AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə16/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   12   13   14   15   16   17   18   19   ...   50
4 biznes


10.3. Kommersiya-vasitəçilik təşkilatlarının  

biznes fəaliyyətində rolu                                                                                  

 

Kommersiya-vasitəçilik  strukturlarının  fəaliyyət  strategiyası  bazarın 



bütün  iştirakçılarına,  ilk  növbədə  malgöndərənlərə  və  istehlakçılara    xid-

mətin göstərilməsidir. 

Kommersiya strukturlarının işinin keyfiyyəti bilavasitə azad satış qay-

dasında  reallaşdırılan  əmtəələri  axtarıb  tapmaq,  sənaye  və  kənd  təsərrüfatı 

müəssisələrini, kooperativləri, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxsləri 

ə

hali üçün zəruri olan əmtəə istehsalında maraqlandırmaq bacarığından ası-



lıdır. 

Bu vəzifələrin öhdəsindən gəlmək  üçün  kommersiya işçiləri iqtisadi 

rayonların  təbii  sərvətlərini  yaxşı  bilməli,  sənaye  və  kənd  təsərrüfatının 

müasir  inkişaf  səviyyəsini,  müəssisələrin  istehsal  imkanlarını  və  istehsal 

etdikləri məmulatların çeşidini real qiymətləndirməyi bacarmalıdırlar. 

Mal  göndərənləri  və  onların  imkanlarını  öyrənmək  üçün  kommersiya 

xidməti  işçiləri  əmtəə  birjalarının,  yarmarkaların,  satış-sərgilərin  və  yeni 

malların  baxış-sərgilərinin  işində  iştirak  etməli,  kütləvi  informasiya  vasitə-

lərində  reklam  elanlarını  diqqətlə  izləməli,  tələb  və  təklif  bülletenlərində, 

birja məlumatlarında, prospekt və kataloqda  olan  informasiyaları nəzərdən 

qaçırmamalıdırlar. 

Ə

mtəə  bazarlarının  tutumunun  öyrənilməsi  və  proqnozlaşdırılması, 



reklam-informasiya  fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi, mal göndə-

rənlərlə istehlakçılar  arasında  alqı-satqı  işinin  əlaqələndirilməsi  kommer-

siya  xidmətinin əsas vəzifələrinə daxildir.  


Бизнесин тяшкили вя идаря едилмяси 

141 


Kommersiya  fəaliyyətinin  keyfiyyətinin  artırılması  onun  texnologi-

yasınının  daim  təkmilləşdirilməsini,  idarəetmənin  yeni  texnikasından, 

avtomatlaşdırılmış  idarəetmə  sistemindən,  kommersiya  işçilərinin  avtomat-

laşdırılmış  iş  yerlərindən  istifadə  olunmasını,  kommersiya  proseslərinin,  o 

cümlədən  əmtəələrin  topdansatış  və  pərakəndə  satışın  idarə  olunmasının 

kompyuterləşdirilməsini  tələb  edir.  Kommersiya  əməliyyatlarının  kom-

pyuterləşdirilməsi kommersiya məlumatlarının işlənməsi və ötürülməsi üzrə 

informasiya sisteminin yaradılmasına imkan  verir ki, bu da öz növbəsində 

ə

mtəə  tədavülü  sferasında  bazar,  marketinq  fəaliyyətinin  texniki  əsasını 



təşkil edir. 

Hər  bir  təşkilati  strukturun  əsas  tərkib  elementləri  idarəetmə  orqanı, 

icraçılarla  daxili  struktur  bölmələri  hesab  edilir.  Topdansatış-kommersiya 

müəssisəsində  idarəetmənin  təşkilati  strukturu  vahid  dinamik  sistem  kimi 

fəaliyyət göstərən və böyük bazar tələbini ödəməyə istiqamətlənmiş, habelə 

nəzərdə  tutulan  gəlirin  alınmasını  təmin  edən  və  cəmiyyət  qarşısındakı  so-

sial missiyanı yerinə yetirən qarşılıqlı əlaqəli elementlərin məcmusunu ifadə 

edir. 


Təşkilati  strukturun  qurulması  aşağıdakı  amilləri  nəzərə  almaqla 

həyata keçirilməlidir: 

  kommersiya-vasitəçilik fəaliyyətinin tipi; 



  realizə və alınan məhsulların həcmi və nomenklaturası; 

  mümkün və faktiki malgöndərənlərin və istehlakçıların sayı; 



  işçilərin sayı;  

  topdansatış ticarətin ən optimal forması və yükün effektiv daşınma 



üsulu; 

  bazar infrastrukturunun əsas elementlərinin mövcudluğu; 



  göstərilən xidmət; 

  müştərilərə servis və keyfiyyətli təminat. 



Topdan  vasitəçilik  təşkilatlarının  təşkilati  strukturunun  effektiv  fəa-

liyyətini qiymətləndirərkən  aşağıdakı amillərin nəzərə alınması zəruridir: 

1.  Fəaliyyət  növü,  yəni  malın  alqı-satqısı  sahəsində  yerinə  yetirilən 

ə

sas  funksiyalar,  həmçinin  müştərilərə  kommersiya-servis  xidmətinin 



göstərilməsi.   

2.  Kommersiya  strukturunun  təşkilati  quruluşu  və  onların  ixtisas-

laşması. 

İ

stehlak  mallarının  ticarət  təcrübəsi  qarışıq,  universal,  ixtisaslaş-



dırılmış və dar ixtisaslaşdırılmış firmalara ayırmağa imkan verir. 

- Qarışıq topdansatış müəssisələrinin çeşidində həm ərzaq və həm də 

qeyri-ərzaq mallarının qrupları olur. 


Бизнесин тяшкили вя идаря едилмяси 

142 


-  Universal  topdan  ticarət  vasitələri  (topdan  tacirlər,  topdan  müəs-

sisələr,  distribüterlər)  çoxlu  xidmət  göstərirlər  (malların  alışı,  daşınması, 

saxlanması, komplektləşdirilməsi, kreditləşdirilməsi və s.). 

-  İxtisaslaşdırılmış  və  ya  bir  qrup  xidmətlə  məhdudlaşdırılmış  (dar 

ixtisaslaşdırılmış)  topdan  vasitəçilər  (informasiya-kontrakt,  informasiya, 

mal axtarışı, vasitəçilər, poçtla ticarət, lizinq və s.). 

Məsələn,  informasiya-kontrakt  topdan  vasitəçilər-komissionerlər  mal 

verənləri,  mal  alanları  axtarır  və  öz  adından  kontrakt,  müqavilə  bağlayır. 

Malın  dəyərinin  ödənilməsi  iki  tərəfdən  birinin  hesabına  ola  bilər.  İn-

formasiya  vasitəçiləri-brokerlər  bazarın  konyukturası  haqqında  informasi-

yaya malik olurlar. Malı müstəqil almadan mal verənin malının satılmasına 

yardımçı olurlar.  

3. Tabeçilik əlamətlərinə görə topdan ticarət vasitəçiləri aşağıdakı kimi 

ola bilər: 



a) müstəqil 

b) formal müstəqil 

c) müstəqil olmayan

 

Müstəqil  vasitəçilər  öz  fəaliyyətini  alqı-satqı  müqaviləsi  əsasında 



həyata keçirir, yəni malı alıcı kimi alır, onun mülkiyyətçisi olur və öz bildiyi 

kimi  ona  sərəncam  verir.  Bunlara  topdansatış  müəssisələrinin  əksəriyyəti, 

distribüterlər, topdan-tacirlər və s. aiddir. Bir qayda olaraq müstəqil topdan-

satış  vasitəçilər  malların  alışından  onun  satışına  qədər  bütün  xidməti  tam 

yerinə yetirirlər. 

Formal  müstəqil  vasitəçilər  istehsal  müəssisəsi  tərəfindən  vəkil 

edilmiş  şəxslə  və  ya  agentlə  müxtəlif  növ  bağlanmış  müqavilələr  əsasında 

(müqavilə-tapşırıq, müqavilə-komissiya, müqavilə-konsiqnasiya və s.) məh-

sulun satışını həyata keçirir.  Onların  əsas  funksiyası-komisyon  haqqı  al-

maqla  alqı-satqı prosesinə kömək etməkdir. 

Müstəqil  olmayan  vasitəçilər  fəaliyyət  göstərdiyi  rayondan  asılı  ol-

mayaraq  müddətli  və  müddətsiz  müqavilələr  əsasında  məhsulun  satışını 

həyata keçirir. Bunlara misal olaraq broker və konsiqnatoru göstərmək olar. 

Broker  marağı    olan  satıcıları  və  alıcıları  axtarmaqla  məşğul  olur  və 

onlara müqavilə bağlamaqda köməklik göstərir. Broker sazişdə iştirak etmir, 

yəni  müqaviləni  imzalamır,  malın  dəyərinə  görə  hesablaşmır  və  onun 

fəaliyyəti əsasən tələb və təkliflə əlaqədardır. Brokerə kim onu bu işə cəlb 

edibsə, o da haqq ödəyir. 

Konsiqnator  –  topdan  ticarət  vasitəçisidir,  müqavilə  əsasında  fəa-

liyyətini  həyata  keçirir,  bu  müqaviləyə  görə  mal  verən  malı  konsiqnatorun 

anbarına göndərir və o, konsiqnasiya müqaviləsi əsasında satıcının hesabına 

öz adından həmin malı satır. 

4. Təşkilati strukturuna görə topdansatış ticarəti müəssisələri aşağıdakı 

müxtəlif təşkilati-hüquqi formalarda ola bilər: 



Бизнесин тяшкили вя идаря едилмяси 

143 


- səhmdar; 

- assosiasiyaların tərkibində; 

- konsernlərin tərkibində; 

- topdan ticarət bazarları; 

- ticarət evləri; 

- holdinqlərin tərkibində; 

- topdan ticarət üzrə mağaza anbarları. 

Topdan  ticarət  bazarları 

–  Əsas  etibarilə  kənd  təsərrüfatı  məhsulları 

və  ərzaq  mallarının  topdan  alqı-satqısını  təşkil  edən  və  müəyyən  qaydalar 

üzrə  fəaliyyət  göstərən  kommersiya-təsərrüfat  strukturudur.  Onların  əsas 

funksiyaları aşağıdakılardır: 

a)  istehlak  mallarının  yığılması  (konsentrasiya)  və  onlarla  bütün  gün 

ə

rzində əhalinin həmin mallarla fasiləsiz olaraq təmin edilməsi; 



b)

  malın yeridilməsi prosesinin sadələşdirilməsi və ucuzlaşdırılması; 

c)

  real bazar qiymətlərinin formalaşması; 

ç) mallara tə

ləb və təklif haqqında düzgün informasiya əldə edilməsi. 

Topdan  ticarət  bazarlarının  ali  idarəedici  orqanı  səhmdarların  ümumi    

yığıncağıdır.  Burada  direktorlar  şurası,  idarə  heyəti  və  təftiş  komissiyası 

seçilir. Direktorlar şurası baş direktoru seçir, o, isə bazarı idarə edir və onun 

təsərrüfat-təşkilat fəaliyyətinin təşkilinə bilavasitə məsuliyyət daşıyır. 



Holdinq 

–  müəssisələrin  özlərini  deyil,  onların  kapitalını  birləşdirən 

birlikdir.  Topdan  ticarətdə  holdinq  əmlakın  özünün  birləşməsi  yolu  ilə  və 

yaxud  ayrı-ayrı  müəssisələrin  mülkiyyətini  birləşdirməklə  aksioner  kapita-

lında  daha  yüksək  kapitala  nail  olmaq  məqsədi  güdür  və  beləliklə,  birliyin 

fəaliyyətində maliyyə nəzarəti həyata keçirir. 

Holdinqlər inkişaf etdikcə onlar ticarət – maliyyə – sənaye qruplarına 

çevrilə bilər ki, onlara topdan və pərakəndə ticarət firmaları, sənaye müəs-

sisələri, banklar, sığorta şirkətləri, nəqliyyat təşkilatları və s. daxil ola bilər. 

Holdinqin funksiyaları aşağıdakılardır: 



a)

  müəssisənin maliyyə möhkəmliyinin təmin edilməsi; 

b)

  istehsal-təsərrüfat və maliyyə fəaliyyətinə nəzarət edilməsi; 

c)

  investisiya fəaliyyəti; 

ç) bazar konyukturunun və marketinq tədqiqatlarının öyrənilməsi; 

d)

  xarici ticarət fəaliyyətinin təşkil edilməsi; 

e)

  müxtəlif  səhmdar  cəmiyyətlərinin  təsis  edilməsi,  səhmlərin 

buraxılması və onların satılması. 

Holdinqin idarəetmə orqanı aşağıdakılardır: 

1.  holdinqin  prezidenti-nizamnaməyə  əsasən  birliyə  ümumi  rəhbərlik 

edir;  

2.  idarə  heyəti  –  topdanholdinqi  cari,  operativ  idarəetməni  həyata 



keçirir;  

Бизнесин тяшкили вя идаря едилмяси 

144 


3. şayiətedici şura-nümayəndəli orqandır, prezident və idarə heyəti 

üzvləri ilə kontrakt bağlayır, öz nümayəndələrini qız müəssisələrə təyin edir. 



Topdan ticarət üzrə mağaza 

– anbarlar “keş end  kerri”  (ödə və  apar) 

topdan  halqanın  bir  növüdür.  Onlar  köhnə  ticarət  təşkilatlarının  anbarları 

ə

sasında  yaradıla  bilər  və  malların  satışı,  istehsalı  və  ya  informasiya  funk-



siyasını yerinə yetirə bilər. 

Mülkiyyət  formalarına  görə  onlar  dövlət, səhmdar cəmiyyətləri  və 

məhdud  məsuliyyətli  cəmiyyət  kimi  ola  bilərlər.  Onlar  kiçik  ticarət  müəs-

sisələrinə, ictimai  iaşə, xidmət sferası və sahibkarlara xidmət edə bilərlər.    

Bazar  iqtisadiyyatı  ölkələrində  kiçik,  orta  və  iri  topdan  ticarət  müəs-

sisələri və ticarət mərkəzləri fəaliyyət göstərirlər. 

Kiçik topdan ticarət müəssisələrində 25 nəfərə qədər işçi işləyir. Mül-

kiyyət  forması  yuxarıdakı  üç  növdən  biri  ola  bilər.  Belə  müəssisənin 

yaradılması bir neçə mərhələdən keçərək işçilər arasında vəzifə və hüquqlar 

müəyyən  edilir.  İşçilərin  funksiyaları  əsas  fəaliyyət  sahələri  üzrə  bölüşdü-

rülür: satış, alış, malların saxlanması və istehlakçılara xidmət. 

Orta  topdan  ticarət  müəssisəsində  25-100  nəfər  işləyir.  Bu  müəssi-

sələrdə  müdiriyyət  mövcud  təşkilatı  prinsipləri  nəzərə  alaraq  kadrların 

yerləşdirilməsini  həyata  keçirməlidir.  Orta  topdan  ticarət  müəssisəsində 

fəaliyyət  xarakteri  xeyli  mürəkkəbləşir.  Müdiriyyət  əsas  fəaliyyət  sahələri 

ilə  yanaşı  avadanlıqların  modernizasiyası,  binaların  icarəsi,  kadrların  öy-

rədilməsi və maddi təminat məsələləri ilə də məşğul olur. 

İ

ri  topdan  ticarət  müəssisələri  100-dən  çox  işçini  əhatə  edir  və  geniş 



təsərrüfat  fəaliyyətinə  malikdirlər.  Belə  müəssisələrin  təşkili  daha  mühüm 

təsərrüfat  fəaliyyəti  sahələrini  əhatə  edir  və  ixtisaslaşdırılmış  idarəetmə 

kadrlarına  malik  olur.  Adətən  iri  topdan  ticarət  müəssisələri  şirkətlərdən 

ibarət olur ki, bu da böyük maliyyə vəsaiti tələb edir. İdarəedici direktor şir-

kətin sahibkarları kimi çıxış edir. O, prezidenti və şirkəti idarə etmək üçün 

müdiri təyin edir. Digər idarəetmə üzvləri firmada məsul vəzifə tuturlar. 

Belə  topdan  ticarət  müəssisələrində  işçilərin  sayı  bir  neçə  min  nəfər 

olur.  Bazar  iqtisadiyyatı  ölkələrində,  xüsusilə  də  ABŞ-da  topdan  ticarət 

mərkəzləri  fəaliyyət  göstərirlər.  Pərakəndə  ticarət  müəssisələri  çoxlu  tip 

malları  topdan  ticarət  mərkəzlərindən  alırlar,  bu  mərkəzlərdə  daim  malve-

rənlərin  nümayəndələri  işləyirlər.  Bir  çox  mal  kateqoriyaları  üzrə  dünyada 

ə

n böyük topdan ticarət mərkəzi Nyu-Yorkda yerləşir.  Burada  Manxetton  



rayonunda,  Yeddinci    Avenyu  ətrafında  bütün  il  boyu  çoxlu  malverənlərin 

ofisləri və nümayişetdirmə zalları işləyirlər. 

ABŞ-da  bir  neçə  regional  topdan  ticarət  mərkəzləri  vardır,  məsələn, 

Çikaqoda, Los-Ancelosda və Atlandda. Bunlardan ən böyüyü Dallas Market 

Centerdir,  bu  ümumi  sahəsi  760  min  kv.m  olan  altı  bina  kompleksindən 

ibarətdir. Onun həmişə açıq olan 2400 nümayişetdirmə zallarında və 2000-



Бизнесин тяшкили вя идаря едилмяси 

145 


dən  çox  müvəqqəti  işləyən  zallarında  26  min  idxalçılar  və  istehsalçılar 

mallarını təqdim edirlər. 

Topdan  ticarət  mərkəzlərinin  çoxunda  ticarət  yarmarkaları  keçirilir. 

Burada  topdan  ticarət  mərkəzlərinin  daimi  üzvləri,  eyni  zamanda  nüma-

yişetdirmə  sahəsini  icarəyə  götürmüş  firmalar  iştirak    edirlər.  Burada  tica-

rətçilər təklif edilən mallarla tanış olur və sifarişlər verirlər. 



 

10.4. Kommersiya fəaliyyətinin idarə edilməsinin təşkili 

 

Kommersiya  fəaliyyətinin  idarə  edilməsinin  təşkili  aşağıdakı  əsas 

elementləri əhatə edir: 

- vəzifələr; 

- ayrı-ayrı halqalarda vəzifələrə uyğun funksiyaların (işin) növləri; 

- istehsal və kommersiya şəraitinin dəyişilməsinə uyğunlaşmanı təmin 

edən təşkilati strukturun qurulması; 

- kommersiya fəaliyyətinə görə məsuliyyətin bölünməsi; 

- qəbul  edilmiş  qərarın,  nəzarətin  və  koordinasiyanın  səmərəliliyini 

təmin edən informasiyanın verilməsi sisteminin yaradılması. 

Kommersiya  fəaliyyətinin  təşkilinin  əsas  elementləri  arasında  təşki-

latın  strukturu  üstün  əhəmiyyətə  malikdir,  bunun  əsasında  kommersiya 

fəaliyyətinin idarə olunması, həmçinin təşkilatın vəsilələri arasında möhkəm 

ə

laqələr həyata keçirilir. 



Təşkilatın strukturu, həmçinin müxtəlif vəzifələr və həmin vəzifələrin 

yerinə  yetirilməsinin  koordinasiyası  arasında  əmək  bölgüsü  üsullarının 

məcmusu kimi müəyyənləşdirilə bilər. 

Kommersiya  xidmətinin  təşkilati  strukturunun  qurulmasının  əsasında 

aşağıdakı prinsiplər qoyulmalıdır: 

1.  Dəqiq formalaşmış məqsədin olması; 

2.  Kommersiya fəaliyyətinin idarə olunmasında azpilləlik; 

3.  Çeviklik; 

4.  İnformasiyanın  ötürülməsini  təmin  edən  və  əks  əlaqəsi  olan 

effektiv rabitə sistemi; 

5.  Vahid tabeçilik prinsipi; 

6.  İdarəetmədə  ayrı-ayrı  vəsilələr  arasında  funksiyaların  dəqiq 

bölünməsi; 

7.  Fəaliyyətin koordinasiyası. 

Biznes  fəaliyyətinin  istənilən  növü  (o  cümlədən  kommersiya)  iki 

istiqamətdə ixtisaslaşır: 

1.  İş    yerində    yerinə    yetirilən    vəzifələrin  sayı  ilə  müəyyən  edilən 

işin genişliyi (üfüqi ixtisaslaşma); 

2.  İşin dərinliyi (şaquli ixtisaslaşma). 


Бизнесин тяшкили вя идаря едилмяси 

146 


İş

  yerlərinin  ixtisaslaşması  ilə  yanaşı  şöbələrin  ixtisaslaşması  və 

onların  ölçülərinin  müəyyən  edilməsi  mühüm  rol  oynayır.  Hazırkı  vaxtda 

müəssisənin  kommersiya  bölmələrinin  ixtisaslaşmasına  aşağıdakı  yanaş-

malar mövcuddur: 1) funksional ixtisaslaşma – bölmələrin qruplaşdırılması 

yerinə yetirilən funksiyalar üzrə həyata keçirilir; 2) əmtəə ixtisaslaşması böl-

mələr, məhsullar, yaxud mallar üzrə qruplaşdırılan zaman həyata keçirilir. 

Qeyd  edilən  yanaşmalardan  hər  birinin  özünəməxsus  üstünlükləri  və 

nöqsanları  vardır.  Funksional  ixtisaslaşmanın  üstün  cəhətləri  xüsusi 

məsələlərin həllindən rəhbərin azad edilməsi, həmçinin geniş profilli mütə-

xəssislərə  tələbatın  azalmasından  ibarətdir;  nöqsan  cəhəti  isə  işçilərin  kon-

kret  funksiyalar  üzrə  cəmlənməsidir  ki,  bütövlükdə  müəssisənin  fəaliyyə-

tinin  perspektivlərini  görməyə  imkan  vermir.  Buna  görə  də  ayrı-ayrı  böl-

mələrin fəaliyyətinin koordinasiyası tələb olunur. 

Ə

mtəə  ixtisaslaşmasının  üstün  cəhəti  ondan  ibarətdir  ki,  bölmə  daxi-



lində fəaliyyətin razılaşdırılmasını və işin nəticələrinin qiymətləndirilməsini 

ə

həmiyyətli  dərəcədə  yüngülləşdirir;  nöqsan  cəhəti  isə  maliyyə  və  əmək 



resurslarına tələbatın böyük olmasıdır. 

Müəssisənin ölçüsünün  artması kommersiya xidmətinin inkişafı üçün 

şə

rait  yaradır,  bölmələri  diferensiallaşdırır.  İxtisaslaşmanın  dərinləşməsi  



kommersiya  xidmətində  işlərin  standartlaşdırılması  imkanının  artmasına 

gətirib çıxarır. 

Müəssisənin  kommersiya  xidmətinə  daxil  olan  şöbələrin  təşkilati 

quruluşunun formalaşması iki aspekti əhatə edir: müəssisənin idarə edilməsi 

strukturunda  bölmənin  yerinin  müəyyənləşdirilməsi;  ayrı-ayrı  bölmələr  və 

ə

məkdaşlar arasında funksiyaların bölünməsi. 



Kommersiya xidmətinə daxil olan şöbələrin təşkilati strukturunun qu-

rulmasına  bir  sıra  amillər  təsir  edir  ki,  onlar  aşağıdakı  istiqamətlər  üzrə 

qruplaşdırılır: texniki, iqtisadi, istehsalın təşkili. 

Texniki  amillər  texnika,  texnologiya  və  sahə  strukturu,  buraxılan 

məhsulun    və  istehlak  olunan  material-texniki  resurslar  təyinatı  və  miq-

darının təsirini müəyyən edir. 

İ

qtisadi  amillərə:  buraxılan  məhsula  tələbatın  səviyyəsi,  göndərilən 



məhsula  və  alınan  material-texniki  resurslara  görə  hesablaşma  forması 

ixraca göndərilən məhsulların payı və s. aiddir. 

İ

stehsalın təşkili amillərinə istehsalın tipləri, ixtisaslaşmanın səviyyəsi, 



istehsalın və anbarların ərazi yerləşdirilməsi daxildir. 

Kommersiya xidmətinin strukturuna çoxsaylı amillərin təsiri şöbələrin 

strukturunun  xeyli  miqdarda  müxtəlif  olmasına  gətirib  çıxarır.  Məsələn, 

müəssisənin  təchizat  şöbəsinin  funksional  strukturunu  aşağıdakı  kimi 

səciyyələndirmək olar: 

 

 



Бизнесин тяшкили вя идаря едилмяси 

147 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şə

kil 1. Təchizat şöbəsinin funksional strukturu 

 

Sənaye  müəssisələrinin  maddi-texniki  təminatı  kommersiya  fəaliy-



yətinin  əsas  istiqamətlərindən  biridir.  Onun  əsas  funksiyası  isə  xammal, 

material, yanacaq və komplektləşdirici məmulatların tədarükündən ibarətdir. 

Müəssisələrdə  təchizat  şöbələrinin  təşkilati  cəhətdən  qurulmasının  sistem-

ləşdirilməsi iki daha tipik sxemi ayırmağa imkan verir. 

Təşkilati  strukturun  birinci  sxeminin  fərqləndirici  xüsusiyyəti  maddi-

texniki  təminat  şöbəsinə  daxil  olan  bölmələrin  (qrup,  yaxud  büro) 

funksional  ixtisaslaşması  sayılır.  Bu  sxem  üçün  material  resurslarına  tələ-

batın, operativ-tədarük işlərin, anbarlaşdırmanın planlaşdırılması funksiyası 

səciyyəvidir.  Plan  qrupu  xammal  və  material  bazarlarını  öyrənir,  müəssi-

sənin  material  resurslarına  tələbatını  müəyyənləşdirir;  operativ-tədarük 

(material) qrupu xammal, material və digər material qiymətləri alır; anbar-

material resurslarını qəbul edir, saxlayır və sexlərə verirlər. Bütün qrupların 

fəaliyyəti sexin rəisi tərəfindən əlaqələndirilir. 

Təşkilati  strukturun  ikinci  sxeminin  xarakterik  cəhəti  ondan  ibarətdir 

ki,  maddi-texniki  təminat  şöbələrində  onlara  təhkim  olunmuş  materiallar 

çeşidi həcmində bütün funksiyaları yerinə yetirən material qrupları yaradılır. 

Bazar  iqtisadiyyatı  inkişaf  etmiş  ölkələrdə  1970-ci  illərədək  maddi-

texniki  təchizatın  təşkilinin  qeyri-mərkəzləşdirilmiş  forması  geniş 

yayılmışdır.  Sənaye  şirkətinə  daxil  olan  hər  bir  müəssisə  zəruri  material 

resursları ilə özünü sərbəst təmin edirdi. Sonradan sənaye firmalarının ma-

terial  resursları  ilə  qeyri-mərkəzləşdirilmiş  təminatı  tədricən  mərkəzləş-

dirilmiş  təminat  sisteminə  keçməyə  başladı.  Material  resurslarının 

tədarükünün  mərkəzləşdirilməsi  xüsusi  maddi-texniki  təminat  xidmətinin 

yaradılmasını şərtləndirdi. 

Kommersiya direktoru 

Təchizat şöbəsinin rəisi 

Sifariş 

qrupu 


Planlaşdır-

ma qrupu 

Operativ 

təchizat qrupu 

Dispetçer 

qrupu 


Hazır məhsul 

anbarı 


Бизнесин тяшкили вя идаря едилмяси 

148 


1980-ci  illərdə  Amerikanın  sənaye  firmaları  arasında  materialların 

idarə  olunmasının  yeni  konsepsiyası  yayılmağa  başladı.  Bu  konsepsiya 

materialların  tədarükünə,  onların  müəssisəyə  çatdırılmasına  və  ehtiyatlara 

nəzarət  edilməsinə  vahid  rəhbərliyin  və  koordinasiyanın  qoyulmasını 

nəzərdə tutur. Yeni konsepsiya əsasında material resurslarının tədarükünün 

idarə  edilməsini  təşkil  edən  firmalarda  materialların  idarəedicisi  meydana 

çıxır.  Eyni  zamanda,  materialların  idarəedicisi  firmanın  müəssisələrinə 

material  resurslarının  daşınması  funksiyasını  da  öz  əlinə  alır,  hansı  ki,  əv-

vəllər bu işə istehsalat aparatı nəzarət edirdi. Belə yeniləşmənin nəticəsində 

material  axınının  operativ  idarəedilməsi  yaxşılaşmış,  firmanın  müəs-

sisələrinə material resurslarının çatdırılması müddəti 40 faizə qədər azalmış 

və onların dövriyyəsi sürətlənmişdir. 

Araşdırmalar  göstərir  ki,  material  resurslarının  tədarükünün  təşkili 

müəssisənin  fəaliyyətinə,  buraxılan  məhsulun  keyfiyyətinə,  əmək  məhsul-

darlığına,  maya  dəyərinə  və  mənfəətə  təsir  edir.  Bazar  münasibətləri  şərai-

tində  maddi-texniki  təminat  şöbəsi  material  resurslarına  tələbatı  istehlakçı 

rolunda  çıxış  edən  istehsalat  bölmələrinin  sifarişlərinə  əsasən  müəy-

yənləşdirir.  

İ

stehsalın  təşkili və  təchizatının  bazar  şəraitinə keçməsi müəssisənin 



həmin  şəraitə  uyğunlaşmasını  tələb  edir.  Uyğunlaşmanın  mühüm  şərtlə-

rindən  biri  müəssisənin  təşkilati  quruluşunun  təkmilləşdirilməsi  çərçivə-

sində kommersiya xidmətinin strukturunun dəyişilməsi sayılır. 

Müəssisənin  səmərəli  idarə  olunması  metodlarından  biri  büdcə  meto-

dudur.  Bu  metodun  mahiyyəti  odur  ki,  müəssisənin  böyük  fəaliyyətinin 

idarə olunması (o cümlədən kommersiya) müxtəlif növ fəaliyyət və funksi-

yaların reallaşması, onların müəssisənin təşkilati strukturuna dəqiq əlaqələn-

məsinə  görə  məsuliyyət  və  fəaliyyətin  nəticəsinə  görə  şəxsi  məsuliyyətin 

müəyyən edilməsi vasitəsilə həyata keçirilir. 

Büdcə həm müəssisə üçün bütövlükdə və həm də onun bölmələri üçün 

tərtib  edilir.  Müəssisənin  büdcəsi  istehsal,  təchizat,  realizasiya  və  mali-

yələşmə proseslərini əhatə edir. 

İ

darəetmənin büdcə metodunun üstün cəhətləri çoxdur. O vəsaitlərdən 



daha qənaətlə istifadə etmək, israfçılığa yol verməmək və s. sahədə struktur 

bölmələrinin rəhbərlərinin məsuliyyətini artırır. 

Kommersiya  müəssisəsinin  güclü  rəqabət  şəraitində  işləməsi  üçün 

onun daha çevik və effektiv idarə edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu 

sahədə müəssisə rəhbərlərinin, eləcə də idarəetmə kadrlarının əksəriyyətinin 

hazırlıq  səviyyələri  və  təcrübələri  heç  də  həmişə  müasir  tələblərə  uyğun 

gəlmir. 

Müasir  şəraitdə  firmanın  rəqabət  qabiliyyətinin  yüksəldilməsi  isteh-

salın təşkili və idarə edilməsinə yeni yanaşmalar tələb edir.  


Бизнесин тяшкили вя идаря едилмяси 

149 


İ

lk  növbədə  yeni  yanaşma  investisiya  siyasətində,  yəni  müəssisələrin 

yeni  texnika  və  texnologiya  əsasında  modernləşdirilməsi  zamanı  nəzərə 

alınmalıdır. 

Müəssisədə  yenidənqurma  və  modernləşdirmə  işlərinə  başlamazdan 

ə

vvəl  «bütün  işlər  qaydasındamı  gedir?»  sualına  cavab  axtarılır.  Bu  suala 



düzgün  cavab  vermək  üçün  mövcud  müəssisənin  fəaliyyəti  onun  mənsub 

olduğu  sahənin  müəssisələrinin  fəaliyyəti  ilə  müqayisə  edilir.  Çoxillik  təc-

rübə nəticəsində qərb şirkətləri belə nəticəyə gəlmişlər ki, əgər mövcud fir-

manın  təsərrüfat  fəaliyyətinin  nəticələri  həmin  sahənin  digər  firmalarından 

yüksək olarsa, onda hər hansı  yenidənqurma işləri, ən müasir avadanlıq və 

texnologiyaların tətbiqi kommersiyanın idarəetmə strukturunda  əsaslı dəyi-

ş

ikliklərə  səbəb  olmayacaq,  əksinə  kommersiya  fəaliyyətinin  effektivliyi 



xeyli yüksələcəkdir. 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin