AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə24/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   20   21   22   23   24   25   26   27   ...   50
4 biznes


14.4. Firmadaxili planlaşdırmanın təşkili 

 

Planlaşdırmaya başlamazdan öncə müəssisədə planlaşdırma prosesinin 



məzmunu və ardıcıllığını müəyyənləşdirmək lazımdır.  

Planlaşdırma prosesinin nəticəsi planlar sistemidir. Plana firmanın fəa-

liyyətini  xarakterizə  edən  əsas  göstəricilər  daxil  edilir,  hansı  ki,  plan  döv-

rünün  sonunda  onların  yerinə  yetirilməsi  nəzərdə  tutulur.  Mahiyyətcə  plan 

menecerlər üçün firmanın məqsədinə nail olunması prosesində təşkilatın hər 

bir  bölməsinin  oynayacaq  rolu  özündə  əks  etdirən  instruksiyaların  top-

lusudur. 

Planlaşdırma prosesi mürəkkəbdir və cürbəcür olur. Planlar sisteminin 

kompleks  xarakter  daşıması  aşağıdakı  elementlərə  bölünməsilə  müəyyən 

edilir:  

1.  Strateji plan, bu firmanın baş planı adlanır. 

2.  Strateji  planın  davamı  kimi  tərtib  edilən  ümumfirma  planıdır.  O, 

firmanın  inkişafının  başlıca  vəzifəsini  müəyyənləşdirir  və  onun  əsasında 

inkişaf planı tərtib edilir. 

3.  Operativ  plan.  Bu,  firmanın  və  onun  bölmələrinin  cari  fəaliyyət 

planıdır. 

4.  Planlarla yanaşı planlaşdırma prosesinin nəticəsi kimi proqram və 

layihələr tərtib olunur.  

Təsərrüfat  subyektləri  üçün  proqramların  və  layihələrin  işlənib 

hazırlanması xüsusilə səciyyəvidir. 

Proqram,  adətən  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin  mühüm 

aspektlərindən  birinin  inkişafını  müəyyən  edir.  Buna  misal  texnologiyanın 

təkmilləşdirilməsi  üzrə  proqramı,  məhsul  keyfiyyətinə  nəzarətin  təşkili 

proqramını, ehtiyatların hərəkətinin uçotu proqramını göstərmək olar. 

Layihə  müəssisənin fəaliyyətinin və inkişafının konkret aspektinə hə-

dəflənir, müəyyən dəyəri, yerinə yetirilmə qrafiki, texniki və maliyyə para-

metrləri  olur.  Layihə,  adətən  yeni  məhsulların  istehsalı,  xidmətlərin  gös-

tərilməsi və onların bazara irəliləməsi ilə əlaqədardır. 

İ

ri müəssisələr bütövlükdə planlaşdırma prosesini özləri həyata keçirir, 



yəni  strateji,  ortamüddətli  və  müxtəlif  cür  operativ  planları,  həmçinin 

proqramları  tərtib  edirlər.  Böyük  firmalar,  bir  qayda  olaraq,  yeni  əmtəənin 

istehsalı və  yeni bölmələrin  yaradılması üzrə layihələrin hazırlanmasına və 

reallaşdırılmasına qayğı göstərməlidir.  

Orta və kiçik həcmli firmalar isə planlaşdırma prosesini sadələşdirir, 

yəni 5illik strateji plan və illik operativ plan tərtib edirlər. 

Planlaşdırma  prosesinin  tərkib  elementlərini  müəyyənləşdirdikdən 

sonra bu fəaliyyətə məsul şəxs planlaşdırma üzrə işin ardıcıllığını müəyyən-

ləşdirməlidir. 


Бизнесин тяшкили вя идаря едилмяси 

217 


Məntiqi planlaşdırma prosesinin sxeminə əsasən taktiki planlar strateji 

planlaşdırmadan  sonra  tərtib  edilməlidir.  Lakin  böyük  praktiki  təcrübəyə 

malik  olan  bəzi  menecerlər  və  planlaşdırıcılar  strateji  planlaşdırmanın 

ə

həmiyyətini  lazımınca  dəyərləndirmirlər.  Belə  ki,  onlar  əvvəlcə  operativ 



planların  tərtib  edilməsini  məqsədəuyğun  sayırlar.  Belə  menecerlər  plan 

fəaliyyətinin  əsas  növü  kimi  operativ  planların  işlənib  hazırlanması  ilə 

məşğul  olurlar,  strateji  planlaşdırmaya  isə  ikincidərəcəli,  yardımçı  iş  kimi 

baxırlar. Beləliklə, planlaşdırmanın ardıcıllığı pozulur. Bir neçə il keçəndən 

sonra  menecerlər  artıq  başa  düşürlər  ki,  operativ  planlar  yalnız  strateji 

planlaşdırmadan sonra tərtib edilməlidir. Əks təqdirdə istənilən firma uzun 

müddət  dayanaqlı,  effektiv  fəaliyyət  göstərə  bilməz,  öz  fəaliyyətinin  əsas 

oriyentirini itirə bilər. 

Planlaşdırma  prosesinin  məzmunu  və  ardıcıllığı  müəyyənləşdiril-

dikdən sonra planlaşdırma prosesinin təkrar istehsal sxeminin tərtib edilməsi 

vacibdir.  Sxemin  tərtib  edilməsi  planlaşdırmanın  iştirakçıları  üçün  son 

dərəcə faydalıdır, çünki bu plan fəaliyyət zamanı intizamı artırır. 

Planlaşdırma sxemi bütün il boyu planlaşdırmanın davam etdirilməsini 

özündə əks etdirir. Belə ki, maliyyə ilinin birinci və ikinci rübündə strateji 

planlar  tərtib  edilir,  qalan  vaxtda  isə  operativ  planlaşdırma  ilə  məşğul 

olunur.  

Ardıcıl  planlaşdırma  sxeminə  uyğun  olaraq  planlaşdırma  üzrə  müəy-

yən əməliyyat müntəzəm həyata keçirilir. 

Planlaşdırma  prosesində  müəssisənin  ali  rəhbəri,  planlaşdırıcı  qrup, 

bölmələrin rəhbərləri və mütəxəssisləri iştirak edirlər.  

İ

deal situasiya odur ki, planların tərtibinə və müzakirəsinə müəssisənin 



bütün işçiləri cəlb edilirlər. 

Plan  fəaliyyətinin  iştirakçıları  arasında  vəzifələr  aşağıdakı  qaydada 

bölüşdürülür. 

Ali  rəhbər  planlaşdırma  prosesinin  arxitektorudur,  planlaşdırmanın 

ə

sas mərhələlərini və ardıcıllığını müəyyən edir. Menecer planlaşdırma pro-



sesini  müəssisənin  hər  bir  işçisi  üçün  aydın  və  başadüşülən  etməlidir, 

maksimum  işçiləri  cəlb  etməyi  bacarmalıdır.  Ali  rəhbərin  digər  funksiyası 

firmanın  strategiyasını  hazırlamaq  və  strateji  planlaşdırma  üzrə  qərarlar 

qəbul  etməkdən  ibarətdir.  Firmanın  rəhbəri  firmanın  gələcək  inkişafının 

ümumi  məqsədlərini  və  onlara  nail  olmağın  əsas  üsullarını  müəyyən  edir. 

Bölmələrin  rəhbərləri  və  mütəxəssislər  operativ  planların  işlənib  hazırlan-

ması  ilə  məşğul  olurlar.  Mütəxəssislər,  həmçinin  müəssisənin  xarici  və 

daxili mühitin təhlili və proqnozların hazırlanması ilə məşğul olurlar. 

Planlaşdırıcılar  digər  mütəxəssislərlə  yanaşı  firmanın  xarici  və  daxili 

mühitini təhlil edir və qiymətləndirirlər. Onlar firmanın fəaliyyəti haqqında 

ə

n  qiymətli  informasiyalara  malik  olurlar.  Menecerlərlə  birlikdə  planlaşdı-



rıcılar  firmanın  gələcək  fəaliyyəti  haqqında  proqnozların  hazırlanmasında 

Бизнесин тяшкили вя идаря едилмяси 

218 


iştirak  edirlər,  son  variantda  planın  proqnoz  hissəsinin  hazırlanması  ilə 

məşğul olurlar. 

Planlaşdırma xidmətinin tərkibi və həcmi təşkilati strukturun tipindən 

və  idarəetmə  stili  haqqında  təqdimatdan  asılıdır.  Planlaşdırma  xidmətinin 

quruluşunu müəyyənləşdirən mühüm amillərdən biri müəssisənin ölçüsüdür.  

Kiçik  firmaların  əksəriyyəti  tam  ştatda  plan  işçilərinə  ehtiyac  gör-

mürlər.  Buna  görə  də  çox  vaxt  plan  xidmətindən  imtina  edirlər.  Belə  fir-

malar  planlaşdırma  məsələləri  üzrə  məsləhətçiləri  kənardan  dəvət  edirlər. 

Orta  firmalar  üçün  tam  ştatda  olan  bir  işçi  tərəfindən  planlaşdırma  üzrə 

mütəxəssis  funksiyasını  yerinə  yetirməsi  xarakterikdir.  İri  firmalarda 

planlaşdırma  xidmətinə  həm  peşəkar  planlaşdırıcılar  və  həm  də  texniki 

işçilər daxil edilir, onların sayı 20-25 nəfərə çatır. 

 

14.5. Firmadaxili planlaşdırmanın əsas mərhələləri  

 

Firmanın  maliyyə-təsərrüfat  fəaliyyətinin  planlaşdırılması  prosesi  iki 



mərhələdən ibarətdir: 

-  birincisi,  strateji  planlaşdırma,  yəni  firmanın  inkişaf  strategiyasının 

işlənib hazırlanması; 

- ikincisi, hazırlanmış (seçilmiş) strategiyanın reallaşdırılması taktika-

sının müəyyən edilməsi, yəni operativ planlaşdırma. Operativ planlaşdırma 

firmadaxili  planlaşdırmanın  əsas  aləti  sayılır.  Firmadaxili  planlaşdırmanın 

ə

sas mərhələləri aşağıdakı şəkildə verilmişdir. 



 

 

Daxili və xarici 



mühitin təhlili və 

qiymətləndirilməsi 

Strateji 

məqsədlərin 

müəyyən edilməsi 

Strateji 

təhlil 

Strategiya-



nın seçilməsi 

Axırıncı strateji 

planın hazırlanması 

Planın 


reallaşdırılması 

Nəticələrə nəzarət 

Şə

kil 14.1. Firmadaxili planlaşdırmanın əsas mərhələləri 


Бизнесин тяшкили вя идаря едилмяси 

219 


Strateji plan hər şeydən əvvəl firmanın real imkanları əsasında qarşıya 

qoyulan məqsədə nail olunmasının əsas yollarını müəyyənləşdirir.  

Strateji  planlaşdırmada  firmanın  missiyasının  müəyyənləşdirilməsi 

mühüm  rol  oynayır.  Missiya  firmanın  fəaliyyət  göstərməsi  naminə  həm 

daxili,  həm  də  xarici  oriyentirlərini  təcəssüm  etdirən  məqsədlər  komplek-

sidir.  Firmanın  missiyası  –  hər  şeydən  əvvəl  bazarda  firmanın  davranış 

fəlsəfəsinin əsaslandırılmasıdır, onun imicidir, tərəfdaşlar qarşısında, habelə 

bütövlükdə cəmiyyət qarşısında iqtisadi və sosial məsuliyyətidir.  

Firmanın real imkanlarının aşkara çıxarılması, strateji planlaşdırmanın 

konkret  göstəricilərinin  müəyyənləşdirilməsi,  həmçinin  əmtəənin  həyat 

tsiklinin  hər  bir  mərhələsində  biznes  strategiyasının  əsaslandırılması  üçün 

strateji  təhlilin  aparılması  vacibdir.  Strateji  təhlili  apararkən  1975-ci  ildə 

A.Dj.  Steyner  tərəfindən  təklif  olunan  “bazar-məhsul”  modelindən  istifadə 

edilməsi  məqsədəuyğundur,  hansı  ki,  məhsulun  hazırlanmasının  müxtəlif 

mərhələləri  ilə  əmtəə  bazarının  matrisini  ifadə  edir.  Bu  matris  riskin  sə-

viyyəsini  və  “bazar-məhsul”  göstəricilərinin  müxtəlif  əlaqələndirilməsi 

zamanı qazanılacaq uğurun müvafiq ehtimal dərəcəsini əks etdirir. 

Matrisdə bazar payının və tələbin həcminin artması nisbəti təsir zonası 

üzrə  dörd  qrupa  ayrılır.  Əmtəə  bazarında  strateji  təsir  zonaları  aşağıdakı 

kimi fərqləndirilir: 

“Ulduz” - əmtəə və xidmətlərə tələbin və bazar payının böyük olma-

sıdır.  Bu  zona  firma  yüksək  nəticələrə  və  böyük  həcmdə  gəlirə  malikdir, 

ancaq gəlirin xeyli hissəsi özünün lider vəziyyətini saxlamaq üçün nəzərdə 

tutulur. 

“Sağlam  inək”  –  yüksək  bazar  payına  və  lider  mövqeyinə,  habelə 

ə

mtəə  və  xidmətlərə  tələbin  artmasına  baxmayaraq  köhnə  firmada  istehsal 



qismən  dondurulub  və  aşağı  templə  inkişaf  etdirilir.  Bazarda  lider  möv-

qeyində  və  stabil  vəziyyətdə  olması  ilə  əlaqədar  reklama  və  rəqabət 

mübarizəsinə sərf edilən maliyyə vəsaitləri itmir, belə ki, daha kiçik rəqiblər 

“sağlam  inəyin”  əmtəə  yeməyini  sıxışdırıb  çıxara  bilməz.  Artıq  maliyyə 

vəsaitləri  əlverişli  investisiyalaşdırmaya  və  digər  zonaların  maliyyə  dəs-

təyinə yönəldilir.  

“Çətin  uşaq”  –  bazar  payı  aşağıdır,  amma  firma  əmtəəsinə  və  xid-

mətlərinə  tələb  sürətlə  artır.  Qeyri-müəyyən  vəziyyət  yaranır:  ya  səyi  və 

maliyyə  xərclərini  artırmaqla  “ulduz”  olmaq,  ya  da  bazardan  çıxıb  getmək 

lazımdır. Bir qayda olaraq, firmanın xüsusi maliyyə vəsaitləri kifayət qədər 

deyil və ona görə də maliyyə dəstəyi və bazarda qalması üçün “sağlam inək” 

tərəfindən kömək göstərilməsi vacibdir. 

“İt” - əmtəə və xidmətlərə tələbin artım tempi minimum və bazar payı 

aşağıdır. Bu firmanın maliyyə-təsərrüfat fəaliyyəti getdikcə pisləşir, mənfəət 

ə

ldə  etmir,  amma  özünün  bazarda  iştirakı  üçün  böyük  xərc  tələb  olunur. 



Бизнесин тяшкили вя идаря едилмяси 

220 


“İtdən”  vaxtında    xilas  olmaq,  yaxud  “ulduz”  vəziyyətinə  çatması  üçün  iri 

maliyyə vəsaiti qoymaq lazımdır. 

İ

stehlak  bazarında  vasitəçi  firmanın  fəaliyyət  zonasının  həyat 



qabiliyyətinin tipik yolunu aşağıdakı kimi təsvir etmək olar.  

 

 “Çətin uşaq”   



   “Ulduz” 

 

“Sağlam inək” 



 

Ə

n yaxşı vəziyyət əsas ticarət-vasitəçilik fəaliyyəti “ulduz” zonasında 



yerləşdiyi vaxt  yaranır.  Bunun üçün “sağlam inəyin” maliyyə dəstəyi tələb 

olunur,  çünki  firma  öz  fəaliyyətini  inkişaf  etdirmək  üçün  maliyyə  vəsait-

lərinə ehtiyacı olacaqdır. 

Firmadaxili planlaşdırmanın başlıca məqsədi minimum məcmu xərclə 

maksimum  nəticənin  alınması  üçün  firmanın  maliyyə-təsərrüfat  fəaliy-

yətinin  ən  effektiv  istiqamətlərini  seçməkdən  ibarətdir.  Bu  zaman  biznesin 

daxili  və  xarici  mühitinin  konkret  şəraiti  və  amilləri  və  firmanın  dəqiq 

formalaşmış missiyası mütləq nəzərə alınmalıdır. 



Бизнесин тяшкили вя идаря едилмяси 

221 


XV FƏSİL. BİZNES-PLANIN STRUKTURU 

 

15.1. Biznes-planın mahiyyəti, məqsəd və vəzifələri 

 

Biznes-plan kifayət qədər geniş və tutumlu anlayışdır. Layihənin tex-

niki-iqtisadi  əsaslandırılması  (TİƏ),  investisiya  layihəsi  kimi  terminlər  ona 

çox  yaxındır.  Buna  görə  də  biznes-plan  anlayışının  mənasını  araşdırma-

mışdan əvvəl terminologiyadakı bir sıra fərqləri aşkarlamağa cəhd göstərək. 

Göstərilənlər  içərisində  biznes-plan  ən  ümumi  termindir,  çünki  adı 

çəkilən hər iki termini özündə birləşdirir. Bununla yanaşı, TİƏ həmişə həm 

biznes-planın,  həm  də  investisiya  layihəsinin  tərkib  hissəsidir.  İnvestisiya 

layihəsi  isə  kənardan  əlavə  vəsaitlərin  cəlb  edilməsinə  və  ya  vəsaitlərin 

tərkib  hissələri  arasında  yenidən  bölünüb  paylanmasına  əsaslanır.  Biznes-

plan,  bir  qayda  olaraq,  investisiyaların  cəlb  edilməsinə  istiqamətlənərək 

mövcud biznesin iqtisadi dərk edilməsi məqsədilə və ya özünün gəlirlərinin 

toplanması  hesabına  onun  daxili  inkişafı  məqsədilə  tərtib  edilə  bilər.  Bun-

dan əlavə, investisiya layihəsi dedikdə elə ənənəvi layihələr nəzərdə tutulur 

ki,  iqtisadi  mənfəət  gətirməyə  qadirdir.  Müəyyən  sosial  səmərə  gətirməyə 

yönəlmiş investisiya proqramı da biznes-plan sayıla bilər.  

Biznes-plan  dedikdə  müəssisə  və  təşkilatın  təsisi,  rekonstruksiyası, 

fəaliyyəti  üzrə  işçi  sənədlərin  hazırlanmasının  nəticəsi  nəzərdə  tutulur.  Bu 

nəticə  müəyyən  zaman  kəsiyində  və  müəyyən  şərtlər  daxilində  biznesin 

iqtisadi  dayanıqlılığını  və  səmərəliliyinin  dərəcəsini  dərk  etməyə  və  təsvir 

etməyə  istiqamətləndirilmişdir.  Biznes-plan  dedikdə  yeni  istehsalat  müəs-

sisəsinin və ya mal və xidmətlərin satılması sisteminin yaradılmasına və ya 

fəaliyyət  göstərən  köhnəsinin  modernləşdirilməsinə  yönəldilmiş  əsaslı 

tikintini,  texnologiyanın  əldə  edilməsini,  avadanlığın  alınmasını,  kadrların 

hazırlanması tədbirlərini özündə birləşdirən kompleks plan nəzərdə tutulur. 

Biznes-plan  müəssisənin  fəaliyyətinin  planlaşdırılmasının  mütərəqqi 

formasıdır.  Biznes  dünyasında  müvəffəqiyyət  əhəmiyyətli  dərəcədə  indiki 

vaxtda  və  gələcək  dövrdə  müəssisənin  fəaliyyətindəki  dəyişiklikləri  başa 

düşmək və nəzərə almaqdan asılıdır. 

Biznes-plan  sahibkarların  üzləşdikləri  başlıca  problemlərin  təhlil 

edildiyi və onların həllinin əsas üsullarını müəyyənləşdirən sənəddir. Məhz 

biznes-planın  köməyilə  menecer  bazarda  baş  verə  bilən  dəyişiklikləri  və 

gözlənilməz problemləri qiymətləndirmək imkanına malikdir. 

Bazar iqtisadiyyatı şəraitində ən çox işlədilən terminlərdən biri biznes-

plandır.  Biznes-plan  aktuallığı  onunla  müəyyən  edilir  ki,  heç  bir  ciddi 

idarəetmə qərarı bu və ya digər formada biznes-plan təqdim etmədən qəbul 

edilə bilməz. 


Бизнесин тяшкили вя идаря едилмяси 

222 


Biznes-plan müəssisənin inkişaf planıdır, müəssisənin mövcud fəaliy-

yətinin  inkişafı  və  yeni  fəaliyyət  növünün  mənimsənilməsi,  biznesin  yeni 

növ və formalarını yaratmaq üçün zəruri olan sənəddir.  

Sahibkara öz biznesini yaradarkən texniki vasitələr almaq və dövriyyə 

fondunu  formalaşdırmaq  üçün  investisiya  qoyuluşu  tələb  olunur.  Aydındır 

ki,  müəssisənin  nizamnamə  kapitalının  həcmi  biznes  fəaliyyətini  geniş-

ləndirmək üçün çox vaxt kifayət etmir. Buna görə də sahibkarın öz vəsaitinə 

ə

lavə  investisiyanın,  yəni  maliyyə  təşkilatlarının  kredit  resurslarının  və 



potensial  investorların  vəsaitlərinin  cəlb  edilməsi  zərurətə  çevrilir.  Əlavə 

maliyyə resursları almaq üçün biznes layihəsinin iqtisadi səmərəliliyi əsas-

landırılmalıdır.  Biznes  layihəsinin  reallaşdırılmasından  alınacaq  nəticələrin 

kompleks təhlili aparılır və biznes-planda əks etdirilir. 

Biznes-planın  strukturu  zəruri  investisiyanın  həcmindən,  biznesin 

miqyasından,  firmanın  maliyyə  sabitliyinin  səviyyəsindən,  həmçinin  firma 

tərəfindən  təklif  olunan  əmtəə  və  xidmətlərin  növləri  üzrə  bazarın  vəziy-

yətindən asılıdır. 

Biznes-plan  sahibkarlara  imkan  verir  ki,  öz  imkanlarını  və  biznes 

layihəsinin səmərəliliyini qiymətləndirsin və onun məqsədəuyğunluğu haq-

qında  əsaslandırılmış  qərar  qəbul  etsin.  Biznes-planın  sahibkarlar  üçün  nə 

demək olduğunu planlaşdırma sahəsində tanınmış mütəxəssis Q.Rayen belə 

qiymətləndirmişdir: «Özünü düşünmək və özünü satmaq». 

Biznes-plan biznesin müasir və gələcəyi haqqında obyektiv və məqsə-

dəuyğunluğu  təmin  edən  məlumatları  və  mühüm  aspektləri  əks  etdirən 

kompleks  sənəddir.  Başqa  sözlə,  biznes-plan  biznesin  optimallaşdırılma-

sının plan proqramıdır. 

 

 



 

 

 

 

 

 

 

 

 

Sxem 15.1. Biznes-planın tərtibi və reallaşdırılması 

 

Biznes-planlaşdırma aşağıdakı problemlərin həllinə imkan verir: 

  müəssisənin  tədiyyə  qabiliyyətini  müəyyənləşdirir,  sahibkarlıq 



fəaliyyətində riskləri azaldır; 

Biznesin 

inkişafının 

plan proqramı 

Planlaşdırmanın  

effektivliyinə nəzarət 

Nail olunmuş nəticənin 

qiymətləndirilməsi 

Qeyd olunan planın 

praktiki reallşdırılması 



Бизнесин тяшкили вя идаря едилмяси 

223 


  biznesin  inkişaf  perspektivlərinin  kəmiyyət  və  keyfiyyət  göstə-

ricilərini konkretləşdirir; 

  potensial  investorların  diqqət  və  marağını  artırır,  dəstəyini  təmin 



edir; 

  planlaşdırmanın müsbət təcrübəsini əldə etməyə kömək edir. 



Ə

nənəvi plandan fərqli olaraq biznes-planın təşkili bütün tərəfdaşların, 

maraqlı  şəxslərin  mənafeyini  nəzərə  alır.  İnvestorlardan  başqa  belə  şəxslər 

potensial istehlakçılar və malgöndərənlər kimi çıxış edirlər. Adətən biznes-

plan  sahibkar  ilə  investorlar  və  partnyorlar  arasında  danışıqlar  aparmağa 

başlamaq üçün zəmin sayılır. 

Biznes-plan, strateji plan kimi, uzun dövrü əhatə edə bilər (adətən 3-5 

ili, bəzən daha çox). Bununla belə strateji plan ilə biznes-plan arasında bir 

sıra fərqlər vardır: 

   biznes-plan  müəssisənin  inkişafının  kompleks  məqsədinə  deyil,  



yalnız onlardan birinə – hansı ki, müəyyən biznes növünün yaranması və in-

kişafı  ilə  bağlı,  yaxud  müəyyən  tədbirin  həyata  keçirilməsi  ilə  əlaqədar 

məqsədə  yönəldilir.  Biznes-plan  adətən  müəssisənin  inkişafına  yönəlir, 

halbuki strateji plan müəssisənin strategiyasının başqa tiplərinə əsaslanır. 

Strateji  plan  vaxtın  artması  ilə  proqramdır.  Hər  il  plan  yerinə  yeti-

rildikcə strateji plan təhlil olunur və korrektə edilir. Biznes-plan isə müvəq-

qəti çərçivədir, başa çatanda qarşıya qoyulan məqsədə mütləq nail olmalıdır. 

Biznes-planın işlənib hazırlanmasında əsas məqsəd mövcud imkan və 

resurslardan daha səmərəli istifadə edərək müəssisənin mənfəətini (gəlirini) 

maksimum  artırmaqdır.  Bununla  yanaşı  müəssisənin  inkişaf  strategiya-

sından asılı olaraq biznes-planın müxtəlif məqsədləri də ola bilər: 

- arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini aydınlaşdırmaq; 

-  mövcud  fəaliyyətin  yeniləşdirilməsi  və  ya  yeni  fəaliyyətin  yaran-

masının məqsədəuyğunluğunu maraqlı şəxslərə sübut etmək; 

- yeni ideyanın reallaşması üçün tərtib olunmuş layihədə göstərilən key-

fiyyət  və  kəmiyyət  göstəricilərinə  nail  olmağın  mümkünlüyünü  sahibkarın 

tərəfdaşlarına sübüt etmək; 

-xarici bazara çıxış və investisiyaların cəlb edilməsi. 

Biznes-plan  sahibkara  aşağıdakı  əsas  problemləri  həll  etməyə  imkan 

verir: 


-  firmanın  konkret  fəaliyyət  istiqamətlərini,  məqsədyönlü  bazarı  və  bu 

bazarda firmanın mövqeyini müəyyən etmək; 

-  firmanın  uzunmuddətli  və  qısamüddətli  məqsədlərini  dəqiqləşdrmək, 

onlara  nail  olmağın  strategiya  və  taktikasının  həyata  keçirilməsinə  görə 

məsul şəxslərin müəyyən edilməsi; 

-  firmanın  maliyyə  vəziyyətini,  qoyulan  məqsədlərə  nail  olmaq  üçün 

mövcud  maliyyə  və  maddi  ehtiyatların  uyğunluğunu  qiymətləndirmək, 


Бизнесин тяшкили вя идаря едилмяси 

224 


biznes-planın həyata keçirilməsində qarşıya çıxa biləcək təhlükələri öncədən 

görmək. 


Biznes-plan tərtib etmədən fəaliyyət göstərən sahibkar özü üçün tama-

milə  gözlənilməz  olan  məsələlərlə  qarşılaşaraq  çox  çətin  vəziyyətə  düşə 

bilər  ki,  bu  da  öz  növbəsində  həmin  sahibkarın  özü  üçün,  həm  də  onun 

firması  üçün  ağır  nəticələrə  gətirib  çıxarar.  Sahibkarlıq  fəaliyyətinin  plan-

laşdırılmasının əhəmiyyəti aşağıdakılardan ibarət ola bilər: 

- sahibkarı öz ideyasının perspektivlərini öyrənməyə məcbur edir; 

-  məqsədə  çatmaq  üçün  göstərilən  səyləri  daha  da  dəqiq  əlaqələn-

dirməyə imkan verir; 

-  nəzarətin  həyata  keçirilməsi  üçün  firmanın  fəaliyyət  göstərməsini 

müəyyən edir; 

-  sahibkara  öz  məqsədlərini  və  ya  onlara  nail  olmaq  yollarını  dəqiq-

ləşdirməyə imkan verir; 

- firmanın bazardakı qəfil dəyişmələrə daha çox hazırlıqlı edir; 

-  sahibkarın  muzdlu  işçilərinin  məsuliyyət  və  vəzifələrini  dəqiqləş-

dirməyə imkan verir. 

 

15.2. Biznes-planın işlənib hazırlanması prosesi 

 

Biznes-planın  hazırlanması  prosesi  layihənin  reallaşdırılması  siste-



minin ardıcıl şərh edilməsidir, yəni investoru və tərəfdaşı biznes-planın düz-

günlüyünə  və  faydalı  olmasına,  habelə  onda  iştirakın  vacibliyinə  inandır-

maqdır.  Layihənin  reallışdırılmasında  əsas  an,  adətən  işgüzar  yazışmalarda 

olur, həmin hadisələrin detallaşdırılması və onların hazırlanması isə biznes-

planlarda  əks  etdirilir.  Biznes-planlaşdırma  prosesi  müəssisənin  təşkilati-

hüquqi  və  maliyyə  təminatı  elementlərində  çatışmazlıqları  aşkara  çıxarır. 

Biznes-planlaşdırmada  aşağıdakı  əsas  məsələlərin  nəzərə  alınması  çox  va-

cibdir: məhsulun (xidmətin) istehsal imkanlarının, zəruriliyinin və həcminin 

ə

saslandırılması;  potensial  istehlakçının  aşkara  çıxarılması;  daxili  və xarici 



bazarlarda məhsulun rəqabətqabliyyətinin müəyyən edilməsi; öz bazar seq-

mentinin  müəyyən  edilməsi;  müxtəlif  səmərəlilik  göstəricilərinə  nail  olun-

ması; biznes ideyasının təşəbbüskarının kapitalının kifayət qədər olmasının 

ə

saslandırılması və maliyyələşdirmə mənbələrinin aşkara çıxarılması. 



 

Бизнесин тяшкили вя идаря едилмяси 

225 


 

Beləliklə,    biznes-plan    kompleks    şəkildə    aşağıdakı    məsələləri  

özündə əks etdirir: 

-  layihənin  faydalı  olmasına  investoru  inandıra  biləcək  dəlillər 

sisteminin şərh edilməsi; 

-  müəssisənin  fəaliyyət  göstərmə  qabiliyyətinin  və  gələcək  daya-

nıqlığının müəyyənləşdirilməsi; 

Pulun cəlb 

edilməsinə tələbat 

Biznes üzrə 

tərəfdaş 

Firmanin 

fəaliyyətinin təhlilı 

İ

nnovasiyalı fikir 



Mülkiyyətçinin 

dəyişilməsi 

 

Səhmdarlar 



Kreditorlar 

Menecerlər 

Likvidlıyin və 

riskin qiymət-

ləndirilməsi 

İ

mkanların 



qiymətlən-

dirilməsi 

İ

deyanın 


aydınlaşdırıl-

ması 


Biznes plan 

Ə

həmiyyətlı 



dəyişiklər 

Ə

məkdaşların 



inkişafının 

etibarlılığı və 

cəlbediciliyinin 

qiymətləndirilməsi 

 

Ş

irkərin 



yaradılması 

Məqsəd və 

vəzifələrin 

yoyulması və 

bölünməsi 

 

и 



İ

darəetmənin 

keyfiyyətinin 

qiymətlən-

dirilməsı 

Ə

məkdaşlıq 



imkanlarının 

qıymətləndiril-

məsi 

Praktiki təhlıl 



Pulun 

alınmasına 

kömək 

Pula tələbatın 



müəyyən 

edilməsı 

Шякил 15.1. Bıznes-planın hazırlanması qaydası və onun 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin