AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl problemləRİ İnstitutu



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix14.01.2017
ölçüsü3,82 Mb.
#5285
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

 

 

NİDERLANDDA TƏHSİL 

 

 

 

 

Ölkənin rəsmi adı Niderlanddır və Niderland əvəzinə ölkəni Hollandiya da 

adlandırırlar. Hollandiyada təhsil müəssisələrinin 70 faizi özəl, 30 faizi dövlətə 

məxsusdur. 

Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu 

ölkənin ali təhsil müəssisələri ingilis dilində təxminən 1150 tədris proqramı təklif 

edir. Onların bir çoxu bakalavr və magistr proqramları, qalanları isə qısamüddətli 

kurslar və ixtisasartırma proqramlarından ibarətdir. Ölkənin ilk ali təhsil müəs-

sisəsi olan Leyden Universiteti 1575-ci ildə yaradılıb. Hollandiyanın 14 dövlət 

universitetinin 10-u dünyanın  ən nüfuzlu 200 universiteti arasında yerləşmişdir. 

Kiçik ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika, tibb, iqtisadiyyat 

və sülh sahələri üzrə 18 Nobel mükafatçısı var. 



Məktəbəqədər təhsil.  Hollandiyada 4 yaşdan aşağı uşaqlar üçün məktəbə-

qədər təhsil nəzərdə tutulmayıb. Onlar üçün xüsusi uşaq qayğı mərkəzləri fəaliy-

yət göstərir. Ölkədə  təxminən 300 min uşaq (2004-cü ilin statistikasına görə) 

qayğı  mərkəzinə gedir. Bu mərkəzlər hökumət və valideynlər tərəfindən maliy-

yələşdirilir. Qayğı mərkəzləri 6 aydan 3 yaşadək uşaqlar üçün nəzərdə tutulub. 

İbtidai təhsil. Hollandiyada ibtidai təhsil 4 yaşdan 12 yaşadək davam edir. 

İbtidai məktəblər özəl və ya dövlətə  məxsus təhsil ocaqlarına bölünür. Bu iki 

məktəb arasında yeganə  fərq ondan ibarətdir ki, özəl məktəblər uşaqları  qəbul 

edərkən seçim apara bildikləri halda, dövlət məktəbləri bu imkandan məhrumdur. 

Dövlət təhsil ocaqlarında təhsil pulsuzdur. Valideynlər yalnız məktəbin saxlanıl-

masına və  əlavə  tədbirlər üçün müəyyən məbləğdə  vəsait verir. Bu məktəblərdə 

uşaqlar dərsliklərlə pulsuz təmin olunurlar. Hollandiyada tədris proqramları mü-

rəkkəbliyi ilə fərqlənir. Məsələn, ana dili, riyaziyyat, fizika, kimya, biologiya kimi 

əsas fənlərlə yanaşı, başqa ölkələrdə, adətən, universitetlərdə  tədris metodikası, 

tibbin əsasları, iqtisadiyyat, mühasibat uçotu kimi fənlər də Hollandiya məktəblə-

rində  tədris olunur. Məktəb proqramlarına ingilis, alman və fransiz dilləri ilə 

yanaşı, latın və yunan dilləri də daxil edilib. 



Orta təhsil. Hollandiyada təxminən 700 orta məktəb fəaliyyət göstərir. Orta 

məktəblərə  şagirdlər 12 yaşından sonra qəbul edilir. Uşaqların məktəbə getməsi 

icbaridir. Səkkizillik ibtidai təhsildən sonra şagirdlər test imtahanları verirlər. İm-

tahanlar iki gün davam edir. Test imtahanının nəticəsi və müəllimin zəmanəti uşa-

ğın hansı istiqamət üzrə təhsil alacağını müəyyənləşdirir. Şagirdlər orta məktəbdə 

təhsillərini, əsasən, 4 istiqamət üzrə davam etdirirlər: 



  MÜDAFİƏ MAHMUDOV 

 

172 



1. Birinci istiqamət üzrə  təhsil alan şagirdlər universitetlərə hazırlanır. 

Burada təhsil 6 il davam edir. 

2. İkinci istiqamət üzrə təhsil alan şagirdlər ali peşə məktəblərinə hazırlanır. 

Burada təhsil 5 il davam edir. 

3. Üçüncü istiqamət üzrə isə şagirdlərə 4 illik peşə təhsili təklif olunur. 

4. Dördüncü istiqamətə 6 illik təhsili nəzərdə tutan praktiki təhsil daxildir. 

Üçüncü istiqamət üzrə  təhsil alan şagirdlər nailiyyət qazana bilmədikdə, onda 

onlar əmək bazarına daxil olmaq üçün hazırlanan praktik təhsilə yiyələnə bilər. 

Orta məktəbi birinci istiqamət üzrə bitirən şagirdlər universitetlərə daxil ola 

bilər.  İkinci və üçüncü istiqamətlər üzrə oxuyan şagirdlər isə keçid proqramları 

vasitəsilə universitetlərə daxil olmaq imkanı əldə edir. Ümumi orta təhsilli gimna-

ziyalarda və realnı orta məktəblərdə də (təhsil müddəti 6 ildir) almaq mümkündür. 

Bu məktəblərin məzunları da universitetlərə daxil olmaq hüququ qazanır. Hollan-

diyada fiziki və  əqli cəhətdən zəif uşaqlar üçün xüsusi məktəblər fəaliyyət gös-

tərir. Bu tədris ocaqlarının şagirdləri sadə tədris planı üzrə təhsil alırlar. İlk təhsi-

lini digər ölkədə başlamış uşaqlar üçün Hollandiyada beynəlxalq məktəblər fəaliy-

yət göstərir. Bu məktəblərdə bütün fənlərin tədrisi ingilis, fransız və alman dillə-

rində aparılır. Hollandiya orta təhsil sistemində  fənlər və  tədrisin məqsədləri 

müvafiq qanunla tənzimlənir. Bu, hökumətə ölkə üzrə vahid təhsil standartlarını 

saxlamaq imkanı verir. 



Texniki peşə təhsili. Hollandiyada 40 regional peşə təhsili mərkəzi fəaliy-

yət göstərir. Onlar mühəndislik və texnologiya, iqtisadiyyat, səhiyyə  və sosial 

müdafiə sahələri üzrə peşə təhsili təklif edir. Kənd təsərrüfatı, ekologiya və qida 

sənayesi sahəsində peşə  təhsili kənd təsərrüfatı üzrə  təhsil mərkəzləri tərəfindən 

verilir. Bu mərkəzlər ölkənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maliyyələş-

dirilir. Həmin mərkəzlərin nəzdində 700-dən artıq peşə  təhsili kursları  fəaliyyət 

göstərir. Bu kurslara 16 yaşdan yuxarı şəxslər qəbul edilir. 

Hollandiyada sosial sahələr üzrə 200-dən artıq tədris proqramı  təklif edən 

43 kollec vardır. 

Ali təhsil. Hollandiyada ali təhsil sistemi üçpilləlidir. Birinci pillədə üçillik 

və dördillik bakalavr proqramları təklif edilir. Təhsilin sonunda humanitar və ya 

təbiət elmləri bakalavr dərəcəsi verilir. Dərəcənin alınması üçün üçillik təhsildə 

180 və ya dördillik təhsildə 240 kredit (Avropa Kredit Transfer Sisteminə əsasən) 

almaq lazımdır. 

İkinci pillədə magistr proqramları  təklif olunur. Burada təhsil 1 və ya 2 il 

davam edir. Magistr dərəcəsinin alınması üçün müvafiq olaraq 60 və ya 120 kredit 

qazanmaq lazımdır. Təbiət elmləri və texnologiyalar sahəsi üzrə ikiillik proq-

ramlar nəzərdə tutulub. 

Ali təhsilin üçüncü pilləsinə doktorluq (Dr., PhD-nin analoqu) proqramı 

daxildir. Bu pillədə təhsil almaq istəyənlərin magistr dərəcəsinin olması zəruridir. 

Doktorluq dərəcəsi yalnız universitetlər tərəfindən təklif olunur. Bu pillədə təhsil 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

173


ən azı dörd il davam edir. Doktorluq dərəcəsinin alınması üçün təhsilin sonunda 

dissertasiya işi müdafiə olunmalıdır. 



Ali təhsil müəssisələri. Hollandiyada ali təhsil sisteminə universitetlər, 

Beynəlxalq Təhsil İnstitutları və peşə texniki təhsili universitetləri fəaliyyət gös-

tərir. Klassik universitetlər əsasən humanitar elmlərin tədrisi və elmi-tədqiqatların 

aparılması ilə məşğul olur. 

Hollandiyada fəaliyyət göstərən 11 Beynəlxalq Təhsil  İnstitutu digər ali 

təhsil müəssisələrindən fərqli olaraq, yalnız bakalavr proqramları təklif edir. Hər il 

bu institutlara təxminən 13 min əcnəbi tələbə daxil olur. Bu təhsil ocaqlarında 

təhsil müddəti 18 ay davam edir. Ali peşə təhsili universitetləri isə tələbələri kon-

kret peşə sahələri üzrə hazırlayır. Ölkədə dövlət tərəfindən tanınmış 14 klassik 

universitet fəaliyyət göstərir. Bu universitetlərdən üçü texniki ali təhsil müəssisə-

sidir. Həm də ölkə ərazisində 42 ali peşə təhsili universiteti vardır. Universitetlər, 

əsasən, tələbələrin (6 mindən 30 minədək) sayına görə  fərqlənir. Hollandiya ali 

təhsil müəssisələrinə ildə təxminən 185 min tələbə qəbul olunur. Başqa ölkələrdən 

fərqli olaraq, Hollandiyada nüfuzlu universitet anlayışı yoxdur. Ölkənin bütün 

universitetlərinin diplomu eyni qüvvəyə malikdir və başqa ölkələr tərəfindən 

qəbul edilir. Buna görə də universitetlər məşhurluğuna görə deyil, tələbənin yiyə-

lənmək istədiyi ixtisasa uyğun olaraq seçilir. Ölkədə 2002-ci ildə qəbul olunmuş 

ali təhsil haqqında Qanuna əsasən, universitetlər tərəfindən təklif edilən bütün təd-

ris proqramları akkreditasiyadan keçirilir. Akkreditasiyanın əsas məqsədi univer-

sitetlər tərəfindən təklif olunan proqramların yüksək standartlara uyğunluğunu tə-

min etməkdir. 

Əcnəbi tələbələr.  Bir il ərzində Hollandiya universitetlərinə  təxminən 59 

min tələbə daxil olur. Onlardan təxminən 42 mini əcnəbi tələbələrdir. Bu tələbə-

lərin arasında Almaniya, Belçika, Çin, İndoneziya və Vyetnamdan olanlar üstün-

lük təşkil edir. Əcnəbi tələbələr əsasən biznes və idarəçilik, sosial elmlər, səhiyyə, 

mühəndislik, incəsənət sahələrinə üstünlük verir. Hollandiya hökuməti hər il 

əcnəbi tələbələr üçün təxminən 5 milyon avrodan artıq təqaüd üçün vəsait ayırır. 

Hollandiya universitetlərinə daxil olmaq istəyən əcnəbi tələbələr ilk növbədə mü-

vafiq təhsil proqramını seçməlidirlər. Bu ölkədə oxumaq istəyənlər orta təhsil 

haqqında attestatı, TOEFL (500-550 bal) və ya IELTS (6 baldan yuxarı) imtahan-

ları  və ya müvafiq kurslar üzrə alınmış qiymətlərə dair sənədləri (ingilis dilində 

oxumaq istəyənlər) ali məktəblərə  təqdim etməlidir. Bütün bu sənədlər ingilis 

dilinə tərcümə olunmalı və notariat qaydasında təsdiqlənməlidir. 

Hollandiyada təhsil xərclərinin miqdarı inkişaf etmiş digər ölkələrlə müqa-

yisədə azdır.  İllik təhsil haqqı Avropa İttifaqına üzv olan ölkələrin vətəndaşları 

üçün təxminən 1500 avro təşkil edir. Avropa İttifaqına üzv olmayan ölkələrdən 

gələn tələbələr üçün isə illik  təhsil haqqı nisbətən yüksəkdir. Holland dilində ali 

təhsilin haqqı ildə orta hesabla 1,5-5 min avro təşkil edir. İngilisdilli proqramlara 

əsaslanan təhsil nisbətən bahadır. Məsələn, Amsterdam Universitetində Avropa 



  MÜDAFİƏ MAHMUDOV 

 

174 



İttifaqına üzv olmayan dövlətlərin vətəndaşları üçün bakalavr təhsilində illik xərc 

orta hesabla 7 min avro, magistr təhsili isə 9 min avro təşkil edir. Bir tələbə üçün 

dərslik və tədris materiallarının illik xərci isə 800-1000 avro miqdarında dəyişir. 

2006-cı il may ayının 1-dən ölkədə Davranış Kodeksi qüvvəyə minib. Ko-

deks Hollandiyanın ali təhsil müəssisələrində  əcnəbi tələbələrlə  işin mahiyyətini 

müəyyən edir. Bu kodeksi imzalayan ali təhsil ocaqları əcnəbi tələbələrə yüksək 

keyfiyyətli tədris proqramları  təklif etdiklərinə  zəmanət verir. Yalnız Davranış 

Kodeksinə qoşulan universitetlər Avropa İttifaqına üzv olmayan ölkələrdən tələbə 

qəbul edə bilər. Bu Kodeksin tələblərinə əsasən, ali təhsil müəssisəsi əcnəbi tələ-

bələrə öz tədris proqramları haqqında  ətraflı  məlumat verməlidir. Buraya təhsil 

müəssisəsinin akkreditasiya statusu, tədris prosesinin keyfiyyətinin qəbul şərtləri

eləcə  də  əcnəbi tələbələr üçün maraqlı  və vacib olan digər qaydalar haqqında 

məlumatlar daxildir. Əcnəbi tələbələr üçün nəzərdə tutulmuş  məlumat ingilis 

dilində və ya əcnəbi tələbənin ana dilində olmalıdır. Təhsil müəssisəsi əcnəbi tələ-

bəyə hansı xidmətləri (məsələn, vizanın alınması, yaşayış yeri ilə təmin edilməsi 

və s.) etmələri haqda ətraflı  məlumat verməlidir. Avropa İttifaqına üzv olmayan 

ölkələrdən gələn tələbələrə Davranış Kodeksini qəbul etməyən ali məktəblərdə 

təhsil almaq üçün viza verilmir. 

Ölkədə təhsil almaq istəyənlər holland dilində tədris olunan milli və ya ingi-

lis dilində  tədris edilən beynəlxalq proqramı seçə bilər. Hər il təxminən 12 min 

hollandiyalı tələbə xarici ölkələrdə təhsil alır. Onların 6 mindən çoxu dövlətdən və 

ya Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində  təqaüd alır. Hol-

landiya hökuməti xaricdə  təhsil alan tələbələrə ildə  təxminən 2 milyon avro 

(2004-2005-ci illərin statistikasına əsasən) vəsait ayırır. 



Təqaüdlərin alınması.  Hollandiyada təhsil almağın  ən asan yolu tələbə 

mübadiləsi proqramlarıdır. Ölkə universitetlərinin  əksəriyyəti dünyanın bir çox 

ölkələrinin ali təhsil müəssisələri ilə  tələbə mübadiləsi üzrə  əməkdaşlıq sazişi 

imzalayıb. Hügens adına təqaüd bakalavr və ya magistr pillələrinin sonuncu kur-

sunda təhsil alan tələbələrə verilir. Bu proqram çərçivəsində doktorluq dərəcəsi 

üzrə təqaüd ayrılmır və ölkənin ali təhsil sahəsi üzrə beynəlxalq əməkdaşlıq təşki-

latı  tərəfindən reallaşdırılır. Proqram Hollandiyanın Təhsil, Mədəniyyət və Elm 

Nazirliyi tərəfindən maliyyələşdirilir. Nazirlik təqaüd çərçivəsində əcnəbi tələbə-

lərə hər il dörd milyon avro məbləğində vəsait ayırır. Bu məbləğin bir hissəsi hol-

land dilini öyrənən tələbələr üçün nəzərdə tutulur. Təqaüd 6 və ya 24 ay müddə-

tinə  təqdim olunur. Proqrama əsasən, bir tələbəyə 900 avro məbləğində aylıq 

təqaüd (tibbi sığorta daxil olmaqla), təhsil haqqı, viza alınması üçün rüsum və 

təyyarə biletinin dəyərinin kompensasiyası verilir. 

Hügens adına təqaüd çərçivəsində təhsil almaq istəyənlərdən bakalavr dip-

lomu, Hollandiya universitetindən proqramı qazanması haqqında arayışın alınması 

və yaş  həddinin 35-i keçməməsi tələb olunur. Namizəd təhsilin aparılacağı dili 

(ingilis və ya holland) bilmə səviyyəsini təsdiqləyən sənədi də təqdim etməlidir. 

Əcnəbi tələbə  və doktorantlar üçün ən tanınmış  təqaüd proqramlarından biri də 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

175


MTEC-dir (Matra Training for European Cooperation). MTEC proqramı CROSS 

Bürosu (Hollandiya ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında təhsil sahəsində 

əməkdaşlıq üzrə agentlik) tərəfindən 1994-cü ildən həyata keçirilir. MTEC proq-

ramı  çərçivəsində bir il müddətinə magistr təhsili üçün təqaüdlər təklif edilir. 

MTEC təqaüdləri bakalavr dərəcəsi almış, müvafiq sahələrdə çalışan məzun və 

mütəxəssislərə verilir. Magistratura bir neçə alt proqrama bölünür. Bu sıraya 

Amsterdam Universitetinin hüquq fakültəsində Beynəlxalq və Avropa hüququ 

magistrı, Tvent Universitetində Dövlət idarəçiliyi magistri, Maastrixt Universiteti-

nin tibb fakültəsində ictimai səhiyyə magistri, mədəniyyət və incəsənət fakül-

təsində Avropa tədqiqatları magistri proqramları daxildir. Həm də Hollandiyada 

TEMPUS (Trans-European Mobility Programme for University Studies) proqramı 

çərçivəsində  təhsil almaq mümkündür. TEMPUS Avropa İttifaqının ali təhsil 

müəssisələri, müstəqil dövlətlər (keçmiş sovet müttəfiq respublikaları), Qərbi Bal-

kan, Avropa İttifaqına üzv olmayan Şərqi Avropa və Aralıq dənizi hövzəsi dövlət-

ləri ilə həyata keçirdiyi əməkdaşlıq proqramıdır. Proqramın məqsədi keçmiş sosia-

list düşərgəsinə daxil olmuş ölkələrdə universitetlərin modernləşdirilməsi və ali 

təhsil sahəsində islahatlara yardım göstərməkdir. 

Avropa Komissiyasının həyata keçirdiyi Erasmus Mundus proqramının 

məqsədi Avropa ali təhsilinin keyfiyyətinin artırılması  və Avropa İttifaqına üzv 

olmayan ölkələrlə  əməkdaşlığı inkişaf etdirməkdir. Bu proqram 2008-ci ilin 21 

oktyabr tarixində Avropa Parlamenti tərəfindən qəbul olunub. Avropa İttifaqına 

üzv olan və olmayan ölkələrin tələbələri bu proqramın təqaüdü hesabına Hollan-

diyada da təhsil ala bilər. 

Hollandiya çiçəklənən, inkişaf etmiş  sənaye ölkəsidir. Onun təhsil sistemi 

başqa dövlətlərdən götürülməmişdir. Hollandiyanın təhsil sistemi özündə yaran-

mış, inkişaf etmiş  və ölkənin bütün adət-ənənələri ilə  sıx bağlıdır. 15,5 milyon 

əhalisinin təxminən 450 min nəfəri müxtəlif formada ali təhsil almışdır. Hollandi-

yada paralel fəaliyyət göstərən üç cür ali təhsil vardır. Tədris ili sentyabr ayından 

iyun ayına qədər olan dövrdür. 

Ali təhsil sistemi. Hollandiyada ali təhsil ocaqlarının iki növü vardır: 

universitetlər və ali texniki məktəblər. Ali texniki təhsili politexnik təhsil müəssi-

sələrində və kolleclərdə almaq olar. Universitet tələbələri ancaq elmi istiqamətdə 

hazırlanır. Kolleclər, adətən, təcrübəyə istiqamətlənir və onlar tələbələri peşəkar-

lıq fəaliyyətinə hazırlayır. Ali təhsil sistemində bir ixtisasdan başqasına keçmək 

mümkündür. Artıq 50 ildir ki, Hollandiyada əcnəbi tələbələr də təhsil alır. 1950-ci 

ildə bu məqsədlə ölkədə xüsusi (özəl) ali məktəblər yaradılmışdı. Onlar tələbələr-

dən yüksək hazırlıq səviyyəsi tələb edir, inkişaf etməkdə olan ölkələrdən gələn 

tələbələrə xüsusi diqqət yetirilirdi. 

Ölkədə hal-hazırda 14 institut, təxminən 150 ixtisaslaşdırılmış kurs vardır. 

Bunlar ilk növbədə öz nüfuzunu saxlayaraq hər kəsin arzularına və tələblərinə ca-

vab verir. Kurslar tələbələri yeni metod və texnologiyalarla təmin edir. Tələbələr 



  MÜDAFİƏ MAHMUDOV 

 

176 



vətənlərinə qayıdan zaman onların biliklərini təcrübədə  tətbiq edə biləcəklərini 

yoxlayırlar. 14 ali texniki institut və 70 universitetə müsahibə yolu ilə  gəlmiş 

əcnəbi tələbələrə eyni zamanda ingilis dilində bir neçə kurs təklif edirlər. Həmin 

kurslar dərəcə almaq üçün proqramın bir hissəsini və ixtisaslaşdırılmış kursları 

əhatə edir. Bu kurslarda təhsil alan tələbələr imtahan verdikdən sonra bakalavr və 

magistrə ekvivalent dərəcələr ala bilər. Bütün tədris prosesi dörd və ya beş il 

davam edir. Əcnəbi tələbələr, adətən, Hollandiyada fənlər üzrə imtahan qiymət-

lərini öz ölkələrinə köçürür və orada təhsillərini başa çatdırırlar. Hollandiyanın 

universitet, kollec, ixtisaslaşdırılmış institutları başqa ölkələrin ali məktəbləri ilə 

əməkdaşlıq edir və ikitərəfli razılaşmalar həyata keçirirlər. Ali təhsil dövlət və 

hökumət qanunları ilə idarə olunur. Təhsil başa çatdıqdan sonra tələbəyə şəhadət-

namə, diplom, bakalavr və ya magistr dərəcəsi verilir. Sertifikat almaq üçün bir 

neçə həftə, diplom üçün bir neçə ay və dərəcə almaq üçün bir ilə qədər və ya daha 

çox vaxt lazım olur. Qəbul zamanı tələbələr bir çox proqramları kifayət qədər qısa 

müddətdə həyata keçirir və həmin proqramların zamini olan bakalavr dərəcəsi və 

ya ona bərabər nüfuzlu orta təhsil müəssisəsinin diplom verilir. 

Hollandiyada cəmi 214 universitet və Açıq Universitetlər fəaliyyət göstərir. 

Həmin təhsil müəssisələrinin əsas məqsədi tələbələrə gələcəkdə elmi işçi (tədqi-

qatçı) olmaq üçün təhsil verməkdir, eyni zamanda bir çox tədris proqramları üzrə 

peşə təhsilini davam etdirir. Universitetlər sahəsinə və təhsil alan tələbələrin sayı-

na görə (6 mindən 30 minə qədər) fərqlənir. Hazırda universitetlərdə 150 minə ya-

xın tələbə təhsil alır. Britaniya və Afrika təhsil sistemindən fərqli olaraq, Hollan-

diya təhsil sistemində diplomlar iki cür dərəcəyə malikdir. Hər bir tələbə dokto-

rant diplomu alır. Diplomlar bəzi ixtisaslar üzrə 4 il, əyani təhsildən sonra, bəzi-

sində isə mühəndislik işi, təbiət elmləri, kənd təsərrüfatı  və.s. sahəsində 5 ildən 

sonra verilir. Tələbənin tədris prosesində akademik borcu olduqda ali təhsil 

tamamlanmamış hesab olunur. 

Ölkədə akademik proqram tələbəyə veriləcək diploma uyğun əsas tədqiqat-

lar sahəsi üzərində  cəmləşir. Hətta birinci tədris ilində  tələbələr ümumi fənləri 

öyrənmirlər. Ona görə ki, abituriyentlər iki il universitetə qəbul olmaq üçün hazır-

laşdıqda belə fənlər həmin proqrama daxil olunur. Universitet proqramlarının əsas 

hissəsini müstəqil tədqiqatlar təşkil edir. Əsas tələb diplom işidir. Diplom işi tələ-

bənin apardığı müstəqil tədqiqat işi  əsasında tərtib edilmiş elmi işdir.  Ən yaxşı 

işlər elmi jurnallarda məqalə şəklində çap edilir. Tədqiqatlar universitetin profes-

sorunun elmi rəhbərliyi altında aparılır. Növbəti elmi dərəcənin (doktor dərə-

cəsinin) alınması üçün tələbə dissertasiya yazır. Doktorant diplomu 

anqlosaks 

ali 


təhsil sistemində magistr diplomuna bərabər tutulur. 

Texniki universitetlərin bütün təhsil proqramları peşə fəaliyyətinə istiqamət-

lənmişdir. Ölkədə bu tipli 50-dən artıq ali məktəb vardır. Belə universitetlərdə 

tələbələrin sayı  ən çox 20-25 min nəfər, bəzi tədris müəssisələrində isə azdır. 

Hollandiyada bu tipli ali təhsil müəssisələrində 280 mindən artıq tələbə təhsil alır. 

Texniki universitetlərin akademik proqramı iki pilləlidir və anqlosaks sistemindən 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

177


fərqlənir. Ona ancaq 4 illik təhsildən sonra diplom verilir. Şirkətlərdə, yaxud 

başqa cür təşkilatlarda təcrübə keçmə iş proqramının mühüm elementidir, yəni bu 

proqram tələbələrin peşə  vərdişlərinə diqqəti cəlb edir. Universitetlərdən fərqli 

olaraq, peşə təhsilində tədqiqat işləri aparılmır və sonrakı elmi dərəcə almaq üçün 

təhsilin davam etdirilməsi təklif olunmur. Texniki universitetləri bitirənlərin 

hamısı bakalavriata ekvivalent olan diplom alır və gələcəkdə təhsillərini doktoran-

turada davam etdirə bilər. Texniki universitetlərin bəzilərində isə  tələbələrə ma-

gistr təhsil pilləsində təhsillərinin davam etdirilməsi təklif olunur. Adətən, tədris 

prosesi ingilis dilində aparılır, bu hal əsasən əcnəbi tələbələrə şamil edilir. Təhsil 

bir-iki il davam edir. Bu universitetlərin magistraturasına daxil olmaq üçün yalnız 

ali təhsil haqqında diplom, əcnəbi tələbələrdən isə bakalavr və ya ona ekvivalent 

diplom tələb olunur. Ölkənin 15 beynəlxalq ali texniki məktəbində elmin müxtəlif 

sahələrində məzunlar sonrakı təhsillərini davam etdirə bilir. Təhsil ingilis dilində 

aparılır və bu məktəblər  əcnəbi tələbələr üçün təşkil olunmuşdur. Bu cür təhsil 

müəssisələrinə  qəbul olunmaq üçün ali təhsil haqqında diplom və bir neçə il iş 

təcrübəsi tələb olunur. Beynəlxalq institutlarda üç-dörd min tələbə  təhsil alır. 

Başqa universitetlərdə  də texniki universitetlər kimi ingilis dilində kurslar təklif 

olunur. 


Beynəlxalq texniki təhsil müəssisələrində akademik proqram üzrə “Beynəl-

xalq təhsil” kateqoriyasına aid edilən proqramlar əsasında bütün kurslar ingilis di-

lində keçilir. Onlar bir və ya iki il müddətinə qədər ola bilər. Bir çox hallarda əc-

nəbi tələbələrdən öz ölkələrində bakalavr diplomu və ya ona ekvivalent diplom 

almaq tələb olunur, sonra isə uzunmüddətli proqramlar üzrə magistr diplomu 

almaq üçün iş aparılır. Tələbələr magistraturanı bitirdikdən sonra doktorluq dərə-

cəsi almaq üçün təhsilini davam edə bilər. 

Ölkədə ali təhsil bütün dünyada öz keyfiyyəti ilə tanınır, buna isə xüsusi 

hazırlanmış  nəzarət və keyfiyyət sistemi vasitəsilə nail olunur. Hollandiyanın 

Təhsil Nazirliyi ali təhsil sistemində dövlət standartlarına uyğun yüksək keyfiy-

yətə nail olunmasına zəmanət verir. Beləliklə, abituriyentlər ali məktəbi seçərkən 

təhsilin keyfiyyəti barədə narahat olmur, onlar ancaq maraqlı olduqları ixtisasın 

istiqaməti haqda düşünürlər. Ölkədə  hər bir universitet ayrılıqda özünəməxsus 

struktur və daxili qaydaya malikdir. Təhsil müəssisələri ancaq keyfiyyət parametr-

ləri ilə fərqlənir. İşə götürən rəhbərlik tərəfindən məzunlardan ilk növbədə diplom 

tələb olunur və onun hansı universitetə məxsus olması əhəmiyyətli deyil. 

Avropa İttifaqı və Avropa iqtisadi məkanı ölkələrindən (Avstraliya, Belçika, 

Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtali-

ya, Lixtenşteyn, Lüksemburq, Monako, Norveç, Portuqaliya, İspaniya, İsveçrə və 

Böyük Britaniya) olan tələbələrin öz ölkəsinin vətəndaşının qüvvədə olan şəxsiy-

yət vərəqəsi olmalıdır. Bütün başqa ölkələrdən olan tələbələrin isə gəlmə vizaları 

olmalıdır (bir çox hallarda qəbul olunmaq üçün istədikləri institutlar həmin mər-

hələni keçərkən kömək edirlər). Onlar öz vətənində olarkən viza və yaşayış üçün 


  MÜDAFİƏ MAHMUDOV 

 

178 



müraciət etməlidir. Viza yalnız tədris ili müddətinə verilir. Bu cür icazə alan 

tələbələrin Hollandiyada işləmək hüququ yoxdur. Onlara tibbi sığorta da lazımdır. 

Daha ətraflı məlumat üçün öz ölkənizdə fəaliyyət göstərən Hollandiyanın səfirliyi 

və ya onun diplomatik nümayəndəliyi ilə əlaqə saxlamaq məqsədə uyğundur. 

Dərəcə almaq üçün tədris prosesi adi proqramlarla Holland dilində  həyata 

keçirilir. Universitetlərə  və ya kolleclərə daxil olmazdan əvvəl holland dilində 

imtahan verilməsi tələb olunur. Bir çox universitetlər holland dili kursları  təşkil 

edir. Əcnəbilər üçün dil öyrədilməsini təşkil edən məktəblər və digər təhsil müəs-

sisələri vardır. Beynəlxalq təhsil almaq üçün ingilis dilini yaxşı səviyyədə bilmək 

zəruridir. Bir çox ali məktəblərə daxil olmaq üçün TOEFL imtahanında ən azı 550 

bal toplamaq lazımdır, bəzi hallarda isə başqa dildə  təhsil almaq mümkündür. 

Tədris ili üçün xərc 14000 florinə yaxındır. Beynəlxalq təhsil üçün ödəniş isə 200 

florindən 30 000 florin arasındadır. 7-15 yaşlı  uşaqların 8 illik təhsili icbari və 

puluzdur. Təhsil müddəti ibtidai məktəblərdə, tam orta ümumi təhsil verən gimna-

ziyalarada və realnı orta məktəblərdə 6 ildir. Təhsil müddəti 3-4 il olan orta 

məktəblər də var, lakin bunları bitirənlərin ali məktəblərə daxil olmaq hüququ 

yoxdur. Peşə təhsilini verən ixtisas məktəblərində təhsil müddəti bir neçə aydan 5 

ilə kimidir. Ölkədə 15 ali məktəb, o cümlədən 6 universitet var (1980). Böyük ki-

tabxanaları: Amsterdam və Leyden universitetlərinin kitabxanaları, Haaqada Kral 

Kitabxanası. Muzeyləri: Amsterdamda Dövlət muzeyi, Van Qoq Milli muzeyi, 

Rembrandtın ev muzeyi, Haaqada Bələdiyyə muzeyi, Poçt muzeyi, Leydende 

Milli etnoqrafiya muzeyi və s. 



Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin