AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə14/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   10   11   12   13   14   15   16   17   ...   50
4 biznes


9.3. Holdinq şirkətləri 

 

İ

qtisadiyyatın transformasiyası prosesində biznesin müxtəlif  təşkilati 



formaları: səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları, holdinq şirkətləri 

yaradılmışdır. Korporativ idarəetmənin müasir strukturu olan holdinq şirkəti 

ticarət,  maliyyə  və  digər  kommersiya  fəaliyyətini  birgə  həyata  keçirən 

qarşılıqlı əlaqəli hüquqi şəxslərin məcmusudur. Holdinq şirkətlərinin aktiv-

lərinin çox hissəsi başqa kompaniyaların, səhmdar cəmiyyətlərinin səhmləri 

təşkil edir. 

Holdinq şirkətlərinin yaradılmasının müxtəlif üsulları vardır: 

a) Üfüqi inteqrasiya.  Holdinq şirkəti  - ardıcıl birləşmə nəticəsində və 

ya  eyni  biznes  növü  altında  fəaliyyət  göstərən  kompaniyalar  üzərində  nə-

zarəti ələ almaqla yaradıla bilər. Belə holdinqlərin əsas məqsədi yeni bazar 

payının  ələ  keçirilməsidir.  Buna  misal  Böyük  Britaniyanın  aparıcı  tütün 

kompaniyaları  “British-American  Tobacco”  (BAT)    və  “Rrotmans  İnterna-

tional”  tütün  şirkətlərini  göstərmək  olar.  Tütün  məmulatlarının  satış  həc-

minə görə bu şirkətlər dünyada müvafiq olaraq 2-ci və 4-cü yerləri tuturlar. 

Onlar dünyada nəhəng tütün istehsalçısı olaraq vahid konsernin yaradılması 

barədə müqavilə imzalayıblar. Müqavilənin dəyəri 13 milyard funt sterlinq 

təşkil edir. İldə 1 trln. siqaret buraxacaq yeni konsern dünya bazarının təx-

minən 17 %-nə nəzarət edəcəkdir. 

  Üfüqi  inteqrasiya    üzrə  yaranan  holdinq  şirkətlərinin  filialları  eyni 

qaydada  yaranır  və  “ekizlər”  kimi  eyni  cür  fəaliyyət  göstərirlər,  onların 



Бизнесин тяшкили вя идаря едилмяси 

126 


arasındakı  əsas  fərq  ərazi  üzrə  yerləşmələrindədir.  Əlbəttə  ki,  əhatə  etdiyi 

ə

razi nə qədər geniş olarsa, şirkətin uğurları da bir o qədər çox olar. 



b) Şaquli inteqrasiya. Holdinq şirkətlərinin  yaradılmasının digər  yolu 

baş  şirkət  və  ya  qız  şirkətlərin  vahid  texnoloji  tsiklə  görə  birləşməsidir 

(xammaldan  hazır  məhsula  qədər).  Bu  birləşmənin  əsas  məqsədi  ümumi 

xərclərin aşağı salınması, qiymətin sabitliyinə nail olunma holdinq şirkətinin 

rəqabətqabiliyyətinin  yüksəldilməsidir.  Şaquli  inteqrasiya  üzrə  holdinqin 

yaradılması o zaman məqsədəuyğun hesab edilir ki, həmin biznes fəaliyyə-

tinə  istənilən  iqtisadi  şəraitdə  ehtiyac  duyulsun.  Bu  üsul  daha  çox  aqro-

holdinqlər üçün səciyyəvidir, çünki “yeməyə həmişə ehtiyac var”. 

c)  Konqlomerat  diversifikasiya.  Holdinq  şirkətləri,  eyni  zamanda, 

ş

irkətlərin  ardıcıl  olaraq  yaradılması  və  onların  ardıcıl  olaraq  qrupa  qoşul-



ması  yolu  ilə  də  yaradıla  bilər.  XIX  əsrdə  “polad  hökmdarı”  adını  almış 

Endrü  Korneqi  məhz  belə  hərəkət  edirdi.  Öz  tərcümeyi-halında  yazırdı: 

“yaratdığı müəssisəni ancaq o zaman qrupuna daxil edir ki, həmin müəssisə 

effektivliyini  sübut  etsin”.  Belə  siyasət  ona  effektli  iş  zamanı  böyük  itki-

lərdən və təşkilatın iflasından qaçmağa kömək edirdi. Ardıcıl birləşmə tak-

tikasına  Makdonalds  kompaniyası  da  riayət  edir.  Əmanət  kimi  o,  ticarət 

markası, menecment texnologiyası və s. ötürür. 

d)  Praktikada,  nəinki  ayrı-ayrı  kommersiya  təşkilatlarının,  hətta  hol-

dinq  şirkətlərinin  özlərinin  birləşməsi  halları  da  vardır.  Buna  Almaniyanın 

məşhur  poladəritmə  konserni  ilə  Hollandiyanın  eyni  adlı  konserninin 

birləşməsinin  necə  reallaşması  timsalında  baxaq:  onların  rəhbərləri  (KN 

Hoogovens  NV  və  Hoeseh  AG)  əvvəl  bərabər  nisbətlərdə  (50%-50%)  ida-

rəedən kompaniya Estel NV-ni yaratdılar və əmanət şəklində konsernlərinin 

100% səhmlərini ötürdülər. 

e) Transmilli və milli kompaniyalar analoji sxem üzrə birləşir. Nəhəng 

Belçika  və  Hind  pivə  konsernlərinin  birləşməsi  nəticəsində  belə  bir  sxem 

reallaşdırıldı.  İdarə  edən  kompaniyanı  Sun-İnterbrew    bərabər  nisbətlərdə 

yaradan hər bir tərəf 34 % səhmə sahib oldu. Nizamnamə kapitalına əmanət 

şə

klində  belçikalılar  Rossar,  Desna  zavodlarının  səhmlərini,  “Stella 



Artois”pivəsinin ticarət markasını və üstündə 40 trilyon dollar, hindistanlılar 

zavodların  səhmlərini  və  satış  şəbəkələrini  verdilər.  Bundan  əlavə  yeni 

kompaniyanın səhmlərinin 32%-i açıq abunə yazılışı ilə satıldı. 

ə

)  bir  çox  holdinq  şirkətləri  böyük  şirkətlərin  restrukturizasiyası 



zamanı onların bölünməsi yolu ilə yaranır. 

Holdinqlərin  yaranması üsullarına nəzər saldıqda onların necə həyata 

keçirilməsi aydın olur: 

-  brokerlərin  həyata  keçirdiyi  2-ci  dərəcəli  bazardan  səhmlərin 

alınması yolu ilə; 

- hər bir müəssisə tərəfindən xüsusi olaraq buraxılan səhmlərin dəyiş-

dirilməsi yolu ilə; 


Бизнесин тяшкили вя идаря едилмяси 

127 


-  təsisçilərin  holdinqə  daxil  etmək  istədikləri  müəssisələrin  səhm 

paketini təhvil verərək idarə edən kompaniyanın yaradılması yolu ilə; 

- patent, müxtəlif hüquqları və “nou-hau”-nun ötürülməsi yolu ilə. 

Holdinq  şirkətləri  qanunvericiliklə  qadağan  edilməyən  müxtəlif 

təşkilati-hüquqi formalarda açıq və qapalı səhmdar cəmiyyətləri və məhdud 

məsuliyyətli cəmiyyət kimi yaradıla bilərlər. 

Holdinq şirkətləri aşağıdakı kimi təsnifləşdirilir: 

1.  Holdinq şirkətləri fəaliyyəti baxımından 2  yerə ayrılır: maliyyə və 

qarışıq. 

Kapitalın 50 %-dən çoxunu başqa kompaniyaların, müəssisələrin qiy-

mətli kağızları və digər maliyyə aktivləri təşkil edən holdinq şirkəti maliyyə 

holdinqi  sayılır.  Maliyyə  holdinqində  müəssisələrin  yalnız  kapitalları  bir-

ləşdirilir  və  ona  görə  də  ana  firma  qız  müəssisələrin  maliyyə  fəaliyyəti  ilə 

bağlı vəzifələri yerinə yetirir. 

Qarışıq  holdinq  şirkətində  ana  firma  müstəqil  təsərrüfat  fəaliyyətilə 

məşğul ola bilər. Bu tip holdinq şirkətləri elmtutumlu və texnoloji cəhətdən 

ə

laqəli  təsərrüfat  subyektləri  üçün  faydalıdır.  Çünki  həmin  təşkilatlar  mü-



rəkkəb  elmi-texniki,  istehsal  və  başqa  fəaliyyət  növləri  ilə  məşğul  olurlar. 

Qarışıq  holdinq  şirkətləri,  həmçinin  baş  podratçı  funksiyasını  yerinə  ye-

tirmək, elmi-texniki və kommersiya işlərini həyata keçirmək, törəmə müəs-

sisələrin adından xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququna malik-

dirlər. 

Azərbaycanda  holdinq  şirkətlərinin  əsasən  qarışıq  növü  fəaliyyət 

göstərirlər. Bunlardan “Azərenerji SC”, “Azərqaz SC”, “Nurgün”, “Azərsu” 

və s.  holdinq şirkətlər qrupunu göstərmək olar. 

2.  Nəzarətdə  saxladıqları  şirkətlər  baxımından  da  holdinqlər  2  yerə 

bölünür:  birmərtəbəli və çoxmərtəbəli. 

Birmərtəbəli  holdinqlərə  ana  şirkət  və  birbaşa  ona  bağlı  olan  qız 

ş

irkətlər daxildir. Qız şirkətlər birbaşa ana şirkətin nəzarəti və idarəçiliyində 



olurlar. 

Çoxmərtəbəli  holdinqlərdə  ana  şirkətin  özünün  başqa  ana  holdinq 

ş

irkətlərlə  də  əlaqəsi    olur.  Bundan  aşağı  mərtəbədə  isə  qız  şirkətlər  möv-



cuddur. Deməli, qız şirkətlər əvvəl ana holdinq şirkətində, sonradan isə bir 

ana holdinq şirkətində birləşirlər. 

3. Müxtəlif holdinq münasibətlərini nəzərə almaqla holdinq şirkətlər 

2 növə bölünür: «sərt» və «yumşaq» holdinq. «Sərt» holdinq törəmə müəs-

sisələrin  əmlakına  sahib  olmağa,  yumşaq  holdinq  isə  birgə  fəaliyyətin  tən-

zimlənməsi haqqında müqaviləyə və digər münasibətlərə əsaslanır. Holdinq 

ş

irkətlərinin  effektiv  fəaliyyət  göstərməsi  düzgün  idarəetmə  modelinin  se-



çilməsindən asılıdır. 

Korporativ qanunvericilikdə 4 idarəetmə orqanından istifadə nəzərdə 

tutulub: 


Бизнесин тяшкили вя идаря едилмяси 

128 


- səhmdarların ümumi yığıncağı (iştirakçılar); 

- direktorlar şurası; 

- təkbaşına idarəedici orqan (direktor, baş direktor); 

- kollegial icraedici orqan (müdiriyyət, idarə heyəti). 

Bütün holdinq şirkətləri üçün vahid idarəetmə modeli mövcud deyil, 

çünki  onların  hər  biri  unikaldır.    Hər  hansı  konkret  idarəetmə  modelinin 

seçilməsi bir sıra amillərdən asılıdır: 

- qız cəmiyyətlərinin kapitalının strukturundan; 

- holdinq şirkətləri çərçivəsində inteqrasiya növündən (üfüqi, şaquli); 

- coğrafi yerləşməsindən. 

Ana  şirkətin əsas vəzifələrindən biri törəmə (qız), müəssisənin ida-

rəetmə  orqanları  strukturunun  müəyyən  edilməsi  və  səlahiyyətlərin  bölüş-

dürülməsidir. 

Holdinqin idarə edilməsi qaydasını müəyyən edən şərtlərdən biri qız 

ş

irkətin kapitalının strukturudur. Səhmlərin (payların) müəyyən edilməsinin 



bir neçə üsulu var. 

Ana  şirkət  qız  şirkətin  nizamnamə  kapitalında  səsvermə  hüququna 

malik  səhmlərin  100%-i  məxsusdur.  Adətən  belə  şərait  qız  şirkəti  təsis  et-

dikdə yaranır. İki səviyyəli idarəetmə sxemində yeganə səhmdar (iştirakçı) – 

baş  direktor  üzərində  dayanmaq  məqsədəuyğun  olardı.  Bu  modelin  üstün 

cəhəti qərarların tez qəbul edilməsi və reallaşdırılmasıdır. Belə sxemin isti-

fadəsi  zamanı  səhmdarların  ümumi  yığıncağının  keçirilməsi  vaxtına  riayət 

etmək,  yığıncaq  barədə  digər  şəxsləri  məlumatlandırmaq,  başqa  səhmdar-

larla  razılaşmaq  tələb  edilmir,  ana  şirkətin  baş  direktorunun  yazılı  surətdə 

tərtib edilmiş qərarı kifayətdir. 

Ana  şirkət  qız  şirkətin  nizamnamə  kapitalının  75%-dən  çoxuna, 

100%-dən az səhmə malikdir. Belə sxem zamanı əsas cəmiyyət öz şirkətinin 

fəaliyyətinə  aid  bütün  məsələlərdə  istənilən  qərar  qəbul  etmək  hüququna 

malikdir.  Digər  səhmdarların  isə  buna  mane  olmaq  imkanı  yoxdur.  Çıxış 

yolu qız şirkətin direktorlar şurasının səlahiyyətlərinin maksimum genişlən-

dirilməsi  ola  bilər.  Əgər  bu  orqan  mövcud  deyilsə,  onda  onun  ana  şirkətin 

idarəetmə  orqanlarının  strukturuna  daxil  etməyə  təşəbbüs  göstərmək 

lazımdır. 

Direktorlar şurasının səlahiyyətlərinin müəyyən edilməsi ondan irəli 

gəlir  ki,  şuranın  üzvlərinin  sayı  səmərəli  və  konstruktiv  müzakirələr  apar-

mağa,  tez  və  effektiv  qərarlar  qəbul  etməyə  imkan  versin.  Direktorlar  şu-

rasının səlahiyyətlərini genişləndirərkən yaddan çıxarmaq olmaz ki, şuranın 

səlahiyyətlərinə ümumi yığıncaqda qeyd edilmiş bütün məsələlər daxil deyil. 

Onlara  daxildir:  kompaniyanın  baş  direktorunun,  yəni  səhmdarların  arzu-

sunun  yerinə  yetirilməsi  və  ya  yetirilməməsi  ilə  məşğul  olan  şəxsin  se-

çilməsi. 

Ana  şirkət  qız  şirkətin  nizamnamə  kapitalındakı  payların  50%-dən 


Бизнесин тяшкили вя идаря едилмяси 

129 


çoxuna və  ya 75%-dən azına sahib olur. Belə struktur şəraitində ana şirkət 

qız şirkətinə nəzarət edərək fəaliyyətin əsas məsələləri üzrə təkbaşına qərar 

qəbul edə bilməz. 

Ana  şirkət  üçün  ən  uyğun  davranış  modeli  baş  direktorun  rolunun 

artırılmasıdır. 

Qız  şirkətin  idarə  edilməsi  sxeminin  düzgün  qurulmaması  onun 

üzərində nəzarətin itirilməsinə gətirib çıxarır, ana şirkətin özü qız şirkətdən 

asılı hala düşə bilər. 

Ş

aquli  inteqrasiya  olunmuş  holdinqlər  öz  qız  şirkətlərinin  icra 



orqanlarının  fəaliyyətinə  nəzarəti  ağırlaşdırmağa  çalışırlar.  Onda  nəzarət 

altında olan şirkətlər faktiki olaraq ana şirkətin struktur bölməsinə çevrilir. 

Qız şirkətlər yalnız istehsal funksiyalarını yerinə yetirir, maliyyə siyasəti və 

hazır  məhsulun  reallaşdırılması  ana  cəmiyyətin  öhdəsinə  düşür.  Şaquli 

inteqrasiya  olunmuş  şirkətlər  əsas  gəlir  normasını  maya  dəyəri  aşağı  olan 

məhsulun reallaşdırılmasından əldə edirlər. 

Üfüqi  inteqrasiya  olunmuş  holdinqlərlə  qız  şirkətləri  arasında  gizli 

tabelilik yoxdur. Hər bir şirkət son məhsulu müəyyən gəlir norması almaqla 

reallaşdırır. Sərt idarəetmə nəzarəti mövcud deyil, ana şirkət tərəfindən qız 

ş

irkətlərinin icra orqanlarının rolu artırılır. 



Holdinqlər  haqqında  mükəmməl  qanun  qəbul  edilməyib.  Qız  şir-

kətlərin  fəaliyyəti  üzrə  qərarları  ana  şirkətin  idarəetmə  orqanları  qəbul 

edirlər. 

Qərar  qəbulu  prosesi  necə  həyata  keçirilir?  Ana  şirkətin  idarəetmə 

orqanı  qərarı  qəbul  edir,  onu  səhmdarların  ümumi  yığıncağında  və  direk-

torlar  şurasında  açıqlayırlar.  Nümayəndələr  ümumi  yığıncaqda  və  direk-

torlar şurasında qız şirkətin müvafiq orqanı tərəfindən ana şirkət üçün lazım 

olan  qərarın  qəbuluna  təşəbbüs  göstərə  bilər.  Sonra  öz  səlahiyyətləri 

çərçivəsində hərəkət edərək qız şirkətin idarəetmə orqanı qanuni qərar qəbul 

edir.  


 

9.4. Transmilli şirkətlə

 

 

Transmilli  şirkətlər  (TMŞ)  XX  əsrin  ikinci  yarısından  başlayaraq 



dünya  iqtisadiyyatının  inkişafında  müstəsna  rol  oynayırlar.  Son  illər  trans-

milli  şirkətlərin  sürətlə  inkişafı  beynəlxalq  rəqabətin  kəskinləşməsinə  və 

ə

mək bölgüsünün dərinləşməsinə gətirib çıxarmışdır. 



 

Məlum  olduğu  kimi  TMŞ  sənaye,  ticarət,  nəqliyyat,  bank  və  s.  sa-

hələri  əhatə  edən  birliklərdir,  onların  fəaliyyəti  ölkə  sərhədlərindən  kənara 

çıxaraq  özləri  üçün  istehsalda,  mal  alqı-satqısında,  xidmət  göstərilməsində 

ə

lverişli  şərait  yaradırlar.  İlk  TMŞ  XIX  əsrin  60-70-ci  illərində  xammalın 



hasil edilməsi və alqı-satqısı sahəsində yaranmışdır. 

 

TMŞ-in  fəaliyyət  xarakteri  və  forması  XX  əsrin  ikinci  yarısından 



Бизнесин тяшкили вя идаря едилмяси 

130 


dəyişməyə başlamışdır. Belə ki, kartel formasında olan beynəlxalq birliklər 

öz yerini beynəlxalq konsern və başqa iri istehsal firmalarına verdilər. Yeni 

tipli  beynəlxalq  birliklər  məhdud  ərazilərə  yayıldılar.  Müasir  TMŞ-lərı 

qlobal bazar və dünya səviyyəsində rəqabətqabiliyyəti səciyyələndirilir. 

 

Hazırda dünyada 80 minə yaxın TMŞ fəaliyyət göstərir. Onların xarici 



filiallarının sayı 830 mindən çoxdur. 

 

TMŞ-lərın  müasir  dünya  təsərrüfat  sistemində  rolu  bir  neçə  göstə-



ricilərlə qiymətləndirilir: 

 

 - dünya ticarətinin 2/3-nə qədəri onların üzərinə düşür; 



 

- dünya sənaye istehsalının 1/3-nə qədəri onların üzərinə düşür; 

 

-  TMŞ-lərdə  iqtisadiyyatla  məşğul  əhalinin  10%-i  işləyir  (60%  ana 



ş

irkətlərdə, 40% qız şirkətlərdə); 

 

- TMK-lar dünyada mövcud olan patent, lisenziya və  «nou-hau»-nun 



təxminən 4/5-nə nəzarət edir. 

       - TMŞ xarici investisiyaların 70%-nə nəzarəti həyata keçirir, kimya və 

elektron  məhsullarının  95%-ni,  maşınqayırma  məhsullarının  76%-ni 

rellaşdırır. TMŞ-lərin 60%-i istehsal sferasında, 30%-i xidmət, 3%-i emal və 

k/t sferasında məşğuldur. 

 

Dünyanın    ən  iri  500  TMŞ-ləri  içərisində  ən  vacib  rolu  4  kompleks 



oynayır;  elektronika,  neft  emalı,  kimya  və  avtomobil.  TMŞ-lərin  ümumi 

məhsul satışının 80%-i bu komplekslərin payına düşür. 

 

TMŞ-lərin əksər hissəsi ABŞ, Avropa və Yaponiyada yerləşir, onların 



istehsal  etdikləri  məhsulun  həcmi  ildə  bir  trln.  dorllardan  çoxdur.  Həmin 

ş

irkətlərdə 73 mln. əhali çalışır. 



 

BMT ekspertlərinin fikrincə TMŞ o şirkətlər hesab edilir ki, onun illik 

dövriyyəsi 100 mln. dolları keçir, ən azı 6 ölkədə filialları var, satış həcmi, 

ölkə  sərhədlərindən  kənarda  reallaşdırılan  məhsulların  həcmi,  aktivlərin 

içində xarici aktivlərin payı çoxdur. Bütün bu əlamətlərinə görə faizə malik 

olan TMŞ-lərə ingilis-holland konserni «Royal-Datsh-Şhell», eləcə də ABŞ-

ın firması: «Ford», «General-Motors», «Ekson» və «İBM» aid edilir. 

 

Xarici  ədəbiyyatlarda  transmlli  şirkətlərin  bir  çox  növü  verilmişdir. 



Ə

sasən  3  növ  transmilli  şirkət  fərqləndirilir.  Bunlar:  Transimilli  şirkət, 

Çoxmilli şirkət, Qlobal şirkət. 

 

TMŞ-xarici  aktivlərə  malik  milli  şirkətdir.  Bu  növ  şirkətləri  ABŞ-da 



səhmdar  cəmiyyəti  adlandırırlar.  Elə  TMŞ-lərın  çoxu  ABŞ-da  olduğuna 

görə bu termin bütün dünyada belə qəbul olunub. TMŞ xarici ölkələrdə öz 

işgüzar  fəaliyyətini,  orada  istehsal,  satış  və  elmi  mərkəzlərə  malik  qız 

kompaniyalarının  açılması  ilə  həyata  keçirilir.  Bunlara  misal  olaraq 

amerikan  firmaları  «General-Motors»,  «Ford»,  «İBM»  «Ekson»,  İsveç 

firması olan «Nestle»ni göstərmək olar. 

 

Çoxmilli  şirkət  trest,  konsern  və  digər  istehsal  birlikləri  formasında 



yaradılır,  təkcə  öz  fəaliyyət  istiqamətinə  görə  deyil,  həm  də  üzərində  nə-

Бизнесин тяшкили вя идаря едилмяси 

131 


zarətə görə onlar transmilli şirkət hesab edilir. ÇMŞ iki və daha artıq ölkəyə 

məxsus istehsal və elmi-texniki əsasda təşkil olunan mlli şirkətləri birləşdirir. 

Belə  kompaniyalara  misal  olaraq  ingilis-holland  konserni  «Yunilever» 

(1907-dən  fəaliyyət  göstərir)  və  «Royal-Datsh-Şhell»,  ingilis-italyan  kon-

serni  «Danlop-Prielli»,  italyan-fransız  avtomobil  konserni  «Fiat-Sitroen»-i 

göstərmək olar. 

 

Qlobal şirkətlər öz işgüzar aktivliyini bütün dünya səviyyəsində tətbiq 



edir.  Bütün  dünya  ölkələrində  fəaliyyət  göstərən  belə  şirkətlər  praktikada 

mövcud deyil. 

 

TMŞ-lərın  yaranmasının  əsas  səbəbi  istehsalın  və  kapitalın  beynəl-



miləlləşməsi nəticəsində istehsal güclərinin ölkənin milli sərhədlərini aşma-

sıdır. İstehsalın və kapitalın beynəlmiləlləşməsi təsərrüfat əlaqələrinin geniş-

lənməsinə,  bununla  da  öz  filiallarının  açılmasına,  nəticədə  isə  milli  şirkət-

lərin  transmilli  şirkətlərə  çevrilməsinə  gətirib  çıxarır.  TMŞ-lərin  yaranma-

sının  əsas  səbəblərinə  onların  bir  çox  sahələrdə  istehsalın  həcmini  çoxalt-

maqla iqtisadi inkişafa nail olmalarıdır. Onların əsas məqsədi mənfəət əldə 

etməkdir.  Çünki  mənfəət  olmadan  onlar  öz  uğurlu  bizneslərini  qura 

bilməzlər. 

 

TMŞ-lərın  yaranma  səbəbləri  müxtəlifdir,  lakin  onların  hamısı  bu  və 



ya digər dərəcədə «təmiz bazar»la müqayisədə, planlaşdırma elementlərdən 

istifadədə  üstünlüyə  malikdirlər.  TMŞ-lərin  adi  firmalardan  bir  sıra  üstün 

cəhətləri vardır ki, bunlara: 

 

-öz strukturuna təchizat, istehsal, elmi-tədqiqat və satış müəssisələrini 



də  daxil  edərək  bütün  iri  firmalar  üçün  ümumi  olan  effektivliyin  yüksəl-

dilməsi və rəqabətqabliyyətinin gücləndirilməsi; 

 

-istehsal təcrübəsi və idarəetmə məharəti ilə bağlı mədəniyyətin səfər-



bərliyi, hansı ki, yalnız fəaliyyət göstərdikləri yerdə deyil, digər ölkələrdə də 

istifadə edə bilərlər; 

 

-xarici  dövlətlərin  resurslarından  istifadə  etməklə  effektivliyin  və 



rəqabət qabliyyətinin yüksəldilməsi imkanlarının olması; 

 

-xarici filialını məhsul istehlakçılarına yaxınlığı və qəbul edən ölkənin 



rəqabət  potensialı,  eyni  zamanda  bazarın  perspektivləri  haqqında  məlumat 

almaq imkanı aiddir. 

 

TMŞ-lərin  filialları  da  ana  şirkətin  elmi-texniki  və  idarəetmə  poten-



sialından  istifadə  edərək  qəbul  edən  ölkə  öz  firmalarına  nisbətən  üstünlük 

ə

ldə edirlər. Bu üstünlüklərə aiddir: 



 

-müxtəlif ölkələrin dövlət, əsasən də vergi siyasətindən öz maraqlarına 

uyğun istifadə edilməsi; 

 

-bu  və  ya  digər  ölkənin  bazarına  daxil  olmaq  yolunda  müxtəlif 



proteksionist sərhədləri keçmək imkanı; 

 

-öz  istehsallarını  müxtəlif  ölkələrdə  yerləşdirməklə  ana  şirkətin 



istehsal fəaliyyətindəki riskləri azaltmaq imkanı. 

Бизнесин тяшкили вя идаря едилмяси 

132 


 

TMŞ-lərın  inkişafının  stimullaşdırılmasında  əsas  rol  dövlətə  məx-

susdur. Dövlət əsasən TMK-lərın fəaliyyətini dəstəkləyir, onları satış bazarı 

ilə  təmin  edir  və  müxtəlif  siyasi,  iqtisadi  və  ticarət  birlikləri,  habelə 

beynəlxalq  müqavilələrlə  xarici  investisiyalar  üçün  imkan  yaradır.  Digər 

tərəfdən  biznesinin  xarici  rəqiblərdən  müdafiəsi  məqsədilə  milli  tarif 

sərhədləri  yaradaraq  birbaşa  təsərrüfat  üçün  böyük  əhəmiyyət  kəsb  edən  2 

funksiyanı  yerinə  yetirməyə  imkan  verir:  -  iqtisadi  inteqrasiyanın  stimul-

laşdırılması;  -  istehsalın  və  məhsulların  bölüşdürülməsinin  beynəlxalq 

tənzimlənməsi. 

 

Fəaliyyətin  transmilliləşməsi  TMŞ-lərın  iqtisadi  risklərini  azaldır, 



qəbul  edən  ölkələrdə  isə  əksinə  artırır.  Belə  ki,  TMŞ-lər  iqtisadi  cəhətdən 

çətinlik  çəkən  ölkəni  istənilən  vaxt  tərk  edib  nisbətən  əmin-amanlıq  olan 

ölkələrə gedərək kapitallarını başqa yerə köçürə  bilər. Təbiidir ki, TMŞ-ləri 

kapitallarını çıxardıqları ölkədə vəziyyət daha də çətinləşir, belə ki, kapitalın 

ölkədən  kütləvi  çıxarılması  işsizliyə,  ümumiyyətlə,  neqativ  hallara  gətirib 

çıxarır. 

 

1980-ci  illərdə  BMT  səviyyəsində  TMŞ-ləri  fəaliyyətini  müəyyən 



çərçivəyə  salan  «davranış  kodeksi»ni  hazırlamağa  cəhd  etdilər.  Lakin  bu 

cəhdlər  TMŞ-lərin  etirazı  ilə  qarşılandı  və  1992-ci  ildə  «davranış  ko-

deksi»nin  hazırlanmasına  dair  danışıqlar  dayandırıldı.  2002-ci  ildə  36  nə-

həng  TMŞ  «korparativ  vətəndaşlıq»  haqqında  bəyanat  imzaladılar.  Amma 

bu bəyanat da «arzular deklorasiyası» olaraq qaldı. 

 

Beynəlxalq  ticarətin  payının  əhəmiyyətli  hissəsi  TMŞ-lərin  firmada-



xili axınlarından ibarətdir, bununla belə mal və xidmətlərin satışı beynəlxalq 

ş

irkətlərin  bir  şöbəsindən  digərinə  dünya  qiymətləri  ilə  deyil,  firmadaxili 



transfert qiymətlərlə köçürülür. Bu zaman gəlirləri vergilərin yüksək olduğu 

ölkələrdən çıxarıb liberal vergi sistemi olan ölkələrə köçürmək üçün vergilər 

xüsusi olaraq artırıla və ya azaldıla bilər. 

 

Vergi itkilərdən başqa kapital ixrac edən ölkələr TMŞ-lərin inkişafı ilə 



böyük biznes fəaliyyəti üzərində nəzarəti də itirirlər. 

 

İ



qtisadi  gücünə  görə  bir  çox  dövlətlərin  potensialını  geridə  qoyan 

TMŞ-lərin  dünya  təsərrüfatının  idarəetmə  sisteminin  keyfiyyətlərini  də  də-

yişir.  Əgər  əvvəllər  dünya  iqtisadiyyatının  əsas  tənzimləyiciləri  güclü 

dövlətlərin  hökumətləri  idisə,  hazırda  dünya  təsərrüfat  əlaqələrinə  super 

firmalar sayılan TMŞ-lər də təsir göstərirlər. 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

133 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin