Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə41/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   36   37   38   39   40   41   42   43   44

İnternetdə: 

www.books.google.com  

Mənbə: AzərTAc

 

 

 



 

 

 



 

 

 



393 

 

15 Dekabr - Beynəlxalq Çay Günü, (2004-2005) 



 

Hər  il  dekabrın  15-də  aparıcı  dünya  çay  istehsalçısı  statusuna  malik  bütün 

ölkələrdə  Beynəlxalq  Çay  Günü  (International  Tea  Day)  qeyd  olunur.  Bu  günün 

qeyd  olunmasının  məqsədi  –  hökumətlərin  və  insanların  diqqətini    çay  satışı 

problemlərinə,  çay  istehsalı  sahəsində  işləyən  işçilərin,  kiçik  istehsalçıların  və 

istehlakçıların  vəziyyətinə  cəlb  etməkdir.  Bayramın  bir  məqsədi  də  bu  içkinin 

populyarlaşdırılmasıdır.  

15 dekabrda Çay sənayesi işçilərinin hüquqlarının dünya bəyannaməsi elan 

olunmuşdur. Beynəlxalq Çay Gününün məhz dekabrın 15-də qeyd edilməsi qərarı 

2004-cü  ildə  Mumbayda  (Hindistan)  və  2005-ci  ildə  Porte  Alleqredə  (Braziliya) 

keçirilmiş Ümumdünya ictimai forumunun gedişi zamanı beynəlxalq təşkilatlarda 

və həmkarlar ittifaqlarında müzakirələrdən sonra qəbul edilmişdir. Bu günü əsasən, 

iqtisadiyyatında çay istehsalının önəmli yer tutduğu ölkələr – Hindistan, Şri-Lnka, 

Banqladeş, Nepal, Çin və s. qeyd edirlər.  

Çayın bir içki kimi ilk dəfə Çin imperatoru Şen Nunq tərəfindən təxminən 

e.ə  2737-ci  ildə  aşkar  olunduğu  hesab  olunur.  Belə  ki,  imperator  çay  yarpağını 

qaynar su olan fincana salmış və beləcə çay içkisi yaranmışdır. Eramızın 400-600-

cü  illərində  Çində  çaya  maraq  artır  və  bunun  nəticəsində  çay  bitkisinin 

kultivasiyası  prosesləri  inkişaf  edir.  Rusiya  və  Avropada  çay  XVII  əsrin  birinci 

yarısında  məlum  olur.  Çay  tarixində  ən  məşhur  hadisələrdən  biri  isə  1773-cü  il 

dekabrın  16-da  baş  verən  ―Boston  çayiçməsi‖  olmuşdur.  Həmin  vaxt  Amerika 

müstəmləkəçiləri  Böyük  Britaniya  tərəfindən  çaya  tətbiq  olunan  vergiyə  etiraz 

işarəsi kimi Boston sahilinə çay yeşikləri atmışlar.  

Bir çox ölkələr özlərinin çayiçmə ənənələrinə malikdirlər. Bəzi xalqlar çayı 

süddə dəmləyirlər. Bəzi yerlərdə isə çaya xüsusi ədviyyatlar qatılır. Amma bir fakt 

danılmazdır ki, çay dünyada ən çox sevilən içki olaraq qalır. Bu bayram da hələ ki, 

rəsmi  olmasa  da,  çaysevərlər  tərəfindən  getdikcə  daha  çox  qeyd  olunur.  Çay 

günündə müxtəlif sərgilər, reklam aksiyaları və s. keçirilir. 



 

 

İnternetdə:

http://www.calend.ru/holidays

 

 

 

 

 

394 

 

25 Dekabr - “Qızıl qələmlər” Ədəbi Cəmiyyətinin Yarandığı Gün, (1925)  



 

         Azərbaycan  Yazıçılar    İttifaqı    1934-cü  il 

iyunun  13-də  Bakıda  Azərbaycan  Yazıçılarının  I 

qurultayında yaradılmışdır.O vaxta qədər Azərbaycan 

yazıçıları  ayrı-ayrı  ədəbi  birləşmələrin  tərkibində 

fəaliyyət  göstərirdilər.  1923-cü  ildə  Azərbaycan 

yazıçılarını  bir  təşkilatda  birləşdirmək  zərurəti 

meydana  çıxarkən  bir  neçə  yazıçı  çap  etdirdikləri 

müraciətdə Türk Ədib və Şairlər İttifaqı Dərnəyi təsis 

etdiklərini  bildirdilər.  Həmin  ədəbi  birlik  "İldırım" 

adlanırdı.  "Qızıl  qələmlər"  ədəbi  cəmiyyəti  də 

təxminən bu dövrlərdə formalaşmış, öz  ətrafına gənc 

ədəbi  qüvvələri  toplamışdı.  Bu  cəmiyyət  əsaslı  və 

ədəbi  təşkilat kimi  1925-ci il dekabrın 25-də Bakıda 

yaradıldı,  ədəbi  dərnəkləri  öz  ətrafında  birləşdirdi. 

"Qızıl qələmlər" cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr 

təşkil  edir,  tədbirlər  həyata  keçirirdi.  "Maarif  və  mədəniyyət"  jurnalında, 

"Kommunist"  və  "Gənc  işçi"  qəzetlərində  müntəzəm  verilən  ədəbi  materiallar, 

"Qızıl  qələmlər",  "Oktyabr  alovları"  almanaxları  və  ayrı-ayrı  məcmuələr 

ədəbiyyatın  təbliğinə,  kütləvi  surətdə  yayılmasına  xidmət  edirdi.  1927-ci  il  iyul 

ayının  əvvəllərində  Azərbaycan  yazıçılarının  birinci  ümumi  yığıncağında  bütün 

ədəbi  qüvvələri  bir  təşkilat  ətrafında  birləşdirmək  qərara  alındı.  Beləliklə, 

Azərbaycan  Yazıçılar  Cəmiyyətinin  müvəqqəti  İdarə  Heyəti  yarandı.  13  yanvar 

1928-ci ildə Bakıda Ümumazərbaycan yazıçılarının birinci və 20 oktyabr 1929-cu 

ildə  ikinci  qurultayı  çağrıldı.  Ümumittifaq  Kommunist  (bolşevik)  Partiyası 

Mərkəzi Komitəsinin ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci 

il  23  aprel  tarixli  qərarından  sonra  Azərbaycan  Yazıçılar  Cəmiyyətinin  yenidən 

qurulması  haqqında  təşkilatı  tədbirlər  görüldü  və  Azərbaycan  Yazıçılar  İttifaqı 

yaradıldı. 

İnternetdə: www.azyb.net 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

395 

 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, (1991) 



 

 “Bizim  hamımızın  bir  vətəni  var.  Bu  Azərbaycan  dövlətidir.  Azərbaycanlı  hər 

yerdə  yaşaya  bilər,  ancaq  azərbaycanlılığını,  öz  dilini,  dinini,  milli  ənənələrini 

unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.”

                                                                                                                                      

 

                                                                                              

Ulu öndər Heydər Əliyev

                                           



 

31  Dekabr  -  Dünya  Azərbaycanlılarının 

Həmrəyliyi  Günü  -   Azərbaycan  millətinin birlik 

şüarının  simvolik  günüdür.  Bu  bayram  ayrı-ayrı 

ölkələrdə  yaşayan azərbaycanlılarla əlaqələr  qurmaq, 

onlar  arasında  birlik  və  həmrəylik  yaratmaq  işində 

mühüm  rol  oynayır.    Dünya  Azərbaycanlılarının 

Həmrəylik  Gününün  qeyd  edilməsi  bütün  dünya 

azərbaycanlıları  tərəfindən  artıq  bir  zərurətə  və 

mənəvi  ehtiyaca  çevrilmişdir.  Azərbaycanlıların 

yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu 

tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı 

Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu 

ayrı-ayrı  cəmiyyət  üzvləri  üçün  bir  araya  gəlmək,  cəmiyyət  və  qurumlar  halında 

birləşmək  baxımından  dünyanın  sivil  nöqtələrindən  biri  olan  Avropada  mühüm 

əhəmiyyət  kəsb  edir.  31  Dekabr -  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü 

bayramı  dünyanın  70-dən  çox  ölkəsində  azərbaycanlılar  tərəfindən  qeyd  olunur. 

Azərbaycanlılar 

minilliklər 

boyu 


özlərinin 

doğma 


torpağı 

olan 


tarixi Azərbaycan ərazisində  yaşayaraq  dünya  sivilizasiyasına  böyük  töhfələr 

vermişlər. Müharibələr, inqilablar, hərbi  münaqişələr,  dünyada  gedən  müxtəlif 

ictimai-siyasi proseslər  nəticəsində  Azərbaycan  parçalanmış, azərbaycanlıların  bir 

qismi  öz  yurd-yuvalarından  didərgin  salınmış,  deportasiyalara məruz  qalmış,  bir-

birindən  ayrı  düşmüşdür.  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Gününün 

əsası 1989-cu 

il 

dekabrın 



axırlarında Naxçıvanda sərhədlərin 

(SSRİ-


İran sərhədləri)  dağılması  zamanı  qoyuldu.  Şimali  və  Cənubi  Azərbaycan 

arasındakı  sərhəd  dirəkləri  dağıdıldı.  Bu  vaxt İstanbulda türkdilli  xalqların 

Konfransı  keçirilirdi.  Konfransda  dünya  azərbaycanlılarının  həmrəyliyinin  qeyd 

olunmasına  qərar  verildi.  1991-ci  ilin 16  dekabrında Naxçıvan  Muxtar 

Respublikası Ali  Məclisinin  sədri Heydər  Əliyev dünya  azərbaycanlılarının 

birliyini  yaratmağın  əhəmiyyətini  nəzərə  alaraq,  dekabrın  31-ni  Dünya 

Azərbaycanlılarının  Həmrəylik  Günü  elan  etdi.  Beləliklə,  bütün  azərbaycanlılar 

üçün  əziz  olan  31  Dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü  bayram 

edilir.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

396 

 

 



Bu tarixi unutmayaq 

26 Dekabr- Xankəndinin işğalı günü, (1991) 

Xankəndi  Azərbaycan  Respublikasının  ən 

gənc  şəhərlərindən  biridir.  Arxiv  sənədlərində 

məlumat  var  ki,  şəhər  XVIII  əsrin  sonunda 

hökmdarların  –  Qarabağ  xanlığının  xanları  üçün 

istirahət  yeri  kimi  salınmışdır.  Yaşayış  yeri 

Pənahabaddan  (Şuşa  şəhərindən)  10  km  məsafədə, 

yalnız bir məqsədlə – Qarabağ xanlarının fəaliyyəti 

üçün  maksimum  rahatlığın  təmin  edilməsi 

məqsədilə  nisbətən  yamac  yerdə  ucaldılmışdır. 

Şəhərin  yeri  müəyyən  edilərkən  onun  digər  strateji  cəhətdən  vacib  şəhərlərə  – 

Ağdama,  Xocalıya,  Malıbəyliyə,  Kərkicahana  və  digərlərinə  yaxınlığı  nəzərə 

alınmışdır.  Digərlərində  olduğu  kimi,  bu  gənc  yaşayış  məntəqəsində  də 

azərbaycanlılar məskunlaşmışdır. Şəhərin yaranmasının ilk illərində şəhərdə yalnız 

Xan  öz  ailəsi  ilə  və  dəstəsi  yaşayırdı.  Xankəndi  adı  da  burdan  götürülmüşdür  – 

―Xanın  kəndi‖.  Sonradan  qəsəbə  rəsmi  olaraq  Xankəndi  adını  almışdır. 

Xankəndi respublikanın  inkişaf  etmiş  sənaye  mərkəzi  idi.  Yüngül  və  yeyinti 

sənayeləri  inkişaf  etmişdi.  Elektrotexnika,  avtotəmir  və  asfalt-beton  zavodları, 

mebel  fabrikləri,  tikinti  materialları,  istehsalat  və  maarifləndirici  istehsalat 

kombinatları fəaliyyət göstərirdi.  

Xankəndi  şəhəri 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistanın 

Silahlı  Qüvvələri  tərəfindən  işğal  edilmişdir.  İnzibati  cəhətdən  Xankəndi  şəhər 

əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 

8  km²-dir.  Paytaxt Bakıdan 329 km aralıda  yerləşir.  Azərbaycan  Respublikası 

Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına 

əsasən, Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər 

əhalisi olmuşdur. Hazırda şəhər erməni silahlı qüvvələrinin nəzarəti altındadır. 

1988-ci  ildə Ermənistan  SSR-dən  gəlmiş  millətçi  emissarlarının  təşkilatçılığı  ilə 

Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana 

verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə 

Xankəndinin  mərkəzi  meydanında  təşkil  olundu.  Bundan  bir  həftə  sonra,  20 

fevralda  Dağlıq  Qarabağ  Ali  Sovetindəki  erməni  deputatlar  qanunsuz  olaraq 

vilayətin  Azərbaycanın  tərkibindən  ayrılaraq  Ermənistan  SSR-ə  birləşdirilməsi 

məsələsini  qaldırdılar.  Bu,  Dağlıq  Qarabağın  azərbaycanlı  icmasının  haqlı 

narazılığına  səbəb  oldu.  Bundan  sonra  Sovet  rəhbərliyi  vəziyyəti  stabilləşdirmək 

üçün  Xankəndinə  Daxili  Qoşunların  batalyonunu  göndərdi.  Həmin  aylardan 

etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. May ayının 25-

dən  etibarən  isə  Vilayət  Partiya  Komitəsində  məsul  vəzifədə  çalışan 

azərbaycanlılar  işdən  çıxarıldı.  İlk  olaraq  ermənilər  1988-ci  ilin  18  sentyabrında 

Xocalıya  hücum  etdilər.  Güclü  müqavimətlə  rastlaşdıqdan  sonra  onlar 

Xankəndində  olan  azərbaycanlıların  evlərinə  basqınlar  təşkil  etdilər.  26  dekabr 

1991-ci ildən rayon erməni işğalı altındadır.  



İnternetdə: 

www.books.google.com 

397 

 

 



Azərbaycanın görkəmli şəxsiyyətləri 

12 Dekabr - Görkəmli alim Xudu Məmmədovun anadan olmasının  90 illiyi, 

                     (1927-1988) 

 

Xudu Surxay oğlu Məmmədov  Ağdam rayonunun Mərzili kəndində anadan 

olub. Ağdamda orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin geologiya-

goğrafiya  fakültəsinə  daxil  olub.  1951-ci    ildə    təhsilini    fərqlənmə  diplomu  ilə 

başa  vurub  və  müəllimi  Heydər  Əfəndiyevin  təkidi  ilə Azərbaycan Elmlər 

Akademiyasının  Kimya  İnstitutuna  təyinat  alıb.  Xudu  Məmmədov  daha  sonra 

SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olub. 1955-ci ildə 

X.Məmmədov  SSRİ  EA-nın  Kristalloqrafiya  İnstitutunun  elmi  şurasında 

kristalloqrafiya  və  kristallofizika  ixtisası  üzrə  ―Ksonolit  və  vollastonit 

minerallarının  kristal  quruluşu‖  mövzusunda  namizədlik  dissertasiyasını 

müvəffəqiyyətlə  müdafiə  edib.  1969-cu  ildə   doktorluq  dissertasiyasını  müdafiə 

edərək,  1970-ci  ildə  geologiya-mineralogiya  elmləri  doktoru, 1973-cü  ildə 

professor  elmi  adlarına  layiq  görülüb.  Alim  bir  neçə  illik  tədqiqatların  yekunu 

olaraq  1960-cı  ildə  ―Kalsium-silikatları  və  hidrosilikatları  və  hidrosilikatların 

kristallokimyası‖ monoqrafiyasını yazıb.  

Xudu 


Məmmədov 

silikat 


birləşmələrindən 

bir  çoxunun  quruluşunu 

müəyyənləşdirmiş,  həmin  birləşmələr  sinfi  ilə  boratlar,  karbonatlar, 

yarımkeçiricilər  və  s.  arasında  kristallokimyəvi  qohumluq  olmasını  aşkara 

çıxarmış,  50-dən  çox  üzvi  liqandlı  kompleks  birləşmənin  molekul  və  kristall 

quruluşunu  öyrənmiş,  tədqiqatlarında  elektronoqrafiya,  rentgen-spektral  analiz  və 

hidrotermal sintez üsullarından geniş istifadə etmişdir. 

  

Yüksəkixtisaslı  elmi  kadrlar  hazırlanmasında  onun  müstəsna  xidmətləri 



vardır. Xudu Məmmədov "Şərəf nişanı" ordeni və medallarla təltif edilib. 

Görkəmli  alim,  gözəl  ziyalı  Xudu  Məmmədov 15  oktyabr 1988-ci 

ildə Bakıda vəfat etmişdir. 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 

 

 

 

398 

 

Yubilyar yazıçı və şairlər



 

1 Dekabr - Şairə Elmira Qasımovanın anadan olmasının 75 illiyi, (1942) 

  

 



Qasımova  Elmira  Məmməd  qızı  Naxçıvan  şəhərində,  həkim  ailəsində 

anadan  olmuşdur.  Burada  orta  məktəbi  bitirdikdən  sonra  M.F.  Axundov  adına 

Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun alman dili şöbəsində təhsil 

almışdır (1959-1964). Naxçıvan şəhərində 2 saylı məktəbin müəllimi (1964-1974), 

tədris-tərbiyə  işləri  üzrə  direktor  müavini  (1974-1976),  sonra  10  saylı  şəhər 

məktəbinin  direktoru  (1976-1978)  işləmişdir.  Azərbaycan  KP  Naxçıvan  Şəhər 

Komitəsinin  katibi  seçilmişdir  (1978-1979).  Naxçıvan  Muxtar  Respublikasının 

maarif naziri vəzifəsində çalışmışdır (1979-1980). Sonra Azərbaycan KP Naxçıvan 

şəhər Komitəsinin birinci katibi olmuşdur (1980-1983). 

 Şeirləri rus və bolqar dövri mətbuatında çap edilmişdir.  

 

Kitabları: ―Sevdalı könül‖ (1973), ―Axtar məni‖ (1979), ―Zəriflik‖ (1985) və s. 

 

 



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

399 

 

5 Dekabr - Yazıçı Cəmil Əlibəyovun anadan olmasının 90 illiyi, (1927-2014) 



 

  

Cəmil  Əlibəyov   Füzuli  rayonunun Dədəli kəndində 

dünyaya gəlmişdir. O, təhsilini bir müddət evdə dayılarından 

almış,  sonradan  məktəbdə  davam  etdirmişdir.  1944-cü  ildə 

Azərbaycan  Dövlət  Universitetinin filologiya  fakültəsində 

yeni  açılmış  şərqşünaslıq  şöbəsinə  (İran  bölməsi)  qəbul 

edilmişdir.  Fars,  ərəb,  ingilis  dillərində  xüsusi  uğurları  olsa 

da,  Şərq  tarixi  ixtisasını  seçmiş,  tələbə elmi  konfranslarında 

diqqəti  çəkən  referentlərlə  çıxış  etmiş,  elmi  tədqiqatları 

Moskva  Ali  Təhsil  Nazirliyinin  və  Respublika  Təhsil 

Nazirliyinin mükafatlarına layiq görülmüşdür.  

Cəmil  Əlibəyov 1949-ci  ildə  yaradıcılıq  sınaq  qaydası  ilə  "Azərbaycan 

gəncləri"  qəzetinə  işə  götürülmüşdür.  İyirmi  il  həmin  qəzetdə  ədəbi  işçi,  şöbə 

müdiri, məsul katib, son on iki ildə baş redaktor kimi fəaliyyət göstərmişdir. 1970-

ci ildə  C.Əlibəyov daha  məsul  işə  Azərbaycan  Respublikası Radio və  Televiziya 

Verilişləri  Komitəsinin  sədr  müavini  təyin  olunmuş,  radioya  başçılıq  etməyə 

başlamışdır. Həmin dövr radiosu öz verlişləri ilə xalqa, onun mənəvi dəyərlərinə, 

obrazlı dilinə daha da yaxınlaşmışdır (xalq yaradıcılığı "Bulaq" verilişi otuz ildən 

artıqdır  ki,  efirdədir).  Bu  verilişə  görə  C.  Əlibəyov  Azərbaycan  Jürnalistlər 

İttifaqının  "Qızıl  qələm"  mükafatına  layiq  görülmüşdür. 1974-cü  ildə 

Azərbaycanın  rəhbəri  H.Əliyevin  şəxsi  təklifi  ilə  C.Əlibəyova  daha  məsul  vəzifə 

tapşırılmışdır.  O,  on  il  ərzində  "Azərbaycanfilm"  kinostudiyasının  direktoru 

işləmişdir.  Bu  müddətdə  istehsal  olunan  filmlər  say  və  keyfiyyətcə  yüksək 

qiymətləndirilmiş,  Ümumittifaq,  beynəlxalq  və  respublika  mükafatlarına  layiq 

görülmüşdür.  "Dədə  Qorqud",  "Babək",  "Dərviş  Parisi  partladır",  "Tütək  səsi", 

"İstintaq",  "Ad  günü",  "Qayınana",  "Papaq"  filmləri  qızıl  fonda  daxil  edilmişdir. 

C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və 

direktor, 1988-1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor 

işləmişdir. 1990-cı  ildən  sonra  "Yazıçı"  nəşriyyatında  baş  redaktor  vəzifəsinə 

keçirilmiş, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" 

nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışmışdır. 

Cəmil Əlibəyov  26 oktyabr 2014-cü il tarixində vəfat etmişdir. 



Kitabları:  ―İlk  addımlar‖  (1954),  ―Əmək  və  qəhrəmanlıq‖  (1955),  ―Şəhəri 

yaradanlar‖ (1957), ―Sənin sərvətin‖ (1963), ―Məhəbbət naminə‖ (1964), ―Sınaq‖ 

(1966),  ―Dörd  qitədə  adım  var‖  (1967),  ―Özümü  axtarıram‖  (1969),  ―Nigarın 

arzusu‖  (1968),  ―Mənim  analı  dünyam‖  (1972),  ―Üç  bacı‖  (1974),  ―Dözümlü 

məhəbbət‖  (1978),  ―Dünyanı  gəzə-gəzə‖  (1979),  ―Vida  görüşü‖  (1981),  ―Qızıl 

attorpaq‖  (1983),  ―Qış  etüdləri‖  (1971),  ―Mənim  analı  dünyam‖  (1988),  ―Qış 

macərası‖ (1994) və s.  

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 


400 

 

 5 Dekabr - Yazıçı, şair İsmayıl Qarayevin anadan olmasının  90 illiyi, 



                     (1927-1989) 

 

İsmayıl 


Qarayev  

 Goranboy 

rayonunun 

Tapqaraqoyunlu  kəndində  anadan  olmuşdur.    ADU-nun 

(indiki BDU) filologiya fakültəsini bitirmişdir.  "Azərbaycan 

gəncləri" 

qəzetində ədəbi 

işçi 


(1966), "Gənclik" 

nəşriyyatında redaktor,  böyük  redaktor  və  baş  redaktor 

(1967-1974)  işləmişdir.  Bədii  yaradıcılığa  XX  əsrin  50-ci 

illərindən  başlamışdır.  Dövri  mətbuatda  hekayə,  oçerk, 

povest  və  romanları  çap  edilmişdir. Azərbaycan  Dövlət 

Televiziya və Radio Verilişləri Şirkətində uzun müddət ədəbi 

verilişin  ssenari  müəllifi  və  aparıcısı  olmuşdur.  Əsərləri  efirdə  səsləndirilmişdir. 

SSRİ  Yazıçılar  İttifaqına üzv qəbul  edilmiş  (28.02.1973),  Ümumittifaq  tənqid  və 

ədəbiyyatşünaslıq  Şurasının  üzvü  seçilmiş  (1976),  Ədəbiyyat  Fondunun  üzvü 

olmuşdur  (12.09.1973).    İlk  kitabı  –  "O  və  mənim  anam"  1964-cü  ildə 

"Azərnəşr"də  çapdan  çıxmışdır.  V.B.  Şklovskinin  "Səyyah  Marko  Polo"  (1972) 

əsərini  tərcümə  etmişdir.  Qələmini  təkcə  nəsr  sahəsində  deyil,  həm  də  nəzm 

sahəsində sınamış, bir neçə mənzum dastan, poema və çoxlu sayda şeirlər yazmış 

və  bəzilərini  mətbuatda  dərc  etdirmişdir.  Uzun  müddət "Kirpi"  satirik  jurnalı ilə 

əməkdaşlıq etmiş, dövrün eybəcərliklərindən bəhs edən hekayələri bu jurnalda dərc 

olunmuşdur. Represiyaya məruz qalmışdır. Lakin həbsxana illəri ruhdan düşməyib 

bədii yaradıcılığını davam etdirmiş, neçə-neçə roman, povest, hekayələr yazmışdır. 

Azadlığa  çıxandan  sonra  bir  müddət  Bakıda,  sonra  isə  ömrünün  sonuna  qədər 

doğma kəndində yaşamışdır. Ölümündən sonra bəraət almışdır.   

İsmayıl  Qarayev   haqqında   şair  Tofiq  Mahmud "Ulduz  hər  zaman 

parıldamır"  adlı  məqalə  yazmış,  Azərbaycan  Milli  Televiziyası  "Öz  ömrünü 

yaşamayan  adam"  adlı  veriliş  hazırlamışdır.  1996-cı  ildən  yazıçının  adını 

daşıyan "İsmayıl"  nəşriyyatı fəaliyyət  göstərir.  Yazıçının  arxivində  15-ə  qədər 

roman, 40-a  qədər povest, 150-yə  qədər hekayə,  mənzum  dastan, əfsanə, rəvayət, 

oçerk saxlanılır. 

Kitabları:  ―O  və  və  mənim  anam‖  (1964),  ―Aydınlıq‖  (1968),  ―Ömür‖  (1971), 

―Əməyin bəhrəsi‖ (1972), ―Gecə keçir‖ (1973), ―Dağlar dağımdır mənim‖ (1994), 

 ―Sxodka‖  (2000),  ―Yalandır‖  (2002),  ―İnsan  var  hələ‖  (2002),  ―Qanlı  məktub‖ 

(2002), ―Küçələr kəsişir, yollar kəsişir‖ (2002), ―Bağışla, baba!‖ (2002), ―İntihar‖ 

(2003),  ―Saralmış  yarpaqlar‖  (2003),  ―Söyüdlər  quruyur‖    (2003),  ―Bahar  ötdü‖ 

(2003), ―İntihar‖  (2003), ―Məni tanıdınmı‖ (2003) və s.  

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

401 

 

 



8 Dekabr - Yazıçı, dramaturq, publisist Nüşabə Məmmədlinin anadan 

Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin