Nobel mükafatı laureatları Toni Morrisonu (ədəbiyyat), Çen Nin Yanı 

(fizika),  Əhməd Zevaili (kimya), məşhur riyaziyyatçı Luis Kafarellini, kino-

rejissor Abbas Kiarostamini və s. qeyd etmək olar. Paris Ali Normal Məktəbində 

hazırda 23000-dən çox tələbə, 650 doktorant təhsil alır. Məktəbdə dünyanın 46 

ölkəsindən olan 300 əcnəbi tələbə qeydə alınıb. Onların əksəriyyəti magistratura 

və doktorantura pilləsində oxuyan, Avropa ölkələrindən, ABŞ-dan və Çin Res-

publikasından olan gənclərdir. Məktəbin məzunları 11304 nəfərdən ibarət şəbəkə 

yaradıb və bu rəqəm ilbəil artır. Paris Ali Normal Məktəbinə qəbul zamanı əcnəbi 

abituriyentlərdən fransız dilini xüsusi bilmək tələb olunmur, lakin məktəbin tələ-

bəsi olduqdan sonra fransız dili kurslarına yazılmaq vacibdir. Məktəbə qəbul olu-

nan tələbələr 4 il təhsil almaq imkanı qazanır və 1250 avro dəyərində təqaüd alır. 

Dünyanın ali məktəblərindən seçilmiş əcnəbi tələbələr məktəbdə üç il təhsil alır. 

Onlar təxminən 1000 avro təqaüd alır. Burada Erasmus proqramı çərçivəsində də 

tələbələr oxuyur. 

Paris Ali Normal Məktəbinin Tələbə  Təşkilatı bu təhsil müəssisəsinə yeni 

qəbul olunmuş tələbələrə köməklik edir. Burada himayə sistemi mövcuddur, hər il 

yuxarı kurs tələbələri yeni qəbul olunmuş gəncləri bir neçə həftə ərzində məktəblə 

tanış edir, ona fərdi tədris proqramı hazırlamaqda və digər işlərdə yardım göstərir. 

Paris Ali Normal Məktəbində hər 4 ildən bir tələbələr tərəfindən seçilən Baş 

Nümayəndə  fəaliyyət göstərir. Baş Nümayəndə  tələbələrin gündəlik həyatına, 

onların sosial təminatına, tələbə  təşkilatlarına və s. nəzarət edir. Tələbələr mək-

təbin ictimai həyatında fəal iştirak edir, inzibati işlərdə yardım edirlər. Məktəbdə 

fəaliyyət göstərən Tədris Komissiyası müəllimlər və inzibati işçilərlə  tələbələr 

arasında səmərəli dialoqlar təşkil edir. Universitet həyatına aid bütün məsələlər, 

kurs işləri və s. bu komissiya çərçivəsində müzakirə edilir. Paris Ali Normal Mək-

təbi yarandığı gündən məşhur əməkdaşları, tədqiqatçıları və məzunları ilə diqqəti 

cəlb edir. Onların arasında 12 Nobel, 9 Filds Medalı (beynəlxalq mükafat, hər 4 

ildən bir 40-dan çox yaşı olmayan gənc riyaziyyatçı alimlərə verilir) laureatları, 

eləcə də digər mükafatlara layiq görülmüş şəxslər var. 

Paris Ali Normal Məktəbinin direktoru xanım Monika Kanto-Sperber işlə-

diyi təhsil müəssisəsini belə xarakterizə edir: "Paris Ali Normal Məktəbi zəngin 

tarixə malikdir. Fransanın intellektual həyatında məktəbin müstəsna xidmətləri 

var. Məktəb qətiyyətlə gələcəyə addımlayır". 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

171


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin