AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə7/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   2   3   4   5   6   7   8   9   10   ...   50
4 biznes


V FƏSİL. İŞGÜZAR ÜNSİYYƏTİN  

TƏŞKİLİ 

 

5.1. İşgüzar söhbətlərin aparılması 

 

Təşəbbüskar  insanların  sahibkarlıq  fəaliyyəti  təcrübəsi  və  uğurlu  iş-

güzar söhbətlər aparmaq bacarığı heç də həmişə kifayət qədər olmur. Bu da 

onların  işgüzar  fəallığını  əhəmiyyətli  dərəcədə  aşağı  salır.  Buna  görə  də 

işgüzar söhbətlərin aparılması qaydasını öyrənmək çox vacibdir.  

“İşgüzar söhbət” anlayışı dedikdə, xidməti müşavirə və sadəcə olaraq 

maraqlı  şəxslərin  işgüzar  danışığı  başa  düşülür.  İşgüzar  söhbət  ən  əlverişli 

və  çox  vaxt  həmsöhbətin  sizin  mövqeyinizin  əsaslı  olmasına  inandırmağın 

yeganə imkanı kimi çıxış edir. İşgüzar söhbət aşağıdakı funksiyaları yerinə 

yetirir: 

- bir işgüzar mühitdən olan işçilərin qarşılıqlı ünsiyyəti; 

-  ideya  və  fikirlərin  birgə  axtarışı,  irəli  sürülməsi  və  operativ  işlənib 

hazırlanması; 

- artıq başlanmış tədbirlərə nəzarət və onların koordinasiyası; 

- işgüzar təmasların dəstəklənməsi; 

- işgüzar fəallığın stimullaşdırılması.  

İş

güzar söhbətin xalis praqmatik effekti vacib deyil. O, intellektual im-



kanların  genişlənməsinə  və  mühüm  idarəetmə  qərarlarının  qəbulu  zamanı 

söhbət iştirakçılarının kollektiv əqlinin aкtivləşdirilməsinə şərait yaradır.  

İş

güzar söhbətlərin aparılmasının əsas mərhələləri aşağıdakılardır: ha-



zırlıq  tədbirləri,  söhbətin  başlanğıcı,  iştirak  edənlərin  məlumatlandırılması, 

irəli sürülən müddəaların müzakirəsi və söhbətin yekunlaşdırılması.  

İş

güzar söhbətə hazırlıq sxeminin aşağıdakı variantı vardır: planlaşdır-



ma,  material  toplanması  və  onun  işlənməsi,  toplanmış  materialın  təhlili  və 

onun redaktəsi.  

Planlaşdırma  mərhələsində  müzakirə  olunacaq  mövzu  və  baş  tutacaq 

işgüzar söhbətin mümkün iştirakçıları müəyyənləşdirilir.  

İş

güzar  söhbətlərin  aparılması üçün materialın toplanması zəruri in-



formasiya mənbələrinin (şəxsi təmaslar, məruzələr, elmi-tədqiqatlar, nəşrlər, 

rəsmi məlumatlar və s.) axtarılmasını nəzərdə tutur. Toplanmış materialların 

həcmi  söhbət  iştirakçılarının  ümumi  məlumatlılıq  və  peşəkarlıq  sə-

viyyəsindən və müzakirə olunacaq problemə yanaşma tərzindən asılıdır.  

Toplanmış  məlumatlar  sistemləşdirilir,  sonra  nəzərdən  keçiriləcək  ən 

mühüm  faktlar  ayırd  edilir.  İşlənmiş  və  sistemləşdirilmiş  material  biznes-

planın bölmələri üzrə düzülür.  

İş

güzar söhbətlərin aparılması, hazırlığın yekun mərhələsi, mətnin re-



daktə edilməsi, onun yekun olaraq cilalanması və sona çatdırılmasıdır. 

Бизнесин тяшкили вя идаря едилмяси 

62 


Söhbətin başlanğıc mərhələsinin vəzifələri aşağıdakılardır: 

- həmsöhbətlə təmаsın qurulması; 

- işçi atmosferin yaradılması; 

- aparılacaq işgüzar danışığa diqqətin cəlb edilməsi. 

Söhbətin başlanğıc mərhələsinin psixoloji əhəmiyyəti vardır. Həmsöh-

bətlər  adətən  danışığın  başlanğıcında  daha  diqqətli  olurlar.  Çünki  onların 

sizə və söhbətə qarşı münasibətləri məhz ilk ifadələrdən asılıdır. İlk sözləri 

ifadə edərkən gülümsəsəniz pis olmaz. Gülümsəmə işgüzar münasibətlərdə 

xeyirxahlıq mühiti yaradır və danışıqların uğurlu aparılmasına şərait yaradır.  

Söhbətin başlanğıcında həmsöhbətin adını düzgün çəkmək, öyrənmək 

və  mütləq  yadda  saxlamaq,  sonra  ona  tez-tez  adı  ilə  müraciət  etmək  çox 

faydalıdır, bu hər zaman yaxşı təəssürat yaradır.  

Söhbətə başlamanın dörd üsulu mövcuddur. 

Gərginliyin  aradan  qaldırılması  üsulu

  şəxsi  təmasların  qurulmasına 

imkan yaradır. Belə ki, iştirakçılar arasında soyuqluğun aradan qaldırılması, 

səmimi  gülməyə  səbəb  olan  zarafat  ilkin  gərginliyi  azaltmağa  da  kömək 

edir.  

Qarmaq üsulu

 situasiyanı və ya problemi söhbətin mövzusu ilə əlaqə-

ləndirərək qısa şəkildə icmalını verməyə və bu  “qarmaqdan” söhbətin baş-

lanğıcı üçün ilkin nöqtə kimi istifadə etməyə imkan verir. Bu məqsədlə hər 

hansı  kiçik  hadisədən,  müqayisədən,  şəxsi  təəssüratdan,  lətifə  və  ya  qeyri-

adi sualdan uğurla istifadə etmək olar.  



Təsəvvür oyununun stimullaşdırılması üsulu

 söhbətin başlanğıcında bir 

sıra problemlər üzrə nəzərdən keçirilməli olan çoxlu sayda sualların qoyul-

masını nəzərdə tutur.  



Birbaşa  yanaşma  üsulu

  hər  hansı  çıxış  etmədən  bilavasitə  işin  mü-

zakirəsinə keçidi nəzərdə tutur. Bu, sxematik olaraq aşağıdakı kimi görünür: 

qısa  formada  söhbətin  aparıldığı  səbəblər  çatdırılır,  ümumi  məsələlərdən 

xüsusi məsələlərə sürətlə keçilir və söhbətin mövzusuna başlanılır. Bu me-

tod əsas etibarı ilə qısamüddətli və o qədər də mühüm olmayan işgüzar söh-

bətlərə, məsələn, müdirin tabeliyində olanlarla görüşlərinə uyğun gəlir.  

İş

tirakçıların  məlumatlandırılması  zamanı  verilən  informasiya  məlu-



matları dəqiq, aydın, peşəkar cəhətdən düzgün və mümkün qədər əyani ol-

malıdır.  Həmçinin  iştirakçılara  informasiyanın  mənbəyi  və  etibarlılığı  gös-

tərilir.  

Həmsöhbətə  suallarla  müraciət  etmək  lazımdır  və  nəzərə  almaq  la-

zımdır  ki,  işgüzar  münasibətlərdə  şəxsi  təsir  müstəsna  rol  oynayır.  İştirak-

çılara sual verərkən özünüzü onların yerinə qoymağa çalışın və onları nəyin 

maraqlandıra  biləcəyi,  nə  ilə  razılaşa  biləcəkləri  və  razılaşa  bilməyəcəkləri 

haqqında düşünün.  



Бизнесин тяшкили вя идаря едилмяси 

63 


Məlumatlandırma  prosesində  həmsöhbətlərin  iradlarından  qorxmaq 

lazım deyil. Bu iradlar o deməkdir ki, həmsöhbət sizi fəal şəkildə dinləyir, 

sizin çıxışınızı izləyir, dəlilləri diqqətlə yoxlayır və hər şeyi düşünür.  

İ

rəli  sürülən  müddəaların  əsaslandırılması  mərhələsində  ilkin  fikirlər 



formalaşır,  sizin  və  həmsöhbətinizin  müəyyən  mövqeyi  yaranır.  Sübutlar 

vasitəsilə həmsöhbətin mövqeyini tam və ya qismən dəyişmək, ziddiyyətləri 

yüngülləşdirmək,  irəli  sürülən  fikirləri  tənqidi  cəhətdən  qiymətləndirmək 

lazımdır.  

Ə

gər  siz  həmsöhbətinizi  incitmədən  tənqid  etmək  istəyirsinizsə,  baş-



qalarının  analoji  səhvlərini  birbaşa  yox,  dolayı  yolla  misal  göstərin  və  ya 

ə

vvəlcə  öz  səhvləriniz  barədə  danışın.  Əsaslandırmanın  inandırıcı  olması 



üçün aşağıdakı qaydaya riayət etmək lazımdır: 

-  sübutları  öz  həmsöhbətinizin  şəxsiyyətinə  uyğunlaşdırın.  Faktların 

sadəcə  olaraq  sadalanmasına  yol  verməyin,  bunun  yerinə  sizin  həmsöhbə-

tinizi maraqlandıran faktlardan çıxan üstünlük və ya nəticələri ifadə edin; 

-  həmsöhbətə  aydın  olan  terminologiyadan  istifadə  edin,  çünki  əks 

halda  siz,  nəinki  onu  inandırmayacaqsınız,  həm  də  onun  əhval-ruhiyyəsini 

onunla korlayacaqsınız ki, o, sizin əsaslandırmanızı başa düşmək iqtidarında 

olmayacaqdır; 

- unutmayın ki, həddən artıq inandırıcılıq həmsöhbət tərəfindən müqa-

vimətə səbəb olur, xüsusən də əgər o, təbiətcə aqressivdirsə; 

- əsaslandırmanı mürəkkəbləşdirən ifadələrdən uzaq olun.  

Söhbətin  yekunlaşdırılması  mərhələsində  aşağıdakı  məsələlər  həll 

edilir: 

- əsas məqsədə nail olunması; 

- əlverişli mühitin təmin edilməsi; 

-  həmsöhbətin  nəzərdə  tutulmuş  fəaliyyətlərin  yerinə  yetirilməsinə 

stimullaşdırılması; 

- həmsöhbətlə gələcəkdə təmasların dəstəklənməsi; 

Söhbətin  yekunlaşdırılması  zamanı  onun  ən  mühüm  aspektlərinin  bir 

daha  təkrarlanmasına  yol  vermək  olmaz.  Söhbətin  yekununda  çox  vaxt  bir 

ə

sas fikir üstünlük təşkil etməlidir.  



Yekun  bütün  söhbətin  yazılması  əsasında  tərtib  edilir.  Bu  yazı  çox 

mühüm sənəd olub aşağıdakıları özündə ehtiva edir: 

- iştirak edənlərin soyadları, adları, atalarının adları və vəzifələri; 

- söhbətin aparılma tarixi və yeri; 

- söhbətin davamiyyət müddəti; 

- söhbətin kimin təşəbbüsü ilə baş tutduğu.  

Aparılan  söhbətin  yekun  yazısı  qısa  olmalı,  lakin  söhbətin  məqsədi, 

müzakirə olunan məsələlər, tərəflərin mövqeləri, ifadə edilən fikirlər, iradlar 

və nail olunmuş razılıqlar mütləq qeyd edilməlidir. Görüşün protokol anları 

buraxılır. Əgər söhbət zamanı material və ya sənəd mübadiləsi baş veribsə, 



Бизнесин тяшкили вя идаря едилмяси 

64 


onda bu, yazıda mütləq göstərilməlidir. Yazıda, həmçinin xatirə hədiyyələri 

və suvenirlərin təqdim edilməsi və ya alınması faktları da əks etdirilir.        



 

5.2. Kommersiya danışıqlarının aparılması  

 

Bazara  keçid  danışıqlarsız  qeyri-mümkündür.  Bazar  iqtisadiyyatı  şə-

raitində müəssisələr malgöndərənləri özləri tapır və məhsulun satışı barəsin-

də danışıqları aparırlar. Bütün bunlar malgöndərən və satıcılar ilə müntəzəm 

danışıqların aparılmasını zəruri edir.  

Kommersiya  danışıqları  iştirakçılardan  birinin  təşəbbüsü  ilə  görüş, 

yazışma və telefon danışığı zamanı  təşkil  olunur.  Tərəflərdən  birinin  təklif 

etdiyi andan müqavilənin bağlanması şərtlərinin müzakirəsi başlanır. İkinci 

tərəf  təklifi  qəbul  edərkən  danışıqlara  hazırlıq  mərhələsi  başlanır.  Burada 

təşkilati  məsələlərin  həlli  yolları  göstərilir  və  danışıqların  əsas  mövzuları 

müəyyənləşdirilir. Danışıqlara hazırlığın təşkilati məsələlərinə görüşün yeri 

və  vaxtının  müəyyən  edilməsi,  nümayəndəliyin  kəmiyyət  və  keyfiyyət  tər-

kibinin formalaşdırılması daxil edilir.  

Görüşlər iştirakçılardan hər birinin ərazisində (növbə ilə) və ya neytral 

ə

razidə aparıla bilər. Görüşdən öncə görüş yerini hazırlamaq lazımdır.  



Danışıqlara hazırlıq zamanı əyanilik üçün kağız vərəqin üzərində özü-

nün və tərəfdaşın maraqlarını yazmaq lazımdır. Onlar nə ilə üst-üstə düşür, 

nə  ilə  fərqlənirlər?  Hansı  maraqlar  bir-birlərini  qarşılıqlı  istisna  edən, 

hansılar isə kəsişməyən maraqlardır? 

Tərəflərin  maraqlarının  təhlili  aşağıdakı  suala  cavabı  da  verməlidir: 

Problemin  həllinin  daha  az  xərc  və  səy  tələb  edən  və  ümumiyyətlə,  daha 

cəlbedici görünən başqa yolu da varmı? 

Danışıq  iştirakçılarının  maraqları  əsasında  danışıqlara  ümumi  və  xü-

susi yanaşma formalaşır, habelə mümkün qərar variantları müəyyən edilir.  

Danışıqları uğurla aparmaq üçün əməkdaşlıq edilməli olan firma haq-

qında  bütün  zəruri  informasiyanı  toplamaq  lazımdır.  Qarşılıqlı  inama  nail 

olunmasında şəxsi anlar çox mühüm rol oynadığından tərəfdaş firmanın rəh-

bəri və danışıqların aparılacağı şəxslər haqqında informasiyaya malik olmaq 

çox faydalıdır.  

Kommersiya danışıqlarının aparılması prosesi üç mərhələdən ibarətdir: 

-          maraqların,  nöqteyi-nəzərlərin,  konsepsiyaların  və  iştirakçıların 

mövqelərinin dəqiqləşdirilməsi; 

- müzakirə (öz baxışlarının və dəstəklərinin dəstəklənməsi üçün dəlil-

lərin irəli sürülməsi, onların əsaslandırılması); 

- mövqelərin uzlaşdırılması və razılığa gəlinməsi.  

Birinci mərhələ çox mühümdür, çünki razılığa gəlmək üçün, hər şey-

dən  əvvəl,  iştirakçıların  nöqteyi-nəzərini,  baxışlarını  aydınlaşdırmaq  və 



Бизнесин тяшкили вя идаря едилмяси 

65 


müzakirə  etmək  lazımdır.  Burada  tələsikliyə  yol  vermək  olmaz,  belə  ki, 

işgüzar insanlarda danışıqlar prosesinə qarşı münasibət müxtəlifdir.  

İ

kinci  mərhələ  iştirakçıların  şəxsi  mövqelərinin  maksimum  şəkildə 



reallaşdırılmasını  nəzərdə  tutur.  Mövqelərin  müzakirəsi  zamanı  əsaslandır-

ma xüsusi rol oynayır. Ondan öz maraqlarının müdafiəsi üçün istifadə edilə 

bilər. Eyni zamanda əsaslandırma tərəfdaşa tərəfin nəyə və niyə gedə bilmə-

diyini  göstərmək  üçün  lazımdır.  Bu  halda  müzakirə  mərhələsi  mövqelərin 

dəqiqləşdirilməsi mərhələsinin məntiqi davamı kimi çıxış edir.  

Ə

saslandırmanın  əsas  nəticəsi  kimi  mümkün  razılıq  çərçivələrinin 



müəyyənləşdirilməsi çıxış etməlidir. Beləliklə, danışıqlar üçüncü mərhələyə, 

yəni  mövqelərin  uzlaşdırılmasına  keçid  alır.  Müzakirə  olunan  problemlər-

dən  asılı  olaraq  mövqelərin  uzlaşdırılması  dedikdə  kompromis  konsepsiya 

və sadəcə olaraq danışıqlar prosesində qaldırılan məsələlər sırasından çıxan 

və nəzərdə tutulan  yekun sənədə daxil ola bilən suallar dairəsi başa düşülə 

bilər.  


    Kommersiya  danışıqlarının  aparılması  texnikası  bir-birlərindən 

prinsipial şəkildə fərqlənən iki yanaşmanı əks etdirir və bunları danışıqların 

aparılması  metodu  adlandırmaq  olar.  Bu,  mövqeli  ticarət  metodu  və  adı 

çəkilən prinsipial danışıqlar metodudur.  

Mövqeli ticarət metodunun mahiyyəti ondan ibarətdir ki, əvvəlcə möv-

qelər  tutulur  və  daha  sonra  müəyyən  ardıcıllıqla  buraxılır.  Metod,  ilkin  tə-

ləbləri  əhəmiyyətli  dərəcədə  üstələyən  başlanğıc  mövqelərin  izahından 

başlanır.  

Mövqeli  ticarət  metodunun  məqsədi  özünün  başlanğıc,  bir  qayda 

olaraq, yüksəldilmiş mövqeyini mümkün qədər tam və minimum güzəştlərlə 

reallaşdırmaqdan  ibarətdir.  Bu  zaman  ticarət  tərəfdaşın  davranışının  mani-

pulyasiya edilməsini, ona təzyiq göstərilməsini və s. nəzərdə tutan hər hansı 

oyuna oriyentasiya edir.  

Mövqeli  ticarət  kommersiya  danışıqlarının  aparılmasının  sərt  metodu 

kimi  ümumən  az  məhsuldardır,  çünki  o,  nəticənin  öncədən  görülə  bilin-

məməsi, böyük zaman məsrəfləri, partnyorlarla qarşılıqlı münasibətlərin po-

zulmasının mümkünlüyü və buna uyğun olaraq da gələcəkdə əməkdaşlıqdan 

imtina edəcəkləri ehtimalı ilə xarakterizə olunur.  

Kommersiya  danışıqlarının  aparılmasının  daha  effektiv  metodu  prin-

sipial  danışıqlar

  (və  ya  mahiyyət  üzrə  danışıqlar)  metodudur.  Bu  metodda 

işin  mahiyyətindən  çıxış  edərək  mümkün  olan  yerdə  qarşılıqlı  fayda  tap-

mağa çalışırlar, maraqlarının üst-üstə düşmədiyi yerdə isə elə nəticəyə nail 

olurlar  ki,  tərəflərin  hər  birinin  istəyindən  asılı  olmayaraq  müstəqil  nor-

malara əsaslansın.  

Danışıqların daha obyektiv və ədalətli aparılması üçün vasitəçilər, mü-

ş

ahidəçilər  və  müstəqil  ekspertlər  dəvət  olunur.  Əgər  mövqeli  ticarətdə 



Бизнесин тяшкили вя идаря едилмяси 

66 


danışıq  iştirakçıları  obrazlı  formada  desək,  qapalı  kartlarla  oynayırlarsa, 

prinsipial danışıqlarda onların kartları açıq olur. 

Prinsipial  danışıqlar  metodu  işin  mahiyyətinə  sərt  yanaşmanı  ifadə 

edir,  lakin  bu,  danışıq  iştirakçılarının  bir-birilərini  qarşılıqlı  şəkildə  başa 

düşməsini  nəzərdə  tutur.  Bu  metoddan  istifadə  edərək  sizin  və  sizin  partn-

yorunuzun haqqı olana nail olmaq olar.  

Prinsipial danışıqlar metodu dörd şərtin reallaşdırılmasına əsaslanır: 

Birinci şərt -

 danışıq iştirakçıları və danışıq predmeti arasında məhdu-

diyyət  qoyulmalı,  yəni  onları  eyni  amil  kimi  müzakirə  predmeti  üzrə  nə-

zərdən keçirilməlidir.  

Özünüzü  tərəfdaşın  yerinə  qoymalı  və  problemə  onların  gözləri  ilə 

baxmağa  çalışmalısınız. Öz  şəxsi  təsəvvürlərinizdən  çıxış  edərək  partnyor-

ların niyyətləri barəsində nəticə çıxarmayın. Öz ehtiyatlılığınızı digər tərəfin 

niyyətləri kimi qiymətləndirməyin.  

Tərəfdaşlarınızı  heç  zaman  günahlandırmayın,  hətta  onlar  buna  layiq 

olsalar da belə.  

İ

kinci  şərt  -

  mövqelər  üzərində  yox,  maraqlar  üzərində  dayanmaq  la-

zımdır. Diqqəti iştirakçıların mövqeləri üzərində cəmləşdirmək lazım deyil, 

çünki  danışıqların  məqsədi  tərəflərin  gizli  maraqlarının  təmin  edilməsidir. 

Ə

gər sizin maraqlarınıza digər tərəfin diqqət yetirməsini istəyirsinizsə, onla-



rın nədən ibarət olduğunu və onların sizin üçün  nə dərəcədə mühüm oldu-

ğ

unu izah etmək lazımdır. Bu zaman  dəqiq və konkret olun, çünki bu sizə 



qarşı inamı xeyli artıra bilər. 

Üçüncü  şərt  -

  sizin  maraqlarınızı  nəzərə  alan  və  üst-üstə  düşməyən 

maraqları isə uzlaşdıran qarşılıqlı faydalı variantlar hazırlamaq vacibdir.  

Danışıqların aparılması taktikasını iki ən mürəkkəb situasiya baxımın-

dan  nəzərdən  keçirmək  lazımdır.  Bu  situasiyada  tərəfdaş  konkstruktiv 

dialoqa meyilli olmur və özü üçün daha sərfəli mövqe tutmağa çalışır.  

Tərəfdaşla  danışıqlar  apararkən  bir  neçə  sadə  qaydaya  riayət  etmək 

lazımdır.  



Birinci  qayda

.  Tərəfdaşı  tutduğu  destruktiv  mövqedən  uzaqlaşdır-

mağa,  ona  danışıqlarda  konstruktivliyin  onun  özü  üçün  faydalı  olduğunu 

başa salmağa çalışmaq lazımdır.  

İ

kinci qayda

. Əgər tərəfdaş əvvəlki kimi özünün möhkəm mövqeyini 

irəli sürürsə, onu rədd etməyin, həm də qəbul etməyin. Tərəfdaş sizin ideya-

larınıza qarşı çıxırsa, mütləq gözləyin və ona axıra qədər danışmağa imkan 

verin. Başqa sözlə desək, tərəfdaşın zərbəsinə zərbə ilə cavab vermək lazım 

deyil.  


Üçüncü  qayda

.  Tərəfdaşa  problemin  həllinin  bir  neçə  variantı  təklif 

edilir.  O,  isə  öz  variantlarını  söyləyir,  sonra  onların  təkmilləşdirilməsinə 

xüsusi diqqət yetirilir.  



Бизнесин тяшкили вя идаря едилмяси 

67 


Dördüncü  qayda

.  Tənqidi  dəf  etmək  əvəzinə  onu  həvəsləndirmək 

lazımdır. İdeyanı qəbul və ya rədd etməyi xahiş etməyin, opponentdən nəyin 

düzgün gəlmədiyini soruşun.  



Beşinci qayda

. Tərəfdaşla dialoq apararkən iddialardan yox, suallardan 

istifadə edin. Çünki iddialar müqavimət yaradır, suallar isə cavablar gətirir.  

Altıncı  qayda

.  Verilən  suallardan  sonra  fasilələr  olmalıdır.  Əgər  sizə 

ağılsız təklif və ya əsassız hücum təşkil edilərsə, onlara cavab verməməyiniz 

məsləhətdir. 

Kommersiya  danışıqlarının  aparılması  tərzi  xarici  sahibkarlar  üçün  

böyük maraq kəsb edir. Son illər xarici biznesmenlər və yerli biznesmenlər 

arasındakı qarşılıqlı münasibətlər inkişaf edir və təkmilləşir.  

Danışıqlar  zamanı  problemlərin  həllinə  biznesmenlər  ehtiyatla  yana-

ş

ırlar və risk etmək istəmirlər.  



Tərəfdaşlarla  işgüzar  müzakirələr  qurulduqdan  sonra  əyləncə  və  isti-

rahət  yerlərinin  ziyarət  edilməsi  sərfəli  müqavilənin  bağlanmasına  çalışan 

biznesmenlərin fəaliyyətinin ayrılmaz hissəsidir. Əylənməyə dəvət edən və 

bununla bağlı bütün xərcləri danışıqların təşəbbüskarı olan tərəf ödəyir.  

Qeyri-rəsmi şəraitdə, restoran və ya barda danışıqlar masası arxasında 

olan  müzakirələr  daha  səmimi  və  sərbəst  şəkildə  davam  etdirilir.  Yaponi-

yada praktiki olaraq bütün sazişlər qeyri-rəsmi şəraitdə imzalanır, rəsmi gö-

rüşlər zamanı isə belə sazişlər yalnız fiksə edilirlər.  

Bir  çox  qərb  biznesmenləri  öz  təkliflərini  restoran  masası  arxasında 

dost söhbətlərində irəli sürürlər.  



 

5.3. Nümayəndələrin qəbulu 

 

Müxtəlif məqsədlərlə bağlı qəbullar həyata keçirilir. Çox vaxt təmasla-

rın dərinləşdirilməsi və lazımi informasiyanın əldə edilməsi üçün nümayən-

dələrin qəbulu aparılır.  

Protokol  təcrübəsində  nümayəndə  heyətinin  və  ayrı-ayrı  rəsmi  şəxs-

lərin  qəbulunun  dəqiq  qaydaları  müəyyənləşdirilmişdir.  Nümayəndələrin 

heyəti, onun tərkibi və sayı əvvəlcədən razılaşdırılır. Daha sonra qəbul edən 

tərəf  nümayəndələrin  gəlişi  proqramını  işləyib  hazırlayır.  Bunun  üçün  nü-

mayəndələrin nə zaman və hansı müddətə gələcəyini, niyyətlərini və qəbul 

edən tərəfin tövsiyələrini, onların bizim nümayəndələri öz ölkələrində necə 

qəbul  etdiklərini,  ümumi  siyasi  münasibətlərin  necə  olduğunu  və  bununla 

ə

laqədar xərclərin kimin hesabına həyata keçiriləcəyini bilmək lazımdır. Bu 



proqrama  aşağıdakı  əsas  maddələr  daxildir:  gəliş  və  gediş  (qarşılama  və 

yolasalma), işgüzar danışıqların aparılması, səhər və nahar yeməkləri, teatra 

baxmaq,  vizitlər,  müəssisə  ilə  tanışlıq  və  ölkə  üzrə  gəzinti  sənədlərin 

imzalanması,  hədiyyələrin  təqdim  edilməsi.  Proqramın  layihəsi  əvvəlcədən 

nümayəndə heyətinin başçısı və üzvlərilə razılaşdırılmaq üçün göndərilir.  


Бизнесин тяшкили вя идаря едилмяси 

68 


Ə

gər nümayəndə heyəti gəldikləri ölkənin qonaqlarıdırsa, onda onlara 

maksimum  diqqət  ayrılır,  yəni  nümayəndələrin  ölkəyə  gəlişilə  bağlı  bütün 

məsələləri qəbul edən tərəf öz üzərinə götürür.  

Ə

gər  nümayəndələr  öz  hesabına  gəlirsə,  onda  qəbul  edən  tərəf  gəliş 



proqramının  yalnız  protokol  hissəsinin  xərclərini  çəkir.  Bütün  yerdə  qalan 

xərcləri (qidalanma, mehmanxanada yerləşdirmə, nəqliyyat və s.) istiqamət-

ləndirici  tərəf  öz  üzərinə  götürür.  Əlbəttə,  əcnəbilərə  bu  işdə  müəyyən 

kömək göstərmək lazım gəlir.  

İ

stənilən  qəbulun  hazırlanmasına  daxildir:  qəbul  növünün  seçilməsi, 



dəvət  olunmuş  insanlar  siyahısının  tərtib  edilməsi,  dəvətnamələrin  paylan-

ması (əvvəlcədən), qonaqların masa arxasında əyləşmə planının tərtib edil-

məsi, menyunun tərtib edilməsi, masalara və qonaqlara xidmət, tostların və 

ya  çıxışların  hazırlanması  və  qəbulun  həyata  keçirilməsi  qaydasının  tərtib 

edilməsi.  

Qəbul  növünü  seçmək  üçün  onlardan  hər  birinin  özündə  nəyi  ifadə 

etdiyini  yaxşı  bilmək  lazımdır.  Beynəlxalq  təcrübəyə  əsasən  qəbulların  öz 

xarakterinə görə ən əlamətdar və hörmətli növü birlikdə səhər və nahar ye-

məyidir. Son illər “bir qədəh şampan şərabı” və ya “bir qədəh şərab” qəbul 

növləri  getdikcə  daha  geniş  intişar  tapır.  Qəbulun  başqa  növlərinə  çay, 

furşet, kokteyl, nahar-bufet və şam yeməyi aiddir.  

İş

güzar  görüşlər,  sazişlərin  bağlanılması  və  nümayəndəliyin  qəbulu, 



bütün bunlar işgüzar dünyada süfrə ilə bağlıdırlar. Masa arxasında davranış 

qaydaları  sadəcə  şərtiliklə  yox,  rahatlıq  və  məqsədəuyğunluq  təsəvvürləri, 

gigiyenik və etik tələblər baxımından nəzərə alınır. Bir sıra etiket qaydaları 

nəsildən-nəslə ötürülən ənənələrlə izah olunur.  

Masa arxasında əyləşmə ilə qəbulun həyata keçirilməsi zamanı hər bir 

iştirakçının  yeri  əvvəlcədən  müəyyənləşdirilir.  Hər  bir  qonağın  masa  arxa-

sında  öz  yerini  tez  tapa  və  öz  qonşusunun  kim  olacağını  bilməsi  üçün  gi-

rişdə  əyləşmə  planı  qoyulur,    masanın    üzərinə    dəvət    olunmuş    şəxslərin  

adı  və  soyadı  yazılır; bəzən qonağa masanın sxemini göstərən kart verilir.  

Ə

yləşmə  zamanı  aşağıdakı  prinsipə  istinad  edilir:  qadını  qadının  ya-



nında  və  əgər  masanın  sonunda  kişilər  əyləşməyibsə,  orada  qadın  əyləşdi-

rilmir, kişi öz həyat yoldaşının yanında əyləşir.  

 Xüsusi  tədbirlərin  həyata  keçirilməsi  zamanı  xidmət  göstərməyə  hər 

zaman hörmətli qonaqdan və ya qonaqlardan başlayırlar. O şəraiti də nəzərə 

almaq lazımdır ki, rəsmi qəbullarda və banketlərdə tez-tez rəhbər şəxslərin 

ailə üzvləri də iştirak edir. Əgər, misal üçün, masa arxasında firma rəhbəri-

nin  həyat  yoldaşı  əyləşibsə,  onda  xidmət  göstərilməsinə  onlardan  yox, 

qonaq-rəhbərdən və sahib-qonaqdan başlanılır.  

Daha  bir  mühüm  qayda:  qəbulu  sizin  nümayəndəliyin  başçısından 

öncə tərk etmək nəzakətsizlikdir. Əgər siz tez getməlisinizsə, onu bu haqda 

ə

vvəlcədən xəbərdar etmək və icazə almaq lazımdır.  



Бизнесин тяшкили вя идаря едилмяси 

69 


Süfrənin sürüşməməsi və hamar qalması üçün onun altına yumşaq par-

ça qoyulur. Son vaxtlar laklanmış masalar süfrə ilə örtülmür.  

Nahar və şam yeməyi üçün süfrə hazırlanmasının bir neçə növü möv-

cuddur. 


Adi  süfrə  hazırlanmasına  nahar  zamanı  masa  arxasında  əyləşən  hər 

kəsin  qarşısında  böyük  yastı  boşqab  olur.  Bu,  sanki  altlıqdır;  onun  üzərinə 

növbə ilə çərəz, dərin və isti yeməklər üçün böyük dayaz boşqablar qoyulur. 

Altlıq-boşqab  süfrənin  təmizliyini  saxlamağa  və  qazanın  qaynar  dibi  ilə 

asanlıqla korlana bilən masanı qorumağa kömək edir. Altlıq-boşqabdan sol-

da  kiçik  yastı  boşqab  qoyulur.  Ona  çörək  qoyulur,  naharın  sonunda  isə 

ondan stəkanlar və ya kompot fincanları üçün altlıq kimi istifadə etmək olar. 

Bu boşqaba meyvə qabıqları və s. də qoyulur. 

Böyük yastı altlıq-boşqabda naharın başlanğıcında üçbucaq, zərf və s. 

kimi bükülmüş salfet olur. Bəzən çörək boşqabını masa kənarından bir qə-

dər irəliyə sürüşdürərək salfeti masaya çəngəldən sol tərəfdə qoyulur.  

Boşqabdan solda çəngəl, sağda bıçaq, onun yanında şorba üçün qaşıq 

qoyulur.  Boşqabın  arxasında  şirniyyat  üçün  kiçik  qaşıq,  ondan  bir  qədər 

sağda su üçün stəkan durur. Masanın mərkəzində içərisində nazik kəsilmiş 

çörək dilimləri olan böyük çörək boşqabı, habelə su ilə dolu qrafin durur.  

Səhər  yeməyi  üçün  masaya  kiçik  çərəz  boşqabları,  onların  içərisinə 

salfetlər  qoyulur.  Boşqabdan  sağda  çərəz  bıçağı,  solda  çəngəl  olur.  Kiçik 

boşqabın arxasında yağqabı, ondan solda çörəkqabı durur.  

Daha  mürəkkəb  süfrə  hazırlığında  birbaşa  qonağın  qarşısında  böyük 

dayaz altlıq-boşqab qoyulur, onun üzərində bir qədər kiçik çərəz üçün boş-

qab olur. Yuxarıda bükülmüş salfet durur. Altlıq-boşqabdan solda çörək və 

pirojnalar üçün kiçik boşqab olur.  

Nahar  və  şam  yeməyi  üçün  masa  ləvazimatlarının  bu  qədər  çoxluğu 

onunla  izah  edilir  ki,  dadına  görə  müxtəlif  yeməkləri  müxtəlif  çəngəllərlə 

yemək qəbul olunmuşdur.  

Yeməkxana  ləvazimatları  rahatlıq  nöqteyi-nəzərindən  müəyyən  qay-

dada  yerləşdirilirlər:  əvvəlcə  boşqabdan  daha  uzaqda  yerləşən  rahat,  yəni 

yerdə olan bıçaq və çəngəli götürmək lazımdır. Nahar və ya şam çərəzlərdən 

başlanır, buna görə də əvvəlcə ən kənarda duran çəngəl və bıçaqdan istifadə 

olunur, onlar lazım olmadıqda və onları masadan götürdükdən sonra ortada-

kılardan,  altlıq-boşqabın  düz  yanında  yerləşən  bıçaq  və  çəngəllərdən  isə 

daha sonra, ət yeməyi süfrəyə verilərkən istifadə edilir.  

Ə

gər qonaqlar çoxdursa, yeməklər iri nimçədə gətirilir. O, qonağa sol 



tərəfdən verilir. Boşqablara tökülmüş şorbanı sağ tərəfdən verirlər.  

Masa  arxasında  davranışın  əsas  qaydası  mümkün  qədər  sakit  və  ya 

ümumiyyətlə,  səssiz  yeməyə  və  içməyə  çalışmaqdır.  Çıxış  və  ya  tostların 

ifadə  edilməsi  zamanı  danışmaq,  şərab  süzmək  və  yemək  məqsədəuyğun 

deyil.  


Бизнесин тяшкили вя идаря едилмяси 

70 


Tostar səhər, nahar, şam və s. yeməklərində desertdən sonra bütün qo-

naqlara şampan şərabı süzülmüşkən deyilə bilər. Bu, masa arxasında oturma 

ilə  olan  qəbullara  aiddir.  Digər  qəbullarda  tostlar  qəbulun  başlanmasından 

10-15 dəqiqədən tez olmayaraq deyilə bilər. Tostdan sonra qədəhə süzülmüş 

bütün şərabı içmək, sadəcə dodaqlarını toxundurmaq və ya bir qədər dadına 

baxmaq olar.  

Ə

gər yerə bıçaq, çəngəl, salfet və ya başqa əşya düşübsə, onları axtar-



maq və yerdən qaldırmaq lazım deyil. Gecənin sonunda bunu ev sahibləri və 

ya restoran və ya qəbulda sizə xidmət göstərən ofisiantlar edəcəklər.  

Çörək götürmək üçün yeməyə fasilə verərkən çəngəl və bıçağı boşqa-

ba xaç şəklində, yeməkdən sonra isə bir-birinə paralel şəkildə, tutacaqları bir 

qədər sola doğru qoymaq lazımdır.  yeməkxana qaşığını da hər zaman boş-

qabda saxlamaq lazımdır.  

Bir çox yeməklər (kotlet, kələm dolması, qayğanaq və s.) üçün bıçaq 

lazım  deyil,  onlar  yalnız  sağ  əldə  tutulan  çəngəllə  yeyilir.  Qarnir  (kartof, 

göbələk, lobya) də bıçaqla çəngəlin üstünə qoyulmaqla yeyilir.  

Ş

orbanı dərin  yeməkxana boşqabından  yeməkxana qaşığı ilə  yeyirlər. 



Bu  zaman  şorba  qaşıqla  sağdan  sola  və  özündən  irəliyə  götürülür.  Qaşıqla 

bir  qədər  şorba  götürdükdən  sonra  qaşığın  dibi  ilə  boşqabın  kənarına 

toxunmaq  lazımdır,  bu  yolla  bütün  damcılar  qaşığın  üstündən  götürülür, 

bundan  sonra  qaşığın  köndələn  hissəsi  ağıza  istiqamətləndirilir.  Kələmi, 

makaronu və şorbanın digər tərkib hissələrinin qaşıqdan düşməmələri üçün 

bıçaqla əvvəlcədən hissələrə bölmək lazımdır.  

Balıq  yeməkləri  xüsusi  bıçaq  və  ya  balıq  bıçağı  vasitəsilə  yeyilir. 

Balığı bıçağın ucu ilə tutaraq çəngəllə hissələrə ayırırlar. Əgər balıq parçala-

nırsa, onda çəngəldən qaşıq kimi istifadə etmək olar. Əgər balıq üçün bıçaq 

verilməyibsə,  iki  çəngəldən  istifadə  etmək  olar:  sağdakından  sümüklərin 

ayrılması,  soldakından  balıq  hissələrini  ağıza  göndərmək  üçün.  Nəhayət, 

ə

gər balıq çəngəli də yoxdursa, adi çəngəldən istifadə olunur, o, sağ əldə tu-



tulur və zəruri olduqca çörək parçası ilə birlikdə balıq yeyilir.  

Sizin boşqaba və ya salfetin üzərinə qoyulmuş çörəyiniz hər zaman sol 

tərəfdə olur. Əgər çörəyin üzərinə yağ çəkmək lazımdırsa, əvvəlcə onun bir 

hissəsi yağlanır, daha sonra pendir, kolbasa, sous əti və s qoyulur. Yağı yağ-

qabından öz bıçağınızla götürün.  Əgər xüsusi bıçaq  yoxdursa, əvvəlcə onu 

öz boşqabınıza qoyun, daha sonra çörək diliminə yağ sürtün. Biskvitlər, tort-

lar,  pirojnalar  desert  qaşığı  ilə  yeyilir.  Dənəvari  və  ya  qatlı  pirojnalar  əllə 

götürülür.  

Dilimlərə  bölünmüş  qarpız  və  yemiş  çəngəl  və  bıçağın  köməkliyi  ilə 

yeyilir. Tumlar çəngəllə boşqaba tökülür. Portağalın əvvəlcə bıçaqla qabığı 

soyulur, sonra o, bıçaqla hissələrə bölünür; dilimlər əllə qopardılır. Alma və 

armud  boşqaba  qoyulur,  meyvə  bıçağı  ilə  kəsilir,  dilimlər  qabıqdan  tə-

mizlənir və çəngəl və ya əllə yeyilir. Tumlu giləmeyvələr (gilas, üzüm və s.) 


Бизнесин тяшкили вя идаря едилмяси 

71 


ə

llə  götürülür, tumlar isə ağızı ovucla örtərək, nəzərə çarpmadan  götürülür 

və boşqaba qoyulur.  

Qaşıqla çay və ya qəhvəni qarışdırdıqdan sonra stəkan və ya fincanda 

saxlamayın, nəlbəkiyə qoyun.  

Masa arxasında siqaret çəkmək olmaz, masa arxasında siqareti  yalnız 

siqaret çəkənlər kampaniyasının toplanması zamanı çəkmək olar.  

İş

güzar  insan  davranış  mədəniyyətinin  ən  mühüm  cəhətlərindən  biri 



olan masa arxasında aşağıdakı ümumi qaydalara riayət etmək lazımdır.  

 Qadınlar əyləşmədikcə və ya ev sahibi, yaxud ev sahibəsi sizi dəvət 



etmədikcə masa arxasında oturmayın; 

 Sizin yanınızda, xüsusilə də sizdən sağda əyləşən qadının sizin tərəf-



dən diqqətə haqqı var. Sizin ona təqdim edilib-edilmədiyinizdən asılı olaraq 

siz onun qayğısına qalmalısınız;  

 İnsanları masa arxasında tanış etmək olmaz; 



 Masaya həddən artıq yaxın və ya ondan həddən artıq uzaq əyləşmək 

olmaz; 



 Ev  sahibəsinə  oriyentasiya  edin:  o  sizə  “nuş  olsun”  dedikdə,  bu  o 



deməkdir ki, yeməyə başlamaq olar; 

 Qədəhi  həddən  artıq  yuxarıya  qaldırmayın;  içməzdən  öncə  dodaq-



larınızı kağız salfetlə silin; 

 Əgər  qonşunuzla  danışmaq  istəyirsinizsə,  başqasına  arxanızı  çe-



virməyin; 

 Masa arxasında diş təmizləyicisindən istifadə etməyin; 



 Hər hansı yeməyin sizin xoşunuza gəlmədiyini hiss etdirməyin; yax-

ş

ı olar ki, sadəcə olaraq ondan yeməyəsiniz.  



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin