AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə29/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   25   26   27   28   29   30   31   32   ...   50
4 biznes


Cədvəl 17.1.  

 

əssisənin müxtəlif əlamətləri üzrə plan göstəriciləri sayının 

variasiyası  və onların təhlili, əsaslandırılması, uçotu və onlara 

nəzarətin səviyyəsi 

 

əssisənin fərqləndirici əlamətləri 



Plan göstəricilərinin sayı və onların 

təhlili dərinliyi 

1. Mülkiyyət forması: 

Xüsusi 

Dövlət və bələdiyyə 



Qarışıq 

 

ə



həmiyyətsiz 

ə

həmiyyətli 



ə

həmiyyətli 

2. İstehsal tipi: 

Tək-tək 


Seriyalı 

Kütləvi  

 

ə

həmiyyətsiz 



ə

həmiyyətli 

çox əhəmiyyətli 

3. Müəssisənin ölçüsü: 

Kiçik (200 nəfərə qədər) 

Orta (200-1000 nəfər) 

İ

ri (1000 nəfərdən çox) 



 

ə

həmiyyətsiz 



ə

həmiyyətli 

çox əhəmiyyətli 

4. Buraxılan məhsulun mürəkkəbliyi: 

Aşağı 

Orta  


Yüksək 

 

ə



həmiyyətsiz 

ə

həmiyyətli 



çox əhəmiyyətli 

5. Avtomatlaşdırılma səviyyəsi: 

Aşağı (0,4-ə qədər) 

Orta (04,-07) 

Yuxarı (0,7-dən çox) 

 

ə



həmiyyətsiz 

ə

həmiyyətli 



çox əhəmiyyətli 

 

Cədvələ  daxil  edilmiş  informasiyadan  aşağıdakı  kimi  istifadə  etmək 



lazımdır.  Misal  üçün,  fərqləndirici  xüsusiyyətləri  cədvəldə  ən  son  yuxarı 

qiymətə  malikdirsə,  plan  göstəricilərinin  sayı,  onların  təhlili,  əsaslandı-

rılması, uçotu və nəzarətin səviyyəsi əhəmiyyətsiz olacaqdır. Belə aşağı mü-

rəkkəbliyə  malik  tək-tək  sifarişləri  yerinə  yetirən  kiçik  xüsusi  firma  çıxış 

edə  bilər.  Kütləvi  axın  tipli  istehsala  malik  olan  iri  müəssisə  üçün  plan 

göstəricilərinin  sayı  və  onların  təhlili  dərinliyi  çox  əhəmiyyətli  olacaqdır. 

“Çox  əhəmiyyətli”  və  s.  ifadələrini  konkretləşdirmək  yalnız  müəssisənin 

menecment  sisteminin  metodiki  təmin  edilməsinin  sahə  xüsusiyyətləri  və 

keyfiyyətlərini bilmək şərtilə mümkündür.  

Tək-tək  istehsalda  OTP-nın  əsasları.

  Tək-tək  istehsal  müxtəlif  fəa-

liyyətin müxtəlif sahə və sferalarında məmulatların tək-tək və ya kiçik seri-

yalarla  hazırlanmasını,  tək-tək  sifarişlərin  yerinə  yetirilməsini  xarakterizə 

edir.  Ən  mürəkkəb  sahə  maşınqayırmadır.  Mürəkkəb  sahə  timsalında  ya-

naşma  və  metodları  öyrənərək  sadə  sahə  strukturunda,  misal  üçün,  əhaliyə 



Бизнесин тяшкили вя идаря едилмяси 

263 


məişət  xidməti  göstərilməsi  sahəsində  əldə  edilmiş  bilikləri  tətbiq  etmək 

çətin  olmayacaqdır.  Eyni  zamanda,  bunu  yadda  saxlamaq  lazımdır:  sahə 



strukturu nə qədər sadədirsə, təqvim plan hesablamaları da bir o qədər az 

olmalıdır

 (cədvəl 17.1.).  

Tək-tək istehsalda məmulatların buraxılışının təkrarlanması ya olmur, 

ya  da  qeyri-müntəzəm  olur  və  istehsal  prosesinin  əhəmiyyətli  xüsusiyyət-

lərinə təsir göstərmir. Bu şəraitdə OTP-nın əsas vəzifəsi istehsal planlarına 

uyğun  olaraq,  bütün  istehsal  halqalarının  bərabər  yüklənməsi  şərtilə  və  ən 

qısa istehsal dövrü ərzində rəngarəng sifarişlərin vaxtlı-vaxtında yerinə yeti-

rilməsinin  təmin  edilməsindən  ibarətdir.  OTP-nın  xarakterik  cəhəti  isteh-

salın  təqvim  plan  hesabalamalarının  hər  bir  sifarişin  yerinə  yetirilməsinin 

texniki hazırlanmasının planlaşdırılması ilə sıx əlaqəlidir. Tək-tək istehsalda 

buraxılan məhsulun unifikasiya edilmiş və standart tərkib hissələrinin xüsusi 

çəkisini  artırmaq  lazımdır.  Bu,  qrup  texnologiyalarının,  ixtisaslaşmış  sa-

hələrin və unifikasiya edilmiş detal və qovşaqların işlənməsi üzrə çoxpred-

metli  axın  xətlərinin  tətbiqinə,  onların  partiyalarla  istehsalını  və  anbara 

yığılmasını planlaşdırmağa imkan verir.  

Sifarişin  yerinə  yetirilməsi  prosesi  aşağıdakı  mərhələlərdən  ibarətdir:            

1)  sifarişin  rəsmiləşdirilməsi;  2)  sifarişin  yerinə  yetirilməsinə  hazırlıq;                

3)  sifarişin  yerinə  yetirilməsi.  Sifarişin  rəsmiləşdirilməsi  mərhələsində  təc-

rübə-statistik metodlarla müəyyən olunan iriləşdirilmiş normativlərdən isti-

fadə  edilməlidir.  Maşınqayırma  zavodunda  sifarişin  rəsmiləşdirilməsi  ardı-

cıllığı  şəkil  17.3.-də  göstərilmişdir.  Şəkildə  tək-tək  istehsalda  sifarişin  rəs-

miləşdirilməsi  sxemi  göstərilmişdir,  bu  sxemin  əsas  elementləri  sifarişlər 

portfeli,  sorğu  vərəqəsi  (icraçıların  sxemdə  göstərilmiş  ardıcıllıqla  bütün 

istək, tələb və hesablamalarının daxil edildiyi sənəd), sifariş xəritəsi və sifa-

rişin  yerinə  yetirilməsi  üzrə  razılaşmadır  (müqavilə).  Sorğu  vərəqəsini  hər 

bir icraçı sifarişlər bürosuna və növbəti (tsıkl üzrə) icraçıya ötürür.  

Tək-tək  istehsalda  təqvim-plan  hesablamaları  özünə  aşağıdakıları 

daxil edir: 

a)  məmulatların  hazırlanmasının  (sifarişlərin  yerinə  yetirilməsinin) 

istehsal  dövrünün  (tsiklinin)  uzunluğunun  hesablanması  və  ayrı-ayrı  sifa-

rişlər üzrə dövri qrafiklərin qurulması; 

b) sexlərin işində təqvim qabaqlamalarının müəyyən edilməsi; 

c) istehsala qəbul olunmuş sifarişlərin  yerinə  yetirilməsinin toplu (qarı-

ş

ıq) təqvim qrafikinin tərtib edilməsi və sexlərin işində təqvim qabaqlama-



larının dəqiqləşdirilməsi;  

ç)  istehsal  meydançaları  və  avadanlıqlarının  yüklənməsinin  yoxlama 

məqsədilə  hesablanması  (həcm-təqvim  hesablamaları)  və  yükləmənin  ayrı-

ayrı  plan  dövrləri  ilə  tarazlaşdırılması  üçün  toplu  qrafikin  təshih  (kor-

reksiya) edilməsi.  

 


Бизнесин тяшкили вя идаря едилмяси 

264 


İş

lərin adı 

İ

craçılar 



Sifarişlə

bürosu 

OQK  OQT  OMPO  PO  PEO 

1. Sifarişin sifarişlər portfeli 

jurnalında qeydiyyatı, sorğu 

vərəqəsinin (SV) 

rəsmiləşdirilməsi  

2. İstehsalın konstruktor 

hazırlığı göstəricilərinin 

(həcm, müddət, xərclər) 

hesablanması 

3. İstehsalın texnoloji 

hazırlığı göstəricilərinin 

hesablanması 

4. Material resursları 

sərfinin normalaşdırılması 

5. İstehsal mərhələləri üzrə 

ə

məyin normalaşdırılması 



6. Resurslarla təchizat 

planının işlənib 

hazırlanması 

7. İstehsal mərhələləri üzrə 

sifarişin yerinə yetirilmə 

müddətlərinin müəyyən 

edilməsi 

8. Xərclərin kalkulyasiya 

edilməsi və qiymətin 

hesablanması 

9. Mənfəətin hesablanması 

10. Sifariş xəritəsinin və 

razılaşma layihəsinin 

doldurulması 

11. Razılaşmanın 

uzlaşdırılması və 

təsdiqlənməsi, onun 

jurnalda qeydiyyatı

 

 

 



 

Şə

kil 17.3. Maşınqayırma zavodunda sifarişin  



rəsmiləşdirilməsi ardıcıllığı 

 

 



Məmulatın hazırlanması və ya sifarişin yerinə yetirilməsi üzrə istehsal 

tsiklinin  (dövrünün)  uzunluğunun  hesablanması  tək-tək  istehsalda  başlıca 

təqvim-plan  hesablamasıdır.  Bu  uzunluq  aşağıdakı  düsturla  müəyyən  edilə 

bilər: 


Sifarişlər 

portfeli 

Sifarişlər 

xəritəsi 

Razılaşma  

S



S



S



S



S



S



S



S



Бизнесин тяшкили вя идаря едилмяси 

265 


+

+



=

m

c

mp

k

n

t

sq

t

m

csq

t

n

T

1

 



 

harada  ki, 



n

T

–  məmulatın  hazırlanması  və  ya  sifarişin  yerinə  yetiril-

məsi üzrə istehsal tsiklinin, iş günlərinin uzunluğu; n – partiyadaki detalların 

sayı;  m  –  texnoloji  prosesin  əməliyyatlarının  sayı; 



k

t

–  əməliyyat  üzrə  tam 

vaxt norması; c – paralel olaraq əməliyyatların yerinə yetirilməsi ilə məşğul 

olan  iş  yerlərinin  sayı;  s  –  sutkada  iş  növbələrinin  sayı;  q  –  iş  növbəsinin 

uzunluğu; 

mp

t

–  əməliyyatlararası  vaxt,  saat; 



c

t

–  təbii  proseslərin  (qurutma, 

səthi  aşqar  vurma,  termoemaldan  sonra  soyutma  və  s.)  davamiyyət 

müddətidir.  

Məmulatın  hazırlanması  və  ya  sifarişin  yerinə  yetirilməsi  tsiklo-

qramının forması şəkil 17.4-də təsvir edilmişdir.  

 

Məmulatı


n şifrəsi 

Məmulatı


n (işin, 

xidmətin) 

adı 

Sayı 


Məmulatın istehsalının dövri qrafiki 

Ay, il 


Ay, il 

Tarix 


Tarix 

 

 



 

 

 



İ

zahı: 


 

Şə

kil 17.4. Məmulatın hazırlanması və ya sifarişin  



yerinə yetirilməsi tsıkloqramı 

-   Hazırlama və ya hazırlıq əməliyyatları; 

-   İstehsallararası fasilələr; 

-   Texnoloji emal; 

-   Yekun əməliyyatlar (yığma, qablaşdırma, rəsmiləşdirmə və s.) 


Бизнесин тяшкили вя идаря едилмяси 

266 


Hər  bir  sifariş  üzrə  hər  bir  növ  avadanlıq  və  işçinin  yüklənməsini 

müəyyən  etmək  üçün  iş  (emal)  növləri  üzrə  əməliyyatların  əmək  tutum-

luluğu cəmlənir.  

Seriyalı istehsalda OTP-nın əsasları. Seriyalı istehsalda hazırlanan mə-

mulatların və ya göstərilən xidmətlərin nomenklaturu az və ya çox dərəcədə 

stabil  və  müntəzəm  olaraq  buraxılış  proqramında  təkrarlanır.  Sexlərdə 

yerinə  yetirilən detal əməliyyatların sayı verilmiş məmulatın istehsalı üçün 

tələb olunan iş yerlərinin sayını əhəmiyyətli dərəcədə üstələyir, bu da detal-

ların  (yığma  vahidlərinin)  iş  yerlərindən  başqa  eyni  iş  yerlərində  istehsal 

olunan  detallarla  (yöğma  vahidlərilə)  növbələşmə  qaydasında  partiyalarla 

istehsalının zəruriliyini müəyyən edir.  

Belə şəraitdə OTP-nin ən mühüm vəzifəsi istehsal tapşırığına (biznes-

plana)  müvafiq  olaraq  məmulatın  istehsalının  dövriliyinin  təşkil  və  təmin 

edilməsindən ibarətdir. Bununla əlaqədar OTP-da seriyalı istehsalda aparıcı 

yer  məmulat  buraxılışı  partiyasının,  detallar  partiyasının  ölçüsünün  və  on-

ların emala buraxılışının dövriliyinin müəyyən edilməsinə məxsusdur. Detal 

buraxılışı partiyasının ölçüsünə istinad edərək avadanlıqların işinin partiya-

ların  emala  buraxılması  müddətlərini,  habelə  onların  texnoloji  prosesin 

ə

məliyyatları  boyu  keçmələrinin  növbəliliyi  və  müddətlərini  reqlament-



ləşdirən təqvim-qrafik işi qurulur. Qrafiklər detallaşma və dayanıqlılıq dərə-

cəsinə  görə  fərqlənirlər.  İstehsal  proqramının  stabilliyi,  buraxılış  proq-

ramında  məmulatların  təkrar  olunmaları,  mənimsənilmiş  texnoloji  proses 

seriyalı  istehsal  şəraitində  təqvim-plan  hesablamalarına  normativ  xarakter 

verməyə imkan yaradırlar.  

Seriyalı  istehsal  buraxılış  (proqram)  miqyası,  məmulatların  təkrar-

lanmasının  müntəzəmlik  dərəcəsi  və  başqa  amillərlə  müəyyən  olunan  bir 

neçə  növ  müxtəlifliyinə  malikdir.  Detal  əməliyyatların  təkrarlanması  az 

olduqda  istehsal  tək-tək  istehsala,  yüksək  təkrarlanma  olduqda  isə  kütləvi 

istehsala  yaxın  olacaqdır.  Seriyalılıq  səviyyəsinin  artırılmasına  detalların, 

yığma  vahidlərinin,  məmulatların,  texnoloji  proseslərin  və  avadanlıqların 

unifikasiyası yolu ilə nail olunur. Unifikasiya, öz növbəsində, ixtisaslaşmanı 

dərinləşdirməyə imkan verir. 

Seriyalı istehsalda  təqvim-plan normativlərinin hesablanması    özünə 

aşağıdakıları daxil edir: 

a)  məmulatların istehsal partiyalarının ölçüsünün müəyyənləşdirilməsi; 

b)  detal partiyalarının normativ ölçüsünün və onların istehsalı dövriliyi-

nin müəyyən edilməsi; 

c)  detallar partiyasının emalının istehsal dövrünün davamiyyət müddə-

tinin və təqvim-plan qabaqlamalarının müəyyən edilməsi; 

d)  istehsal sahələrinin işinin təqvim-plan qrafiklərinin qurulması; 

e)  artıq məhsulların hesablanması.  



Бизнесин тяшкили вя идаря едилмяси 

267 


İ

stehsalın təşkilində partiya adı altında eyni vaxta yığıma ötürülən və 

ya buraxılan hazır məmulatların sayı başa düşülür. Nisbətən az əməktutumlu 

sahədə  ayrı-ayrı  məmulatların  buraxılış  həcmi  az  olduqda,  yəni  bir  neçə 

ə

dəd  olduqda,  məmulatlar  partiyasının  ölçüsü  illik  tapşırığa  bərabər  götü-



rülür.  Əgər  zavodun  illik  proqramı  üzrə  buraxılış  üçün  planlaşdırılan  ey-

niadlı məmulatların kəmiyyəti kifayət qədər çoxdursa, onda onların istehsa-

lını il ərzində müxtəlif rüb və aylara uyğunlaşdıraraq bir neçə partiyaya böl-

mək  lazımdır.  Bu  zaman  partiyanın  iqtisadi  cəhətdən  məqsəduyğun  ölçü-

sünün müəyyən edilməsi məsələsi ortaya çıxır. O, mahiyyət etibarilə, hər bir 

məmulat növünün illik istehsal həcminin aylar üzrə bölüşdürülməsi ilə üst-

üstə  düşür,  avadanlıqlar  fondunun  bərabər  şəkildə  yüklənməsi  və  əmək 

resurslarından rasional şəkildə istifadə edilməsi məqsədilə müxtəlif məmu-

latlar  üzrə  aylıq  tapşırıqların  optimal  uyğunluğunun  tapılmasını  nəzərdə 

tutur.  


Seriyalı  istehsal  şəraitində  məmulatlar  partiyasının  iqtisadi  cəhətdən 

məqsəduyğun ölçüsünün müəyyən edilməsi özündə mürəkkəb kompleks və-

zifəni  əks  etdirir.  Onun  həlli  zamanı  aşağıdakı  xüsusiyyətlər  nəzərə 

alınmalıdır: 

- mümkün olduqca eyni vaxta hazırlanan məmulatların nomenklaturunu 

ixtisar  etmək  və  bununla  da  istehsalda  həddən  çox  yenidən  sazlamaları 

azaltmaq, eyni vaxtda emal prosesində olan detalların rəngarəngliyini ixtisar 

etmək lazımdır; 

-  məcmu  halda  avadanlıq  və  heyətin  tam  və  dəst  halında  yüklənməsini 

təmin  edərək,  əməktutumluluğu  strukturu  üzrə  bir-birilərini  tamamlayan 

məhsul növlərinin paralel hazırlanmasını nəzərdə tutmaq lazımdır; 

- planlaşdırılan buraxılış həcmi (aylar üzrə iş günləri sayının nəzərə alın-

ması ilə) əmək məhsuldarlığı dinamikasının artmasını əks etdirərək tədricən 

böyüməlidir; 

-  müxtəlif  rüb  və  aylarda  müxtəlif  məmulatların  buraxılışı  üzrə  tapşı-

rıqların  bölüşdürülməsi  zamanı  buraxılışın  plan  müddətlərini,  habelə  yeni 

məhsul növlərinin istehsalına hazırlıq vaxtını nəzərə almaq lazımdır; 

- müxtəlif adlı məmulatların aylıq tapşırıqlarda əlaqələndirilməsi müm-

kün  olduqca  dayanıqlı  xarakterə  malik  olmalı  və  az  sayda  varianta  gətiril-

məlidir,  çünki  bu,  istehsalın  ritmik  işləməsinə  gətirib  çıxarır  və  OTP-nı 

ə

həmiyyətli dərəcədə asanlaşdırır; 



- məmulatlar partiyasının ölçüsü bir neçə iş günü ərzində işəmuzd işçi-

lərin  fasiləsiz  işinin  təmin  edilməsi  üçün  kifayət  etməlidir,  bu  da  əmək 

məhsuldarlığının yüksəlməsinə imkan yaradır. 

Təcrübədə müəssisələrdə bu məsələ, avadanlıqlardan istifadə edilməsi 

nöqteyi-nəzərindən və başqa fikirlərdən çıxış edərək nəzərdə tutulan təqvim-

plan istehsalı variantının əlverişliliyi və  ya qeyri-əlverişliliyini göstərən bir 



Бизнесин тяшкили вя идаря едилмяси 

268 


sıra  yoxlayıcı  hesablamaların  aparılması  empirik  seçmə  metodu  ilə  həll 

edilir.  

Detalların  seriyalı  istehsalında  sahələrin  işinin  təqvim-plan  qrafiklə-

rinin  qurulması  müxtəlif  istehsal  sahələrinin  işini  xarakterizə  edən  şərait-

lərdən asılı olaraq müxtəlif metodlarla həyata keçirilir, bu zaman aşağıdakı  

parametrlərə istinad edilir: 

- orta hesabla bir dəzgaha düşən detal əməliyyatların sayı; 

-  hazırlanan  məmulatlar  nomenklaturunun  dayanıqlılıq  dərəcəsi  və  on-

ların  işlənməsinin  dövriliyi,  bu  da  ilk  növbədə  yığma  proseslərinin  təşkili 

xarakteri  ilə  müəyyən  olunur  (məmulatların  fasiləsiz  yığımı  və  buraxılışı, 

məmulatların  ciddi  şəkildə  dövri  yığımı  və  buraxılışı,  məmulatlar  partiya-

sının qeyri-müntəzəm dövriliklə təkrarlanan buraxılşı).  

Bu  şərtlərə  uyğun  olaraq  istehsal  sahələrinin  işinin  aşağıdakı  təqvim-

plan qrafikləri fərqləndirilir: 

1)  dəyişən-axın    xətləri  işinin  detalların    emala  dövri  olaraq  buraxıl-

masını  reqlamentləşdirən  və  buna  müvafiq  olaraq  xətlərin  bir  obyektdən 

digərinə sazlanması müddətlərini müəyyən edən plan-qrafikləri; 

2) bir iş yerində yerinə yetirilən detal əməliyyatların sayı az olduqda (5-

6  detal  əməliyyat)  məmulatların  fasiləsiz  yığılması  üçün  detalları  partiya-

larla emal edən istehsal sahələri üçün əməliyyatlar üzrə standart plan-qrafik; 

3) fasiləsiz və ya hazır məmulatların ciddi dövri yığılması üzrə və hər bir 

iş  yerinə altıdan çox detal əməliyyatın təhkim edilməsi şərtilə dövri olaraq 

təkrarlanan detallar partiyasının standart buraxılış plan-qrafiki; 

4)  məmulatların  ciddi  dövri  buraxılışının  yer  almadığı  seriyalı  istehsal 

üzrə detalların yığıma ötürülməsinin və onların ilk əməliyyata buraxılışının 

təqvim plan-qrafikidir.  

İ

stehsal  sahələrinin  işinin  plan-qrafiklərinin  qurulmasının  əsasında 



aşağıdakılar durmalıdır: 

- yerinə yetirilən əməliyyatların, tətbiq olunan avadanlıqların və bir deta-

lın  emalı  üzrə  vaxt  normasının  göstərilməsilə  detalların  emalının  texnoloji 

marşrutu; 

- detal əməliyyatların avadanlıqlara təhkim edilməsi; 

- hər bir adda detal üzrə aylıq istehsal tapşırığının ölçüsü, partiya ölçü-

sünün notmativ qiyməti və onların emala buraxılmasının dövriliyi. 

 

17.6. İstehsalın təşkilati-texnoloji hazırlığı 

 

İ

stehsalın  təşkilati-texnoloji  hazırlığı  (İTTH)  məhsulun  həyat  dövrü 



mərhələsi  kimi  özünə  istehsalın  texnoloji  hazırlığını  (İTH)  və  istehsalın 

təşkilati  hazırlığını  (İTƏH)  daxil  edir.  İTTH-nın  məqsədi  yeni  məhsulun 

istehsalı  üçün  texnoloji  və  təşkilati  sənədlərin  hazırlanmasından  ibarətdir. 

İ

TTH-nın vəzifələri: 



Бизнесин тяшкили вя идаря едилмяси 

269 


-    yeni məhsulun texnolojiliyinin təhlili; 

-  müəssisənin  mövcud  texnologiyaları,  avadanlıqları  və  istehsal  güc-

lərinin təhlili; 

-  yeni  məhsulun  istehsalının  texnoloji  proseslərinin,  qeyri-standart  tex-

noloji avadanlıqların və ləvazimatların işlənib hazırlanması və istehsalı; 

- müxtəlif növ material-texniki resursa qarşı tələbatın normalaşdırılması; 

- yeni istehsal sahələrinin layihələşdirilməsi; 

-  material-texniki  resursların  malgöndərənləri  ilə  müqavilələrin  bağ-

lanması; 

- istehsal proseslərinin təşkili normativlərinin hesablanması; 

-  məhsulların  buraxılışının  operativ-təqvim  planlarının  işlənib  hazır-

lanması;  

- İTTH-nın operativ idarə edilməsi və s.  

Araşdırmalar  göstərir  ki,  İTTH  üzrə  işlərin  əməktutumluluğu  və 

onların  həyata  keçirilməsi  üzrə  xərclər  ETTKİ  (elmi-tədqiqat  təcrübə  kon-

struktor  işləri)  üzrə  xərcləri  əhəmiyyətli  dərəcədə  üstələyir.  Misal  üçün, 

ABŞ-da İTTH üzrə xərclər ETTKİ üzrə xərclərdən 11 dəfə yüksəkdir. Döv-

lət  idarəetmə  universitetində  aparılmış  tədqiqatlara  görə  bu  nisbət  4,6-dan 

(kiçikseriyalı istehsalda) 8-ə qədərdir (iriseriyalı istehsalda).  

Buraxılan məhsulun seriyalılığının artması ilə, iri seriyalı və  ya kütləvi 

istehsalda bu məhsulların iri miqyaslı mənimsənilməsini nəzərdə tuta bilən 

məqsədli elmi-texniki proqramlarının işlənib hazırlanmasına qarşı təlabat da 

artır. Və əksinə,  yeni məhsulun tək-tək və kiçik seriyalı istehsalı şəraitində 

belə  proqramlar  praktiki  olaraq  lazım  olmur.  Belə  istehsal  tipləri  üçün  rə-

qəmli proqram idarəetməsi ilə işləyən (RPİ) avadanlıqlar, emaledici mərkəz-

lər və çevik istehsal sistemləri (ÇİS) bazasında texnoloji proseslərin mexa-

nikləşdirilməsi və avtomatlaşdırılması problemi kifayət qədər aktualdır.  

Mövcud  elmi  biliklərin  həcmi  maşınqayırma  müəssisələri  üçün 

istehsalın mütərəqqi texnoloji metodlarının tətbiqini genişləndirməyə imkan 

verir. Maşınqayırma məhsullarının həcmində ənənəvi metodlarla çətin emal 

edilən  qeyri-metal  material-kompozitlərdən  hazırlanmış  məmulatların  sayı 

artır. Yeni materiallar yeni emal metodları tələb edir. Onlara hər şeydən əv-

vəl həm kompozit materialların, həm də almaz filerlərdə dəliklərin açılması, 

habelə  çətinəriyən  metalların  lehimlənməsi  və  əridilməsi  üçün  lazer  tex-

nikasının tətbiqini aid etmək olar.  

Texnoloji proseslərin elmtutumluluğu müasir elm və texnikaının başqa 

nailiyyətlərinin tətbiqi ilə də artır. Misal üçün, materialların plazma tozlan-

dırılması  müəyyən  sahələrdə  maşınların  etibarlılığı  və  möhkəmliyinin  artı-

rılması  üşün  yaxşılaşdırılmış  xüsusiyyətlərlə  monolit  məmulatlar  əldə  et-

məyə imkan verir. Bundan başqa, plazma axınının istiqamətlənmiş hərəkəti  

və  onun  elektromaqnit  sahəsinə  fokuslaşdırılması  yeni  mexaniki  xüsusiy-

yətlərə malik olan yüksək dərəcədə saf materiallar əldə etməyə imkan yara-



Бизнесин тяшкили вя идаря едилмяси 

270 


dır.  Perspektivdə  metalın  mexaniki  emalının  asanlaşdırılması  üçün  onun 

ultrasəs  sahələri  vasitəsilə  möhkəmləndirilməsi  imkanı  mövcuddur.  Bütün 

bu  yeni  texnoloji  proseslərdən  istənilən  istehsal  tipində  məhsulların  rəqa-

bətqabiliyyətliliyinin artırılması üçün istifadə oluna bilər.  

İ

riseriyalı və ya kütləvi istehsalın təşkili üçün geniş işlər kompleksinin 



planlaşdırılmasının  proqram-məqsədli  metodunu  tətbiq  etmək  lazımdır;  bu 

metodun  xüsusi  çəkisi  istehsal  həcminin  20%-ni  təşkil  edir.  Yerdə  qalan 

80% kiçik seriyalı və  ya orta seriyalı istehsal tiplərinə malik müəssisələrin 

payına  düşür.  Onlar  üçün  texnoloji  proseslərin  kompleks  mexanikləş-

dirilməsi  və  avtomatlaşdırılması  istehsalın  yenidən  silahlandırılmasının 

xüsusi olaraq işlənib hazırlanan proqramları üzrə həyata keçirilə bilər.  

İ

stehsalın texniki hazırlanması

 müəssisənin planlı qaydada təyin olun-

muş  (dövlət  standartları  və  texniki  şərtlərə  müvafiq  olaraq)  keyfiyyətdə 

məhsul  buraxılması  üzrə  texnoloji  hazırlığını  təmin  edən  qarşılıqlı  əlaqəli 

elmi-texniki  proseslər  məcmusudur.  Sənaye  məhsulunun  sertifikatlaşdırıl-

ması  ilə  əlaqədar  olaraq  onun  keyfiyyətinə  qarşı  tələblər  əhəmiyyətli  də-

rəcədə artır.  

İ

stehsalın  texniki  hazırlığının  vahid  sistemi  (İTHVS)  –  dövlət  stan-



dartları  ilə  təyin  olunmuş  istehsalın  texniki  hazırlığının,  elm  və  texnikanın 

nailiyyətləri əsasında fasiləsiz olaraq təkmilləşdirilən, müxtəlif səviyyələrdə 

İ

TH-ın inkişafını idarə edən təşkili və idarə edilməsi sistemidir.  



İ

THVS-nin əsas məqsədi istənilən istehsal tipinin verilmiş keyfiyyətdə, 

optimal  müddətdə  və  optimal  resurs  sərfi  ilə  məhsullar  buraxmağa  tam 

hazırlığına  nail  olmaq  üçün  zəruri  şəraitin  təmin  edilməsindən  ibarətdir. 

İ

THVS  sistemi  aşağıdakıları  təmin  edir:  hər  bir  müəssisə  və  təşkilat  üçün 



elm, texnika və istehsalın qabaqcıl nailiyyətlərinə uyğun İTH metod və vasi-

tələrinin  seçilməsi  və  tətbiqinə  sistemli  yanaşmanın  təşkili;  istehsalın  fasi-

ləsiz  təkmilləşməyə,  daha  mükəmməl  texnikanın  buraxılışına  yüksək  də-

rəcədə  hazırlığı;  mühəndis-texniki  işləri  kompleksinin  mexanikləşdirilmiş 

və avtomatlaşdırılmış şəkildə yerinə yetirilməsinin rasional təşkilini, o cüm-

lədən  istehsal  obyektləri  və  vasitələrinin  avtomatlaşdırılmasını,  texnoloji 

proseslərin  işlənib  hazırlanması  və  İTH-ın  idarə  edilməsi;  İTH-ın  başqa 

ASU və altsistemlərlə qarşılıqlı əlaqəsi; İTH-ın yüksək dərəcəli effektivliyi.  

İ

THVS-nin strukturu iki amilin məcmusu ilə müəyyən olunur: İTH-ın 



funksional tərkibi və onun məsələlərinin həlli səviyyəsi. İTH məsələləri bü-

tün səviyyələrdə həll olunur və aşağıdakı dörd funksiya üzrə qruplaşdırılır: 

məmulatların  konstruksiyasının  texnolojiliyinin  təmin  edilməsi;  texnoloji 

proseslərin  işlənib  hazırlanması;  texnoloji  təchizat  vasitələrinin  layihələş-

dirilməsi  və  hazırlanması;  İTH-ın  təşkili  və  idarə  edilməsi.  İTHVS-nin 

ə

sasını aşağıdakılar təşkil edir: 



- İTH dövrünün sistem-struktur təhlili; 

Бизнесин тяшкили вя идаря едилмяси 

271 


-  məhsulların  istehsalı  və  nəzarət  üzrə  texnoloji  proseslərin  tipləşdi-

rilməsi və standartlaşdırılması; 

- texnoloji avadanlıq və alətlərin standartlaşdırılması; 

- standart elementlərdən (bloklardan) avadanlıqların aqreqatlaşdırılması. 

İ

THVS-nin mərhələləri: 



1) müəssisə və sahədə mövcud olan İTH sistemlərinin təhlili; 

2) İTH texniki layihəsinin işlənib hazırlanması; 

3) işçi İTH layihəsinin işlənib hazırlanması (informasiya texnologiyaları, 

texniki-iqtisadi  informasiyanın,  texnoloji  proseslərin  klassifikatorları,  ixti-

saslaşmış  iş  yerləri  və  sahələrinin,  qrupşəkilli  emal  metodlarının,  təşkilati 

sənəd və vəzifə təlimatlarının təşkili üzrə sənədləri və s.). 

Texnoloji  proseslərin  effektivliyinin  təhlili  zamanı  texnologiya  kom-

ponentlərinin  unifikasiya  səviyyəsinə  diqqət  ayırmaq  lazımdır.  İTHVS 

sistemi nümunəvi və standart texnoloji proseslərdən istifadə edilməsi səviy-

yəsini 14%-dən 60%-ə qədər, standart yenidən sazlanan avadanlıqları 20%-

dən  80%-ə  qədər,  aqreqat  yenidən  sazlanan  avadanlıqları  1%-dən  10%-ə 

qədər, istehsal proseslərinin və mühəndis-texniki işlərin avtomatlaşdırılması 

vasitələrini isə 5%-dən 15%-ə qədər  artırır.  Bu  sistem  aşağıdakılara  imkan 

vermişdir:  konstruktorların,  texnoloqların,  istehsal  təşkilatçılarının,  texni-

kanın,  texnologiyanın  və  təşkiletmənin  əsas  məsələlərinin  həlli  üzərində 

cəmləşdirməyə;  istehsal  proseslərinin  yeni  nəsil  texnikanın  buraxılışı  üçün 

yenidən sazlanması üzrə çevikliyini artırmağa; İTH dövrünü ixtisar etməyə 

və  onun  həyata  keçirilməsi  üzrə  xərcləri  1,5-2  dəfə  azaltmağa;  icraçıların 

ə

məyinin  məhsuldarlığını  kiçik  seriyalı  istehsalda  30-35%,  iri  seriyalı  və 



kütləvi  istehsalda  isə  10-15%  artırmağa;  istehsalın  texniki  səviyyəsini  və 

istehsal olunan məhsulların keyfiyyətini artırmağa.  

  

 


Бизнесин тяшкили вя идаря едилмяси 

272 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin