AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə6/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   2   3   4   5   6   7   8   9   ...   50
4 biznes


IV FƏSİL. BİZNES MƏDƏNİYYƏTİ 

 

4.1. Biznes mədəniyyətinin mahiyyəti və əhəmiyyəti 

   


Biznes  mədəniyyəti  biznes  fəaliyyətinin  təşkilinin  ayrılmaz  hissəsi 

olub  ümumi  mədəniyyət  ünsürləri  üzərində  qurulur  və  xalqın  mədəniyyəti 

ilə sıx bağlıdır. Mədəniyyət ictimaiyyətin, yaradıcı qüvvələrin və insan qabi-

liyyətlərinin,  insanların  fəaliyyətlərinin  təşkili  formalarında  və  növlərində, 

onların  yaratdıqları  maddi  və  mənəvi  dəyərlərdə  ifadə  olunan  inkişaf 

səviyyəsidir. 

“Biznes  mədəniyyəti”  anlayışının  müxtəlif  tərifləri  mövcuddur. 

V.D.Kozlov  biznes  mədəniyyətinin  tam  və  geniş  tərifini  verir.  Onun  fik-

rincə, biznes mədəniyyəti “fəaliyyət, adət, ənənə, fərdi və qrup maraqlarının, 

işçilərin  davranış  xüsusiyyətlərinin,  rəhbərlik  tərzinin  və  s.  qayda  və  nor-

malarının formal və qeyri-formal sistemi”nin məcmusudur.   

Biznes mədəniyyəti istehsal və kommersiya fəaliyyətinin elə təşkilini 

nəzərdə tutur ki, biznesdə uğurlar işçilərin əmək və qazandıqları əməkhaq-

qından maksimum dərəcədə məmnun qaldıqları şəraitin yaradılması ilə uy-

ğ

unlaşsın.  



Biznesin  xarakterindən  asılı  olaraq  mədəniyyətin  aşağıdakı  növləri 

fərqləndirilir:  ticarət  mədəniyyəti,  sərfəli  sazişlər  mədəniyyəti,  investisiya 

mədəniyyəti və inzibatçılıq mədəniyyəti.  

Ticarət  mədəniyyəti

  sürətli  əks  əlaqə  və  nisbətən  aşağı  risklə  xarak-

terizə olunur. Ticarət sferasının əməkdaşları kimi, çox vaxt cəsarətlə ekspe-

rimentlər aparan gənc insanlar çıxış edirlər. Bu insanlar təbiətcə insansevən, 

böyük mənəvi tələbatları olmayan, zahirən cazibədar insanlardır. Onlar alı-

cılara müraciət edərkən məlum yumor payı ilə natiqlikdən bacarıqla istifadə 

edirlər.  Bir-biriləri  ilə  həvəslə  ünsiyyət  bağlamaq  və  fikir  mübadiləsi 

aparmaq,  ticarət  mədəniyyəti  sferasını  şəriklik  hissi,  kollektivçilik  və  yol-

daşlıq  ruhu  ilə  dolu  kommunikativ  bir  sahəyə  çevirir.  Ticarət  mədəniyyə-

tinin  effekti  ondan  ibarətdir  ki,  onun  sayəsində  çox  şeyi  sürətlə  hərəkətə 

gətirmək olar.  

Sərfəli  sazişlər  mədəniyyəti  (möhtəkirlik  mədəniyyəti)

  uğurlu  (və  ya 

uğursuz)  müəssisələrin  orta  və  yüksək  dərəcəli  maliyyə  riskli,  sürətli  əks 

ə

laqəsilə xarakterizə olunur. Bu mədəniyyət tipinə qiymətli kağızlar, ödəniş 



vasitələri, xammal və s. ilə uğurlu sazişlərin həyata keçirildiyi yerlərdə rast 

gəlinir.  Belə  mədəniyyətin  elementləri  dəb,  kosmetika,  peşəkar  idman, 

reklam və riskli müəssisələrin maliyyələşdirilməsi sferasında özünü göstərir. 

Sərfəli  sazişlər  sahəsinin  əsas  strategiyası  ələ  keçən  şanslardan  tez  istifadə 

olunmasıdır.  Burada  əməkdaşlar  kimi  gənc  və  ya  mənəvi  cəhətdən  gənc 

insanlar çıxış edirlər.  



Бизнесин тяшкили вя идаря едилмяси 

50 


Möhtəkirlik  mədəniyyəti  sferası  işgüzar  insan  submədəniyyəti  üçün 

münbit  şərait  yaradır:  onda  döyüşçü  və  aqressiv  xarakter  cəhətləri,  qərar-

vermədə qətilik formalaşır. Ünsiyyətə azsözlülük, sürətlilik, qısa replika və 

jestlər  kimi  cəhətlər  xasdır.  Bu  sferada  mövhumatçılıq  qəbul  olunur,  aq-

ressivlik isə mükafatlandırılır. Uğursuzluqlar və onların səbəbləri haqqında 

danışmamağa çalışırlar, sanki onlar heç bir zaman olmamışdır.  

İ

nvestisiya  mədəniyyəti

  əsasən  sənayedə,  tikintidə,  bank  işində  və  s. 

sahələrdə  təzahür  edir.  Bu  mədəniyyət  tipi  aşkarcasına  gələcəyə  oriyen-

tasiyalı  olması  ilə  xarakterizə  olunur.  Yüksək  risk  dərəcəsi  şəraitində  iri 

kapital  qoyuluşları  həyata  keçirilir.  Bu  zaman  investorlar  öz  qərarlarının 

nəticələrindən uzun müddət xəbərsiz qalırlar.  

Bu sferada əməkdaşlar ehtiyatla, ehmalla, səbirlə və inadkarlıqla işlə-

yirlər.  Onlar  minimal  əks  əlaqə  şəraitində  nisbətən  uzunmüddətli  qeyri-

müəyyənlik dövrünü dəf etməyə məcbur olurlar.  Qərar qəbul olunan  yerdə 

avtoritet  (nüfuz)  və  peşəkarlığa  hörmət  hökm  sürür.  Burada,  bir  qayda 

olaraq, bir dəfə qəbul olunmuş müddəa və razılaşmalara riayət edilir.  

Ə

məkdaşlar tez-tez ünsiyyətdə olur və detallara qədər bütün aspektləri 



müzakirə  edirlər.  Birgə  iclaslarda  mülayim  və  xoşrəftar  olurlar,  çünki  hər 

kəs bir-birilərindən asılı olduqlarını bilirlər. Qeyd etmək lazımdır ki, qeyri-

müəyyənlik şəraitində qəbul olunmuş qərarlar insanları bir araya gətirir.  

İ

nzibatçılıq  mədəniyyəti

  ictimai  xidmətdə,  müəssisələrdə,  firmalarda, 

bank və sığorta kompaniyalarında təzahür edir.  

Bu təşkilatlar strateji olaraq xidmət və servisə istiqamətlənirlər. Əmək-

daşlar, bir qayda olaraq, tədbirli və ciddi, eyni zamanda ehtiyatlı, pedantik 

(vasvası),  bəhanəçi  insanlardır,  həmçinin  şəraitə  uyğunlaşmağı  bacarırlar. 

Qərarları  düşünərək  qəbul  edir,  hər  tərəfdən  özlərini  sığortalayırlar.  Qərar 

qəbuluna  kifayət  qədər  çox  vaxt  sərf  edirlər.  İnzibati  mədəniyyət  sfe-

ralarında ünsiyyət ciddilik və nəzərə çarpan ierarxiya ilə xarakterizə olunur.  

İ

nzibati  mədəniyyət  hər  yerdə  qeyri-məmnunluq  yaradır.  O,  əsaslı 



olaraq,  bürokratiya,  ən  zəruri  olanın  yerinə  yetirə  bilməmək  qabiliyyətilə, 

tez-tez isə korrupsiya və rüşvətxorluqla assosiasiya təşkil edir.  

Biznes mədəniyyətini sadə şəkildə manipulyasiya etmək mümkündür. 

O, illər ərzində toplanır, dinamikdir, daimi olaraq təkmilləşir.  

Biznes  mədəniyyəti  firmaların  keçmiş  və  gələcək  təcrübəsini  öyrənə-

rək qarşıya qoyulmuş məqsədlərin təmin edilməsində ən effektiv mədəniy-

yət ənənələrinə istinad etdikləri zaman təbii  yolla inkişaf edir, bununla  ya-

naşı  müəyyən  davranış  komplekslərinin  güclə  tətbiqi  yolu  ilə  məqsədli 

şə

kildə formalaşa bilər.  



Mədəniyyətin təkmilləşdirilməsi üçün ayrı-ayrı elementlərin necə qar-

ş

ılıqlı  təsirdə  və  hansı  qarşılıqlı  əlaqənin  olduğunu,  onların  bir-birinə  necə 



təsir  göstərdiyini  öyrənmək  lazımdır.  Bu  zaman  firmaya  uğur  gətirən 

dəyərlər  haqqındakı  düşüncələrin  köhnəlmiş  olduğunu,  onların  təzələnmə-



Бизнесин тяшкили вя идаря едилмяси 

51 


sinin  vacibliyini  öyrənmək  lazımdır.  Biznes  mədəniyyətinin  dəyişməsi 

dəyərlər haqqındakı yeni təsəvvürlərə müvafiq olaraq baş verir.  

Biznes  mədəniyyəti  üçün  əsas  məsələ  davranış  səviyyəsində  nə  baş 

verdiyidir.  Əgər  dəyərlər  və  davranış  səviyyəsi  üst-üstə  düşmürsə,  nəticə 

mənfidir.  Bu  o  zaman  mümkündür  ki,  partnyor  münasibətləri  təbliğ  edilir, 

təcrübədə isə əlaqələri olan işçilərin vəzifəsi artırılır.  

Firma mədəniyyətini aşağıdakı hallarda zəif adlandırmaq olar: 

-  əgər  dəyərlər  və  uğura  necə  nail  olmaq  haqqında  aydın  təsəvvür 

yoxdursa; məqsədlər əsasən qısamüddətli dövr üçün qoyulur; 

- ümumən məqsədlər və inamlar haqqında təsəvvür var, lakin verilmiş 

anda nəyin düzgün və vacib olduğu haqda razılıq yoxdur, bunun nəticəsində 

ziddiyyətlər ortaya çıxır; 

- firmanın ayrı-ayrı strukturları razılığa gələ bilmir, müxtəlif nöqteyi-

nəzərlər mövcuddur; 

-  rəhbərlər  dəyərlərin,  ümumi  inamların  (əqidənin)  ümumən  başa 

düşülməsi üçün heç nə etmirlər.  

İ

qtisad  elmi  və  praktiki  leksikonda  “Sahibkarlıq  mədəniyyəti”,  “Тəş-



kilati  mədəniyyət”,  “İşgüzar  mədəniyyət”,  “Кorporativ  mədəniyyət”  və  s. 

kimi  anlayışların  ortaya  çıxması  bu  problemin  əhəmiyyətliliyindən  xəbər 

verir. 

Biznes mədəniyyətinin əhəmiyyəti həm də ondan ibarətdir ki, o, işdən 



çıxan,  daha  yüksək  məvacibli  işlərə  gedən  mütəxəssislərin  sayının  nəzərə 

çarpacaq dərəcədə azalmasına və kadr potensialından daha səmərəli istifadə 

olunması üçün əlverişli şərait yaradılmasına səbəb olur. 

 

4.2. Firma mədəniyyəti 



 

Firma  fəaliyyətinin  mədəniyyəti  onun  əməkdaşlarının  mədəniyyətin-

dən,  işgüzar  etika  səviyyəsindən  və  işgüzar  münasibətlər  mədəniyyətindən 

təşkil olunmuşdur.  

O, bir sıra xarici və daxili amillərlə müəyyən olunur: 

-  müştərilərə  dəqiq  və  keyfiyyətli  xidmət  göstərilməsi,  istehlakçılarla 

yaxşı qarşılıqlı münasibət; 

- firma maraqlarına sadiqlik və hər bir əməkdaşın firmanın son və ara-

lıq məqsədlərinə nail olunmasındakı payı haqqında xəbərdarlığı; 

- qərar qəbulunun qrup formalarına üstünlük verilməsi; 

- əvvəlcədən tərtib olunmuş fəaliyyətlər planına riayət edilməsi. 

Firmanın fəaliyyəti mədəniyyətinin mühüm elementləri aşağıdakılardır: 

-  qüvvədə  olan  qanunlara,  hüquqi  aktlara,  standartlara,  qayda  və 

ümumi etik normalara riayət edilməsi; 



Бизнесин тяшкили вя идаря едилмяси 

52 


-  vəzifələrin  pozulması  partnyorlara,  malgöndərənlərə,  istehlakçılara 

və  əməkdaşlara  əvəzi  ödənilməz  maddi  və  mənəvi  zərər  vura  bilən  qəbul 

olunmuş öhdəliklərin mükəmməl şəkildə yerinə yetirilməsi; 

-  müştərilərə,  partnyorlara  və  nəhayət  dövlətə  münasibətdə  biznesin 

ə

dalətli şəkildə həyata keçirilməsi.  



Biznesin xarici təcrübəsi yüksək mədəniyyətli və nümunəvi firmaların 

idarə edilməsinin bir sıra prinsiplərini müəyyən etmişdir: 

1) firma rəhbərliyi əsas  müştərilərə dövri olaraq  baş çəkməlidir. Belə 

aksiyaların məqsədi istehlakçıların tələblərilə bilavasitə tanış olmaqdan, on-

ların  qarşılıqlı  əməkdaşlıqdan  məmnun  qalıb-qalmadıqlarını  aydınlaşdır-

maqdan ibarətdir; 

2)  işgüzar  kağızlar  lakoniklikləri  (müxtəsərlikləri)  ilə  fərqlənməlidir-

lər. Mühüm işgüzar qeydlərin həcmi bir səhifəni keçməməlidir, firmadaxili 

hesabdarlıqları minimuma endirmək lazımdır; 

3)  firmanın  və  ya  onun  bölməsinin  idarəçisi  öz  tabelikdə  olanlarının 

hər biri ilə şəxsən təmasda olmalıdır; 

4)  firma  işçilərinin  qeyri-formal  (qeyri-rəsmi)  ünsiyyətləri  stimul-

laşdırılır; 

5) firma işçilərinin münasibətlərində ayrıseçkilik halları (motivləşdiril-

məmiş  işdən  kənarlaşdırma,  ahıl  yaşda  insanların  hüquqlarının  pozulması, 

mükafat verməmə və s.) minimuma endirilir.  

Ə

n cazibədar xarici kompaniya və firmaların fəaliyyət mədəniyyəti sə-



viyyələrinin  müəyyənləşdirilməsi  kriteriyaları  maraq  kəsb  edir:  innovasiya 

fəaliyyəti  və  aktivlik,  menecmentin  keyfiyyəti,  firmanın  uzunmüddətli  in-

vestisiyalaşdırma  obyekti  kimi  əhəmiyyətliliyi,  ictimai  və  ekoloji  məsuliyyət, 

firmanın  heyətin  yaradıcılığını,  məhsul  və  xidmətlərin  keyfiyyətini  inkişaf 

etdirmək və dəstəkləmək qabiliyyəti, firmanın maliyyə əhəmiyyətliliyi və s.  

 

4.3. İşgüzar etika 



 

Etika  –  insan  davranışı  prinsiplərinin  məcmusudur.  Bu  tərifi  biznes 

sahəsinə  qədər  genişləndirərək  demək  olar  ki,  işgüzar  etika  özündə  biznes 

sferasında məşğul olan insanların davranış prinsiplərini əks etdirir.  

İş

güzar etika partnyorların işgüzar münasibətlərini, habelə onların dav-



ranışlarını işgüzar dünyada ümumi olaraq qəbul olunmuş davranış prinsiplə-

rinə  uyğun  gəlib-gəlməmə  nöqteyi-nəzərindən  nəzərdən  keçirməyə  və  qiy-

mətləndirməyə imkan verir. Belə prinsiplərə istinad etmə cəmiyyətin inkişa-

fına  fəal  şəkildə  təsir  göstərmək,  öz  vətəndaş  borcunu  layiqincə  yerinə 

yetirmək üzrə peşəkar imkana malik olan biznesmenlərə kömək edir.  

Bununla əlaqədar olaraq, işgüzar etikada struktur formalaşdıran kom-

ponentlər kimi çıxış edən əxlaqi dəyərləri fərqləndirmək məqsədəuyğundur. 


Бизнесин тяшкили вя идаря едилмяси 

53 


Bunlar içərisində  ən mühüm olanları aşağıdakılardır: düzlük və saflıq (vic-

danlılıq).  

Biznesdə  düzlük  tələbi  onun  təbiətindən  irəli  gəlir.  Yalan  normal  iq-

tisadi prosesin əsası kimi çıxış edə bilməz. Əksinə, o, partnyorların maraq-

ları üçün təhlükə yaradır. Yalan danışan insanlar işgüzar dünyada hər zaman 

mühakimə  olunmuşlar.  Son  nəticədə  yalan  və  saxtakarlığa  yol  verənlər 

udduqlarından çox uduzurlar.  

Düzlük və vicdanlılıq biznesin və ümumiyyətlə cəmiyyətin uzunmüd-

dətli  inkişafının  nəticəsidir,  bu  proses  zamanı  optimal  etik  və  əxlaqi  nor-

malar  işlənib  hazırlanmışdır.  Məlumdur  ki,  sənaye  cəhətdən  inkişaf  etmiş 

ölkələrdə biznes dağıntısız, sui-istifadəsiz, elementar vicdansızlıq və bunun 

ə

sasında ortaya çıxan qalmaqallarsız keçinmir. Bununla belə, biznesdə əsas 



məqam  düzlük,  vicdanlılıq,  partnyora  “kələk  gəlməməyə”  çalışmaq,  daha 

irəli hərəkət etmək və münasibətləri inkişaf etdirmək üçün qarşılıqlı faydalı 

razılıqlar bağlamaqdır.  

İş

güzar  etika  azadlıq  kimi  ümumi  insani  dəyərə  əsaslanır.  Bu  o  de-



məkdir  ki,  biznesmen  və  ya  menecer  təkcə  öz  kommersiya  fəaliyyətlərinin 

yox, öz rəqibinin də fəaliyyətlərinin azadlığını qiymətləndirməlidir və bu da 

onun  işinə  müdaxilə  edilməməsində,  onun  hətta  ən  cüzi  maraqlarının  belə 

ə

zilməməsində ifadə olunur.  



İş

güzar qarşılıqlı münasibətlərin başqa bir təməl prinsipi səbirlilikdir

Bu  prinsip  partnyorların,  müştərilərin  və  ya  tabelikdə  olanların  zəiflik  və 

çatışmazlıqlarını  “bir  həmlədə”  dəf  etməyin  qeyri-mümkün  olmasının  qav-

ranılmasından çıxır. Səbirlilik qarşılıqlı etibar, anlayış və səmimilik yaradır, 

münaqişəli situasiyaları onlar hələ yaranmadan söndürməyə imkan verir.  

İş

güzar  qarşılıqlı  münasibətlər  hər  zaman  müxtəlif  nöqsanlar  və  mü-



naqişələrlə  müşayiət  olunur,  buna  görə  də  onlar  nəzakət  və  zəriflik  tələb 

edirlər.  Belə  ünsiyyətdə  nəzakət  təkcə  məqsədlər  və  davranış  normalarının 

uyğunluğunu başa düşməyi  yox, bu normaları konkret insana tətbiq etməyi 

bacarmağı ifadə edir. Nəzakət, hər şeydən əvvəl, humanizmə və xeyirxahlı-

ğ

a oriyentasiyanı, diqqətlilik və xəbərdarlığı nəzərdə tutur. Nəzakətli olmaq 



istənilən situasiyada öz partnyorunu, müştərini və tabelikdə olanı, onun bio-

sosial xarakteristikaları olan cins,  yaş, milliyyət, temperament, vərdiş və s. 

cəhətlərinin  nəzərə  alınması  ilə  dəyərli  insan  şəxsiyyəti  kimi  dərk  etməyi 

ifadə edir.  

Zəriflik  dedikdə,  ünsiyyətdə  mülayimlik  və  diqqətlilik,  öz  kolleqala-

rının  mənliyini  hifz  etmək  bacarığı  başa  düşülür.  Nəzakət  xüsusi,  ünsiyyət 

zamanı  səhihlik  və  səmimiliyin  yalnız  yüksək  səviyyədə  peşəkar  biznes-

menlərə  və  menecerlərə  xas  olan  təzahür  formasıdır.  O,  ən  az  əxlaqi-psi-

xoloji xərclərlə işgüzar məsələləri həll etməyə imkan verir. Nəzakətin dəyəri 

xarici biznesmenlərlə ünsiyyət zamanı xüsusilə yüksəkdir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

54 


Xarici firmaların nümayəndələri görüşərkən hər hansı hadisələrin qiy-

mətləndirilməsində fikir ayrılığı tamamilə təbiidir. Yad adət və təsəvvürlər 

qəribə,  davranış  tərzləri  həddən  artıq  ciddi  və  ya  əksinə  mülayim  təsir 

bağışlaya bilər. Lakin ilkin və eyni zamanda, bir qayda olaraq, səthi təəssü-

ratdan çıxış edərək biznes üzrə xarici kolleqalara qarşı hörmətsizlik  yaran-

mamalıdır.  Eyni  zamanda  nəzakət  artıq  olmamalı,  yaltaqlığa  çevrilməməli, 

görülmüş və ya eşidilmiş şeyin heç nə ilə əsaslandırılmamış tərifinə gətirib 

çıxarmamalıdır.  

Səbir  və  nəzakətlə  yanaşı  işgüzar  etika  ədalətlilik  kimi  ümumbəşəri 

ə

xlaqi  keyfiyyətə  də  oriyentasiya  edir.  Bu,  insanların  şəxsi-işgüzar  keyfiy-



yətlərinin, onların fəaliyyətlərinin obyektiv olaraq qiymətləndirilməsini, on-

ların  fərdiliklərinin  qəbul  olunmasını,  tənqidə  açıqlığı  və  özünütənqidi  nə-

zərdə tutur.  

İş

güzar insanı xarakterizə edən ümumi əxlaqi keyfiyyətlərə onun peşə-



kar  düzgünlüyünü,  yəni  tələbkarlığını,  işə  can  yandırmasını,  habelə  prinsi-

piallığını və başqalarının fikirlərinə hörmət göstərilməsini aid etmək olar.  

Qərb  biznesmenlərinin  uğur  düsturu  sadədir:  uğur  =  peşəkarlıq  + 

vicdanlılıq. Xaricdə illər ərzində yoxlanmış partnyorları çox qiymətləndirir, 

yeniləri isə şübhə ilə öyrənir və çox vaxt ilk görüşdə özünü qaydalara uyğun 

aparmayanları öz qeyd dəftərçələrindən silirlər.  

  

4.4

 . Milli biznesmenlərin əsas keyfiyyətləri 

 

Milli  və  xarici  mütəxəssislər  tərəfindən  aparılmış  tədqiqatlar  uğurlu 



biznesmenin  ən  mühüm  keyfiyyətlərinə  aşağıdakıları  aid  etməyə  imkan 

vermişdir: təşəbbüskarlıq, risk etmək qabiliyyəti, məqsədyönümlülük, müs-

təqillik,  effektivlik  və  keyfiyyətə  oriyentasiyalılıq,  inandırmaq  və  qarşıya 

məqsəd  qoymaq  bacarığı,  biliklər  əldə  etməyə  çalışmaq,  müşahidəçilik 

qabiliyyəti. 

Biznesmenin faydalılığı onun işi təşkil etmək və rasional şəkildə həya-

ta keçirməsinə, qənaətliliyinə, təşəbbüskarlığına, buraxılan məhsulun isteh-

salının  daimi  olaraq  yenilənməsinə  çalışmasına  əsaslanır.  Sahibkarlıq  fəa-

liyyətinin insanların tələbatlarının təmin edilməsinə istiqamətlənməsi xüsusi 

ə

həmiyyət kəsb edir. Onların alıcılıq qabiliyyətlərinin artırılmasında maraqlı 



olan  biznesmenlər  inkişaf  etmiş  cəmiyyətdə  fəal  şəkildə  sosial  siyasətin 

yaxşılaşdırılmasında iştirak edir, mədəniyyət və elmin inkişafına öz töhfələ-

rini verirlər.  

Bizim ölkədə insanların biznesmenlərə qarşı münasibəti müxtəlifdir və 

həm  obyektiv,  həm  də  subyektiv  xarakterli  bir  çox  amillərin  təsiri  altında 

formalaşır.  On  illər  ərzində  sovet  insanlarında  biznesmen  haqqında  cəmiy-

yətin var-dövlətinə sahib olan və buna haqqı olmayan, zəhmətkeşlərin istis-

marı  hesabına  yaşayan  “parazit”  stereotipi  formalaşmışdır;  onun  marağı 



Бизнесин тяшкили вя идаря едилмяси 

55 


yalnız  asan  qazancdır.  Bu  gün  bu  sxemin  tərəfdarları  mövcuddur,  ancaq 

sahibkarlara qarşı yeni münasibət də möhkəmlənir.  

Ə

ksər milli biznesmenlərin işgüzar etikası hələ ki, formalaşma mərhə-



ləsindədir. İnzibati-amirlik sistemi şəraitində təsərrüfat rəhbər-komformistin 

xüsusi  tipi  yaranmışdır:  qorxaq,  daxilən  azad  olmayan,  riskdən  qorxan, 

təşəbbüssüz bir tip. Tez-tez bu sistem çərçivəsində böyümüş təsərrüfatçılar 

demokratik  olmurlar,  dialoqa  meyilli  deyillər,  insan  münasibətləri,  psixo-

logiya və menecment  məsələlərində  səriştəsizdirlər,  kifayət  qədər  dünya 

görüşünə  malik deyillər.  



Birinci qrupa

 (müxtəlif qiymətləndirmələrə görə ümumi sayın 5-20%-

i) nomenklatur biznesin nümayəndələri – komsomol, partiya və sovet orqan-

larının  işçiləri  aid  edilir.  Bu  işlərə  xalq təsərrüfatının  bir  çox sahələrindən, 

son  nəticədə  isə  bizneslə  məşğul  olmuş  şöhrətpərəst  işgüzar  insanlar  təşrif 

buyururdular. Onların fərqləndirici cəhətlərinə işgüzar yanaşma, təşkilatçılıq 

qabiliyyətlərinin  olması,  biznesin  əsaslarını  bilmələri,  qeyri-rəsmi  münasi-

bətlər saxlamaq və qaydaya salmaq bacarığının olması və s. aiddir.  

İ

kinci qrupa

 lyumpenləşmiş (peşəsiz insanlar) siniflər daxildir. Bunlar 

öz  peşələrində  yüksəyə  qalxmamış  və  ya  ümumiyyətlə  peşəyə  sahib  ol-

mayan insanlardır. Burada 13-15 yaşlarından qeyri-qanuni biznesdə “pul qa-

zanmağa” başlamış, daha sonra isə rəsmi qeydiyyatdan keçmiş firmalar aç-

mış gənc insanların payı böyükdür. Bu qrupdan olan biznesmenlər üçün nə-

yin  bahasına  olursa-olsun  özünə  var-dövlət  toplamaq  xarakterikdir,  buna 

görə də onları maraqlandıran sfera istehsal yox, ticarət-tədarükat əməliyyat-

ları, vasitəçilik fəaliyyəti, birja və bank işidir.  

Milli biznesmenlər mürəkkəb şəraitdə, tez-tez qeyri-müəyyənlik vəziy-

yətində  işləməli  olurlar.  Biznesə  mane  olan  mexanizmlər  hələ  də  dəf  edil-

məmişlər. Belə şəraitdə  uğuru  yalnız sürətlə uyğunlaşan biznesmenlər əldə 

edirlər.  Buna  görə  də  “birdəfəlik”  biznes  psixologiyası  kifayət  qədər  geniş 

tətbiq  edilir,  bu  zaman  uduş  ədalətsiz  rəqabət  şəraitində  istehlakçıların  al-

dadılması yolu ilə əldə edilir.  

Müasir  sahibkarlıq  fəaliyyətində  mübarizə  aparmaq,  öz  üstünlüyünü 

saxlamaq bacarığı ilə  yanaşı sadiqlik, diplomatiklik, əməkdaşlıq etmək ba-

carığı kimi keyfiyyətlər  də  yüksək qiymətləndirilir; öz  yaradıcı və təşkilat-

çılıq qabiliyyətlərini reallaşdırmağa çalışan, məsuliyyəti öz üzərinə götürən 

işçilər  qiymətləndirilir.  Bu,  ona  görə  baş  verir  ki,  birincisi,  getdikcə  daha 

çox  rəhbər  insanların  daimi  olaraq  nəzarətdə  saxlanmasının  qeyri-mümkün 

olması barəsində nəticəyə gəlir, ikincisi, işçilərin böyük hissəsi əməkdaşlıq 

atmosferinin  yaradılması  və  onların  fikir  və  ideyalarının  nəzərə  alınması 

şə

rtilə keyfiyyət və effektivliyi artırmağa hazırdırlar.  



Yüksək  əxlaqi  prinsiplərə  xüsusi  yer  verilir.  İnkişaf  etmiş  ölkə  üçün 

işgüzar  münasibətləri  yalan,  məsuliyyətsizlik  və  tamah  üzərində  qurmaq 

sərfəli deyildir.  


Бизнесин тяшкили вя идаря едилмяси 

56 


İ

qtisadi fəaliyyət növü kimi biznes çoxşaxəli olduğu kimi onu həyata 

keçirən biznesmenlərdən işgüzar keyfiyyətlərə malik olmaları tələb olunur. 

Belə  ki,  milli  biznesmenlərin  bu  gün  qarşılaşdığı  problemlər  onların  təc-

rübəsizliyindən yaranır. Burada əsas yeri ədəb, nəzakət, mehribançılıq və s. 

təşkil edir. Azərbaycanda deyirlər ki, şirin dil ilanı da yuvasından çıxarar. 



 

4.5. İşgüzar etiket 

 

İş

güzar  etiket  təkrarlanan  situasiyalarda  oriyentasiya  etməyə  kömək 

edən  işgüzar  ünsiyyət  formasıdır.  İşgüzar  etiketi  bilmək  işgüzar  etikanın 

norma  və  prinsiplərindən  çıxan  qarşılıqlı  münasibətlər  ustalığına  sahib  ol-

mağa şərait yaradır.  

Biznesmen etiketi özünə yaxşı tərbiyə olunmuş insanlar tərəfindən qə-

bul  edilən  və  salamlaşma,  müraciət,  təqdimetmə,  işgüzar  münasibətlərdə 

subordinasiya,  işgüzar  təmasların  təşkili,  işgüzar  yazışma,  telefon  danışığı 

mədəniyyəti, işgüzar məruzə (protokol), vizit kartı, rəhbərin danışıq mədə-

niyyəti,  özünü  aparması,  xarici  görünüşü  və  işgüzar  geyimi  ilə  bağlı 

davranış kodeksinin əsasını təşkil edən bir sıra qaydaları daxil edir.  

Nəzakət,  əsasən,  hər  şeydən  əvvəl,  salamlaşmanı  nəzərdə  tutur. 

Ümumi  qəbul  edilmiş  etiketdə  ilkin  olaraq  kişinin  qadınla,  yaşı  az  olanın 

yaşı böyük olanla, vəzifəcə aşağı olanın vəzifəsi yuxarı olanla salamlaşma-

sının nəzərdə tutulmasına baxmayaraq, sivilizasiyalı biznesmen onunla yaşı 

az olan və ya vəzifəcə daha aşağı olan partnyorun ilkin olaraq salamlaşma-

sını gözləməməlidir. Öz həmsöhbətini ilk olaraq salamlamaq lazımdır. Əgər 

qadın ilkin olaraq salamlaşıbsa, kişi bunu xüsusi hörmət əlaməti kimi başa 

düşməlidir.  Kişi  qadını  küçədə  salamlayarkən  baş  geyimini  və  əlcəyini 

çıxarır.  O,  məsafədə  olan  kimisə  salamlayarkən  yüngülcə  təzim  edir  və əli 

ilə şlyapasına toxunur. Əgər oturubsa, onda salamlaşarkən ayağa qalxır. Sa-

lamlaşma zamanı ağızda siqaret və əl cibdə olmamalıdır. Qadın başını yün-

gülcə  aşağı  əyir  və  salama  gülümsəmə  ilə  cavab  verir,  onlar  əllərini  cib-

lərindən çıxarmaya və əlcəklərini soyunmaya da bilər.  

    İşgüzar partnyorlar və ya tabelikdə olanlara müraciət tərzi istənilən 

kollektivdə  qəbul  olunmuş  ümumi  münasibət  tərzi  ilə  müəyyən  olunur. 

“Siz” müraciəti, hər şeydən əvvəl, öz partnyoruna və ya kollektivə müraciət 

edənin  yüksək  mədəniyyətindən  xəbər  verir.  O,  onlara  olan  hörməti  ifadə 

edir.  Yaxşı  tərbiyə  olunmuş  və  korrekt  (səriştəli)  biznesmen  hər  zaman  bu 

nəzakətli  müraciət  formasından  kiminlə  (bilavasitə  onun  rəisi  və  ya 

tabeliyində olan şəxs, ondan yaşca böyük və ya kiçik olan insanla) ünsiyyət-

də olmasından asılı olmayaraq istifadə edir. İşgüzar şəraitdə “sən” deyərək 

müraciət etmək arzuolunan deyildir. Buna, yalnız o zaman yol vermək olar 

ki, tərəflərin hər ikisi qarşılıqlı şəkildə ondan istifadə edir və ya ifadə qeyri-

formal münasibətlərlə əlaqədar işlədilir.  


Бизнесин тяшкили вя идаря едилмяси 

57 


İş

güzar  həyatda  nəzakətin  mühüm  elementi  lazımi  və  faydalı  əla-

qələrin  qurulmasında  istifadə  olunan  təqdimetmədir.  Etiketdə  harada  və 

necə təqdim etmək və təqdim olunmağın zəruri olmasını ifadə edən müəy-

yən normalar nəzərdə tutulmuşdur.  

Belə ki, yaşca kiçik olanı yaşca böyük olana, subayı evliyə, aşağı iye-

rarxiyadan olanı yuxarı iyerarxiyadan olana, kişini qadına, gənc qadını daha 

yaşlı qadına və s. təqdim etmək lazımdır. 

Təqdimetmə anı mühüm əhəmiyyət kəsb edir. Bu zaman sərbəstlikdən 

(sayğısızlıqdan)  uzaq  olmaq  və  yaxşı  olar  ki,  aşağıdakı  kimi  sadə  ifadə-

lərdən istifadə etmək lazımdır: “Bu Fuaddır, mənim kolleqam”, “Sizə anaмı 

təqdim  edirəm”  və  s.  Kişi  öz  həyat  yoldaşını  təqdim  edərkən  belə  deyir: 

“Mənim həyat yoldaşım” və ya “Mənim arvadım”. Qadın öz həyat yoldaşını 

təqdim edərkən o, adətən deyir: “Mənim ərim”.  

Ə

gər təqdim edilmək zərurəti ortaya çıxırsa və ətrafda sizə kömək edə-



cək  heç  kim  yoxdursa,  onda  sadəcə  olaraq  əl  uzatmaq  və  adını  söyləmək 

lazımdır.  

  Etiketə görə (o cümlədən işgüzar etiketə) kişinin üzərinə bir sıra və-

zifələr düşür. Küçədə kişi qadından solda getməlidir, çünki sağdakı yer daha 

hörmətli  və  təhlükəsiz  hesab  olunur.  Kişi  qadını  müşayiət  edərkən  siqaret 

çəkməməlidir. Kişi qadınla birlikdə işgüzar görüşə taksidə yola düşərkən ilk 

olaraq  maşına  yaxınlaşmalı,  sağ  arxa  qapını  açmalıdır.  Qadın  ilk  olaraq 

ə

yləşir.  



Maşından  ilk  olaraq  kişi  çıxır  və  qadına  çıxmaqda  kömək  edir.  Kişi 

özü sükan arxasında əyləşibsə, əvvəlcə o, qadına ön tərəfdə əyləşməyə kö-

mək  edir,  daha  sonra  isə  öz  yerini  tutur.  Bütün  hallarda  sizi  öz  maşınında 

sizin iş  yoldaşınız aparırsa, onunla  yanaşı ön oturacağa əyləşmək lazımdır, 

çünki onu tək saxlamaq nəzakətsizlikdir.  

Pilləkəndən düşərkən kişi bir-iki pillə qadından öndə, pilləkəni qalxar-

kən isə bir-iki pillə arxada gedir. Etiket əsas qaydalara istinad edərək aşağı-

dakı qaydaları nəzərdə tutur: kişi istənilən anda qadının köməyinə gəlməyə 

hazır  olmalıdır.  Qadın  büdrəyə  və  ya  ayağı  sürüşə  bilər  və  bu  zaman  kişi 

onu tutmalıdır.  

Müasir  bazar  iqtisadiyyatında  baş  verən  sivilizasiyalı  şəkildəyişmələr 

belə  bir  tendensiyanı  şərtləndirir  ki,  işgüzar  ünsiyyətdə  əxlaq  məsələlərinə 

mühüm  əhəmiyyət  verilir.  Bu,  xüsusilə  pul  münasibətlərinə  aiddir.  Bütün 

dövrlərdə və bütün xalqlarda bu məsələlərdə dəqiqlik, düzgünlük və ehtiyat-

lılıq  hörmətlə  qarşılanmışdır.  Əgər  sizin  kiminsə  qarşısında  pul  öhdəliklə-

riniz varsa, onlar vaxtında yerinə yetirilməlidir. Əgər hər hansı kifayət qədər 

üzürlü bir səbəbdən siz  onları  yerinə  yetirə bilmirsinizsə, bu haqda mütləq 

xəbər  verilməli  və  müddətin  uzadılmasının  mümkün  olub-olmamasını 

dəqiqləşdirməlisiniz. Sonuncu halda siz öz sözünüzün üstündə durmalısınız. 


Бизнесин тяшкили вя идаря едилмяси 

58 


Bunun  əksi  hər  zaman  səhlənkarlıq  və  ədəbsizlik  hesab  olunmuş  və 

olunmaqdadır.  

  İşgüzar ünsiyyətdə işgüzar təmasların təşkili qaydalarına ciddi diqqət 

ayrılır.  Belə  ki,  rəhbərin  artıq  dərəcədə  ünsiyyətə  açıqlığı  normal  işgüzar 

şə

raitin yaranmasına yol vermir və tez-tez təklifsizliyin yaranmasına gətirib 



çıxarır. Buna görə də vəzifəcə yuxarı olan şəxslərin iş kabinetlərinə icazəsiz 

girən şəxslərin sayını məhdudlaşdırmaq məqsədəuyğundur. Əgər kabinetdə 

kimsə varsa, oraya daxil olmaq olmaz. Bu qaydaya qəbul saatlarında xüsu-

silə riayət etmək lazımdır. Yaxşı olar ki, rəhbərlə bilavasitə təmasa girmək 

istəyən bütün şəxslər dəqiq fiksə edilmiş başçəkmə vaxtına malik olsun və 

görüşün baş tutacağına əmin olsunlar. Rəhbərin  artıq  dərəcədə  ünsiyyətə  

qapalılığı  da  arzu  olunan  deyildir, çünki bu, informasiyanın itirilməsinə 

gətirib çıxarır.  

İş

güzar təmasların planlaşdırılması zamanı əsas rolu katibə (katib) oy-



nayır. O, başçəkmənin təxirəsalınmazlığı məsələsini həll etməli, əməkdaşları 

gözlənilməz şəraitlər barəsində xəbərdar etməli və arayışlar verməlidir.  

İş

çini dəvət edərkən müdir ona hazırlanmaq üçün imkan vermək məq-



sədilə onu katibə vasitəsilə vaxt, davamiyyət müddəti və söhbətin mövzusu 

haqqında  xəbərdar  etməlidir.  Söhbətləri  tabelikdə  olanın  kabinetində  apar-

maq məqsədəuyğundur, çünki bu zaman bütün materiallar əl altında olur və 

telefon  zəngləri  mane  olmurlar.  Bəzən  söhbətləri  başqa  əməkdaşların  da 

eşitməsi üçün ümumi otaqda aparmaq olar. İşgüzar yerdən kənarda söhbət-

lərin aparılması, bir qayda olaraq, arzu olunan deyil: bu, seçilmişlik və məx-

filik təəssüratı yaradır.  

Ziyarətçilər üçün nəzərdə tutulmuş otaqlarda onlar üçün maksimal ra-

hatlıq  yaradılmalıdır.  Bütün  şərait  insanlara  qarşı  diqqətdən  xəbər  vermə-

lidir.  


İş

güzar etiketdə subordinasiya məsələləri mühüm əhəmiyyət kəsb edir, 

çünki idarəetmə münasibətləri iyerarxik xarakter daşıyır.  

İş

güzar subordinasiya, hər şeydən əvvəl, səhihlik tələb edir: qarşılıqlı 



tabeliyi yaddan çıxarmaq və xüsusi zərurət olmadan aşağı rəhbərin nüfuzu-

nu  alçaldaraq  “üstdən  aşağı”  göstərişlər  vermək  olmaz.  Subordinasiyanın 

pozulması zamanı tabelikdə olan rəhbəri bu haqda xəbərdar etmək lazımdır 

və bunu elə etmək lazımdır ki, o, elə fikirləşməsin ki, ondan “yan keçirlər” 

və onunla hesablaşmaq istəmirlər.  

Tabelikdə  olanlarla  ünsiyyət  zamanı  emosional  neytrallıq  prinsipini 

tətbiq  etmək  məqsədəuyğundur.  Bu  prinsip  bütün  əməkdaşlara,  şəxsi  sim-

patiya  və  antipatiyadan  asılı  olmayaraq  bərabər  və  səbirlə  münasibət  gös-

tərməyi  tələb  edir.  Tabelikdə  olanlarla  işdənkənar  münasibətlərdə  xüsusilə 

ehtiyatlı  olmaq  lazımdır,  çünki  sonuncu  qarşılıqlı  münasibətlərdə  təklif-

sizliyə gətirib çıxara, tez və ya gec rəhbəri ikimənalı vəziyyətdə qoya bilər.  


Бизнесин тяшкили вя идаря едилмяси 

59 


Hazırda  vizit  kartları  getdikcə  daha  geniş  intişar  tapmağa  başlayırlar, 

çünki onlar firma nümayəndələri ilə xüsusilə də ilk görüşlərdə işgüzar mü-

nasibətlərin təşkilində mütləq atribut kimi çıxış edirlər. Vizit kartları Qərbdə 

fəal şəkildə tətbiq edilir.  

Vizit kartlarının əsas təyinatı ilk tanışlıq zamanı işgüzar şəxslərin bir-

birilərinə təqdim edilməsidir. Onlardan təmasa girməkdə maraqlı olduğunuz 

şə

xslərə öz mövcudluğunuz bərasində informasiya vermək üçün də istifadə 



olunur.  Bu,  qiyabi  nümayəndəlik,  sizin  marağınızın  adresata  (ünvanlanan 

şə

xsə)  yumşaq,  zəhlə  tökməyən  təqdimetmə  formasıdır.  Vizit  kartlarından, 



həmçinin  təmasların  saxlanması  (bayram  və  ya  başqa  hadisə  münasibətilə 

təbriketmə,  başsağlığı  vermə,  minnətdarlıq  etmə,  hədiyyə,  suvenir,  çiçəklə 

birlikdə) üçün də istifadə olunur.  

Vizit  kartları  ana  dilində  çap  olunur,  onda  təkcə  vəzifəni  yox,  real 

maraqlar sferasını və səlahiyyətləri tam şəkildə göstərmək lazımdır.  

Vizit kartlarının aşağıdakı növləri mövcuddur:  



Standart  kart

.  Soyad,  ad  və  atasının  adı  böyük  hərflərlə,  vəzifə  kiçik 

hərflərlə  yazılır. Adətən  firmanın ünvanı və telefonu (o cümlədən ev nöm-

rəsi), bəzən isə teleks və faks nömrələri də göstərilir. Bu kart növündən artıq 

baş tutmuş tanışlıq zamanı istifadə olunur.  

Xüsusi və nümayəndəlik məqsədləri üçün kartlar

. Firmanın ünvanı və 

telefonu  göstərilir.  Əgər  sizə  belə  bir  kart  təqdim  etsələr,  deməli,  onun 

sahibi uzunmüddətli təmaslara meyilli deyil. O, sadəcə olaraq özünü təqdim 

edir. Ondan öz koordinatlarını yazmasını xahiş etməyin: əgər o, onları ver-

mək istəsəydi, onda sizə başqa növ vizit kartı təqdim edərdi. Ayrı-ayrı hal-

larda xüsusi məqsədlər üçün olan kartı yaxşı tanış olan partnyordan, o, onun 

koordinatlarının  sizə  yaxşı  tanış  olmasını  nəzərə  alaraq  sizə  həmin  kartla 

birlikdə suvenir göndərərkən əldə etmək olar.   

Firma kartları

. Firma adından təbriketmə zamanı istifadə olunur.  

Fotoqrafiyalı  kartlara  da  rast  gəlmək  olar.  Kitab  kimi  vərəqləri  olan, 

firmaya  necə  gəlmək  olmasını,  avtomobillərin  harada  park  (yerləşdirmə) 

edilməsini və s. göstərən xəritənin yerləşdirildiyi kartlar da vardır.  

Hədiyyələr vermək və üzərində firma nişanları olan suvenirlər təqdim 

etmək  işgüzar  dünyanın  qədim  ənənəsidir.  Etiketə  görə  ilk  görüşdə  hədiy-

yələri qonaqlar yox, ev sahibləri verirlər. Buna görə də sizə təşrif buyurmuş 

xarici nümayəndəyə onu hörmətli bir partnyor hesab etdiyiniz və uzunmüd-

dətli münasibətlər haqqında düşündüyünüzün əlaməti olaraq suvenir təqdim 

etməlisiniz. (Milli biznesmenlər nə üçünsə belə hesab edirlər ki, hədiyyələri 

onlara  “zəngin əcnəbilər” təqdim etməlidirlər). Sonrakı  görüşlərdə hədiyyə 

mübadiləsi mütləq olur. Onları vida zamanı da təqdim etmək lazımdır.  

Suvenirlərin  seçilməsinə  çox  ciddi  yanaşmaq  lazımdır.  Onlar  məşğu-

liyyət  növünə,  firmanın  spesifikliyi  və  ya  onun  yerləşdiyi  yerə  uyğun  gəl-

məlidir.  Yaxşı  olar  ki,  partnyorun  arzu  və  tərzinə  cavab  verən  suvenir 



Бизнесин тяшкили вя идаря едилмяси 

60 


təqdim edilsin. Əgər siz artıq tanış olan insanlara suvenir verirsinizsə, nəzə-

rə almaq lazımdır ki, onlar üçün məhz nəyi qəbul etmək xoş olacaqdır. Hə-

diyyələrin  təkrarlanmasına  yol  verməmək  lazımdır  (təkcə  spirtli  işçilərdən 

başqa). Təkrar hədiyyə etiketin ciddi olaraq pozulması hesab olunur.  

Rəsmi  görüşlərdə  hədiyyələr,  həmçinin  şəxsi  münasibət  ifadəsinə  də 

malik olmalıdır. Həmçinin hər zaman onların kimə təqdim ediləcəyini dəqiq 

olaraq təsəvvür etmək lazımdır. Əgər, misal üçün, siz firmanın prezidentinə 

vitseprezidentə  verdiyiniz  hədiyyəni  təqdim  etsəniz,  bu,  təhqir,  ən  yaxşı 

halda sizin naşılığınız kimi qiymətləndiriləcəkdir.  

Hədiyyələri nəzakətlə, xoş sözlər, qısa istəklər və ya zarafat müşayiəti 

ilə təqdim etmək lazımdır. Bu zaman meyara riayət etmək çox mühümdür. 

Hətta əgər vəsaitlər imkan verirsə belə, partnyorları arzuolunmaz vəziyyətə 

düşürməmək üçün həddən artıq bahalı şeylər vermək düzgün deyil. İş hədiy-

yənin gözəlliyində yox, onu təqdim etdiyiniz niyyətdə, sizin hisslərinizin sə-

mimiliyindədir.  Hədiyyə  seçimi  onu  verməyə  hazırlaşdığınız  tərəflə  sizin 

aranızdakı münasibətlərin xarakterilə müəyyən olunmalıdır.  

Təkcə nəzakətlə hədiyyə vermək yox, həm də nəzakətlə hədiyyə qəbul 

etməyi  də  bacarmaq  lazımdır.  Bir  çox  insanlar  nə  üçünsə  hesab  edirlər  ki, 

hədiyyə alarkən sevinc ifadə etmək yersizdir. Onlar hədiyyəni alan kimi onu 

açmadan  uzaq  bir  küncə  qoyurlar.  Bu,  əlbəttə  ki,  hədiyyə  seçərkən  sizin 

haqqınızda düşünmüş insanlara qarşı sayğısızlıqdır (hörmətsizlikdir). Yaxşı 

olar ki, hədiyyə verilən kimi onu verənə təşəkkür edilsin, o açılsın, içərisinə 

baxılsın və verənin zövq və diqqətini qiymətləndirərək ona bir daha minnət-

darlıq bildirilsin. Maddi dəyərindən  asılı olmayaraq bütün hədiyyələri  eyni 

diqqətlə qəbul etmək lazımdır.  

Hədiyyədən  yalnız  o  zaman  imtina  etmək  olar  ki,  onu  qəbul  etmək 

ə

dəbsizlikdir  və  ya  hədiyyə  o  qədər  dəyərlidir  ki,  bu,  sizi  onu  verən  qar-



ş

ısında  borclu  kimi  hiss  etdirir.  Lakin  hədiyyəni  qəbul  etməkdən  imtina 

edərkən  də  bunu  nəzakətlə  etmək  lazımdır.  Diqqətə  görə  minnətdarlıq  bil-

dirmək və imtinanı mümkün olduqca yumşaq bildirmək lazımdır. Qəti olun, 

həmin hədiyyəni başqa danışıqlardan sonra qəbul etməyin.  

Bəxşişlər hər yerdə və hər zaman verilmir. Bəxşişlər sizin xahişinizlə, 

xidmət  göstərilməsinin  adi  qaydası  və  ya  proqramla  nəzərdə  tutulmayan 

xidmətlər  göstərilərkən  mütləqdir.  Belə  hallarda  bu,  xidmətlərə  görə  adi 

ödənişdir (misal üçün, sizin üçün taksi çağırmış qapıçıya verilən bəxşiş).  

Bəxşişin  başqa  bir  növü  xidmətlərə  görə  əlavə  ödənişdir.  Sizə  qəzet 

gətirən dəhlizçiyə, siz qəzetin pulunu ödəyirsiniz və üstəlik onun dəyərinin 

10-20%-i  həcmində  bəxşiş  verirsiniz.  Başqa  bir  misal.  Tutaq  ki,  sizə  gecə 

qonaqlar gəlmişdir. Sizin istəyinizlə ofisiant nömrənizə içki gətirir. Bu halda 

ona  da  içkinin  dəyərinin  10-20%-i  həcmində  bəxşiş  vermək  lazımdır. 

Restoran  və  barlarda  ofisiantlara,  taksi  sürücülərinə,  qarderobçu  və 

daşıyıcılara bəxşiş vermək tövsiyə olunur.  



Бизнесин тяшкили вя идаря едилмяси 

61 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin