AZƏrbaycan respublikasi təHSİl naz


 Biznesin restrukturizasiyasını



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə27/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   23   24   25   26   27   28   29   30   ...   50
4 biznes


16.3. Biznesin restrukturizasiyasını şərtləndirən amillər

 

 

Bazar münasibətləri şəraitində ölkə iqtisadiyyatının səmərəli fəaliyyət 

göstərməsi  üçün  təkcə  təsərrüfat  fəaliyyətinin  liberallaşdırılması  kifayət 

deyildir. Bu sahədə önəmli məsələ bazarın tələblərinə cavab verə bilən rəqa-

bətqabiliyyətli  müəssisələrin  formalaşmasıdır.  Çünki  bazar  mexanizminin 

səmərəli  fəaliyyəti  sərbəst  əmtəə  istehsalçıları  olan  müəssisələrin  rəqabətli 

mühitdə  fəaliyyətindən  asılıdır.  Məhz  bazarda  zəruri  sayda  müəssisələr  ol-

duqda  rəqabət  nəticəsində  iqtisadiyyatda  resursların  səmərəli  bölgüsünü  və 

onlardan  səmərəli  istifadəni  təmin  etmək  mümkün  olur.  Bu  baxımdan  sə-

naye  müəssisələrinin  bazar  münasibətlərinə  uyğun  yenidənqurulması  və 

özəlləşdirilməsi,  iqtisadiyyatda  inhisarın  aradan  qaldırılması  qarşıda  duran 

mühüm məsələlərdən biridir. 

Azərbaycan  Respublikasının  öz  müstəqilliyini  bərpa  etməsi  və  ölkə 

iqtisadiyyatının bazar münasibətlərinə keçidi müəssisələrin fəaliyyət göstər-

diyi  xarici  mühitdə  ciddi  dəyişikliklərə  səbəb  olmuşdur.  Ölkədə  mövcud 

müəssisələrin  islahatı  təsərrüfatçılıq  şəraitinin  kəskin  şəkildə  dəyişməsi, 

iqtisadi  fəaliyyətin  təşkilinin  inzibati  amirlik  metodlarından  bazar  metod-

larına keçidi ilə əlaqədar zərurətə çevrilmişdir.  

Keçid  iqtisadiyyatına  malik  ölkələrdə  müəssisələrin  islahatı,  o  cüm-

lədən  onların  restrukturizasiyası  ümumi  iqtisadi  islahatların  və  iqtisadi 

artımın  təmin  olunmasının  əsas  və  zəruri  elementidir.  Əgər  ölkədə  müəs-

sisələrin səmərəli və rentabelli  fəaliyyətinin təmin edilməsinə nail olunmur-

sa, onda çox yaxşı hazırlanmış və aktiv şəkildə həyata keçirilən makroiqti-

sadi siyasət iqtisadiyyatın müvəffəqiyyətli transformasiyasına gətirib çıxara 

bilməz.  

Bazar  münasibətlərinə  keçid  dövründə  ilk  növbədə,  müəssisənin  ida-

rəetmə  sisteminin  yenidən  qurulmasına  zərurət  yaranır.  Bazar  iqtisadiyyatı 

rəqabət  mexanizminə  əsaslanır,  təsərrüfat  subyektləri  arasında  baş  verən 



Бизнесин тяшкили вя идаря едилмяси 

245 


rəqabət  isə  bazarda  baş  verir.  Buna  görə  də  müəssisə  istehsalın  idarə 

edilməsi ilə yanaşı, bazarın öyrənilməsi və bazarda baş verən dəyişikliklərə 

adekvat reaksiya verə bilən idarəetmə strukturuna malik olmalıdır.  

Bazar  münasibətlərinə  keçid  dövründə  istehsalın  kəskin  şəkildə  aşağı 

düşməsi  müəssisə  və  təşkilatların  bank  ssudaları  və  qarşılıqlı  hesablaşmalar 

üzrə  vaxtı  keçmiş  borclarının  da  artmasına  səbəb  olmuşdur.  Belə  ki,  1990-

1996-cı  illərdə  belə  borcların  həcmi  artaraq  ümumi  daxili  məhsula  nisbətdə 

107,4  faizə  bərabər  olmuşdur.  Son  illərdə  ümumi  daxili  məhsula  nisbətdə 

vaxtı keçmiş qarşılıqlı borcların həcmi azalsa da, onun həcmi  yüksək olaraq 

qalır.  Bu  da  onu  göstərir  ki,  hazırda  müəssisələrin  maliyyə  restrukturi-

zasiyasının  keçirilməsi  vacibdir.  Dövriyyə  vəsaitlərinin  çatışmazlığı  və 

onların tamamlanma mənbələrinin olmaması xammal, material və əməkhaq-

qına  görə  ödənişlərin  borcla  əvəz  edilməsinə,  yəni  ödəmələrin  yaranmasına 

səbəb olmuşdur. Zərərlə işləyən müəssisələri təsərrüfat dövriyyəsindən çıxar-

maq  üçün  müflisləşmə  mexanizminin  işləməməsi  qarşılıqlı  borcların  çoxal-

masına və ödəmələrlə çevrilməsinə şərait yaratmışdı. Belə şəraitdə kreditor və 

debitor borclarının restrukturizasiyasına ehtiyac yaranır. 

Təhlil  göstərir  ki,  ölkədə  yerli  müəssisələrin  restrukturizasiyasını 

şə

rtləndirən amillərdən biri də qiymət amilidir. Belə ki, bazar iqtisadiyyatına 



keçid dövründə qiymətlərin  liberallaşması  və  qiymət tənzimlənməsindəki 

dəyişikliklər  sənayenin  strukturunun  və  məcmu  qiymət  nisbətlərinin  dəyiş-

məsinə gətirib çıxarmışdır.  

Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq, istehsal əlaqələrinin qı-

rılması, maşın və avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəlmə səviy-

yəsinin  artması,  idxal  edilən  məhsullarla  rəqabətdə  bazarın  itirilməsi  yerli 

məhsullara  olan  tələbi  azaltmaqla  istehsalın  ümumi  həcminin  azalmasına 

səbəb olmuşdur. Nəticədə sənayedə istehsal  gücündən tam istifadə edilmə-

məsi sənaye məhsullarının maya dəyərinin artmasına səbəb olmuşdur. Başqa 

sözlə  desək,  istehsalın  həcmindən  və  quruluşundan  asılı  olmayaraq  amor-

tizasiya  xərcləri  şərti  sabit  xərclərdir.  İstehsal  gücündən  tam  istifadə 

olunmaması nəticəsində məhsul vahidinə düşən  amortizasiya ayırmalarının 

və əmlak vergisinin həcmi artır.  

Bazar  münasibətlərinə  keçid  üçün  lazımi  institutların  yaradılmaması 

müəssisələrin  restrukturizasiyası  prosesində  institusional  amillərin  nəzərə 

alınmasını  tələb  edir.  Bu  institutların  bir  hissəsi,  ümumiyyətlə,  yaradıl-

mayıb, mövcud olan institutların əksəriyyəti isə qarşılarına qoyulmuş vəzi-

fələri lazımi səviyyədə  yerinə yetirə bilməmişlər.   

Hazırda  Azərbaycan  iqtisadiyyatında  islahatların  institusional  sistem-

də  başa  çatdırılmaması  ilə  əlaqədar  olaraq  təkmil  bazar  mexanizmi  forma-

laşmamışdır.  Belə  şəraitdə  müəssisələrin  idarəetmə  strukturunda  dəyişik-

liklərin  edilməsinə  və  bazarda  səmərəli  fəaliyyətə  imkan  verən  struktur 

bölmələrinin  yaradılmasına  ehtiyac  yaranır.  Xüsusilə  bu  ehtiyac  bazarın 


Бизнесин тяшкили вя идаря едилмяси 

246 


öyrənilməsi  və  məhsulun  reallaşdırılması  ilə  əlaqədardır.  Belə  ki,  sosialist 

iqtisadiyyatında məhsulun reallaşdırılması mərkəzləşdirilmiş şəkildə maddi-

texniki təchizat və satış orqanları vasitəsilə həyata keçirilirdi. 

Müflisləşmə  institutu  –  bazar  iqtisadiyyatının  ayrılmaz  tərkib  hissə-

sidir. Qeyd etmək lazımdır ki, "Müflisləşmə və iflas haqqında" Azərbaycan 

Respublikası  Qanununa  görə  borclu  müəssisənin  ödəmə  qabiliyyəti  olma-

dığı halda iflas prosesinə məruz qalır. Borclu müəssisə özü təsdiq etdiyi, ya-

xud  məhkəmə  və  ya  kreditorlar  aşağıdakıları  müəyyən  etdiyi  halda  ödəmə 

qabiliyyəti olmayan sayılır: 

a) borclu müəssisə kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu 

cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir və ya; 

b)  borclu  müəssisə  qanunvericiliyə  müvafiq  surətdə  həyata  keçirməli 

olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir və ya; 

c) borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasında  bu  mexanizm 

geniş  tətbiq  olunmur.  Fikrimizcə,  bu  proseduradan  istifadə  olunmaması 

təsərrüfatçılıq  sahəsində  məsuliyyətsizliyin  artmasına  və  vaxtı  keçmiş  qar-

ş

ılıqlı borcların yaranmasına gətirib çıxarır.  



Keçid  iqtisadiyyatına  malik  ölkələrin,  o  cümlədən  Azərbaycan  Res-

publikasının  özünəməxsus  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bütün  müəssisə-

lərin fəaliyyətinə təsir  göstərən köklü dəyişikliklər şəraitində müəssisələrin 

ə

ksəriyyətinin restrukturizasiyasına zərurət vardır. Bu isə bu prosesin həyata 



keçirilməsini  çətinləşdirir.  Məsələn,  Avropada  keçən  əsrin  70-ci  illərində 

neft  böhranı  zamanı  enerjitutumlu  sahələrin  əksəriyyəti  (məsələn,  sement 

istehsalı,  kimya  sənayesi,  metallurgiya  və  başqaları)  zərərlə  işləmiş,  lakin 

digər sahələrə bu böhran əhəmiyyətli zərər yetirməmişdir. 

Beləliklə,  biznesin  restrukturizasiyasını  şərtləndirən  amillərə  aşa-

ğ

ıdakıları aid etmək olar: 



- müəssisənin istehsal etdiyi məhsullara bazarda tələbin azalması; 

- müəssisənin bazar münasibətləri şəraitində səmərəli işləyə bilən mar-

ketinq və satış bölmələrinin olmaması; 

- rəqabət mübarizəsinin güclənməsi; 

- istehsal edilən məhsulun aşağı keyfiyyəti; 

- əsas fondların fiziki və mənəvi cəhətdən köhnəlməsi; 

- istehsal edilən məhsulların maya dəyərinin yüksək olması və s. 

Sadalanan  amillər,  ölkədə  sənaye  müəssisələrinin  investisiya  cəlbedi-

ciliyini  kəskin  şəkildə  aşağı  salır.  Xüsusilə  emal  sənayesi  müəssisələrində 

ə

sas fondlarının böyük hissəsinin fiziki və mənəvi cəhətdən köhnəldiyi, yeni 



texnologiyanın tətbiqinə ehtiyac olduğu bir şəraitdə müəssisənin investisiya 

cəlbediciliyini  aşağı  salan  təşkilati  və  idarəetmə  amillərinin  mövcudluğu 

emal  sənayesi  müəssisələrinin  böhrandan  çıxmasına  və  davamlı  inkişafına 

ciddi mane olur. 



Бизнесин тяшкили вя идаря едилмяси 

247 


16.4. Özəlləşdirmə biznesin restrukturizasiyasının 

 forması kimi 

 

Bazar  münasibətlərinə  keçiddə  həyata  keçirilən  islahatların  mühüm 

istiqamətlərindən  biri  dövlət  mülkiyyətinin  özəlləşdirilməsidir.  Ölkədə  xü-

susi sahibkarlığın inkişaf etdirilməsi və rəqabətli mühitdə fəaliyyət göstərən 

sərbəst  əmtəə  istehsalçılarının  formalaşması  bazar  mexanizminin  təşəkkül 

tapmasının zəruri şərtidir. Bu baxımdan, milli iqtisadiyyatda bazar prinsip-

lərinin  bərqərar  olması,  azad  sahibkarlıq  mühitinin  formalaşması  dövlət 

mülkiyyətinin özəlləşdirilməsi ilə sıx əlaqədardır.  

Dövlət  müəssisələrinin  özəlləşdirilməsi  müəssisənin  mülkiyyətinin 

restrukturizasiyasının  əsas  formalarından  biridir.  Özəlləşdirmə  dövlət  mül-

kiyyəti üzərində mülkiyyətçinin dəyişməsi, müəssisələrin və onların əmlak-

larının hüquqi və fiziki şəxslərə satılması deməkdir. Özəlləşdirmənin məq-

sədi xüsusi mülkiyyət və azad rəqabət prinsipləri əsasında öz-özünü tənzim-

ləyən  bazar  iqtisadiyyatı  mühiti  yaratmaq,  iqtisadiyyatda  struktur  dəyişik-

likləri  aparmaq,  iqtisadiyyata  investisiya  cəlb  etmək,  milli  iqtisadiyyatı 

inkişaf  etdirmək  və  əhalinin  maddi  rifahı  yüksəltmək  üçün  əlverişli  şərait 

yaratmaqdan  ibarətdir.  Dövlət  əmlakının  özəlləşdirilməsi  nəticəsində  müx-

təlif  təsərrüfatçılıq  formaları  yaranır,  cəmiyyətin  malik  olduğu  istehsal 

vasitələrinin əksər hissəsi insanlar arasında bölüşdürülür.  

1993-cü ildə «Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəl-

ləşdirilməsi  haqqında»  qanun  qəbul  edilmişdir.  Lakin  ölkədə  özəlləşdirmə 

prosesinə  1995-ci  il  sentyabrın  29-da  «Azərbaycan  Respublikasında  1995-

1998-ci  illərdə  Dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  Dövlət  Proqramı» 

qəbul edildikdən sonra  başlanılmışdır. 

"Azərbaycan  Respublikasında  1995-1998-ci  illərdə  dövlət  mülkiy-

yətinin  özəlləşdirməsinin  I  Dövlət  Proqramı"nın  başlıca  məqsədləri 

təsərrüfat  subyektləri  üçün  xüsusi  mülkiyyət  və  sərbəst  rəqabət  prinsip-

ləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradıl-

ması,  xalq  təsərrüfatı  strukturunun  bazar  iqtisadiyyatının  tələblərinə  uy-

ğ

un  olaraq  yenidən  qurulması,  iqtisadi  proseslərə  bütün  növ  istifadə 



olunmamış  ehtiyatların  cəlb  edilməsi,  iqtisadiyyata  investisiyaların,  o 

cümlədən  xarici  investisiyaların  cəlb  edilməsi,  əhalinin  həyat  səviyyəsi-

nin və sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarət olmuşdur.  

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi proqramına əsasən 

müəssisələrin,  kiçik  müəssisələrin  özəlləşdirilməsi  (kiçik  özəlləşdirmə), 

orta və iri müəssisələrin ñÿùìäàð cÿìèééÿòëÿðèíÿ ÷åâðèëÿðÿê özəlləşdiril-

məsi (kütləvi özəlləşdirmə) həyata keçirilir. 

Özəlləşdirmənin  birinci  mərhələsi  başa  çatdıqdan  sonra  Dövlət 

ə

mlakının  özəlləşdirilməsinin  ikinci  mərhələsinə  başlanmışdır.  2000-ci 



il  mayın  16-da  «Dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında»  yeni 

Бизнесин тяшкили вя идаря едилмяси 

248 


qanunu qəbul olunmuşdur. Bu qanuna və digər qanunvericilik aktlarına 

uyğun olaraq, habelə son illər ölkədə həyata keçirilmiş özəlləşdirmənin 

təcrübəsi  nəzərə  alınaraq  «Azərbaycan  Respublikasında  dövlət  əmlakı-

nın  özəlləşdirilməsinin  II  Dövlət  Proqramı»  işlənib  hazırlanmış  və 

2000-ci  il  avqustun  10-da  təsdiq  edilmişdir.  Bu  proqramda  özəlləşdir-

mənin başlıca məqsədləri aşağıdakılar hesab edilmişdir: 

- iqtisadiyyatın  strukturunun  təkmilləşdirilməsi  və  rəqabət  mühiti-

nin  formalaşdırılması  əsasında  milli  iqtisadiyyatın  səmərəliliyinin  yük-

səldilməsi;  

- bazar  münasibətlərinin  iqtisadi  əsası  kimi  özəl  mülkiyyətçilər 

təbəqəsinin genişləndirilməsi; 

- iqtisadiyyata  investisiyalar,  o  cümlədən  xarici  investisiyalar  cəlb 

etmək yolu ilə onun inkişafına nail olunması; 

- dövlət əmlakını dövlət özəlləşdirmə çeklərinə satmaqla özəlləşdir-

mə prosesinə əhalinin maksimum geniş təbəqələrinin cəlb edilməsi; 

- I  Dövlət  Proqramı  çərçivəsində  özəlləşdirmə  üçün  açıq  elan 

edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsinin başa çatdırılması. 

Hazırda  dövlət  əmlakının  özəlləşdirməsi  dövlət  müəssisələrinin  fərdi 

layihələr  üzrə  özəlləşdirilməsi,  özəlləşdirilən  dövlət  müəssisələrinin  əm-

lakının  əmək  kollektivi  üzvlərinə  və  onlara  bərabər  tutulan  şəxslərə  gü-

zəştli  satışı,  dövlət  əmlakının  ixtisaslaşdırılmış  çek  və  pul  hərraclarında 

satışı, dövlət əmlakının hərraclar vasitəsilə satışı, dövlət əmlakının inves-

tisiya müsabiqələri vasitəsilə satışı, icarəyə verilmiş dövlət əmlakının sa-

tışı,  dövlət  müəssisələrinin  müflis  elan  olunması  yolu  ilə  satışı  üsulları 

ilə həyata keçirilir.  

Kiçik  müəssisələrin  özəlləşdirilməsi  hərracda  satış  və  müsabiqələr 

keçirmək yolu ilə həyata keçirilir. Azərbaycan Respublikasında 42193 kiçik 

dövlət  müəssisəsi,  o  cümlədən  934  sənaye,  568  tikinti,  4907  ticarət  və 

ictimai  iaşə  müəssisəsi,  13639  nəqliyyat  vasitələri,  10128  məişət  xidməti 

obyektləri,  680  yanacaq  doldurma  məntəqələri  özəlləşdirilərək  sahibkarlıq 

subyektlərinə çevrilmişdir. 

Azərbaycanda  orta  və  iri  müəssisələrin  özəlləşdirilməsi  üçün  onlar 

səhmdar cəmiyyətinə çevrilir, səhmləri buraxılır, hərrac və investisiya müsa-

biqəsi  yolu  ilə  satılır.  Son  illərdə  ölkədə  səhmdar  cəmiyyətlərinin  əksəriy-

yəti  dövlət  müəssisələrinin  səhmdar  cəmiyyətlərinə  çevrilməsi  nəticəsində 

yaradılmışdır.  Səhmdar  cəmiyyətləri,  payçı  mülkiyyətə  əsaslanan,  hüquqi 

şə

xs  olan,  idarə  olunması  muzdla  işləyən  peşəkar  menecerlər  tərəfindən 



həyata  keçirilən  və  sahibkarlığın  dünyada  geniş  yayılmış  təşkilati  forma-

sıdır. Səhmdar cəmiyyəti təsərrüfat  fəaliyyətini həyata keçirmək məqsədilə 

nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) 

hüquqi  şəxslərin  könüllü  sazişi  əsasında  yaradılan  müəssisədir.  Onun 

öhdəliklərinə görə səhmdarlar cavabdeh deyillər və cəmiyyətin fəaliyyəti ilə 


Бизнесин тяшкили вя идаря едилмяси 

249 


bağlı  zərər  üçün  özlərinin  verdikləri  pay  həcmində  (onlara  məxsus  olan 

səhm paketi hüdudunda) məsuliyyət daşıyırlar.  

Qeyd etmək lazımdır ki, ölkədə özəlləşdirilən orta və iri müəssisə-

lərin əksəriyyətində istehsalın texniki-iqtisadi səviyyəsi və menecmentin 

keyfiyyəti aşağıdır. Belə şəraitdə ölkədə dövlət müəssisələrinin səhmdar 

cəmiyyətlərinə  çevrilərək  kütləvi  şəkildə  ixtisaslaşdırılmış  çek  və  pul 

hərracları  vasitəsilə özəlləşdirilməsi onların  fəaliyyətinə  əhəmiyyətli  də-

rəcədə  müsbət  təsir  göstərmir.  Araşdırmalar  göstərir  ki,  pul  və  çek  hər-

racları  vasitəsilə  özəlləşdirilməyə  nisbətən  investisiya  müsabiqələri  va-

sitəsilə  özəlləşdirmə  daha  səmərəlidir.  Belə  ki,  «Bakı  elektroqaynaq», 

Bakı  tütün  kombinatı,  «Qaradağ-sement»  ASC  və  digər  müəssisələr  in-

vestisiya  müsabiqələrində  özəlləşdirilmiş  və  səmərəli  şəkildə  fəaliyyət 

göstərirlər.  İnvestisiya  müsabiqələrinin  səmərəli  olması  özəlləşdirilən 

müəssisələrin  strateji  investorlara  satılması  ilə  əlaqədardır  ki,  onlar  da 

həmin  müəssisələrə  investisiya  qoymaqla  yenidən  qururlar.  Fikrimizcə, 

orta və iri müəssisələrin səhmdar cəmiyyətinə çevrilməsi yolu ilə onların 

təşkilati restrukturizasiyasının səmərəli olmaması səhmdar cəmiyyətlərin 

mahiyyətindən irəli gəlir. Belə ki, biznesin təbii inkişafı prosesində onun 

səhmdar cəmiyyətinə çevrilməsi üçün ən azı iki şərt təmin olunmalıdır: 

1.  Biznes  kifayət  qədər  səmərəlidir.    Bu  müəssisəni  investorlar  üçün  

cəlbedici edir, onun səhmdar cəmiyyəti formasına çevrilməsinin ilkin mər-

hələsində  firmanın  sahiblərinin  mövqelərini  möhkəmləndirir,  həmçinin 

müəssisəyə əlavə investisiyanın cəlb edilməsini asanlaşdırır.  

2.  Firmanın  mövcud  sahibləri  özlərinin  firmanın  nizamnamə  ka-

pitalında paylarının azalması hesabına əlavə maliyyə resurslarının cəlb edil-

məsində  maraqlıdırlar.  Praktiki  olaraq  bu    investorlarla  əməkdaşlığa  hazır 

olmanı  ifadə  edir  ki,  bunlara  da  zəruri  olan  informasiyanın  aşkarlığının 

təmin olunması, səhmlərə görə dividentlərin ödənilməsi və s. daxildir.  

Hazırda  ölkədə  fəaliyyət  göstərən  səhmdar  cəmiyyətlərin  əksəriyyəti 

bu iki şərtə cavab vermir. 

Təhlil  göstərir  ki,  1995-2008-ci  illərdə  özəlləşdirmədən  dövlət 

büdcəsinə 176,8 milyon manat, o cümlədən birbaşa əmək kollektivinə satış 

forması ilə 35,6 milyon manat, icarəyə götürülmüş əmlakın satış forması ilə 

29,9 milyon manat, açıq səhmdar cəmiyyətlərinin səhmlərinin satışı forması 

ilə 59,6 milyon manat və torpağın özəlləşdirilməsindən 22,5 milyon manat 

vəsait daxil olmuşdur. 

Ölkədə  neft  strategiyasının  uğurla  reallaşdırılması  nəticəsində  dövlət 

büdcəsinin  gəlirlərinin  ilbəil  artması  dövlət  əmlakının  özəlləşdirilməsindən 

ə

ldə  edilən  vəsaitlərin  əhəmiyyətini  azaldır.  Buna  görə  də,  dövlət  müəs-



sisələrinin  özəlləşdirilməsi  onların  yenidən  qurulması  və  gələcək  fəaliy-

yətinə istiqamətlənməli, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması isti-

qamətində tədbirlərin həyata keçirilməsi ilə əlaqəli aparılmalıdır.  


Бизнесин тяшкили вя идаря едилмяси 

250 


Dövlət  müəssisələrinin  özəlləşdirilməsi  prosesində  onların  təşkilati 

restrukturizasiyası  da  həyata  keçirilir.  Bununla  əlaqədar  bu  müəssisələrin 

islahatı  həyata  keçirilməli,  onların  restrukturizasiyası  aparılmalı,  sonra  isə 

özəlləşdirilməyə çıxarılması məqsədəuyğundur. İri şirkətlərin restrukturiza-

siyası  zamanı  onların  perspektiv  inkişaf  istiqamətləri  müəyyən  edilməli, 

mövcud potensialın konkret istiqamətlərə səfərbər  edilməsi üçün zərərli  və 

mənəvi  cəhətdən  köhnəlmiş  istehsallar  ləğv  edilməli,  ayrı-ayrı  bölmələr 

birləşdirilməli,  şirkətin  müəyyən  olunmuş  inkişaf  istiqamətlərinə  müvafiq 

olmayan resurslar satılmalı və əldə edilmiş vəsaitlər şirkətin inkişafına  yö-

nəldilməlidir.  Qeyd  etmək  lazımdır  ki,  ölkədə  mövcud  olan  iri  şirkətlər  öz 

ə

mlaklarını  özlərinin  satması  daha  məqsədəuyğundur.  Dövlət  isə  şirkətdə 



malik olduğu payı sata bilər.   

Qeyd  etmək  lazımdır  ki,  dövlət  müəssisələrinin  özəlləşdirilməsi 

zamanı müəssisələri ayrılma və birləşmə formasında yenidən təşkil edirlər.  

Fikrimizcə, dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində müəssi-

sələrin  yenidən  təşkilinin  birləşmə  formasından  geniş  istifadə  edilməsi 

məqsədəuyğundur. Belə birləşmə həm sahə baxımından, həm də funksional 

baxımından  oxşar  olan  müəssisələrin  birləşməsi  əsasında  həyata  keçirilə 

bilər.  Belə  birləşmə  istehsalın  miqyasının  artımı  hesabına  istehsal  edilən 

məhsulların  və  göstərilən  xidmətlərin  maya  dəyərini  aşağı  salmağa  imkan 

verir.  Belə  ki,  ölkədə  ayrı-ayrı  sahələrdə  istehsalın  aşağı  düşməsi  nəticə-

sində  satış  bazarının  həcminin  azalması  və  strukturunun  dəyişməsi  ümumi 

istehsal  gücü  bazarın  tələbindən  əhəmiyyətli  şəkildə  çox  olan  çoxlu  sayda 

müəssisələrin  mövcud  olmasına  gətirib  çıxarmışdır.  Belə  şəraitdə  mövcud 

müəssisələr  bazardakı  tələbin  həcminə  uyğunlaşdırmaq  və  mövcud  əsas 

fondlardan və kadrlardan səmərəli istifadə etmək məqsədilə onların birləşdi-

rilməsi məqsədəuyğun olur.  

Bütövlükdə,  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  prosesində  onların 

ə

saslı  şəkildə  restrukturizasiyasına  ehtiyac  vardır.  Belə  ki,  bəzi  müəssi-



sələrin  bərpa  imkanları  olduğu  halda,  yeni  sahiblərinin  onları  inkişaf  et-

dirmək üçün zəruri vəsaitlərə və imkanlara malik olmadığından belə müəs-

sisələrin fəaliyyəti bərpa edilmir. Buna görə də, dövlət müəssisələrinin özəl-

ləşdirilməsi məqsəd deyil, onların perspektiv inkişafını təmin edən vasitəyə 

çevrilməlidir. 

 

16.5. Biznesin restrukturizasiyası prosesinin tənzimlənməsi 



 

Bazar  mexanizmi  əsasında  ölkə  iqtisadiyyatının  səmərəli  fəaliyyət 

göstərməsi  üçün  təkcə  təsərrüfat  fəaliyyətinin  liberallaşdırılması  kifayət 

deyildir.  Bu  sahədə  əhəmiyyətli  məsələ  bazarın  tələblərinə  cavab  verə 

bilən biznes subyektlərinin formalaşdırılmasıdır. Belə biznes subyektləri 

formalaşdıqca, dövlətin iqtisadi sahədə rolu tədricən azalmalıdır. Yetkin 



Бизнесин тяшкили вя идаря едилмяси 

251 


bazar  münasibətlərinin  formalaşmadığı  və  zəruri  sayda  rəqabətqabi-

liyyətli biznes subyektlərinin olmadığı indiki şəraitdə dövlətin iqtisadiy-

yatda  rolu  əhəmiyyətli  dərəcədə  böyükdür  və  ölkə  iqtisadiyyatının  pers-

pektiv inkişaf səviyyəsi və iqtisadi səmərəliliyin təmin olunması dövlətin 

iqtisadi  siyasətindən  bilavasitə  asılıdır.  Bu  baxımdan,  dövlətin  biznesin 

restrukturizasiyasının  tənzimlənməsi  istiqamətində  də  tədbirlər  həyata 

keçirməsi vacibdir.  

Dövlət müəssisələrinin özəlləşdirilməsi praktikasında iri şirkətlərin 

ləğv  edilməsi  və  onların  tərkibində  olan  müəssisələrin  özəlləşdirilməyə 

çıxarılması  və  ya  iri  şirkətlərin  tərkibindəki  bir  sıra  müəssisələrin  ayrıl-

ması  və onların  özəlləşdirməyə  çıxarılması  praktikası  üstünlük təşkil  et-

mişdir.  Çox  ağır  maliyyə  vəziyyətində  olan  müəssisələrin  kütləvi  özəl-

ləşdirilməyə çıxarılaraq özəlləşdirilməsinin istehsalın texniki-iqtisadi sə-

viyyəsinin  və  səmərəliliyinin  yüksəldilməsinə  əhəmiyyətli    təsir  gös-

tərmir.  Çünki  kütləvi  özəlləşdirmə  müəssisədə  istehsalın  inkişafına  sər-

mayə  qoya  bilən  potensial  investorun  cəlb  olunmasına  gətirib  çıxarmır. 

Digər  tərəfdən,  bir  sıra  özəlləşdirilən  müəssisələrin  gələcəkdə  fəaliyyət 

göstərmək  imkanları  yoxdur.  Fikrimizcə,  ölkənin  iqtisadi  inkişafının 

xarici iqtisadi əlaqələrdən əhəmiyyətli dərəcədə asılı olması dövlət müəs-

sisələrinin iri şirkətlərdə birləşdirilərək özəlləşdirilməsi daha məqsədəuy-

ğ

undur.  


Beləliklə,  dövlət  müəssisələrinin  özəlləşdirilməsinə  sadəcə  olaraq 

mülkiyyətin  dəyişməsini  şərtləndirən  tədbir  kimi  deyil,  onların  sanasiyası, 

restrukturizasiyası,  gələcək  fəaliyyət  imkanlarının  təmin  edilməsi  və  ümu-

miyyətlə,  rəqabətqabiliyyətlərinin  artırılması  istiqamətində  həyata  keçirilən 

tədbirlər kompleksi kimi baxılmalıdır.  

«İnvestisiya  fəaliyyətinin  təşviqi  üzrə  əlavə  tədbirlər  haqqında»  ölkə 

prezidentinin  30  mart  2006-cı  il  tarixli  sərəncamı  ilə  ölkədə  «Azərbaycan 

İ

nvestisiya  Şirkəti»  açıq  səhmdar  cəmiyyəti  yaradılmışdır.  Azərbaycan  İn-



vestisiya  Şirkətinin  yaradılması  əsasən  qeyri-neft  sektorunda  özəl  sahədə 

investisiya fəaliyyətinin stimullaşdırılmasına yönəldilmişdir. Şirkətin inves-

tisiya fəaliyyətinin məqsədi kommersiya təşkilatının nizamnamə kapitalında 

üstün  iştiraka  malik  olmadan  ölkə  iqtisadiyyatının  qeyri-neft  sahələrində 

fəaliyyət  göstərən  səhmdar  cəmiyyətlərinin  və  digər  kommersiya  təşkilat-

larının  nizamnamə  kapitalındakı  iştirak  payını,  o  cümlədən  səhmlərini  al-

maqla müddətli investisiya fəaliyyətinin həyata keçirilməsidir. Eyni zaman-

da, kommersiya təşkilatının nizamnamə kapitalında şirkətin iştirak müddəti 

onun  ali  idaretmə  orqanı  tərəfindən  müəyyən  edilir.  Bu  müddət  bitdikdə 

ş

irkət  kommersiya  təşkilatının  nizamnamə  kapitalında  malik  olduğu  payını 



bazar qiymətləri ilə sata bilər. Bu baxımdan, Azərbaycan İnvestisiya Şirkəti 

mövcud  özəl  müəssisələrin  nizamanamə  kapitalının  bir  hissəsini  almaqla 

onların  maliyyələşdirilməsinə  əlavə  imkanlar  yaradır.  Hazırda  bu  şirkət 


Бизнесин тяшкили вя идаря едилмяси 

252 


xarici  tərəfdaşlarla  ölkədə  bir  sıra  müəssisələrin  yaradılması  istiqamətində 

işlər həyata keçirir. Bu işlərin nəticəsində yaradılacaq müəssisələr isə əsasən 

yerli bazarın tələblərini ödəməyə istiqamətlənəcəkdir.  

Qeyd etmək lazımdır ki, borclu müəssisə ödəmə qabiliyyəti olmadığı 

halda  iflas  prosesinə  məruz  qalır.  İflas  prosedurasının  tətbiqi  kreditorların 

qanuni  mənafelərinin  reallaşmasına  imkan  verir,  ölkə  iqtisadiyyatının  da 

vaxtı keçmiş borcların azaldılmasına və bununla əlaqədar təsərrüfat subyekt-

lərinə  dəyən  ziyanın  məhdudlaşmasına,  biznes  mühitinin  əlverişlilik  səviy-

yəsinin artmasına, biznes subyektlərinin məsuliyyətinin yüksəlməsinə səbəb 

olur.  Qeyd  etmək  lazımdır  ki,  borclu  müəssisə  tərəfindən  məhkəmənin 

iştirakı olmadan özünün iflası prosesinə dair qərar qəbul edilə bilər (Maddə 

14). Belə qərar bəzən müəssisənin özünün maliyyə vəziyyətinin yaxşılaşdı-

rılması  məqsədilə  həyata  keçirilir.  Belə  ki,  təsərrüfat  cəmiyyətlərinin  öh-

dəliklərinə  görə  onun  sahibləri  məsuliyyət  daşımırlar  (əlavə  məsuliyyətli 

müəssisə  istisna  olmaqla).  Müəssisənin  əmlakının  kreditorların  xeyrinə 

yenidən  bölüşdürülməsi  və  nizamnamə  kapitalında  payların  yeni  mülkiy-

yətçilər arasında bölüşdürülməsi üçün müəssisənin iflas prosedurasının baş-

lanması zəruridir.  Nəticədə müəssisə ləğv edilmədən onun sahibləri dəyişir 

və  maliyyə  vəziyyəti  yaxşılaşır.  Müəssisənin  sağlamlaşdırılmasında  iştirak 

etmiş  hüquqi  və  fiziki  şəxslər  müəssisəyə  qoyduğu  əmlakın  bir  hissəsi 

üzərində  mülkiyyət  hüququ  qazanır.  Müəssisənin  iflas  vəziyyətində  iflas 

prosedurasının dayandırılması məqsədilə borclu ona ödənişlər üçün möhlət 

vermək, ödənişləri hissələrə bölmək və borcları güzəşt etmək imkanı verən 

barışıq sazişi bağlamaq təklifi ilə kreditorlara müraciət edə bilər. Beləliklə, 

iflas  prosedurası  zamanı  təkcə  müəssisənin  ləğvi  ilə  deyil,  həm  də  onun 

maliyyə cəhətdən sağlamlaşdırılması həyata keçirilə bilər.  

Fikrimizcə,  ölkədə  biznes  subyektlərinin  restrukturizasiyasının  tən-

zimlənməsi  istiqamətində  dövlətin  həyata  keçirəcəyi  mühüm  addımlardan 

biri  bu  prosesin  hüquqi  bazasının  təkmilləşdirilməsidir.  Bu  tədbir,  ilk 

növbədə,  biznes  subyektlərinin  fəaliyyətinin  yenidən  təşkilinə  aiddir.  Belə 

ki,  biznes  subyektlərinin  yenidən  təşkili  formaları  olan  birləşmə,  qoşulma, 

bölünmə,  ayrılma,  çevrilmə  şəklində  restrukturizasiyanın  həyata  keçirilmə-

sinin  qanunvericilik  bazasının  yaradılması  və  onların  həyata  keçirilməsi 

mexanizminin dəqiqləşdirilməsinin mühüm əhəmiyyəti vardır.  

Biznesin  yenidən  təşkilinin  həyata  keçirilməsi  mexanizminin  hüquqi 

bazasının  yaradılması  antiinhisar  tənzimlənməsi  baxımından  mühüm  əhə-

miyyətə  malikdir.  Belə  ki,  ölkədə  inhisarçılıq  fəaliyyətinin  qarşısının  alın-

ması, məhdudlaşdırılması və aradan qaldırılması  üzrə dövlət siyasətinin iş-

lənib  hazırlanması  və  həyata  keçirilməsinin  iqtisadi  inkişaf  baxımından 

mühüm  əhəmiyyətə  malikdir.  Rəqabət  –  bazar  subyektləri  arasında  sahib-

karlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda  mübarizənin elə formasıdır 

ki,  bu  zaman  onların  müstəqil  fəaliyyətləri  hər  birinin  bazarda  əmtəə  döv-



Бизнесин тяшкили вя идаря едилмяси 

253 


riyyəsinin  ümumi  vəziyyətinə  təsir  etmək  imkanını  əsaslı  surətdə  məhdud-

laşdırır  və  istehlakçıya  lazım  olan  malların  istehsalını  stimullaşdırır.  Buna 

görə də, ölkədə rəqabətin stimullaşdırılması dövlətin iqtisadi siyasətinin əsas 

istiqamətlərindən biridir. Antiinhisar tənzimlənməsinin əsas məqsədlərindən 

biri  ayrı-ayrı  inhisarçı  biznes  subyektlərinin  bazardakı  hökmran  möv-

qelərindən  sui-istifadə  hallarının  qarşısının  alınmasıdır.  Hökmran  mövqe  – 

təsərrüfat  subyektinin  öz  iqtisadi  potensialının  üstünlüyünə  əsaslanaraq 

rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər 

iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyətini xa-

rakterizə  edir.    Bazarda  payı  35  faizdən  və  ya  qanunvericiliklə  müəyyən 

olunmuş  digər  həddən  çox  olan  təsərrüfat  subyekti  hökmran  mövqe  tutan 

hesab  olunur.  «Antiinhisar  fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikası 

qanununa  əsasən  hökmran  mövqe  tutan  təsərrüfat  subyektləri  inhisarçılıq 

fəaliyyəti göstərirlərsə və onların fəaliyyəti rəqabətin xeyli məhdudlaşdırıl-

masına səbəb olarsa, antiinhisar orqanı təşkilati, texnoloji və ərazi şəraitinin 

imkan  verdiyi  halda  onların  məcburi  bölünməsi  haqqında  qərar  qəbul  edə 

bilər (4, maddə 15). Lakin hazırda inhisar tənzimlənməsi prosesində biznes 

subyektlərinin məcburi bölünməsi mexanizmi tam işlənib hazırlanmamışdır 

və antiinhisar orqanı tərəfindən belə mexanizmin işlənməsinə ehtiyac vardır.  

Beləliklə,  yuxarıda  qeyd  edilən  tədbirlərin  həyata  keçirilməsi  ölkədə 

biznesin  restrukturizasiyasının  dövlət  tənzimlənməsinin  təkmilləşməsinə 

səbəb olacaqdır. 



Бизнесин тяшкили вя идаря едилмяси 

254 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin