AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl problemləRİ İnstitutu



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix14.01.2017
ölçüsü3,82 Mb.
#5285
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

 

 

 

  MÜDAFİƏ MAHMUDOV 

 

114 



 

 

İTALİYADA TƏHSİL 

 

 

 



 

İtaliyada təhsilin pillələri aşağıdakı kimidir: 

məktəbəqədər təhsil; 

ibtidai təhsil; 

ümumi orta təhsil

ali təhsil. 

İtalyada uşaqlar üç yaşından uşaq bağçalarına gedirlər və orada onları mək-

təbə hazırlayırlar. Uşaqlar 15-30 nəfər olan qruplarda təhsil alır və uşaq bağçasın-

dan sonra ibtidai məktəbə gedirlər. İbtidai təhsil 6 yaşından 11 yaşına kimidir. 

İbtidai təhsil iki pillədən ibarətdir. Hər iki pillədə təhsil hamı üçün icbaridir. 

İbtidai təhsil sona çatdıqdan sonra şagirdlər  şifahi və yazılı imtahan verirlər. 

Onların nəticələrinə görə ibtidai məktəbin bitirilməsi haqqında diplom verilir. Bu 

pillədə oxu, yazı, rəsm, musiqi fənləri tədris olunur və bu fənlər məcburidir. Yal-

nız dinə aid tədrisin seçimi sərbəstdir, şagirdlərin özlərindən asılıdır. Tədris plan-

larına həm də bir xarici dilin öyrənilməsi daxil edilir. 

Natamam orta təhsil 11 yaşından 15 yaşına kimidir. Bu pillədə italyan dili, 

tarix, coğrafiya, riyaziyyat və təbiət elmləri, xarici dil, incəsənət və musiqi tədris 

olunur. 


Tam orta təhsil 18-19 yaşına kimidir. Bu pillədə şagirdlər adi proqram özrə 

təhsil alaraq, ali məktəblərə daxil olmaq üçün hazırlaşır və ya öz təhsillərini seç-

dikləri peşə özrə davam etmək haqqında qərar qəbul edirlər. 

Şagirdlər öz təhsillərini adi proqram özrə davam etdirmək qərarına gəldikdə, 

onların  əsas məqsədi universitetə daxil olmaq üçün liseylərdə  təhsil almaqdır. 

Liseylər növlərinə görə aşağıdakılardan ibarətdir: 

klassik liseylər; 

texniki liseylər; 

humanitar liseylər; 

linqvistik liseylər; 

incəsənət liseyləri. 

Şagirdlər peşə seçərkən faktiki olaraq öz gələcək peşəsi, sənəti haqqında 

qərar qəbul edir və lisey məzunlarının əksəriyyəti ali məktəblərə daxil olur. 

İkinci halda isə şagirdlər məktəb təhsilindən başqa, hər hansı istənilən peşə-

yə sahib olurlar. Bu növ təhsilə kolleclərdə, liseylərdə və orta məktəblərdə yiyə-

lənmək olar. Şagirdlər orta məktəbi bitirdikdən sonra orta təhsil haqqında diplom 

və peşə istiqamətləri özrə ixtisaslaşma haqqında şəhadətnamə alırlar. 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

115


Ali təhsil 18-19 yaşlarından sonra başlayır.  İtaliyanın ali təhsil sistemi 

universitet, texniki universitet, universitet kollecləri, akademiyalardan ibarətdir və 

təhsilin müddəti üç ildir. Ali təhsilin ikinci pilləsi ixtisasdan asılı olaraq 4 ildən 5 

ilə qədər davam edir. Tibb ali məktəblərində təhsilin müddəti 6 ildir. 

Ali təhsilin üçüncü pilləsi doktor tədqiqat proqramları, diplomdan sonrakı 

təhsil və ya peşə istiqaməti üzrə kurslardan ibarətdir. Bunlar isə universitetlərdə, 

həm də xüsusiləşdirilmiş  təhsil müəssisələrində keçilir. Bu pilləni sona çatdır-

dıqdan sonra mütəxəssis və ya doktor diplomu verilir. 

Xaricdən gələn  şagirdlər üçün İtaliyada tam orta ümumi təhsil aşağıdakı 

əsas pillələrdən ibarətdir: 

müddəti 5 il olan ibtidai təhsil; 

müddəti 3 il olan orta təhsilin birinci pilləsi; 

müddəti 5 il olan orta təhsilin ikinci pilləsi. 

Xaricdən gələn şagirdlər İtaliyada dövlət məktəblərində və ya qeyri-dövlət 

(özəl) məktəblərinin birində orta təhsil ala bilər. Orada uşaqlar altı yaşında ibtidai 

məktəbə daxil olur. İtaliyada məktəbin ilk iki pilləsi hamı üçün icbaridir və orada 

təhsilin bu pilləsində bütün fənlər: oxu, yazı, rəsm, riyaziyyat, musiqi və s. məc-

buridir. Fənnin seçimi şagirdlərin istəyindən asılıdır. Bu müddətdə isə xarici şa-

girdlər İtaliyada italyan dilini öyrənə bilirlər. İtaliya məktəblərinin tədris proqram-

larında, adətən, bir xarici dilin öyrənilməsi daxil edilir. Dərs həftədə 5 gün davam 

edir və 30 saata yaxın olur. Hər pillənin sonunda test imtahanları aparılır. Qiymət-

ləndirmə sözlərlə aparılır və qiymət sistemi (“əla”, “yaxşı” və s.) tətbiq olunur. 

İtaliyanın dövlət məktəblərində siniflərin sahəsi çox böyükdür. Məktəblərin 

ümumi sayının təxminən 50 %-ni təşkil edən özəl məktəblərdə  şagirdlərin sayı 

azlıq təşkil edir. Özəl məktəblərdə  tədris proqramı dövlət tədris proqramı ilə 

eynidir, lakin bu növ məktəblərə attestat verilmir, çünki onların şagirdləri müvafiq 

sertifikat əldə etmək üçün dövlət imtahanları verirlər. 

İtaliya məktəblərində ilk beşillik təhsil bitdikdən sonra yazılı və şifahi imta-

hanlar verilir. Onların nəticələrinə görə ibtidai məktəbin attestatı verilir və şagird-

lər orta məktəbə daxil olub, 14 yaşına kimi oxuyurlar. İtaliyada təhsilin bu pillə-

sində  şagirdlər italyan dili, tarix, coğrafiya, riyaziyyat, təbiət elmləri, xarici dil, 

incəsənət və musiqini öyrənirlər. Hər tədris ilinin sonunda “verildi-verilmədi” sis-

temi üzrə imtahanlar keçirilir. Bu pillə sona çatdıqda buraxılış imtahanları olur: 

italyan dili, riyaziyyat və xarici dil fənlərindən yazılı, qalan fənlərdən isə  şifahi 

imtahan verilir. 

İtaliyanın orta məktəb məzunları orada orta ixisas məktəblərinə  və ali 

texniki məktəblərə daxil olur. 

Məzunlar peşə  təhsil müəssisələrində (texniki məktəblər, peşə  məktəbləri, 

incəsənət məktəbləri) 14 yaşından 19 yaşına kimi təhsil alırlar. İtaliyanın univer-

sitetlərinə daxil olmaq üçün liseylərdə hazırlıq kursları vardır. Onların üç növü 

vardır: klassik, texniki və təbiət elmləri liseyi. Bütün liseylərin təhsil proqramında 


  MÜDAFİƏ MAHMUDOV 

 

116 



italyan ədəbiyyatı, riyaziyyat, fizika, təbiət elmləri, fəlsəfə, tarix fənləri daxil edi-

lir. Məzunlar imtahan verərək attestat alır və bu attestatlarla onlar universitetlərə 

daxil ola bilər. 

Klassik liseylərdə humanitar elmlər üzrə 5 illik tədris proqramları reallaş-

dırılır, lakin təbət elmləri fənləri İtaliyada tədrisin ikinci dövründə keçilir. Linq-

vistik liseylər dil hazırlığını,  ədəbiyyat və  mədəniyyətin sivilizasiyanın öyrənil-

məsini həyata keçirir. İtaliyada texniki təhsil texniki institutlarda tədris olunur və 

tədris 5 il müddətinə  nəzərdə tutulur. Başqa fənlər üzrə, o cümlədən incəsənət 

üzrə peşə hazırlığı peşə institutlarında, aktyorluq liseylərində və incəsənət institut-

larında həyata keçirilir. 

İtaliyada bütün təhsil proqramları müxtəlif növ buraxılış diplomlarının 

alınması ilə  nəticələnir: klassik, linqvistik, texniki, idarəetmə, iqtisad və s. Bu 

diplomların hər biri İtalyanın ali təhsil məktəblərinə qapı açır. 1998-1999-cu ildən 

bu məktəblərdə məzunların ixtisaslaşması (hazırlığın istiqaməti) başladı. İtaliyada 

ali təhsilin üstünlükləri nədən ibarətdir:  İtaliyada dövlət universitetlərində illik 

təhsil haqqı 500 avroya yaxındır. Özəl ali məktəblərində isə illik təhsil haqqı 

8500-25000 avrodur. İtaliya dizayn və moda (dəb) üzrə diplom verilməsi sahəsin-

də dünyada birinci ölkədir. İtaliyanın özəl ali təhsil müəssisələrində təhsil italyan 

və ingilis dilində  tədris olunur. Bu ölkə dünyanın  ən gözəl ölkələrindən biridir. 

İtalyan dilinin İtaliyada öyrənilməsi bir o qədər çətin deyil. Orada ali təhsil, uni-

versitetlərdən, incəsənət akademiyalarından, konservatoriyalardan, idman institut-

larından və.s ibarətdir. 

Bu ölkənin təhsil sistemi şüşə, keramika, rəssamlıq və s. ixtisasları üzrə çox 

məşhurdur. Orada həmçinin dizaynerlərin hazırlandığı, naşir və reklamçı peşələ-

rinin tədris olunduğu sənət institutları vardır. Heykəltəraşlıq, rəssamlıq, aktyorluq 

və s. ixtisasları incəsənət akademiyalarında tədris olunur. 

İtaliyanın universitetlərinə necə daxil olmaq olar? İtaliyanın nəfis sənət 

akademiyyası kimi ali təhsil müəssisələrinə abituriyentlər ilk sınaqların nəticə-

lərinə  əsaslanaraq imtahansız qəbul olunur. İtaliyanın ali təhsil müəssisələrində 

tədris ili oktyabr-noyabr aylarında başlayır və yaya kimi qurtarır. Bu dövr ərzində 

tələbələr üç sesiyanı müvəffəqiyyətlə verməlidir. Fakültədən asılı olaraq bir neçə 

imtahanın verilməsi məcburidir, qalanları isə tələbələrin seçimindən asılıdır. Bun-

dan başqa, imtahanların verilmə qrafikləri fərdi tədris planına müvafiq olaraq tələ-

bələrin özləri tərəfindən tərtib olunur. İtaliya universitetlərində  dərslərdə  iştirak 

etmək məcburidir və imtahanlarda müvəffəqiyyət qazanmaq ancaq müstəqil hazır-

lıqdan asılıdır: imtahanlar yazılı və şifahi olur. Qeyd etmək lazımdır ki, İtalya ali 

təhsil müəssisələrində imtahan biletləri olmur. 

İtaliya universitetlərində tədris müddəti 4 ildən 9 ilə qədər davam edir. Ba-

kalavr dərəcəsinə müvafiq olan birinci diplomu tələbələr dərslərin başlanmasından 

4-6 il keçdikdən sonra seçilmiş ixtisasdan asılı olaraq əldə edirlər. Bakalavrdan 

sonrakı pillə magistr pilləsidir. Magistr pilləsində tədris müddəti 3 ildir . 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

117


“Qlobal Dialoq” tədris-tövsiyə mərkəzi İtalyada ali təhsil almaq məqsədilə 

səfərlərin təşkilini, həmçinin universitet və inisititlara daxil olmaq üçün vasitəçilik 

və dəstək xidmətlərini göstərir. 

Bolonya Universiteti (Universita di Bologna).  İtaliyanın başqa  şəhərlə-

rində olduğu kimi, Bolonya şəhərində  də  qədim zamanlardan Roma hüququnun 

öyrənilməsi, həyata keçirilir. Universitetin təməlinin qoyulmasının dəqiq tarixi 

məlum deyil. Lakin Bolonyada X və XI əsrlərdə xüsusi şöhrət qazanmış ritorika 

kursunda  şagirdlərə  əlavə olaraq Roma hüququnun öyrənilməsi daxil edilmişdir. 

Hüququn dərindən öyrənilməsi  əsasını XI əsrin sonunda İrneriy qoymuşdur. 

İrneriy incəsənət məktəbində müəllim işləmişdir. O, Yustinianın (Bolonya univer-

sitetində yaradılan hüquqşünaslar məktəbinin banisi) hüquq üzrə əldə etdiyi elmi 

nəzəriyyələri müəllimsiz müstəqil  şəkildə öyrənərək, legislatura (ölkənin qanun-

verici orqanının adı) şöhrətini qazanmışdır. Ondan əvvəl fəaliyyət göstərmiş pro-

fessorlar haqqında tarixi məlumatları XIII əsrin Bolonya hüquqşunası Odfru ver-

mişdir. Toskanın və Lombardiyanın bir hissəsinin sabiq sahibkarı qrafinya Matil-

danın xahişi ilə xüsusi hüquq məktəbi açılmışdır. Bu şahzadə Roma papasının 

tərəfdarı olmuşdur, papa taxtına düşmənçiliyi ilə seçilən Ravenna buna görə 

məhkəməyə çağrılmışdır. 

İrneriy öz kütləvi mühazirələrinə 1088-ci ildə başlamışdı və bu il onun insti-

tutunun təməlinin qoyulduğu il hesab olunur. O vəfat edənə qədər orada kafedraya 

rəhbərlik etmişdir (1125-1137). İrneriyinin bir çox şagirdləri var idi, onlardan ən 

məşhur dörd nəfəri hüquq elmləri doktoru idi: Bulqar Martin, Qozia, Quq və Jan 

de la Porte Revennante. XII əsrin  əvvəllərində Bolonyada hüquq məktəbi artıq 

məşhur Rovenna məktəbi hesab edilirdi. Lakin hələ bu əsrin ortalarında İtaliyanın 

sərhədlərindən kənarda incəsənət məktəbi böyük şöhrətə malik idi. Artıq XII əsrin 

axırlarında Bolonyanın hüquq üzrə professorları Bolonyanın digər alimləri ilə mü-

qayisədə böyük üstünlük əldə etdilər və onlar Avropa səviyyəsində  məşhur 

oldular. Bu isə ilk anda təlim metodunun elmi üstünlükləri və Lombardiya kralı 

olan, taxta təcavüz hallarında dəstək ala biləcəyi Roma hüququnun nüfuzunun 

dəstəklənmsində maraqlı olan Almaniya imperatoru I Fridrixin himayəsi altında 

baş vermişdir. 1158-ci ildə Ronkalyedə olan Fridrix öz üzərinə Bolonyada Roma 

hüququnu öyrənən bütün tələbələrə  aşağıdakı imtiyazları vermək öhdəliyini gö-

türdü: birinci, ölkələrdə müstəqil, azad şəkildə  səyahət etmək (bu adətən  əcnə-

bilərin yaşadıqları bir çox narahatçılıqların qarşısının alınmasına imkan verirdi), 

ikinci, şəhərdə yalnız yepiskopun məhkəməsinə tabe olmaq imkanı. 

Ölkənin gözəl iqlimi və inkişafı onun xüsusi şöhrətinə səbəb olmuşdur. Yal-

nız cavan oğlanlar deyil, yaşlı, ailəli adamlar da oxumağa gəlirdilər. Onların ara-

sında Kuza, Kopernik, Ulrix fon Qutten, Oloander kimi şəxsləri qeyd etmək olar. 

Kral ailəsinin üzvləri öz uşaqlarını hüquq və incəsənətin öyrənilməsi üçün Bolon-

yaya göndərirdilər. Universitetin o dövrdə  təəcüblü xüsusiyyətlərdən biri ancaq 

oraya öz nüfuzu və şöhrəti ilə daxil olmağın mümkünsüzlüyü (fəhlə oğlundan və 



  MÜDAFİƏ MAHMUDOV 

 

118 



həm də kral oğlundan bərabər dərəcədə bilik tələb olunurdu) və həmçinin orada 

qadınların həm tələbə kimi, həm müəllim kimi iştirak etməsi idi. 

Avropanın bütün ölkələrindən gələn tələbələr öz adət və ənənələri çərçivə-

sində sənət və incəsənət sexləri üzrə korporasiyalar yaratmağa başladılar. 

Yarandığı tarixdən və şəraitdən asılı olaraq iki xüsusiyyətə malik idi. Birin-

ci, professorların mühazirələrinə gələn tələbələr onların bütünlüklə də tabe olduğu 

assosiasiyaya yox, professorların tabe olduğu və  rəhbərləri özü seçən tələbələr 

assosiasiyasına tabe idi. Bolonya tələbələri iki əsas hissəyə bölünürdü: ultramon-

tan və sitramontan. Bu hissələrin hər biri hər il rektoru və onunla birlikdə univer-

sitetə rəhbərlik edən müxtəlif millətdən olan işçilərin şurasını seçirdi. Professorlar 

tələbələr tərəfindən müəyyən müddətə seçilir, buna haqq (qonorar) alır və Bolon-

yadan başqa heç bir yerdə dərs demək öhdəliyi üzərinə götürmür. Beləliklə, uni-

versitetdən asılı  vəziyyətdə olan və yalnız tələbələrin dərslərinə, məşğələlərinə 

müstəqil rəhbərlik edən professorlar ancaq öz şəxsi keyfiyyətləri ilə  tələbələrin 

arasında nüfuz qazanırdılar. 

Bolonya universitetinin ikinci xüsusiyyəti ondan ibarət idi ki, o ilk andan 

ancaq ilahiyyət daxil olunan Paris universiteti ilə ziddiyyət təşkil edirdi. Səbəb isə 

özünün hüquq üzrə istiqamətinin olması idi. Universitetin əsasını qoyan Roma hü-

ququnun və XII əsrdən universitetin proqramına daxil edilən kanonik (kilsə tərə-

findən rəsmən qəbul edilən) hüququnun öyrənilməsi müstəsna fənn kimi qalmış-

dır. Tibb və incəsənət elmləri XII əsrdə məşhur professorlar tərəfindən tədris olu-

nurdu. XIV əsrdə onlarla yanaşı, başqa iki universitet də yaranmışdır:1) tibb və 

fəlsəfə universiteti; 2) ilahiyyət universiteti. Bolonya universitetinin ən gözəl 

nəticələrindən biri, onun Paris universiteti kimi papaların baş idarəsinə tabe olma-

ması idi. 1253-cü ildə onun statuslarını təsdiq edən papalar öz növbəsində univer-

sitet üzərində mənəvi hökmranlığa malik oldular. Bolonya universitetində şəffaflı-

ğın təmin olunması üçün onlar imtahanlarda və diplomların verilməsi prosesində 

nəzarətçi kimi iştirak etmələrinə nail oldular. 

Bolonya hüquq məktəbinin  ən parlaq dövrü İrneriyin mühazirələrini və 

Akkusiy tərəfindən qlossatorluğun (hüquq şuralar məktəbi) tədrisini  əhatə edən, 

XII əsrin əvvəli ilə XIII əsrin ikinci yarısı arasında olan dövrdür. Bu dövrdə qlos-

satorların yeni təlim metodu həm şifahi şərhdə, həm də inşalarda ən geniş şəkildə 

tətbiq olunurdu. Bu uzun dövr ərzində yuxarıda göstərilən dörd doktordan başqa, 

ən məşhur qlossatorlar kimi aşağıdakıları göstərmək olar: Yustinianın məcəlləsi 

üzərində işləyən və Monpelyedə hüquq məktəbinin banisi olan, orada da 1192-ci 

ildə  vəfat edən Plasentin; Yunan dilini bilən və pandektlərin yunan mətnlərinin 

tərcüməçisi olan nadir qlossatorlardan biri olan Burqundio; yüksək nüfuza malik 

olan Rojer, Jan Bassien, Pillius, Azo; Azo Jak Balduininin işlərini davam etdirən 

Quqolen; Roffrua və bir çox özündən əvvəlki alimlərin işlərinin xülasəsini verən 

məşhur qlossator Akkursiy (1182-1258). 

Akkursiy hüquqşünaslığa olan məhəbbətini uşaqlarında da yaratmışdır. 

Onun qızı Dota D`akkirso universitet tərəfindən hüquq doktoru dərəcəsinə layiq 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

119


görülmüş, dərs aparmasına icazə verilmiş  və universitetin əlyazmalarında qeyd 

olunan ilk qadın idi. Ondan sonra başqa qadın hüquqşünasların adlarına da rast 

gəlinirdi. Roma hüququ ilə eyni zamanda Bolonya universitetində öz mühazi-

rələrində  və  əsərlərində birbaşa  İrneriyin metoduna riayət edən professorlarla 

kanonik hüququn tədrisi müvəffəqiyyətlə keçirdi. XII əsrin ikinci yarısından 

başlayaraq, Bolonya Universitetinə aid aktlarda kanonik hüquq professorlarının 

adlarına rast gəlmək olar. 1148-ci ilə yaxın Bolonyada rahib, məşhur dekreta-

lilərin müəllifi Qrasian yaşayırdı. Ondan sonra onun tələbələri Pokapaliya, Rufin, 

Roland Bandinelli (sonradan Aleksandr III adı ilə Papa olmuş), Ququççio, XIII 

əsrdə isə İngiltərəli Riçard, Damas, Tankred, Parmlı Bernard, Penyafordan Ray-

mon, Bolonyada kanonik hüquq universitetində  tədrisin baş  təmsilçiləri oldular. 

Bir müddət roma hüququnun professorları  və kanonistlər ayrı-ayrı sinif təşkil 

edirdilər: lakin sonralar kanonistlər roma hüququna öz fənninin tərkib hissəsi kimi 

baxmağa başladılar və  əksinə, kononistlər öz işlərində,  əsərlərində kilsə qanun-

larına istinadlar gətirməli idilər; eyni alimlər bir çox hallarda hər iki hüququn 

professorları idi və bir-birinə  sıx  şəkildə bağlı olan hüququn hər iki sahəsi üzrə 

müəllimlik edirdilər. 

Bolonya universitetində hüquq məktəbinin geniş inkişaf etdiyi dövrdə hü-

quqla yanaşı digər elmlər də inkişaf etməyə başladı: fəlsəfə, latın-yunan filologi-

yası və tibb elmi. Fəlsəfə üzrə professorlardan XII əsrdə Alberiqonu, eyni zaman-

da fəlsəfə ilə fizikanı tədris edən florensiyalı Lotu, rahib Monetini misal gətirmək 

olar. Universitetin filoloqları arasında ingilis Gaufrido di Vinisauf və latın dilini 

yüksək səviyyədə mənimsəmiş Bonkompanyo xüsusilə seçilirdilər. Yunan dilinin 

öyrənilməsi ilk dəfə  İtaliya universitetləri arasında XV əsrdə  həyata keçirildi. 

Fəlsəfəçilərin arasında Erazm Rotterdamskiy kimi alimin olması ilə  fəxr edən 

Bolonya universiteti daha da möhkəmləndi. Lyusin di Lutsinin yeritdiyi insan və 

heyvan bədənlərinin anatomiyasının meyitlər üzərində öyrənilməsi metoduna 

əsaslanaraq tibb elmi də Bolonya universitetində sürətlə inkişaf etməyə başladı. 

Tibb, sonra isə təbiət elmləri sahəsində Bolonya universitetinin qadın professorları 

xüsusi olaraq fərqlənirdilər. Onların arasında atası Jiovanni Bukkidən sonra prak-

tiki tibb elmi və mənəvi fəlsəfə kafedrasına rəhbərlik etmiş Doroteya Bukki (XVI-

XV əsr), eksperimental fizika və fəlsəfə kafedrasına rəhbərlik edən Laura Bassi, 

analitik həndəsəni tədris edən Qaetana Aqnezi, anatomiya üzrə əsərləri ilə tanın-

mış Anna Morandı, I Napolyonun hörmətini qazanmış Mariya di Donne kimi da-

hilərə rast gəlmək olar. 

Bolonya məktəbinin professorlarının malik olduqları  mənəvi nüfuz təkcə 

onların mühazirələrinin və  əsərlərinin müvəffəqiyyətində deyil, həm də onların 

Bolonyada, ondan kənarda tutduqları yüksək mövqedə özünü göstərməsi idi. 

Onlar vergilərdən və hərbi xidmətdən azad idi və hətta bu şəhərdə anadan olmasa-

lar da bu şəhərin vətəndaşlarının bütün hüquqlarına malik olurdular. Onlara incə-

sənət məktəbinin professorlarının daşıdıqları magistr rütbəsindən fərqli olaraq, 


  MÜDAFİƏ MAHMUDOV 

 

120 



dominus rütbəsi verilirdi, və onlar cəngavər sayılırdılar. Əksəriyyəti ictimai həyat-

da hakimlər,  şəhərin hökmdarları idi və  bəzirləri isə öz şöhrətini universitetin 

hesabına qazandığını yaddan çıxarırdı. XII və XIII əsrlərdə universitetin hüquq və 

imtiyazlarını ləğv etmək təhlükəsini yaradan, dərs və məşğələləri pozan bəzi ciddi 

mübahisələr meydana çıxırdı.  İtaliyanı iki düşmən hissəyə bölmüş Qvelf və 

Qibbelinlərin mübarizəsi Bolonyada baş verirdi, və universitet ona laqeyd qala 

bilməzdi. Lakin bu mübahisələrə, fikir ayrılıqlarına baxmayaraq, Bolonya məktəbi 

inkişaf edirdi. XII əsrin ortalarının onun ən parlaq dövrü kimi xarakterizə edilməsi 

heç də  təsadüfi deyil. Bəzən Roma hüququnun ilkin mənbələrinin mətnlərindən 

istifadə etmək  əvəzinə, məktəbdə  və  həm də  məhkəmələrdə özündən  əvvəl olan 

qlassatorların şərhlərinə üstünlük verirdilər. 

Müxtəlif hadisələr Bolonya professorlarının malik olduğu nüfuzun azal-

masına təsir göstərirdi.  İctimai işlərdə  iştirak edərək, onlar istər-istəməz partiya 

mübahisələrinə qoşulur və bu səbədən də öz nüfuzlarını aşağı salırdılar. XIII əsrin 

axırlarında  şəhər kütləvi mühazirələr üçün bir neçə kafedra yaratmış, və bu 

kafedraları tutmuş professorlara, tələbələrin ödədikləri pula görə müəyyən  əmək 

haqqı verilirdi. Bu dövrdə professorların əksəriyyəri təhsilin tənzimlənməsi iddi-

asında olan dövlət bələdiyyəsindən asılı  vəziyyətə düşdülər. Növbəti  əsrdə isə 

Bolonya məktəbinə daha bir dəhşətli zərbə endirildi: şəhərdə tədricən hakimiyyəti 

ələ alan siyasi partiya, dərs demək hüququnu yalnız Bolonya vətəndaşlarına və az 

sayda olan ailələrin üzvlərinə vermək iddiasını irəli sürdülər. Beləliklə də, Bolon-

ya universiteti tədricən Roma hüququnun tədris olunmasında üstünlüyü itirirdi, 

çünki o dövrün ən məşhur leqistləri, bir-biri ilə elmdə  rəqabət aparan Piza və 

Peruza Paduya və Paviyaya dərs deməyə getdilər. 

Bolonya məktəbinin tənəzzülü XIV əsrdə Bartolun şəxsində şərhçi məktəbi-

nin yaranmasına səbəb oldu, bu məktəb XIV və XX əsrlərdə artıq hökmranlıq 

edirdi. Lakin XVI əsrdə bu tarixi məktəb, tarix və filologiya üzrə qlossatorların 

işini genişlədirib başa çatdıraraq öz əvvəlki şəklinə düşdü. 

Yarandığı dövr müddətində Bolonya məktəbi yalnız  İtaliyaya deyil, həm-

çinin bütün Qərbi Avropaya böyük təsir göstərimişdi. Professorların nüfuzuna gö-

rə Bolonya Roma hüququnun diqqət mərkəzində olduğu təhsil ocağı kimi tanınır-

dı, yəni ümumi fikrə görə, burada yalnız Roma hüququnun və kilsə qaydalarının 

dərin biliklərinə rast olunurdu. Bu səbəbdən də professorların özlərindən hüquq 

elmini öyrənmək üçün Avropanın bütün yerlərindən gənclər buraya axışırdı. Bo-

lonya universitetinin dinləyiciləri geri, vətənə qayıtdıqdan sonra qlossatorların 

metodlarını  və doktorinasını  təbliğ edirdilər. Ölkələrdə hüquq fakültələrinin  ək-

səriyyəti Bolonya məktəbinin professorları  tərəfindən yaradılmışdır:  İtaliyada – 

Padua (1222), Viçens (1203), Araqoniyada (1343) və.s. Fransada – Monpelyedə 

Plasentin tərəfindən XII əsrin sonunda yaradılmış universitetləri göstərmək olar. 

Bu universitetlərdə  əsas məqsəd Bolonya məktəbi tərəfindən qoyulmuş kanonik 

hüququn öyrənilməsi idi. 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

121


Bolonya məktəbində XII əsrdə Roma hüququnun öyrənilməsi, onun təlim 

metodları və doktorinasının əhəmiyyətli dərəcədə yeniləşməsi Avropa cəmiyyətinin 

ideyalarına son dövrə  qədər təsir göstərirdi. Bu səbəbdən də Bolonyada univer-

sitetin 800 illik yubileyinin (1088-1888) qeyd edilməsi zamanı Avropanın bütün 

elm sferasının dəstəklədiyi bayramın beynəlxalq xarakteri nəzərə çarpırdı. Baş-

lanğıcı papanın güclü təsirindən azad olub, yenidən kübar xarakterini əldə etdiyi 

1859-cu ilə aid edilə bilən müasir durumlu köhnə universiteti çox az xatırladırdı. 

Onun nəzdində 4 fakültə və mühəndis məktəbi, müəllimlər seminariyası, hüquq fa-

kültəsi və bir sıra universitetlər var idi. Rektor 1888-ci ildə sayı 200-ə çatan profes-

sorların sırasından təyin olunurdu. Onların sırasında İtalyan ədəbiyyatı kafedrasına 

rəhbərlik edən və bu kursa paralel olaraq xalq ədəbiyyatlarının müqayisəli tarixin-

dən mühazirə oxuyan məşhur İtalyan şairi Karduççi, qadın-mühazirəçiləri, slavyan 

dilləri üzrə professorlar – Cuzeppina Kattani və Malvina Oqonovskaya kimi alim-

ləri göstərmək olar. 

Universitetin zəngin kitabxanasında 200 000-dən artıq kitab var idi. Bolonya 

universiteti dünyanın zəngin tarixi olan qədim universitetlərdən biridir. Bu təhsil 

müəssisəsinin yaranma tarixini dəqiq təyin etmək mümkün deyil, lakin tarixçilərin 

əksəriyyəti 1088-ci ili yaranma tarixi kimi əsas götürür. Onun yaranma tarixinin 

məqsədi Roma hüququnun öyrənilməsi olmuşdur, lakin bu gün onun tərkibinə 23 

fakültə, həmçinin  İtaliyanın  şimalında yerləşən düşərgələr və Buenos-Ayresdə 

yerləşən düşərgə (filial) daxildir Bolonya Universitetinin hüquq fakültəsi dünyada 

ən yüksək təhsil ocaqlarından biri sayılır. 2010-cu il reytinqinə görə, Bolonya 

universitetinin hüquq fakültəsi 32-ci yeri tutmuşdur. Xarici tələbələr üçün Bolonya 

Universitetində həm italyan, həm də ingilis dilində proqramlar vardır. Ümumilikdə

İtaliya universitetlərində  və xüsusilə Bolonya Universitetində  təhsil haqqı  hər il 

yenidən təyin olunur. 2011-2012-ci tədris ilində illik təhsil haqqı bakalavriatda 600 

avro və magistraturada 910 avro təşkil edir. Doktoranturada birillik təhsil haqqı 

ixtisaslaşma, tədqiqatların aparılması kimi müxtəlif amillərdən asılıdır. Təhsil haqqı 

aparılan tədqiqatlara görə qrant hesabına pulsuz ola bilər. Bakalavriatda təhsil 3 il, 

magistraturada isə 2 ildir. Doktorantura orta hesabla 2-3 il müddətində olur, amma 

bəzən daha da çox vaxt tələb edilə bilər. Burada təhsil müddəti aparılan tədqiqat-

ların spesifikası və dissertasiyanın hazırlanması ilə bağlıdır. 

Bir çox məktəblər bir-birindən fərqli şəkildə formalaşaraq fəaliyyət göstərir-

dilər, sonra isə bir universitetdə vahid şəkildə birləşdilər. Bolonya Universitetində 

tələbə və müəllimlər Şurası yaratdılar və beləliklə də, Universitetin ərazisində tə-

rəflərin (müəlim və tələbələrin) bir-birinə nəzarət etdikləri təşkilat meydana çıxdı. 

1154-cü ildə universitet rəsmi olaraq tanınmışdır və ona Müqəddəs Roma imperi-

yasının inperatoru Fridrix Barbarossadan xartiya verilmişdir. Sonra Bolonya şəhə-

rinin bələdiyyəsi  şəhərin kənarlarından belə  məşhurlaşmış  təhsil müəssisəsinin 

bölmələrinin yaranmasında  əhəmiyyətli rol oynamaq qərarına gəldi. Tələbələrin 

hüquqları azaldıldı, müəllimlərin əmək haqqı isə dövlət tərəfindən ödənildi. 


  MÜDAFİƏ MAHMUDOV 

 

122 



Bolonya universitetində oxuyanların sırasında  şairlər Françesko Petrarka və 

Dante Aliqyeri, astronom Nikolay Kopernik, Roma papası VI Aleksandr, həkim və 

okkultist Parasels, həmçinin yazıçı Umberto Eko və  İtaliyanın 1996-1998-ci və 

2006-2008-ci illərdə baş naziri Romano Prado kimi məşhur insanlara rast gəlmək 

olar. 

Hazırda Bolonya universitetində 23 fakültə vardır, tələbələrin ümumi sayı 



isə 100 000 təşkil edir. İlk dəfə Roma hüququnun tədris olunduğu hüquqşünaslıq 

fakültəsi xüsusi ilə tanınmışdır. Dünyanın  ən qədim olan Bolonya Universiteti 

dünyanın 200 ən yaxşı ali təhsil müəssisələrinin siyahısına daxildir və orada təhsil 

almaq 900 il əvvəl olduğu kimi şərəfli və nüfuzludur. 

Bolonya universiteti böyüklüyünə görə İtaliyanın ikinci universitetidir. Bo-

lonya universitetinin tarixi, böyük mütəfəkkirlərin və alimlərin tarixinin bir his-

səsidir, bu isə Avropa mədəniyyətinə  nəzər salınan zaman universitetin adının 

çəkilməsini, xatırlanmasını  zəruri edir. Nikolay Kopernikin sözlərinə görə, Yer 

kürəsinin fırlanması haqqında fikir ilk dəfə 1497-ci ildə, onun Bolonya Uni-

versitetində təhsil aldığı zaman ağlına gəlmiş və bütün sonrakı illər ərzində o öz 

fikrini təsdiq etmək üçün sınaq aparırdı. 1888-ci ildə universitetin yaranmasının 

səkkizinci yüzilliyi böyük təmtəraqla qeyd edildi. Bütün dünya universitetlərinin 

təmsilçiləri “unievrsitetlərin anasına” layiqli hörmət göstərmək üçün və onların 

ümumi tərəqqi və dözümlülük, tolerantlıq köklərini, mənşələrini qeyd etmək Bo-

lonyaya toplaşmışdılar. Bolonya universiteti orta əsr Avropasının  ən demokratik 

müəssisələrindən biri idi. 

1605-ci ildə Bolonya Universitetinin professoru Aldrovandi tərəfindən yara-

dılmış kitabxana onun parlaq nailiyyəti sayılırdı. O, dünyada ən qədim kitabxana 

olmaqla həm də  ən qiymətli kitabxanalardan biri kimi hesab olunurdu. Orada 

təxminən 250 min kitab və 1350 dövrü nəşr saxlanılır. 

Bu təhsil müəssisəsinin Recio-Emiliyada, İmolada, Ravennada, Forlidə, Çe-

zendə və Rimində regional mərkəzləri və xaricdə Argentinanın paytaxtı Buenos-

Ayresdə bir filialı vardır. 

Hazırda universitet 128 ixtisasda bakalavr dərəcəsi verir. Universitetin nəz-

dində həm də müxtəlif ixtisas məktəbləri, elmi mərkəzlər və doktoranturalar fəa-

liyyət göstərir. Burada təxminən yüz min tələbə təhsil alır. Universitet aşağıdakı 

fakültələrdən ibarətdir: 

Tərcüməçilər üçün Müasir dillər məktəbi 

Kənd təsərrüfatı fakültəsi 

Aldo Rossi Memarlıq fakültəsi 

İqtisadiyyat fakültəsi 

İqtisadiyyat fakültəsi-Forli 

İqtisadiyyat fakültəsi-Rimini 

Pedaqoji elmlər fakültəsi 

Mühəndislik fakültəsi 

İkinci Mühəndislik fakültəsi-Çezena 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

123


İdman və Bədən tərbiyəsi fakültəsi 

Xarici dil və ədəbiyyatı fakültəsi 

Sənaye kimyası fakültəsi 

Hüquq fakültəsi 

Fəlsəfə fakültəsi 

Riyaziyyat, fizika və təbiət elmləri fakültəsi 

Tibb fakültəsi 

Əzcaçılıq fakültəsi 

Siyasi elmlər fakültəsi 

Roberto Ruffillinin Siyasi Elmlər fakültəsi 

Mədəni irsin saxlanması fakültəsi 

Psixologiya fakültəsi 

Statistik elmlər fakültəsi 

Baytarlıq fakültəsi 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



  MÜDAFİƏ MAHMUDOV 

 

124 



 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin