AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl problemləRİ İnstitutu



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix14.01.2017
ölçüsü3,82 Mb.
#5285
1   2   3   4   5   6   7   8   9   ...   41

Kanadanın təhsil sistemi. Şimali Amerikada yerləşən Kanadanın təhsil 

sistemi dünyada mövcud olan ən mükəmməl təhsil sistemlərindən biri hesab edi-

lir. Digər ölkələrlə müqayisədə Kanada təhsilin inkişafına daha çox maliyyə və-

saiti ayırır. 

Ölkədə dövlət məktəbləri ilə yanaşı, özəl məktəblər də  fəaliyyət göstərir. 

Təhsil müəssisələrinin böyük əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Təd-

ris proqramlarının məzmunu müxtəlif regionlarda fərqli olsa da, ümumilikdə ölkə 

konstitusiyasının müvafiq tələblərinə uyğun hazırlanır. Bütün əyalətlərdə təhsilin 

məzmununa və keyfiyyətinə ciddi dövlət nəzarəti vardır. Ölkədə hər bir əyalətin 

ayrıca Təhsil Nazirliyi olsa da, federal Təhsil Nazirliyi və  rəsmi akkreditasiya 

sistemi mövcud deyil. 

Uşaqlar bir və ya iki il könüllü olaraq məktəbəqədər təhsil müəssisələrinə 

cəlb olunur. Altı yaşı olmuş uşaqlar isə birinci sinfə qəbul edilir. Dərs ili sentyabr 

ayında başlayır, iyun ayında başa çatır. Müəyyən hallarda isə uşaqların məktəbə 

qəbuluna yanvar ayında başlanılır. Ölkənin  əyalətlərindən asılı olaraq, orta 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

13

məktəb təhsili 11 və ya 12 il davam edir. Abituriyentlər universitet, kollec və ya 3 



illik peşə təhsili müəssisələrinə qəbul ola bilərlər. 

Ölkədə yüksək nailiyyətləri ilə seçilən kifayət qədər çoxsaylı  təhsil 

müəssisəsi fəaliyyət göstərir. Şagirdlərin oxu, təbiət elmləri və riyaziyyat fənləri 

üzrə beynəlxalq testlərdə yüksək nəticələr göstərməsi Kanada məktəblərindəki 

keyfiyyətli təhsilin əyani təzahürüdür. 

Tədris proqramlarının təcrübə ilə sıx əlaqələndirilməsi Kanada təhsil mode-

linin üstün cəhətlərindəndir. Tədris planları  işəgötürən müəssisələrin tövsiyələri 

nəzərə alınmaqla tərtib olunur. 

Kanadada yüksək texnologiyalar, aerokosmik sənaye, mikroelektronika, 

biotexnologiya və digər sahələrin inkişafı yalnız tədrisin keyfiyyəti sayəsində 

mümkün olub. Bütün bunlarla yanaşı, mühəndislik, biznes və  təbiət elmləri 

sahəsində də ciddi nəticələr əldə edilib. 

Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Ali məktəb tələ-

bələri ingilis və ya fransız dilində təhsil ala bilərlər. Bəzi universitetlərdə təhsilin 

iki dildə olmasına baxmayaraq, tələbələrin hər iki dili yüksək səviyyədə bilməsi 

vacib deyil. 

Kanadada məktəbəqədər təhsil 5 yaşdan başlayaraq icbari təhsil dövrünə 

qədər olan mərhələni  əhatə edir. Bəzi  əyalətlərdə  uşaqların məktəbəqədər təhsil 

müəssisələrinə qəbul yaşı fərqlidir. Məktəbəqədər təhsil pulsuzdur. Kifayət qədər 

çox olan məktəbəqədər təhsil müəssisələrində uşaqların hərtərəfli formalaşması və 

məktəbə hazırlanması üçün hər cür şərait yaradılıb. 

Valideynlər övladları üçün hansı məktəbəqədər tərbiyə müəssisəsini seçmək 

baxımından tam sərbəstdirlər. Məktəbəqədər təhsil müəssisələrinin işi, bir qayda 

olaraq, sentyabr ayında başlayır və iyul ayında başa çatır. Günüuzadılmış  uşaq 

bağçaları isə, demək olar ki, il ərzində fasiləsiz fəaliyyət göstərirlər. 

Kanadada orta təhsil ingilis və ya fransız dillərində aparılır. Ölkədə dövlət, 

özəl, böyük, kiçik, sərbəst, pansion və ali təhsil müəssisələrinin nəzdində  mək-

təblər fəaliyyət göstərir. İctimaiyyət tərəfindən maliyyələşən məktəblərə də tələbat 

duyulur. 

Məktəblərdə  təhsilin keyfiyyətinə  əsasən iki assosiasiya: Sakit Okean 

Ölkələrin  İngilis Dilli Assosiasiyaları  və Peşə  məktəblərin  İngilis Dilli Kanada 

Assosiasiyası nəzarət edir. Şagirdlər üçün intensiv ingilis dili, inteqrasiya edilmiş 

akademik və ya ingilis dili proqramları mövcuddur. İngilis dilindən bacarıqları 

yüksək olan şagirdlərə  və akademik proqramlar üzrə  təhsil almış  məzunlara 

müvafiq fərqləndirici diplom verilir. 

Özəl orta məktəblər Kanadanın hər bir əyalətində mövcuddur. Özəl məktəb-

lərə daxil olmaq üçün bəzən TOEFL imtahanının nəticələri də  tələb olunur. 

Yuxarı siniflərə daxil olmaq istəyən şagirdlər isə testlə imtahan verməlidirlər. 

Kanadanın biznes və siyasət sahəsində aparıcı mövqe tutan simalarının 

əksəriyyəti özəl məktəblərin məzunlarıdır. Özəl məktəblər yerləşdikləri  əyalətlər 



  MÜDAFİƏ MAHMUDOV 

 

14



üzrə  Təhsil Nazirliyində qeydiyyatdan keçməli, vahid kurikulum və digər 

standartlara cavab verməlidirlər. Valideynlər övladları üçün yalnız oğlanların və 

ya qızların, o cümlədən də qızlarla oğlanların birgə oxuduğu təhsil müəssisələrini 

seçə bilərlər. Bəzi özəl məktəblər dini etiqad məsələlərinə sadiq qalaraq daha çox 

mənəviyyat elmlərinin tədrisinə üstünlük verir, həmçinin ciddi elmi standartları 

tətbiq edirlər. Dini və dünyəvi təhsil verən orta məktəblərin təhsil proqramları 

əyalətlərə görə fərqlənir. 

Orta məktəblərdə  əcnəbilər də oxuya bilər və belə  məktəblər seçilmiş 

məktəb  şuraları  tərəfindən idarə olunur. Bütün ictimai məktəblər yalnız gündüz 

şöbəsində təhsil proqramları təklif edir. Məktəblərdə əcnəbilər üçün qəbul şərtləri 

və təhsil haqları fərqli ola bilər. 

Xüsusi dil məktəblərində standart (ümumi ingilis dili, biznes ingilis dili, 

peşəkar proqramlar) və  şagirdlərin tələblərinə uyğun ixtisaslaşmış kurslar təklif 

edilir. Demək olar ki, bütün məktəblərdə əcnəbi şagirdlər üçün nəzərdə tutulmuş 

"Akademik məqsədlər üçün ingilis dili" kimi uzunmüddətli kurslar təşkil olunur. 

Əcnəbi şagirdlər üçün fransız dilini xarici dil kimi tədris edən mərkəzlər də vardır. 

Altı yaşında birinci sinfə daxil olan uşaqlar məktəbdən, eləcə də əyalətdən 

asılı olaraq, 11 və ya 12 il təhsil alır, yalnız bundan sonra universitetlərə daxil ol-

maq istəyən abituriyentlər kolleclərdə 2 illik hazırlıq bölməsində oxuyurlar. Mək-

təblərdə uşaqlara əsas (riyaziyyat, qrammatika, ədəbiyyat və düzgün yazılış, Ka-

nadanın siyasi strukturunun əsaslarından ibarət fənlər) və  təbiət elmlərinə dair 

(fizika, biologiya və s.) fənlər qrupu tədris olunur. Qeyd edilən fənlərlə yanaşı, 

məktəblərdə kompyuter vərdişləri, xarici dil, musiqi kimi fənlər də keçirilir. Yu-

xarı siniflərdə isə qeyd edilən fənlər üzrə biliklərin möhkəmləndirilməsi davam 

etdirilir. 

Eyni zamanda ölkə üzrə geniş yayılmış xüsusi pansion məktəblər də 

fəaliyyət göstərir.  Əcnəbilərin təhsil aldığı belə  tədris ocaqları,  əsasən, katolik 

məktəblər hesab olunur. 

Kanadada təxminən 170 dövlət və xüsusi kollec fəaliyyət göstərir. Bunlar 

regional kolleclərə, texniki institutlara və teniki peşə kolleclər sisteminə bölünür. 

Regional kolleclərin  əksəriyyəti uyğun assosiasiyalara (Kanada Kolleclər 

Birliyi Assosiasiyasına) daxildir. Kanada kolleclərinin  əsas vəzifəsi sənaye və 

biznes sahəsi üzrə peşəkar kadrlar hazırlamaqdan ibarətdir. Bu kolleclərdə təhsil 

alan tələbələr qısa müddət  ərzində müəyyən peşəyə yiyələnə bilir. Kolleclərdə 

tədris olunan birillik proqramların sonunda dinləyicilərə müvafiq sertifikat təqdim 

olunur. Bundan əlavə, kolleclərdə ikiillik proqramlar da tədris olunur ki, bu 

proqramların sonunda məzunlara diplom verilir. 

Üçillik bakalavr proqramları mövcud olan kolleclər hər hansı bir ali təhsil 

müəssisəsi ilə əməkdaşlıq edir. Son illərə qədər üçillik kollecləri bitirmiş məzun-

lara xüsusi bakalavr dərəcəsi verilirdi. 

Kolleclərdə,  əsasən, informasiya, texnologiya, dizayn, mühasibatlıq, biz-

nesin idarə olunması, mehmanxana və turizm idarəetməsi ixtisasları üzrə mü-



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

15

təxəssislər hazırlanır. Nəzəri biliklər ixtisas üzrə  təcrübə  məşğələləri ilə  vəhdət 



təşkil edir. 

Kanadanın ali təhsil sistemi öz nüfuzuna görə dünyada ən üstün yerlərdən 

birini tutur. Kanada universitetlərində 1,5 milyondan çox tələbə təhsil alır. Onların 

1,2 milyonu dərəcə proqramlarında, 275800-ü gündüz şöbəsində oxuyur. Ali 

məktəblərdə tam ştatlı 42000 professor və müəllim çalışır. 

Ölkə üzrə aparılan tədqiqat işlərinin 30 faizi universitetlər tərəfindən həyata 

keçirilir. Ali təhsil müəssisələrində dünya miqyasında tanınan elmi tədqiqatlara 

imkan yaradan yüksək keyfiyyətli infrastruktur və unikal laboratoriya avadanlıq-

ları mövcuddur. Onu da qeyd edək ki, ölkədə həyat tərzinin yüksək olması məhz 

"insan kapitalının" inkişafı ilə əlaqədardır. 

Ali təhsil müəssisələri tədris proqramlarının dərinliyi baxımından fərqlənir. 

Universitetlər də daxil olmaqla, əyalət və  ərazilər üzrə müvafiq dövlət orqanları 

təhsilin bütün sahələrinə cavabdehdir. 

Kanadada təxminən 100 universitet və onların nəzdində  fəaliyyət göstərən 

universitet kolleci fəaliyyət göstərir. Digər ingilisdilli ölkələrlə müqayisədə, açıq 

immiqrasiya siyasətinin mövcudluğu ali məktəbləri bitirən əcnəbilərin Kanadada 

qalıb işləməsi üçün geniş üfüqlər açır. Təsadüfi deyil ki, hər il 125 min əcnəbi 

tələbə Kanada ali məktəblərini seçir və gələcək həyatlarını bu ölkə ilə bağlayırlar. 

Digər Qərb ölkələrində olduğu kimi, Kanada ali təhsil sistemi də üç 

pilləlidir. Üçillik ilk ali təhsil proqramında bakalavr dərəcəsi verilir. Bir və ya 

ikiillik magistr proqramından sonra doktoranturaya qəbul olanlar fəlsəfə doktoru 

dərəcəsi almaq üçün daha 4 il elmlə məşğul olmalıdırlar. 

Bundan əlavə, universitetlər ixtisaslaşmış diplom və sertifikatların verilməsi 

ilə bağlı bir sıra proqramlar da təklif edir. Kanada ali məktəbləri tədris proqram-

larına görə üç qrupa bölünür. Bakalavr təhsili verən ali məktəblər birinci, bakalavr 

və magistr proqramları  tədris edilən universitetlər ikinci qrupa daxildir. Üçüncü 

qrupa isə doktor proqramları və tibb fakültələri olan ən nüfuzlu universitetlər aid 

edilir. 


Universitetlərə sənəd qəbulu tədris ilindən bir il əvvəl başlayır. Qəbul üçün 

orta təhsil haqqında attestat, TOEFL imtahanının nəticələri və fransız dili üzrə 

universitetin xüsusi testindən keçmək tələb olunur. Magistraturaya daxil olmaq 

üçün testlə imtahan vermək lazımdır. 

Əcnəbi tələbələrin universitetlərə daxil olmaları üçün akademik proqramlar 

əsasında kurslar təşkil olunur. Əcnəbilərin qarşısında qoyulan tələblər onların 

seçdiyi ixtisaslardan asılı olaraq dəyişir. Bir qayda olaraq, onlar orta təhsil 

haqqında attestatı təqdim etməli və TOEFL imtahanı verməlidirlər. 

Kanadada təhsil almaq istəyən əcnəbi tələbəyə il ərzində 15-20 min Kanada 

dolları  həcmində maliyyə  vəsaiti lazımdır. Yaşayış  və  təhsil xərclərini ödəmək 

məqsədilə  əcnəbi tələbələrə  həftədə 20 saat və  tətil günlərində isə tam ştatda 

işləmək imkanı yaradılır. 



  MÜDAFİƏ MAHMUDOV 

 

16



Kanadada 3 aylıq dil kursları üçün tələbə vizası almaq tələb olunmur. Lakin 

ölkədə uzunmüddətli təhsil almaq üçün tələbə vizası və təhsil üçün icazə sənədini 

almaq  əsas  şərtlərdən biridir. Birillik tibbi sığortaya isə 700 Kanada dolları 

ödənilir. 

Bütün bunlarla yanaşı, tələbələrə təqaüd almaq üçün ərizə ilə dövlətə müra-

ciət etmək imkanı verilir. Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi 

tərəfindən reallaşdırılan üç dövlət təqaüdü yüksək tədris uğurları olan tələbələrə 

şamil edilir. Bu sıraya Kanada Hökumətinin Təqaüd Proqramı, Ali Məktəblərdə 

Elmi-Tədqiqat Proqramı və Ali Məktəblərin Təkmilləşdirilməsi Proqramı daxildir. 

Kanadanın ali məktəblərinin dünya elminin inkişafına verdiyi xüsusi 

töhfələrdə Toronto Universiteti mühüm yer tutur. Bu təhsil ocağında ilk elektron 

kardiostimulyator, süni qırtlaq, kimya lazeri hazırlanıb, mədəaltı  vəzinin trans-

plantasiyası  əməliyyatı, bir çox digər mürəkkəb xəstəliklərin müalicəsi həyata 

keçirilib. 5000 aparıcı tədqiqatçı universitetdə hər il bir milyard dollar dəyərində 

tibbi tədqiqatlar aparır. Tibb elmi tarixində önəmli hadisələrdən olan insulinin 

kəşfi 1921-ci ildə bu ali məktəbdə yerinə yetirilib. 1963-cü ildə beyin sümüyünün 

köçürülməsi əməliyyatının əsasını qoyarkən gövdə hüceyrələri aşkarlanıb. 1972-ci 

ildə  tədqiqatlar nəticəsində atmosferdə qara dəliklərin olması sübuta yetirilib. 

Universitetin astronomları Uran planetinin peykləri olan Kaliban və Sikoraksanı, 

Andromeda I, II, III qalaktikalarını aşkar ediblər. Dünyada ilk operativ kompyu-

terlərdən biri olan UTEC və ilk kommersiya kompyuteri Toronto Universitetində 

hazırlanıb. Ali məktəbdə elmi-tədqiqat sahələri günbəgün genişləndirilir və bu 

istiqamətdə dünya liderliyini qazanmaq üçün səylər artırılır. 

Kanadada texniki peşə təhsilinin tarixi XVII əsrin ikinci yarısına gedib çıxır. 

Texniki peşə təhsilinin əsası 1668-ci ildə Kvebek şəhərində Roma Katolik Kilsəsi 

tərəfindən yaradılmış  sənət məktəblərinin fəaliyyətə başlaması ilə qoyulub. Bu 

məktəblərdə xarrat, çilingər, çəkməçi, dərzi, heykəltəraş, rəssam, bənna və digər 

peşələr öyrədilirdi. 

XVIII  əsrdə ilk peşə-ixtisas təhsili sahəsində  təcrübə daha da genişləndi, 

məktəbdə  tədris olunan nəzəri və praktik fənlər arasında  əlaqələr möhkəmləndi. 

Dövrün tələblərinə uyğun peşələrə maraq artdı, peşə təhsili müəssisələrinin şəbə-

kəsi formalaşdı. 

Peşə  təhsili ümumi orta təhsil və yaxud da orta məktəbdən sonrakı peşə 

hazırlığı çərçivəsində həyata keçirilir. Müasir dövrdə Kanadada peşə təhsili həm-

çinin orta məktəb təhsili çərçivəsində  şagirdlərin ümumi biliklərinin zənginləş-

dirilməsini və çoxsaylı praktik vərdişləri əhatə edir. Ölkə vətəndaşları ilə yanaşı, 

əcnəbilər də ödənişli şərtlərlə texniki peşə təhsili ala bilərlər. 

Kanada universitetlərində aparılan elmi tədqiqatlar ölkə tarixində, eləcə də 

bütün dünyada biznesin inkişafı, dövlət siyasətinin düzgün müəyyənləşdirilməsi, 

bəşəriyyətin tədqiqi, mədəniyyət və incəsənətin tərəqqisinə imkan yaratmaqla 

həyat səviyyəsinin yüksəldilməsini təmin edir. 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

17

Ölkədə mühüm elmi kəşfləri və ixtiraları, innovasiyaları həyata keçirən Ka-



nada İnnovasiya Mərkəzi müstəqil korporasiya kimi fəaliyyət göstərir. Bu qurum 

elmi tədqiqat infrastrukturunu maliyyələşdirmək məqsədilə təsis edilib. Mərkəzin 

başlıca məqsədi universitetlərin, kolleclərin və tədqiqat laboratoriyalarının fəaliy-

yətini stimullaşdırmaqdır. Bütün bunlar müsbət nəticə verərək, səhiyyə, təbii 

resurslar, informasiya-kommunikasiya texnologiyaları, enerji və ətraf mühit kimi 

sahələrin sürətli inkişafını təmin edib. 

Universitetlər elmi tədqiqatları  həyata keçirən  ən böyük mərkəzlər hesab 

olunur. Universitetlərin həyata keçirdiyi elmi tədqiqatların 55-60 faizi hökumət 

tərəfindən maliyyələşdirilir. 

Tədqiqat istiqamətində qrant agentliklərindən maliyyələşən Kanadanın So-

sial Elmlər və Bəşəriyyətin Tədqiqi Şurası və Kanada Səhiyyəsinin Tədqiqi İnsti-

tutları bakalavr və magistr təqaüdlərini ödəməklə yanaşı, tələbələrə tədqiqat işlə-

rində köməklik göstərilməsini də maliyyələşdirir. 

Elmi tədqiqatlar sahəsində  şöhrət qazanmış Kanada ali məktəbləri bir sıra 

elmi kəşflərə və innovasiyalara imza atıb. Məsələn, 1999-cu ildə dünyada ilk dəfə 

MakGil Universitetində klonlaşdırılmış keçilər yetişdirilib. Daha sonra Monsters 

Universitetində üç klon buzov yaradılıb. 

Digər sahələrdə də Kanadanın payına düşən elmi ixtiraları sadalamaq olar. 

Bütün bunlar isə dünya elminin və  bəşəriyyətin inkişafına Kanadanın verdiyi 

töhfələrin aydın mənzərəsini yaradır. 

Kanada təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına xüsusi yer ve-

rir. Ölkə üzrə  tələbələrin 10 faizini əcnəbilər təşkil edir. Kanadanın beynəlxalq 

təhsil bazarındakı mövqeyini daha da möhkəmləndirmək üçün Xarici İşlər və 

Beynəlxalq Ticarət üzrə Federal Departament əyalətlər və  təhsil müəssisələri ilə 

birgə müvafiq işlər aparır. 

2011-ci ildə ikiillik yeni Beynəlxalq Təhsil Strategiyasının işlənilib hazır-

lanması üçün büdcədən təxminən 10 milyon dollar həcmində  vəsait ayrılıb. Bu 

strategiyada ən istedadlı əcnəbi tələbələrin Kanada universitetlərinə cəlb edilməsi 

məsələsi də öz əksini tapıb. Həmin sənəddə  də  həmçinin tədqiqatçı  tələbələrə, 

tədqiqatçı alimlərə əlverişli imkanların yaradılması və ölkə hüdudlarından kənarda 

yerli mütəxəssislərin fəaliyyətinə təkan verilməsi nəzərdə tutulub. 

Kanada Universitetlər və Kolleclər Assosiasiyası universitet prezidentlə-

rindən ibarət nümayəndə heyyətlərini həmişə dünyanın müxtəlif ölkələrinə gön-

dərir,  əcnəbi tələbələrin təhsil və karyera sahəsində seçim zamanı Kanadaya 

üstünlük vermələri üçün təbliğat kampaniyaları təşkil edir. Məhz bunun nəticəsi-

dir ki, Kanada universitetlərində ilbəil sayları artan əcnəbi tələbələr təhsillərini 

başa vurduqdan sonra bu ölkədə qalmağa çalışırlar. 

Kanadanın universitetləri artıq  əsrlər boyunca zəngin təcrübə qazanmış ali 

məktəblərdən hesab olunur. Odur ki, bütün dünyada biznes, hökumət, həmçinin 


  MÜDAFİƏ MAHMUDOV 

 

18



akademik dairələrdə Kanadada verilmiş  dərəcə, diplom və sertifikatlar yüksək 

səviyyədə qəbul edilir. 

Hazırda ABŞ və Kanadada təhsil sistemi aşağıdakı pillələrdən ibarətdir: 

İkiillik proqrama uyğun kollec assosiativ bakalavr dərəcəsi verir ki, bu də-

rəcə keçmiş SSRİ dövlətlərinin texnikum təhsilinə müvafiqdir (ekvivalentdir). Ali 

məktəblərə qəbul imtahanı tam orta təhsil bazasındandır. 

Dördillik proqramla kollec (institut, universitet) bakalavr dərəcəsi verir və bu 

dərəcə ali təhsilin birinci pilləsinə (natamam ali təhsil) müvafiqdir. Ali məktəbə 

qəbul həm orta məktəb bazasından, həm də assosiativ bakalavr bazasındandır. 

Bir və ya ikiillik proqramla institut və universitetlərdə magistr (tam ali təh-

sil) dərəcəsi verilir və bu, keçmiş SSRİ dövlətlərinin aspiranturasına müvafiqdir. 

Qəbul bakalavr bazasındandır. 

Universitetlər iki-üçillik proqramla doktor dərəcəsi verir. Burada elmi-təd-

qiqat işləri və dissertasiya müdafiəsi nəzərdə tutulur. Bu isə Rusiyanın elmlər na-

mizədi elmi dərəcəsinə müvafiqdir və magistraturadan sonra olur. Ən geniş yayıl-

mış dərəcə fəlsəfə doktorudur. 

Amerika  ali təhsili statusuna görə son on il müddətində dünyada şöhrət 

qazanmışdır. Dünya ölkələrinin  ən nüfuzlu universitetləri ilə müqayisə etdikdə 

Amerika universitetləri yüksək mövqe qazanmalarına görə birinci yeri tutur. Ame-

rika universitetlərinin bu qədər güclü mövqelərini aşağıdakı obyektiv cəhətlərlə 

izah etmək olar: 

 



Dövlət dəstəyi,  əhəmiyyətli dərəcədə maliyyələşdirmə, güclü maddi-

texniki baza. 

 

Dünyanın ən görkəmli alimlərini və müəllimlərini dəvət etmək imkanı. 



 

Lider adı uğrunda universitetlərin öz aralarında rəqabətli mübarizəsi. 



 

Çevik təhsil sistemi. Tədris prosesində universitetləri və fakültələri sərbəst 



dəyişmək imkanı. 

Amerika universitetlərində  hər il yarım milyondan artıq  əcnəbi təhsil alır. 

Onların əksəriyyəti Asiya ölkələrinin vətəndaşlarıdır. 

ABŞ və Kanada universitetlərinə tələbə qəbulu qaydası aşağıdakı kimidir: 

 

sənədlərin birbaşa universitetə (və ya bir neçə universitetə) verilməsi; 



 

kollec və peşə texniki məktəblərini qurtardıqdan sonra vaxt itirmədən 



təhsili universitetdə davam etdirmək; 

 



xüsusiləşdirilimiş ingilis dili kurslarında təhsil almaq məqsədilə “Ümumi 

sınaq” proqramı üzrə qəbul olunmaq. 

Bilik səviyyəsindən asılı olaraq hazırlıq proqramının müddəti bir aydan 

doqquz aya qədərdir. Birinci əsas şərt seçilmiş təhsil müəssisəsi tərəfindən sizin 

orta təhsil haqqında attestatınızın qəbul edilməsi və ingilis dilini bilməyinizin 

təsdiq edilməsidir.  İkinci və  üçüncü halda orta təhsil və ingilis dilindən yüksək 

səviyyədə bilik olmalıdır, çünki həmin proqramlar dillə  əlavə  məşğul olmağı  və 

lazımi səviyyəyə  qədər hazırlaşmağı  tələb edir. Amerika universitetlərinin bir 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

19

çoxu (20-yə  qədər  ən nüfuzlu universitetlər)  Rusiya  orta  təhsil attestatını  qəbul 



etməyə hazırdır. Qəbul kampaniyası, adətən, aşağıdakı mərhələləri nəzərdə tutur: 

- sizi maraqlandıran tədris müəssisəsinin seçilməsi və qiymətləndirilməsi 

(ixtisasların reytinqi, qəbulun mürəkkəbliyi (çətinliyi), ərazi, qiymət və s.); 

- seçilmiş universitetlərə  əcnəbilərin qəbulunun  şərtləri barədə sorğu 

verilməsi, ərizə formalarının alınması; 

- sənədlər paketinin hazırlanması (ərizə formalarının doldurulması, rəylər və 

digər zəruri sənədlər); 

-

 



сянядлярин  универсиtеtляря  эюндярилmяси,  онлара  бахылmасы  просесиня 

нязаряt едилmяси, жаваблар вя йа гябул олунmа щаггында билдиришин алынmасы; 

- getmə  сянядляринин  щазырланmасы  (виза,  сыьорtа,  йашайыш  йеринин  сечил-

mяси, авиабилеtляр). 

Bцtцн mярщялялярин йериня йеtирилmяси бир ил беш айдан иkи иля гядяр вахt 

tяляб едир. 

Бир чох ширkяtлярин АБШ вя Kанаданын 30-дан арtыг kоллеж вя универсиtеt-

ляри иля яmяkдашлыьы, рясmи mцгавиляляри вардыр. Буна эюря дя ширkяtляр универ-

сиtеtляря гябул олунmаьы йцнэцлляшдирир вя сцряtляндирир. Onlar 1,5-2 ай mцд-

дяtиня эедишаtы апарmаьа вя гябул олунmаьа зяmаняt верилmясиня щазырдыр. 

 

Ширkяtлярин яmяkдашлыг еtдийи универсиtеtляр бунлаrdır: 



 

Фулtоw-Mонtэоmерй 

Cоmmуниtй 

Cоллеэе 


Cонсtаун,  Нйу

-

Йорk  АБШ.  Нйу



-

Йорk  Дювляt 

Универсиtеtи  иля  бирэя  програmлар,  сонрадан  щяmин 

универсиtеtя  гябул  олунmагла.  Иллиk  юдяниш  гийmяtи 

(йалныз tящсил) -5000 доллардыр. Бир нечя йашайыш варианtы 

(tядрис или ярзиндя юдяниш 3500

-

5500 доллара гядярdir). 



Эреен Ривер Cоmmуниtй 

Cоллеэе 


Оберн, Вашингtон Шtаtы (АБШ). Жорнелл Универсиtй, Уc 

Берkелей  вя  Сеаttле  универсиtеtи  иля  яmяkдашлыг  едир. 

Иллиk юдяниш гийmяtи (tящсил вя йашайыш) 

-

13500 доллардыр.



Едmондс Cоmmуниtй 

Cоллеэе 


Линвуд,  Вашингtон  Шtаtы,  АБШ. Mярkязи  Вашингtон 

Универсиtеtи  иля  яmяkдашлыг  едир.  Иллиk  юдяниш  гийmяtи 

7500 доллардыр (йалныз tящсил), аилялярдя йашаmаг вя ги-

даланmа (орtа щесабла илдя 5000 доллардыр). Mянзилляри 

сечиm иmkаны вардыр. 

Mаласпина Универсиtй 

Cоллеэе 

Ванkувер, Kанада.  Баkалавр  програmлары (20-дян 

арtыг  ихtисаслар), Kанада  универсиtеtляриня  гябул  олун-

mагла  иллиk  юдянишин  гийmяtи 18000 доллардыр.  Бурайа 

tящсил, kоллеcин  kорпусунда  йашаmаг  вя  гидаланmа 

дахилдир. 

 

Авила 


Cоллеэе 

 

Kанзас  Сиtи, Mиссури  шtаtы,  Баkалавр  вя  mаэисtр  прог-



раmлары. Tящсил, kоллеcин kорпусунда йашаmаг вя гида-

ланmа дахил олmагла иллиk юдяниш 17500 доллардыр. Ялачы 

tялябяляря kоллеc tягацд верир (илдя 2000 доллара гядяр). 


  MÜDAFİƏ MAHMUDOV 

 

20



Инtернаtионал Сcщоол оф 

Mанаэеmенt 

Сан Дийего, Kалифорнийа (АБШ). Бизнес вя mенеcmенt 

сащясиндя баkалавр, mаэисtр програmлары. 

Деврй Инсtиtуtе 

оф Tеcщнолоэй 

Нйу

-

Йорkдан  Kалифорнийайа  гядяр  АБШ-ын  mцхtялиф 



шtаtларында 13 шюбяси, Kанадада 

– 

Kалгаридя  вя  Tо-



ронtода 2 шюбяси  вардыр.  АБШ-ын 20 tанынmыш  инсtиtуt-

unu  əhatə edir. Бизнес  вя  tехниkи  фянляр  сащясиндя  ба-

kалавр вя mаэисtр програmлары. Иллиk юдяниш (йалныз tящ-

сил)–ихtисасдан  асылы  олараг 8000-12000 доллара  гядяр-

дир.

 

Универсиtй оф 



Неw Щавен 

Весt  Щавен, Kоннеktиkуt  шtаtы  (АБШ).  Баkалавр  вя 

mаэисtр  програmлары, 60-дан  арtыг  ихtисасы  вардыр. 

Tящсил, kоллеcин kорпусунда йашаmаг вя гидаланmа да 

дахил олmагла иллиk юдяниш 18500 доллардыр. 

Фаирлеиэщ 

Диc Kинсон Универсиtй 

Mедисон, Нйу

-

Cерси шtаtы (АБШ). Баkалавр вя mаэисtр 



програmлары, 50-дян  арtыг  ихtисасы  вардыр. Tящсил, 

kоллежин  kорпусунда  йашаmаг  вя  гидаланmа  дахил  ол-

mагла иллиk юдянишин гийmяtи 20000 доллардыр. 

Сщиллер 


Инtернаtионал Универсиtй 

Tаmпа,  Флорида  шtаtы  (АБШ) (щабеля  Инэилtярядя, 

Алmанийада,  Испанийда,  Франсада,  Исвечрядя  филиаллары 

var). Баkалавр вя mаэисtр програmлары, ясас еtибары иля 

бизнес  исtигаmяtли 15 ихtисас  вар.  Иллиk  юдяниш  гийmяtи 

(йалныз  tящсил) – ихtисасдан  вя  юлkядян  асылы  олараг 

10 000

-

15000  доллара  гядярдир.  Универсиtеtин  kорпус-



ларында йашаmаг вя гидаланmа иmkаны вар. 

Аmериcан 

Инtер 

Cонtиненtал Универсиtй 



Иkи  шюбяси – Аtланtа, Cорciйа  шtаtы  вя  Лос-Анcелес, 

Kалифорнийа  шtаtы  (АБШ) (Бюйцk  Бриtанийада,  Лон-

донда  да  филиалы  вар).  Ихtисаслар  бизнес, kоmпyutерляр, 

дизайн вя с. Иллиk юдянишин гиyməti (йалныз tящсил) 12000 

доллардан башлайыр. 

 

Цmumi sынaq xцsusi proqram vasitяsiля Amerika universиtеtlяrinя qяbul 



olunma prosesiни hяyata keчiриr. Bu заmан tяляbяляrя яvvяlcя ingilis dili цzrя 

hazыrlыq kursu keчmяk, zяruri imtahanlaры  vя testляri vermяk tяklif edilir. 

Sonra  шirkяt  яmяkdaшлaры  iля birlikdя xaricdя universitet seчmяk vя yerindя 

sяnяd vermяyя kюmяk edir. Proqramыn mцddяti tяlяbяnin ilkin sяviyyяsindяn 

vя arzularынdаn asыlы olaraq bir aydan doqquz aya qяdяr ola bilяr. Tяhsil, 

yaшayыш vя qidalanma daxil olmaqla proqramlaрын qiymяti orta hesabla ayda 

1500  долларdаn 2000 доллара  qяdяr  олур. ABШ  vя Kanadada mиниmуm sыnaq 

proqramы  цzrя  шirkяtin  яmяkdaшlaры ABШ-ыn 75 kollecinя  vя universitetinя 

qяbul olunmaьа kюmяk edir. 

ABШ-ыn istяniляn  шtatынda  шagirdляr proqramlarы istядиkляри  kиmи seчя 

биляр. Mяsяlяn, aшaьыdakы kolleclяrin vя universitetляrиn bazasынda altыaylыq 

hazыrlыq proqramlarы vardыr (sonra qяbul olunmaqla): 

 

 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin