AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə9/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   5   6   7   8   9   10   11   12   ...   50
4 biznes


Cədvəl 6.1.  

Kiçik müəssisələrin fəaliyyət göstəriciləri 

 

Göstəricilə

İ

llə



2000 

2005 

2006 

2007 

2008 

1.  Fəaliyyət    göstərən 

müəssisələrin sayı, vahid 

24254 


11982 

12232 


13465 

14101 


2.  İşləyənlərin  siyahı  sayı, 

nəfər orta hesabla bir müəs-

sisədə 

99778 


73447 

90134 


99335 

99838 




7,4 

3.  Orta  aylıq  əməkhaqqı, 



manat 

33,9 


61,5 

81,7 


113,5 

140 


4.  Məhsulun  (işlərin,  xid-

mətlərin) həcmi, mln.manat 

434,9 

657,3 


719,9 

1108,8 


1595,1 

Mənbə: Azərbaycan statistik göstəriciləri 2009, “Səda” 2009, səh.108-109 

 

Cədvəldən  göründüyü  kimi,  Azərbaycanda  fəaliyyət  göstərən  kiçik 



müəssisələrin sayı 2008-ci ildə 2000-ci ilə nisbətən 1,7 dəfə azaldığı halda, 

onlarda  çalışan    işçilərin  sayı  1,7  dəfə,  orta  aylıq  əmək  haqqı  4,1  dəfə  və 

məhsulun (işlərin, xidmətlərin) həcmi 3,7 dəfə artmışdır. 

Təcrübə  göstərir  ki,  son  dövrlər  sahibkarlığın  inkişafı  fərdi  və  özəl 

sahələrdə daha çox tərəqqiyə səbəb olmuşdur.  Belə ki, iqtisadiyyatın müx-

təlif  sferalarında  kiçik  biznesin  inkişafı  nəticəsində  respublikamızda  işsiz-

liyin səviyyəsinin aşağı salınmasına və məşğulluğun artırılmasına nail olun-

muşdur.  Bu  faktor  bazar  iqtisadiyyatının  ölkədə  dayaqlarının  möhkəmlən-

məsi ilə əlaqədar texnoloji və istehsal baxımından yaxşı formalaşmış müəs-

sisələrin meydanda qalmasını, digərlərinin isə tədricən aradan çıxmasını sü-

buta  yetirən  göstəricidir.  Digər  bir  fakt  xarici  və  müştərək  müəssisələrlə 

bağlı  göstərici  özünü  qabarıq  şəkildə  göstərməkdədir.  Belə  ki,  xarici  və 

müştərək  müəssisələrin  sayı  1997-1998-ci  illərdə  ən  yüksək  artım  tempinə 

çatmış, növbəti illərdə azalması meyili müşahidə olunur. Çoxları bunu ölkə 

iqtisadiyyatına  xarici  investorların  marağının  azalması  kimi  qeyd  etmişlər. 

Ancaq, əslində bu heç də belə deyil. Belə ki, həmin illərdə və sonrakı dövr-

lərdə aparılan iqtisadi siyasətin nəticəsi olaraq ölkəmizə çoxlu sayda xarici 

investisiyalı şirkətlər gəlmişlər. Ancaq onu da qeyd edək ki, xarici  kapital 

ə

sasında  yaradılan  müəssisələrin  Azərbaycanda  keçid  dövrlərdə  çoxalması 



ilk baxışdan yaxşı görünsə də əslində öz daxilində mənfi nüansları daşıyır. 

Belə  ki,  məhz  xarici  investisiyalı  müəssisələrin  Azərbaycanın  daxili  baza-

rında  üstünlük  təşkil  etməsi  onların  diktəetmə  imkanlarını  genişləndirirdi. 


Бизнесин тяшкили вя идаря едилмяси 

82 


Həmçinin,  belə  vəziyyət  yerli  sahibkarlığın  inkişafını  ləngidərək  milli  iş 

adamlarının oyundan kənarlaşmalarına gətirib çıxarmışdır.  

Milli biznesin inkişafında yaranmış problemlər müəssisənin formalaş-

dırılması  və  fəaliyyəti    üçün  kifayət  qədər  kapitalın  olmaması,  müasir  tex-

nika  ilə  silahlanma  səviyyəsinin  aşağı  olması,  heyətin  səriştəsizliyi  və  ida-

rəçiliyin beynəlxalq standartlara cavab verməməsi ilə əlaqədardır.  

1998-ci ildən sonra respublikamızda xarici və müştərək müəssisələrin 

sayı  xeyli  azalmışdır.  Əksinə,  bu  illər  ərzində  işçilərin  sayı  və  məhsulun 

həcmi artmışdır. Bu da ona dəlalət edir ki, həmin müəssisələr külli miqdarda 

investisiya  qoyaraq  həm  işçilərinin  sayını  artırmışlar  və  həm  də  ən  müasir 

avadanlıqlar quraşdırmaqla, geniş həcmdə iş və xidmətlər göstərmək imkanı 

ə

ldə  etmişlər.  Məhz  belə  bir  geniş  imkanların  yerli  sahibkarların  əlində 



olmaması  ucbatından  onların  statistik  göstəricilərinin  kəmiyyət  tərəfinin 

keyfiyyət tərəfinə nisbətən daha intensiv inkişaf etməsinə səbəb olmuşdur.  

Belə  bir  qənaətə  gəlmək  olur  ki,  işsizliyin  aradan  qaldırılmasında, 

yerli məhsullarla bazarda bolluğun  yaradılmasında, Azərbaycanın sosial və 

iqtisadi cəhətdən inkişafında kiçik бизнесин xeyli rolu vardır. Respublikada 

dövlət mülkiyyətinin özəlləşdirilməsi və бизнесин inkişafı sahəsində həyata 

keçirilən  dövlət  siyasəti  nəticəsində  özəl  sektorun  ölkə  iqtisadiyyatındakı 

payı xeyli artmışdır.  

Bütün bu dəyişikliklər ölkədə aparılan iqtisadi siyasətin müsbət təza-

hür-lərindən  biridir.  Həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər  nəticəsində 

ötən  illərdə  ölkə  iqtisadiyyatında  və  onun  əsasını  təşkil  edən  бизнесин  in-

kişafı  sahəsində  müşahidə  edilən  müsbət  dəyişikliklərin  davamı  ilə  səciy-

yələnmiş  pozitiv  meyillər  daha  qabarıq  şəkildə  özünü  göstərmiş,  keyfiyyət 

dəyişiklikləri baş vermişdir. Belə ki, ÜDM-nin tərkibində qeyri-dövlət böl-

məsinin payı 82 faizə çatmışdır. Bununla bərabər, əhalinin yaşayış səviyyəsi 

yaxşılaşmaqda davam etmişdir. 



 

6.3. Kiçik biznesin müasir vəziyyəti  

və inkişaf perspektivləri   

 

Kiçik  biznesin  müəssisələri  yerli  bazarı  çox  yaxşı  tanıyırlar  və  hətta 

ayrı-ayrı  müştərilərin  sifarişlərinə  əsasən  xırda  partiyalarla  məhsullar  da 

istehsal edirlər. Kiçik və orta ölçülü müəssisələr bir çox ölkələrdə iri  şirkət-

lərə nisbətən həm saylarına görə, həm də göstərilən xidmət və istehsal edilən 

məhsullarına  görə  dominant  mövqe  tuturlar.  Кичик  сащибкарlar  istehsala 

ə

lavə ictimai əməyi cəlb edirlər ki, bu da milli gəlirin artmasına və yeni də-



yərin yaranmasına gətirib çıxarır.  

Dünya  təcrübəsi  göstərir  ki,  kiçik  бизнес  fəaliyyətinin  genişləndi-

rilməsi aşağıda sadalanan problemlərin həllinə müsbət təsir göstərir:  


Бизнесин тяшкили вя идаря едилмяси 

83 


1)  Əhalinin  mallara  və  xidmətlərə  olan  tələbatının  yüksək  səviyyədə 

ödənilməsi üçün azad rəqabət mexanizminin işə düşməsi;  

2) Məhsulun, xidmətin  və işin çeşidinin və keyfiyyətinin artırılması;  

3) Məhsul və xidmətlərin konkret müştərilərə yönəldilməsi;  

4) İqtisadiyyatın strukturunun yenidənqurulmasına təsiri;  

5) Əhalinin şəxsi vəsaitinin istehsala cəlb edilməsi;  

6) Yeni və əlavə iş yerlərinin təşkil olunması; 

7)  Şəxsiyyətin  istedadının  və  yaradıcılıq  qabiliyyətinin  tam  üzə 

çıxarılması;  

8) Əhalinin müxtəlif qruplarının fəal işə cəlb olunması;  

9) Fərdi sahibkarlığın inkişaf etdirilməsi;  

10) Elmi-texniki tərəqqinin inkişafı;  

11) Yerli xammaldan istifadə edilməsi. 

Kiçik  müəssisələrin  çətinlikləri  sırasında  olan    sərmayə  qıtlığı  bu 

müəssisələri orta təsərrüfat subyektləri səviyyəsinə qədər yüksəlməyə imkan 

vermir.  İstehsalı  təşkil  edib,  inkişafa  aparmaq  üçün  hər  zaman  kredit  alma 

imkanları olmur, olsa da, banklar kiçik həcmli kreditləri yüksək faiz

 

dərəcə-



ləri  ilə  verirlər.  Yerli  təbii  sərvətlərdən  tam  və  səmərəli  istifadə  etməkdə 

gücsüzdülər.Daha  yüksək  ixtisaslı  mütəxəssislərin  işə  cəlb  olunması  və  ya 

hazırlanmasında geniş imkanlara malik deyillər. Kiçik müəssisələrdə, adətən 

sahibkar da, menecer də, işçilər də başqa sənət sahibləri olduqlarından və ya 

təcrübəsizliklərindən  xətalar  çox  olur,  müflisləşmə  ehtimalı  yüksəkdir. 

Kiçik müəssisələr xammal və materialları kiçik həcmdə aldıqlarından xam-

malı  onlara  ucuz  vermirlər.  Nəticədə  buraxılan  malın  maya  dəyəri  yüksək 

olur. 


Bundan əlavə kiçik müəssisələrin səmərəliliyi son məhsulun istehsalı 

üçün  zəruri  olan  yarımfabrikatların  və.  s.  buraxılışında  da  özünü  göstərir. 

Bütün  bunlar  isə  cəmiyyətin  iqtisadi  həyatında  kiçik  müəssisələrin  rolu  və 

yerinin  müəyyən  edilməsinə  kompleks  yanaşmanın  zəruriliyini  əsaslandır-

mağa imkan verir. Xırda və orta müəssisələrin fəaliyyətinə  əsaslanan kiçik 

sahibkarlığın çox böyük ehtiyat mənbələri mövcuddur. 

Kiçik biznesin inkişafı ilk növbədə onun maliyyə təminatı ilə şərtlənir. 

Dünya  təcrübəsindən

 

məlum  olduğu  kimi,  kiçik  biznesin  formalaşması  və 



inkişafı

 

üçün  lazım  olan  kapitalın  əldə  olunması  həmişə  aktual  problem 



olmuşdur. 

Hər bir müəssisənin iqtisadi fəaliyyəti maliyyə vəsaitinin mövcudluğu 

ilə bağlıdır. Məhz buna görə də hər bir sahibkarlıq subyektinin əsas məqsədi 

öz  maliyyə  vəsaitlərinin  həcmini  artırmaqdır.  Sahibkar  öz  fəaliyyətinin 

formalaşması və inkişafında daxili və xarici maliyyə mənbələrindən istifadə 

edir. 


Daxili  maliyyə  mənbələrinə  dövlət  büdcəsindən  maliyyələşmə,  əhali 

yığımları,  müəssisələrin  topladıqları  vəsait,  kommersiya  bankları,  inves-



Бизнесин тяшкили вя идаря едилмяси 

84 


tisiya  fondları  və  şirkətləri,  qeyri-dövlət  pensiya  fondları,  sığorta  şirkətlə-

rinin vəsaitləri daxildir. Xarici maliyyə mənbələrinə isə xarici investisiyalar, 

xarici kredit və borclar aiddir. 

Qeyd  edək  ki,  hal-hazırda  kiçik  biznesin  əsas  maliyyə  mənbəyi  kimi 

dövlət büdcəsindən sahibkarlığın inkişafına yönəldilmiş vəsaitlər çıxış edir.  

 

Məhz  bunlara  görə  dövlətin  sahibkarlığa  köməyi,  onun  fəaliyyətinə 



dəstək üçün büdcədən müəyyən məbləğdə vəsaitinin ayrılması olduqca va-

cibdir.  Dövlət  tərəfindən  ayrılan  maliyyə  yardımları  qəbul  olunmuş  proq-

ramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrant-

lar,  kreditlərə  təminat  verilməsi,  lizinqin  təşkili,  sahibkarlara  xidmət  gös-

tərən  maliyyə-kredit  qurumlarına  stimullaşdırıcı  tədbirlərin  tətbiqi  forma-

sında həyata keçirilir. 

Son  illərdə  respublikamızda  kiçik  biznesin  inkişafına  çoxşaxəli  ma-

liyyə  köməyi  sisteminin  formalaşdırılması,  maliyyə  dəstəyinin  reallaşdırıl-

ması  mexanizmlərinin  beynəlxalq  standartlara  uyğunlaşdırılması  istiqamə-

tində  tədbirlər  həyata  keçirilir.  Bu  məqsədlə  1993-cü  ildən  fəaliyyət  gös-

tərən Sahibkarlığa Kömək Milli Fondu «Azərbaycan Respublikasında kiçik 

və orta sahibkarlığa dövlət köməyi Proqramı» və «Kiçik Sahibkarlığa dövlət 

köməyi  haqqında»  Azərbaycan  Respublikası  Qanunu  əsasında  dövlət  büd-

cəsindən  kiçik  sahibkarlığın  inkişafına  yönəldilən  vəsaitin  bölüşdürülməsi 

və istifadəsini təmin edir. 

Kiçik  biznesin  dövlət  dəstəyi  əsasında  formalaşan  maliyyə  mənbələ-

rindən  biri  də  vergi  güzəştləridir.  İnvestisiyalaşdırılmış  vergi  kreditləri  de-

dikdə  sahibkarlıq  müəssisələrinə  gəlirə  tətbiq  edilən  vergilər  üzrə  edilmiş 

güzəştlərin məcmusu başa düşülür.  Həmin  kreditlər  yerli  və  regional ver-

gilər üzrə 1 ildən 5 ilə qədər tətbiq edilə bilər. Vergi güzəştləri sahibkarlara 

aşağıdakı hallarda tətbiq edilir: 

- Firma tərəfindən elmi-tədqiqat işlərinin və ya istehsalın yenidən təş-

kilinin həyata keçirildiyi hallarda. O cümlədən, əlillər üçün yeni iş yerlərinin 

açılması  və  təbiətin  mühafizəsi  istiqamətində  aparılan  yenidənqurma  işlə-

rində də tətbiq oluna bilər; 

- Firma tərəfindən innovasiya fəaliyyətinin həyata keçirilməsi zamanı. 

Həmçinin,  yeni  xammal  və  materialların  əldə  edilməsi  üçün  müəssisəyə 

müasir texnikanın gətirilməsi halında da nəzərdə tutulur; 

-  Əgər,  firma  regionun  inkişafı  üçün  və  həmçinin  əhalinin  sosial  və-

ziyyəti ilə bağlı xüsusi əhəmiyyətli işlər görürsə bu güzəştlərdən istifadə et-

mək hüququnu əldə etmiş olur. İnvestisiyalaşdırılmış vergi kreditləri firma-

nın  ərizəsinə  əsasən  maliyyə  təşkilatı  ilə  bağlanmış  müqavilə  əsasında  ve-

rilir. 

 

Bundan başqa, sahibkarlığın maliyyə təminatının digər mənbələrindən 



biri  də  lizinqdir.  Lizinq  əsas  vəsaitlərin  əldə  edilməsi  üçün  ən  effektiv 

maliyyə-sənaye  formasıdır.  Lizinq  firmaya  başqa  firmanın  vəsaitlərini  pul 



Бизнесин тяшкили вя идаря едилмяси 

85 


dövriyyəsində  istifadəyə  imkan  verir.  Belə  ki,  bu  maliyyələşdirmə  lizinq 

kompaniyası tərəfindən həyata keçirilərək, üçüncü tərəfə müəyyən müddətə 

istifadə  üçün  əmlakın  icarəyə  verilməsidir.  Xüsusilə,  lizinq  çox  zaman 

firmanın yeni texnika ilə təchizində həyata keçirilir. 

 

Kiçik  biznesin  investisiyalaşdırılmasında  dövlətə  məxsus  mənbələrin 



rolu  əhəmiyyətli  olmaqla  yanaşı  xüsusi  mülkiyyətə  məxsus  kapitaldan  da 

istifadə edilməsi vacibdir. Ümumiyyətlə, Azərbaycanda kiçik biznesin inki-

ş

afında  müəssisələrin  xüsusi  vəsaitlərindən  (mənfəət  və  amortizasiya 



ayırmaları) istifadə səviyyəsi qənaətbəxş deyil. 

Xüsusi maliyyə mənbələrinə fərdi vəsaitlər, xüsusi mülkiyyətli müəs-

sisələrin  malik  olduğu  maliyyə  resursları  və  cəlb  edilmiş  vəsaitlər,  uzun-

müddətli kreditlər, qiymətli kağızların buraxılmasından əldə edilən vəsaitlər 

aiddir.  

Müvafiq  olaraq  bazar  iqtisadiyyatı  inkişafı  yolunu  tutmuş  Azərbay-

canda  rəqabətin  təşəkkül

 

tapmasını  təmin  edən  vasitələrdən  biri  kimi  kiçik 



biznes inkişaf etdirilməli, bunun üçün isə onların kapital təminatı məsələləri 

həll edilməlidir.  

Kiçik  müəssisələr  iqtisadi  inkişafda  əhalini  işlə  təmin  etməyə  şərait 

yaradır  və  işsizliyin  qarşısını  alaraq  cəmiyyətin  sosial-siyasi  stabilliyini  də 

təmin  edib  əhəmiyyətli  rola  malik  olmağa  çalışırlar.  Eyni  zamanda,  kiçik 

müəssisələr  iqtisadi  böhran  vaxtı  kütləvi  müflisləşməyə  baxmayaraq  daha 

elastik  olmağa  cəhd  edərək  iqtisadi  çətinliklərə  uyğunlaşaraq  vəziyyətdən 

çıxırlar. Onlar bu dözümlülüyə iri müəssisələrin istehsalın azaldılması və iş-

çilərin  ixtisara  salınması  ilə  deyil,  əmək  haqqını  aşağı  salaraq  iş  vaxtının 

uzadılması vasitəsilə nail olurlar.  

Qeyd  etmək  lazımdır  ki,  az  gəlirlə  fəaliyyət  göstərmələri,  keyfiyyətli 

məhsul buraxmaq və yüksək səmərəli istehsal yaratmaq cəhdi, kiçik biznes 

rəqabət mühitini formalaşdırır. Ona görə də, bəziləri rəqabət mübarizəsindən 

çıxaraq  fəaliyyət  göstərirlər  və  kiçik  biznes  sektoruna  daxil  olurlar.  Məhz 

buna  görə  də,  inkişaf  etmiş  ölkələrdə  əmək  məhsuldarlığını  artıran  rəqabət 

mübarizəsində  qalib  gələn,  yerli  əmtəəni  həm  daxili,  həm  də  xarici  bazar-

larda reallaşdıran kiçik biznesə böyük ümid bəsləyirlər. 

Kiçik  biznes  elmi-tədqiqat  və  təcrübi-konstruktor  işlərində  daha  sə-

mərəlidir. Kiçik biznesdə mikroprosessor, şəxsi kompyuter, interferon kimi 

mühüm yeniliklər yaradılmışdır. Kiçik biznes, eyni zamanda, riyazi təminat 

vəsaitlərini aktiv və müvəffəqiyyətlə işləyib hazırlayırlar. 

Məsələn, ABŞ-ın iqtisadiyyatında fəaliyyət göstərən kiçik innovasiya 

firmalarının ixtira sahəsində yüksək səmərəyə malik olduğu göstərilir. Belə 

ki, kiçik firmalar iri müəssisələrə nisbətən bir nəfərin məşğulluğu hesabına 4 

dəfə  çox  yenilik  yaradır  və  bir  mühəndisə  və  yaxud  tədqiqatçıya  isə  iri 

müəssisələrdən 2 dəfə az xərc düşür.  



Бизнесин тяшкили вя идаря едилмяси 

86 


Elmi-texniki tərəqqini inkişaf etdirmək və onun nəticələrini müntəzəm 

olaraq  istehsala  tətbiq  etməkdə,  yeni  ideyalarını  axtarıb  tapmaq  və  onu 

işləyib  hazırlamaqda,  bu  sahədə  yeni  texnologiyanı  və  ya  vasitəçiliyi  mə-

nimsəməkdə  istehsal  və  yeni  ideyalar,  texnologiya  və  məhsul  bazarını  əla-

qələndirməklə kiçik innovasiya müəssisələrinin iqtisadi və sosial əhəmiyyəti 

böyükdür.  

Kiçik  müəssisələr  ölkənin  ixracında  böyük  rol  oynaйıр,  iqtisadi  вə 

sosial  əhəmiyyətlilik  baxımından  çox  faydalıdır.  Bununla  yanaşı,  kiçik 

müəssisələrin  ölkənin  ixracat  məhsullarında  payının  artması  sosial-iqtisadi 

problemlərin  həll  olunmasına,  xüsusilə  də  yeni  iş  yerlərinin  yaranmasına, 

xarici  valyuta  daxilolmaları  hesabına  ölkənin  valyuta  ehtiyatlarının  artma-

sına və ən başlıcası isə inteqrasiya prosesinin güclənməsinə geniş imkanlar 

yaradır. 

Kiçik  biznesin  sosial-iqtisadi  əhəmiyyəti  bir  də  ondadır  ki,  onlar  bö-

yük  çeviklik  göstərərək  bazar  konyunkturasının  dəyişməsinə  tez  uyğunla-

ş

ırlar.  Bu  da  kiçik  biznesin  mobilliyini  göstərir.  Bu  çevikliyi  yaradan  əsas 



səbəb onların kiçik ölçüdə olmalarıdır. Məhz buna görə də kiçik müəssisələr 

bazarda  sərbəst  hərəkət  etməklə  dəyişməkdə  olan  məhsul  tələbatını  öz 

üzərinə götürürlər. 

Kiçik  biznesin  yüksək  səmərəliliyinin  başlıca  amili,  onların  məhsul 

istehsalı sahəsində və əmək vasitələrindən istifadə də dar ixtisaslaşmasıdır. 

Ona görə də, belə müəssisələr bir qayda olaraq məhdud sayda məhsul isteh-

sal  edir  və  eyni  zamanda,  dar  ixtisaslaşmış  avadanlıqlardan  istifadə  etməsi 

və  yüksək  məhsuldarlığı  ilə  fərqlənirlər  ki,  bu  da  qısa  müddətdə  istehsal 

texnologiyalarını dəyişməyə, bütövlükdə isə həm məhsul istehsalı prosesini, 

həm  də  əsas  fondların  təkrar  istehsalı  prosesini  intensivləşdirməyə  imkan 

verir.  

Bazar  iqtisadiyyatı  inkişafı  yolunu  tutmuş  bütün  ölkələrdə  kiçik  биз-

несин  inkişaf  etdirilməsi  həmin  dövlətlərdə  sahibkarlığın  inkişafı  istiqa-

mətində aparılan siyasətin uğurla nəticələnməsinə gətirib  çıxarır. O cümlə-

dən də, Azərbaycanda kiçik бизнесин daha da inkişaf etdirilməsi  ölkəmizin 

iqtisadi  artımında  qeyri-neft  sektorunun  payının  artırılmasına  xidmət  etmiş 

olar. 

 

6.4. Azərbaycanda kiçik biznesin rəqabətqabiliyyətliliyi  

 

Rəqabətqabiliyyətliliyi  anlayışı  öz  inkişafına  əmtəə  mübadiləsinin  for-



malaşması  dövründə,  ortaya  belə  mübadilənin  iştirakçılardan  hər  biri  üçün 

nə  qədər  faydalı  olması  haqda  məsələ  çıxdığı  zamanı  başlamışdır.  Daha 

sonra bu faydanı artırmaq zərurəti və deməli, rəqabət üstünlüyü əldə etmək 

imkanı  yaranmışdır.  Rəqabət  anlayışı  ticarət  sayəsində  yaranmışdır  və 

onunla  qırılmaz  şəkildə bağlıdır.  Bu  əlaqə  bu  gün  də  aktualdır,  çünki  tica-


Бизнесин тяшкили вя идаря едилмяси 

87 


rətdə iştirak etmək (əmtəə, müəssisə və ya ölkə üçün) rəqabət mübarizəsində 

iştirak etməyin çıxış nöqtəsidir, yalnız indi bu mübarizədə uğur daha geniş 

amillər dəsti ilə müəyyən olunur.  

Rəqabətqabiliyyətliliyi

  bazarda  rəqabət  mübarizəsini  uğurla  həyata 

keçirmək qabiliyyətliliyidir və  rəqabətlə qırılmaz şəkildə bağlıdır. O,  rəqa-

bətin yarandığı yerdə və vaxtda ortaya çıxır və inkişaf edir. Bazar və rəqabət 

rəqabətqabiliyyətliliyini məhək daşlarıdır. Bu o deməkdir ki, rəqabət nə qə-

dər qlobal xarakter əldə edirsə, bazarların sərhədləri nə qədər çox yuyulursa, 

ə

mtəə istehsalçıları üçün daima dəyişən şəraitdə uğurlu rəqabət mübarizəsini 



aparmaq bir o qədər çox əhəmiyyət kəsb etməyə başlayır.  

əssisənin  rəqabətqabiliyyətliliyi

  sahibkarların  indiki  və  gələcək 

dövrdə milli və dünya bazarlarında qiymətinə və keyfiyyətinə görə xarici və 

ya milli rəqiblərdən daha cazibədar əmtəələr istehsal etmək qabiliyyətidir.  

Kiçik biznes işgüzar mühiti müəyyən edən çoxsaylı amillərin və on-

ların  kombinasiyalarının  fəaliyyətindən  xüsusilə  asılıdır  və  nəticə  etibarilə, 

iri  və  orta  ölçülü  bizneslə  müqayisədə  daha  zəifdir.  Müasir  inkişaf  mər-

hələsində Azərbaycanda kiçik biznesin rəqabətqabiliyyətliliyinin əsas prob-

lemləri arasında aşağıdakıları fərqləndirmək lazımdır. 

1. Verilmiş anlayışın çoxmənalılığının nəticəsi olaraq, kiçik müəssi-



sələrin  rəqabətqabiliyyətliliyi  səviyyəsinin  müəyyən  edilməsinin  çətinliyi

Çoxmənalılıq aşağıdakılarla müəyyən olunur: 



-  rəqabətqabiliyyətliliyinin  dəyişməsinə  təsir  göstərən  proseslərin 

dinamikliyi və nisbi sürətliliyi; 

-  rəqabətqabiliyyətliliyi  yalnız  iqtisadi  obyektin  rəqib-analoqla  mü-

qayisə edilməsi yolu ilə müəyyən oluna bilər; 

-  rəqabətqabiliyyətliliyi  anlayışı  iqtisadi  fəaliyyətin  müxtəlif  sub-

yektlərinə münasibətdə tətbiq oluna bilər; 

-  əmtəənin  rəqabətqabiliyyətliliyi  bir  çox  amillərin  fəaliyyətinin 

nəticəsini əks etdirən göstəricilər kompleksidir; 

-  rəqabətqabiliyyətliliyi  və  keyfiyyət,  rəqabətqabiliyyətliliyi  və  tex-

niki (və ya texniki-iqtisadi) səviyyə anlayışları arasında sıx qarşılıqlı əlaqə; 

-  müəssisənin  rəqabətqabiliyyətliliyinin  qiymətləndirilməsi  özünə 

firmanın istehsal və innovasiya potensialını, müəssisənin maliyyə stabilliyi-

ni,  əmtəələrin  irəlilədilməsi  şəbəkələrini,  rəqabət  mühitinin  vəziyyətini  və 

ə

sas rəqiblərin sayını müəyyən edən göstəricilər qrupunu daxil edir.  



2.  Azərbaycanda  kiçik  müəssisələrin  sayının  nisbətən  az  olması

Ümumiyyətlə  müasir  tədqiqatlar  milli  iqtisadiyyatın  rəqabətqabiliyyət-

liliyinin əsası kimi müəssisələrin rəqabətqabiliyyətliliyinə xüsusi diqqət ve-

rirlər.  Öz  növbəsində  Azərbaycanın  kiçik  biznesinin  rəqabətqabiliyyətliliyi 

səviyyəsi  milli  müəssisələrin  və  ümumiyyətlə,  Azərbaycan  iqtisadiyyatının 

rəqabətqabiliyyətliliyi  ilə  sıx  bağlıdır.  Bununla  yanaşı,  inkişaf  etmiş  ölkə-

lərlə müqayisədə Azərbaycanda kiçik müəssisələrin sayı çox deyildir. 


Бизнесин тяшкили вя идаря едилмяси 

88 


3.  Kiçik  biznesin  ən  yeni  texnologiyalardan  istifadə  edilməsində  iş-

tirakı  aşağıdır

,  buna  baxmayaraq,  inkişaf  etmiş  ölkələr  müəssisələrin  rə-

qabət  qabiliyyətliliklərinin  artırılması  strategiyalarında  kiçik  biznesin 

müasir  elmi-tədqiqatlar  və  texnologiyalardan  istifadə  etməsinin  asanlaş-

dırılmasını əsas tuturlar, çünki o, çox çevikdir və rəqabət mühitinin istənilən 

dəyişikliyinə  tez  reaksiya  vermək  qabiliyyətinə  malikdir.  Azərbaycanda 

kiçik  müəssisələrin  innovasiyasına  çəkilən  xərclər  nisbətən  azdır,  buna 

baxmayaraq, bu xərclərin artımı, xüsusilə hasilat sənayesində nəzərə çarpır.  

4.  Giriş  baryerləri.  Azərbaycan  vətəndaşlarının  kiçik  sahibkarlıqla 

zəif  məşğul  olması  bu  biznesə  giriş  zamanı  nisbətən  yüksək  giriş 

baryerlərinin mövcud olması, kiçik biznesin açılması və həyata keçirilməsi 

zamanı  ortaya  çıxan  problemlər  və  onun  inkişaf  perspektivlərinin  öncədən 

görülməsi  qabiliyyətinin  olmaması  ilə  bağlıdır.  Bundan  başqa,  ləğv  edilən 

müəssisələrin  əhəmiyyətli  faizi  rəqabət  mübarizəsinin  həyata  keçirilməsi 

strategiya  və  bacarıqlarının  olmaması  ilə  əlaqədardır.  Ən  geniş  yayılmış 

çətinliklər arasında aşağıdakıları fərqləndirmək lazımdır. 

- Start kapitalının olmaması. 

- İri müəssisələr tərəfindən yüksək rəqabət. 

- Yeni müəssisənin qeydiyyatının çətinliyi. 

- Kiçik müəssisənin və ya fərdi sahibkarlığın mühasibat hesabdarlığı 

ilə bağlı problemlər.  

5.  Kiçik  müəssisələrin  maliyyə  problemləri.  Bu  sahədəki  əsas 

problemlərdən biri borc alınmış maliyyə resurslarının bahalılığıdır ki, bu da 

tarixi  olaraq  formalaşmış  yüksək  kreditləşdirmə  dərəcəsi  ilə  müəyyən  olu-

nur. Kreditlər üzrə faizlərin azalması tendensiyasının (2005-ci ildə 15%-dən 

2008-ci ildə 12%-ə qədər) nəzərə çarpmasına baxmayaraq, resurslar yenə də 

bahalı olaraq qalmaqdadırlar və kiçik müəssisələrin kütləvi inkişafına nəinki 

yol verir, əksinə buna mane olurlar.  

6.  Kiçik  biznesin  rəqabətqabiliyyətliliyinin  əsas  şərti  kimi  Azərbay-

can  biznesinin  rəqabətqabiliyyətliliyi  səviyyəsi.

Ancaq  kiçik  müəssisənin 

hansı  sferasında  işləməsindən  asılı  olmayaraq,  işgüzar  mühitin  inkişaf  sə-

viyyəsi və vəziyyəti belə müəssisələrin çiçəklənməsi üçün mühüm və zəruri 

şə

rtlərdən biri kimi çıxış edir. Məhz buna görə də iri beynəlxalq təşkilatların 



milli  biznesin  rəqabətqabiliyyətliliyinə  həsr  olunmuş  ciddi  tədqiqatlarında 

həm  milli  firmaların  rəqabət  üstünlüklərinə,  həm  də  ölkədə  bu  firmaların 

inkişafını  təmin  edən  işgüzar  mühitin  qiymətləndirilməsinə  bərabər  diqqət 

ayrılır.  

 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

89 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin