AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə15/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   11   12   13   14   15   16   17   18   ...   50
4 biznes


X FƏSİL. KOMMERSİYA FƏALİYYƏTİNİ

 TƏŞKİLİ 

 

10.1. Kommersiya fəaliyyətinin mahiyyəti, 



prinsipləri və funksiyaları 

 

Bazar iqtisadiyyatının effektiv fəaliyyət göstərməsi və dayanaqlı inki-

ş

afı ayrı-ayrı istehsallar, sahibkarlar, şirkətlər və firmalar arasında qarşılıqlı 



ə

laqələrin  forması  kimi  kommersiya  əməliyyatlarının  yerinə  yetirilməsi 

səviyyəsindən  daha  çox  asılıdır.  Kommersiya  işinin  iqtisadi  cəhətdən  düz-

gün, savadlı təşkili bazar iqtisadiyyatının dayanaqlı inkişafının əsasını təşkil 

edir. 

Müasir  şəraitdə  müəssisələrdə,  sənaye  firmalarında,  ticarət-vasitəçilik 



təşkilatlarında kommersiya fəaliyyətinin təşkili prosesində, yəni kontragent-

lərlə  kommersiya  əlaqələrinin  qurulmasında,  material  resurslarının  tədarü-

kündə  və  məhsulun  təchizatında  mürəkkəb  problemlər  yaranır.  Sahibkarlıq 

fəaliyyətinin mühüm sahəsi olan kommersiya biznesi keçid dövründə sürətlə 

inkişaf  etməyə  başlamışdır.  Hazırda  kommersiya  əməliyyatları  ilə  sənaye 

müəssisələri,  təchizat  və  ticarət  firmaları,  şirkətlər  və  digər  təşkilatlar 

məşğul olurlar.  

Kommersiya  ticarət  sahibkarlığının  bir  növüdür.  Kommersiya  latın 

mənşəli söz olub ticarət deməkdir. Lakin nəzərə almaq lazımdır ki, «ticarət» 

termini  iki  mənada  işlədilir:  bir  halda  o  xalq  təsərrüfatının  sərbəst  sahəsi, 

digər  halda  isə  əmtəənin  alqı-satqı  aktlarının  həyata  keçirilməsi  prosesi 

deməkdir.  Kommersiya  fəaliyyəti  -  mənfəət  alınması  məqsədilə  alqı-satqı 

aktlarının  həyata  keçirilməsi  üzrə  ticarət  prosesləri  ilə  əlaqədardır.  Daha 

geniş mənada kommersiya dedikdə mənfəət alınmasına yönəldilən hər hansı 

fəaliyyət başa düşülür. 

Kommersiya  sferasında  baş  verən  proseslər  və  əməliyyatlar  iki  növ 

olur: xalis ticarət; istehsal. 

Xalis  ticarət  –  mənfəət  almaq  məqsədilə  və  dəyər  formasını  dəyiş-

məklə  əlaqədar  alqı-satqı  aktlarının  həyata  keçirilməsinə  yönəldilən  pro-

seslərdir.    Ticarət  əməliyyatları  –  satıcılar  və  alıcılar  arasında  kommersiya 

ə

laqələrinin  təşkili,  təchizat  reklamı,  əmtəədə  alıcılıq  tələbatının  öyrənil-



məsi, alıcılara servis xidməti və s. ibarətdir. 

Kommersiyada  baş  verən  istehsal  prosesləri  əmtəə  mübadiləsi  sfera-

sında  istehsalın  davam  etdirilməsidir.  Bu  əmtəənin  istehsalçıdan  istehlak-

çıya  və  alıcıya  çatdırılması,  saxlama,  əmtəə  ehtiyatlarının  idarə  edilməsi, 

bükülmə, qablaşdırma, sortlara ayrılma və s. ibarətdir. 

Qeyd  etmək  lazımdır  ki,  kommersiya  təkcə  əmtəə  mübadiləsi  sfe-

rasında deyil, bazar münasibətləri şəraitində əmtəə və xidmətdən başqa həm 


Бизнесин тяшкили вя идаря едилмяси 

134 


pul, yeni texnologiya, intellektual əməyin məhsulu və digər real dəyərlər də 

satır. 


Kommersiya fəaliyyəti sahibkarlığın tərkib hissəsidir. 

Beləliklə,  kommersiya  –  alıcı  tələbinin  ödənilməsi  və  mənfəət  alın-

ması məqsədilə əmtəənin alqı-satqısının aparılmasına yönəldilən proseslərin 

və əməliyyatların məcmusudur. 

Sənaye müəssisələrində kommersiya fəaliyyəti maddi-texniki təminata 

və təchizata bölünür.  

Maddi-texniki  təminatın  kommersiya  fəaliyyəti  müəssisələrdə  aşa-

ğ

ıdakı mərhələlər üzrə həyata keçirilir: 



  Xammal  və  material  bazarının  tədqiqi  və  malgöndərənlərlə  kom-

mersiya əlaqələrinin təşkili; 

  Maddi resursların alınması planının tərtib edilməsi; 



  Material resurslarının alınmasının təşkili; 

  Alınmış  resurslara  görə  malgöndərənlərlə  hesablaşmanın  aparıl-



ması; 

  Tədarük sferasının dəyər təhlili. 



Təchizat kommersiya fəaliyyəti müəssisənin kommersiya fəaliyyətinin 

mühüm  aspektidir.  Təchizat  –  əmtəənin  pula  çevrilməsi  və  istehlakçıların 

tələbatının ödənilməsi məqsədilə istehsal olunan məhsulun realizasiyası pro-

sesidir.  Yalnız  istehsal  etdiyi  məhsulu  satıb  mənfəət  almaqla  müəssisə  son 

məqsədinə çatır, sərf olunan kapital pul forması alır. 

Bazar iqtisadiyyatlı ölkələrdə sənaye firmalarının öz üzərlərinə götür-

dükləri  təchizatla  kommersiya  əməliyyatlarının  payı  daim  artır.  Sənaye 

firmaları özlərində yaxşı rəqabət mübarizəsində böyük üstünlüyə malik olan 

təchizat aparatı saxlayır.  

Bir çox firmaların öz təchizat kanalları olur, firma mağazaları təşkil edirlər. 

Sənaye müəssisələrində təchizat kommersiya fəaliyyəti çox cəhətlidir. 

Belə  ki,  o,  məhsulun  çeşidi  və  təchizatının  planlaşdırılmasından  başlayır, 

alqı-satqı kontraktlarının bağlanması ilə tamamlanır. 

Müəssisədə  hazırlanan  məhsulun  təchizatı  bazarın  tədqiqini,  bazarın 

seqmentləşdirilməsini və məqsədli bazarın seçilməsini, əmtəə və kommuni-

kasiya  siyasətinin  işlənib  hazırlanmasını  nəzərdə  tutan  marketinq  tədqiqat-

larının aparılmasını tələb edir. 

 

 



 

 

 



 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

135 


10.2. Kommersiya fəaliyyətinin təşkili  

prinsipləri və funksiyaları 

 

Kommersiya  fəaliyyətinin  səmərəli  təşkili  üçün  aşağıdakı  əsas 

prinsipləri nəzərə almaq lazımdır: 

- kommersiyanın marketinqlə ayrılmaz əlaqəsi; 

- kommersiyanın çevikliyi, onun bazarın daim dəyişən tələbinin 

nəzərə alınmasına yönəlməsi; 

- kommersiya riskini əvvəlcədən görməyi bacarmaq; 

- prioritetlərin ayrılması; 

- şəxsi təşəbbüsün baş verməsi; 

- alqı-satqı  sövdələşməsi  üzrə  öhdəliklərin  yerinə  yetirilməsinə 

görə yüksək məsuliyyət; 

- son nəticəyə – mənfəətə nail olmağa yönəlmə. 

Kommersiya  riskini  əvvəlcədən  görməyi  bacarmaq  ticarət  sfe-

rasında  sahibkar  üçün  ən  mühüm  prinsip  sayılır.  Risk  –  nəticənin 

qeyri-müəyyənlik dərəcəsidir. 

Kommersiya  riski  –  kommersiya  işində  mümkün  ola  bilən  zə-

rərdir. Kommersiya riski inflyasiya nəticəsində, firmanın maliyyə və-

ziyyətinin  pisləşməsi  ilə,  həmçinin  riskli  sövdələşmələr  bağlamaq 

üzündən,  müqavilə  öhdəliklərinin  yerinə  yetirilməsi,  rəqiblərin  hərə-

kəti, daşınma zamanı yüklərin korlanması, təbii fəlakət nəticəsində baş 

verə  bilər.  Sosial-psixoloji  vəziyyətin  qeyri-sabitliyi  səbəbindən  də 

kommersiya  riski  yarana  bilər.  Kommersiya  fəaliyyətində  prioritet 

istiqamətlərin  müəyyən  edilməsi  kommersiya  fəaliyyətinin  bütün 

detallarını daim öyrənməyi və bilməyi nəzərdə tutur.  

Ticarət  sövdələşmələri  üzrə  qəbul  olunmuş  öhdəliklərin  yerinə 

yetirilməsinə  görə  yüksək  məsuliyyət  prinsipi  işgüzar  aləmdə  kom-

mersantın    nüfuzunu  artırır.  Bu  prinsipin  reallaşması  –  kommersiya 

fəaliyyətinin effektivliyinin rəhnidir. 

İ

stehsalla məşğul olan sahibkar üçqat rol yerinə yetirir: 



1.  İstehsal amillərindən məhsuldar istifadə etmək; 

2.  Kommersiya rolu – satmaq və almaq; 

3.  Riskə görə məsuliyyət daşımaq. 

Sahibkarın həmin rollarına  aşağıdakı funksiyalar uyğundur: 

- məhsul istehsalı funksiyası; 

- kommersiya funksiyası; 

- riskə və istifadə olunan istehsal amillərinin mütənasibliyinə aid 

qərar qəbuluna görə məsuliyyət funksiyası. 

Bunlardan  əlavə  müəssisələrdə,  həmçinin  digər  funksiyalar: 

təhlükəsizliyin  təmin  edilməsi,  inzibati,  uçot,  nəzarət,  heyətin  idarə 

edilməsi, tədqiqat və s. mövcuddur. 


Бизнесин тяшкили вя идаря едилмяси 

136 


Ə

vvəldə  göstərildiyi  kimi,  kommersiya  fəaliyyətinin  əsas  məzmunu 

bilavasitə  ticarətlə  bağlıdır.  Müasir  dövrdə  dünya  iqtisadiyyatında,  o  cüm-

lədən  Azərbaycan  iqtisadiyyatında  ticarətin  əhəmiyyəti  və  rolu  nəzərəçar-

pacaq  dərəcədə  artır.  Ticarət  kapitalı  tarixən  çoxdan  əlahidləşib.  O,  demək 

olar ki, bütün sahələrdə fəaliyyət göstərir, dəyərlənir və mənfəətin bölgüsü 

üçün spesifik funksiyalar yerinə yetirir; ictimai məhsulun təkrar istehsalının 

(istehlak  müstəsna  olmaqla)  bütün  fazalarında  bilavasitə  iştirak  etməklə, 

onun fasiləsizliyini təmin edir. Məhz ticarət kapitalının dövranı nəticəsində 

həm  yeni  yaranmış  dəyərin,  həm  də  əmtəə  kapitalının  pul  kapitalına 

çevrilməsi  prosesi  həyata  keçirilir.  İnkaredilməz  bir  həqiqətdir  ki,  milli  və 

beynəlxalq  təcrübədə  artıq  ticarət  kapitalının  təmərküzləşməsi  güclənib,  iri 

inhisar  ticarət  sahəsinə  də  müdaxilə  edir,  nəhəng  ticarət  inhisar  birlikləri 

yaranır, yayılmaqda olan inhisar rəqabəti daha da genişlənərək istehsalın və 

ticarətin həmahəng inkişafını sürətləndirir. 

Beynəlxalq  iqtisadi  münasibətlərin  genişlənməsi  də  ticarətsiz  qeyri-

mümkündür.  Ümumiyyətlə,  milli,  regional  və  beynəlxalq  iqtisadi  müna-

sibətlərdə  elə  bir  məsələ  yoxdur  ki,  bu  ticarətsiz  həll  olunsun.  Bu  münasi-

bətlər beynəlxalq təcrübədə həm üfüqi, həm də  şaquli baxımdan çox geniş 

və  mühüm  mahiyyət  kəsb  edir.  Bunlardan  bir  neçəsini  göstərmək  olar: 

beynəlxalq iqtisadi əməkdaşlıq, beynəlxalq texnologiya ticarəti, beynəlxalq 

elmi-texniki  biliklərin  ticarəti,  beynəlxalq  lisenziyalar  (patentlər)  ticarəti, 

beynəlxalq  mühəndis-texniki  xidmətlər  (injinirinq)  ticarəti,  beynəlxalq 

qiymətli  kağızlar  ticarəti,  beynəlxalq  sərgilər,  birjalar,  hərraclar,  torqlar 

vasitəsilə ticarət və s. Bütün bunlarla çoxsaylı kontragentlər (dövlət orqan-

ları, onların nümayəndələri, ticarət mütəxəssisləri), BMT-nin alqı-satqı üzrə 

kontragentləri  sifətində  çıxış  edən  təşkilatlar  və  bir  çox  strukturlar  məşğul 

olurlar. Bütün bunlar eyniliklə milli ticarətə də şamildir. 

Ticarət  xalis  mübadilə  deyil.  O,  mürəkkəb  sövdələşmələrin  nəticəsi 

kimi  çıxış  edən  pullu  mübadilədir:  dəyərlərin  mübadiləsi;  xammalın, 

yarımfabrikatların  və  son  məhsulun  tərkib  hissələrini  təşkil  edən  və  eyni 

zamanda  məhsul  kimi  satılması  mümkün  olan  detalların  (maşın  və  mexa-

nizmin xırda və iri hissələri) mübadiləsi; son istehlakçı üçün hazır məhsulun 

(malın)  yenidən  mübadiləsi;  əmək  fəaliyyətinin  nəticəsi  olan  “gözəgörün-

məyən”  malların  (elmi-texniki  tədqiqatların  nəticələri,  texnika-texnologi-

yanın cizgiləri, lisenziya və patentlər, injinirinq, turizm və s. xidmətlər) və s. 

mübadiləsidir. Mübadilə ifadəsi isə bir şey verib əvəzində başqa şey almaq, 

dəyişmək  deməkdir.  O,  ərəb  mənşəli  söz  olduğu  kimi  “ticarət”  də  ərəb 

mənşəli ifadədir.  

Ticarətin iqtisadi-sosial mahiyyəti olduqca geniş, elmi-iqtisadi zümrə-

lərlə  bağlıdır.  Bunu  iqtisadi  təlim  tarixində  ilk  dəfə  1700-cü  ilin  başlan-

ğ

ıclarında  ingilis  iqtisadçısı  Riçard  Kantilyon  özünün  “Ticarətin  mahiy-



yətinə  dair  təcrübə”  əlyazmasında    şərh  etmişdir.  İlk  dəfə  məhz  o  göstər-

Бизнесин тяшкили вя идаря едилмяси 

137 


mişdir  ki,  mübadilə  (ticarət)  prosesində  təklif  və  tələbin  tərəddüd  etməsi 

təsiri altında nemətin (malın) qiyməti və onun həqiqi dəyərindən kənarlaşa 

bilər.  Mənfəətin  sahibkarlıq  gəlirindən  fərqli  olması,  valyutanın  devalva-

siyasının  ticarətə  təsirinin  təhlili,  tədavüldə  pulun  miqdarı  ilə  mal  kütləsi 

arasındakı asılılıq, pulun qeyri-bərabər bölüşdürülməsinin nəticəsi kimi yerli 

bazarlarda  qiymətlərin  tərəddüdü  və  ticarətlə  bağlı  bir  sıra  digər  məsələlər 

ilk  dəfə  R.Kantilyon  tərəfindən  baxılmışdır.  Təkrar  istehsal  və  ticarətin  bu 

prosesdə rolu da onun adı ilə bağlıdır.  

Müasir  dövrdə  tərəflər  arasında  ticarət  münasibətləri  ticarət-vasitəçi 

ə

məliyyatlar  əsasında  həyata  keçirilir.  Ticarət-vasitəçi  əməliyyatı  dedikdə, 



istehsalçı-ixracatçının  tapşırığı  ilə  ondan  (istehsalçıdan)  asılı  olmayan 

ticarət-vasitəçinin alqı-satqı ilə bağlı yerinə yetirəcəyi əməliyyatlar nəzərdə 

tutulur. İqtisadi mənada ticarət vasitəçiliyi kifayət qədər geniş anlayışdır. O, 

xeyli  xidmət  dairəsini  əhatə  edir.  Məsələn,  xarici  kontragentin  axtarılıb 

tapılması, razılaşmaların (sazişin) başa çatdırılması üçün hazırlıq, tərəflərin 

kreditləşdirilməsi  və  malın  ödənilməsinə  nəqliyyat-ekspeditor  əməliyyatla-

rının həyata keçirilməsi, nəqletmədə malların sığorta olunması, gömrükxana 

şə

rtlərinin yerinə yetirilməsi, malların xarici bazara çıxarılması üzrə reklam 



və sair tədbirlərin görülməsi, texniki xidmətlərin həyata keçirilməsi bu kimi 

tədbirlər  bu  qəbildəndir.  Bütün  bunlar  xüsusi  ticarət-vasitəçi  firmaların 

iştirakı  ilə  həyata  keçirilir.  Bu  firmalara,  istehsalçıdan  (satış,  ixracatçı  və 

sair  qız  firmaları,  habelə  sənaye  şirkətlərinin  firmaları  və  bu  kateqoriyalı 

digər  firmalar  aid  edilmir)  hüquqi  və  təsərrüfatı  cəhətdən  asılı  olmayan 

firmalar  aiddir.  Ticarət-vasitəçi  firmalar  tam  müstəqil  fəaliyyət  göstərirlər 

və  ticarət-vasitəçi  əməliyyatları  aparmaq  üçün  bütün  iqtisadi  göstəricilərə 

malikdirlər.  Onların  məqsədi  ya  ixracatçıdan  satın  aldığı  malın  qiymətilə 

idxalatçıya  satacağı  malın  qiyməti  arasındakı  fərqi,  ya  da  malları  xarici 

bazara çıxartdığı üçün alacağı mükafat formalarında mənfəət götürməkdir. 

Müasir şəraitdə beynəlxalq ticarət dövriyyəsinin yarıdan çoxu ticarət-

vasitəçilərin  payına  düşür.  Ticarət  vasitəçiliyi  ABŞ-ın,  İngiltərənin,  Skan-

dinav ölkələrinin, Yaponiyanın xarici ticarətində daha geniş istifadə olunur. 

Məsələn,  İsveçdə  və  İngiltərədə  xarici  ticarət  dövriyyəsinin  50%-ə  qədəri 

onların vasitəsilə həyata keçirilir. 

İ

stehsal-ixracatçı  ilə  ticarət-vasitəçi  arasındakı  qarşılıqlı  münasibət-



lərin xarakterindən, habelə ticarət-vasitəçinin yerinə yetirdiyi funksiyalardan 

asılı  olaraq  ticarət-vasitəçi  əməliyyatlarının  əsas  beş  növünü  qeyd  etmək   

olar.   Bunlar aşağıdakılardır: 

a)  satışın  təşkili  üzrə  əməliyyatlar.  Buraya,  kontragentlərin  axtarılıb 

seçilməsi,  satıcı-ixracatçı  adından  onlarla  sazişlər  bağlanılması,  malların 

dəyərinin  alıcı  tərəfindən  ödənilməsi  barədə  zəmanət  verilməsi,  reklam 

tədbirləri kompaniyasının keçirilməsi və bazarın tədqiqi; 


Бизнесин тяшкили вя идаря едилмяси 

138 


b)  nəqliyyat-ekspeditor əməliyyatları. Malların yüklənməsi və göndə-

rilməsi, habelə yüklərin sığortalanması bu əməliyyatlara aiddir; 



c)

  ticarəəməliyyatlarının maliyyələşdirilməsi; 

d)

  satışdan sonrakı texniki xidmətlər; 

e)

  bazar haqqında informasiyaların toplanılması və ötürülməsi. 

Ticarət-vasitəçi  qrumda  keyfiyyətli  dəyişiklik  gedir.  Bunlardan  ən 

vacibi  ticarət-vasitəçi  əməliyyatlarının  çox  hissəsinin  bir  neçə  iri  ticarət 

ş

irkətinin əlində cəmləşməsidir. Ticarət şirkətləri sözügedən əməliyyatların 



bütün  kompleksini,  yəni  öz  hesabına  alqı-satqı;  əməliyyatların  maliyyə-

ləşdirilməsi; sığortaetmə (özünün sığorta şirkətləri olur); nəqletmə (özünün 

donanması olur); texniki xidmətlər (ehtiyat hissələri anbarı olur); istehsal və 

emaletmə;  xarici  əməliyyatlar  (xaricdə  filialları  olur);  konkret  malların 

satışına yönəldilən diler firmalarının işini həyata keçirirlər. 

Ticarət-vasitəçi  qurumda  (həlqədə)  gedən  keyfiyyət  irəliləyişlərinin 

mühüm  xüsusiyyəti  həmin  fəaliyyətin  mövcud  istiqamətlərinin  müəyyən 

edilməsi  dairəsinin  genişlənməsi  və  ümumiyyətlə,  bu  fəaliyyətin  diversi-

fikasiyasıdır. Fəaliyyətin diversifikasiyası aşağıdakılar üzrə həyata keçirilir: 

a)  ayrı-ayrı mallar üzrə (malların nomenklaturu üzrə); 

b)  fəaliyyət  növləri  üzrə  (topdansatış,  pərakəndə  satış,  bağlama 

göndərmələri ticarəti üzrə); 

c)  yerinə yetiriləəməliyyatlar üzrə (ixracat, idxalat); 

d)  xidmətlər  üzrə  (ehtiyat  hissələri  təminatı,  texniki  mallar-maşın, 

avadanlıq ticarəti və satışdan sonra xidmət göstərmə); 

e)

  sazişlərin xarakteri və funksiyaları üzrə

Müasir  şəraitdə  ticarət-vasitəçi  firmaların  fəaliyyətlərinin  mühüm 

xüsusiyyətlərindən biri də agent firmaların satış bazarlarının bölüşdürülməsi 

yolu  ilə  onların  fəaliyyətini  əlaqələndirən  sənaye  inhisarına  və  bütün 

növlərdən olan ticarət-vasitəçilərinin maşın və avadanlıq istehsalçılarına aid 

edilməsidir. Məsələn, Yaponiyanın ticarət inhisarlarının spesifik xüsusiyyəti 

ondan ibarətdir ki, onlar özlərinin qüdrətlilik səviyyəsinə, mal tədavülündə 

hökmranlıq  dərəcəsinə,  fəaliyyət  xarakterinə  görə  adi  ticarət-vasitəçi  firma 

anlamı çərçivəsindən çox-çox kənara çıxırlar. Belə ki, əməliyyatların miqya-

sına  görə  bütün  dünya  şirkətləri  arasında  Yaponiya  ticarət  inhisarlarına 

bərabəri olanı yoxdur. Misal üçün, ABŞ-ın öncül ticarət korporasiyası olan 

“Sirs Robek”in mal dövriyyəsi Yaponiyanın “Misupisi sedzi” aparıcı korpo-

rasiyalarının dövriyyəsindən iki dəfə azdır. Yaponiyanın ən iri ticarət inhi-

sarının  payına  öz  ölkəsinin  topdansatış  dövriyyəsinin  25  faizi,  ixracat-id-

xalat dövriyyəsinin yarıdan çox hissəsi isə birinci altı şirkətin payına düşür. 

Xarici investisiyalarda Yaponiyanın ticarət inhisarları liderlik mövqeyində-

dirlər.  Bunun  da  başlıca  səbəbi  maliyyə  qruplarında  onların  vəziyyətinin 

fərqli xüsusiyyət təşkil etməsindədir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

139 


Yeri  gəlmişkən,  qeyd  etmək  lazımdır  ki,  ticarət  şirkətlərinin  onların 

fəaliyyətini maliyyələşdirən xüsusi və dövlət bankları ilə sıx əlaqələri vardır. 

В

u  banklar,  eyni  zamanda  ticarət  şirkətlərinə  müxtəlif  xidmətlər  də  gös-



tərirlər. 

Müasir  şəraitdə  pərakəndə  satış  ticarəti,  o  cümlədən  onun  yeni  for-

maları – supermarketlər vasitəsilə universal ticarət və univermaqlar, pasılka 

ticarəti,  səyyar  ticarəti,  ticarət  avtomatları  inkişaf    etməkdədir.  XX  əsrin 

səksəninci  illərində  inkişaf  etmiş  ölkələrdə  pərakəndə  satış  ticarət-firma 

strukturu əhəmiyyətli dəyişikliyə məruz qaldı. Belə ki, iri transmilli korpo-

rasiyalar,  kooperativ  və  digər  topdan-pərakəndə  satış  birlikləri  yaranmağa 

başladı.  Korporasiyalar  həm  topdansatış  firmalar,  həm  də  bilavasitə  isteh-

salçılar  vasitəsilə  satınalma  fəaliyyətlərinin  mərkəzləşdirilməsini  həyata 

keçirirlər. 

Pərakəndə satış korporasiyaları alıcıların daha çox cəlb edilməsi üçün 

yeni  üsullar  axtarır,  sorğular  keçirir,  alıcıların  anketləşdirilməsi  yolu  ilə 

daimi əlaqələr qurur,  alıcılıq tələbini  öyrənir  və  onun  formalaşmasına  təsir 

göstərirlər.  Bundan  əlavə  onlar  müşayiət  xidmətləri,  o  cümlədən  malın  

evlərə  gətirilməsi,  taradan  çıxarılması,  quraşdırılması  (mebel,  soyuducu  və 

s.)  onların  işə  salınması  və  s.  bu  kimi  xidmətlər  göstərir,  satışdan  sonrakı 

xidmət  və  təmiretmə  işlərini  həyata  keçirirlər.  Bu  qəbildən  olan  pərakəndə 

satış  nəhənglərindən  ABŞ-dakı  “Sirs”,  “Robek”i,  “Vul  vors”u, 

“Montqomeri  uorld”u,  İngiltərədəki  “Marks  end  Spenser”i,  “Saynsber”i, 

Hollandiyadakı “Brum end Dressmen”i, “Si end Ey”i və s. göstərmək olar. 

Müasir dövrdə kooperativ və digər topdan-pərakəndə satış birlikləri də fəa-

liyyət göstərirlər. Onlar bilavasitə istehsalçıdan topdansatış qiymətlə iri par-

tiyalarla  mallar  alır  və  özlərinin  standart  qiymətli  xüsusi  mağazaları 

vasitəsilə son istehlakçılara çatdırırlar. Belə mağazalar malları işləyib satışa 

hazırlayan  texniki  vasitələrlə  təchiz  edilir,  habelə  onların  rahat  giriş-çıxış 

yolları və avtodayanacaqları olur, burada mallar ixtisaslaşmış iri mağazalar 

və univermaqlarda olan 10-20% aşağı qiymətlə satılır. 

Müasir şəraitdə pasılka ticarəti də geniş yayılmışdır. Alıcılar firmanın 

kataloqu üzrə istədikləri malları seçir, onların dəyəri ödənilmiş sifarişli fir-

maya göndərir və poçt vasitəsilə malı qəbul edirlər. Pasılka ticarəti iri pəra-

kəndə  satış  korporasiyaları,  həm  də  ixtisaslaşmış  pasılka  ticarəti  firmaları 

tərəfindən həyata keçirilir. Bunlardan əlavə, iri pərakəndə satış firmaları və 

topdansatış  birliklərinin  geniş,  müstəqil,  kiçik  satıcılar  şəbəkəsi  də  olur. 

Həmin  iri  birliklərlə  xüsusi  kontraktlar  bağlamaq  əsasında  “Françayzinq” 

adlanan  bu  növ  ticarət  şəbəkəsi  onların  mal  nişanəsilə  mallar  satır  və  öz 

mağazalarının  lövhəsində  bunların  adından  istifadə  edirlər.  Kiçik  ticarətin 

xidmət  etdiyi  iri  şirkətə  satıcı  malın  dəyərinin  2-10  faizə  qədərini  verir. 

Bəzən bu növ ticarətçilər sonradan iri şirkətlərə də çevrilə bilərlər. Məsələn, 

belə  bir  iri  ticarətçi  şirkətlərdən  biri  olan  ABŞ-ın  “Makdonalds”  firması 


Бизнесин тяшкили вя идаря едилмяси 

140 


özünün  dövriyyəsini  son  dərəcə  yüksək  həddə  çatdıraraq  “Françayzinq” 

ə

saslarda İngiltərədə 165 qəlyanaltı və qəhvəxana açmışdır. 



Qeyd etmək lazımdır ki, şəxsi istehlak təyinatlı mallar istehsal edən iri 

sənaye  firmaları  ixtisaslaşmış  müstəqil  kiçik  və  orta  ticarətçilərlə  razılaş-

malar  əsasında  bu  cür  müqavilələrin  bağlanması  hallarını  da  təcrübədən 

keçirirlər. 

Sabit  uzunmüddətli  əlaqələr  şəraitində  sənaye  şirkətləri  ticarət  fir-

malarını  maliyyələşdirir,  onlara  ticarət  kreditləri  verir,  onların  yeni  ticarət 

müəssisələri,  o  cümlədən  supermarketlərin  tikilməsi  işlərində,  müasir  tex-

niki vasitələrlə və ticarət avadanlıqları ilə təchizatında iştirak edir, reklam və 

satışın  sövdələşməsi  tədbirləri  üzrə  məsrəflərin  çox  hissəsini  ödəyirlər. 

Digər  bir  xüsusiyyət  ondan  ibarətdir  ki,  çox  hallarda  uzunmüddətli  şəxsi 

istehlak təyinatlı mallar, o cümlədən soyuducular, paltaryuyan maşınlar, toz-

soranlar,  tele-radio  və  s.  mallar  istehsalçıları  aralıq  pərakəndə-topdansatış 

vasitələrdən  imtina  və  öz  nümayəndələri  vasitəsilə  öncədən  poçta  rek-

lamlarından istifadə edərək bilavasitə evlərdə əlaqələr yaradırlar. 

 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin