AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə19/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   15   16   17   18   19   20   21   22   ...   50
4 biznes


11.4. Reklam fəaliyyətinin effektivliyi 

 

 



Ayrı-ayrı  reklam  vasitələrinin  insan  şüurunu  psixoloji  və  iqtisadi 

təsirinin  effektivliyinə  aid  edirlər.  Hətta  psixoloji  təsir  daha  səmərəlidir, 

ə

gər  o,  potensial  istehlakçıları  satın  almağa  yönəldirsə.  Beləliklə,  reklamın 



iqtisadi effektivliyi onun insani psixoloji təsirinin dərəcəsindən asılıdır. 

Reklamın  iqtisadi  effektivliyini  çox  vaxt  onun  əmtəə  dövriyyəsinə 

olan  təsirinin  ölçülməsi  ilə  müəyyən  edirlər.  Reklamın  göstərdiyi  effek-

tivliyinin daha dəqiq müəyyənləşdirilməsi,  yalnız o vaxt mümkün ola bilər 

ki, əgər əmtəənin satış həcminin çoxalması dərhal reklamın təsirindən sonra 

baş verir. Bu, xüsusən gündəlik tələb olunan  yeni malların reklamı zamanı 

mümkündür. 

Reklamın iqtisadi effektivliyi alınan iqtisadi nəticə ilə müəyyən edi-

lir ki, bu reklam kampaniyasının keçirilməsi və ya reklam vasitəsinin tətbiqi 

zamanı  əldə  edilir.  İqtisadi  nəticə  ona  sərf  olunan  xərclərin  və  reklamın 

təsirindən  alınan  əlavə  əmtəə  dövriyyəsi  və  gəlirə  olan  nisbətilə  müəyyən 

edilir.  İqtisadi  effektin  hesablanması  üçün  aşağıdakı  düsturdan  istifadə 

etmək olar: 

 

 



 

 

 



 

 

     



 

Burada,       G – reklamın iqtisadi effektivliyi, manat; 

 

          T



ə

 – reklam təsiri nəticəsində əlavə əmtəə dövriyyəsi, manat; 

                     H

t

 – əmtəəyə ticari əlavəsi, realizə olunan qiymətə  %-lə; 



                     U

– reklama sərf olunan xərclər, manat; 



                     U

ə

 



– əmtəə dövriyyəsinin artımına əlavə xərclər, manat. 

 

Bu zaman biz reklam tədbirinin keçirilməsindən alınan effekti onun 



həyata keçirilməsinə sərf olunan xərc ilə müqayisə edirik. Bu cür 

müqayisələndirilmənin nəticələri 3 variantda ifadə olunur: 

1)  Reklam tədbirinin effekti – onun keçirilməsinə sərf olunan xərclərə 

bərabərdir. 

2)  Reklam  tədbirinin  effekti  –  onun  keçirilməsinə  sərf  olunan 

xərclərdən çoxdur (gəlirlidir). 

3)  Reklam  tədbirinin  effekti  –  onun  keçirilməsinə  sərf  olunan 

xərclərdən azdır (zərərlidir). 

Lakin müxtəlif reklam tədbirlərinin keçirilməsinə sərf olunan xərclərin 

iqtisadi  effektivliyinin  müqayisəsi  üçün  göstərilən  dəlillər  yetərli  deyildir. 

Reklama  sərf  olunan  xərclərin  effektivliyini  daha  dəqiq  onun  rentabelliyi 

(gəlirliliyi) xarakterizə edir. 



            T

ə

 x Ht 



G = --------------  - (U

r

 + U

ə

), 



             100 

Бизнесин тяшкили вя идаря едилмяси 

168 


Reklamın rentabelliyi (gəlirliliyi) – əldə olunan gəlirin sərf olunan xərclərə 

nisbətidir. O, aşağıdakı düsturla hesablanır: 

 

U

Mx

R

100


=

 

 



 

 

 



 

 

 



Burada,       R - əmtəənin reklam olunmasının rentabelliyi, %; 

                    M -  əmtəənin reklam olunmasından alınan gəlir, manat; 

                    U - konkret mala olan reklamın xərcləri, manat. 

Reklam  vasitələrinin  psixoloji  təsirinin  effektivliyi  istehlakçı  əha-

təsinin sayı, reklam vasitələrinin insan yaddaşında həkk olunan parlaqlığı və 

təəssüratın dərinliyi və ditqqəti cəlbetmə dərəcəsilə xarakterizə olunur.  

 

Reklamın  istehlakçıya  göstərdiyi  psixoloji  təsirin  effektivliyini 



sorğu, təcrübə və müşahidə yolu ilə müəyyən etmək olar. 

 

şahidə metodu

 istehlakçıya ayrı-ayrı reklam vasitələrinin təsirinin 

öyrənilməsində (araşdırılmasında) istifadə olunur. Bu metod passiv xarakter 

daşıyır,  belə  ki,  müşahidəçi  alıcıya  heç  bir  təsir  göstərmir,  əksinə  mü-

ş

ahidəni  ona  bildirmədən  aparır.  Eyni  zamanda  müşahidə  metodu  təbii 



şə

raitdə  istehlakçının  müəyyən  reklam  vasitəsilə  bilavasitə  əlaqəsi  zamanı 

reklamın psixoloji təsirini dəyərləndirməyə imkan verir.  

 

Müşahidə metodu ilə yanaşı təcrübə metodu da geniş istifadə olunur 



və  aktiv  xarakter  daşıyır.  Burada  reklamın  psixoloji  təsirinin  öyrənilməsi 

təcrübəçilərin yaratdıqları süni şəraitdə baş verir. Təcrübəçi malların yerini 

dəyişir  və  alıcıların  reaksiyalarının  dəyişilmələrini  müşahidə  edir,  reklam 

vasitələrinin  müxtəlif  kombinasiyalarını  yarada  bilər  və  alıcıların  reak-

siyalarını müqayisə edərək onların içindən ən sərfəlisini seçə bilər.  

 

Reklam  vasitələrinin  effektivliyinin  xarici  ölkələrdə  keçirilmiş  təc-



rübələr yolu ilə öyrənilməsi xüsusilə geniş inkişaf tapmışdır. Vitrin ekspozi-

siyasının,  qablaşdırılmanın,  mətbuatda  elanın,  radio  və  ya  televiziya  rekla-

mının  alıcılara  olan  təsirinin  müəyyənləşdirilməsi  zamanı  bu  metoddan 

istifadə olunur.  

 

Sorğu metodu

 da reklamın psixoloji təsirini müəyyənləşdirilməsinin 

aktiv  metodlarına  aiddir.  Bu  metod  çox  zəhmət  tələb  edir,  ancaq  digər 

metodlardan  daha  dürüstüdür,  çünki  o,  bilavasitə  alıcının  özündən,  nəinki 

ümumilikdə reklam vasitəsinin özünə münasibəti, həm də bu vasitənin ayrı-

ayrı  tərkib  hissələri  barədə  münasibətini  ayırd  etməyə  imkan  verir.  Sorğu 

üsulundan  istifadə  etməklə  reklam  vasitəsinin  alıcılara  olan  təsirini  dəyər-

ləndirir və reklam vasitəsinin tərtib edilməsinin hansı elementlərinin özünə 

daha  çox  diqqət  cəlb  etmələrini  və  daha  yaxşı  yadda  qalmalarını  müəy-

yənləşdirmək mümkündür.  



Бизнесин тяшкили вя идаря едилмяси 

169 


 

Reklam  tədbirinin,  yaxud  reklam  vasitəsinin  effektivliyi  reklam 

vasitəsilə cəlb edilmiş istehlakçının sayı, həmçinin bir tamaşaçıya, oxucuya 

sərf olunmuş xərclərin həcmi ilə ifadə edilə bilər.  

 

Reklam  vasitələri  tez-tez  dəyişirlər.  Şübhəsiz  ki,  gələcəkdə  yeni 



qəzetlər, jurnallar nəşr olunacaqlar, radio və televiziya qorunub saxlanılacaq 

və  onlara  daha  hansı  reklam  vasitələrinin  qoşulacağını,  hansıların  öz  möv-

qelərini  möhkəmləndirəcəklərini,  hansıların  isə  tamamilə  silinəcəklərini 

təsəvvür etmək çətindir.  

 

Reklamda  əsas  məqsədlərdən  biri  də  –  yeni  reklam  vasitələrilə 



tanışlıqdır, bu ona görədir ki, onların içindən reklamın xərcini çıxardan təsir 

və əhatə sahəsini artıracaq vasitələrdən istifadə mümkün olsun. 

 

Qeyd  etmək  lazımdır  ki,  hazırda  bəzi  ölkələrdə  firmalar  reklamı 



özünə  xidmət  mağazalarının  müştərilərinin  istifadə  etdikləri  arabalara 

quraşdırılmış  video  sistemlərdə  yerləşdirir,  konfrans  zalları  və  təyyarə  sa-

lonlarında  göstərilən  video  verilişlərdə  reklam  materiallarını  nümayiş  etdi-

rirlər.  Kinoteatrlarda  seansdan  əvvəl  video  çarxları  nümayiş  etdirilir.  Gə-

ləcəkdə qəzet və jurnallar abunəçiyə kompyuter və videoxəbər şəklində mo-

dem və disket, yaxud kompakt diskdə çatdırılacaqlar. Abunəçilər onları ma-

raqlandıran  məlumatı  elektron  yolu  ilə  çeşidləyib  axtara  və  onları  maraq-

landırmayanlara tamamilə əhəmiyyət verməyəcəklər.  

 

Gələcəyin  reklam  vasitələrinə  aiddir:  elektron  telefon  sorğu  kitabı, 



kompyuter  şəbəkələri,  geyimdəki  reklam,  kitablara  qoyulan  reklam  əla-

vələri, telefon  reklamı, telefaksın marketinq üçün istifadə olunması, televi-

ziya  verilişləri  və  filmlərin  premyeraları  ilə  əlaqəli  bazarda  məhsulun  irə-

liləyişi,  videokasetlərdəki  reklam,  avtomatik  cavablandırıcıdakı  reklam, 

holoqramlar,  ünsiyyət  qurula  biləcək  videosistemlər,  peyk  vasitəsilə  ötürü-

lən reklam. Bunlar reklam olunmaq arzusunda olan firmalar, şirkətlər üçün 

yeni imkanlardan bəziləridir.

   

Bəlkə  də  hansısa  bir  elm  dahisinin  beynində  növbəti  yüzilliyin  ən 

qüdrətli KİV yaradılmaqdadır? 

Yeni  reklam  vasitələrini  dəyərləndirərkən  aşağıdakı  suallara  cavab 

tapılmalıdır:  

  reklam vasitəsi sizin məqsədli bazarınıza müvəffəq olacaqmı? 



  onun müştərilərə olan təsiri yetərincədirmi? 

  sizin mövqeyinizə uyğun olaraq onu istifadə etmək olarmı? 



Ə

lbəttə  ki,  risk  hər zaman  mövcuddur.  Böyük  gələcəyi  olan  reklamın  yeni 

növləri,  əgər  onların  müvafiq  şəkildə  inkişafı  üçün  sizin  imkanınız  və 

bacarığınız yetmirsə bu zaman onlar  sizi təmamilə  məyus edə bilərlər. Ən 

mükəmməl reklam vasitələridə də  çatışmamazlıqlar ola bilər, bundan əlavə 

çox  vaxt  hətta  tədqiqatlar  yeni  reklam  vasitəsinin  kifayət  qədər  effektivli 

olacağını    göstərsələr  də  insanlar  onu  qəbul  etmirlər.  Ona  görə  də,  sağlam 


Бизнесин тяшкили вя идаря едилмяси 

170 


düşüncəyə  arxalanaraq  hərəkət  etmək  lazımdır,  lakin  bununla  belə  daha 

effektivli reklam vasitələrinə göz yummaq olmaz. Hansı reklam vasitəsinin 

tətbiqi planlaşdırılırsa həmin vasitədən uzunmüddət istifadə etmək lazımdır, 

çünki onun bəhrəsini görmək olar. 

Hər bir reklam agenti çox vaxt firma rəhbərlərindən eşidir: 

Mənim bəxtim gətirir! Mənə reklam lazım deyil. 

Mənim bəxtim gətirmir! Reklama vaxtım yoxdur. 

Bəlkə  də,  bir  çox  reklam  agentlərinə  bir  gün  ərzində  belə  fikirlər 

eşitmək nəsib olub! Amma ağıllı rəhbər həm çiçəklənmə dövründə, həm də 

böhran zamanı reklam olunur.       

Firmanın işləri yaxşı getdikdə reklam ona daha yaxşı inkişaf etməyə 

kömək  edir.  Əgər  sizə  elə  gəlsə  ki,  hər  bir  potensial  müştəri  artıq  sizin 

maldan,  xidmətdən  istifadə  edir,  siz,  hətta  o  zaman  reklam  olunmalısınız. 

Bu  vaxt  reklam  artıq  mövcud  müştərilərin  loyallığını  saxlamağa  və  eyni 

zamanda yenilərini tapmaqda kömək edir. 

Reklam  böhrana  üstün  gəlməkdə  kömək  edə  bilər.  Reklam  üzrə 

amerikalı  mütəxəssis  Mixael  Fitscerald  «Ze  Puqet  Saund  Biznes  Dcornal» 

qəzetində Harvard universitetində 1927-ci ildən indiki vaxta kimi keçirilmiş 

tədqiqatların nəticələrini dərc etdirmişdir. Tənəzzül vaxtlarından başlayaraq 

reklama  vəsait  ayıran  firmaların  və  əksinə  hərəkət  edənlərin  inkişafı 

dəyərləndirilmişdir.  O,  tədqiqatların  nəticələrini  araşdırarkən  müəyyənləş-

dirmişdir ki, «reklam olunmayan firmalar, bazardan itmişlər». 

Belə ehtimal olunur ki, sizin rəqiblər böhran vaxtı reklamın intensiv-

liyini azaldacaqlar. Əgər siz öz reklamınızı əvvəlki həcmdə saxlaya bilsəniz, 

bu halda siz əmtəə bazarında daha gözə çarpan olacaqsınız.    

Yaxşı reklam – ardıcıl olan reklamdır, hansı ki, məlumatı həm çiçək-

lənən,  həm  də  böhran  zamanı  çatdırır.  Ardıcıllıq  –  reklamın  effektivli  və 

özünü doğruldan olması üçün zəruri şərtdir. 

Ə

gər  siz  məlumatı  məqsədli  bazara  çatdırmaq  üçün  reklam  va-



sitələrini  düzgün  seçsəniz  güclü  mətn  və  şəkillərdən  istifadə  edin  -  sizin 

reklam  effektivli  olacaqdır.  Əgər  KİV  ilə  əlaqələri  düzgun  təşkil  edə 

bilsəniz,  sərf olunmuş vəsaitlə müqayisədə istehlakçıların yaxşı reaksiyasını 

təmin edəcək KİV-ni düzgün seçsəniz, reklamınızın fəsilin uyğun vaxtında 

efirə  çıxmasının  qeydinə  qalsanız  –  sizin  reklam  həm  də  xərcini  çıxara-

caqdır. Bir sözlə, nəticə etibarı ilə reklam o deməkdir ki, siz özünüzü düz-

gün aparırsınız, biznes fəaliyyətinizi düzgün həyata keçirirsiniz.    

 


Бизнесин тяшкили вя идаря едилмяси 

171 


XII FƏSİL. BİZNESİN TƏŞKİLATİ  

STRUKTURUNUN SEÇİLMƏSİ 

 

12.1. Təşkilati strukturun mahiyyəti və əhəmiyyəti 

 

 



Bazar  iqtisadiyyatına  keçid  müəssisələrin  texnoloji,  istehsal  və 

təşkilati  potensialı  və  bazarda  alıcıların  əsas  qruplarının  tələbləri  arasında 

uyğunsuzluqları  aşkara  çıxartdı.  Bu  müəssisələrdə  restrukturizasiya  pro-

sesinin həyata keçirilməsi və onun çərçivəsində müəssisənin təşkilati struk-

turunun  dəyişilməsi  üçün  əsas  zəmin  yaratdı.  Milli  müəssisələr  hələ  bazar 

iqtisadiyyatının effektiv subyektinə çevrilməyib, buna görə də onların bazar 

şə

raitinə  uyğunlaşmasının  təsərrüfat  mexanizminin  yaradılması  önəmli 



məsələdir. 

İ

darəetmənin  effektiv  təşkilati  strukturunun  işlənib  hazırlanması 



müəssisənin  xarici  mühitə  uyğunlaşması  strategiyasının  reallaşdırılmasının 

zəruri şərti hesab edilir. 

İ

darəetmə  sisteminin  formalaşması  və  inkişafı  problemləri  yerli  və 



xarici  ölkə  alimlərindən  İ.X.Ankof,  L.A.Bazileviç,  V.N.Burkov, 

S.A.Valyev,  P.Druker,  B.Z.Milner,  T.Ə.Quliyev, 

Z.A.Səmədzadə, 

Ə

.X.Nuriyev,  K.A.Şahbazov,  T.Ə.Hüseynov,  T.N.Əliyev  və  başqalarının 



ə

sərlərində  geniş  tədqiq  edilmiş,  sanballı  monoqrafiyalar  və  dərsliklər  nəşr 

olunmuşdur.  Bununla  belə  idarəetmənin  təşkilati  strukturunun  effektiv-

liyinin  qiymətləndirilməsi  problemi  hələlik  iqtisadi  ədəbiyyatlarda  kifayət 

qədər  şərh  edilməmişdir.  Müəssisənin  xarici  və  daxili  mühit  amillərinin 

təsirini  nəzərə  almaqla  idarəetmənin  effektiv  təşkilati  strukturunun  forma-

laşması məsələlərinin elmi tədqiqinə böyük ehtiyac vardır. 

Menecmentin  ən  mühüm  anlayışlarından  biri  olan  təşkilati  struktur 

idarəetmənin məqsədləri, funksiyaları və prosesləri, menecerlərin işi və on-

ların arasında səlahiyyətlərin bölünməsi ilə sıx əlaqədardır. Təşkilati struk-

tur  çərçivəsində  bütün  idarəetmə  prosesi  baş  verir  və  onda  menecerlər 

bilavasitə iştirak edirlər. 

Bazar  münasibətləri  şəraitində  müəssisənin  (biznesin)  idarə  edilmə-

sinin təşkilati strukturu ətraf mühitdə baş verən dəyişikliklərə daha çevik şə-

kildə uyğunlaşma qabiliyyətinə malik olmalıdır. Mütəxəssislər hesab edirlər 

ki,  biznes  subyektlərinin,  yəni  müəssisə,  firma  və  şirkətlərin  vahid  ideal 

idarəetmə modeli  yoxdur. Belə ki, onların hər biri unikaldır və özləri üçün 

ə

n effektiv idarəetmə forması seçməyə çalışır. İdarəetmə fasiləsiz prosesdir, 



çünki  müəssisənin özü və onun biznes mühiti daim dəyişikliyə məruz qalır. 

Müəssisənin  müasir  idarəetmə  strukturu  mümkün  qədər  sadə  və 

çevik olmalı, qarşıya qoyulan məqsədə nail olmaq üçün bütün resurslardan 

maksimum  səmərəli  istifadə  olunması  istiqamətində  konkret  tədbirlərin 



Бизнесин тяшкили вя идаря едилмяси 

172 


həyata  keçirilməsini  təmin  etməlidir.  İdarəetmənin  təşkilati  strukturunun 

başlıca  meyarı  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin  effektivliyinin 

yüksəldilməsini və rəqabət qabiliyyətinin artırılmasını təmin etməkdir ki, bu 

kiçik  biznes  üçün  xüsusilə  vacibdir.  Həmin  şərtlərə  riayət  etmədən  kiçik 

biznes subyektlərinin fəaliyyətində uğur qazanmaq çox çətindir. 

Müəssisənin təşkilati strukturu qarşıya qoyulan məqsəd və vəzifələ-

rin  uğurla  yerinə  yetirilməsi  vasitəsidir.  Məhz  buna  görə  də  idarəetmənin 

təşkilati  strukturunun  qurulması  məqsəd  və  strategiyanın  müəyyənləşdiril-

məsindən başlanır. 

İ

darəetmənin  təşkilati  strukturu  idarəetmə  sferasında  əmək  bölgüsü 



formasını  ifadə  edir  və  idarəetmə  sisteminin  fəaliyyət  prosesinə  fəal  təsir 

göstərir.  İdarəetmə  strukturu  nə  qədər  təkmil  olarsa,  idarəetmə  obyektinə 

qarşılıqlı təsirin effektivliyi və biznesin nəticələri bir o qədər  yüksək  olar. 

İ

darəetmə strukturu dedikdə bir-biri ilə sabit əlaqələrdə olan və vahid tamlıq 



kimi  fəaliyyətini  təmin  edən  qarşılıqlı  uzlaşdırılmış  elementlərin  qaydaya 

salınmış  məcmusu  başa  düşülür.  Strukturun  elementləri  kimi  idarəetmə 

aparatının  bölmələri  və  halqaları,  eləcə  də  ayrı-ayrı  işçiləri  çıxış  edirlər. 

Onların arasında mövcud münasibətlər şaquli və üfüqi əlaqələr əsasında hə-

yata keçirilir. Üfüqi əlaqələr razılaşdırmaq xarakterinə malik olaraq əsasən 

birpilləli  olurlar.  Şaquli  əlaqələr  isə  tabeçilik  kimi  xarakterizə  olunur.  Bu 

ə

laqələrin  yaranmasına  tələbat  idarəetmədə  iyerarxiyalığın,  bir  neçə 



idarəetmə  pillələrinin  mövcud  olmasında  meydana  çıxır.  Bununla  yanaşı 

idarəetmə  strukturunda  mövcud  olan  əlaqələr  xətti  və  funksional  xarakterə 

malik  ola  bilər.  Xətti  əlaqələr  idarəetmə  qərarlarının  və  informasiyanın 

təşkilatın və onun ayrı-ayrı bölmələrinin fəaliyyətinin nəticələrinə görə tam 

məsuliyyət  daşıyan  xətti  rəhbərlərin  arasında  hərəkətini  ifadə  edir.  Funk-

sional əlaqələr isə idarəetmə qərarlarının və informasiyanın idarəetmənin bu 

və ya digər funksiyaları üzrə hərəkətini ifadə edir. 

İ

darəetmə  prosesi,  yəni  informasiyanın  hərəkəti  və  idarəetmə  qə-



rarlarının qəbulu prosesi idarəetmə strukturu çərçivəsində həyata keçirilir və 

bu  prosesin  iştirakçıları  arasında  idarəetmə  funksiyaları  və  məsələləri 

bölüşdürülərək onların icrasını təmin etmək məqsədilə səlahiyyət və məsu-

liyyət  həddi  müəyyən  edilir.  Bu  baxımdan  idarəetmə  strukturuna  menec-

mentin  məqsədlərinin  reallaşdırılmasına  istiqamətlənən  və  idarəetmə  pro-

sesinin həyata keçirilməsi çərçivəsini müəyyən edən idarəetmə fəaliyyətinin 

bölgüsü və kooperasiyası forması kimi yanaşmaq olar. 

Beləliklə, idarəetmə strukturu müxtəlif vəsilələr üzrə bölüşdürülmüş 

bütün  məqsədləri  özündə  cəmləşdirir.  Bu  vəsilələr  arasında  mövcud  olan 

ə

laqələr  məqsədlərin  həyata  keçirilməsi  üzrə  ayrı-ayrı  hərəkətlərin  əlaqə-



ləndirilməsini  təmin  edir.  Buna  görə  də  idarəetmə  strukturuna  fəaliyyət 

mexanizminin xarakteristikasının əks tərəfi kimi, yəni idarəetmə sisteminin 

struktur  əlaqələrinin  reallaşdırılması  prosesi  kimi  yanaşmaq  mümkündür. 


Бизнесин тяшкили вя идаря едилмяси 

173 


Strukturun  idarəetmənin  mühüm  anlayışları  ilə  –  onun  məqsədləri, 

funksiyaları, prosesi, fəaliyyət mexanizmi, insanlar və onların səlahiyyəti ilə 

ə

laqəsi  onun  təşkilatın  hərtərəfli  fəaliyyətinə  mühüm  təsir  göstərməsini 



təsbit  edir.  Məhz  buna  görə  də  bütün  idarəetmə  səviyyələrinin  menecerləri 

idarəetmə strukturunun formalaşdırılması prinsiplərinə və metodlarına, onun 

tiplərinin  və  variantlarının  seçilməsinə,  formalaşdırılmasına  dair  mövcud 

olan yanaşmalardan istifadə edilməsinə və təşkilatın məqsəd və vəzifələrilə 

uyğunluğunun qiymətləndirilməsinə böyük diqqət yetirirlər. 

Xarici  mühitin  dəyişilməsi  müəssisənin  inkişaf  strategiyasının 

dəyişilməsinə,  daha  sonra  təşkilati  strukturun  yenidən  qurulmasına  gətirib 

çıxarır (şəkil 12.1.). 

Şə

kil 12.1. Müəssisənin təşkilati strukturu 

 

 



Müəssisənin  idarəetmə  strukturu  içərisində  texnoloji,  istehsal,  ma-

liyyə, sosial və informasiya struktur növlərini xüsusi vurğulamaq lazımdır. 

 

Texnoloji  struktur  maddi-texniki  proseslərin  xarakteri,  istifadə  olu-



nan avadanlıqların tipi, istehsal güclərinin ixtisaslaşması ilə müəyyən edilir. 

İ

stehsal strukturu – istehsal bölmələri, istehsal-texniki baza element-



lərinin  onların  məkan  yerləşməsi  nöqteyi-nəzərdən  nizamlanmış  məc-

musudur. 

Maliyyə strukturu – müəssisənin istehsal-təsərrüfat fəaliyyəti prose-

sində  onun  effektiv  işləməsini  və  inkişafını  təmin  edən  maliyyə  münasi-

bətlərinin  nizamlanmış  məcmusudur.  Maliyyə  strukturu  məsuliyyət  mər-

kəzləri konsepsiyasının reallaşdırılması nəticəsində formalaşır. 

Müəssisənin məqsədi 

Strateji konsepsiya 

Məqsədyönlü strategiya 

Təşkilati model 

İ

darəetmənin təşkilati 



strukturu 

Xarici 


şə

rait 


Təşkilati 

konsepsiya 

 

Rəhbərin 



iş stili 

Ə

vvəlki 



təcrübə 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

174 


Sosial  struktur  işçilərin  peşə-ixtisasına,  cinsinə,  yaşına,  milli 

tərkibinə və ixtisas səviyyəsinə görə müəssisələr üzrə bölgüsünü xarakterizə 

edir. 

İ

nformasiya  strukturu  –  resurs  kimi  informasiyadan  məqsədyönlü 



istifadəni  müəyyənləşdirən  qayda,  texniki  vasitələr  və  kommunikasiya 

şə

bəkəsinin  məcmusudur.  Effektiv  informasiya  strukturu  həm  strateji,  həm 



də  taktiki  və  operativ  səviyyələrdə  bütün  üç  faza  (informasiyanın  axtarışı, 

emalı  və  bölgüsü)  üzrə  informasiya  proseslərinin  planlaşdırılmasını,  təş-

kilini, koordinasiyasını və nəzarətini təmin etməlidir. 

İ

darəetmə  strukturlarının  əsas  növlərinin  qarşılıqlı  əlaqəsi  şəkil 



12.2.-də təqdim edilmişdir. 

 

Şə



kil 12.2. Müəssisənin təşkilati strukturlarının tipləri 

 

 



Təşkilati  strukturların  müxtəlifliyi  onların  arasında  qarşılıqlı  mü-

nasibətlərin  qurulmasını  tələb  edir.  Qarşılıqlı  əlaqəli  strukturlar  içərisində 

idarəetmənin  təşkilati  strukturu  xüsusi  yer  tutur,  yəni  qoyulmuş  məqsədə 

nail  olunması  üzrə  inteqral  effektin  alınması  üçün  elementlərin  qarşılıqlı 

hərəkətini qaydaya salır. 

Beləliklə,  müəssisənin  təşkilati  strukturu  idarəetmə  sisteminin  qar-

ş

ılıqlı  əlaqəli  və  qarşılıqlı  şərtlənən  elementlərinin,  münasibətlərin  tərkibi, 



qarşılıqlı  yerləşməsi  və  dayanaqlılıq  dərəcəsinin  nizamlanmış  məcmusunu 

İ

stehsal  strukturu 



Funksiyaların strukturu 

İ

darəetmənin təşkilati 



strukturu 

Maliyyə  strukturu 

Təkraristehsal strukturu 

Məqsədlərin strukturu 

Texnoloji struktur 


Бизнесин тяшкили вя идаря едилмяси 

175 


ifadə  edir,  hansı  ki,  onun  bütöv  tam  halında  məqsədyönlü  inkişafını  təmin 

edir. 


Təşkilati  idarəetmə  strukturu  müəssisənin  maliyyə-təsərrüfat  fəa-

liyyətinin bütün tərəflərinə böyük təsir göstərir. Belə ki, idarəetmə strukturu 

funksional  bölmələrin  əməkdaşlıq  əlaqələrinin  və  onların  fəaliyyətinə 

nəzarətin təşkilinin effektivliyini, xarici mühitin dəyişilməsinə müəssisənin 

çevik şəkildə uyğunlaşması qabiliyyətini müəyyən edir. 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin