Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

363 

 

30 Noyabr - Ümumdünya Ev Heyvanları Günü, (1931) 

Hər  il  noyabrın  30-u  bir  çox  ölkələrdə  Ümumdünya  Ev  Heyvanları  Günü 

(World  Day  Pets)  qeyd  olunur.  Bu  günün  təsis  olunması  ideyası  Təbiətin 

qorunması  hərəkatı  tərəfdarlarının  1931-ci  ildə  Florensiyada  (İtaliya)  keçirilən 

Beynəlxalq konqresində səslənmişdir. Həmin vaxtdan bu bayram dünyanın bir çox 

ölkələrində  qeyd  olunur  və  insanlar  tərəfindən  ev  heyvanlarına  çevrilən  ―balaca 

dostlarımıza‖ görə bütün bəşəriyyətin cavabdeh olduğunu xatırladır. Təsadüfi deyil 

ki, bu günün devizi Antuan de Sent Ekzüperinin məşhur əsərinin qəhrəmanı Balaca 

Şahzadənin  bütün  insanlara  ünvanlanmış  sözləridir:  ―Sən  əhliləşdirdiklərin  üçün 

hər zaman cavabdehsən‖.   

Bu günlə əlaqədar keçirilən tədbirlər çox rəngarəng və müxtəlifdir və hər bir 

ölkədə  fərqli  şəkildə  düzənlənir.  Bu günün  hansı  şəkildə  qeyd  edilməsindən  asılı 

olmayaraq,  əsas  məqsəd  insanları  ev  heyvanlarının  problemlərinə  biganə 

qalmamağa çağırmaqdır.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 



364 

 

Bu tarixi unutmayaq 



20 Noyabr - Qarakənd faciəsi, (1991) 

 

 



 

 

 



 

 

 



 

Qarakənd  faciəsi və  ya 20  noyabr    faciəsi  Xocavənd  rayonunun  Qarakənd 

yaxınlığında,  Ağdam rayonunun Mərzili kəndi  ərazisində  erməni  həbiləşdirilmiş 

dəstələri  tərəfindən  vurulan  Azərbaycan  hərbi  helikopter  hadisəsidir. 

Hesablamalara  görə, Qarakənd üzərində  üç  yüz  metr  yüksəklikdə  uçan Mİ-8 N72 

helikopteri  1991-ci  il  noyabrın  20-də,  saat  14:42  dəqiqədə  vurulub. Həlak  olanlar 

arasında Azərbaycan  Respublikasının  Dövlət  katibi   Tofiq  İsmayılov,  baş 

prokuror İsmət  Qayıbov,  dövlət  müşaviri,  sabiq  daxili  işlər  naziri Məhəmməd 

Əsədov,  millət  vəkilləri Vaqif  Cəfərov və Vəli  Məmmədov,  baş  nazirin 

müavini   Zülfü  Hacıyev,  Prezident  Aparatının  şöbə  müdiri,  jurnalist   Osman 

Mirzəyev, Qazaxıstan  Respublikası   daxili  işlər  nazirinin  müavini   Sanlal 

Serikov,   Azərbaycan  Dövlət  Televiziyasının   jurnalisti   Alı  Mustafayev   və 

başqaları var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdur. 

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 

 

 

 

 

 

 

365 

 

 



Yubilyar yazıçı və şairlər 

2 Noyabr - Şair Emil Azərin  (Mehdiyev) anadan olmasının 80 illiyi,  

                   (1937-1991) 

 

 



 

 

 



 

 

 



 

 

 



Emil Azər (Mehdiyev) Azərbaycanın Naxçıvan şəhərində qulluqçu ailəsində 

doğulmuşdur.1950-ci ildən ailəliklə Bakıda yaşamışdır. Burada 116 saylı məktəbi, 

sonra  isə  ADU-nun  filologiya  fakultəsini  bitirmişdir.  Ədəbi  fəaliyyətə  ―Ordubad 

işçisi‖ qəzetində (1949-cu il iyun) çap etdirdiyi ―Dahi rus sənətkarına‖ adlı şeir ilə 

başlamışdır. Həmin şeir A.S. Puşkinə həsr olunmuşdur. 1974-cü il aprelin 15-dən 

Bakı  şəhər  Oktyabr  rayonu  Korlar  Cəmiyyətinin  mədəniyyət  evində  metodist 

işləmişdir.  

Emil Azər 1991-ci il fevralın 21-də Bakıda vəfat etmişdir.  

 

Kitabları: ―Gənclik‖ (1961), ―Dörd qardaşım var‖ (1966), ―Köçəri quşlar‖ (1971), 

―Əkizlər‖ (1974), ―Damcılar‖ (1978), ―Görmək istəyirəm‖ (1982), ―Çörək ağacı‖ 

(1986), ―Ana laylası‖(1987) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

366 

 

5 Noyabr - Ədəbiyyatşünas Vilayət Quliyevin anadan olmasının 65 illiyi, 



                   (1952) 

 

 

 

 

 

 

 

 

 

 

Vilayət Quliyev Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində, fəhlə ailəsində 



anadan olmuşdur. Beyləqan rayonundakı K.Əsədov adına Şahsevən orta məktəbini 

bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1970-1975). Üç 

il orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, Azərbaycan EA 

Nizami  adına  Ədəbiyyat  İnstitutunun aspirantı  olmuşdur  (1978-1981).  "Müasir 

Azərbaycan  nəsrində  üslub  müxtəlifliyi"  mövzusunda  namizədlik  dissertasiyası 

müdafıə  etmişdir  (1982).  Nizami  adına  Ədəbiyyat  İnstitutunda  kiçik  elmi  işçi 

(1981-1985), böyük elmi  işçi (1985-1987), elmi  işlər üzrə  müdir  müavini,  aparıcı 

elmi işçi (1987-1994), Azərbaycan Respublikasının xarici işlər naziri (1999-2004) 

vəzifələrində  işləmişdir.  Hazırda  Azərbaycanın  Macarıstanda  fövqəladə  və 

səlahiyyətli səfiridir (2004). "Vətən" cəmiyyəti" idarə heyətinin, "Ulduz" jurnalı və 

"Elm"  qəzeti  redaksiya  heyətlərinin  üzvüdür.  "Millət"  qəzetinin  baş  redaktoru 

olmuşdur (1992). "Azərbaycan filoloji fikri və rus ədəbi ictimai mühiti (XIX əsrin 

birinci  yarısında)"  mövzusunda  doktorluq  dissertasiyası  müdafıə  etmişdir  (1990). 

İctimai-siyasi  həyatda  fəal  çalışmışdır. Azərbaycan  Milli  İstiqlal  Partiyası təşkilat 

komitəsinin  üzvü  və  siyasi  şuranın  üzvü  (1992-1993)  olmuşdur.  Həmin  dövrdə 

Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində mühazirələr oxumuşdur. 

Demokratik  İstiqlal  Partiyasının  birinci  katibi  seçilmişdir  (1994-cü  ildən). 

"Azərbaycan  Demokratik  Respublikası"  kitabını  tərtib  edib  müqəddimə  və 

şərhlərlə  nəşr  etdirmişdir  (1992).  Hacı  Zeynalabdin  adına  Azərbaycan  Milli 

mükafatına layiq görülmüşdür (1994). 

Azərbaycanın  dövri  mətbuatında  1978-ci  ildən  çıxış  edir.  Onun  elmi  məqalə  və 

rəyləri  müxtəlif  şəhərlərin  (Kazan,  Alma-Ata  və  s.)  qəzet  və  jurnallarında  çap 

olunmuşdur.  "Fikrin  karvanı",  "Ədəbi  proses",  "Azərbaycan-Avropa  ədəbi 

əlaqələri" və s. kollektiv  əsərlərin  əsas  müəlliflərindəndir.  Rus,  türk,  ərəb, ingilis 

və fars dillərini bilir. 

Kitabları: ―Mirzə Kazımbəy‖ (1987), ―Özümüz və sözümüz‖ (1993), 

―Ağaoğlular‖ (1997), ―Tarixdə iz qoyan şəxsiyyətlər‖(2000), ―Açıq sözün hikməti‖ 

(2001), ―Böyük əkinçi:Həsənbəy Zərdabi‖, ―Tariximiz-taleyimiz‖ (2002) və s. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 



 

 


367 

 

7 Noyabr - Yazıçı, publisist Zaman Novruzun anadan olmasının 85 illiyi, 



                    (1932) 

 

 

 

 

 

 

 

 



 

Zaman Nəzərəli oğlu  Novruzov (Zaman Novruz) Azərbaycanda  Kürdəmir  

rayonunun  Axtacı  kəndində  anadan  olmuşdur.  Sabirabad  şəhər  orta  məktəbini 

bitirmişdir  (1958).  Azərbaycan  Dövlət  Neft-Kimya  İnstitutunun  sənaye 

iqtisadiyyatı  fakültəsində  (1958-1963)  və  Azərbaycan  Dövlət  Universitetinin 

hüquq fakültəsinin axşam şöbəsində təhsil almışdır (1963-1969).  

Ədəbi-bədii  yaradıcılığa  60-cı  illərdən  başlamışdır.  Dövri  mətbuatda  500-

dən  artıq  elmi,  elmi-kütləvi  məqalələri,  publisistik  yazıları,    hekayə  və  təmsilləri 

dərc edilmişdir. ―Azərbaycan kurortları‖ (1965), ―Azərbaycanın canlı sərvətləri və 

onun  mühafizəsi‖  (1983),  ―Təbiət  səhvləri  bağışlamır‖  (1988),  ―Xəzərin  qiymətli 

sərvəti‖  (1984),  ―Təbiət  qisas  alarsa‖  (1990),  ―Foto  çəkməyi  necə  öyrənməli‖ 

(1965),  ―Bədii  fotoqrafiya‖  (1966),  ―Məktəbdə  foto  dərnəyi‖  (1967)  kitabları 

kütləvi tirajla buraxılmışdır. Əsərləri türk, rus, və ingilis  dillərində nəfis tərtibatla 

çap  olunmuşdur.  ―Azərbaycanın  ov  ensiklopediyası‖  irihəcmli  kitabını 

tamamlamışdır.  ―Əmək  veteranı‖  (1987)  və  bir  sıra  digər  medallarla  təltif 

olunmuşdur. Zaman Novruzov 2004-cü ildə vəfat etmişdir. 



Kitabları: ―Göy göl‖ (1969), ―Sehrli rənglər‖ (1971), ―İnsan izləri‖ (1982), ―Ovçu 

çırağı ilə‖ (1986), ―Ovçu insaf elə‖ (1991),  ―Canavarın yuxusu‖ (1992), ―Boz 

qurda vəsiyyət‖  (1992),  ―Oran, Qutan və Xosunun  lətifələri‖ (1993), ―Xoşunun 

207 lətifəsi‖ (1995),  ―Bəxt aynası‖ (2000) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

368 

 

11 Noyabr - Şair, dramaturq Mirmehdi Seyidzadənin anadan olmasının  



                     110 illiyi, (1907-1976) 

 

Azərbaycan  şairi,  dramaturq  Mirmehdi  Həsənoğlu 

Seyidzadə  1907-ci  il  noyabr  ayının  11-də  Türkmənistanın 

Aşqabad  şəhərində,  dənizçi  ailəsində  anadan  olmuşdur. 

İbtidai  təhsilini  İranda  Məşhəd  şəhərində  almışdır.  1920-ci 

ildə  ailəliklə  Bakıya  köçmüş,  burada  1921-1925-ci  illərdə 

Pedaqoji  texnikumda  təhsil  almışdır.  Ədəbi  yaradıcılığa 

1925-ci  ildə  "Şərq  qadını"  jurnalında  çap  etdirdiyi  "Kənd 

qızı" adlı ilk şerilə başlamışdır. 1926-1930-cu illərdə Qubadlı 

və  Şəmkir  rayon  komsomol  komitələrində  bir  il  işlədikdən 

sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930-1932-ci illərdə isə Maarif işçiləri 

kitabxanasına  rəhbərlik  etmişdir.  Mirmehdi  Seyidzadənin  1932-ci  ildə  ayrıca 

kitabca  şəklində  nəşr  edilən  və  mükafata  layiq  görülən  "Şanlı  gün"  poeması 

məktəblilər  üçün  sevimli  əsər  olmuşdur.  Sonra  Bakıda  onun  bir  sıra  başqa 

kitabları,  o  cümlədən  "Balaca  təyyarəçi",  "Ceyran",  "Neft  haqqında",  "Kim 

güclüdür",  "And"  kitabları  çıxmışdır.  O,  müasir  mövzuda  uşaq  şerləri  və 

nəğmələri, "Keçəl Səməd"  mənzum nağılını yazmışdır. Onun "Nərgiz", "Ayaz", 

"Qızılquş",  "Elsevər"  və  sairə  mənzum  pyesləri  tamaşaya  qoyulmuş,  bir  neçə 

şerlərinə  isə  mahnılar  bəstələnmişdir.  Azərbaycan  Pedaqoji  İnstitutunun  qiyabi 

şöbəsində  təhsil  almış  yazıçı  1932-1939-cu  illərdə  ―Azərnəşr‖də  redaktor,  şöbə 

müdiri  işləmişdir.  1938-1939-cu  illərdə  yenidən  təşkil  olunmuş  ―Uşaqgəncnəşr‖ 

də  bədii  ədəbiyyat  şöbəsinə  rəhbərlik  etmişdir.  Yazıçının  Ömər  Xəyyam,  A.S. 

Puşkin,  Jukovski,  Krılov  və  başqa  şairlərdən  tərcümələri  indi  də  oxucular 

tərəfindən sevilə-sevilə oxunur. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş, 

1958-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.  

Mirmehdi  Həsənoğlu  Seyidzadə  1976-cı  il  avqust  ayının  30-  da  vəfat 

etmişdir. 

Kitabları: ―Keçəl Səməd‖(1929), ―Qorxmaz‖ (1945), ―Bağçamız‖ (1953), ―Yeni il 

hədiyyəsi‖ (1954), ―Sirli çeşmə‖ (1962), ―Ulduzlar səpələnir‖ (1963), ―Həyat eşqi‖ 

(1968), ―Nərgiz‖ (1970), ―Qəzəllər‖ (1970), ―Təmsillər‖(1972), ―Yadigar 

(mənzum nağıl) (1973), ―Qəzəllər‖ (1975), ―Gümüşü qar‖ (1976), Xatırlayarsan 

məni‖ (1978), ―Bahar duyğuları‖(1979), ―Ağacların şikayəti‖ (1987)  və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur  -  “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” 



Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



369 

 

17 Noyabr -  Yazıçı, publisist Əli İldırımoğlunun anadan olmasının   



                       90 illiyi, (1927) 

 

Əli  İldırımoğlu  (Məmişov)  Qubadlı  rayonunun 



Əliquluuşağı  kəndində,  rəncbər  ailəsində  anadan 

olmuşdur. 1941-1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, 

Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində 

müəllim  işləmişdir.  Yüzlərlə  oçerk,  felyeton,  hekayə  və 

povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", 

"Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, 

"Həmin  adam",  "Közərən  sətirlər".  "Mənim  rəncbər 

atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət". "Qarlı gecələr", "Daş 

yağan  gün"  romanlarının  müəllifidir.  "Zorən  jurnalist"  romanının  birinci  hissəsi 

("Eşq,  qələm  və  qovğa"  adı  altında),  "Mənim  rəncbər  atam",  "Aqibət"  romanları 

türk  dilinə,  "Aqibət"  romanı  rumın  dilinə  tərcümə  edilib  böyük  tirajla  nəşr 

olunmuşdur.  "Mənim  rəncbər  atam"  romanı  İranda  ərəb  əlifbası  ilə  nəşr 

olunmuşdur.  2007-ci  ildə  onun  seçilmiş  əsərləri  çapdan  çıxmışdır.  1941-45-ci 

illərdə  arxa  cəbhədə  göstərdiyi  "Rəşadətli  əməyə  görə"  medalı  ilə,  Azərbaycan 

Respublikası  Prezidentinin  2007-ci  il  16  noyabr  tarixli  Sərəncamı  ilə  Azərbaycan 

ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə 

təltif  olunmuşdur.  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvüdür.  1988-ci  ildə 

Respublikanın  "Əməkdar  jurnalisti"  adına  layiq  görülüb.  "Qızıl  qələm",  "Ali 

Araz",  "Ustad  jurnalist",  Ə.Haqverdiyev  adına  mükafatların  laureatıdır.  Türk 

ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatına  Xidmət" 

beynəlxalq mükafatına layiq görülmüşdür.  

Kitabları: ―Mayaklar‖ (1974), ―Həmin adam‖ (1987), ―Dərd‖(1993), ―Telepat‖ 

(1994), ―Zorən jurnalist‖ (1995), ―Silinməz izlər‖ (1997), ―Közərən sətirlər‖ 

(1999), ―Qarlı gecələr‖ (2004), ―Aqibət‖ (2007), ―Daş yağan gün‖ (2010) və s. 

 

 



Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

370 

 

19 Noyabr - Şair Aslan Kəmərlinin anadan olmasının 75 illiyi, (1942-1994) 

 

 

 



 

 

 



Aslan Kəmərli (Mustafazadə Aslan Mustafa oğlu) Qazax rayonunun Kəmərli 

kəndində  anadan  olmuşdur.  Orta  məktəbi  bitirib  (1949-1959),  sonra  kolxozda 

çalışmışdır  (1959-1960).  Bakı  Rabitə  Texnikumunda  təhsilini  davam  etdirmişdir 

(1960-1963).  Ordu  sıralarında  xidmət  etmişdir  (1963-1966).  Əmək  fəaliyyətinə 

"Neft  daşları"  qəzeti  redaksiyasında  ədəbi  işçi  kimi  başlamış,  sonra  redaktor 

işləmişdir  (1968-1971),  "Azərbaycan  gəncləri"  qəzeti  redaksiyasının  xüsusi 

müxbiri  olmuşdur  (1971-1977).  M.Qorki  adına  Moskva  Ədəbiyyat  İnstitutunun 

poeziya  şöbəsini  bitirmişdir  (1971-1976).  "Pioner"  jurnalı  redaksiyasında  məsul 

katib  (1977-1991),  "Azərbaycan"  qəzetində  müxbir,  sonra  Gəncə-Qazax  zonası 

üzrə  xüsusi  müxbir  olmuşdur  (1992-ci  ildən).  "Qazax"  Xeyriyyə  Cəmiyyətinin 

yaradıcılarından biri və ilk sədri olmuşdur. (1992-ci ildən).  

Ədəbi yaradıcılığa "Xala bənzər", "Dənizdə şəhər" adlı ilk mətbu şeirləri ilə 

başlamışdır.  Həmin  lirik  şeirləri  1968-ci  ildə  "Ədəbiyyat  və  incəsənət"  qəzetində 

çapdan çıxdıqdan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. 

Aslan Kəmərli 1992-ci il oktyabr ayının 21-də avtomobil qəzası nəticəsində 

vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur. 



 

Kitabları: ―Kəndimizin baharı‖ (1976), ―Obamıza yolum düşüb‖ (1979), ―Yadigar 

şəkil‖ (1981), ―Ömrümə düşən işıq‖ (1984), ―Yolumu gözləyən var‖ (1986), 

―Babamın yüz yaşı var‖ (1989), ―Ölümdən o yana‖ (1992) və s.                   

 

Ədəbiyyat: Əhmədov Teymur -  “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” 



Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



371 

 

22 Noyabr - Yazıçı Hüseyn Abbaszadənin anadan olmasının  



                     95 illiyi, (1922-2007) 

 

 

 

 

 

 

 

 

Hüseyn  Abbas  oğlu  Abbaszadə  Bakı   şəhərində  anadan  olmuşdur. 



M.A.Əliyev 

adına 


Azərbaycan 

Dövlət 


Teatr 

İnstitutunda 

təhsil 

almışdır.   "Ədəbiyyat  və  incəsənət"  qəzeti redaksiyasında  baş  redaktor  (1966-



1971), ―Göyərçin‖  jurnalı  redaksiyasında  baş  redaktor  (1972-1975),  Azərbaycan 

Yazıçılar İttifaqının katibi (1975-1991) vəzifələrində çalışmışdır.  

Ədəbi fəaliyyətə müharibə illərində cəbhə qəzetlərində çap etdirdiyi şeirlərlə 

başlamışdır. Mərkəzi jurnal və qəzetlərdə vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş 

SSRİ  və  xarici  ölkə  xalqlarının  dillərinə  tərcümə  olunmuşdur.  ―Qırmızı  Ulduz‖, 

―Qırmızı  Əmək  Bayrağı‖,  I  dərəcəli  ―Böyük  Vətən  müharibəsi‖,  ―Şöhrət‖ 

ordenləri, 10-dan çox medalla təltif edilmişdir.  

Xalq  yazıçısı,  Əməkdar  incəsənət  xadimi,  Azərbaycan  Dövlət  Mükafatı 

laureatı,  SSRİ  Yazıçılar  İttifaqı  və  ÜİHİŞ-in  mükafatı  laureatı  Hüseyn 

Abbaszadə  2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat etmişdir. 

 

Kitabları: ―Sınaq illəri‖ (1949), ―Yaşıl küçə‖ (1951), ―Əlibalanın ağır səfəri‖ 

(1985), ―Nərgizlə Nigarın nağılları‖ (1986), ― Dünyadan gör necə insanlar gedib‖ 

(1988), ―Burulğanlar‖ (1991), ―Balaca Mehribanın nağılları‖ (1997), 

―Qayıdanlardan biri‖ (2003) və s. 

 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 

 

 

372 

 

Xarici ədəbiyyat 



3 Noyabr - Rus şairi Samuil Marşakın anadan olmasının 130 illiyi,  

                   (1887-1964) 

Rus  şairi,  dramaturq,  tərcüməçi,  ədəbi    tənqidçi    Samuil    Yakovleviç  

Marşak  Voronejdə  anadan  olmuşdur.  Gənc  Samuilin  poetik  dəftərlərindən  biri 

məşhur  rus  ədəbi  tənqidçisi  V.V.Stasovun  əlinə  düşür  və  o,  gənc  şairin  taleyində 

mühüm  rol  oynayır.  Onun  köməyi  ilə  Peterburqa  gələn  Marşak  burada  ən  yaxşı 

gimnaziyalardan  birində  oxuyur. 1904-cü  ildə  Stasovun  evində  Maksim  Qorki  ilə 

tanış olur və o, Marşakı Yaltadakı bağ evinə dəvət edir. 1907-ci ildən əsərləri çap 

olunmağa  başlayır.  1911-ci  ildə  Yaxın  Şərqə  səyahətə  çıxır  və  burada 

gördüklərinin təsiri ilə ―Fələstin‖ adı altında şeirlər silsiləsini qələmə alır.  

1920-ci  ildə  Yekatinodarda  yaşayan  S.Marşak  Rusiyada  uşaqlar  üçün  ilk  teatrı 

yaradır və bu teatr üçün pyeslər yazır. 1923-cü ildə uşaqlar üçün ilk şeir kitablarını 

nəşr  etdirir  (―Cekin  tikdiyi  ev‖,  ―Qəfəsdəki  uşaqlar‖,  ―Axmaq  siçan  balası 

haqqında nağıl‖). 1922-ci ildə Petroqrada köçən Marşak ―Vorobey‖ uşaq jurnalını 

yaradır, bir neçə il bəzi nəşriyyatlara rəhbərlik edir. 1938-ci ildə Moskvaya köçür. 

1960-cı  ildə  avtobioqrafik  ―Həyatın  başlanğıcında‖  povestini,  1961-ci  ildə  poetik 

ustalıq haqqında məqalə və qeydlərdən ibarət ―Sözlə tərbiyə‖ kitabını çap etdirir.  

S.Marşak özünün 50 ildən artıq ədəbi fəaliyyəti dövründə həm felyetonlarını, həm 

də ciddi, ―böyüklər üçün‖ lirikasını yazmaqda davam etmişdir. Uşaqlar üçün ―On 

iki  ay‖,  ―Bəladan  qorxan,  xoşbəxtliyi  görməz‖,  ―Pişiyin  evi‖,  ―Kral  və  əsgər 

haqqında  nağıl‖,  ―Niyə  ayın  paltarı  yoxdur‖,  ―Naməlum  qəhrəman  haqqında 

hekayə‖  poemasının  və  s.  əsərlərin  müəllifidir.  O,  bir  çox  dünya  klassiklərinin 

əsərlərini  rus dilinə tərcümə  etmişdir.  Özünün  əsərləri də bir çox  dillərə tərcümə 

olunmuşdur.  

Samuil Marşak 4 iyul 1964-cü ildə Moskvada vəfat etmişdir.  

 

İnternetdə: 

www.ru.wikipedia.orq 

 

 

 


373 

 

14 Noyabr - İsveç yazıçısı Astrid Lindqrenin anadan olmasının 110 illiyi, 



                     (1907-2002)  

 

Məşhur İsveç yazıçısı, uşaqlar üçün ―Balaca və damda yaşayan Karlson‖ və 

Uzuncorab Peppi haqqında trilogiya kimi dünya şöhrəti qazanmış əsərlərin müəllifi 

Astrid  Lindqren  (qızlıq  soyadı  Eriksson)  Stokholm  şəhərində  anadan  olmuşdur. 

Özünün  çox  xoşbəxt  uşaqlıq  keçirdiyini  qeyd  edən  yazıçı,  onun  yaradıcılığının 

ilham qaynağının da məhz uşaqlığının olduğunu vurğulayırdı. Astrid Lindqrenin öz 

sözlərinə  görə,  ―Uzuncorab  Peppi‖  (1945)  əsərinin  yaranmasında  qızı  Karinə 

borcludur.  Belə  ki,  balaca  Karin  xəstə  olarkən,  anası  hər  axşam  ona  müxtəlif 

nağıllar,  əhvalatlar  danışırdı.  Bir  gün  Karin  adını  uydurduğu  Uzuncorab  Peppi 

haqqında  əhvalat  istəyir.  Yazıçı  heç  bir  şərtiliyə  tabe  olmayan  kürənsaçlı  qız 

haqqında hekayələr danışmağa başlayır. Bir dəfə o, bu hekayələri toplayaraq öz əli 

ilə  kitab  şəklində  hazırlayır.  Buradakı  illüstrasiyalar  da  onun  özünə  məxsus  olur. 

O, bu kitabı nəşriyyata göndərir, lakin onlar əlyazmanı geri qaytarırlar. Lakin bu, 

onu ruhdan salmır. 1944-cü ildə ―Raben və Şöqren‖ nəşriyyatının uşaq əsərləri ilə 

bağlı  elan  etdiyi  müsabiqədə  iştirak  edir  və  ―Britt-Mari  ürəyini  boşaldır‖  (1944) 

əsərinə görə ikinci mükafatı və onun çapı üçün müqaviləni əldə edir. 1945-ci ildə 

həmin  nəşriyyatdan  redaktor  işi  üçün  təklif  alan  Astrid  işə  düzəlir  və  ömrünün 

sonuna qədər orada işləyir. Onun bütün kitabları da həmin nəşriyyatda çap olunur. 

Bütünlükdə onun 70-dən çox  əsəri var. 1940-1950-ci illərdə xüsusilə fəal işləyən 

yazıçı xəfiyyə Kalle Blyumkvist haqqında trilogiya, nağıllar və mahnıar topluları, 

detektivlər və s. qələmə alır. Yazıçı 1954-cü ildə özünün ilk nağılvari povesti olan 

―Mio, mənim Miom‖ əsərini çap etdirir. Onun növbəti trilogiyası olan ―Balaca və 

damda  yaşayan  Karlson‖  əsərinin  ilk  kitabı 1955-ci  ildə  çap  olunur.  1962-ci ildə 

―Damda yaşayan Karlson yenə uçub gəldi‖, 1968-ci ildə ―Damda yaşayan Karlson 

yenidən dəcəllik edir‖ kitabları işıq üzü görür. Astrid Lindqrenin əsərləri teatrlarda 

tamaşaya  qoyulmuşdur  və  qoyulmaqda  davam  edir.  Bu  əsərlər  dəfələrlə 

ekranlaşdırılmış, əsasında cigi filmləri çəkilmişdir.  

Astrid  Lindqren  28  yanvar  2002-ci  ildə  Stokholmda  vəfat  etmişdir.  Uşaq 

ədəbiyyatının  görkəmli  nümayəndəsi  olan  A.Lindqren  Hans  Xristian  Andersen 

medalı və bir çox ölkələrin ədəbiyyat sahəsindəki mükafatları ilə təltif olunmuşdur.  

 


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin