Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə40/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   36   37   38   39   40   41   42   43   44

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

384 

 

3 Dekabr - Beynəlxalq Əlillər Günü, (1992) 

Ümumdünya  Səhiyyə  Təşkilatnın  məlumatına 

görə,  dünya  üzrə  fiziki  qüsurlu  insanların  faiz 

göstəricisi  10%-dir.  Bu  göstərici  Azərbaycan  üzrə 

4,4%  təşkil  edir  ki,  bu  da  MDB  məkanında  ən  aşağı 

göstərici  hesab  edilir.  Respublikamızda  dörd  yüz 

mindən  artıq  əlil  insan  var.  Onların  bir  hissəsi  II 

Dünya  müharibəsi,  bir  hissəsi  erməni  təcavüzü 

nəticəsində  əmək  qabiliyyətlərini  itirən  şəxslərdir. 

Əlillərin 

sosial 


müdafiəsinin 

gücləndirilməsi 

haqqında  dövlət  proqramına  uyğun  olaraq,  onların 

xaricdə müalicəsi təşkil edilir. Bu yöndə işlər davam etdirilir.  

Əlil  insan  dedikdə  hər  kəsin  ağlına  müəyyən  orqanlarını  itirmiş  insanlar 

gəlir. Unudulmamalıdır ki, bu onların işləməyinə, həyat fəaliyyətlərinə və ya insani 

keyfiyyətlərinə əngəl deyil və olmamalıdır. Fiziki deyil, mənəvi cəhətdən qüsurlu 

olmamaq gərəkdir. İnsanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla 

yanaşı, əlillər və şikəstlər də vardır. Əlillik və şikəstlik müxtəlif yollarla yaranır: 

anadangəlmə, 

müharibələr,  yol-nəqliyyat,  istehsalat  qəzaları,  xəstəliklər 

nəticəsində qazanılmış əlillik və şikəstlik vardır. Əlillik eyib sayılmamalıdır. Çünki 

bu  insanlar  fiziki  cəhətdən  tam  olmasalar  da,  onlarda  da  nəcib  ürək,  saf  insani 

keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər vardır. Bu insanlar 

hətta  maddi  cəhətdən  təmin  olunsalar  belə,  isti  münasibət,  doğmalardan  və 

yadlardan qayğı, mərhəmət və diqqət umurlar. 

Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir 

sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil 

arabaları  ilə  təmin  olunur,  müxtəlif  ölkələrdə  dövlət  vəsaiti  hesabına  müalicə  və 

bərpa kursları keçirlər.  

Beynəlxalq  aləm  də  əlillərə  qayğı  və  diqqəti  artırıb.  Onların  hüquqlarının 

qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT 

tərəfindən  1983-1992-ci  illərdə  həyata  keçirilmiş  Əlillər  Onilliyidir.  1992-ci  il 

oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-

nü  Beynəlxalq  Əlillər  Günü  kimi  qeyd  olunması  haqqında  Bəyannamə  qəbul 

etmişdir.  Bu  günün  məqsədi  cəmiyyəti  əlillik  problemlərinin  həllinə  cəlb  etmək, 

əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 



 

 


385 

 

 



6 Dekabr - Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günü, (2006) 

 

Bu  gün  Azərbaycan  Respublikasının  Prezidenti  

İlham  Əliyevin 02  dekabr  2006-cı il tarixli sərəncamı 

ilə  təsis  olunub.  O  vaxtdan  bütün  respublikada 

rabitəçilər  və  informasiya  texnologiyaları  sahəsinin 

işçiləri  öz  peşə  bayramlarını  qeyd  edirlər. Peşə 

bayramının  məhz  bu  gündə  qeyd  olunması 

Azərbaycanda  ilk  telefon  xəttinin  yaradılması  ilə 

bağlıdır.  Belə  ki,  1881-ci  il  dekabrın  6-da  Bakıda 

―Nobel  qardaşları‖  cəmiyyəti  tərəfindən  ilk  telefon 

xətti  çəkilmişdir.  Azərbaycanda  rabitə  sahəsi  ümummilli  lider    Heydər  Əliyevin 

hakimiyyəti  illərində  xüsusilə  inkişaf  etməyə  başlayıb.  Rabitə  sisteminin  əsas 

inkişaf  dövrü  70-80-ci  illərə  təsadüf  edir.  1976-cı  ildə  təkcə  Bakı  telefon 

şəbəkəsinin  gücü  1927-ci  illə  müqayisədə,  20  dəfədən  çox  artmış,  telefon 

Azərbaycan  əhalisinin  məişətinin  ayrılmaz  hissəsinə  çevrilmişdir.  Həmin  illərdə 

poçt,  teleqraf  və  teleradio  proqramlarının  yayımı  sahələri  də  diqqətəlayiq  inkişaf 

yolu  keçmişdir.  1979-cu  ildə  Heydər  Əliyevin  şəxsi  rəhbərliyi  altında  yaradılmış 

komissiya  tərəfindən  Bakıda  -  köhnə  teleqüllənin  yaxınlığında  tikilməsi  nəzərdə 

tutulan  310  metrlik  yeni  teleqüllənin  layihəsi  təsdiq  edilmiş  və  1981-ci  ildə 

obyektin  tikintisinə  başlanmışdır.  Həmçinin,  90-cı  illərdə  Azərbaycanda 

informasiya  kommunikasiya  texnologiyaları  sektoru  da  inkişaf  etməyə 

başlamış,   ölkədə  bu  yeni  sektorun  inkişafı  prosesi  sürətlənmiş,  Azərbaycanın 

internet seqmenti genişlənmişdir. 

 

  



Respublikamızda  rabitə  və  informasiya-kommunikasiya  texnologiyaları 

sektorunun hazırkı sürətli inkişafı  ümummilli liderin kursunu davam etdirən ölkə 

Prezidenti  İlham  Əliyevin  şəxsi  diqqəti  və  qayğısı  nəticəsində  əldə  olunmuşdur. 

2012-ci  il  ərzində  İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondunun, 

Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması 

haqqında  sənədlər  imzalanmışdır.  Həmin  ilin  noyabrında  illik  ―Bakutel‖  sərgi-

konfransı  ilə  yanaşı,  Bakıda  dünya  əhəmiyyətli  İnternet  İdarəçilik  Forumu  (IGF 

2012)  da  keçirilmişdir.    Bütün  bunlar  hökumət  tərəfindən  İKT  sektoruna  böyük 

diqqətin yetirilməsini bir daha sübut edir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 


386 

 

7 Dekabr - Beynəlxalq Mülki Aviasiya Günü, (1996) 

1944-cü  il  dekabrın  7-də  Beynəlxalq  Mülki 

Aviasiya  haqqında  Konvensiya  imzalanmışdır.  6 

dekabr  1996-cı  ildə  BMT  Baş  Assambleyası 

tərəfindən  7  dekabr  Beynəlxalq  Mülki  Aviasiya 

Günü  elan  olunmuşdur.  Azərbaycanda  ilk  mülki 

hava  reysi  1921-ci  ildə  poçt-sərnişin  təyyarəsində 

həyata  keçirilmişdir.  Lakin  hələ  1918-ci  ildə 

Azərbaycan 

Xalq  Cümhuriyyətinin  yarandığı 

gündən  başlayaraq  aviasiya  sahəsində  bir  sıra  işlər 

görülmüşdür.  Azərbaycan  mülki  aviasiyasında  ilk  dəfə  1923-cü  il  avqustun  8-də 

―Yunkers‖  təyyarəsi  ilə  sərnişin  daşınmaları  həyata  keçirilmişdir.  Ölkəmizdə  ilk 

hava  limanı  1931-ci  ildə  Binə  qəsəbəsinin  yaxınlığında  tikilmiş  və  2  ildən  sonra 

istifadəyə  verilmişdir. 1938-ci  ildə  Azərbaycanda  ilk  aviasiya  qrupu  yaradılıb  ki, 

bu  tarix  2006-cı  ildə  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı  ilə 

Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib. Sergey Utoçkinin idarə etdiyi 

uşaqsayağı  yöndəmsiz  və  möhkəm  olmayan  ―Farman-4‖  sistemli  fransız  biplanı 

heyrətdən  yerində  donmuş  tamaşaçıların  başı  üzərində  bir  neçə  dairə  vuraraq, 

alqışlar  altında  yerə  enib.  Azərbaycanın  aviasiya  ilə  ilk  tanışlığından  sonra  hava 

nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il ötüb. 1923-

cü ildə ―ZAKAVİA‖- Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb. 

Artıq 1923-cü ilin aprel ayında ―Yunkers‖ təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu 

ilə uçuş həyata keçirilib. İki il sonra isə Keşlədə aerodrom tikilib və mülki ―Hava 

stansiyası‖  yaradılıb.  Bu,  aviaparkı  müasir  ―Boeing-757‖  təyyarələri  ilə 

təkmilləşdirməyə,  uçuşları  idarəetmə  vasitələrini  yeniləməyə,  iyirmiyədək  ixtisas 

üzrə  kadrların  hazırlanması  sistemini  yaratmağa  və  bu  gün  altmışdan  yuxarı 

aviaşirkətin  təyyarələrini  qəbul  edən  beynəlxalq  təyyarə  vağzalının  1999-cu  ildə 

Bakı  şəhərində  açılmasına  imkan  verib.  Növbəti  illərdə  ―Naxçıvan‖  beynəlxalq 

hava  limanı,  ―Gəncə‖  beynəlxalq  hava  limanı  və  ―Zabrat‖  hava  limanında  yeni 

təyyarə vağzalının binası istismara verilib.  

2008-ci  ildə  ―Lənkəran‖  və  ―Zaqatala‖  beynəlxalq  hava  limanları  açılıb. 

Bakı-Zaqatala  və  Bakı-Lənkəran  marşrutları  üzrə  aviareyslər,  müvafiq  olaraq 

2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb. Qeyd edək ki, hazırda AZAL ölkə 

daxilində  Bakı-Naxçıvan,  Bakı-Gəncə  və  Gəncə-Naxçıvan  və  Bakı-Qəbələ 

marşrutları üzrə uçuşlar yerinə yetirir. 

―Azərbaycan  Hava  Yolları‖  QSC  Avropa,  MDB,  Yaxın  Şərq  və  Asiya 

ölkələrinə sərnişin daşımaları həyata keçirir. İndi ―Azərbaycan Hava Yolları‖ QSC 

Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında 

(İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur.  

İnternetdə: 

www.books.google.com 

 

 


387 

 

 



10

 Dekabr - Ümumdünya Futbol Günü 

 

 



 

10 dekabr - Ümumdünya Futbol Günü Birləşmiş Millətlər Təşkilatının qərarı 

ilə qeyd olunur. Beynəlxalq ictimaiyyət bu idman növünə qiymət verərkən bildirir 

ki, bu, milyonlarla insan üçün sadəcə oyun deyil, həm də həyat tərzidir. Futbol – 

―ayaqla  top  oyunu‖  haqqında  ilk  xatırlatmalara  bizim  eradan  əvvəl  ikinci 

minillikdə  Çin  mənbələrində  rast gəlinib. O,  çsu-çyu  adlandırılıb, mənası  ―ayaqla 

itələmək‖  deməkdir.  Bu  oyunun  ilk  dəfə  nə  vaxt  başlanması  haqqında  dəqiq 

məlumat yoxdur. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə 

yaşayan saksonlar olub. Onlar döyüş meydanında vuruşmadan sonra düşmənlərin 

kəsilmiş  başlarını  təpikləyirdilər.  Futbolu  Qədim  Yunanıstanda  və  Romada 

təxminən  2500  il  bundan  əvvəl  oynayıblar.  Yunanıstanda  bu  oyun  ―top  uğrunda 

mübarizə‖  adlandırılıb.

 

 

          Qeyd edək ki, futbol bütün dünyada ən populyar idman növü sayılır. Futbol 



Günü  idmançıları  və  idmanın  bu  növünün  sadiq  azarkeşlərini  birləşdirən 

bayramdır.     Azərbaycanda futbolun əsası 1911-ci ildə qoyulub, ilk çempion isə 

Bakının "Cənub inşaatçısı" komandası olub.  

   İnternetdə: arxiv.az 

 

 



 

 

 



 

 

 



 

388 

 

 



10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü, (1950)  

 

“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.” 

                                                                                                                     Ulu öndər Heydər Əliyev 

 

 



 

 

 



 

1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən ―İnsan hüquqları 

haqqında ümumi bəyannamə‖ qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il 

dekabr  ayının  10-u  bütün  dünyada  Beynəlxalq  İnsan  Hüquqları  Günü  kimi  qeyd 

olunur.  İnsan  hüquqları,  insanların  təbii  və  dərrakədən  irəli  gələn  subyektiv 

hüquqlarını  təsvir  edir.



 

İnsan  hüquqlarının  əsas  konsepsiyası  ondan  ibarətdir  ki, 

bütün insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha 

ehtiyac  olmadan  hər  kəsə  bərabər  şəkildə  aid  edilməlidir.  Avropada  əsas  insan 

hüquq  və  azadlıqlarının  qorunması  üçün  Azərbaycan  Respublikasının  da 

qoşulduğu   4  noyabr  1950-ci  il  tarixli  Avropa  İnsan  Hüquları  Konvensiyası 

mövcuddur.  Bu  konvensiyanın  beynəlxalq  müqavilələrdən  başlıca  fərqi  ondan 

ibarətdir  ki,  Avropada  bu  sənədə  əsaslanan  və  eyni  zamanda  real  işləmə 

mexanizminə  malik  əsas  insan  hüquq  və  azadlıqlarını  qoruyan  Avropa  İnsan 

Hüquqları  Məhkəməsi  fəaliyyət  göstərir.  İnsan  haqqları  çox  hallarda  bütün 

insanların  eyni  haqqa  malik  olması  ideyasına  uyğun  olaraq  aşağıdakı  kimi  ifadə 

edilir: ―Hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və 

digər  baxışlardan,  milli  və  sosial  mənşəyindən,  mülkiyyətdən,  doğum  və  başqa 

hallardan asılı olmayaraq, təmin edilmiş insan hüquqlarına malikdir.



 

İnternetdə:__www.azerbaijan-news.az'>İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 

 

 



 

 

389 

 

11 Dekabr - Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günü, (1994) 

 

  

“Uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait 

yaratmaq uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-

ənənələrini aşılamaq uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır". 

                                                                                         Ulu öndər Heydər Əliyev 

 

Ötən    əsrin      sonlarından    BMT  

tərəfindən  hər  il  dekabrın  11-i  Uşaqların 

Beynəlxalq  Televiziya  və  Radio    Günü    kimi  

qeyd 

olunur. 


BMT 

Uşaq 


Fondunun 

(YUNİSEF)  təşəbbüsü  ilə  1994-cü  ilin 

aprelində    Kann  şəhərində  təsis  olunmuşdur. 

Ümummilli  lider  Heydər  Əliyev  tərəfindən 

1998-ci  il  mayın  19-da  imzalanmış  "Uşaq 

hüquqları haqqında" Azərbaycan Respublikası 

Qanununun  3-cü  maddəsində  deyilir:  ―Uşaqlar  barəsində  dövlət  siyasəti  hər  bir 

uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi 

tələblər  əsasında  təhsil  almasının,  layiqli  vətəndaş  kimi  formalaşmasının  təmin 

edilməsinə  yönəldilir‖.  Uşaqlara  göstərilən  qayğının  daha  bir  bariz  nümunəsi  22 

iyun  1999-cu  il  tarixdə  qüvvəyə  minmiş  ―Valideynlərini  itirmiş  və  valideyn 

himayəsindən  məhrum  uşuqların  sosial  müdafiəsi  haqqında‖  Azərbaycan 

Respublikasının  Qanunudur.  Ulu  öndərimiz    Heydər  Əliyev  həmişə  uşaqların  bu 

əlamətdar günündə onlarla bir yerdə olmağı çox sevirdi. Heydər Əliyev Uşaqların 

Beynəlxalq Televiziya və Radio  Günü  ilə əlaqədar onların hazırladığı mərasimdə 

iştirak  etməkdən  böyük  zövq  alırdı.    Fərəhlə  demək  olar  ki,  uşaq  və  gənclərə 

göstərilən diqqətin, qayğının daha da artırılmasında ölkə Prezidenti İlham Əliyevin 

xidməti çoxdur.  

Təbii  ki,  uşaqların  diqqətini  çəkən,  onların  maraq  dairəsinə  daxil  olan 

vərdişlərdən  biri  də  televiziyadır.    Buna  görə  də  respublikamızda  bir  telekanalın 

uşaqlar  üçün  ayrıca  redaksiyası  fəaliyyət  göstərir.  Bu  sarıdan  Azərbaycan 

Televiziya  və  Radio  Verilişləri  Qapalı  Səhmdar  Cəmiyyətinin  ənənələrə 

söykənərək  uşaqlar  üçün  proqramlar  hazırlanması  diqqət  çəkir.  İstər  AzTV-də, 

istərsə  də  onun  ―Mədəniyyət‖  kanalında  uşaq  və  gənclərə  həsr  olunan  verilişlərin 

təkcə  adlarına  fikir  verək:  ―Təmas  nöqtəsi‖,  ―Tələbə  dünyası‖,  ―Mən  də  uşaq 

olmuşam‖,  ―Çoxbilmişlərdənsinizmi?‖,  ―Mən  azərbaycanlıyam‖,  ―Müasir 

Azərbaycan gəncliyi‖, ―Biləyən‖, ―Bəbək‖, ―Ana dili‖ və s. əlbəttə, bu verilişlərin 

hər biri haqqında ayrıca danışmaq da olar.  

 

İnternetdə: 

www.azerbaijan-news.az

 

 

 

 

 

 


390 

 

11 Dekabr - Beynəlxalq Dağlar Günü, (2003) 



 

 

 

 

 



 

 

 



 

 

 



BMT-nin  2003-cü  ilin  yanvarında  keçirilmiş  57-ci  Baş  Assambleyasının 

qərarı ilə  hər il dekabrın 11-də Beynəlxalq Dağlar Günü (International Mountain 

Day) qeyd olunur.  

BMT-nin  Baş  Assambleyası  planetin  dağlıq  regionlarının  inkişaf 

problemlərinə  və  onların  əhalisinə  yardımın  zəruriliyinə  diqqəti  cəlb  etmək 

məqsədi ilə beynəlxalq birliyi həmin gün müxtəlif tədbirlər keçirməyə çağırmışdır. 

Bu  günlə  bağlı  adətən  tematik  kitab  yarmarkaları,  simpoziumlar,  mühazirələr, 

seminarlar, məktəblərdə məşğələlər keçirilir.  

Dağlar  Yer  kürəsinin  quru  səthinin  dörddə  birini  təşkil  edir,  dünyanın  daimi 

iqtisadi inkişafında mühüm rol oynayır və əhalinin demək olar ki, 10%-nin daimi 

yaşayış  məskənidir.  Dağlar  yalnız  dağlıq  rayonlarda  yaşayan  720  milyon  insan 

üçün mövcudluq və rifah mənbəyi deyil, həm də dağətəyində yaşayan milyardlarla 

insanın yaşayış tərzinə müsbət təsir göstərir. Dağlar həm də bir çox nadir bitki və 

heyvan növlərinin qoruğu, Yerin bütün əsas çaylarının su mənbəyidir. Dağlar eyni 

zamanda  populyar  turizm  və  istirahət  məskənləridir.  Lakin  ətraf  mühitin 

vəziyyətinin pisləşməsi dağlarda  quraqlığa, sürüşmələrə  və  digər  təbii  fəlakətlərə, 

dağlıq  rayonlarda  siyasi  vəziyyətin  kəskinləşməsi  isə  yerli  münaqişələrə, 

terrorçuluğun,  qaçqınların  artmasına,  aclığa  və  xəstəliklərə  səbəb  olur.  Bütün 

bunlar isə dağlıq regionların nadir təbiət və insan potensialının itirilməsinə gətirib 

çıxarır.  

Hər il Beynəlxalq Dağlar Günü üçün mövzu müəyyən olunur. Həmin mövzu 

çərçivəsində informasiya materialları işlənib hazırlanır və tədbirlər keçirilir. 

 

İnternetdə:

 

http://www.calend.ru/holiday/

 

 



 

 

 



 

 


391 

 

12 Dekabr  - Ümummilli lider Heydər Əliyevin Anım Günü, (2003) 

 

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində 



misilsiz  xidmətləri  ilə  əbədiyaşar  mövqe  qazanmış  ulu  öndər  Heydər  Əliyevin 

anım  günüdür.  Dünya  tarixi  sübut  etmişdir  ki,  şəxsiyyətlərin  gücü,  ağlı,  cəsarəti, 

siyasi  iradəsi  və  müdrikliyi  mənsub  olduğu  xalqın,  onun  yaratdığı  dövlətin 

həyatında  əvəzedilməz  rola  malikdir.  Bu  şəxsiyyətlər  arasında  müasir  müstəqil 

Azərbaycan  dövlətinin  memarı  və  qurucusu,  ulu  öndər  Heydər  Əliyevin 

özünəməxsus yeri vardır.  

Türkiyənin  tanınmış  dövlət  xadimi  Bülənt  Ecevit  siyasət  nəhəngi  Heydər 

Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini 

qiymətləndirərkən fəxrlə demişdir: ―Qüdrətli öndərsiz bir  millət heç nəyə nail ola 

bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu 

min ildən bir yetişən dahilərdəndir‖. 

Heydər  Əliyev  irsinin  araşdırılması  ilə  məşğul  olan  bir  çox  müəlliflər  ulu 

öndəri  XX  əsrin  siyasət  nəhəngləri,  mənsub  olduqları  xalqlar  üçün  əvəzsiz 

xidmətlər  göstərmiş  Şarl  de  Qoll,  Corc  Vaşinqton,  Uinston  Çörçill,  Konrad 

Adenauer  və  digərləri  ilə  bir  sıraya  qoyurlar.  Amma  bu  şəxsiyyətlərin  hər  birinə 

böyük  hörmət  hissi  ilə  qeyd  etməliyik  ki,  onlar  yaşadıqları  bir  ictimai-siyasi 

formasiyanın verdiyi imkanlardan məxsus olduqları xalq üçün maksimum istifadə 

etməyə çalışmış və buna nail olmuşlar. Heydər Əliyev isə həm keçmiş sovet, həm 

də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində 

layiqli yerini tutması üçün titanik əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni 

zamanda  özünün  adını  əbədi  olaraq  tarixə  yazmışdır.  Heydər  Əliyevin 

hakimiyyətdə  olduğu  30  illik  dövr  xalqımızın  illərlə  həsrətini  çəkdiyi  dövlət 

müstəqilliyinin  əldə  edilməsi,  onun  azad  inkişafı  və  yüksəlişi  naminə  apardığı 

mübarizələr  və  qələbələr  tarixidir.  Bu  parlaq  şəxsiyyətin  həmin  illərdəki 

fəaliyyətini  araşdırdıqda  Vətənini  hədsiz  dərəcədə  sevən  bir  insanın  ölkəsinin 

tarixinə,  mədəniyyətinə,  ədəbiyyatına  son  dərəcə  böyük  sevgi  və  hörmət  ilə 

yanaşdığını  görür  və  heyrətlənməyə  bilmirsən.  Heydər  Əliyevin  dövlətçilik 

səriştəsi,  dərin  zəkası,  fenomenal  yaddaşı,  insanları  idarə  etmək  bacarığı  həmin 

vaxt 

SSRİ-nin 



tərkibində 

olan 


bütün 

xalqlar 


tərəfindən 

yüksək 


qiymətləndirilmişdir.  Ümummilli  liderimiz  böyük  uzaqgörənliklə  dünyanın  enerji 

tələbatının  günbəgün  artdığını  görür, neft  diplomatiyası  dövrünün  başlandığını  və 

bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. 

Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar 



392 

 

başlandı.1994-cü  il  sentyabrın  20-də  ―Əsrin  müqaviləsi‖  imzalandı.  Bunun  çox 



böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan 

dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. 

Ulu  öndərin  neft  strategiyasının  yeni  bir  mərhələsi  Bakı-Tbilisi-Ceyhan 

(BTC) neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta 

reallaşacağına  şübhə  etdikləri  BTC  2006-cı  ildə  işə  salınanda  bp  şirkətinin 

prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: ―BTC-nin fəaliyyətə 

başlaması  dünyanın  enerji  xəritəsini  dəyişdi‖.  Amma  dünyanın  enerji  xəritəsini 

dəyişən  BTC  yox,  onun  yaradıcısı,  Azərbaycanın  dahi  oğlu  Heydər  Əliyev  oldu. 

Ümummilli  lider  müstəqil  Azərbaycanın  iqtisadiyyatının  təkcə  neft  sənayesi 

üzərində  qurulmasının  da  gələcəkdə  arzuolunan  nəticələr  verməyəcəyini  bilirdi. 

Postsovet  məkanında  ilk  dəfə  Azərbaycanda  Heydər  Əliyevin  göstərişi  ilə  torpaq 

islahatına  başlandı.  Kolxoz  və  sovxozların  şəxsi  və  fermer  təsərrüfatlarına 

çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı. 

Ulu  öndərin  təşəbbüskarlığı,  qətiyyətli  və  prinsipial  qərarları  Azərbaycan 

iqtisadiyyatını  tədricən  dirçəltdi,  ona  yeni  nəfəs  verdi.  Qısa  müddətdə  bazar 

iqtisadiyyatına  keçidin  qanunvericilik  bazası  formalaşmağa,  iqtisadi  həyatımızda 

sahibkarlıq fəaliyyəti yaranmağa başladı. 

1995-ci  ildə  müstəqil  Azərbaycan  Respublikasının  ilk  Konstitusiyası  qəbul 

edildi.  Ümummilli  liderin  təşəbbüsü  və  rəhbərliyi  ilə  hazırlanan  bu  ali  sənəd 

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni 

mərhələ açdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv 

olundu. 


Heydər  Əliyev  üçün  müstəqil  Azərbaycan  fəlsəfəsinin  təməlində  azadlıq, 

demokratiya,  iqtisadi  tərəqqi,  sosial  ədalət  və  rifah  dururdu.  Bu  fəlsəfə  onun 

memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı. 

Ulu  öndər  özünün  başladığı  nəhəng  işlərin  uğurlu  icrasını  kimin  təmin  edə 

biləcəyini  də  müəyyənləşdirdi.  Fiziki  imkanlarının  tükəndiyi  bir  vaxtda  həmişə 

inandığı  və  etibar  etdiyi  xalqına  müraciət  ünvanladı:  ―İnanıram  ki,  mənim  axıra 

çatdıra  bilmədiyim  taleyüklü  məsələləri,  planları,  işləri  sizin  köməyiniz  və 

dəstəyinizlə  İlham  Əliyev başa  çatdıra biləcək.  Mən ona özüm  qədər  inanıram  və 

gələcəyinə böyük ümidlər bəsləyirəm‖. 

Bu  uğurların  əsasını  qoymuş  ulu  öndər  Heydər  Əliyevin  adı  isə  qədirbilən 

Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. 


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin