AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə28/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   24   25   26   27   28   29   30   31   ...   50
4 biznes


XVII FƏSİL. İSTEHSAL PLANI 

 

17.1. İstehsal və istehsal prosesi 

 

Biznes-planın  “istehsal  planı”  bölməsində  (bu  bölmə  yalnız  istehsal 



sahələrində biznes fəaliyyəti ücün nəzərdə tutulur) sahibkar əsas tərəfdaşla-

rına  sübut  etməlidir  ki,  onun  müəssisəsi  tələb  olunan  dövr  ərzində  lazımi 

miqdarda və keyfiyyətdə məhsul istehsal edə bilər. 

 İstehsal  –  ehtiyaclarımızı  ödəyəcək  mal  və  xidmətlərin  miqdarını  və 

ya faydasını artırmağa yönəldilən bütün fəaliyyətlərin məcmusudur. İstehsal 

ona görə lazımdır ki, bizi əhatə edən mühitdə ehtiyaclarımızı ödəyən mal və 

xidmətlər  kifayət  qədər  deyildir.  Bunların  miqdarını  artırmaq  məqsədilə 

insan  hökmən  hər  hansı  bir  müəssisənin  gücünə  arxalanaraq  onları  çoxalt-

malı və istifadəsinə ən çox ehtiyac duyulan yerlərə verməlidir. Bu prosesin 

hamısı iqtisadda “istehsal etmək” kimi adlandırılır.  

 İstehsal prosesi xammal, materiallar, yarımfabrikatlar və komplektləş-

dirici  məmulatlardan  istifadə  edilməsini  nəzərdə  tutmaqla  ayrı-ayrı  proses-

lərin məcmusudur. İstehsal həm də təkrar istehsal prosesinə elmi layihələrin 

nəticələrinin  tətbiq  edilməsini  də  nəzərdə  tutur.  Məhsul  istehsalı  daha  çox 

insanın tələbatının ödənilməsində və cəmiyyətin yüksək keyfiyyətli istehsal 

vasitələri, istehlak predmetləri və digər yaşayış təminatlı iqtisadi nemətlərlə 

təchiz  edilməsində  mühüm  rol  oynayır.  İstehsalın  normal  inkişafı  xalqın 

maddi rifah halının yüksəldilməsində əsas amildir. İstehsal məhsul buraxılışı 

problemini və sosial sferanın inkişafını da təmin edir. 

İ

stehsalın  məzmununu  əmək  fəaliyyəti  müəyyən  edir  və  aşağıdakı  üç 



şə

rti nəzərdə tutur: 

1)  Əmək,  yəni  insanın  məqsədəuyğun  fəaliyyəti.  İnsan  əmək  cisim-

lərinə  və  təbiət  qüvvələrinə  təsir  göstərib  onları  tələbatı  ödəyə  biləcək  for-

maya  salır.  Əməyin  məzmunu  –  tətbiq  edilən  texnika,  texnologiya  və 

istehsalın təşkilinin növü ilə müəyyən olunur. 

2)  Əmək  cisimləri.  Əmək  prosesində  dəyişikliklərə  məruz  qalan  və 

istehlak dəyərinə çevrilən təbiət məıhsuludur (xammal və material). 

3) Əmək alətləri. İnsanların əmək cisimlərinə təsir göstərib öz tələba-

tına  uyğun  şəkildə  salmaq  üçün  istifadə  etdiyi  mexaniki  əmək  vasitələri  – 

maşınlar,  dəzgahlar,  avadanlıq,  mühərriklər,  texnolojı  alət  və  tərtibatlatın 

məcmusudur. 

İ

stehsalın  məhsulu  olan  maddi  nemətlər  təbiət  əşyaları  və  əməyin 



birləşməsini ifadə edir. 

İ

stehsal prosesləri bəzi əlamətlərinə görə təsnifləşdirilir: 



-  Məhsulun  hazırlanmasındakı  roluna  görə  –  istehsal  prosesləri  üç 

qrupa: əsas, köməkçi və xidmətedici istehsal proseslərinə; 



Бизнесин тяшкили вя идаря едилмяси 

255 


-  Mürəkkəblik  dərəcəsinə  görə  –  sintetik,  analitik  və  birbaşa  istehsal 

prosesləri fərqləndirilir. 

 

17.2.

  İstehsalın təşkili prinsipləri və tipləri 

 

 İstehsalın  təşkili  dedikdə  istehsal  proseslərini  və  bütünlükdə  sahib-



karlıq  fəaliyyətini  səmərəli  formada  həyata  keçirmək  məqsədi  ilə  əmək 

predmeti  və  əmək  vasitələrindən  məqsədəuyğun  istifadəsini  təmin  edən 

metodların məcmusu nəzərdə tutulur. Təcrübə  göstərir ki, istehsalın xarak-

teri və strukturu ilk növbədə buraxılan məhsulun xüsusiyyətindən, istehsalın 

predmetindən və texnolojı proseslərdən daha çox asılıdır. İstehsalın düzgün 

təşkili  aşağıdakı  prinsiplər  əsasında  qurulur  ki,  bunlara  da  ixtisaslaşma, 

proporsionallıq, paralellik, fasiləsizlik, dəqiqlik və ritmlilik aiddir. 

1) İstehsalın ixtisaslaşması – yerli tələbata uyğun olaraq konsruktiv və 

texnolojı cəhətdən oxşar məhsul buraxılışının mərkəzləşdirilməsidir. Kons-

truktiv  və  texnolojı  cəhətdən  oxşarlıq  geniş  unikasiya  (bir  şəklə  salınma) 

yolu ilə yaradılır. 

2)  Proporsionallıq  –  istehsalın  bütün  bölmələrində  istehsal  güclərinin 

uygunlaşdırılmasıdır.  Bu  isə  lazımi  miqdarda,  nomenklaturada,  çeşiddə 

məhsul buraxmağa imkan verir. 

3)  Paralellik  –  istehsal  proseslərinin  bütün  mərhələlərində  əməliyyat-

ların  eyni  vaxtda  aparılmasıdır.  Bu  isə  son  məhsulun  hazırlanması  üçün 

geniş iqtisadi şərait yaratmağa imkan verir. 

4)  Fasiləsizlik  –  növbədaxili,  növbələrarası,  əməliyyatdaxili  və 

ə

məliyyatlararası  dövrdə  bir  əməliyyatla  digəri  arasında  ardıcıllığın  təmin 



edilməsini nəzərdə tutan  istehsalın təşkili prinsipidir. 

5) Dəqiqlik – istehsal prosesində məhsulun səmərəli yerləşdirilməsi və 

məmulatın  bir  istehsal  mərhələsindən  digərinə  qısa  müddətdə  hərəkətinin 

təmin edilməsidir. 

6)  Ahəngdarlıq  –  məhsulun  müəyyən  aralıq  fasilələr  ərzində  bura-

xılışının təmin edilməsidir. 

Bu  prinsiplər  əsasında  qurulan  istehsal  səmərəli  hesab  edilir.  Müasir 

şə

raitdə  istehsal  ixtisaslaşdırma,  təmərküzləşmə,  kompleks  mexanikləşmə, 



istehsal prosesinin və idarəetmənin avtomatlaşdırılması istiqamətində həyata 

keçirilir. İstehsalın təşkilinin müasir metodlarına yerli tələbata uyğun məh-

sulların kütləvi buraxılışı aiddir.  İstehsalın təşkilinin bu cür  yüksək forma-

sını  avtomatlaşdırılmış  axın  xətti  də  adlandırırlar.  Kütləvi  axın  xətləri  iki 

sistem  –  fasiləli  fəaliyyət  göstərən  xüsusi  dəzgah  –  avtomat  sistemi  və  fa-

siləsiz  fəaliyyət  göstərən  rotor  sistemi  əsasında  qurulur.  Bu  baxımından 

köməkçi əməliyyatları da yetinə yetirmək üçün robot texniki qurguya malik 

proqramla idarə olunan dəzgahdan da istifadə edilir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

256 


İ

stehsalın  təşkili  tipləri  dedikdə  istehsalın  təşkili  və  texniki  səviyyə-

sinin  xüsusiyyətlərinin  kompleks  xarakteristikası  başa  düşülür.  İstehsalın 

təşkili tipinə bir sıra amillər təsir edir: ixtisaslaşma səviyyəsi, istehsalın miq-

yası,  buraxılan  məhsulun  mürəkkəbliyi  və  davamlılığı.  İstehsalın  üç  tipi 

fərqləndirilir: fərdi, seriyalı, kütləvi. 



Fərdi  istehsal  məhdud  istehlakı  olan  müxtəlif  cür  və  daimi  çeşiddə 

məmulatın  ədədi  buraxılışını  nəzərə  tutur.  Bu  tip  istehsalın  səciyyəvi  xü-

susiyyətləri aşağıdakılardır: 

- tez-tez təkrarlanmayan buraxılan məhsulun çoxnomenklaturalılığı; 

- texnolojı ixtisaslaşma üzrə iş yerlərinin təşkili; 

 - universal avadanlıqlardan və texnoloji təchizatdan istifadə; 

- əl əməyinin tətbiqi ilə yerinə yetirilən əməliyyatların böyük həcmdə 

olması; 


- istehsalın tsikl müddətinin böyük olması; 

- bitməmiş istehsalın çox olması; 

- canlı əmək xərclərinin nisbətən çox olması; 

- yüksək ixtisaslı fəhlələrin sayının üstünlük təşkil etməsi və s. 

Seriyalı  istehsal  eynicins  məhsulların  geniş  nomenklaturada  eyni  za-

manda seriyalı hazırlanmasını nəzərdə tutur, hansı ki, istehsalı uzun müddət 

ə

rzində təkrarlanır. 



Seriyalı istehsalın təşkilinin əsas xüsusiyyətləri aşağıdakılardır: 

-  əhəmiyyətli miqdarda hazırlanan geniş çeşiddə təkrarlanan məhsulun 

daimi olması; 

-  bir  neçə  təhkim  olunmuş  əməliyyatların  yerinə  yetirilməsi  üçün  iş 

yerlərinin ixtisaslaşması; 

-  seriyalarla hazırlanan məmulatın dövriliyi; 

-  istehsal tsiklinin müddətinin qısa olması; 

-  buraxılan məhsulun keyfiyyətinə nəzarətin avtomatlaşdırılması. 

Kütləvi  istehsal  böyük  miqdarda  eynicins  məhsulların  məhdud  no-

menklaturada  hazırlanmasının  fasiləsizliyi  və  nisbətən  uzunmüddətliyi  ilə 

səciyyələnir.  Kütləvi  məhsul  istehsal  edən  müəssisələrə  traktor,  avtomobil 

zavodlarını  aid  etmək  olar.  Kütləvi  istehsal  –  istehsalın  ixtisaslaşmasının 

yüksək  fazasıdır.  Kütləvi  istehsalın  təşkilinə  xas  olan  xüsusiyyətlər  aşağı-

dakılardır: 

- böyük  miqdara  az nomenklaturada məmulatın ciddi şəkildə müəy-

yən edilən istehsalı; 

- iş yerlərinin ixtisaslaşması; 

-  xüsusi  və  ixtisaslaşmış  avadanlıq  və  texnolojı  silahlanmanın  böyük 

xüsusi çəkiyə malik olması; 

-  kompleks  mexanikləşdirilmiş,  avtomatlaşdırılmış  texnolojı  proses-

lərin yüksək faiz təşkil etməsi; 


Бизнесин тяшкили вя идаря едилмяси 

257 


- seriyalı istehsalla müqayisədə istehsal tsiklinin müddətinin minimum 

olması; 


- müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi; 

-  məhsulun  keyfiyyətinə  nəzarətin  avtomatlaşdırılmasının  yüksək 

səviyyəsi. 

 

17.3. İstehsal proqramının əsaslandırılması 



 

Müəssisənin  biznes-planının  əsas  bölmələrindən  biri  məhsul  istehsalı 

və realizasiyası (satışı) bölməsidir, yəni istehsal proqramıdır. 

Məhsul istehsalı planı müəssisənin inkişaf strategiyasına uyğun olaraq 

mövcud  potensial,  materialların  göndərilməsi  üzrə  müqavilələr  və  məhsul 

satışının həcmi proqnozu haqqında məlumatlar əsasında tərtib edilir. İstehsal 

planı müəyyən nomenklatura və çeşid üzrə məhsul istehsalının imkanlarını 

ə

saslandırır, istehsal proqramının yerinə yetirilməsinin reallığını təsdiq edir. 



Bazar  münasibətləri  şəraitində  planlaşdırma  çevik  xarakter  daşıyır  və 

ona  görə  də  resurslara  tələbatın  əsaslandırılması,  məhsul  satışı  həcminin 

dəyişilməsi, məhsulun qiyməti, məhsulun maya dəyərinin aşağı salınması və 

keyfiyyətin  yüksəldilməsi  nəzərə  alınmaqla,  alternativ  əsasda  həyata  ke-

çirilir. Məhz buna görə də istehsal prosesi bazarın obyektiv tələbinə uyğun 

şə

kildə qurularaq daha çevik olur. 



İ

stehsal prosesinin çevikliyi dedikdə  yeni məhsul növlərinin istehsalı, 

yaxud  mövcud  məhsulların  modernləşdirilməsi  üçün  texnoloji  proseslərin 

yenidən qurulması, yeni texniki avadanlıqların cəlb edilməsi, istehsal güclə-

rinin  sürətlə  artırılması,  bir  sözlə,  innovasiya  xarakterli  tədbirlərin  həyata 

keçirilməsi başa düşülür. 

İ

stehsal planının başlıca vəzifəsi daha yüksək iqtisadi və sosial səmə-



rəni təmin edə bilən resurslardan və istehsal potensialından istifadə olunma-

sının optimal variantının seçilməsidir. Məhsul istehsalının effektivliyi məh-

sulun rentabellik və mənfəət göstəriciləri vasitəsilə ifadə olunur. Mənfəətin 

maksimum  artırılması  yalnız  müxtəlif  növ  məmulatların  optimal  həcmdə 

buraxılması şəraitində mümkündür. Bu zaman mövcud şəraitdə məhsul va-

hidinə düşən istehsal xərclərinin maksimum azaldılması təmin edilir. Digər 

tərəfdən,  məhsul  istehsalının  effektivliyinin  yüksəldilməsi  keyfiyyətinin  və 

rəqabət  qabiliyyətinin  artırılması  ilə  əlaqədardır.  Ona  görə  də  axırıncı 

variantı seçərkən məhsulun həcmi və keyfiyyətinin artırılmasının alternativ 

variantları mütləq nəzərdən keçirilməlidir. 

Məhsul  istehsalının  optimal  həcminin  planlaşdırılması  məhsulun  hər 

bir  növü  üzrə  ayrıca  həyata  keçirilməlidir.  Bu  zaman  məhsulun  həcminin 

dəyişilməsi  ilə  əlaqədar  istehsal  xərclərinin  daimi  və  dəyişən  xərclərə 

bölünməsi  nəzərə  alınmalıdır.  Əsas  fondların  amortizasiyası,  xidmət  və 

reklam  xərcləri  məhsulun  həcmindən  asılı  olmayaraq  dəyişməz  qalır,  yəni 


Бизнесин тяшкили вя идаря едилмяси 

258 


daimi xərclər adlanır. Material xərcləri, işçilərin əməkhaqqı və başqa xərclər 

məhsulun həcmindən asılı olaraq dəyişilir, yəni dəyişən xərclər hesab edilir. 

Beləliklə,  müəssisənin  ümumi  istehsal  xərcləri  daimi  və  dəyişən  xərclərin 

cəmindən ibarətdir. 

Geniş  profilli  müəssisələrdə  məhsul  istehsalının  həcminin  planlaşdı-

rılması olduqca çətindir, çünki bütün avadanlıqlar, texnoloji proseslər bütün 

növ  məhsulların  istehsalı  üçün  istifadə  olunurlar.  Əgər  belə  situasiyada 

müəssisə maksimum mənfəət almaq istəyirsə və buna cəhd göstərirsə, onda 

elə məhsul növlərini daha çox istehsal etməlidir, hansı ki, aşağıdakı xarak-

terik əlamətlərə malikdirlər: 

 

az miqdarda avadanlıqları yükləyirlər; 



 

emala az vaxt tələb edirlər; 



 

məhsul vahidinə daha çox mənfəət gətirirlər. 



Daha  çox  mənfəət  gətirən  məhsul  emala  və  avadanlıqların  yük-

lənməsinə daha  çox vaxt tələb edə bilər. Ona  görə də istehsal proqramının 

seçilməsi optimal şəraitin seçilməsi ilə əlaqədar çətinliklər yaradır. Belə şə-

raitdə  istehsal  proqramını  xətti  proqramlaşdırmanın  köməyilə  işləyib 

hazırlamaq lazımdır. 

Ə

gər məhsulun keyfiyyət səviyyəsi müəyyən edilibsə, seçilmiş məhsul 



buraxılışının  optimal  variantı  axırıncıdır  və  o,  yalnız  marketinq  strategi-

yasına  uyğun  bazar  şəraitinin  dəyişilməsindən  asılı  olaraq  dəyişilə  bilər. 

Aydındır ki, müəssisənin strategiyasında istehsalın effektivliyinin yüksəldil-

məsi  həm  məhsulun  keyfiyyət  səviyyəsinin  saxlanılması  və  həm  də  key-

fiyyətin yüksəldilməsi şəraitində nəzərdə tutula bilər. Bu zaman müəssisənin 

bütün  siyasəti  məhsul  keyfiyyətinin  yüksəldilməsinə  yönəldilir.  Digər 

məqsədlərə nail olunması – məhsulun maya dəyərinin aşağı salınması və ba-

zar payının artırılması – həmin məqsədlə uzlaşdırılır. 

Beləliklə,  müəssisədə  məhsul  keyfiyyətinin  optimal  səviyyəsinin 

planlaşdırılması  vacibdir,  yəni  məmulatın  elə  xassələrini  seçmək  lazımdır 

ki,  onlar  təkcə  istehlakçı  tələbatını  deyil,  həm  də  istehsalçının  razı  qaldığı 

xərclərin səviyyəsini ödəyə bilsin. Başqa sözlə desək, bütün xassələrin məc-

musundan  istehsalçı  elələrini  seçməyə  cəhd  edir  ki,  onlar  məhsulun  təyi-

natına  maksimum  uyğun  gəlsin  və  seçilən  bazar  seqmentində  maksimum 

mənfəətin alınmasını təmin etsin. 

 

17.4. İstehsal güclərinin planlaşdırılması 



 

İ

stehsal  gücləri  müəssisənin  istehsal  proqramının  planlaşdırılmasının 



çıxış  nöqtəsidir.  Əsas  fondların  aktiv  hissəsi  olan  istehsal  gücləri  müəs-

sisənin məhsul buraxılışı üzrə potensial imkanlarını əks etdirir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

259 


İ

stehsal gücləri – yeni texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi 

üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək-

lə  müəssisənin  müəyyən  edilmiş  nomenklaturada  və  çeşiddə  maksimum 

məhsul  istehsal  etmək  qabiliyyətidir.  İstehsal  gücləri  məhsul  istehsalı  həc-

minin  hesablandığı  eyni  ölçü  vahidi  ilə  müəyyən  edilir.  Əgər  müəssisədə 

geniş  nomenklaturada  məhsul  istehsal  edilirsə,  onda  həmin  nomenklatura 

bir, yaxud eynicins məhsulların bir neçə növlərinə çevrilir. Məsələn, traktor 

zavodunun istehsal gücü traktorların sayı ilə müəyyən edilir. 

Müəssisənin  istehsal  gücü  aparıcı  sexlərin,  sahələrin  və  aqreqatların 

gücləri  üzrə  müəyyən  edilir.  Məmulatın,  yaxud  yarımfabrikatların  istehsalı 

üzrə  əsas,  daha  əməktutumlu  texnoloji  prosesləri  və  əməliyyatları  yerinə 

yetirən sex, sahə və aqreqat aparıcı sayılır. 

Müəssisənin  istehsal  gücü  aşağıdakı  ardıcıllıqla  hesablanılır:  əvvəlcə 

aparıcı  avadanlıqların  istehsal  gücü,  sonra  onun  vasitəsilə  aparıcı  istehsal 

sahəsinin istehsal gücü və sonuncunun vasitəsilə aparıcı sexin istehsal gücü 

müəyyən edilir. Aparıcı sexin istehsal gücü müəssisənin istehsal gücü kimi 

qəbul edilir. 

İ

stehsal  gücü  bir  sıra  amillərdən  asılıdır.  Onlardan  ən  mühümləri 



aşağıdakılardır: 

 



avadanlıqların sayı və məhsuldarlığı; 

 



avadanlığın  keyfiyyət  tərkibi.  Fiziki  və  mənəvi  aşınmanın 

səviyyəsi; 

 

texnika və texnologiyanın mütərəqqilik dərəcəsi; 



 

xammal və materialların keyfiyyəti; 



 

istehsal və əməyin təşkili səviyyəsi; 



 

müəssisənin ixtisaslaşma səviyyəsi; 



 

avadanlığın iş vaxtı fondu. 



Müəssisənin  istehsal  güclərini  hesablayarkən  əsas  istehsal  sexlərinə 

təhkim olan bütün avadanlıqlar, mövcud avadanlıqlar və sahələr, istehsalın 

effektiv təşkili, keyfiyyətli xammalın və təkmil alətlərin tətbiqi, müəssisənin 

iş rejimi mütləq nəzərə alınmalıdır. 

İ

stehsal gücləri bütün il boyu müəyyən edilir, ona görə giriş, çıxış və 



orta  illik  istehsal  gücləri  fərqləndirilir.  Giriş  gücləri  ilin  əvvəlinə  mövcud 

avadanlıqlar üzrə müəyyən edilir. Çıxış güclər əsaslı tikinti, avadanlığın mo-

dernləşdirilməsi,  istehsalın  təşkilinin  təkmilləşdirilməsi  hesabına  sıradan 

çıxan  və  yeni  daxil  olan  gücləri  nəzərə  almaqla  plan  dövrünün  sonuna 

müəyyən edilir. Orta illik istehsal gücləri (M

or

) giriş güclərinə (M



g

) orta illik 

daxil olan güclərin (M

d

) əlavə edilməsi və fəaliyyət müddətini (T



m

) nəzərə 

almaqla ortaillik sıradan çıxan güclərin (M

s

) çıxılması yolu ilə hesablanılır. 



Bunu aşağıdakı düsturla ifadə etmək olar: 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

260 


M

or

 = M



g

 + (M


d

 x T


s

 : 12) - [M

s

 x (12 - T



m

) : 12] 


 

Mövcud  gücləri  genişləndirmək  və  yeni  gücləri  işə  salmaq,  yenidən-

qurma,  istehsalın  texniki  silahlanması,  təşkilati-texniki  tədbirlər  hesabına 

müəssisənin istehsal güclərini artırmaq mümkündür. 

İ

stehsal  güclərini  hesablamaq  üçün  aşağıdakı  ilkin  məlumatların 



olması vacibdir: 

 



bir dəzgahın plan iş vaxtı fondu; 

 



maşınların sayı; 

 



avadanlığın məhsuldarlığı; 

 



istehsal proqramının əməktutumu; 

 



istehsal normasının yerinə yetirilməsi faizi. 

 

17.5.  İstehsalın operativ-təqvim planlaşdırması  

 

Biznesin  hər  bir  sahəsində  istehsalın  təşkili  mülkiyyət  formasından, 



müəssisənin  ölçüsündən,  istehsal  tipindən,  buraxılan  məhsulun  xarakterin-

dən (yerinə yetirilən iş və ya xidmətlərdən) və başqa amillərdən asılı olaraq 

özünəməxsus xüsusiyyətlərə malikdir. Ancaq hər bir müəssisə hüquqi şəxs 

kimi istehsalın təşkili problemlərinin həlli zamanı aşağıdakı suallara cavab 

verməlidir:  nə  (məmulatın,  yığma  vahidinin,  detalın,  işin,  xidmətin  və  s. 

adı),  harada,  kimin  üçün,  hansı  müddətdə,  hansı  keyfiyyət  göstəricilərilə, 

hansı  konkret  resurs  növlərinin  sərf  edilməsi  ilə,  hansı  alət  və  ləvazimat-

lardan  istifadə  etməklə,  hansı  avadanlıqda  istehsal  etmək?;  hazır  məhsulu 

kimə vermək lazımdır?; məhsulun reallaşdırılmasından əldə edilən mənfəət 

necə olacaqdır?. 

Sex  (müəssisənin  istehsal  bölməsi)  və  sahə  (briqada)  səviyyəsində 

operativ-təqvim  planları  işlənib  hazırlanır,  bu  planlarda  aylıq  proqramlar 

(tapşırıqlar) daha qısa dövrlər üzrə (ongünlük, günlük, növbəlik) bölünür.  

Operativ-təqvim  planlaşdırmasının  (OTP)  məqsəd  və  vəzifələri  şəkil 

17.1-də,  onun  həyata  keçirilməsi  mərhələləri  isə  şəkil  17.2-də  göstəril-

mişdir.  

Şə

kil 17.1, 17.2-də göstərilmiş OTP-nın məqsəd, vəzifə və mərhələləri 



mülkiyyət  formasından,  istehsal  tipindən  və  başqa  amillərdən  asılı  olma-

yaraq  biznesin  bütün  növləri  ilə  məşğul  olan  müəssisələr  üçün  ümumidir. 

OTP üzrə işlərin həcmi yalnız plan göstəricilərinin təhlil səviyyəsi ilə müəy-

yən  olunur.  Müəssisənin  müxtəlif  əlamətləri  üzrə  plan  göstəriciləri  sayının 

variasiyası  və  onların  təhlili,  əsaslandırılması,  uçotu  və  onlara  nəzarətin 

səviyyəsi cədvəl 17.1-də göstərilmişdir.  



Бизнесин тяшкили вя идаря едилмяси 

261 


 

Şə

kil 17.1. Operativ-təqvim planlaşdırmasının məqsəd və vəzifələri 

 

Şə

kil 17.2. Operativ-təqvim planlaşdırmasının mərhələləri 



OTP-nın məqsədi 

Kəmiyyət, keyfiyyət, müddət 

və xərc kriteriyaları üzrə 

istehsal proqramının yerinə 

yetirilməsi 

OTP-nın əsas vəzifələri 

İ

stehsal 



proqramının 

yerinə 


yetirilmə-

sinin təmin 

edilməsi 

İ

stehsalda 



zay məhsu-

lun azaldıl-

ması 

Texnoloji 



avadanlıq-

ların, isteh-

sal gücləri-

nin və iş yer-

lərinin opti-

mal yük-lən-

məsi 

İş

çilərin 



ə

məyinin 


və ətraf 

mühitin 


mühafizəsi 

Resurs 


sərfinə 

qənaət 


Xeyr  

Xeyr  


Bəli 

Bəli 


Bəli 

Biznes-planın (taktiki planın və ya gələcək il üçün təşkilatın istehsal 

planının) tamlığı, həqiqiliyi, əsaslılığı və yerinə yetirilmə effektivliyi 

baxımından təhlili və zəruri olduqda plan göstəricilərinin 

dəqiqləşdirilməsi 

Konstruktor, texnoloji və plan sənədlərinin, istehsal şəraitinin, 

metodikaların, təşkilat heyətinin strukturu və ixtisaslılığının və s. 

öyrənilməsi 

Təqvim-plan hesablamalarının yerinə yetirilməsi və proseslərin təşkili 

normativlərinin işlənib hazırlanması, istehsal gücləri və iş yerlərinin 

yüklənməsi, material resurslarına qarşı təlabət və s. 

Müəssisənin bölmələri tərəfindən məhsul buraxılışının nomenklatur-

təqvim planlarının işlənib hazırlanması, növbə-sutka tapşırıqlarının 

tərtib edilməsi, onların rəsmiləşdirilməsi və təsdiqlənməsi 

Operativ-təqvim planlarının operativ yerinə yetirilməsinin idarə 

edilməsi (uçot, nəzarət, təhlil, stimullaşdırma, tənzimləmə) 



Бизнесин тяшкили вя идаря едилмяси 

262 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin