AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə18/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   14   15   16   17   18   19   20   21   ...   50
4 biznes


Çap reklamı  - yalnız görmə ilə mənimsənilməyə arxalanan reklam 

vasitələrindən  biridir.  Dərc  olunan  reklam  materiallarını  iki  qrupa  ayırmaq 

olar: reklam kataloq nəşrləri və yeni ilə aid reklam-hədiyyə nəşrləri.  


Бизнесин тяшкили вя идаря едилмяси 

158 


Reklam  kataloq  nəşrləri  əmtəənin,  məhsulun  və  ya  xidmətlərin 

konkret  növlərini  kataloq,  prospekt,  buklet,  plakat  və  siyasi  vərəqələrini 

reklam  edir.  Bütün  reklam  kataloq  nəşrlərinin  bədii  tərtibatında  sifarişçi-

müəssisənin  firma  simvollarının  müxtəlif  elementləri  onun  poçt  ünvanı, 

telefon və faks nömrələri mütləq iri hərflərlə yazılaraq seçilməlidir. 

Yeni  ilə  aid  reklam-hədiyyəli  nəşrlər  dərc  olunan  reklam  mate-

riallarının  ən  effektli  növlərindəndir.  Belə  ki,  onlar  yüksək  dərəcədə  nüfuz 

etmək qabiliyyətinə malikdirlər. Yeni ilə aid reklam-hədiyyəli nəşrlər şəxsi 

işgüzar  təmaslar  vasitəsilə,  eləcə  də  poçtla,  təbriklər  və  vizit  kartoçkaları 

daxil olmaqla  yayılırlar.  

Dərc  olunan  reklam  tərtib  olunarkən  ekstrovaqant  iddialar,  zəif  di-

zayn,  səliqəsiz  şəkillər  və  ucuz  kağız  üzərində  aşağı  səviyyəli  nəşrlərə  yol 

verilmir.  Çap  reklamının  materialları  işgüzar  görüşlər  və  kommersiya  (ti-

carət) danışıqlarında  geniş istifadə olunur, müxtəlif sərgi və  yarmarkalarda 

yayılır.  Çap  reklamı  bir  növ  vitrin  rolunda  çıxış  edərək  potensial  alıcıların 

firma və onun təqdim etdiyi əmtəələr barədə fikir söyləməyə şərait yaradır.  



Audiovizual  reklam  –  reklam  kinofilmləri,  videofilmlər  və  slayd-

filmlər vasitəsilə həyata keçirilir. Reklam kinofilmlərinin ən asan (sadə) və 

rahat təsniflandırılması belədir:  

   Reklam çarxları – 15 saniyədən bir neçə dəqiqə müddəti olan, əha-

linin  geniş  təbəqəsinə  nümayiş  üçün  nəzərdə  tutulmuş,  bir  qayda  olaraq, 

xalq istehlakı mallarını reklam edən qısa reklam filmləridir.  

Reklam-texniki  filmləri  –  təkcə  məhsul  barədə  deyil,  o  cümlədən 

başlıca  olaraq  sifarişçi-müəssisə  barədə  bəhs  edən  10  dəqiqədən  20  dəqi-

qəyədək müddəti olan qısa reklam filmləridir.  

Reklam-texniki  və  reklam-nüfuzlu  (prestijli)  filmlər  can  etibarilə 

elmi-populyar filmlərə daha yaxındır, bəzən isə onların yaradılmasında mul-

tiplikasiya (cizgi), kompyuter qrafikası və oyun kinosunun elementlərindən 

istifadə olunur. Bu cür filmlər yarmarkalarda, sərgilərdə, prezentasiyalarda, 

press-konferensiyalarda,  simpoziumlarda,  işgüzar  görüşlərdə  nümayiş  üçün 

nəzərdə tutulur. Reklam videofilmlərinin təsnifatı kinofilmlərin  təsnifatı ilə 

analojidir.  

Reklam  video-ekspress  informasiyası  –  videoreklamın  spesifik  nö-

vüdür, reklamverən təşkilatın fəaliyyətində baş vermiş hər hansı bir mühüm 

hadisə barədə operativ hazırlanmış videosüjeti özündə əks etdirir.   

Slayd filmlər avtomatik olaraq bir-birini əvəz edən bir və ya bir neçə 

ekranda proyeksiya olunan rəngli diapozitivlərdən ibarət bir poqramdır. Bu 

cür proqram xüsusi hazırlanmış fonoqram ilə müşayiət olunur. Reklamın bu 

növünün  başlıca  xüsusiyyətlərindən  biri  odur  ki,  proqramın  bütövlüyünü 

pozmadan slaydların bir birinin sadəcə olaraq əvəzlənməsi, eləcə də operativ 

və iqtisadi modifikasiyanın mümkünlüyüdür. 


Бизнесин тяшкили вя идаря едилмяси 

159 


Radio  və  telereklam  -  istehlakçını  cəlb  edən  reklam  vasitələrinin 

içərisində  ən  kütləvisidirlər.  Radioreklam  asan  və  qeyri-ixtiyari  olaraq 

qavranılır.  Radioreklam  müraciətində  tez-tez  təkrarlamalara  yol  verildiyinə 

görə radio dinləyicisi reklam proqramının bəzi məqamlarını birinci dəfədən 

qavraya bilmir. Ən effektli radioreklam odur ki, eyni qaydada müəyyən edi-

lən vaxtda translyasiya olunur və hər bir  radioreklam verilişi eyni musiqili 

siqnal ilə başlayır və qurtarır.  

Radioreklam  iki  hissəyə  bölünür:  maqazindənkənar  və  maqazin-

daxili. 

Maqazindənkənar  reklam  -  radiotranslyasiya  şəbəkəsi  vasitəsilə: 

kənd, şəhər, rayon, vilayət, eləcə də yarmarka, bazar, satış sərgilərindəki ra-

dio qovşaqları vasitəsilə həyata keçirilir. 

Maqazindaxili  reklam  –  bir  ticarət  müəssisəsinin  hüdudları  ilə 

məhdudlaşır  və  radiotranslyasiya  qurğuları  ilə,  maqazinin  hüdudlarından 

kənara çıxarıla bilən gücləndirici cihazlar vasitəsilə həyata keçirilir. 

Radio  vasitəsilə  verilən  reklam  növlərindən  radioelanlar,  radioçarx-

lar, müxtəlif radiojurnallar və radiomüsahibələr daha geniş yayılıblar. 

 Televiziya  reklamının  ən  yayılmış  növlərindən  televiziya  reklam 

çarxları,  televiziya  reklam  elanları,  reklam  telemüsahibələri  və  televeriliş-

ləri, verilişlərarası fasilə zamanı verilən televiziya başlıqlarını misal çəkmək 

olar. 

Radio  və  telereklamın  üstünlükləri  xüsusi  operativliyindədir.  Bu 



vasitələrin  effekitivliyi  əhalinin  geniş  təbəqələrinin  istifadəsi  üçün  nəzərdə 

tutulmuş əmtəə və kütləvi tələbat olan xidmətlərin reklamında istifadə olun-

ması ilə əlaqədardır. 

Sərgi  və  yarmarkalar  -  reklam  vasitələrinin  içərisində  təsir  gös-

tərmə  dərəcəsinə  görə  xüsusilə  fərqlənir,  onlar  alıcılarla  ünsiyyət  qurmaq 

üçün reklam olunan məmulatların nümayişində çox geniş imkanlar yaradır. 

Kompleks  reklam  tədbirlərilə  müşayiət  olunan  sərgi  tədbirləri  xüsusi 

effektivliyə  malikdirlər.  Bu  reklam  vasitələrinin  yüksək  effektivliyi  hər  il 

dünyada təşkil olunan, xeyli vəsait tələb edən böyük reklam tədbirlərinin ke-

çirilməsi  ilə  təsdiqlənir.  Bütün  sərgi  tədbirlərini  şərti  olaraq  belə  təsnifləş-

dirmək olar: beynəlxalq yarmarka və sərgilər, milli sərgilər, topdansatış sər-

giləri, ixtisaslandırılmış sərgilər. 

Reklam suvenirləri - reklam  məqsədləri üçün geniş istifadə olunur, 

belə ki, öz  reklam işlərində  onlardan  istifadə  edən  müəssisələrin  populyar-

laşdırılması üçün bu əlverişli vasitədir. Şərti olaraq reklam suvenirlərini belə 

təsnifləşdirmək olar: firmanın suvenir məmulatları, seriya suvenir məmulat-

ları, hədiyyəlik məmulatlar və firmanın qablaşdırılmış materialları. 

Birbaşa  poçt  reklamı  (direkt  meyil)  - potensial iş tərəfdaşların və 

müəyyən  istehlakçı  qruplarının  ünvanlarına  göndərilən  reklam  məlumatla-

rından ibarətdir. Birbaşa poçt reklamı potensial istehlakçıların çoxlu sayının 


Бизнесин тяшкили вя идаря едилмяси 

160 


məqsədyönlü  əhatəsini  təmin  etməsində  son  dərəcə  effektli  vasitə  hesab 

edilir və ona görə də müxtəlif ölkələrdə çox geniş yayılmışdır. 

Birbaşa  poçt  reklamı  xüsusi  hazırlanmış  reklam-informasiya  məktub-

larının  və  yaxud  çap  olunmuş  reklam  materiallarının  məqsədli  göndəril-

məsini  təmin  edir.  Bu  növ  reklamın  təşkil  olunmasında  qayıdış  kuponları, 

ödəniş  təminatlı  sifariş-blankların  və  s.  sistemlərin  istifadə  olunması  prak-

tikası ildən-ilə inkişaf edir. 

Sənaye  məhsulları  və  avadanlıqlarının  spesifik  növlərinin  satışının 

təşkili üçün istifadə olunan birbaşa poçt reklamının nəticələri çox effektiv-

lidir  və  onların  alınması  (əldə  olunması)  üzrə  qərar  xalq  təsərrüfatının 

müxtəlif sahələrinin nisbətən kiçik qrup mütəxəssisləri tərəfindən verilir. 

«Birbaşa poçt reklamı» termini, adətən reklamın bu növünə aid edi-

lən  bütün  aspektləri  əhatə  etmir.  Bu  fəaliyyəti  daha  dəqiq  olaraq  «birbaşa 

reklam» adlandırmaq olar, belə ki, bu termin həm birbaşa poçt reklamını və 

«qeyri-poçt»  birbaşa  reklamını  nəzərdə  tutur.  Birbaşa  reklamın  çox  hissəsi 

poçt  vasitəsilə  göndərilir,  lakin  onun  böyük  həcmi  hələ  də  artan  –  «hər 

qapıya»  prinsipinə  uyğun  olaraq  göndərilir.  Reklam  müraciətləri  yoldan 

keçənlərə  paylanılır,  mağazalarda  alıcılara  təqdim  olunur,  bilavasitə  poçt 

qutularına salınır və ya evin sakinlərinə əlbəəl verilir. 

Küçə  reklamı  -  əsasən  istehlakçı  mallarının  reklamı  üçün  küçə  rek-

lamı çox effektivlidir, çünki o, birinci növbədə geniş əhali təbəqəsi tərəfin-

dən  mənimsənilməsi  üçün  nəzərdə  tutulur.  Müxtəlif  küçə  reklamı  növlə-

rindən  cürbəcür  reklam  lövhələri,  afişaları,  transparantlar,  işıq  lövhələri, 

elektron tabloları və ekranları seçmək olar. 

Küçə  reklamı  –  elə  bir  təsir  vasitəsidir  ki,  o,  insanı  küçədə  və  yaxud 

səfərdə,  səyahətdə  yaxalamağa  imkan  yaradır.  Əhalinin  çox  hissəsi  müasir 

mobil  cəmiyyətdə  küçə  reklamı  ilə  tez-tez  rastlaşır.  Küçə  reklamı  üçün  bu 

vacib  tələblər  mövcuddur:  tez-tez  gözə  dəymək,  diqqəti  özünə  cəlb  etmək, 

qısa olmaq, asanlıqla ayaqüstü oxunulmaq, aydın olmaq. Sadalanan tələblər 

baxımından küçə reklamı yalnız qısa mətn və lakonik təsvir ilə təqdim edilə 

bilən mallar üçün həyata keçirilməlidir. Eyni zamanda artıq tanınmış malla-

rın üstünlüklərindən və onların harada əldə olunması barədə xatırlatmada bu 

reklamdan istifadə oluna bilər.  

Beləliklə,  küçə  reklamı  istehlakçıları  əsasən  xatırladır  və  ya  da 

məlumatlandırır. 



«Public  Relations»  tədbirləri  –  reklamverən  təşkilatla  cəmiyyətin 

geniş  təbəqələri  arasında  əlverişli  əlaqələrin  qurulmasına  yönəldilmiş 

kompleks  tədbirlərdir.  «Public  Relations»  tədbirlərinin  başlıca  məqsədi  – 

reklamverən təşkilata yüksək nüfuz, xoş təəssürat, müsbət qiymət və cəmiy-

yətin  onun  məhsuluna  olan  inamının  yaradılmasıdır.  Bütün  bunların  son 

məqsədi  istehsal  olunan  malların  və  təklif  olunan  xidmətlərin  satışını  sti-

mullaşdırmaqdır.  


Бизнесин тяшкили вя идаря едилмяси 

161 


Bütün  «Public  Relations»  tədbirlərinin  müxtəlifliyini  şərti  olaraq 

aşağıdakı  kimi  təsnifləşdirmək  olar:  prezentasiyalar,  mətbuat  konfransları, 

simpoziumlar,  zəruri  ictimai  tədbirlərin  maliyyələşdirilməsi,  sponsorluğu 

(havadarlığı),  mətbuatda  və  digər  kütləvi  informasiya  vasitələrində  (KİV) 

nüfuz istiqamətli redaksiya materiallarının nəşri. 

Kompyuterləşdirilmiş  reklam  –  prinsipial  surətdə  reklam  yayılma-

sının yeni vasitəsidir. Bununla yanaşı ənənəvi reklam vasitələrinin kompyu-

terləşməsi  reklam  kompaniyalarının  hazırlanması  və  keçirilməsinə  çoxlu 

yenilik  gətirib  və  bununla  da  onların  effektivliyini  əhəmiyyətli  dərəcədə 

artırıb.  Kompyuterləşdirilmiş  reklama  kompyuter  texnikasını,  kompyuter 

informasiyasını, kabel televiziyasını, videokataloq və telekataloq aiddirlər.  

Bir  çox  dünya  ölkələrində  kompyuterləşdirilmiş  reklam  informasi-

yasının  mənbələri  fəaliyyət  göstərirlər,  buna  misal  olaraq  xüsusiləşdirilmiş 

kompyuter sistemlərinin bank məlumatlarını göstərmək olar, buraya reklam 

verənlərin müəyyən vəsait ödədikləri, formaları və istehsal etdikləri mallar 

(xidmətlər)  barədə  məlumatları  aid  etmək  olar.  Hər  hansı  bir  məhsulun 

alınmasında maraqlı olan potensial istehlakçılar bank məlumatlarına, telefon 

və  yaxud  xüsusi  terminallar  vasitəsilə  qoşulub  və  bir  neçə  saniyəyə  lazımi 

informasiyanı  ala  bilərlər.  Xarici  mütəxəssislərin  fikirlərinə  görə  kompyu-

terləşdirilmiş reklam ən yaxın müddət ərzində digər reklam vasitələrini ciddi 

olaraq sıxışdıra bilər. 

 

11.3. İstehlak bazarında reklam fəaliyyətinin təşkili 

 

Reklam fəaliyyətinin səmərəliliyinin ilkin şərti reklam məlumatlarının 

metodiki  və  planlı  şəkildə  hazılanması  və  reklam  proseslərinin  hər  bir 

mərhələsində ondan düzgün istifadə etməkdir.  

Reklam agentliklərinin yaradılması reklam fəaliyyətinin effektivliyi-

nin artırılmasına imkan yaradır. Reklam agentlikləri reklamı  yüksək səviy-

yədə  həyata  keçirir,  maliyyə  vəsaitlərindən  daha  səmərəli  istifadə  edirlər. 

Reklam  agentlikləri  konyunkturanın  dəyərləndirilməsini,  bazarı  kompleks 

tədqiq edilməsini həyata keçirirlər, onlar alınan məlumatın tez və dəqiq ha-

zırlanmasına imkan yaradan hesablayıcı texnika ilə təchiz olunurlar.  

Reklam agentliklərinin xalq təsərrüfatındakı yeri və rolu onların ixti-

saslaşdırılması səviyyəsilə müəyyən olunur. Reklam agentlikləri ixtisaslan-

dırılmış koordinatorçu olaraq istehlakçıların və bütöv cəmiyyətin maraqları 

çərçivəsində istehsal və ticarət arasında müsbət rol oynayır, səmərəli təklifə 

yardım  edir  və  əksinə,  qeyri-səmərəli,  yaxud  vaxtından  əvvəl  olunmuş 

təkliflərin həcmini məhdudlaşdırırlar. 

Reklam  prosesinin  həyata  keçirilməsində  növbəti  obyektlər  iştirak 

edirlər: 



Бизнесин тяшкили вя идаря едилмяси 

162 


1.Reklamverən – reklamın istehsalında,  yerləşdirilməsində və  yayıl-

masında informasiya mənbəyi olan hüquqi və fiziki şəxsdir. Sifarişə uyğun 

olaraq reklamverən rolunda reklamın dəyərini istənilən ticarət və istehsalat 

forması, bank, investisiya kompaniyası və xüsusi sahibkar çıxış edə bilər. 

Reklamverənin başlıca funksiyaları aşağıdakılardır: 

  Reklam obyektinin müəyyən edilməsi; 



  Reklam  üçün  seçilmiş  obyektin  xüsusiyyətlərinin  müəyyənləşdiril-

məsi (yaradılan reklam  materiallarının reklam növləri, reklam təqdimatının 

lazımi səviyyəsi); 

  Reklama sərf olunacaq xərclərin planlaşdırılması; 



  Çıxış  materiallarının  reklam  agentliklərinə  hazırlanıb  verilməsi: 

məqsədli istehlakçı qruplarını hesaba alaraq reklamın məqsədlərinin forma-

laşdırılması,  reklam  olunan  obyektin  başlıca  üstünlükləri  və  xüsusiyyətlə-

rinə xüsusi diqqət yetirərək çıxış mətnlərinin hazırlanması, imkan daxilində 

ə

mtəənin nümunəsinin nümayiş etdirilməsi; 



  Kütləvi informasiya vasitələrində reklam materiallarının yaradılması 

və  yerləşdirilməsi,  həmçinin  müxtəlif  reklam  tədbirlərinin  keçirilməsi  ba-

rədə müqavilənin reklam agentliyi tərəfindən hazırlanması; 

  Reklam materiallarının yaradılması zamanı reklam icraçısına kömək 



göstərilməsi; 

  Eskizlərin,  mətnlərin,  yaradılmış  reklam  vasitələrinin  ssenarilərinin 



və reklam məhsulunun original olmasının təsdiqlənməsi; 

  Görülmüş işlərin haqqının ödənilməsi. 



2. Reklam istehsalçısı

 – yayılmağa hazır formada olan reklam infor-

masiyasını bütöv və ya hissə-hissə gətirilməsini həyata keçirən fiziki və ya 

hüquqi şəxsdir.  

 

3. Reklam yayıcısı

 – əmlakın, o cümlədən radio və televiziya yayımı-

nın texniki vasitələrindən, eləcə də əlaqə kanallarından istifadə etməklə rek-

lam  informasiyasının  yerləşdirilməsi  və  yayılmasını  həyata  keçirən  hüquqi 

və ya fiziki şəxsdir. 

 

Reklam  agentlikləri  bazarda  əsas  reklam  istehsalçı  və  reklam  yayı-



cısı qismində çıxış edirlər. Onları şərti olaraq bütün növ xidmətləri olan rek-

lam  agentliklərinə  və  yalnız  ayrı-ayrı  xidmət  növləri  göstərən  ixtisaslaş-

dırılmış agentliklərə bölmək olar.  

Birinci  qrupa  yaradıcılıq  fəaliyyətinin  tədqiqatını  və  planlaşdırıl-

masını, reklam vasitələrinin hazırlanmasını, eləcə də qeyri-reklam xarakterli 

xidmətlərin:  «Public Relations» tədbirlərinin təmin olunmasını, qablaşdırıl-

manı,  satış  sərgilərinin  təşkilini,  prezentasiyalarını  və  s.  həyata  keçirən 

agentliklər daxildirlər. 

Son illər reklam praktikasında agentliklərin ixtisaslaşdırılması meyili 

müşahidə olunur. Agentliklərin ixtisaslaşdırılması görulmüş reklam işlərinin 



Бизнесин тяшкили вя идаря едилмяси 

163 


ayrı-ayrı  növlərinin  yaradıcılıq  səviyyəsinin  və  keyfiyyətinin  artırılmasına 

kömək  edir.  Lakin  bu  cür  agentliklər  marketinq  tədqiqatları  sahəsində  ki-

fayət  qədər  informasiyaya  malik  olunurlar  ki,  bu  da  reklam  vasitələrinin 

tətbiqində effektivliyin azaldılmasına gətirib çıxara bilər. 

Marketinqin vacib funksiyalarından biri olan reklam bazar fəaliyyə-

tinin  iştirakçılarının  çox  hissəsi  tərəfindən  həyata  keçirilir.  Müasir  şəraitdə 

reklam  özünü  iqtisadiyyatın  bir  sahəsi  kimi  10  minlərlə  reklam  agentlik-

lərini və bürolarını özündə birləşdirir.  

Reklam agentliklərinin inkişafı növbəti sahələrdən asılıdır: 

 

Birincisi,  reklam  agentlikləri  sistematik  olaraq  müxtəlif  marketinq 



vəziyyətləri ilə rastlaşırlar ki, bu da öz  yerində istehlakçıların maraqlarının 

daha  dərindən  dərk  edilməsinə,  təcrübə  qazanmasına  və  öz  kompetensiya-

sının  artırılmasına  şərait  yaradır.  Bu  hal  keyfiyyətli  reklam  vasitələrinin 

yaradılmasına kömək edir və onların tətbiqinin effektivliyini xeyli artırır.  

İ

kincisi,  reklam  agentlikləri  müstəqil  təşkilatlardır,  reklamın  ayrı-



ayrı  rəhbərlərinin  zövqündən  bilavasitə  asılıdır,  ona  görə  də  istehlakçıların 

gözlənilən  cavab  reaksiyasına  dair  səhv  informasiyaların  olması  istisna 

deyil. 

Üçüncüsü,  reklam  agentlikləri  kütləvi  informasiya  vasitələri  ilə  sıx 



ə

laqələrə  malikdir  və  onlarda  reklamı  yerləşdirmək  üçün  yeri  və  konkret 

vaxtı əldə edirlər. 

Dördüncüsü,  reklam  agentliklərinin xidmətlərindən  istifadə  reklama 

sistemli yanaşmanı təmin edir və reklamın effektivliyini xeyli artırır. 

Reklam  agentlikləri  reklam  prosesinin  iştirakçıları  kimi  aşağıdakı 

başlıca funksiyaları yerinə yetirirlər: 

  KİV  ilə  qarşılıqlı  əlaqə  yaradırlar,  KİV-də  sifariş  yerləşdirir  və  on-



ların yerinə yetirilməsinə nəzarət edirlər; 

  Reklamverənlərin  sifarişinə  əsasən  reklam  məhsulunu  yaradırlar, 



yaradıcı və texniki mütəxəssislərin potensialından istifadə edərək kompleks 

reklam  kompaniyalarını  və  digər  reklam  tədbirlərinin  planını  işləyib  hazır-

layırlar;  

  Reklamverənlər və KİV ilə hesablaşmalar aparırlar;  



  Mətbəə,  studiya,  reklam  kombinatları  və  ştatdankənar  mütəxəssis-

lərlə əməkdaşlıq edirlər. 

 

Bazar şəraitində bir çox firma və təşkilatlar sual qarşısında qalırlar: 



şə

xsi  reklam  xidmətini  yaratmaq,  yoxsa  reklam  agentliklərinin  xidmətlə-

rindən  istifadə  etmək  lazımdırmı?  Şəxsi  reklam  xidmətinin  təşkili  təqdim 

edilən  işin  həcmindən  və  reklam  məqsədləri  üçün  ayrılmış  məbləğdən  ası-

lıdırmı? 

 

Firmanın  reklam  xidmətinin  təşkilati  strukturu  onun  ölçüsündən, 



vəsaitindən  və  fəaliyyət  sahəsindən,  məqsədli  bazarın  spesifik  xüsusiyyət-

Бизнесин тяшкили вя идаря едилмяси 

164 


lərindən və istehsal olunan malların və xidmətlərin xarakteristikasından, fir-

manın  marketinq  kompleksi  və  marketinq  strategiyasında  reklamın  yeri  və 

rolundan,  reklam  fəaliyyətinin  həyata  keçirilməsində  firmanın  müdiriy-

yətinin cəlb edilməsi dərəcəsindən asılıdır.   

 

Reklam  xidmətinin  daxili  strukturu  xeyli  çeşidliyi  ilə  xarakterizə 



olunur. Kiçik firmalarda o, reklama cavabdeh olan marketinq şöbəsinin bir 

ə

məkdaşı  tərəfindən  təqdim  oluna  bilər,  nisbətən  iri  firmalarda  isə  ixtisas-



laşdırılmış struktur bölməsi yaradılır.  

 

Reklam prosesində iştirak edən subyektlərdən: reklamverənləri,  rek-



lam  agentliklərini,  KİV  və  reklam  materiallarının  hazırlanmasında  reklam-

verənlərə və reklam agentliklərinə yardım edən subyektləri qeyd etmək olar. 

Reklam  prosesinin  təşkilində  başlıca  rol  reklamverən  və  reklam  agent-

liklərinə məxsusdur. 

 

Reklamverənlər  ilə  reklam  agentlikləri  arasında  qarşılıqlı  əlaqələr  3 



başlıca istiqamətdə qurulur: 

  Reklamverən agentliyə nəyin, nə vaxt və nə cür olmasını diktə edir; 



  Reklamverən  reklam  agentliyinin  onun  sifarişi  ilə  nəyi  və  necə 

etməsinə qətiyyən qarışmır; 

  Reklamverən ümumi həll taparaq birgə iş görür. 



Reklam agentliyi ilə normal işin görülməsi üçün, xüsusən mürəkkəb, 

yaradıcı işin görülməsində əmələ gələ biləcək fikir ayrılığı və mənfi halların 

nizama  salınması  üçün  müqavilə  bağlamaq  lazımdır.  Hər  bir  reklamverən 

müqavilə şərtlərini icra edərkən aşağıdakı qaydalara riayət etməlidir:  

  İş birliyi zamanı reklam agentliyinə bir partnyor kimi yanaşmaq; 



  Öz öhdəliklərini dəqiq, vaxtlı-vaxtında yerinə yetirmək; 

  Qərarları xəbərvermədən dəyişməmək. 



Reklam müəssisənin kommersiya fəaliyyətinin mühüm hissəsidir, ona görə 

də  reklam  müəssisənin  biznes-planına  uyğun  həyata  keçirilir.  Reklam  fəa-

liyyətinin  planlaşdırılması  müəssisənin  məqsədlərini  və  ona  çatmağın  yol-

larını  müəyyənləşdirməyə,  habelə  rəqabət  şəraitində  müəssisənin  səmərəli 

fəaliyyət  göstərməsinə  imkanı  yaradır.  Məqsədlərin  qoyulması  müəssisədə 

reklamın istifadə olunma perspektivini müəyyən edir və onun effektivliyinin 

dəyərləndirilməsi üçün şərait yaradır. Reklam planının hazırlanması zamanı 

başlıca və ikinci dərəcəli məqsədlər müəyyən edilir. Başlıca məqsədi yazılı 

şə

kildə qısa ifadə edilməlidir ki, ehtiyac olduqda səhvə yol verməyərək onu 



tədricən dəqiqləşdirmək mümkün olsun. Əgər məqsəd dəqiq qoyulmayıbsa, 

reklam fəaliyyətini uğurlu həyata keçirmək və onun nəticəsini dəqiq müəy-

yənləşdirmək mümkün deyil.  

 

Reklam  tədbirlərinin  məqsədi  qısamüddətli,  ortamüddətli  və  uzun-



müddətli  ola  bilər.  Məqsədin  müəyyən  olunması  çox  çətin,  mürəkkəb  və 

Бизнесин тяшкили вя идаря едилмяси 

165 


yerinə  yetirilməsi  mümkün  olmayan  bir  məsələdir.  Məqsəd  reallığı  əks 

etdirməli və müəyyən vasitələrlə əldə ediləbilən olmalıdır. 

Təklif və tələbatdan asılı olmayaraq konkret mal, yaxud xidmət üzrə 

reklam  tədbirləri  biznes-planın  reklam  bölməsində  nəzərdə  tutulur.  Əmtəə 

(xidmət)  bazarında  dəyişən  şərtlər  nəticəsində  reklam  planları  müəssisəyə 

qabaqcadan hərəkət planlarını müəyyən etmək imkanını verir.  

İ

nkişaf etmiş firmalar özlərinin illik büdcələrini hazırladıqdan sonra 



reklam  tədbirlərini  planlaşdırırlar.  Müxtəlif  firma  və  agentliklərin  geniş 

reklam xidmətlərinin spektri bu sahədə praktiki olaraq istənilən fikirləri və 

niyyətləri həyata keçirməyə imkan yaradır.  

Reklamın fəaliyyətinin planlaşdırılmasını 4 mərhələdə həyata keçir-

mək məqsədəuyğundur.  

Birinci  mərhələdə,  reklam  planının  hazırlanmasında  reklam  şöbəsi 

işçisinin bilavasitə iştirakı ilə strutkur bölmələrin rəhbərləri cəlb edilir.  İlk 

növbədə reklama ehtiyacı olan əmtəə və xidmətlərin siyahısı, sonra isə rek-

lamın həyata keçirilməsinin müddəti və vaxtı müəyyən edilir. 

İ

kinci mərhələdə hər bir əmtəə və ya xidmət üzrə reklamın məqsəd-



ləri seçilir, KİV və onlarda reklamın yerləşdirilməsi müəyyənləşdirilir. Bu-

nunla  yanaşı sözü gedən tədbir üçün əlavə reklam materiallarının hazırlan-

masının mümkünlüyünü nəzərə almaq lazımdır. 

Üçüncü  mərəhələdə  reklama  sərf  olunacaq  pul  vəsaitlərinin  real 

miqdarı müəyyənləşdirilir, ayrılmış vəsaitlərdən asılı olaraq plan layihəsinə 

düzəlişlər edilir. 

Dördüncü  mərhələdə  müəyyən  müddətə  (kvartal,  il)  reklama  olan 

tələbatın son dəfə razılaşdırılması aparılır. 

Ə

gər  müəssisədə  reklam  planı  hazırlanmayıbsa,  onda  bir  qayda 



olaraq təsadüfi  seçim edilir və reklam təsadüfi yerləşdirilir ki, bu da onun 

effektivliyini azaldaraq reklam xərclərini artırır.  

Reklam  kampaniyası  bir-birilə  əlaqəli  reklam  təblirləri  sistemini  özündə 

təcəssüm etdirir. Reklam tədbirləri sistemi müəyyən bir müddəti əhatə edir 

və  reklamverənin  konkret  marketinq  məqsədinə  çatması  üçün  reklam  va-

sitələrinin kompleksli istifadəsini nəzərdə tutur.  

Reklam  kampaniyasında  reklam  tədbirlərinin  bir  forması,  bir  rəng 

çalarları olmalıdır və nəhayət onlar birlikdə tamlıq təşkil etməlidirlər.  

Reklam kampaniyalarının keçirilməsi məqsədləri müxtəlif cür ola bilərlər: 

  Yeni malların və xidmətlərin bazara yeridilməsi; 



  Malların satışının stimullaşdırılması və xidmətlərin həcminin artırıl-

ması; 



  Bir  əmtəəyə  (xidmətə)  olan  tələbatın  digərlərinə  istiqamətlən-



dirilməsi; 

  Firmanın malının yaxşı (əlverişli) obrazının yaradılması; 



Бизнесин тяшкили вя идаря едилмяси 

166 


  Əmtəə  və  müəssisə  barəsində  alıcı  və  partnyorlarda  stabillik 

təəssüratının yaradılması. 

Reklam kampaniyaları bir çox əlamətlərə görə təsnifləşdirilir:  

1)  Reklam edilənin əsas obyektinə görəmal və xidmətlər; müəssisələr, 

firmalar  üzrə  olan,  yəni  reklamverənin  imicini  yaradan  reklam  kampani-

yaları; 

2)  Təqib  etdikləri  məqsədlərə  görə:  daxiledici  (yeridici),  yəni  yeni 

malın  və  xidmətlərin  bazara  yeridilməsini  təmin  edən;  təsdiqləyici  –  yəni 

ə

mtəə və xidmətlərin satışının artımına imkan yaradan, xatırladıcı, yəni əm-



təəyə,  xidmətə  olan  tələbatın  saxlanılmasını  təmin  edən  reklam  kampa-

niyaları; 

3)  Ərazi əhatəsinə görə bölünürlər: yerli, regional, milli və beynəlxalq 

reklam kampaniyaları; 

4)  İntensivlik (səmərəlilik) təsirinə görə düz (hamar), artan (çoxalan) və 

azalan (zəifləyən) reklam kampaniyaları. 

İ

stənilən  reklam  kampaniyasının  keçirilməsi  onun  diqqətlə  hazırlan-



masını tələb edir. Reklam kampaniyasının hazırlanma prosesi onun keçiril-

məsinin  məqsəduyğunluğu  və  lazımlığının  əsaslandırılması  ilə  başlayır. 

Reklam  kampaniyalarının  planlaşdırılması  zamanı  marketinq  vəziyyətinin 

qiymətləndirilməsi  və  reklam  məqsədlərinin  müəyyənləşdirilməsi  bir-

birindən ayrılmazdırlar. 

Reklam kampaniyasını aşağıdakı ardıcıllıqla keçirilməlidir: 

1. Marketinq situasiyasının analizi; 

2. Reklam məqsədlərinin təyin edilməsi; 

3. Məqsədli auditoriyanın müəyyənləşdirilməsi; 

4. Reklam xərcləri smetasının tərtib edilməsi və onun icrasına nəzarət; 

5. Reklam yayılması vasitələrinin seçimi; 

6. Reklam mətninin (məlumatının) tərtib edilməsi; 

7. Nəticələrin qiymətləndirlməsi. 

Reklam  kampaniyalarının  hazırlanmasında  başlıca  məqsəd  malın 

alınması  naminə  səbəb  və  sübutların,  eləcə  də  şüar,  çağırış  şəklində  ifadə 

olunan  reklam  kampaniyasının  başlıca  ideyasının  müəyyən  edilməsidir. 

Reklamın  hər  bir  vasitəsində  yalnız  o  arqumentlər  istifadə  oluna  bilər, 

hansıki onun köməkliyi ilə daha effektiv təqdim etmək mümkündür.  

Kampaniyanın  keçirilməsi  zamanı  istifadə  olunması  nəzərdə  tutulan 

reklam vasitələrinin seçimində onların hər birinin hazırlanması və buraxılışı 

müddəti  nəzərə  alınır.  Reklam  vasitələrinin  yerləşdirilməsi  regionunu, 

yaxud digər tədbirlərin keçirilməsi yerini müəyyən etmək vacibdir.  

Reklam  kampaniyasının  hazırlanmasının  son  mərhələsi  onun  keçi-

rilməsi  və  xərclər  smetasının  tərtib  edilməsidir.  Bu  zaman  alınmış  yekun 

məbləği reklamverənin reklam kampaniyasının keçirilməsinə ayrılmış vəsait 

ilə müqayisə etmək lazımdır.  



Бизнесин тяшкили вя идаря едилмяси 

167 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin