AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə11/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
4 biznes


 

 

 

 

 

 

 

 

 

 

 

Бизнесин тяшкили вя идаря едилмяси 

101 


VIII FƏSİL. MÜŞTƏRƏK BİZNES  

FƏALİYYƏTİNİN TƏŞKİLİ 

 

8.1. Müştərək biznesin sosial-iqtisadi mahiyyəti 

 

Müasir dünya iqtisadiyyatında təsərrüfat həyatının beynəlmiləlləşməsi 



ölkələr  arasında  yalnız  əmtəə  və  işçi  qüvvəsinin  deyil,  həm  də  kapitalın 

hərəkətini  gücləndirir.  Bu  da  investisiya  əməkdaşlığının  müxtəlif  forma-

larının inkişafına səbəb olur. Xarici investisiyanın cəlb edilməsinin səmərəli 

formalarından biri müştərək müəssisələrin yaradılmasıdır. 

Milli iqtisadiyyatın formalaşması və inkişafı beynəlxalq iqtisadi əmək-

daşlığın, onun mühüm forması olan müştərək sahibkarlığın genişləndirilmə-

sini  obyektiv  zəruriyyətə  çevirir.  Beynəlxalq  təsərrüfat  əlaqələrinin  forma-

laşmasında, dünya iqtisadiyyatına sıx inteqrasiya olunmasında müstəsna rol 

oynayan  müştərək  sahibkarlıq  fəaliyyəti  özbaşına  və  idarə  olunmaz  proses 

kimi  baş  vermir,  o  əslində  dövlətin  iqtisadi  siyasətinin  önəmli  istiqaməti 

kimi çıxış edir. 

Vahid  sistem  halında  formalaşan  dünya  iqtisadiyyatına  qovuşmaq  və 

onun  uğurlarından  bəhrələnmək  üçün  beynəlxalq  iqtisadi  əməkdaşlığın 

müxtəlif  formalarından  bacarıqla  istifadə  edilməlidir.  Açıq  iqtisadiyyat  şə-

raitində  müstəqil  Azərbaycan  dövlətinin  sosial-iqtisadi  inkişaf  strategiyası 

müəyyənləşdirilərkən  təbii  sərvətlərdən  daha  səmərəli  istifadə  olunmasını, 

bazar konyukturunun dəyişilməsini, xarici investisiyanın cəlb edilməsini və 

onun fəallığının artırılmasını nəzərə almaqla müştərək sahibkarlığın önəmli 

forması sayılan müştərək müəssisələrin yaradılmasına üstünlük verilməlidir. 

Müştərək müəssisənin mahiyyəti barədə lazımi təsəvvürə malik olmaq 

üçün,  hər  şeydən  öncə,  müştərək  müəssisə  anlayışı  açıqlamaq,  dərk  etmək 

lazım gəlir. Qərb ədəbiyyatlarında müştərək müəssisə beynəlxalq əməkdaş-

lığın çoxcəhətli formalara daxil olmaqla istehsal fəaliyyətinin təşkilinin xü-

susi hüquqi forması kimi səciyyələndirilir və aşağıdakı əlamətləri göstərilir: 

-  müştərək  müəssisə  iki  və  daha  çox  tərəflərin  aktivlərinin  qismən 

bölüşdürülməsi,  yaxud  tərəfdaşlardan  hər  birinin  kapital  qoyması  yolu  ilə 

yaradılır; 

- müştərək müəssisə istehsal, ticarət, maliyyə, elmi-tədqiqat fəaliyyəti 

ilə məşğul ola bilər; 

-  tərəfdaşlar arasında idarəetmə ilə bağlı məsuliyyət bölüşdürülür; 

-  kapital qoyuluşu uzunmüddətli olur; 

-  müştərək  sahibkarlıq  iştirakçıların  fəaliyyətinin  yalnız  bir  hissəsini 

ə

hatə edir; 



-  mənfəət və sahibkarlıq riski tərəfdaşlar arasında onlardan hər birinin 

kapital qoyuluşunda payına müvafiq  olaraq bölüşdürülür. 



Бизнесин тяшкили вя идаря едилмяси 

102 


Yeri  gəlmişkən,  qeyd  etməliyəm  ki,  müştərək  müəssisələrin  yaranma 

tarixi çox qədim olmasına baxmayaraq, indiyədək müştərək müəssisə məf-

humunun  konkret  tərifi  verilməyib.  Bu  zərurəti  nəzərə  alaraq  müştərək 

müəssisə anlayışının aşağıdakı məzmunda istifadə olunmasını məqsədəmü-

vafiq  sayıram:  «Müştərək  müəssisə  –  milli  iqtisadiyyatın  inkişafında  in-

vestisiya qoyuluşunda iştirak edən yerli və xarici hüquqi şəxslər və ya fiziki 

şə

xslər  arasında  bağlanmış  saziş  əsasında  məhsulun  istehsalı  və  satış,  işlər 



görülməsi və xidmətlər göstərilməsi üçün yaradılan təsərrüfat subyektidir». 

Müştərək müəssisələr  nizamnamə  kapitalı milli  və  xarici  kapitalın 

iştirakı ilə  formalaşan  təsərrüfat  subyektləridir. 

Müştərək müəssisələrin xüsusiyyətlərinə iki və daha çox tərəfdaş ara-

sında müqavilənin mövcudluğu, hər bir tərəfdaşın pay və iştirak formasının 

müəyyən  olunması,  sahibkar  fəaliyyətindəki  maraqların  ümumiliyi,  müştə-

rək müəssisə üzərində nəzarəti təmin edən payın müəyyən edilməsi, hər bir 

tərəfdaşın  iştirak  payına  uyğun  olaraq  məsuliyyətlərin  məhdudlaşdırılması 

və  müəssisənin  fəaliyyəti  nəticəsində  əldə  edilən  mənfəətin  müəyyən 

hissəsini almaq hüququ, fəaliyyət müddətinin (məhdud və ya qeyri-məhdud) 

müəyyən olunması aiddir. 

Müştərək müəssisələr birgə kapital, bir idarəetmə, mənfəət və risklərin 

bölüşdürülməsi  əsasında  yaradılır.  Müştərək  müəssisələrin  nizamnamə 

fondu  tərəfdaşların  vəsaitləri  hesabına  yaradılır  və  həm  idarəetmə,  həm  də 

mənfəət və riskin bölüşdürülməsi bu paya uyğun həyata keçirilir. 

Təşkilati  nöqteyi-nəzərdən  müştərək  müəssislərə,  istər  bir,  istərsə  

də    çox zavodlu  (fabrikli)  oluna  bilər.  Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq 

iqtisadi  münasibətlərdə  iştirak  edən  birzavodlu  müəssisələr  qrupunda  - 

kiçik,  orta  və  iri  müəssisələr  vardır,  çoxzavodlu  müəssisələr  qrupunda  – 

trestlər,  konsernlər  və  digər  istehsal  birlikləri  iştirak  edirlər.  Heç  təsadüfi 

deyildir ki, hər vəziyyətdə xarici investor yerli şəraitə və bazara uyğunlaşır 

və az kapital sərfi ilə risk edir. Müştərək müəssisələrin bu forması xarici  in-

vestorları  cəlb  etməklə,  mütərəqqi  avadanlıq,  qabaqcıl  texnologiya  və 

idarəetmə təcrübəsi əldə etmək üçün xüsusi əhəmiyyət kəsb edir. 

Müştərək müəssisənin sosial-iqtisadi mahiyyəti tərəfdaşların texnoloji 

və emosional əməkdaşlığı ilə müəyyən olunur. Əməkdaşlığın texnoloji tərəfi 

tərəfdaşların  birgə  sərmayə  qoyuluşlarında  öz  əksini  tapır.  Xarici  investor 

müştərək müəssisənin yaradılması üçün adətən yeni texnika və texnologiya, 

ixtisaslı  kadrlar,  uzunmüddətli  kreditlər  cəlb  edir,  milli  investor  isə  torpaq 

sahəsi  verir,  işçi  qüvvəsi,  tikinti  materialları  və  xammalı  cəlb  edir.  Əmək-

daşlığın emosional tərəfi isə müəssisənin səmərəli fəaliyyəti üçün tərəfdaş-

ların səylərini birləşdirməsində öz əksini tapır. 

Müştərək  müəssisəni  yaradan  tərəflərin  məqsədləri  üç  əsas  kateqo-

riyaya bölünür: zəruri istehsal resursların əldə olunması, bazar motivləri, ris-

kin bölüşdürülməsi. 


Бизнесин тяшкили вя идаря едилмяси 

103 


Tərəfdaşların  öz  istehsal  və  ya  bazar  potensialını  səmərəli  reallaşdır-

maq  üçün  bu  və  ya  digər  resurs  növünə  çatışmamazlığı  çox  vaxt  müştərək 

müəssisənin  yaradılması  üçün  əsas  olur.  Bu  resurslara  maliyyə  vəsaitləri, 

istehsal  gücləri,  xammal  və  materiallar,  texnologiya,  patentlər, idarəetmə 

kadrları, informasiya, nou-hau və s. aid ola bilər. 

Müştərək  müəssisənin  yaradılması  xarici  investora  yerli  tərəfdaşların 

köməyilə  ölkənin  iqtisadi  və  siyasi  vəziyyəti  haqqında  informasiya  almaq, 

dövlət  orqanları  və  yerli  istehsalçılarla  əlaqə  yaratmaq,  yerli  xammaldan, 

maliyyə  mənbələrindən,  işçi  qüvvəsindən,  yerli  tərəfdaşın  istehsal  güclə-

rindən istifadə etmək kimi üstünlüklər verir. Yerli tərəfdaşlar isə əlavə ma-

liyyə  resursları,  yeni  texnika  və  texnologiya,  idarəetmə  təcrübəsi  cəlb  et-

məklə  istehsal  olunan  məhsulun  rəqabətqabiliyyətini  artırmaq  imkanına 

malik olur. 

Beləliklə, müştərək müəssisənin üstünlüyü onun yaradılması üçün bir-

birini tamamlayan və qarşılıqlı səmərəli iqtisadi resursların cəlb edilməsi ilə 

müəyyən olunur. 

Müştərək  müəssisə  yerli  bazara  daxil  olan  vasitəsi  kimi  xarici  inves-

tora  daha  geniş  informasiya  bazası,  əlaqə  şəbəkəsi  əldə  etməyə  və  daxili 

bazarı    qiymətləndirməyə,  yerli  istehlakçıların  zövq  və  meyilləri  haqqında 

məlumat  toplamağa,  istehlakçılara  xidmət  göstərməyə  imkan  verir.  Digər 

tərəfdən  xarici  investor  yetkin  texnika  və  texnologiyanı  və  məhsul  isteh-

salını  inkişaf    etməkdə  olan  ölkələrə  keçirməklə  kapitalın  dövriyyə  müd-

dətini artırmış olur. Müştərək müəssisənin  yaradılması milli investorun xa-

rici təchizatçı və istehlakçılarla təsərrüfat əlaqələri yaratmasına, yerli bazarı 

daha  tez  mənimsəməsinə  xarici  investorun  satışını  istifadə  edərək  xarici 

bazarlara  çıxmasına,  xarici  marketinq  təcrübəsinə  yiyələnməsinə  müsbət 

təsir göstərir.  

Müştərək  müəssisələrin  yaradılması  xarici  yerli  şərait  və  bazar  haq-

qında yerli tərəfdaşın biliklərindən istifadə edərək həmin ölkə bazarında az 

xərclə möhkəmlənməyə imkan verir. Bu özünü alıcılarla, xammal və resurs 

təminatı, işçi qüvvəsindən istifadə və s. ilə əlaqədar əməkdaşlıq nəticəsində 

istehsal  və  tədavül  xərclərinin  azalmasında,  kapitalın  dövriyyə  sürətinin 

artmasında  göstərir.  Milli  tərəfdaşların  müştərək  müəssisədə  iştirakı  xarici 

tərəfdaşların  yerli  bazarın  qeyri  sabitliyi  və  onunla  tanışlıq  dərəcəsinin  az 

olması ilə əlaqədar təsərrüfat risklərini xeyli   azaldır. Ümumi  kapital  qo-

yuluşlarının  bölüşdürülməsi nəticəsində bununla  

bağlı risklər azalır. 

Beləliklə, yaradılma motivlərindən asılı olmayaraq müştərək müəssisə 

tərəfdaşların  ayrı-ayrılıqda  imkanı  xaricində  olan  işgüzar  və  iqtisadi 

məqsədlərin birgə fəaliyyətlə əldə  edilməsi  vasitəsidir.  

Müştərək  müəssisə  yeni  istehsala  başlamaq  üçün  ilkin  şəraitini  xeyli 

yaxşılaşdırsa da, təsisçilərin siyasi, iqtisadi və milli maraqları onların yara-



Бизнесин тяшкили вя идаря едилмяси 

104 


dılmasında  və  fəaliyyətində  bəzən  mürəkkəb  və  ziddiyyətli  münasibətlərin 

ə

mələ  gəlməsinə  gətirib  çıxarır.  Belə  münasibətlər,  ilk  növbədə,  tərəfdaş-



ların  məqsədlərindən  asılıdır.  Onların  yaradılması  və  fəaliyyəti  prosesində 

tərəfdaşların rəqabət aparan məqsədləri mövcud olur. Bunun nəticəsində xa-

rici  investor  mütərəqqi  texnika  və  texnologiyanın,  idarəetmə  və  marketinq 

təcrübəsinin  verilməsini  minimumlaşdırmağa,  yerli    tərəfdaşlar  isə  maksi-

mumlaşdırmağa  cəhd  edirlər  ki,  bu  da  müştərək  müəssisələrin  səmərəli 

fəaliyyətinə mane olur. Mühüm məsələlərdən biri məhsulun reallaşdırılması 

ilə  əlaqədardır.  Əgər  xarici  investorun  əsas  məqsədi  yerli  bazarda  möh-

kəmlənməkdirsə, milli tərəfdaş isə məhsul ixracına çalışarsa, bu cür məna-

felərin toqquşması müəssisənin fəaliyyətinə mənfi təsir göstərir. Digər zid-

diyyətlər  istehsalın  genişləndirilməsinə  zəruriyyət  yarandıqda  əlavə  kapital 

qoyuluşlarının  həyata  keçirilməsi  ilə  əlaqədardır.  Bir  tərəfdən,  müştərək 

müəssisənin iqtisadi səmərəliliyini artırmaq üçün əlavə kapital qoyuluşlarına 

zərurət yaranır, digər tərəfdən, onun sərbəst əmtəə istehsalçısına çevrilməsi 

tərəfdaşlar tərəfindən əlavə kapital qoyuluşlarının həyata keçirilməsini məh-

dudlaşdırır.  Beləliklə,  tərəfdaşların  məqsədlərindəki  ziddiyyətin  olmaması 

müştərək müəssisənin yaradılması və səmərəli fəaliyyəti üçün əsas şərtdir. 

Müştərək müəssisələrin milli iqtisadiyyatın səmərəliliyi nöqteyi-nəzə-

rindən  yaradılması  onun  ölkənin  iqtisadi  sisteminə  daha  səmərəli  daxil  ol-

ması baxımından qiymətləndirilməlidir. Bu məqsədə o vaxt çatmaq olar ki, 

müştərək  müəssisələrin  formalaşması  və  inkişafı  milli  iqtisadiyyatın  və 

ölkədə sahibkarlığın inkişaf strategiyası ilə üzvi surətdə əlaqələndirilir, həm-

çinin müştərək müəssisələrin inkişafı üçün cəlb edilmiş xarici investisiyalar 

dərin təhlil edilir.  

 

8.2. Müştərək biznesin əsas formaları 



 

Azərbaycan  iqtisadiyyatının  idarə  edilməsində  köklü  islahatlar,  bazar 

münasibətlərinə keçid, iqtisadiyyatın açıq xarakter alması iqtisadi inkişafın 

daxili  amilləri  ilə  yanaşı,  xarici  amillərin  də  rolunu  artırır.  Belə  şəraitdə 

xarici  amillər,  nəinki  birbaşa  xarici  iqtisadi  fəaliyyətlə  əlaqədar  müəssi-

sələrə, həm də onunla əlaqədar olmayan müəssisələrə də öz təsirini göstərir. 

Daxili və xarici amillərin səmərəli nisbətdə ölkənin müqayisəli üstünlüklə-

rinə əsaslanaraq iqtisadiyyatın səmərəliliyinin artırılması və dünya bazarın-

da  öz  layiqli  yerini  tutması  ölkənin  qarşısında  duran  mühüm  vəzifələ-

rindəndir.  

Kiçik  dövlətlər  beynəlxalq  əmək  bölgüsünə  daha  aktiv  qoşulması  və 

iqtisadiyyatın  açıq  xarakteri  ilə  fərqlənirlər.  Ölkənin  əhalisi,  ərazisi  və 

ümumi daxili məhsulunun həcmi nə qədər  azdırsa, ölkə iqtisadiyyatına xa-

rici iqtisadi amillər bir o qədər çox təsir göstərir. Beynəlxalq əmək bölgüsü 

bu ölkələrdə ictimai əmək bölgüsünün, sənayenin sahə strukturunun forma-


Бизнесин тяшкили вя идаря едилмяси 

105 


laşmasında  böyük  rol  oynayır.  İngilis  iqtisadçısı  K.Leyton  düzgün  olaraq 

qeyd  edir  ki,  kiçik  dövlətlər  və  onun  kompaniyaları  öz  istehsallarının  ixti-

saslaşdırılmasına və beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə 

edilməsinə aktiv cəhdlər etdikdə daha böyük müvəffəqiyyətlər əldə edirlər. 

Bu  ölkələrin  iqtisadi  inkişafı  onların  xarici  iqtisadi  əlaqələrdə  iştirakından 

ə

həmiyyətli dərəcədə asılıdır. Buna görə də, Azərbaycan Respublikası qarşı-



sında  məqsədəuyğun  və  təcili  olaraq  iqtisadiyyatda  struktur  dəyişikliklərin 

aparılması,  dünya  bazarı  tələblərinə  istiqamətlənərək  istehsal  olunan  məh-

sulun  rəqabət  qabiliyyətinin  artırılması  vəzifəsi  durur.  Belə  şəraitdə  əsas 

məsələlərdən  biri  də  iqtisadiyyatın  yeni  keyfiyyət  səviyyəsinə  keçirilmə-

sidir. 

Daxili  bazarın  həcminə  ictimai  əmək  bölgüsünün  inkişaf  səviyyəsi 



ciddi  təsir  göstərir.  İctimai  əmək  bölgüsü  dərinləşdikcə  ixtisaslaşma  nəti-

cəsində daxili bazarın həcmi artır. Lakin qeyd olunduğu kimi, kiçik dövlət-

lərdə ictimai əmək bölgüsü beynəlxalq əmək bölgüsü ilə əlaqədardır. Bu da 

ölkənin  xarici  ticarətindən  asılı  bir  prosesdir.  Məhz  xarici  ticarətin  geniş-

lənməsi  ölkələrin  müqayisəli  üstünlüklərindən  səmərəli  istifadə  etməyə 

imkan  verir.  Yuxarıda  göstərilən  əlaqə  ölkənin  iqtisadi  inkişaf  səviyyə-

sindən asılıdır. Ölkənin inkişaf səviyyəsi nə qədər yüksəkdirsə, ictimai əmək 

bölgüsü bir o qədər dərindir və ölkə beynəlxalq əmək bölgüsündə səmərəli 

iştirak edə bilər. İqtisadi inkişafın aşağı səviyyəsində bu proses həmin ölkə-

lərin iqtisadi inkişafına mənfi təsir göstərir. 

Bazar iqtisadiyyatına keçid şəraitində yeni iqtisadi münasibətlərin də-

rinləşməsi və bu münasibətlərin daşıyıcılarının formalaşması müəyyən vaxt 

tələb  edir.  Belə  şəraitdə  fəaliyyət  göstərə  bilən,  bazar  təcrübəsinə  və 

biliklərinə  malik  kadrların,  sahibkarların  formalaşması  zəruri  məsələlərdən 

biridir. Yeni investisiya ilə əlaqədar riski öz üzərinə götürməyi bacaran rəh-

bərlərin  və  sahibkar  təbəqəsinin  mövcudluğu  iqtisadi  inkişafda  mühüm  rol 

oynayır.  Buna  görə  də  sahibkar  təbəqəsinin  zəif  formalaşması  ölkənin 

iqtisadi inkişafını ləngidən amillərdən biridir. 

Beləliklə, xarici investisiyanın cəlb olunmasını, o cümlədən müştərək 

biznesin yaradılmasını zəruri edən amilləri, Amerika iqtisadçısı S.Kuznetsin 

qeyd etdiyi kimi, üç əsas qrupa bölmək olar: 

1.  Maliyyə  vəsaiti  kimi  ümumi  milli  məhsulda  qənaətin  həcminin 

azlığı.  Belə  ki,  qənaətə  meyil  o  qədər  azdır  ki,  iqtisadi  inkişaf  üçün  zəruri 

olan fondların formalaşmasını təmin etmir. 

2.  Real  mənada  qənaət  edilmiş  vəsaitlərin  çatışmamazlığı.  Belə  hal, 

ə

halinin  istehlak  şeyləri  istehsalında  məşğul  olan  resursların  müəyyən  his-



səsinin  məhsuldar  investisiyaların  həyata  keçirilməsi  üçün  istifadə  etmək 

meyilinin azlığı ilə əlaqədardır. 

3.  Xarici  resursların  əldə  olunması  üçün  xarici  valyutanın  çatış-

maması. 


Бизнесин тяшкили вя идаря едилмяси 

106 


Müştərək  biznesin  inkişafına  təsir  göstərən  əsas  amillərdən  biri  res-

publikada əlverişli iqlim mühitinin olması və mineral-xammal resurslarının 

mövcudluğudur.  Respublika  neft,  qaz,  alüminium,  tikinti  sənayesi  üçün 

xammal və s. ilə zəngindir. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda 

hazırda  3,5  mlrd.  ton  neft,  200  mln.  dəmir  filizi,  180  mln.  alunit,  400 min 

tona yaxın mis ehtiyatı vardır. 

Xarici  investisiyanın  ölkəyə  cəlb  olunmasında  əsas  məqsədlər 

aşağıdakılardan ibarətdir: 

 ölkədə  istehsal  olunan  rəqabətqabiliyyətinin,  istehsalın  texniki-



iqtisadi səviyyəsinin artırılması; 

 ölkədə struktur dəyişikliklərin aparılması və mövcud iqtisadi poten-



sialı reallaşdırmaq üçün yeni müəssisələrin yaradılması; 

 yeni ixracyönlü və idxalı əvəz edən istehsalların yaradılması; 



 ölkədə  rəqabətin  inkişaf  etdirilməsi  üçün  yeni  təsərrüfat  sub-

yektlərinin yaradılması; 

 az inkişaf etmiş ərazilərin inkişaf etdirilməsi; 



 daxili  bazarın  tələbatını  və  ölkənin  istehsal  potensialını  artırmaq 

üçün yeni faydalı qazıntı yataqlarının mənimsənilməsi; 

 konsaltinq  və  marketinq  üzrə  kadrların  hazırlanması  sahəsində  xa-



rici təcrübədən istifadə. 

Xarici investisiyanın cəlb olunması, o cümlədən müştərək biznesin ya-

radılması ilk növbədə istehsal resurslarının təsərrüfat dövriyyəsinə cəlb edil-

məsinə şərait  yaradır. Nəticədə, müəyyən həcmdə istehsal amillərinin məş-

ğ

ulluğu artır, milli gəlir təbii resurs istehsalçıları, işçi qüvvəsi və s. tərəfdən 



yaradılan əlavə dəyər hesabına artır. 

Xarici  investisiyanın  həcmi  artdıqca  ölkəyə  gətirilən  yeni  texnika  və 

texnologiyanın,  mütərəqqi  idarəetmə  və  marketinq  üsullarının  yayılması 

nəticəsində  ölkənin  texnoloji  inkişafının  sürətlənməsi  baş  verir.  Xarici  in-

vestisiyanın  cəlb  olunması  mütərəqqi  texnika  və  texnologiyada  öz  əksini 

tapan, “maddiləşmiş əmək bacarıqları”nın və bunu tamamlayan təşkilati-tex-

noloji və mikroiqtisadi istehsal münasibətlərinin ölkəyə daxil olmasına, yəni 

mahiyyətcə,  təsərrüfat  mikrosisteminin  kapital  ixrac  edən  ölkədən  idxal 

edən ölkəyə keçməsinə imkan verir. 

Digər  tərəfdən,  xarici  iqtisadi  əlaqələrin  inkişafı  nəticəsində  istehsal 

modellərinin mənimsənilməsi baş verir. Bu, iqtisadi ədəbiyyatda “nümayiş-

karlıq effekti” adlandırılır. “Nümayişkarlıq effekti” iki istiqamətdə təsir gös-

tərir: birincisi, o ayrı-ayrı ölkələrdə istehsal strukturunun unifikasiyası pro-

sesinin  sürətlənməsi  (yeni  sahələrin  inkişafı  yolu  ilə,  həmçinin  yeni  əmtəə 

avadanlıqlarının  idxalı  hesabına)  əlverişli  şərait  yaradır,  ikincisi,  müxtəlif 

ölkələr  arasındakı  əlaqələrin  intensivləşməyə  meyili  nəticəsində  geniş 

mənada  istehlak  modellərinin  unifikasiyası  baş  verir.  Xarici  investisiyanın 


Бизнесин тяшкили вя идаря едилмяси 

107 


cəlb  olunması  istehsal  olunan  məhsulun  dünya  bazarlarına  çıxmasına  öl-

kənin valyuta gəlirlərinin artmasına müsbət təsir göstərir.  

Bununla belə təcrübə göstərir ki, Azərbaycan sənayesinin xarici inves-

tisiya  mənimsəməsi  qabiliyyətini  məhdudlaşdıran  bir  çox  obyektiv  və  sub-

yektiv amillər mövcuddur. Hər şeydən əvvəl, ölkənin uzun müddət beynəl-

xalq  texnoloji  mübadilədən  kənarda  qalması  bu  resursların  mənimsənil-

məsinə ciddi təsir göstərir. Rəqabətqabiliyyətli məhsul istehsalı müəssisənin 

lazımi həcmdə yüksək keyfiyyətli xammal, material və dəstləşdirici məmu-

latlarla təmin olunmasından çox asılıdır. Məhz bu amil bəzi ölkələrdə müş-

tərək  biznes  obyektlərinin  çoxunun  istehsal  fəaliyyətinin  anklav  xarakter 

almasına  və  xarici  investorların  müəssisələrinə  istiqamətlənməsinə  gətirib 

çıxarır.  Onlar  yaradılan  obyekt  ətrafında  investisiya  fəallığına  gətirib  çı-

xarmır  və  uyğun  olaraq  əlaqədar  istehsalların  texnoloji  səviyyəsinin  art-

masına  stimullaşdırıcı  təsir  göstərmir.  Bu  cür  müəssisələrdə  məhsulun 

tərkibində yaradılan əlavə dəyər payı aşağı olur.  

Beləliklə.  xarici  investisiyanın,  o  cümlədən  müştərək  sahibkarların 

üzərinə  qoyulan  əsas  vəzifə  onların  “iqtisadi  artımın  katalizatoru  və  milli 

iqtisadiyyatın dünya iqtisadi sisteminə qoşulması vasitəsinə çevrilməsidir”. 

 

8.3. Müştərək biznes fəaliyyətinin səmərəliliyi 

 

Müştərək biznesin  yaradılması və fəaliyyətinin iqtisadi səmərəliliyinə 



makroiqtisadi  və  mikroiqtisadi  səviyyədə  baxılmalıdır.  Qeyd  edildiyi  kimi, 

müştərək biznesin  yaradılmasında ictimai mənafe və tərəfdaşların oxşar və 

fərqli məqsədləri rol oynayır və bunlar birlikdə ziddiyyətli sistem yaradırlar. 

Bu baxımdan müştərək biznes fəaliyyətinin əsas məqsədi onun təsisçilərinin 

maddi  rifahının  yüksəldilməsindən  ibarətdir  və  hər  bir  təsisçi  də  öz  məna-

felərini  tam  reallaşdırmağa  çalışır.  Eyni  zamanda,  dövlətin  əsas  məqsədi 

tənzimləmə  vasitələrindən  istifadə  edərək  ölkədə  iqtisadi  inkişafa  nail 

olmaqdan  və  əhalinin  maddi  rifahının  yüksəldilməsindən  ibarətdir.  Müştə-

rək  biznesin  yaradılmasının  iqtisadi  səmərəliliyi  sözügedən  məqsədlərin 

vəhdətindən bilavasitə asılıdır. 

Müştərək  biznesin  yaradılmasının  makroiqtisadi  səmərəliliyinin  me-

yarı  bu  prosesdəki  xalq  təsərrüfatı  məqsədlərindən  asılıdır.  Ayrı-ayrı 

dövrdən asılı olaraq bu məqsədlər dəyişə bilər. Məsələn, müştərək biznesin 

yaradılması yolu ilə xarici investisiyasının cəlb olunması sənaye istehsalının 

sahə  quruluşunun  təkmilləşməsi,  onun  texniki-iqtisadi  səviyyəsinin  yük-

səldilməsi,  mütərəqqi  və  texnologiyanın,  idarəetmə  təcrübəsinin  cəlb  olun-

ması və s. məqsədi daşıya bilər. Bu baxımdan müştərək biznesin makroiq-

tisadi  səmərəliliyinin  hesablanmasının  praktiki  əhəmiyyəti  xalq  təsərrüfatı 

məqsədlərinin  həyata  keçirilməsinə  onların  təsir  ölçüsünün  müəyyən 

olunması əsasında kapitalın qəbulu sisteminin formalaşdırılmasıdır. 



Бизнесин тяшкили вя идаря едилмяси 

108 


Müştərək biznesin yaradılması və fəaliyyətinin makroiqtisadi səmərə-

liliyini iki formada müəyyən etmək olar. Birinci formada xalq təsərrüfatına 

istehsalçı mövqeyindən baxılaraq iqtisadi səmərəlilik müəyyən edilir. Müş-

tərək  biznesin  yaradılması  hesabına  ölkə  iqtisadiyyatına  mütərəqqi  texnika 

və  texnologiya,  idarəetmə  təcrübəsi  cəlb  etməklə  istehsal  xərclərinin  azal-

dılması  və  məhsulun  keyfiyyətinin  yüksəldilməsi  baş  verir.  Bu  formada 

özünü biznesin iqtisadi səmərəliliyində konkretləşdirsə də, daha geniş məna 

daşıyır.  Yəni  məhdud  iqtisadi  resursların  səmərəli  istifadəsi  və  bunun 

nəticəsində də, xammal və materialların emallıq səviyyəsinin artırılması öl-

kənin iqtisadi imkanlarının artması baş verir. Kiçik dövlətlər xarici iqtisadi 

ə

laqələrdən  daha  çox  asılıdır.  Bu  asılılıq  xalq  təsərrüfatının  istehsalçı  kimi 



səmərəliliyinin  yüksək  olmasını  tələb  edir.  Müasir  dövrdə  əlavə  gəliri  ilk 

növbədə  istehsal  xərclərinin  azaldılması  hesabına  əldə  etmək  mümkündür. 

Xalq təsərrüfatının istehsalçı kimi iqtisadi səmərəliliyi nə qədər aşağıdırsa, 

ölkənin xarici ticarətində “ticarət şəraiti” bir o qədər pisdir. Yəni məhsul va-

hidinə  sərf  olunan  iqtisadi  resurslar  digər  ölkələrə  nisbətən  artıqdır.  Qeyd 

etmək  lazımdır  ki,  istehsal  növlərindən  asılı  olaraq  xalq  təsərrüfatına  is-

tehsalçı  kimi  baxılması  əsasında  makroiqtisadi  səmərəliliyin  hesablanması 

dövlətin  iqtisadiyyatı  istər  iqtisadi,  istərsə  də  inzibati  yolla  tənzimlən-

məsində mühüm əhəmiyyətə malikdir. 

Hazırda ölkənin mövcud iqtisadi imkanlarından tam istifadə edib mak-

simum  əlavə  gəlir  yaratmaq  geniş  mənada  ölkə  iqtisadiyyatının  səmərə-

liliyini  göstərir.  Lakin  bu  məşğulluğu  məhz  sərf  olunan  xərclər  hesabına 

daha çox səmərə əldə etməklə, istehsal olunan məhsulların həm qiymət, həm 

də keyfiyyət baxımından rəqabətqabiliyyətlərinin artırılması hesabına təmin 

etmək mümkündür. 

Müştərək  biznesin  milli  iqtisadiyyatın  inkişafına  təsirini  səciyyə-

ləndirən  göstəricilərindən  biri  də  istehsal  olunan  məhsulun  dəyərində  milli 

tərəfdaşların  payı  –  istehsal  olunan  məhsulun  “millilik  səviyyəsi”  hesab 

edilir.  Bu  göstəricilərin  artması  ölkədə  daxili  əmək  bölgüsünün  dərinləşdi-

rilməsini  və  məşğulluğun  səviyyəsinin  yüksəlməsini  əks  etdirir,  müştərək 

biznesin xalq təsərrüfatı çərçivəsində “muxtariyyət” səviyyəsini göstərir. 

Beləliklə, müştərək biznesin yaradılmasının makroiqtisadi səmərəliliyi 

onların xalq təsərrüfatı məqsədlərinin həyata keçirilməsinə təsir ölçüsüdür. 

Müştərək  biznesin  yaradılmasının  iqtisadi  səmərəliliyini  qiymətlən-

dirərkən ayrı-ayrı tərəfdaşların iqtisadi səmərəsini də nəzərə almaq lazımdır. 

Birbaşa  iqtisadi  səmərə  müştərək  biznes  fəaliyyətinin  iqtisadi  səmərəliliyi 

ilə əlaqədardırsa, dolayı səmərə istehsal miqyasının və satış bazarının geniş-

lənməsi, yetkin texnika və texnologiyanın, idarəetmə metodlarının tətbiqi və 

ümumiyyətlə,  yetkin  məhsul  istehsalı  və  satışı    məhsulun  həyat  tsiklinin 

uzadılması  ilə  əlaqədardır.  Çünki  həmin  məhsulun  inkişaf  etmiş  ölkələrdə 

köhnəlmiş  olsa  da,  inkişaf  etməkdə  olan  ölkələrin  bazarları  üçün  təzə  ola 


Бизнесин тяшкили вя идаря едилмяси 

109 


bilər.  Bu  baxımdan  müştərək  biznesin  istehsal  etdiyi  məhsulun  keyfiyyət 

səviyyəsinin  təhlili  mühüm  əhəmiyyətə  malikdir.  Müştərək  biznesin  yara-

dılması  və  fəaliyyətinin  iqtisadi  səmərəliliyinin  qiymətləndirilməsi  me-

todikası aşağıdakı məsələlərin həllinə imkan verir: 

  müştərək biznesin yaradılması və fəaliyyətinin makroiqtisadi səmə-



rəliliyinin müəyyən olunmasına; 

  müştərək  biznesdə  milli  tərəfdaşın   iştirakının  iqtisadi  səmərə-



liliyinin müəyyən olunmasına; 

  müştərək  biznesdə  xarici  tərəfdaşın  iştirakının  iqtisadi  səmə-



rəliliyinin qiymətləndirilməsinə; 

  müştərək  biznesin  yaradılması  üçün  layihələrin  mümkün  variant-



larından ən optimalının seçilməsinə. 

Beləliklə,  metodika  müasir  dövrdə  bazar  iqtisadiyyatının  tələblərinə 

uyğun  müştərək  biznesin  yaradılması  və  fəaliyyətinin  iqtisadi  səmərəlili-

yinin qiymətləndirilməsinə  imkan  verir  və iqtisadiyyatda baş verən köklü 

dəyişiklikləri özündə əks etdirir. 

 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin